Monitorinq meyarları

Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi haqqında

“Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 6 aprel tarixli 219 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 19 aprel tarixli 611 nömrəli Fərmanına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına tapşırılmış ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təmin edilməsi məqsədilə

Ə M R   E D İ R Ə M:

1. Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi və qiymətləndirilməsi aşağıdakı mərhələlər üzrə həyata keçirilsin:
1.1. dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlər seçilsin;
1.2. pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiya toplanılsın, sorğular keçirilsin, açıq müzakirələr təşkil edilsin;
1.3. dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizası keçirilsin;
1.4. ictimaiyyətin və ekspertlərin rəylərinin müqayisəsi aparılsın;
1.5. müqayisəli təhlilin nəticələri ümumi açıq müzakirəyə çıxarılsın;
1.6. ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylər dərslik müəlliflərinə təqdim olunsun;
1.7. dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili aparılsın;
1.8. yekun rəy tərtib olunsun və mənə təqdim edilsin.
2. Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi və qiymətləndirilməsi dövlət standartları və proqramlarına (kurikulumlarına) uyğun olaraq aşağıdakı parametrlər üzrə həyata keçirilsin:
2.1.məzmunun işlənməsi;
2.2. dil və üslub;
2.3. dizayn və bədii tərtibat;
2.4. tapşırıqların elmi-metodiki baxımdan məzmuna uyğunluğu.
3. Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin qiymətləndirilməsi üçün meyarlar təsdiq edilsin (Əlavə 1).
4. Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin qiymətləndirilməsinin təşkil edilməsi və açıq müzakirələrin aparılması üçün TQDK-nın nəzdində daimi fəaliyyət göstərən elmi-metodiki seminarlar təşkil edilsin.
5. Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin qiymətləndirilməsinin aparılması üçün müqavilə əsasında mütəxəssislər cəlb edilsin.
6. Bu əmrdən irəli gələn işlərin görülməsi Ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinə (A.Batıyeva) tapşırılsın.
7. Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin qiymətləndirilməsinə cəlb edilmiş mütəxəssislərə (ekspertlərə) əmək haqqının ödənilməsi üçün lazımi tədbirlərin görülməsi Mühasibatlıq sektoruna tapşırılsın.
8. Əmrin icrasına nəzarəti öz üzərimə götürürəm.


SƏDR                                   MƏLEYKƏ  ABBASZADƏ



Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadədə olan dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi meyarları

1. Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi ilboyu aşağıdakı metodologiya üzrə həyata keçirilir:

  • Dərslik müəllifi olmayan mütəxəssislərin sırasından ekspertlərin hazırlanması.
  • Pedaqoji ictimaiyyətin nümayəndələrindən dərsliklərə dair informasiyanın toplanması.
  •  Dərslik müəllifi olmayan ekspertlər tərəfindən dərsliklərin ilkin ekspertizasının keçirilməsi.  
  • II və III mərhələlərin nəticələrinin (ictimaiyyətin və ekspertlərin rəylərinin) müqayisəsi.
  • Müqayisəli təhlilin nəticələrinin ümumi açıq müzakirəyə çıxarılması.
  • Ümumi müzakirələr zamanı səslənən fikirlər, irad və təkliflər nəzərə alınmaqla tərtib olunmuş rəylərin dərslik müəlliflərinə təqdim olunması.
  • Dərslik müəlliflərinin cavablarının müstəqil ekspertlər tərəfindən təhlili.

2. Ümumi təhsili həyata keçirən bütün təhsil müəssisələrində istifadə edilən dərslik, dərs vəsaiti və digər tədris vasitələrinin monitorinqi dövlət standartları və proqramlarına (kurikulumlarına) uyğun olaraq 4 parametr üzrə həyata keçirilir:

  • Məzmunun işlənməsi;
  • Dil və üslubu;
  • Dizayn və bədii tərtibat;
  • Tapşırıqların elmi-metodiki  uyğunluğu. (Meyarlar əlavə olunur)

3. Monitorinqin nəticəsi olaraq dərslik, dərs vəsaiti və digər tədris vasitələrinə aşağıdakı üç formulada yekun rəyi verilir:

  • İstifadə üçün məqsədəuyğun hesab edilir və dövlət standartlarına uyğundur;
  • İstifadə üçün məqsədəuyğun deyil və dövlət standartlarına cavab vermir;
  • Yenidən təkmilləşdirilməlidir və dövlət standartlarına uyğunlaşdırılmalıdır.
      

Yuxarıda qeyd edilən 4 parametr üzrə monitorinq meyarları aşağıdakılardır:

 

Dərslik


1. Məzmunun işlənməsi

1.1

Təhsil proqramı (kurikulum) standartlarına  uyğunluğu

1.2

Materialların elmiliyi və müasir elmi baxışlara uyğunluğu

1.3

Materialların elmi-metodiki baxımdan mübahisə doğurmaması

1.4

Mövzular üzrə məqsədlərin dəqiqliyi, hər alt-standartın reallaşdıracağı bacarığın məqsədə çevrilməsinin mümkünlüyü

1.5

Materialların verilişində sadədən-mürəkkəbə prinsipinin  gözlənilməsi

1.6

45 dəqiqə vaxt baxımından mövzunun  dərsin   məqsədinə nail olmağa imkan  verməsi

