Ədəbiyyat

Forumlar » 6-cı sinif » Ədəbiyyat
Səhifələr: 1
RSS
Ədəbiyyat
2013-cü ilə qədərki nəşrlər və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış “Ədəbiyyat” dərslik komplektinin (2013 və 2015-ci il nəşrləri) müzakirəsi
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
VI siniflər üçün yazılmış Ədəbiyyat dərsliyinə (2013-cü il nəşri) aid qeyd edilən fikirlər:

Əvvəlcə qeyd etmək istəyirəm ki, dərslikdə tərifəlayiq, təqdir olunası məqamlar çoxdur. Lakin bəzi iradları da mütləq qeyd etmək lazımdır.

I Mətnlərlə bağlı məqamlar

1. Yusif Balasaqunlu: "Qutadqu bilik"
Türkiyədə "Kitabi-Dədə Qorqud"dastanı, N.Gəncəvi, M.Füzuli onların öz dastanı, öz sənətkarları kimi tədris olunur. Belə olan halda 1069-cu ildə qələmə alınan, ilk məsnəvi janrında yaradılan "Kutatku bilik" poeması da Azərbaycan ədəbiyyatına aid olan bir əsər kimi dərsliyə salınmalı idi. Türklər "Kitabi-Dədə Qorqud"a, Nizamiyə, Füzuliyə nə qədər iddialıdırsa, biz də "Qutadqu biliy"ə bir o qədər iddialıyıq. İlk oğuznamə olduğu üçün Azərbaycan ədəbiyyatı da bu əsərə sahibdir. Onu da qeyd edək ki, ideal hökmdar və ideal cəmiyyət ideyası məhz bu əsərlə bağlıdır.
Bir də istisna kimi, Yusif Balasaqunlu (yaxud Balasaqoyunlu) haqqında bir qədər məlumat da verilə bilərdi.Çünki o buna layiqdir. ( səh. 16-18 )

2. B. Vahabzadənin "Qocalar" şeirində bir parçaya diqqət yetirək:
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları.
Şeirdə ümumiləşdirmə güclü olduğu üçün dərin məntiqlə fikirləşəndə bütün qocalarmı belə amansız yalqızlığa düçardır? - ideya baxımından necə izah edilə bilər? ( səh. 29 )

3. Kamal Turan "Üç nəfərin imtahanı".
Bu mətn ideya baxımından olduqca qüsurludur. Allahın rəhmi gəlir, birinci xəstəni sağaldıb 1 dəvə, 2-ci xəstəni sağaldıb 1 inək, 3-cü xəstəni sağaldıb 1 qoyun verir.
Onlar varlanandan sonra imtahan edib razı qalmır, həm əllərindən var-dövlətlərini alır, həm də əvvəlki xəstəliklərinə qaytarır. Həm də bu Cənabi-Həzrəti Allahın adından edilir.
Axı biz bilirik ki, əslində Allah əvf edən, bağışlayan, yolgöstərən və rəhm edəndir. Hanı məntiq?
Nəzərə alaq ki, bu adamların hərəsinə yalnız 1 dəvə, 1 inək verilmişdi. Əgər onlar zəhmətkeş, çalışqan, bacarıqlı olmasaydılar, var-dövlət də qazana bilməzdilər.
VI sinfə ötürülən bütün mətnlər (hansı janrda olmasından asılı olmayaraq) kamillik, saflıq, yeni düşüncə tərzi, dərin etik və estetik zövq mənbəyi olmalıdır və şagirdlərə də həmin cəhətləri təlqin etməyi bacarmalıdır.
Allah məgər kinli və intiqamçıdırmı?! ( səh. 82-83)

4. "Birinci cığır ". Bu hekayə haqqında da xoş söz demək elə də asan deyildir. Ailədə 4 uşaq var. (özümüz övlad demirik). Ana xəstə, nənə yaşlıdır. Evdə bir gilə də olsun su yoxdur. Amma uşaqlardan 3-ü çox tənbəl, bacarıqsız, etinasız, laqeyd və hazırına nazildir.
Yalnız ən balacası bütün müsbət keyfiyyətlərə malikdir. Bunların gələcəyi necə olacaq? Necə vətəndaş olacaqlar? Səhlənkarlıq, məsuliyyətsizlik onlarla bərabər böyüməyəcək ki? Kimdir günahkar?- kimi suallara kimsə cavab verə bilərmi?
Bu mətn də, gördüyümüz kimi yaxşı bir ideya vəd etmir. ( səh. 100-101 )
Ən yaxşısı, bu hekayənin də dərslikdən çıxarılması gərəkdir.

5. 109 və 110-cu səhifələrdə Nizami Gəncəvi ilə Mirmehdi Seyidzadə eyni bir səviyyəyə layiq görülərək g ö r k ə m l i sözləri ilə təqdim olunmuşlar.
Bu mümkünmü? Nizami Gəncəvi adı və şöhrəti mif kimi bütün dünyanı fəth edən dahi bir sənətkar, UNESCO xətti ilə bütün dünyada Nizami ilinin (1991-ci il) keçirildiyi bir mütəfəkkir şair, dünyaya saysız-hesabsız humanist ideyalar bəxş edən bir dühadır. Hələ deyə, sadalaya bilmədiyim nə qədər fakt qaldı. Nizami qlobal bir şairdir- bütün Yer Kürəsinin şairidir.
Yəni, bu fikrin nəzərə alınmasını xahiş edərdik.

6. 137-ci səhifədə "İsgəndər quş dili öyrənir" Azərbaycan xalq nağılı əsasında verilsə də, burada Azərbaycan şahından deyil, Makedoniyalı İsgəndərdən bəhs edilir. Bunu düzgün hesab etmək olarmı? Hamımız çox gözəl bilirik ki, Azərbaycanın adı indi də tarix kitablarında Makedoniyalı İsgəndərin sərkərdəsi Atropatın adı ilə əlaqələndirilir. Bu ağrıya necə dözmək olar?
Müəllifdən xahiş olunur ki, kitabın gələn çapında bu fikir mütləq nəzərə alınsın.
Sonda, hörmətli ekspertlər, əslində dərsliyi müasir-modern üsulda yazmaq üçün yalnız dil, ədəbiyyatı deyil, digər elmləri də mənimsəyə bilən bir müəllif yazmağa qərarlı olmalıdır. Təvazökarlıqdan uzaq olsa da, mən özümü bu işə tam yararlı hesab etdiyimi, həm də bunu böyük istək, böyük həvəs, böyük şövqlə edəcəyimi diqqətinizə yetirmək istəyirəm. Mən elə bir dərslik yazaram ki, heç kəs onda kiçik bir qüsur da tuta bilməz. Mən bunu əminliklə deyirəm.

Diqqətinizə görə minnətdaram!

Hörmətlə: Göyçay şəhər M. Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili, Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı...
Salam,Sherabanu muellime,sizin yazilarinizi,statuslarinizi oxuduqca mentiqli fikirler gorur, maraqli meqamlarin shahidi oluram... Sozsuz ki,gorkemli,dahi yazici Nizami Gencevi ile Mirmehdi Seyidzadenin muqayisesinde qeyd etdiyiniz fikirleri alqislayiram. Bele bir muqayiseni inkar etmek agilsizliq olardi... Minnetdaram!!!
Mən də sizin düzgün mühakimənizə görə sizə öz dərin minnətdarlığımı bildirirəm və rəy yazanların çox olmasını arzulayıram.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
"Kitabi-Dədə Qorqud" dastanı haqqında yeni fikirləri.

