Coğrafiya

Forumlar » 6-cı sinif » Coğrafiya
Səhifələr: 1 2 Next
RSS
Coğrafiya
2013-cü ilə qədərki nəşrlər və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış "Coğrafiya" dərslik komplektinin (2013 və 2015-ci il nəşrləri) müzakirəsi
Rayonumuzun bir sıra müəlliminin rəylərini Sizə təqdim edirəm:

Mürşüdoba kənd tam orta məktəbin coğrafiya müəllimi Əlisoltanov Vaqif Sirac oğlu.
Dərslikdə (2013-cü il nəşri) verilmiş tədris vahidləri, mövzuların ardıcıllığı fərqli şəkildə verilsəydi daha məqsədəuyğun olardı. Məsələn: 8-ci tədris vahidində nəzərdə tutulan “Yer səthinin təsvirində” olan mövzular azimut, miqyas,plan və s. kimi mövzular şagirdlər tərəfindən çətin mənimsənilir. Mən bunu 38 ilin pedoqoji təcrübəmə istinad edib münasibətimi bildirirəm. Əvvəlki dərslikdə bunlar dərs ilinin ilk aylarında tədris olunub. Lakin il boyu yeri gəldikdə bu anlayışlar təkrarlanaraq şagirdlərdə bilik kimi formalaşıb. Sonrakı illərdə də bu kimi anlayışları təkrarlamaq yolu ilə şagirdlərdə bilik kimi formalaşmağa səy göstərmişəm. Ona görə də bu kimi mövzuların tədris ilinin ilk aylarında tədris olunmağını məqsədəuyğun sayardım. Dərslikdə olan 2-ci tədris vahidi “Cəmiyyət “ bölməsinə aid olan mövzuların tədris ilinin 2-ci yarısında öyrənilməsini daha məqsədəuyğun hesab edərdim. Çünki şagirdlər yer kürəsinin təbəqələrini öyrənib biliklər əldə etdikdən sonra “Cəmiyyətə” aid bilikləri öyrənsələr daha münasib olar.
“Dünya ölkələri” mövzusu tədris olunduqdan sonra “Böyük şəhərlərin böyük problemləri” mövzusu haqqında şagirdlər bilik əldə etsəydi daha münasib olardı. Çünki dünya ölkələri mövzusu öyrənilən zaman şagirdlər dünyanin daha böyük şəhərləri ilə taniş olurlar. Bu mövzudan sonra isə böyük şəhərlərin problemləri ilə tanışlıq şagirdərin yaddaşında daha ətraflı formalaşar.

Ləcət kənd tam orta məktəbinin coğrafiya müəllimi Kənan Əhmədov

I. Mövzuların və bölmələrin ardıcıllığındaki uyğunluq kəskin pozulub. Məsələn, elə ilk mövzuda coğrafi məkan anlayışı olmayan şagirdlərə Azərbaycanın fiziki-coğrafi mövqeyi haqqında məlumat verilir. Əsliində coğrafiyada ardıcıllıq belə olmalıdır:
1. Coğrafi məkan; 2. Təbiət; 3. Cəmiyyət
İstisna hal kimi müəyyən mövzuların yeri dəyişə bilər, amma bölmənin yox. Yəni, “Yer-Günəş sistemi planetidir” , “Yer səthinin təsviri” bölmələri dərsliyin əvvəlində olmalıdır. “Cəmiyyət” bölməsi isə lap axıra keçirilməlidir.

II. Metodik vəsaitdə verilmiş test nümunələri öyrədilən biliklərə uyğun gəlmir.

III. Başqa fənlərdə öyrədilməsi mümkün olan mövzular dərslikdən çıxarılsa yaxşıdır. Çünki, coğrafiyaya birbaşa aidiyyəti yoxdur. Məsələn: İstehsal və istehlak mövzusu Həyat bilgisi fənnində öyrədilir.
Salam hörmətli Azad Tağıyev. Dərsliyə münasibət bildirdiyinizə görə təşəkkür edirik. Kurikulum coğrafiya fənninə yeni baxış yaradır. Biz keçmiş illərdəki coğrafiyada olan şablonu qırmışıq ona görə sizə qəribə gəlir. Şagirdin coğrafiya ilə tanışlığı öz ölkəsi-yurdu ilə başlaması daha məqsədəuyğundur. yəqin ki razılaşarsınız.
