Azərbaycan tarixi

Forumlar » 7-ci sinif » Azərbaycan tarixi
Səhifələr: 1
RSS
Azərbaycan tarixi
“Azərbaycan tarixi” dərsliyinin müzakirəsi
Dərslikdəki mövzuların bu qədər yığcamlaşdırılması, mənim fikrimcə, məqsədə uyğun deyil. 7 və 8-ci sinif mövzularının bir dərslikdə birləşdirilməsi mövzularda məlumat azlığı yaradır.
Məmmədov Qəzənfər müəllim, sizin qeydiniz əslində dərsliyə deyil, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Azərbaycan tarixi fənni üzrə kurikulumadır. Çünki dərslik kurikulum tələbləri əsasında hazırlanıb. Kurikuluma əsasən 9-cu sinfi bitirən şagirdlər artıq müasir dövr Azərbaycan tarixini də öyrənmiş olacaqlar. Bu səbəbdən də Azərbaycan tarixinin bütün mərhələləri 6-cı sinifdən 11-ci sinfə qədər yox, 6-9-cu siniflərdə öyrədilir. Beləliklə, müəyyən ixtisarlar ehtiyac yarandı. Müəlliflər kurikulum standartlarına əsaslanaraq keçmiş 7 və 8-ci sinif mövzuları əvəzinə yalnız 7-ci sinif dərsliyi yazmalı olublar.
Quote
Bayramova Leyla:
Hər gün Azərbaycanda təhsilin inkişafı məqsədilə görülən işlər məni sevindirir və daha da ümidləndirir. Mən əminəm ki, Azərbaycanda təhsilin inkişafı yüksək nöqtəyə çatacaq və inkişaf etmiş ölkələrin səviyyəsinə çatacaq.
derslik.edu.az saytının yaradılması da təhsilin hər gün inkişaf etməsi məqsədilə atılan addımlardan biri kimi bunu bizə sübut edir.
Təhsildə yaranan çatışmayan məsələləri aradan qaldırsaq, hər şey yaxşı olacaq deyə düşünürəm.
Dərsliklərin tərtibatına gəlincə isə belə bir fikir bildirmək istərdim.
Dərsliklər, ilk öncə şagirdi yalnış istiqamətə getməyə sövq etməməli, şagird üzərində diktatura qurmamalıdır. Dərsliklərimizdə adətən, məsələn (tarix müəllimi olduğum üçün tarix kitablarına fikir bildirəcəm ilk öncə) mütləq ki mən bu qəhrəmanı sevməliyəmmiş kimi, və yaxud da, mütləq ki bu qəhrəmana nifrət etməliyyəmmiş kimi məlumatlara rast gəlmək olur. Təbii bu da öz növbəsində, tarix kitabını yazan müəlliflərin şəxsi prizmalarından yanaşmanı açıq aşkar ortaya qoyur. Müəllif sevdiyi qəhrəmanı müsbət və yaxud da əksinə çatdırır şagirdin nəzərinə, bu isə öz növbəsində biz hiss etmədən zamanla şagirdin mətnaltı şüurunda formalaşır. O insanları düzgün qiymətlədirə bilmir, mütləq digərlərinin fikirlərinə ehtiyac duyur öz ətrafını qiymətləndirmə prosesində.
Bu gün bu problem cəmiyyətdə qarşılaşdığımız problemdir. O problemləri sadalamaq istəmirəm. Ancaq bu problemlərin ilk başlanğıcı müstəqil qərar verə bilməməkdən irəli gəlir.