"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının bütün dünyaya meydan oxuduğu şərəfi və ləyaqətidir.
Başqa bir xalqda belə bir möhtəşəm və əvəzolunmaz bir abidə olsaydı, onlar Yer Kurəsinin ilk sakinləri olduqları barədə artıq çoxdan öyünər, özlərini bir silk başqa bütün millətlərdən üstün tutardılar.
Gəlin bu fikri sübut edən faktları sadalayaq:
1. Öncə, onu qeyd edim ki, ümumiyyətlə, dünya ədəbiyyatı və dünya ədəbiyyat mədəniyyəti məhz şumerlərin(artıq sübut olunmuş təkzibedilməz bir faktdır ki, şumerlər türklərin-o cümlədən azərbaycanlıların ulu əcdadları olmuşlar.) "Bilqameş", yaxud "Gilqameş" dastanı ilə başlayır. Dünya ədəbiyyatının ilk nümunəsi məhz bu əsər hesab olunur. Bu fikir də bizim dediklərimizə qüvvə verən əhəmiyyətli bir faktdır.
2. Biz hamımız "Kitabi-Dədə Qorqud" dastanında Dədə Qorqudun dörd əşyaya düzgün ad vermədiyindən təəssüfləndiyini bilirik:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikana sökən demədim mən Dədə Qorqud.
Gəlin bir fikirləşək, şeylərə ad qoymaq məgər dil yaratmaq deyilmi? Əslində, biz Dədə Qorqudu dil yaradan bir şəxsiyyət kimi qəbul etməliyik. Bunu inkar etmək göydəki günəşi danmağa bərabər deyilmi?
Əgər "Dədə Qorqud" nağıl, əfsanə olsaydı, onda biz həmin fakta göz yumub onun həqiqi olmadığını deyər və bu fikrin üstünə gəlməzdik. Lakin dastanlarda tarixən baş verən hadisələrin həqiqətlərin çoxluğu və qeyri-real əfsanəvi səciyyələrin az olduğu faktları hamımız bilirik.
Onu da qeyd edim ki, bütün dilçilərin qəbul etdiyi bir həqiqət də var: Dili adi adamlar deyil, seçilən şəxsiyyətlər- Peyğəmbərlər yaradırdılar.
Soruşula bilər: Dədə Qorqudun neçə yaşı olub ki, artıq nitq, yəni dilin hökmran olduğu cəmiyyətdə də o, söz yaratmağa, ad qoymağa davam edib? "Тайна смерти" kitabını oxuyanlar bu sualın da qarşısında aciz qalmayacaqlar. Həmin kitabda tarixən min illər yaşaya bilən qeyr-adi şəxsiyyətlərdən bəhs edilir. Demək ki, Dədə Qorqud da qeyri-adi bir şəxsiyyət kimi min illər yaşamış və bu xalq üçün dil yaratmışdır. Həmçinin dil yaratmağa davam etmişdir.
3. Əsərdə binalar, qalalar, qəsrlər və saraylar yoxdur. Əsərdə çadırlar vardır. Məgər türk xalqı eramızın VII əsrində çadırlardamı yaşayırdı?
4. Dastanda köpək, yurd, su və qurd ilə danışıq məqamları vardır. Bu məqamlardan yalnız biri indi də qalmışdır. Pis, yaxud yaxşı yuxu görən şəxslər öz yuxularını axar suya danışırdılar.
İtlə danışığa toxunmuram. Çünki itlə danışmaq ta qədimdən indiyədək var. Xüsusi it təlimlərində, evdə it saxlanıldıqda itlə dialoq alınmasa da, onunla dostluq münasibətləri quranlar tarixən it əhliləşdirilən andan bugünümüzədək davam edir.
5. Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə ediblər. Hətta onlar Dədə Qorqudu daha çox diqqətəşayan etmək istədiklərindən onun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Onlara elə gəlirdi ki, bununla Dədə Qorquda böyük şöhrət gətirəcəklər, lakin əslində Dədə Qorqudun əsl səviyyəsini, özünəməxsus şərəfini- Yer Kürəsinin ilk elçisi olma məqamını ondan yayındırıblar. İndi nə olar, qoy Dədə Qorqud Məhəmməd Peyğəmbərlə də görüşsün, eyb etməz, amma Dədə Qorqud bütün türk dünyasının ilk elçisi, dil yaradan qeyri-adi şəxsiyyət olaraq qalacaq və daim bizi də özü qədər şərəfləndirəcək.
6. Əsərdə adam əti yemək, adam ətindən müxtəlif yeməklər hazırlanan məqamlara da təsadüf olunur. Əsərin ən qədim olması faktlarından biri kimi biz bu məqamları qeyd etməliyik. Çünki söhbətin çox qədim anlara gedib çıxması bu fikrin dəhşətini azaltmaqla bizə onu da öyrədir ki, insanların çox qədim yaşayış anlarında insan əti bişirilmə ətləri siyahısına daxil edilirmiş.
7. Əsərin olduqca qədim olmasını Qazan xanın üç ildən bir çadırında olan əşyaların xalqa bağışlamasını da qeyd edə bilərik. Yalnız bu əsərdir ki, xan neçə ildən bir öz çadırında olan hər bir əşyanı xalqa bağışlayır.Yəni, Qazan xan yeni-yeni xan olub, hardasa ürəyinin dərinliklərində xalqın təəssubkeşliyini çəkir, onlardan hansısa bir əşyasının daha dəyərli olmasından xəcalət çəkib var-dövlətini onlara paylamaqla vicdan əzabından bir qədər uzaqlaşmağa cəhd edir. Bir qədər sonra hansısa xan, şah, firon, kral və s. kimi başçıların öz evini paylama məqamına təsadüf edilibmi?
8. Dastanda qədim türk xalqına məxsus qeyri-adi igidliklər sadalanır. Çox təəssüf ki, həmin real igidliklər dərsliklərdə mübaliğə kimi təqdim olunur. Əslində Qazan xanın tək düşmən üstünə getməsi faktları, qəhrəmanların özlərinəməxsus igidlik tərzləri, Qaraca Çobanın ağacı kökündən qoparma məqamları bütün dünyada yalnız türk xalqına Tanrının bəxş etdiyi məziyyətlərdir.
Bugün belə bu xüsusiyyətlər türk xalqında özünü biruzə verir: Dişi ilə qatarı çəkən, iki qarşı-qarşıya dayanan avtomobilləri əlləri ilə hərəkət etməyə qoymayan, şüşə qırıntıları üzərində çılpaq uzanıb üstünə mişar daşları düzdürən, əlləri ilə mişar daşları yaran, hətta başlarında mişar daşlarını parçalayan igidlərimiz azdırmı?
9. Əsərin dili öz yarandığı tarixdən çox uzaq düşsə də, bugün tərcümə edilərək nəşr olunsa da, çox maraqlıdır ki, möhtəşəm əsərə layiq möhtəşəm fikirləri və bədii dil xüsusiyyətlərini də hifz edə bilmişdir. Dastanın dili müqəddəs kitabların dilini xatırladır:
Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı, yer gizlədi,
Fanı dünya kimə qaldı?
Gəlimli, gedimli, dünya,
Son ucu ölümlü dünya.
Hətta bu üslub özünü nəsr dilində də hiss etdirir: Torpağı əkmədinsə, onu qorumağına dəyməz, qorumadınsa, onu əkməyinə dəyməz.