VI sinif coğrafiyası bütövlükdə məktəb coğrafiyası üçün motivasiyadır. Plan, miqyas, xəritə anlayışları yuxarı siniflərdə çox geniş izah olunacaqdır.Bu yaşda şagirdin hər hansı məsələni əzbərlətməyə ehtiyac yoxdur.
Coğrafiyanın məzmun xətlərinin ardıcıllığı heç də bölmələr və ya tədris vahidləri demək deyil. Bu xətlər coğrafiyanın bütün mövzularında aparici ideyadır. Kurikuluma görə məktəb coğrafiyası fiziki və iqtisadi, Azərbaycan, dünya və ya materiklərə bölünmür. Sonrakı siniflərdə də onlar ayrılıqda keçilməyəcək.Coğrafi hadisə və proseslər sadədən mürəkkəbə doğru xətti üsulla öyrəniləcəkdir.
Gələcəkdə İqtisadiyyatın əsasları adlı fənn də omayacaqdır. onun mövzuları və saatlar coğrafiyada təmsil ediləcəkdir.MMV də olan testlər bilikləri deyil bacarıqları üzə çıarmağa istiqamətləndirilmişdir. Bu isə təfəkkürün inkişafına yönəldilib.
"Böyük şəhər" deyəndə məcbur deyil ki şagird dünyanın hansısa görmədiyi şəhər haqqında fikir söyləsin. Bakı şəhəri nəzərdə tutulur və yaxından uzağa prinsipi gözlənilir. Azad müəllim bütün dünyada iqtisadi-sosial coğrafi problemlər daha qabarıq verilir önə çəkilir-çünki insan faktoru daha önəmlidir. Sağ olun
Hörmətli həmkarlar.Mən mövzuların ardıcıllığında heç bir qüsur görmürəm,məncə bu ardıcıllıq belə olmalıdır.Əgər siz,keçmiş kitablarda olduğu kimi deyirsinizsə,bu şagirdlərçün çətinlik yaradırdı.Amma indi sonda kartoqrafik təsvirlərin verilməsi məqsədəuyğundur.Çünki şagirdlər o mövzulara çatana qədər xəritələrlə tanışlıqları olur,hər dəfə obyektləri müqayisə edəndə miqyas haqqında anlayışlar əldə etmiş olurlar.Mən bu fikirləri təcrübəmə əsaslanaraq söyləyirəm.
Salam hörmətli müəllimlər.
VI sinif dərsliyinin (2013-cü il nəşri)əvvəlində xəritələr olduğundan planın dərsliyin əvvəlinə keçməsi daha yaxşı olardı.Səh.24-də xəritənin Asiya hissəsi düşməyib.Səh.45-də xəritədə yeni sənayeləşmiş ölkələr kasıb ölkələr kimi verilib.
Hal-hazırda VII bölməni tədris edirəm.Mənə elə gəlir ki,"Ay" və "fəsillərin əmələ gəlməsi" mövzusunda çox dərinə varılıb.Sizcə bu standartdan kənar deyil?Hələ ki orbit müstəvisinin meyilli olması məsələsi şagirdlərin potensial imkanlarına uyğun deyil.
Bu dərslikdə (2013-cü il nəşri) ən gözəl,yaradıcı,bütün standartlara uyğun tədris vahidi-Yer səthinin təsviridir.Düşünən beyinlərə afərin.Çoooooox gözəldir.
salam eziz muellimler bilmek isterdim ki 6ci sinif sagirdleri sizin mekteblerde nece yeni fenni coqrafiyani nece qavrayirlar? meselen bizim mektebde usaqlarin sifahi bilikleri qavramasi yaxsi ancaq summativlerde sifahi biliklerini testlerde cetinlikle tetbiq edirler.bu sizin tecrubenizde nece netice verir?
