Həyat bilgisi

Forumlar » 6-cı sinif » Həyat bilgisi
Səhifələr: 1
RSS
Həyat bilgisi
Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Həyat bilgisi” dərslik komplektinin (2013 və 2015-ci il nəşrləri) müzakirəsi
Hörmətli Nüşabə xanım, sizi salamlayıram!
Sizin müəllifı olduğunuz 6-cı sinif "Həyat bilgisı" dərsliyi ilə yaxından tanış oldum. Portalda TQDK-nın dərslik komplektinin monitorinqinə dair yekun rəylərini və sizin həmin rəylərə olan cavablarınızı oxudum. Mən də bir coğrafiya müəllimi kimi həmin dərslik haqqında öz fikirlərimi və təkliflərimi sizinlə dərsliyin coğrafiyaya aid olan hissəsi üzrə müzakirə aparmaq istərdim. “Həyat bilğisi” dərsliklərində coğrafiya getdikcə sıradan cıxır. Yəqin ki, deyəcəksiniz ki, mən standartdan kənara cıxmamışam. Razıyam, bunun təməli kurikulum üçün məzmun standartları yazılarkən qoyulmuşdur. Amma onu da deyim ki, həyat bilgisində coğrafiyanın yeri daha çox görünür. Yəqin ki, məzmun standartları yenidən yazılanda buna bir daha baxılar.
İndi isə gələk mətləbə. Dərslikdə verilən 21-ci mövzuya bir saat vaxt ayrılmışdır. Müasir təlim metodlarına əsasən 6-ci sinif şagirdləri 45 dəqiqə müddətində 8 səhifəlik mövzunu tədqiqat üsulu ilə necə yerinə yetirə bilər? Mən bir müəllim kimi ənənəvi metodla, yəni özüm izah etsəm belə bu mövzu üçün bir 45 dəqiqəlik vaxt çatmaz. Mən bunu bir praktik müəllim kimi deyirəm. Siz deyə bilərsiniz ki, dərsin palnlaşdırılması müəllimin özünəməxsus fəaliyyət istiqamətidir. Lakin dərslikdə bu mövzu heç olmasa 4 - 4 səhifəlik iki mövzuda verilsə yaxşı olardı, çünki şagirdi də nəzərə almaq lazımdır.
MMV-də dərsin gedişinə dair nümunə verilmişdir. Bunun üçün BİBÖ cədvəli məsləhət olunur.
Cədvəlin I sütunun (bildiklərimiz) beyin həmləsi üsulu ilə (A) bloku ilə başlamaq üçün (5 dəqiqə), (Motuvasiyaya)
II sütunda öyrənmək istədiklərı davranış qaydalarına (4 dəqiqə ) .
Sonrakı mərhələdə şagirdlərə qruplarla (C) blokundakılar araşdırılaraq dərslikdə verilən 2, 3 və 4-cü tapşırıqları yerinə yetirmək tapşırılır.
MMV-dəki dərsliyin sturukturunda (C) blokuna dair 5 yeni bilik verilmişdir. Şagirdləri 5 qrupa bölək və hər qrup bir təbii hadisənin tədqiqatının aparılmasını (8 dəqiqə), tədqiqatın mübadiləsinə (15 dəqiqə), tədqiqatın nəticələrinin müzakirəsi və ümumiləşdirilməsinə və BİBÖ cədvəlinin III sütunun öyrəndiyiniz davranış qaydalarının əlavə ediməsinə (10 dəqiqə)ayıraq.
Bizim 3 dəqiqəmiz qaldı. Yəqin ki, onu da qiymətləndirməyə və ev tapşırıqlarına verilməsinə ayırsaq göründüyü kimi 45 dəqiqəni kağız üzərində böldük.
Beləliklə, bu mövzunu sizin yazdığınız və mənim göstərdiyim vaxt bölgüsü ilə ən fəal şagirdləri olan sinifdə belə reallaşdırmaq mümkün deyil. Siz deyərsiniz ki, qrupları azalat. 3 qrupa böl. 3 qrupa böldükdə tədqiqatın aparılmasına, mübadiləsinə və ümumiləşdirməyə verilən vaxtı da artırmalı olmalıyıq.
Dərsliyin 72 səhifəsində abzas 2-də respublikamızdakı seysmik zonalar göstərilmişdir. Böyük Qafqazın cənub yamacı, Haxçıvan, Yuxarı Qarabax, Gəncə Qazax, Baki şəhəri, Xudat-Xaçmaz sahilyanı zonaları.
Zəlzələnın güçü Rixter şkalasına əsasən 12 ballıq şkala ilə təyin edilir. Hər il Yer kürəsində 3-4 bal güçündə zəlzələlər həddindən artıq olur. Yer üzərində əsasən 6-7- bal və ondan daha çox güçə malik olan zəlzələlər nəzərə alınır.
Azərbaycanda zəlzələlər əsasən tektonik sınma zonalarına uyğun gəlir.Həmin tektonik sınmalarda fəal seysmikliyi ilə fərqlənən 8-9 bal güçünə malik olan zəlzələlər tarixən üç regionda Gəncə, Şamaxı və Naxçıvanda qeydə alınmışdır. Bu üç zəlzələ episentrinin (mərkəzinin ) dərslikdə öz əksini tapması məsləhətdir.
Həmin tektonik sınmalarda fəal seysmikliyi 6-7 bal güçü ilə fərqlənən zonalara Xudat- Xaçmazın sahilyanı zonalarından daha çox Talış dağları uyğun gəlir. Talış zonasının göstərilməsi məsləhətdir. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
Salam, Şahsənəm xanım. Sizin iradınız doğrudur və rəylərdə öz əksini tapıb. Ümidvarıq ki, iradınız nəzərə alınacaq.
Səhifələr: 1
Forumlar » 6-cı sinif » Həyat bilgisi