10. Əsərdə müqəddəs kitabları xatırladan müqəddəs anlar, müqəddəs məqamlar daha çoxdur. Onları qeyd edirəm:
a) Namus, şərəf məsələsi. Uruz anasından tələb edir ki, mənim ağ ətimdən qara qovurma edəcəklər, məqsədləri səni tanımaqdır, qızlar bir yeyəndə sən iki ye, təki atam Qazanın namusu tapdanmasın.
b) Anaya münasibət. Ana haqqı tanrı haqqına bərabər tutulur. Belə bir məqam- analığın belə bir zirvəsi başqa heç bir kitabda, heç bir müqəddəs kitablarda, heç bir ölkədə, heç bir xalqda belə ucalığa layiq görülmür.
c) Bugün təbabətin çox inkişaf etdiyini, az qala möcüzələr yaratdığını hər birimiz bilirik. Əsərdə belə bir məqam var: Atanın kor olmuş gözlərinə oğlun qanı dərman kimi çəkilir və atanın kor olmuş gözləri nura qərq olur. Bəs bu dərmanı möcüzələr yaradan təbabət tanıyırmı? Əslində, bu hadisəni verməklə əsərdə ata ilə oğul arasında izahedilməz, sirli bir əlaqənin, bağlılığın olduğuna işarə vardır- bu bağlılığı bugünkü təbabət elmi də etiraf edir.
d) Qaraca Çoban düşmən tərəfindən verilən bəylikdənsə, öz ulusunda baş çoban olmağı üstün tutur. İbrət alınası bir məqam...
e) Yuxuya inam. Əsərin qəhrəmanları yuxuda gördükləri ilə bağlı günlərini planlaşdırırlar. Bu həm möcüzəli bir tərəfdir, həm də əsərin qədimliliyinə dəlalət edən bir cəhətdir.
Dediklərimizə və deyə bilmədiklərimizə əsasən bu əsərə yenidən baxılmalı, yeni fikirlər silsiləsi meydana çıxarılmalıdır.
Hörmətli ekspertlər, sizə yəqin məlumdur ki, dərsliklərdə bu abidənin qiymətini onun yazılı ədəbiyyatın içərisində göstərməklə layiq olduğu dəyərindən qat-qat aşağı endirmişlər. Buna dözmək olarmı? Özünüz deyin: hansı daha qədimdir- yazılı ədəbiyyat, yoxsa şifahi ədəbiyyat?
Fikirləşək: Məgər dastanı da nə vaxtsa yazıya alındığı üçün yazılı ədəbiyyata daxil etmək olarmı? Özümüz özümüzə bu qədər pisliyi nə üçün edirik? Bu bizə kömək edirmi?
NOVRUZ BAYRAMI BARƏDƏ.

Turk xalqının ən qədim olduğunu novruz bayramı bir daha sübut edir. Novruz bayramının ən qədim olduğunu sübut edən faktlar aşağıdakıiardır:
1 .Novruz atəşpərəstliyə sitayiş dövrü ilə əlaqədardır. Hər çərşənbə qalanan tonqallar,bayram süfrəsində yandırılan şamlar,səmənilər,paxlavalar,şəkərburalar,şorqoğall­ar,külçələr atəşpərəstliyin rəmzləridir. Qeyd edək ki,səməni atəşpərəstlik dinində əkinçiliyin,paxlava sayrışan ulduzların,şəkərbura hilal ayın,külçə günəşin,şorqoğal isə bədrlənmiş ayın rəmzləridir.
2.Biz bilirik ki, insanlar çox qədimlərdə oddan müdafiə vasitəsi kimi yararlanmışlar.Yəni,ən qədim insanlar oda sitayiş etmişlər.Elə bu səbəbdən atəşpərəstlik ən qədim din hesab olunur.Atəşpərəstlər isə ən qədim insanlar hesab olunur.
3.Bizim xalqımız keçən uzun əsrlər ərzində zamanın hansı dönəmindəsə,nə yollasa,islam dinini qəbul etmişsə də,atəşpərəstliyin adət və ənənələrini heç vaxt unutmamış,onu bu günlərimizədək qoruyub saxlamagı bacarmışlar.BU,bizim xalqımızın dönməz ,qırılmaz iradəsinin,əzmkarlığının,saf mənəvi dünyasının təcəssümüdür.
Sonda onu da qeyd edim ki , bu bayram hər birimiz üçün olduqca önəmlidir.Bu bayramı qoruyub bizə ərməğan etdikləri üçün bizlərdən hər biri ulu əcdadlarımız önündə baş əyirik.BAYRAMIMIZ MÜBARƏK!
6-cı sinif Ədəbiyyat dərsliyindəki (2013-cü il nəşri) səhvlərin ardı.


136-cı səhifədə QANLI BƏNÖVŞƏ hekayəsi bizlərdən hər birimizin ən ağrılı yerinə sanki od vurur.
Hekayədə zəif məqamlar o qədər çoxdur ki,bilmirsən nədən başlayasan?
1.Qanlı faciəyə üç gün qalmış Zərif Siranuş xalanın –fikirləşin Xalanın ,Suren dayının- diqqət edin-Dayının düşmən olduğunu üzə çıxarır.Bunu necə qəbul etmək olar?Ümumiyyətlə,bunu qəbul etmək mümkünmü?
2.Hələ də mi Zərif düşmən olduğunu güman etdiyi erməni qonşularının qapısını açıb həyətlərinə daxil olub,onlarla birlikdə oynamaq istəyir?Bəs bunu necə qəbul edək?
3.Erməni qızları düşmənlərini tanıyır,Zərif tanımır, bəs bunu necə qəbul etmək olar?
4.İndi ən ağrılı məqam:
Zərif atasından soruşur ki,biz azərbaycanlı deyilik?Cavabında atası deyir ki, Yox qızım,Azərbaycan torpağımızın adıdır.
Elə bu andaca sizlərə həmişəyaşar əbədi liderimiz Heydər Əliyevin dili ilə öz iradımı dilə gətirirəm-Mən həmişə fəxr etmişəm –indi də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!
Hekayədə zəif məqamların çoxluğu onu dərslikdən çıxarmağın lazım gəldiyini göstərir.
Daha təsirli,daha inandırıcı,daha dolğun hekayələr yaradılmalıdır.Təsəvvür edin ki, məntiqi güclü olan 6-cı sinif şagirdləri də dediyimiz bu fikirləri üzə çıxara bilər.Hekayədə azərbaycanlıların aciz və cılız görünməsi bizm xeyrimizədirmi?
Səhifə 152-də’’Mən bizim anaları Günəşə tay tuturam’’şeiri əslində şeirin ideyası, məzmunu baxımından çox yaxşıdır, lakin forması düzgün deyil.Birinci bənddə altı misra, 2-3-4-cü bəndlərdə səkkiz misra,sonuncu bənddə isə elə birinci bənd təkrarlanır.
Səhifə 206-da Tanrının ərməğanı mətnində Heydər Əliyevin sözləri təhrif olunmuşdur.Əslində,şərəfli işlədiləsi söz şöhrətli kimi verilmişdir.Bu yolverilməz bir xətadır.
Səhifə 121-də Dərsimi yaz hekayəsi ümumiyyətlə dərsliyə salınmamalı idi.Mən xahiş edirəm ki, bu mətni bir neçə nəfər oxusun.Umumi rəy mütləq bu mətnin dərslikdən çıxarılması haqqında fikrin söyləniməsi olacaqdır.
Səhifə153-də Ana rəhmi əfsanəsi də dərslikdən çıxarılmalıdır.Çünki əfsanədə 19-cu əsrdə baş verən hadisələr çox inanılmaz,alçaldıcı təsvirlərlə çatdırılır.Guya Xan qızı Natəvan quldurlar tərəfindən oğurlanır.Əfsanədəki cümlələri olduğu kimi verək:

