İngilis dili

Forumlar » 7-ci sinif » İngilis dili
Səhifələr: 1
RSS
İngilis dili
“İngilis dili” dərsliyinin müzakirəsi
Mən Kürdəmir rayonunda 1 saylı məktəbin ingilis dili müəllimiyəm.Builki 7 ci sinif dersliyi ilə işlərkən bəzi səhvlərlə rastlaşmışam.Onları nəzərinizə çatdırmaq istəyərdim.My porfoloio da səhifə 33 də verilmiş 6 nömrəli tapşırığın şərtində to listen to felinin əvəzinə to watch feli verilib.Səhifə 39 da tapşırıq 7 nin şərtində istifadə üçün verilmış sözlər sırasında buiding ilə high sözü birgə verilmək əvəzinə ayrı ayrı vergül ilə verilib və bir söz tapşırıqda bir neçə yerdə təkrarlanmalı olur.Cünki istifadə üçün verilmiş sözlər cümlələrin sayı ilə münasib deyil.Səhifə 56 da verilmiş 2 nömrəli tapşırıqda dialoqu tamamlayarkən ,sözləri nöqtələrin yerinə yerləşdirərkən ,şagird üçün anlaşılmazlıqlar yaranır.Cünki şərtdə məsələn i'd love yazildigi halda yenidən tapşırıqda i'd ..... şəklində sorgu verilib.Bu tapşırıqda bu kimi anlaşilmazliqlar çoxdu.Səhifə 45 də Fact file da 1ci mətndə Hindlilər çayı Britaniyalılara ilk dəfə təqdim edib əvəzinə Britaniyalılar çayı ilk dəfə Hindlilərə təqdib edib şəklində yazııb.The British first introduced tea into İndia.
Mən, Ağayeva Elmira, sizləri-hər bir portal üzvünü salamlayıram və işlərinizdə uğurlar arzulayıram. Mən də həmçinin VII-sinifdə ingilis dilindən dərs deyirəm və orada səhvlərlə rastlaşıram. VII sinif ingilis dili dərsliyində 80-ci səhifədə tapşırıq 1-də cümlə belə verilib "The world is all around you you can see many interesting things in the world".Bu cümləni ya "The world all around you, you can see a lot of interesting things" ya da "You can see a lot of interesting things all around you in the world" vermək olar. Digər bir cümlədə isə "You can see the black sky the black night trees and mountains" nə demək istədiyi anlşılmazdı. O cümlə belə ola bilər "You can see the black sky, green trees and mountains"
Səhifələr: 1
Forumlar » 7-ci sinif » İngilis dili