Quote
Veyisova Xəyalə:
Kurikulum tətbiq olunan VI siniflərdə Coğrafiya dərsliyi (2013-cü il nəşri)haqqında rəy və təkliflərim
Məlumdur ki,dərslik fənnin tədrisi üçün ən vacib resurslardan biridir.VI sinif üçün nəşr olunan coğrafiya dərsliyinin (2013-cü il nəşri) iş dəftəri və atlası da özündə birləşdirməsini müsbət hal kimi qiymətləndirirəm.Dərslik elə tərtib olunub ki,artıq şagirdlərin əlavə iş dəftərinə və atlasa ehtiyacı az olur.Digər müsbət cəhət dərslikdəki mövzuların fəal dərsin mərhələlərinə uyğun şəkildə məntiqi ardıcıllıqla yığılması və mövzunun tapşırıqları ilə birlikdə Blum taksonomiyasında dərketmənin səviyyələrinə uyğun tərtib edilməsidir.Belə ki , verilmiş mətn Blum taksonomiyasında dərketmənin bilik, ”öyrəndiklərinizi tətbiq edin” tapşırığı-tətbiq, ”dərsdən sonra” tapşırığı-sintez və s. mərhələlərə uyğundur.
Kurikulum tətbiq olunan VI siniflərdə tədris aparan Coğrafiya müəllimi kimi bəzi iradlarımı da qeyd etmək istəyirəm.
1.Səh.10-Azərbaycan –mənim vətənimdir mövzusuna uyğun verilən “Azərbaycanın fiziki xəritəsi” düzgün miqyasda tərtib edilməmişdir. Bu xəritədə sərhədlər və sərhəd obyektlər də göstərilməsi məqsədə müvafiq olardı.
2.Səh.23-“Səyyahlar,turistlər,tədqiqatçılar” mövzusunda Avropadan Hindistana dəniz yolunun Vasko da Qama tərəfindən 1497-1499-cu illərdə açıldığı yazılmışdır.Hansı ki , bu əvvəlki VI sinif dərsliyində 1498-ci il,Wikipedia saytında isə 1497-ci il yazılmışdır.Bu da şagirdlərdə çaşqınlıq yaradır.Bundan sonrakı cümlələrdə isə 1492-ci ildə Xristofor Kolumbun xidmətlərindən yazılır.Bu da həm xronoloji,həm də məntiqi ardıcıllıq baxımından düzgün hesab edilməməlidir.Çünki,Hindistana dəniz yolunu Xristofor Kolumb axtarmış,tapmadığına görə Vasko da Qama onun axtarışına çıxmışdır.Bu baxımdan da məntiqi ardıcıllıq pozulmuşdur.Sonrakı cümlədə isə 1519-cu ildə Magellanın Hindistana dəniz yolu kəşf etdiyi yazılır.Hansı ki,bu dövrə qədər artıq Hindistana dəniz yolu tapılmışdır.
3. Səh.24-də Magellanın ekspedisiyası zamanı heyət üzvərinin sayı burada 256 nəfər,əvvəlki VI sinif dərsliyində 265 nəfər,wikipedia saytında isə 237 nəfər yazılır.Düşünürəm ki, statistikanı dəqiqləşdirmək lazımdır, çünki ,VII sinif şagirdləri ilə VI sinif şagirdləri arasında belə məsələlər əsassız mübahisələr yaradır.
4.Səh.24-də Səyahətlərə aid olan xəritə sxemin bir hissəsi verilməyib.
5.Səh.30-da “Müxtəlif xalqlar , irqlər, dinlər” mövzusunda Benəzir, Naomi, Ukubalanın şəkillərində başlarında yaylıq və papaq var.Tapşırıq isə belədir:Benəzirin, Naominin, Ukubalanın saç rəngini müəyyən edin.Şəkillərin düzgün verildiyini məqsədəuyğun hesab etmirəm.
6.Səh.38-də “Böyük şəhərlərin problemləri” mövzusunda yaxşı olardı ki,şəkildə göstərilən zibil qutularının adı azərbaycan dilində yazılsın.Bu həm də “Dövlət dili haqqında” qanunun tələbidir.Aydın məsələdir ki , bu qutular İEÖ-dədir.Amma ,hesab edirəm ki şəklin üzərində dəyişiklik aparmaq daha doğru olardı.
7.Kitabda verilən bəzi şəkillər anlaşılmaz,rəngsiz və effektsizdir.Məsələn:səh.39,səh.80,səh.81 və s.
8.Səh.45-də xəritə sxemdə varlı və kasıb ölkələr düzgün rənglənməmişdir.Belə ki , Azərbaycan- varlı,Küveyt,BƏƏ,Türkiyə kimi ölkələr kasıb ölkə kimi göstərilmişdir.Sxemin adı “Dünyanın varlı və ya kasıb ölkələri” deyil, “Dünyanın varlı və kasıb ölkələri” kimi verilməlidir.Həmin mövzuda səh.46-da verilən siyasi xəritədə kiçik ölkələr rəqəmlənmiş ,ancaq rəqəmlərin hansı ölkələri göstədiyi qeyd edilməmişdir.