Göyçay şəhər M.Füzuli adına 6№-li tam orta məktəbin müəllimii Hacıyeva Şərəbanı
6-cı sinif Ədəbiyyat dərsliyində (2013-cü il nəşri) dil səhvləri.
39-40-cı səhifədə Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş’’əsərində 2 halı qeyd edək:
1.fərəhnak –bu söz dilimizdə tarixən işlənmişdir.M.Füzulidən misal:
Qönçə yaxasını edibən çak,
Bülbül baxıban olub fərəhnak.
Qrammatika kitablarında da-nak-adlı şəkilçiyə təsadüf edilmir.
2.Müəllifin dilində dialekt söz işlənmişdir ki,buna yol vermək olmaz-havaxt
Səhifə 112-də S.Əhmədlinin ‘’Dərs’’hekayəsində :
1.Müəllifin dilində yenə də dialekt söz işlənilmişdir-girlənib.
2. 114-cü cümlədə isə qüsurlu cümlə verimişdir:Müəllimənin indi ağlına gəldi;onun uşaqlarının əgər yaxın bir kəsi həlak olmuşdusa ,bir dəqiqə sükutla ayağa qalxıb dayana idilər.Cümlədə olmuşdusa sözündən sonra gərək sözü işlənməli idi.Bu ,ciddi qüsurdur.
3.116-cı səhifədə də bir cümlədə qüsur üzə çıxır:Həm ürəkləri boşalmış, həm də çantalarında gətirdikləri gilizləri,qəlpə qırıqlarını,daş mərmiləri buradaca töküb vermişdilər məktəbə.Hekayəni oxuyan hər kəs bu cümlənin digərləri ilə uyğun gəlmədiyini aşkar edəcəkdir.
4.Həmin hekayədə yenidən daha bir səhv:Qorxurdu vəzifədən çıxar.-Olmalıdır-çıxararlar.
5.113-cü səhifədə müəllifin dilində daha bir dialekt sözü işlənib-cıbıldız.
Bir hekayədə bu qədər səhv olarmı?
118-ci səhifədə “Xan Sarayı’’hekayəsində belə bir cümlə var:Ancaq beləsi yaradanı kəsə bilər.Getməli idi-yaradan əlləri.
Səhifə 121-də ‘’Dərsimi yaz’’ hekayəsində -tərpəşmə, quyuya düşərsən-getməli idi-tərpənmə.
164-cü səhifədə ‘’Koroğlu’’dastanında bir neçə yerdə -döşünə- sözü işlənmişdir. Sinifdə o söz heç etik səslənmir.Hörmətli müəlliflər o sözü –köksünə,qoynuna sözlərindən biri ilə əvəz edə bilərdilər.
Səhifə 175-də dış oğuz əvəzinə daş oğuz ifadəsi getmişdir. Belə səhvə yol vermək olmaz.
207-ci səhifədə ‘’Tanrının ərməğanı’’mətnində Leninqrad sözü səhv getmişdir.
222-ci səhifədə ‘’İki qardaşın nağılı’’n-dakı bu cümləyə diqqət edin-Günlərin birində bir padşahın qiymətli bir üzüyü var imiş.Bu cümləni bu şəkildə necə vermək olar?
Səhifə 202-də “Barıt iyi’’hekayəsində feli bağlama şəkilçisi səhv gedib.Cümləyə baxaq-İbrahim cəbhəyə gedəni evə 2 şəkil göndərmişdi.-olmalı idi gedəli.
Yenə də həmin hekayədə müharibə səhnəsi təsvir olunarkən –Fərid ətrafa tamaşa edir.-yazılıb.
Tamaşa edir- ifadəsi müsbət mənalıdır.Ona görə də bu cümlədə həmin ifadə işlənməməlidir.
Ətrafa baxır,ətrafa göz gəzdirir kimi ifadələrdən yararlanmaq daha yerinə düşərdi.
Səhifə 24-də -O,Göygölün şəkillərini çox-çox görmüşdü-cümləsində-çox.... çox şəklindəgetməli idi.
“Dədə Qorqud’’ dan verilən “Basatın Təpəgözü öldürməsi” boyu əfsanəvi səciyyə daşıdığından ən qədim tarixi köklərə bağlıdır. Sadəcə,dastanı yazıya alan şəxs islam dininə səcdə etdiyindən dastana islam dini ilə bağlı müəyyən epizodlar əlavə etmişdir.Bu epizodları dastandan çixarmağın zamanı deyilmi?Həmin parçalar dastanı çox müasirləşdirmirmi? Bu bizə lazımdırmı?Yəni biz bu qədərmi sadəlövhük?
Çox təəccüblüdür ki,’’Koroğlu’’dastan kimi verilsə də,’’Dədə Qorqud” dastan kimi təqdim ediməyib.Bu,çox ağrıdıcıdır.
Diqqətinizə daha bir məsələni də çatdırmaq istəyirəm.Xahiş edirəm, dünyanın aparıcı ölkələrinin dərsliklərinə bir sərf nəzər qılın:Heç birində 8-ci sinifdən öncə,sevgi haqqında nəsə bir kiçicik epizod belə tapa bilməzsiniz.Şagird Vətəni,ata-anasını,xalqını,torpağını qoy əvvəl sevsin, bu ,onun bəsidir.Səhifə 191-də “Ağabəyim ağa”əsərində məhəbbət ,sevgi hissi olduqca güclüdür.
Dərslikdəki sual və tapşırıqlar bir-birinin eynidir və deməli,yorucudur.Yaxşı olardı ki,hər dərsə məxsus xüsusi sual və tapşırıqlar hazırlana idi.Onda dərslər daha maraqlı və daha keyfiyyətli olardi.


Göyçay şəhər 6 saylı tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı
Quote
Səmədova İlhamə:
Salam,əvvəlcə sayt üçün təşəkkür edirəm və uğurlar arzulayıram.6-cı siniflər üçün ədəbiyyat dərsliyi (2013-cü il nəşri) həddindən artıq mürəkkəbdir və şagirdlərin işləməsi üçün rahat deyil.Dərslik başdan-başa cədvəllərdən ibarətdir.Şagird üçün anlaşılmaz və yorucudur.Tapşırıqları 45 dəq.ərzində icra etmək mümkün deyil.
Quote
Bayramova Gülafət:
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

VI sinif ədəbiyyat dərsliyində (2013-cü il nəşri) səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

Gəncə şəhər 28 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-publisist, təlimçi
Gülafət Bayramova
Quote
Yusubov Fəxrəddin:
Səmədova İlhamə,
İlhamə müəlliməni salamlayıram. Yəqin ki, "Durnalar" qoşmasında bir məqamı unutmamısınız:"Yavaş-yavaş gedin səssiniz anlar". 6-cı sinifin "Ədəbiyyat" dərsliyi (2013-cü il nəşri) haqqında mənfi söz söyləyənlərə qarşı təzyiq və təqiblər ola bilir... Sizlər, həqiqətən də, ehtiyatı davranmalısınız. Bunu mən öz təcrübəmə əsasən deyirəm.Atalar deyib ki, "Başına gələn, başmaqçı olar". Baxmayaraq ki, ədəbiyyatın tədrisi metodikası fənnindən 20 ildən artıqdır ki, ADPU-da mühazirələr aparıram, 1998-ci ildən "Addım-addım", "Tənqidi Təfəkkürün İnkişafında Mütaliyə və Yazı", "Fəal(interaktiv)təlim", "Fəal(interaktiv) təlimin kurikuluma tətbiqi" və s. kimi treninqlərdə iştirak etmiş, müvafiq sertifikatlar almış, 6-cı ildir ki, respublikamızın bir çox bölgələrində təlimçi kimi treninqlər aparmışam, bu vəziyyətimlə o cəsarəti öz üzərimə götər bilmirəm. Ehtiyatlı olun, İlhamə xanım. Necə ki, mən həmin dərslik komplektinin standartlara cavab vermədiyini,milli-mənəvi dəyərlərimizi aşılmaq imkanından tamamilə məhrum və uzaq olduğunu heç kimə bildirmirəm...
İşinizdə uğurlar. Bizim bu cür müəllimlərə çox böyük ehtiyacımız var.
6-cı sinif “Ədəbiyyat” dərsliyi ilə bağlı irad və təkliflərə verilmiş açıqlamalar.
04.03.2014 20:18
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
VI siniflər üçün yazılmış Ədəbiyyat dərsliyinə aid qeyd edilən fikirlər:

Əvvəlcə qeyd etmək istəyirəm ki, dərslikdə tərifəlayiq, təqdir olunası məqamlar çoxdur. Lakin bəzi iradları da mütləq qeyd etmək lazımdır.

