Salam, hörmətli ingilis dili müəllimləri.
Bu cür müraciətimin səbəbi odur ki,biz xarici dil müəllimləri elə ilk dəfə işə başlayandan fəal təlimin bütün üsul və formalarından istifadə etmişik.Digər fənnlərdən fərqli olaraq yeniliyi biz daha tez götürürük.Mən özüm bu fənni 25 ildir ki, sevərək tədris edirəm.
Hər dəfə summativ tapşırıqlar hazırlayanda hər birimiz nə qədər məsuliyyət hiss edirik, tapşırıqları dəfələrlə gözdən keçiririk,amma yenə çapdan sonra hansısa bir səhfimizi papırıq.
Əziz həmkarlarım,sizin böyük pafosla vurğuiadığınız cüzi səhvləri müəlliflər özləri çoxdan görüb.Heç bir kitab yazılanda sinfin səviyyəsi nəzərə alınmır. Sözlərin çoxlugundan şikayət edirik,amma nəzərə almırıq ki,TQDK indiyədək abituryentin 3500 aktiv 600 passiv söz bazası olmasını vurğulayırdısa,indi 5000-7000 söz bazası tələb edir.Hər birimiz dünyaya inteqrasiyadan ağız dolusu danışdıgimız halda niyə şagirdlərimiz xaricdə bitən meyvələrin adını bilməməlidir və yaxud bu biologiya dərsliyi deyil ki,hər bir meyvə haqqında sizə istəyən qədər məlumat verilsin.Sadəcə müəllif biologiya fənninə cox gözəl inteqrasiya edib.Mənim əzizlərim, Kensington pəhrizi elə yalnız kök insanlar üçündürsə, onda bu dərsdən bəhrələnən şagird ən azından bunu evdə valideynlərinə məsləhət verər.
Yəqin 6-cı sinifdə dərs keçən müəllimlər bunu təsdiq edər ki, biz əvvəlki kitablar haqqında rəy verdikdə deyirdik ki,tapşırıqlar mətni tamamlayır.Bu dərslikdə isə tapşırıqlar elə sistemli qurulub ki,problem qoyulur,müzakirə olunur və onun həlli yolllarni şagirdlər özləri tapıllar.Məslən:Unit8. Lesson3. Ecology and man bunun bariz nümunəsidir.
Əziz həmkarlarım,qədim cinlılərin təbirincə desək, bu dərlik bizə hər dərs üçün "yağlı bir balıq" vəd etmir,bizə "balığı" necə tutmağın yollarını öyrədir.Məhz buna görə də bu dərsik bu günün tələbi ilə səsləşir.Dərslikdən necə səmərəli istifadə isə qalir biz müəllimlərin qabiliyyətinə,metodikasına,e-resurslardan istifadə bacarıgına və s.
Mən isə bu müəlliflərə cox sağ olun deyirəm və sistemli olaraq məhz yuxarı sinif dərsliklərini də işləməkdə onlara can sağlığı arzulayıram,sizlərə də həmçinin.
Təşəkkür edirəm.
Hörmətlə: Tahirə Xasməmmədova.Qazax