9.Səh.50-də “Dünyanın siyasi xəritəsi” ”Dünyanın fiziki xəritəsi” kimi iki səhifədə verilsəydi daha aydın olardı.
10.Səh.87-də briz və musson küləklərinin sxemi düşünürəm ki,VI sinif üçün bir az mürəkkəbdir.Bundan əvvəlki dərsliklərdəki sxemlər daha anlaşıqlı idi.
11.Dərslikdə informasiya bolluğu daha çoxdur.Məsələn səh.68-də “Dağlar” mövzusunda dağların müxtəlif hündürlüklərdən götürülməsi artıq və lazımsız informasiyadır.


Təkliflərim
1) Mövzuların adları dərslikdə göstərilməməsi,sadəcə Mövzu 1,2,3 formasında yazılması daha uyğun olardı.Yalnız , mövzu adları müəllimin perspektiv planlaşdırılmasında göstərilsin.Çünki, motivasiya mərhələsində şagirddə dərsə maraq oyatmaq üçün bunun əlverişli istiqamət olduğunu hesab edirəm.
2) Dərsliklərin elektron variantının Flash proqramlarında yığılmasını, disklə birgə kitabların məktəblərə göndərilməsini təklif edirəm.
Quote
Veyisova Xəyalə:
Coğrafiya-6 (2013-cü il nəşri)
Atmosfer bölməsinin sonundakı praktiki tapşırıqları çox bəyəndim.
Quote
Kərimov Arzu:
Salam. 6-cı sinif yeni coğrafiya dərsliyi üçün Azərbaycanın bütün coğrafiya ictimaiyyətini təbrik edirəm. Çətini ilk yeni dərsliyi yazmaq idi. Bundan sonra bu sistemlə yazanlar çox olacaq. Amma siz ilki yarada bildiniz. Yeni çap olunmuş iş dəftərləri üçün də təşəkkürlər. Dərsin əyaniliyini artırır. Coğrafiya dərsliyinin üstünlüyü mövzuların dərs prosesində onu mənimsəyə bilməsidir. Yeni tipli test kitabçasını da gözləyirik...
Quote
Veyisova Xəyalə:
Kərimov Arzunun fikrini dəstəkləyib, təşəkkürlərinə və təkliflərinə qoşuluram.
Quote
Seyfullayeva Nərminə:
Arzu müəllim Sağ olun. Dəyərləndirdiyiniz üçün təşəkkür edirik. Yeni test kitabçası da hazır vəziyyətə yaxındır. İstərdik ki, müəllimlərimiz coğrafiya fənninin məzmununda edilən köklü dəyişikliyi dərslikdə gedən bəzi texniki qüsurlara qurban verməsinlər. Texniki qüsurlar gələn nəşrdə aradan qaldırılacaqdır. Nərminə Seyfullayeva.
Quote
Seyfullayeva Nərminə:
Xəyalə xanım ilk növbədə təşəkkürlər!!!!
Sizin dərslikdə qüsur hesab etdiyiniz bəzi fikirlərinizə münasibət bildirməyi uyğun hesab edirəm.
1. Verilən xəritə şagirddə icmal yaratmaq üçün verilmişdir.Əslində bu 3d xəritəsidir.Vizual görünüş ilə müstəvi təsvir arasında keçid mövqeyi tutur. Burada biz fiziki xəritə verə bilməzdik çünki növbəti mövzuda dəqiq Azərbaycan xəritəsi verilmişdir.
2. Vasko da Qamanın 1497-ci ildə Hindistana dəniz yolunu açması rəqəmi ingilis ədəbiyyatından götürülmüşdür. Kəşf tarixi bir rəqəmlə ifadə olunmalıdır. Əgər biz əvvəllər 1497-1499 yazırdıqsa bu səhv idi. Çünki kəşf ani hadisədir. Birdən baş verir. Digər məsələ....F.Magellanın Hindistana qərbdən dəniz yolunu aşması həqiqətən belədir. Bunun üçün Avropanın tarixini bilmək lazımdır. İspaniya və Portuqaliya arasındakı razılaşmaya görə ispanların şərqə tərəf üzmək ixtiyarı yox idi. Məhz ona görə ispanlar Hindistana qərbdən yol axtarırdılar. Həm də qızıl üçün deyil o vaxtlar Avropanı bürüyən vəba, taun və s. epidemiyalara görə -baharat-dərman-ədviyyat üçün. Xəyalə xanım bizim yanaşmamız tamamilə doğrudur.