I Mətnlərlə bağlı məqamlar

1. Yusif Balasaqunlu: "Qutadqu bilik"
Türkiyədə "Kitabi-Dədə Qorqud"dastanı, N.Gəncəvi, M.Füzuli onların öz dastanı, öz sənətkarları kimi tədris olunur. Belə olan halda 1069-cu ildə qələmə alınan, ilk məsnəvi janrında yaradılan "Kutatku bilik" poeması da Azərbaycan ədəbiyyatına aid olan bir əsər kimi dərsliyə salınmalı idi. Türklər "Kitabi-Dədə Qorqud"a, Nizamiyə, Füzuliyə nə qədər iddialıdırsa, biz də "Qutadqu biliy"ə bir o qədər iddialıyıq. İlk oğuznamə olduğu üçün Azərbaycan ədəbiyyatı da bu əsərə sahibdir. Onu da qeyd edək ki, ideal hökmdar və ideal cəmiyyət ideyası məhz bu əsərlə bağlıdır.
Əsər dərsliklərimizdə ortaq türk ədəbiyyatı nümunəsi kimi təqdim olunur və bunun düzgün mövqe olduğunu düşünürük.
Bir də istisna kimi, Yusif Balasaqunlu (yaxud Balasaqoyunlu) haqqında bir qədər məlumat da verilə bilərdi.Çünki o buna layiqdir. ( səh. 16-18 )
İrad dərsliklə bağlı (2013) TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

2. B. Vahabzadənin "Qocalar" şeirində bir parçaya diqqət yetirək:
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları.
Şeirdə ümumiləşdirmə güclü olduğu üçün dərin məntiqlə fikirləşəndə bütün qocalarmı belə amansız yalqızlığa düçardır? - ideya baxımından necə izah edilə bilər? ( səh. 29 )
Təbii ki, bütün qocalar amansız yalnızlığa düçar deyil. Lakin poeziya bir anın reallığını təsvir edə və anlada bilər.

3. Kamal Turan "Üç nəfərin imtahanı".
Bu mətn ideya baxımından olduqca qüsurludur. Allahın rəhmi gəlir, birinci xəstəni sağaldıb 1 dəvə, 2-ci xəstəni sağaldıb 1 inək, 3-cü xəstəni sağaldıb 1 qoyun verir.
Onlar varlanandan sonra imtahan edib razı qalmır, həm əllərindən var-dövlətlərini alır, həm də əvvəlki xəstəliklərinə qaytarır. Həm də bu Cənabi-Həzrəti Allahın adından edilir.
Axı biz bilirik ki, əslində Allah əvf edən, bağışlayan, yolgöstərən və rəhm edəndir. Hanı məntiq?
Nəzərə alaq ki, bu adamların hərəsinə yalnız 1 dəvə, 1 inək verilmişdi. Əgər onlar zəhmətkeş, çalışqan, bacarıqlı olmasaydılar, var-dövlət də qazana bilməzdilər.
VI sinfə ötürülən bütün mətnlər (hansı janrda olmasından asılı olmayaraq) kamillik, saflıq, yeni düşüncə tərzi, dərin etik və estetik zövq mənbəyi olmalıdır və şagirdlərə də həmin cəhətləri təlqin etməyi bacarmalıdır.
Allah məgər kinli və intiqamçıdırmı?! ( səh. 82-83)

6-cı sinif “Ədəbiyyat” dərsliyindəki bir çox mətnlərin dərslik səviyyəsinə uyğun olmadığı haqqında iradlar TQDK-nın yekun rəyində (2013, 1015) öz əksini tapmışdır.

4. "Birinci cığır ". Bu hekayə haqqında da xoş söz demək elə də asan deyildir. Ailədə 4 uşaq var. (özümüz övlad demirik). Ana xəstə, nənə yaşlıdır. Evdə bir gilə də olsun su yoxdur. Amma uşaqlardan 3-ü çox tənbəl, bacarıqsız, etinasız, laqeyd və hazırına nazildir.
Yalnız ən balacası bütün müsbət keyfiyyətlərə malikdir. Bunların gələcəyi necə olacaq? Necə vətəndaş olacaqlar? Səhlənkarlıq, məsuliyyətsizlik onlarla bərabər böyüməyəcək ki? Kimdir günahkar?- kimi suallara kimsə cavab verə bilərmi?
Bu mətn də, gördüyümüz kimi yaxşı bir ideya vəd etmir. ( səh. 100-101 )
Ən yaxşısı, bu hekayənin də dərslikdən çıxarılması gərəkdir.
Uşaqlar nənənin xahişini yerinə yetirməyə cəhd edirlər, lakin əlverişsiz hava onları qorxudur, işi yerinə yetirməyə mane olur. Dördüncü uşaq isə daha qoçaq və məsuliyyətlidir, ona görə işin öhdəsindən gəlir.[/b]


5. 109 və 110-cu səhifələrdə Nizami Gəncəvi ilə Mirmehdi Seyidzadə eyni bir səviyyəyə layiq görülərək g ö r k ə m l i sözləri ilə təqdim olunmuşlar.
Bu mümkünmü? Nizami Gəncəvi adı və şöhrəti mif kimi bütün dünyanı fəth edən dahi bir sənətkar, UNESCO xətti ilə bütün dünyada Nizami ilinin (1991-ci il) keçirildiyi bir mütəfəkkir şair, dünyaya saysız-hesabsız humanist ideyalar bəxş edən bir dühadır. Hələ deyə, sadalaya bilmədiyim nə qədər fakt qaldı. Nizami qlobal bir şairdir- bütün Yer Kürəsinin şairidir.
Yəni, bu fikrin nəzərə alınmasını xahiş edərdik.

Bu ifadənin bu şəkildə işlədilməsini Nizami Gəncəvinin şöhrətinə xələl gətirirmiş kimi başa düşmək düzgün deyil.

6. 137-ci səhifədə "İsgəndər quş dili öyrənir" Azərbaycan xalq nağılı əsasında verilsə də, burada Azərbaycan şahından deyil, Makedoniyalı İsgəndərdən bəhs edilir. Bunu düzgün hesab etmək olarmı? Hamımız çox gözəl bilirik ki, Azərbaycanın adı indi də tarix kitablarında Makedoniyalı İsgəndərin sərkərdəsi Atropatın adı ilə əlaqələndirilir. Bu ağrıya necə dözmək olar?
Müəllifdən xahiş olunur ki, kitabın gələn çapında bu fikir mütləq nəzərə alınsın.
Sonda, hörmətli ekspertlər, əslində dərsliyi müasir-modern üsulda yazmaq üçün yalnız dil, ədəbiyyatı deyil, digər elmləri də mənimsəyə bilən bir müəllif yazmağa qərarlı olmalıdır. Təvazökarlıqdan uzaq olsa da, mən özümü bu işə tam yararlı hesab etdiyimi, həm də bunu böyük istək, böyük həvəs, böyük şövqlə edəcəyimi diqqətinizə yetirmək istəyirəm. Mən elə bir dərslik yazaram ki, heç kəs onda kiçik bir qüsur da tuta bilməz. Mən bunu əminliklə deyirəm.

Nağıl Azərbaycan xalq nağılı kimi təqdim olunsa da, orada Makedoniyalı İsgəndərin Azərbaycan hökmdarı olması kimi bir qeyd yoxdur.

Diqqətinizə görə minnətdaram!

Hörmətlə: Göyçay şəhər M. Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili, Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı...

