Nərminə xanım, əgər 2-ci sinif dərsliyini nəzərdə tutursunuzsa, bu dərslikdə 1-ci bölmə ("Dəyərlərimiz") başdan-ayağa vətənpərvərlik mövzusundadır. 5-ci bölmədə "Şəhidlər xiyabanı", "Xocalı müsibəti" kimi mətnlər verilib. Dərsliyi bütövlükdə bu mövzuya həsr etmək pedaqoji cəhətdən düzgün deyil. 7 yaşlı uşağın maraq dairəsini nəzərə almaq lazımdır. Bir də ki, özünüz deyirsiniz, uşaqlarda ermənifobiya (yəqin, "ermənixobiya" deyəndə bunu nəzərdə tuturdunuz) yaratmaq olmaz.