3. Magellanın səfərində iştirak edənlərin sayı 237-280 nəfər olub və bunun heç bir önəmi yoxdur. Bunu xüsusən Siz gözəl bilirsiniz.
4. İradınız doğrudur. Kompyuter variantında xəritə-sxem tam doğrudur. Necə ki dərsliyin rus dilli variantında şəkil tamdır.
5. Benazir və Naominin şəkillərini dəyişmək təklifini qəbul edirik. Amma hər halda uşaqların qaşları var Qaş və saçların rəngi eynidir.
6. Qutuların üzərindəki yazılar ingilis dilindədir. Belə qutular Bakıda da çoxdur. Dil haqqında qanuna əməl etmək borcumuzdur. Amma həm də fənnlərarası inteqrasiyanı unutmaq da olmaz.
7. Texniki qüsurdur. Dərsliyin çapına ayrılan vəsait nə qədər çox olacaqsa belə qüsurlar azalacaq.
8. Xəritənin dəyişməsinə aid iradı qəbul edirik. Bu qüsur mənbədə belə verilib. Seçim düzgün olmayıb.
9. Dərsliyin formatı və səhifələrin sayı istədiyimiz kimi olsaydı Sizə necə gözəl sürprizlərimiz vardı. Təəssüf edirik. Əslində Siyasi xəritə ilə şagirdlər yuxarı sinflərdə daha çox işləyəcək. Sonrakı sinflərdə bu nəzərə alınar.
10. Əvvəlki dərsliklərlə müqayisə etmənizi istəməzdik. Yəqin ki, əvvəlki dərslikdəki təsvir qoyulsa idi onu səhv kimi qəbul edərdiniz. Amma hər halda fikrinizlə razılaşmaq olar. Variantlar çoxdur və dəyişmək mümkündür.
11. Fikrimizcə şagirdlər etalon anlayışından xəbərdar olmalıdırlar. Ona görə də müxtəlif ölkələrdə fərqli ölçülər haqqında məlumat almalıdırlar.
Təşəkkür edirik. Nərminə Seyfullayeva
Quote
Veyisova Xəyalə:
Salam,Nərminə xanım.Vaxt ayırıb fikir bildirdiyiniz üçün təşəkkür edirəm.Sizin fikirlərinizi canlı-canlı eşitmək mənimçün çox xoş hadisə idi.Bu xoşbəxtlik mənə qismət oldu.Buna görə sizə minnətdaram.
Amma siz aydınlıq gətirdiniz ,mən hamısını olmasa da əksəriyyətini qəbul etdim.Hələ də 3ölçülü xəritəni qəbul edə bilmirəm,çünki onlar elektron variantda daha gözəldir.
Atmosfer bölməsini çox bəyəndim,hazırda tədris edirəm,sonundakı praktik tapşırıqları xüsusilə.
Amma mən fikrimin əvvəlində qeyd etdim ki,yeni fənn kurimulumunun tətbiqi dərslikdə öz əksini çox gözəl tapıb
Zəhmət olmazsa,vaxtınız imkan verərsə bu sualımı cavablandırarsız.Atmosfer bölməsində havanın temperaturunun şaquli dəyişməsinə aid fikirlər əks etdirməyi lazım bilmədiniz?
Quote
Seyfullayeva Nərminə:
Salam Xeyale xanım. Hündürlüyə doğru temperatur dəyişməsi VII sinifin standartına aiddir. Biz onu versəydik qüsur kimi qiymətləndirilməli idi. Amma hiss etdinsə şəkil üzərində dağın ətək və zirvəsi arasında temperatur fərqini verməyə çalışmış və şagirddə təsəvvür yaratmağa nail olmuşuq. Veyisova Xəyalə,
Quote
Veyisova Xəyalə:
Salam,Nərminə xanım.Açıqlamanız üçün təşəkkür edirəm.VI sinif yağıntı mövzusunda Azərbaycana aid olan xəritə sxemdə tapşırıq var,həmin tapşırıqda texniki səhv olub,olmalıdır 600-1000 mm yağıntı,yazılıb 6000-1000.Mən şagirdlərimə 0-ın birini sildirdim.Həmçinin iş dəftərində də bu səhv var,xahiş edirəm nəzərə alarsız növbəti nəşrlərdə.