08.03.2014 21:49
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
"Kitabi-Dədə Qorqud" dastanı haqqında yeni fikirləri.

"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının bütün dünyaya meydan oxuduğu şərəfi və ləyaqətidir.
Başqa bir xalqda belə bir möhtəşəm və əvəzolunmaz bir abidə olsaydı, onlar Yer Kurəsinin ilk sakinləri olduqları barədə artıq çoxdan öyünər, özlərini bir silk başqa bütün millətlərdən üstün tutardılar.
Gəlin bu fikri sübut edən faktları sadalayaq:
1. Öncə, onu qeyd edim ki, ümumiyyətlə, dünya ədəbiyyatı və dünya ədəbiyyat mədəniyyəti məhz şumerlərin(artıq sübut olunmuş təkzibedilməz bir faktdır ki, şumerlər türklərin-o cümlədən azərbaycanlıların ulu əcdadları olmuşlar.) "Bilqameş", yaxud "Gilqameş" dastanı ilə başlayır. Dünya ədəbiyyatının ilk nümunəsi məhz bu əsər hesab olunur. Bu fikir də bizim dediklərimizə qüvvə verən əhəmiyyətli bir faktdır.
2. Biz hamımız "Kitabi-Dədə Qorqud" dastanında Dədə Qorqudun dörd əşyaya düzgün ad vermədiyindən təəssüfləndiyini bilirik:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikana sökən demədim mən Dədə Qorqud.
Gəlin bir fikirləşək, şeylərə ad qoymaq məgər dil yaratmaq deyilmi? Əslində, biz Dədə Qorqudu dil yaradan bir şəxsiyyət kimi qəbul etməliyik. Bunu inkar etmək göydəki günəşi danmağa bərabər deyilmi?
Əgər "Dədə Qorqud" nağıl, əfsanə olsaydı, onda biz həmin fakta göz yumub onun həqiqi olmadığını deyər və bu fikrin üstünə gəlməzdik. Lakin dastanlarda tarixən baş verən hadisələrin həqiqətlərin çoxluğu və qeyri-real əfsanəvi səciyyələrin az olduğu faktları hamımız bilirik.
Onu da qeyd edim ki, bütün dilçilərin qəbul etdiyi bir həqiqət də var: Dili adi adamlar deyil, seçilən şəxsiyyətlər- Peyğəmbərlər yaradırdılar.
Soruşula bilər: Dədə Qorqudun neçə yaşı olub ki, artıq nitq, yəni dilin hökmran olduğu cəmiyyətdə də o, söz yaratmağa, ad qoymağa davam edib? "Тайна смерти" kitabını oxuyanlar bu sualın da qarşısında aciz qalmayacaqlar. Həmin kitabda tarixən min illər yaşaya bilən qeyr-adi şəxsiyyətlərdən bəhs edilir. Demək ki, Dədə Qorqud da qeyri-adi bir şəxsiyyət kimi min illər yaşamış və bu xalq üçün dil yaratmışdır. Həmçinin dil yaratmağa davam etmişdir.
3. Əsərdə binalar, qalalar, qəsrlər və saraylar yoxdur. Əsərdə çadırlar vardır. Məgər türk xalqı eramızın VII əsrində çadırlardamı yaşayırdı?
4. Dastanda köpək, yurd, su və qurd ilə danışıq məqamları vardır. Bu məqamlardan yalnız biri indi də qalmışdır. Pis, yaxud yaxşı yuxu görən şəxslər öz yuxularını axar suya danışırdılar.
İtlə danışığa toxunmuram. Çünki itlə danışmaq ta qədimdən indiyədək var. Xüsusi it təlimlərində, evdə it saxlanıldıqda itlə dialoq alınmasa da, onunla dostluq münasibətləri quranlar tarixən it əhliləşdirilən andan bugünümüzədək davam edir.
5. Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə ediblər. Hətta onlar Dədə Qorqudu daha çox diqqətəşayan etmək istədiklərindən onun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Onlara elə gəlirdi ki, bununla Dədə Qorquda böyük şöhrət gətirəcəklər, lakin əslində Dədə Qorqudun əsl səviyyəsini, özünəməxsus şərəfini- Yer Kürəsinin ilk elçisi olma məqamını ondan yayındırıblar. İndi nə olar, qoy Dədə Qorqud Məhəmməd Peyğəmbərlə də görüşsün, eyb etməz, amma Dədə Qorqud bütün türk dünyasının ilk elçisi, dil yaradan qeyri-adi şəxsiyyət olaraq qalacaq və daim bizi də özü qədər şərəfləndirəcək.
6. Əsərdə adam əti yemək, adam ətindən müxtəlif yeməklər hazırlanan məqamlara da təsadüf olunur. Əsərin ən qədim olması faktlarından biri kimi biz bu məqamları qeyd etməliyik. Çünki söhbətin çox qədim anlara gedib çıxması bu fikrin dəhşətini azaltmaqla bizə onu da öyrədir ki, insanların çox qədim yaşayış anlarında insan əti bişirilmə ətləri siyahısına daxil edilirmiş.
7. Əsərin olduqca qədim olmasını Qazan xanın üç ildən bir çadırında olan əşyaların xalqa bağışlamasını da qeyd edə bilərik. Yalnız bu əsərdir ki, xan neçə ildən bir öz çadırında olan hər bir əşyanı xalqa bağışlayır.Yəni, Qazan xan yeni-yeni xan olub, hardasa ürəyinin dərinliklərində xalqın təəssubkeşliyini çəkir, onlardan hansısa bir əşyasının daha dəyərli olmasından xəcalət çəkib var-dövlətini onlara paylamaqla vicdan əzabından bir qədər uzaqlaşmağa cəhd edir. Bir qədər sonra hansısa xan, şah, firon, kral və s. kimi başçıların öz evini paylama məqamına təsadüf edilibmi?
8. Dastanda qədim türk xalqına məxsus qeyri-adi igidliklər sadalanır. Çox təəssüf ki, həmin real igidliklər dərsliklərdə mübaliğə kimi təqdim olunur. Əslində Qazan xanın tək düşmən üstünə getməsi faktları, qəhrəmanların özlərinəməxsus igidlik tərzləri, Qaraca Çobanın ağacı kökündən qoparma məqamları bütün dünyada yalnız türk xalqına Tanrının bəxş etdiyi məziyyətlərdir.
Bugün belə bu xüsusiyyətlər türk xalqında özünü biruzə verir: Dişi ilə qatarı çəkən, iki qarşı-qarşıya dayanan avtomobilləri əlləri ilə hərəkət etməyə qoymayan, şüşə qırıntıları üzərində çılpaq uzanıb üstünə mişar daşları düzdürən, əlləri ilə mişar daşları yaran, hətta başlarında mişar daşlarını parçalayan igidlərimiz azdırmı?
9. Əsərin dili öz yarandığı tarixdən çox uzaq düşsə də, bugün tərcümə edilərək nəşr olunsa da, çox maraqlıdır ki, möhtəşəm əsərə layiq möhtəşəm fikirləri və bədii dil xüsusiyyətlərini də hifz edə bilmişdir. Dastanın dili müqəddəs kitabların dilini xatırladır:
Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı, yer gizlədi,
Fanı dünya kimə qaldı?
Gəlimli, gedimli, dünya,
Son ucu ölümlü dünya.
Hətta bu üslub özünü nəsr dilində də hiss etdirir: Torpağı əkmədinsə, onu qorumağına dəyməz, qorumadınsa, onu əkməyinə dəyməz.

