Fizika

Forumlar » 7-ci sinif » Fizika
Səhifələr: 1
RSS
Fizika
“Fizika” dərsliyinin müzakirəsi
Mirzəli Murquzovun VII sinif fizika dərsliyində bütün mövzülarda mötivasiya aid nümunə verilir.Bunun əsasında araşdırmalar aparılır,nəticə müzakirə edilir.Qarşılıqlı əməkdaşlıq şagirdlər arasında bir-birnin fikrinə hörmətlə yanaşmaq mehribanlıq və səmimiyyət hisslərini formalaşdırır.Məlumatlari dərsin sonunda şagirdlərin özü əldə edir.Dərslik şagirdlərdə tədqiqatçılarin bacarığı,təqdimatlar etmək,praqnoz vermək ,təbiətdə və cəmiyətdə baş verən hadisələri təhlil etmək bacarığını formalaşdırır.Dərslikdə mövzuya aid nəticə qısa verilir.Ancaq həftədə 2 saatla almaq çətindir.Məsələ həllinə az vaxt verilir. Tədris planında bu nəzərə alınsa yaxşı olar.
Təklif edirəm ki, dərsliyin əvvəlində vektorlar üzərində əməllərə aid məlumat verilsin. Hər halda bu dərsliyin əsas müsbət cəhəti tədris vahidinin verilməsi müsbət haldır.
Təklif edirəm ki, dərsliyin əvvəlində vektorlar üzərində əməllərə aid məlumat verilsin. Hər halda bu dərsliyin əsas müsbət cəhəti tədris vahidinin verilməsi müsbət haldır.
Bəzi mövzuların izahında daha ətraflı izah verilsəydi daha əhəmiyyətli olardı.məsələn Arximed qüvvəsinin hesablanmasının nəzəri izahının verilməsi daha əhəmiyyətli olardı.
Düzxətli hərəkət mövzusunda verilmiş motivasiya düzgün deyil.Çünki yerindən hrəkətə başlayan idmançının sürəti bərabər sürətli ola bilməz.Yaxşı olardı ki,burada düzxətli bərabərsürətli hərəkəti misal veriləydi.
Səsin atom qurluşu anlayışına fikir söyləməyinizi istərdim.
Səhifələr: 1
Forumlar » 7-ci sinif » Fizika