Sizə dərin təşəkkürümü bildirirəm,iş dəftərinə görə,seminardan sonra bildim ki iş dəftərləri satışdadır,şagirdlərə aldırıb istifadə edirik artıq.İşimiz həm asanlaşıb,həm də şagirdlər üçün daha maraqlıdır.
Quote
İskəndərova Şahsənəm:
Salam Nərminə xanım! TQDK-ya bir daha minnətdarlığımı bildirirəm ki, biz müəllimlərə bir birimizlə fikirlərimizi bölüşüb, müzakirələr aparmaq imkanı yaratmışdır. Mən sizin Vüsalə Veyisovaya “1519-cu ildə Fernan Magellan qərb istiqamətinə üzərək Hindistana dəniz yolunu kəşf etmişdir” sorğusuna aid verdiyiniz məsləhətinizə əməl edərək Avropanın tarixinə bir daha nəzər saldım. Amma Magellanın Hindistana dəniz yolunu nə şərq, nə də qərb istiqamətində üzərək kəşf etdiyinə dair məlumata rast gəlmədim. Bir çox mənbələrdə F.Magellanın 1480-cı ildə anadan olduğu yazılır. Deməli Vasko da Qama 1497-ci ildə Hindistana şərqdən dəniz yolunu kəşf edəndə Magellanın 17 yaşı var idi. Bu yaşda isə Magellanın ekspedisiya rəhbəri olub Hindistanı kəşf etməsi çox da real görünmür. Sizin də dediyiniz kimi: “ Kəşf ani hadisədir. Birdən baş verir”. Hindistana dəniz yolunu kəşf etmək də Vasko da Gamaya nəsib olmuşdur.
Magellanın Hindistanda olmasi fikirinə gəldikdə isə o, həqiqətən də 1506-1514-cü illər ərzində dəfələrlə şərq istiqamətində Afrika sahillərindən keçərək Hindistanda olmuşdur. Portuqaliya hərbi donanmasında xidmət etmişdir.
1519-cü ildə Magellan İspaniya donanması ilə qərb istiqamətində üzərək Hindistana qərbdən dəniz yolunu kəsf etmək məqsədilə səyahətə başlamışdı. Magellanın ekspedisiyası məqsədinə çatmasa da nailiyyətləri böyük olmüşdür. Magellan Filippin adalarında öldürüləndən sonra El-Kano Zond adalarının cənubundan kecərək İspaniyaya qayıtmışdır. Yəni Magellanın ekspedisiyası Hindistanda olmamışdır.
http://www.biography.com/people/ferdi...an-9395202 (Ferdinand Magellan)
http://www.ducksters.com/biography/ex...gellan.php (Magellan)
İskəndərova Şahsənəm.
Quote
Əliyeva Aybəniz:
Salam,6-cı sinifin Coğrafiya dərsliyinidə (2013-cü il nəşri) Dünya okeanı mövzusunda Dərsdən sonra bölməsində xəritə sxemdə 2,3 nöqtələri Sicilya adası və Böyük Britanya adasında qoyulub,amma MMV-də 2-Abşeron,3-Kiçik Asiya kimi qeyd olunub.Təbiətdə suyin dövranı mövzusunda Öyrəndiklərinizi yoxlayın bölməsidə MMV-dəki eyni adlı bölmə ilə uyğun deyil. Bunun texniki səhv olduğunu düşünürəm,gələn buraxılışlarda bunu nəzərə alacağınızı düşünürəm.Bizə bu imkanı yaratdığınız üçün təşəkkürlər.
