Coğrafiya

Forumlar » 6-cı sinif » Coğrafiya
Səhifələr: Prev 1 2
RSS
Coğrafiya
6-cı sinif Coğrafiya dərslik komplektinə (2013-cü il nəşri) dair qeyd
Quote
Əliyeva Lamiə:
6-cı sinif coğrafiya dərsliyində
Metodik vəsaitdə 47-ci səhifə “Öyrəndiklərinizi tətbiq edin” cədvəlində “Eriksson Amerikanı kəşf edib” yazılmışdır.
Dərslikdə 79-cu səhifədə“Atmosferin quruluşu”- mözusunda atmosferin qatları tam verilməmışdir.
45-ci səhifədəki xəritə sxem “kasıb ölkələri” düzgün rənglənməmişdir.
21-ci səhifədə “Nəsirəddin Tusi polyak alimi Kopernikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdır “ məncə dəqiqləşməlidir.
MMV-də 80-cı səhifədəki“ Lahiyə üzrə iş/Mövzu:Gəlin səyahətə çıxaq” haqqında isə dərslikdə məlumat yoxdur.
47-ci səhifədə “Praktiki dərs”də “Dünya əhalisinin sıxlığına” dair tapşırıq verilmişdirsə də dərslikdə bu haqda hec bir məlumat verilmir.
10-cu səhifədəki Azərbaycanın xəritəsi dəyişilsə yaxşıdır.
26-ci səhifədə 7-ci mövzunu dərsdə reallaşdırmaq çox çətindir
36-ci səhifədə verilən "Böyük səhərlərin böyük problemləri" mövzu VI sinifin standartlarında və açar sözlərində yoxdur.
Dərslikdə 16-ci mövzu ilə 17-ci mövznun yerinin dəyişməsi məsləhətdir. Cünki təbii hadisələrin məntiqi ardıcıllığı pozulur.
17-ci mövzu "Vulkanlar və qeyzerlər" olsada qeyzerlər haqqında məlumat yalnız sxem üzərində verilmişdir.
Xahiş edirəm bunlara aydınlıq gətirəsiniz.
Səhifələr: Prev 1 2
Forumlar » 6-cı sinif » Coğrafiya