Azərbaycan tarixi

Forumlar » 6-cı sinif » Azərbaycan tarixi
Səhifələr: 1
RSS
Azərbaycan tarixi
2013-cü ilə qədərki nəşrlər və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Azərbaycan tarixi” dərslik komplektinin (2013 və 2015-ci il nəşrləri) müzakirəsi
"Azərbaycan tarixi" və "Ümumi tarix" dərslik komplektlərinə (2013-cü il nəşrləri) dair qeyd.
İstərdim rayonumuzun bir sıra qabaqcıl müəllimlərinin rəyini Sizə çatdırım:
Xudat şəhər 2 nömrəli tam orta məktəbinin müəllimləri:
Yaxşı olardı ki, illustrasiya və xəritələr , xronoloji cədvəl və terminlər lüğəti dərsliyin sonunda əlavə kimi verilsin, dərsliyə əlavə olaraq iş dəftərləri şagirdlərə pulsuz verilsin.
Qaracəlli kənd ümumi orta məktəbinin tarix müəllimi Hacıağayev Vaqif:
VI sinif “Azərbaycan tarixi” dərsliyində alban tayfaları sırasında “leq” və ”her” tayfalarının adı sadalanmır. Yenə də orada qədim yaşayış məskənləri xəritəsində Gavduşan təpəsi Govduman kimi verilib. Böyük Çin Səddi illustrasiyası yerində verilməyib. Qədim Misir mövzusunda Ra –Günəş Allahıdır cümləsi ixtisara salınıb.
Manafoba kənd ümumi orta məktəbinin müəllimi Səfiyev Elmar:
“Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin tərtibatını müqayisə etdikdə ikinciyə üstünlük verirəm, çünki hər bir mövzu başlıqlarla və tapşırıqlarla ayrılır, bu da qrup və ya cüt işinin təşkilinə kömək edir.
Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Əhmədov Füzuli:
VI sinif “Azərbaycan tarixi” dərsliyində “Atropatenanın qonşu ölkələrlə münasibətləri” mövzusunda Selevki hökmdarı III Antioxun yürüşü e.ə. 223-cü ildə verildiyi halda “Ən mühüm tarixi hadisələr” bölümündəki cədvəldə həmin hadisə e.ə. 220-cü ilə aid edilir.
VI sinif “Ümumi tarix” dərsliyinin 12 paraqrafında “Soqdiana və Marqiana hansı dövlətin tərkibinə qatıldı?” sualı verilir halbuki mövzuda bu haqda məlumat yoxdur.
Xaçmaz şəhər 8 nömrəli məktəb-liseyin tarix müəllimi Məmmədova Səxavət:
VI sinif “Azərbaycan tarixi” və “Ümumi tarix” dərsliklərinin bir ümumi eybi var ki, onları biz V sinifdən tədris etməyə başlasaydıq daha effektiv nəticə əldə etməyə imkan verərdi, xüsusilə də Qədim Yunanıstan, Roma, Albaniya və Atropatena dövrünün öyrənilməsinə kifayət qədər vaxt olardı.
Xudat şəhər 2 nömrəli tam orta məktəbin müəllim kollektivini salamlayıram və təkliflərini dəstəkləyirəm.
Quote
Qafarov Nazim:
2008-ci il 6-cı sinif Azərbaycan tarixi dərsliyi 26-cı səhifədə yazılır:Eneolit dövründə torpaq toxa ilə yuşaldıdığından, həmin dövr əkinçiliyi ,,toxa əkinçiliyi" adlanır.
2013-cü il 6-cı sinif Azərbaycan tarixi dərsliyi 22-cı səhifədə yazılır:Neolit dövrünün insanları torpağı toxa ilə yuşaldırdılar.Belə əkinçilik toxa əkinçiliyi adlanır.
Bu cür uyğunsuzluğun səbəbi nədir?
Quote
Əhmədova Naibə:
vi-sinif Azərbaycan tarixi dərsliyi (2013-cü il nəşri) nəticə yönumlü yanaşma əsasinda hazirlanmışdir.Dərslik şagirdlərin nəyi bilməli nəyi bacarmalı olduğunu müəyyənləşdirir.Dərslikdə tarixi hadisələrin xronoloji çərçivədə öyrənilməsi hadisələrin baş verdiyi coğrafi məkani tanimaları gözlənilmişdir. Göyçay rayonunda keçirilən vi-sinif tarix dərsliklərinin müzakirəsi zamanı fikir və təkliflərimizi bildirdik vəyazılı təqdim etdik. Müəlliflərlə canlı ünsiyyətə görə TQDK-na təşəkkürümü bildirirəm.Dərsliklə bağlı bəzi təklifləri qeyd etmək istəyirəm.
1)Dərslikdə adı çəkilən arxeoloq M.Hüseynovun yaxşı olardı ki şəkli dərslikdə təqdim olunsun.
2)Nelit dövrundə evlərin çiy kərpicdən tikilməsi nə ilə bağlı verilmişdir?
3)səh-96-da senturion sözünün mənası açiqlansin.
4)səh 97-də katakomba qəbirlərin adı çəkilir.Yaxşı olardı ki küp qəbirlərin şəkilləri təqdim olunsun.
5)səh99-da şəkli verilən tunc təbərzinlər haqqında məlumat verilsin.
6)Mövzu 24-də yaxşı olardı ki alban vilayətləri və Amid döyüşü haqqında məlumat verilsin.
Dərsliklərin tərtibatı nəfsdir.Göz oxşayır.Şagirdlərin işləməsi üçün asan dildə tərtib olunub.Təşəkkürümü bildirirəm.
Səhifələr: 1
Forumlar » 6-cı sinif » Azərbaycan tarixi