Quote
Veyisova Xəyalə:
Salam.Nərminə xanım.6-cı sinif dərsliyinə dair problem xəritələrlə bağlıdır.Dərslikdə fiziki xəritə verilib.Məsələn,"Göllər" mövzusunda tapşırıq var ki,göllərin yerləşdiyi materikləri tapın.Kitabdakı xəritədə məsələn,Titikaka gölü yoxdur,köhnə 6-cı sinif atlasında da yoxdur.Şagird tapmaqda çətinlik çəkir,mən də istəyirəm ki,şagird özü tədqiqat aparsın bunu araşdırsın,kabinetdə çoxlu atlaslar var onlar da ruscadır,verə bilmirəm.Məsələn,mən dərsi keçəndə nə etmişəm?Kitabdakı fiziki xəritəni skanerdən kecirmişəm,üzərində olmayan gölləri xəritəyə əlavə etmişəm,rəngli print edib,hər qrupa birini paylamışam ki bundan araşdırsınlar.Mən bilirəm ki,xəritələri sizlərə Kartoqrafiya institutu təqdim edir,yəqin ki üzərində dəyişiklik aparmaq olamaz.Amma mənim etdiyim də tam düzgün olmaya bilər,çünki burda miqyas məsələsi də nəzərə alınmalıdır,amma neynim ki çıxış yolunu belə tapdım.Sizcə səhv etmişəm?
Quote
Seyfullayeva Nərminə:
Hörmətli Aybəniz xanım salam. Coğrafiya dərsliyində müşahidə etdiyiniz uyğunsuzluq doğrudur. Həqiqətən də texniki qüsurdur.Biz də çapdan sonra gördük. Növbəti nəşrdə aradan qaldırılacaqdır.Diqqətinizə görə sağ olun.
Quote
Seyfullayeva Nərminə:
Xəyalə xanım salam. Siz fədakar birisiniz. Yəqin elə əmək haqqın məktəbdə qalır. Titikaka gölünın özəllikləri olmasaydı yəqin ki heç kim onun adını belə bilməzdi. Amma Cənubi Amerikada başqa göl olmadığına görə bu gölün adı məktəb coğrafiyasında çəkilir. Şagirdlərə kömək üçün bəzən özünüz də istiqamət verə bilərsiniz. Xəritələr Kartoqrafiya və Geodeziya komitəsinin məhsuludur. Onlar da maraqlıdır ki, atlas nəşr etsinlər. Sağlıq olsun görüşə bilsək sizə bu sahədə olan fikirlərimi deyərəm. Köklü dəyişiklik olmalıdır. Amma əvvəlki variantda atlasnəşr olunmasına dəyməz. Siz isə tam doğru etmisiniz. Uğurlar. Sağ olun.
Quote
Əliyeva Aybəniz:
Sabahkı dərsim Göllər mövzusudur,dərsə hazirlaşarkən yenə dərsliklə mmv arasındakı uyunsuzluqla rastlaşdım-Öyrəndiklərinizi yoxlayın bölməsində
Bunları qeyd etməkdə məqsədim müəllifləri ittiham etmək deyil,sadəcə nəzərdən qaça bilər və gələn nəşrdə də eyni gedər .Əvvəlki qeydlərimi cavablandırdığınız üçün təşəkkürlər
Quote
Veyisova Xəyalə:
Çox sağ olun,Nərminə xanım.Xoş sözləriniz mənə stimul verdi.Əmək haqqı məsələsinə düz toxundunuz:))Nərminə xanım,mənim kitabda və ya atlasda olan problemləri tez bir zamanda aradan qaldırıb həll etməyə gücüm çatır,sadəcə,siz bilirsiniz axı ucqar kəndlərdə yaşayan müəllimlər və şagirdlər var,onların dərslikdən başqa vəsaiti yoxdur.Mən onu da bilirəm ki,hələ bir qəzet və jurnala məqalə hazırlayarkən nə qədər araşdırma aparıram,nə qədər vaxt sərf edirəm.Kitab yazmaq asan iş deyil,siz bu yükü üzərinizə götürdünüz müəlliflərlə birgə,buna görə sizə minnətdarıq.Amma bəzi məqamları da qeyd etməliyik ki.fənnimizin səmərəsini daha inkişafyönümlü görək.Bütün şərhlərimi diqqətlə oxuyub hər bir məqamına reaksiya verdiyiniz üçün sizə sonsuz təşəkkürlərimi bildirirəm.
Quote
Seyfullayeva Nərminə:
Salam. Göllər mövzusunda dərslik və MMV arasındakı qüsur nəzərimizdədir..Sag olun ki nöqsanları deyirsiniz. deməli dərsə qarşı məsuliyyətlə işləyirsiniz.
Səhifələr: 1 2 Next
Forumlar » 6-cı sinif » Coğrafiya