Nədən mən şagird hansısa müəllifin sevdiyi qəhərmanı sevməli və yaxud da nifrət etməliyəm (məsələn yəni)? Nədən şəxsi düşüncəm olmamalı? Nədən mən hər hansı bir dini kitab mənə təbliğ edilir deyə sevməliyəm yaxud da nifrət etməliyəm? Şəxsi düşüncəm yoxmu? Nədən mən şagirdə, vətənpərvərlik zorla sevdirilməli, nədən istiqamətləndirilib özüm sevməməliyəm? mənim fikrimcə dərsliklərin hazırlanması o qədər da asan bir proses deyil və sırf məlumat topladım və dərsliklərin hazırlanmasındakı qarşıya qoyduğu tələbləri yerinə yetirməklə bitməməli. Şagirdlər bu dərsliklərdən yararlanırsa əgər, onların gələcəyini düşünərək hazırlanmalı.
Quote
Qafarov Nazim:
Azərbaycan tarixi 7-ci sinif Bakı 2011.
Səh.11. ..Atropatena yenidən öz müstəqilliyini itirərək, 227-ci ildə Sasani dövlətinin tərkibinə qatıldı.
Səh.43. 623-cü ildə Bizans imperatoru II İrakli Atropatenanın paytaxtı Qazaka şəhərini işğal etdi.
Burada yanlışlığa yol verilib.Yaxşı olar ki,paytaxt sözü oradan çıxarılsın.Çünki dövlət öz müstəqilliyin itibsə şəhər paytaxt statusunu saxlaya bilməz.
Quote
Quliyev Natiq:
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
Quote
Quliyev Natiq:
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlərin vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuriya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
Qafarov Nazim müəllim. Sizin qeydinizə diqqət yetirdim. Səhifə 43-də verilmiş cümlədə sadəcə "keçmişdə Atropatenanın paytaxtı olmuş Qazaka şəhəri işğal olundu" kimi və ya sadəcə "Qazaka şəhəri işğal olundu" kimi verilə bilər. Təkrar nəşrdə qeydlər nəzərə alınacaq. Müəlliflər dərsliklərin monitorinqlərində önə sürülən qeydlərlə tanışdır. Rəylərə cavab isə TQDK-ya göndərilib.
Bayramova Leyla m., Sizin dərsliklər haqqında bəzi fikirlərinizlə razıyam. Lakin qəhrəmanların dərslikdə sevdirilməsinə münasibətiniz çox qəribədir. Məsələn, Babək tarixi qəhrəmandır. Lakin bu şəxsiyyətə münasibət tarixçi alimlər arasında müxtəlifdir. Deyək ki, biz müəlliflər dərslikdə tamamilə neytral mətn verdik. Onda tarixçi-müəllimlər şagirdlərin qəhrəman haqqında fikirlərini yönəldəcək. Hansı tərəfə yönəldəcək? Əlavə məlumat topla-tapşırığı verərkən şagirdlər gedib hansı məlumatı oxuyacaq? Oxuduğu məlumatı düzgün anlayacaqmı? Baxın, nə qədər problem yarana bilər. Nəticədə, tarixi şəxsiyyətlərimiz gənc nəslin gözündə heç də qəhrəman kimi yox, qınaq obyektinə çevriləcək. Bu isə şagirdlərin vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərəcək. Siz yəqin ki, Avropa ölkələrinin, Amerika təhsilində tarix dərsliklərini nümunə götürürsünüz. O dərsliklərlə mən də tanışam. Xarici ölkələrdə təcrübə keçmişəm. Biz bu gün müharibə şəraitində yaşadığımız halda, milli varlığımız qonşu dövlətlərə ağır gəldiyi halda tarixi şəxsiyyətlərimiz, ümumən tariximiz haqqında fikirləri risk altına ata bilmərik. Milli ideologiya vacib məqamlardandır. Rusiyada isə Stepan Razin quldur olduğu halda az qala milli qəhrəman kimi təqdim olunur. Siz isə müəllifləri qınayırsız ki, niyə Babəki, Cavanşiri, Uzun Həsəni, Şah İsmayılı və s. tarixi şəxsiyyətləri müəllif müsbət xarakterli verib. Ümid edirəm diqqətlə oxuyacaqsınız.
Səhifələr: 1
Forumlar » 7-ci sinif » Azərbaycan tarixi