10. Əsərdə müqəddəs kitabları xatırladan müqəddəs anlar, müqəddəs məqamlar daha çoxdur. Onları qeyd edirəm:
a) Namus, şərəf məsələsi. Uruz anasından tələb edir ki, mənim ağ ətimdən qara qovurma edəcəklər, məqsədləri səni tanımaqdır, qızlar bir yeyəndə sən iki ye, təki atam Qazanın namusu tapdanmasın.
b) Anaya münasibət. Ana haqqı tanrı haqqına bərabər tutulur. Belə bir məqam- analığın belə bir zirvəsi başqa heç bir kitabda, heç bir müqəddəs kitablarda, heç bir ölkədə, heç bir xalqda belə ucalığa layiq görülmür.
c) Bugün təbabətin çox inkişaf etdiyini, az qala möcüzələr yaratdığını hər birimiz bilirik. Əsərdə belə bir məqam var: Atanın kor olmuş gözlərinə oğlun qanı dərman kimi çəkilir və atanın kor olmuş gözləri nura qərq olur. Bəs bu dərmanı möcüzələr yaradan təbabət tanıyırmı? Əslində, bu hadisəni verməklə əsərdə ata ilə oğul arasında izahedilməz, sirli bir əlaqənin, bağlılığın olduğuna işarə vardır- bu bağlılığı bugünkü təbabət elmi də etiraf edir.
d) Qaraca Çoban düşmən tərəfindən verilən bəylikdənsə, öz ulusunda baş çoban olmağı üstün tutur. İbrət alınası bir məqam...
e) Yuxuya inam. Əsərin qəhrəmanları yuxuda gördükləri ilə bağlı günlərini planlaşdırırlar. Bu həm möcüzəli bir tərəfdir, həm də əsərin qədimliliyinə dəlalət edən bir cəhətdir.
Dediklərimizə və deyə bilmədiklərimizə əsasən bu əsərə yenidən baxılmalı, yeni fikirlər silsiləsi meydana çıxarılmalıdır.
Hörmətli ekspertlər, sizə yəqin məlumdur ki, dərsliklərdə bu abidənin qiymətini onun yazılı ədəbiyyatın içərisində göstərməklə layiq olduğu dəyərindən qat-qat aşağı endirmişlər. Buna dözmək olarmı? Özünüz deyin: hansı daha qədimdir- yazılı ədəbiyyat, yoxsa şifahi ədəbiyyat?
Fikirləşək: Məgər dastanı da nə vaxtsa yazıya alındığı üçün yazılı ədəbiyyata daxil etmək olarmı? Özümüz özümüzə bu qədər pisliyi nə üçün edirik? Bu bizə kömək edirmi?

Rəydəki fikirlər 6-cı sinif “Ədəbiyyat” dərsliyi ilə bağlı olmasa da, iradınıza cavab olaraq bildiririk: “Dədə Qorqud” eposu haqqında X sinif “Ədəbiyyat” dərsliyində məlumat verilmiş, dərsliyin heç bir yerində onun yazılı ədəbiyyat nümunəsi olması qeyd edilməmiş, yalnız 25-ci səhifədə II minilliyin əvvəllərində bu dastanın yazıya alındığı yazılmışdır. Bu fikirlər isə dastanın yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi haqqında fikir formalaşdırmır.

30.03.2014 19:57
NOVRUZ BAYRAMI BARƏDƏ.

Turk xalqının ən qədim olduğunu novruz bayramı bir daha sübut edir. Novruz bayramının ən qədim olduğunu sübut edən faktlar aşağıdakıiardır:
1 .Novruz atəşpərəstliyə sitayiş dövrü ilə əlaqədardır. Hər çərşənbə qalanan tonqallar,bayram süfrəsində yandırılan şamlar,səmənilər,paxlavalar,şəkərburalar,şorqoğall­¬ar,külçələr atəşpərəstliyin rəmzləridir. Qeyd edək ki,səməni atəşpərəstlik dinində əkinçiliyin,paxlava sayrışan ulduzların,şəkərbura hilal ayın,külçə günəşin,şorqoğal isə bədrlənmiş ayın rəmzləridir.
2.Biz bilirik ki, insanlar çox qədimlərdə oddan müdafiə vasitəsi kimi yararlanmışlar.Yəni,ən qədim insanlar oda sitayiş etmişlər.Elə bu səbəbdən atəşpərəstlik ən qədim din hesab olunur.Atəşpərəstlər isə ən qədim insanlar hesab olunur.
3.Bizim xalqımız keçən uzun əsrlər ərzində zamanın hansı dönəmindəsə,nə yollasa,islam dinini qəbul etmişsə də,atəşpərəstliyin adət və ənənələrini heç vaxt unutmamış,onu bu günlərimizədək qoruyub saxlamagı bacarmışlar.BU,bizim xalqımızın dönməz ,qırılmaz iradəsinin,əzmkarlığının,saf mənəvi dünyasının təcəssümüdür.
Sonda onu da qeyd edim ki , bu bayram hər birimiz üçün olduqca önəmlidir.Bu bayramı qoruyub bizə ərməğan etdikləri üçün bizlərdən hər biri ulu əcdadlarımız önündə baş əyirik.BAYRAMIMIZ MÜBARƏK!

Rəydə dərsliklərlə bağlı heç bir irad və təklif verilmədiyindən cavablandırılması vacib hesab edilmir. Fikirləriniz üçün təşəkkür edirik.

31.03.2014 19:58
6-cı sinif Ədəbiyyat dərsliyindəki səhvlərin ardı.


136-cı səhifədə QANLI BƏNÖVŞƏ hekayəsi bizlərdən hər birimizin ən ağrılı yerinə sanki od vurur.
Hekayədə zəif məqamlar o qədər çoxdur ki,bilmirsən nədən başlayasan?
1.Qanlı faciəyə üç gün qalmış Zərif Siranuş xalanın –fikirləşin Xalanın ,Suren dayının- diqqət edin-Dayının düşmən olduğunu üzə çıxarır.Bunu necə qəbul etmək olar?Ümumiyyətlə,bunu qəbul etmək mümkünmü?
2.Hələ də mi Zərif düşmən olduğunu güman etdiyi erməni qonşularının qapısını açıb həyətlərinə daxil olub,onlarla birlikdə oynamaq istəyir?Bəs bunu necə qəbul edək?
3.Erməni qızları düşmənlərini tanıyır, Zərif tanımır, bəs bunu necə qəbul etmək olar?
4.İndi ən ağrılı məqam:
Zərif atasından soruşur ki,biz azərbaycanlı deyilik?Cavabında atası deyir ki, Yox qızım,Azərbaycan torpağımızın adıdır.
Elə bu andaca sizlərə həmişəyaşar əbədi liderimiz Heydər Əliyevin dili ilə öz iradımı dilə gətirirəm-Mən həmişə fəxr etmişəm –indi də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!
Hekayədə zəif məqamların çoxluğu onu dərslikdən çıxarmağın lazım gəldiyini göstərir.
Daha təsirli,daha inandırıcı,daha dolğun hekayələr yaradılmalıdır.Təsəvvür edin ki, məntiqi güclü olan 6-cı sinif şagirdləri də dediyimiz bu fikirləri üzə çıxara bilər.Hekayədə azərbaycanlıların aciz və cılız görünməsi bizm xeyrimizədirmi?
Səhifə 152-də “Mən bizim anaları Günəşə tay tuturam’’şeiri əslində şeirin ideyası, məzmunu baxımından çox yaxşıdır, lakin forması düzgün deyil.Birinci bənddə altı misra, 2-3-4-cü bəndlərdə səkkiz misra,sonuncu bənddə isə elə birinci bənd təkrarlanır.
Səhifə 121-də Dərsimi yaz hekayəsi ümumiyyətlə dərsliyə salınmamalı idi.Mən xahiş edirəm ki, bu mətni bir neçə nəfər oxusun.Umumi rəy mütləq bu mətnin dərslikdən çıxarılması haqqında fikrin söyləniməsi olacaqdır.
Səhifə153-də Ana rəhmi əfsanəsi də dərslikdən çıxarılmalıdır.Çünki əfsanədə 19-cu əsrdə baş verən hadisələr çox inanılmaz,alçaldıcı təsvirlərlə çatdırılır.Guya Xan qızı Natəvan quldurlar tərəfindən oğurlanır.