1.7

Materialların şagirdin müstəqil  təliminə imkan verməsi

1.8

Verilən nəzəri   materiallarla müstəqil təlimi inkişaf etdirən fəaliyyət xətləri arasında mütənasibliyin gözlənilməsi

1.9

Fəndaxili və fənlərarası inteqrasiya

1.10

Materialların seçilməsində didaktik tələblərin  (tətbiqyönümlük, nəticəyönümlük,  tərbiyəvilik) nəzərə alınması

1.11

Dərsliyin strukturu ilə  məzmun standartları arasındakı uyğunluq

1.12

Pedaqoji və metodiki baxımdan mövzuların xronoloji və metodiki baxımdan vaxtında verilməsi

1.13

Yeni termin və sözlərin göstəricisinin, lüğətlərin olması                             

1.14

Materiallarda  milli ənənələrə, gender, irq, etnik və sosial inklüziya, tolerantlıq prinsiplərinin təmin olunması

1.15

Digər xalqların adət-ənənələrinə, mədəniyyətinə və tarixinə hörmətin gözlənilməsi

1.16

Ətraf mühiti qorumağın və təbii sərvətlərdən səmərəli istifadənin təbliğ olunması


2. Dil və yazı üslubu

2.1

Materialların dilinin və üslubunun, mətnlərdəki fikirlərin , onların ifadə tərzinin şagirdlərin  yaş səviyyəsinə uyğunluğu

2.2

Yeni  termin və sözlərin onların izahı ilə verilməsi. Bir dərs üçün nəzərdə tutulmuş materialda yeni termin və sözlərin sayının həddindən artıq olmaması 

2.3

Qrammatik və orfoqrafik qaydalara əməl olunması

2.4

Materialların şagirdlərin dünyagörüşünün formalaşdırılmasına, söz  ehtiyatının və nitq mədəniyyətinin inkişafına  təsir səviyyəsi

 

 


3. Dizayn və bədii  tərtibat

3.1

Üz qabığının tərtibatı, orada verilmiş illüstrasiyaların dərsliyin məzmununa uyğunluğu

3.2

Səhifələrin tərtibatının məzmunun asanlıqla mənimsənilməsinə köməkliyi

3.3

İstifadə edilən şriftlərin müvafiq yaş qrupuna uyğunluğu

3.4

İllüstrasiyalarla mətnin həcm nisbətinin məqsədəuyğunluğu

3.5

İllüstrasiyaların orijinallığı, rəngarəngliyi və onların  reallığı əks etdirməsi

3.6

İllüstrasiyaların ifadəli və dəqiq olması

3.7

Yeni anlayışların izahında illüstrasiyalardan istifadə olunması

3.8

Vahid dizaynın qorunması

 

 


4. Tapşırıqların elmi-metodiki  uyğunluğu

4.1

Tapşırıqların mövzularla uyğunluğu

4.2

Biliklərin tətbiqini tələb edən, idrakı bacarıqların formalaşdırılmasına yönəlmiş tapşırıqlara üstünlük verilməsi

4.3

Şagirdin özünü müstəqil qiymətləndirə bilməsi üçün tapşırıqların verilməsi

4.4

Qapalı, açıq  və yarımaçıq tapşırıqların sayının mütənasibliyi

4.5

Tapşırıqlardakı nümunələrin  reallığı əks etdirməsi, elmiliyi, gündəlik həyatdan götürülməsi

4.6

Tapşırıqların şərtinin anlaşıqlı, lakonik, yığcam,  konkret olması

4.7

Tapşırıqların çətinlik səviyyəsinə görə sadədən –mürəkkəbə doğru yerləşdirilməsi

               

 

Müəllim üçün metodik  vəsait (MMV)

 

1. Giriş

1.1

Dərslik və  MMV-dən istifadə qaydaları, məzmun xəritəsi, tədris vahidləri, bölmələr üzrə struktur, standartların şərhi, tövsiyə olunan iş planı

1.2

Təlim texnologiyaları haqqında məlumat

1.3

Mövzular üzrə alt-standartların xəritəsi

 

 

 

2. Planlaşdırma

2.1

Hər bir dərsin təlim məqsədlərinin müəyyən olunması

2.2

Hər bir  dərsdə yeni materiala keçərkən əvvəl öyrənilmiş materiallarla əlaqənin təmin olunması

2.3

İstifadə olunan təlim texnologiyasının  idrak taksonomiyasının mərhələləri ilə əlaqələndirilməsi

2.4

Hər bir mövzu üzrə istifadə olunan fəaliyyət növlərinin  koqnitiv, psixomotor və sosial vərdişlərin inkişafına yönəlməsi

2.5

Dərs zamanı əlavə vəsaitlərdən ( elektron resurslar, xəritələr, sxemlər, atlaslar və s.) istifadənin nəzərdə tutulması

2.6

İllik və gündəlik  planlaşdırma nümunəsi

2.7

Məzmun standartlarının reallaşdırılması cədvəli

2.8

Hər bir dərs üçün müəllimə verilən metodiki tövsiyələr

 

 

 

3.  Mövzuların tədrisi texnologiyası

 

4. Qiymətləndirmə

 

5. Əlavə materialların verilməsi