6-cı sinif “Ədəbiyyat” dərsliyindəki bir çox mətnlərin dərslik səviyyəsinə uyğun olmadığı haqqında iradlar TQDK-nın yekun rəyində (2013, 1015) öz əksini tapmışdır.

Göyçay şəhər M.Füzuli adına 6№-li tam orta məktəbin müəllimii Hacıyeva Şərəbanı

02.04.2014 19:34
6-cı sinif Ədəbiyyat dərsliyində dil səhvləri.
39-40-cı səhifədə Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş’’əsərində 2 halı qeyd edək:
1.fərəhnak –bu söz dilimizdə tarixən işlənmişdir.M.Füzulidən misal:
Qönçə yaxasını edibən çak,
Bülbül baxıban olub fərəhnak.
Qrammatika kitablarında da-nak-adlı şəkilçiyə təsadüf edilmir.

İrad dərsliklə bağlı (2013) TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

3.116-cı səhifədə də bir cümlədə qüsur üzə çıxır:Həm ürəkləri boşalmış, həm də çantalarında gətirdikləri gilizləri,qəlpə qırıqlarını,daş mərmiləri buradaca töküb vermişdilər məktəbə.Hekayəni oxuyan hər kəs bu cümlənin digərləri ilə uyğun gəlmədiyini aşkar edəcəkdir.

Сümlə yerində işlənib.

4.Həmin hekayədə yenidən daha bir səhv:Qorxurdu vəzifədən çıxar.-Olmalıdır-çıxararlar.

“Vəzifədən çıxarılar” şəklində qeyd olunmuşdur (“Ədəbiyyat-6-cı sinif”, səh.113, 2-ci abzas).


5.113-cü səhifədə müəllifin dilində daha bir dialekt sözü işlənib-cıbıldız.
Bir hekayədə bu qədər səhv olarmı?

Bədii əsərlərdə dialekt sözlərindən istifadə olunması mümkündür.

118-ci səhifədə “Xan Sarayı’’hekayəsində belə bir cümlə var:Ancaq beləsi yaradanı kəsə bilər.Getməli idi-yaradan əlləri.

Söz daha geniş mənada işlənmiş, təkcə yaradan əl deyil, yaradan, yaradıcı insan nəzərdə tutulmuşdur.

Səhifə 121-də ‘’Dərsimi yaz’’ hekayəsində -tərpəşmə, quyuya düşərsən-getməli idi-tərpənmə.
Söz obrazın dilindən verilmişdir.Bədii ədəbiyyatda dialekt sözlərindən istifadə mümkündür.
164-cü səhifədə ‘’Koroğlu’’dastanında bir neçə yerdə -döşünə- sözü işlənmişdir. Sinifdə o söz heç etik səslənmir. Hörmətli müəlliflər o sözü –köksünə,qoynuna sözlərindən biri ilə əvəz edə bilərdilər.

Bu söz ədəbi dilimizin normalarına uyğun olan sözdür və bu sözün istər ədəbi əsərlərdə, istərsə də danışıq və yazı dilində işlədlilməsində heç bir qəbahət yoxdur.

Səhifə 202-də “Barıt iyi’’hekayəsində müharibə səhnəsi təsvir olunarkən –Fərid ətrafa tamaşa edir.-yazılıb.
Tamaşa edir- ifadəsi müsbət mənalıdır.Ona görə də bu cümlədə həmin ifadə işlənməməlidir.
Ətrafa baxır,ətrafa göz gəzdirir kimi ifadələrdən yararlanmaq daha yerinə düşərdi.

Bu cümlə Fəridin yuxusunda gördüyü döyüşdən sonrakı səhnəyə aiddir. (səh.203) Cümlədəki söz mənaya xələl gətirmir.

Səhifə 24-də -O,Göygölün şəkillərini çox-çox görmüşdü-cümləsində-çox.... çox şəklindəgetməli idi.

Həmin söz yazdığınız şəkildə gedərsə, tələffüzdə iki söz arasında məsafə saxlanılmasını tələb edər, lakin bu cümlədə sözün bu şəkildə tələffüz olunması yerinə düşmür.

“Dədə Qorqud’’ dan verilən “Basatın Təpəgözü öldürməsi” boyu əfsanəvi səciyyə daşıdığından ən qədim tarixi köklərə bağlıdır. Sadəcə,dastanı yazıya alan şəxs islam dininə səcdə etdiyindən dastana islam dini ilə bağlı müəyyən epizodlar əlavə etmişdir.Bu epizodları dastandan çixarmağın zamanı deyilmi?Həmin parçalar dastanı çox müasirləşdirmirmi? Bu bizə lazımdırmı?Yəni biz bu qədərmi sadəlövhük?

Dastan şifahi xalq yaradıcılığı nümunəsidir. Və onun olduğu şəkildə verilməsi heç də qədimliyini kölgə altında qoymuş olmur.

Çox təəccüblüdür ki,’’Koroğlu’’dastan kimi verilsə də,’’Dədə Qorqud” dastan kimi təqdim ediməyib.Bu,çox ağrıdıcıdır.

173-cü səhifədə “Dədə Qorqud” dastan kimi təqdim olunmuşdur.

Diqqətinizə daha bir məsələni də çatdırmaq istəyirəm.Xahiş edirəm, dünyanın aparıcı ölkələrinin dərsliklərinə bir sərf nəzər qılın:Heç birində 8-ci sinifdən öncə,sevgi haqqında nəsə bir kiçicik epizod belə tapa bilməzsiniz.Şagird Vətəni,ata-anasını,xalqını,torpağını qoy əvvəl sevsin, bu ,onun bəsidir.Səhifə 191-də “Ağabəyim ağa”əsərində məhəbbət ,sevgi hissi olduqca güclüdür.

Mətndə aşkar, nəzərəçarpacaq sevgi motivləri yoxdur. Əksinə,vətənə məhəbbət hissi daha güclüdür.

Dərslikdəki sual və tapşırıqlar bir-birinin eynidir və deməli,yorucudur.Yaxşı olardı ki,hər dərsə məxsus xüsusi sual və tapşırıqlar hazırlana idi.Onda dərslər daha maraqlı və daha keyfiyyətli olardi.
Göyçay şəhər 6 saylı tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı

Dərslikdəki tapşırıqların məqsədəuyğun olmamamsı haqqında iradlar TQDK-nın yekun rəyində (2013, 2015) öz əksini tapmışdır.




24.12.2015 16:48
Quote
Səmədova İlhamə:
Salam,əvvəlcə sayt üçün təşəkkür edirəm və uğurlar arzulayıram.6-cı siniflər üçün ədəbiyyat dərsliyi həddindən artıq mürəkkəbdir və şagirdlərin işləməsi üçün rahat deyil.Dərslik başdan-başa cədvəllərdən ibarətdir.Şagird üçün anlaşılmaz və yorucudur.Tapşırıqları 45 dəq.ərzində icra etmək mümkün deyil.

Səmədova İlhamə, fikrinizə cavab olaraq bildiririk ki, sadaladığınız qüsurlar haqqında iradlar TQDK-nın “Ədəbiyyat-6” (2015) dərsliyi haqqındakı yekun rəyində öz əksini tapmışdır.

24.12.2015 16:50
Quote
Bayramova Gülafət:
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

VI sinif ədəbiyyat dərsliyində səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

MMV-də KSQ üçün test tapşırıqları öz əksini tapmışıdr.

Şərhi təqdim etdi: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Səhifələr: 1
Forumlar » 6-cı sinif » Ədəbiyyat