Riyaziyyat

Forumlar » 7-ci sinif » Riyaziyyat
Səhifələr: 1 2 Next
RSS
Riyaziyyat
“Riyaziyyat” dərsliyinin müzakirəsi
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
Əvvəla qeyd edim ki,7-ci sinif "Cəbr" və "Həndəsə" dərslikləri "baş-ayaq" edilib "Riyaziyyat" olub.
Bunun özü məncə düz deyil,çünki bu dərslikdə üç(iki) həftə "Cəbr" mövzuları keçiləndən sonra "Həndəsə" mövzuları gəlir("Cəbr"ə "istrahət"),və əksinə bir iki həftə "Həndəsə" keçiləndən sonra "Cəbr"mövzuları gəlir.Məgər "Cəbr" və "Həndəsə"ni paralel keçməkdə qüsur var idi?
Təəssüf ki,7-ci sinif "Riyaziyyat" dərsliyində də nöqsanlar var.
1)Səh.12-də "Dövri onluq kəsrə verilən tərifdə "Əgər kəsrin yazılışıda..." əvəzinə "Əgər onluq kəsrin yazılışında..." kimi olmalıdır.
2)Səh.15-də "Dövri oluq kəsrin adi kəsrə çevrilməsi" mövzusunun izahı "sağ qulağın sol əllə göstərilməsinə" bənzəyir.
3)Səh.21-də,səh.22-də "müəllif" ya inadkarlıq edib(çünki 6-cı sinif "Riyaziyyat" müzakirəsində bu nöqsan qeyd olunmuşdu) "kök" əvəzinə "həll" yazır,ya da li,"həllə" "kökün" eyni şey olduğunu düşünür.
4)Kitabda istifadə olunan ədəbiyyat siyahısı verilməyib.
(Bundan sonra da rast gəldiyim nöqsanlar haqqında fikrimi bildirərəm).
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
Sualım TQDK işçilərinədir: Dərsliklərin "əlyazmalar"ının müzakirəsi olurmu? Olursa,müzakirəni kimlər aparır? Siz də həmin müzakirələrdə iştirak edirsinizmi? (Əgər "əlyazmalar"ın müzakirəsi aparılırsa və dərsliklər kifayət qədər nöqsanlarda çap olunursa,onda bu işdə onların da "zəhməti" az deyil).
Yox,əgər aparılmırsa,nə üçün aparılmır? Qabaqlar "kitabda səhv var" deyəndə, eşidənə təəccüb gələrdi.İndi isə tərsinədi.Dərsliklərdə səhf tapa bilməyənlər haqqında "sənin kitabdan xəbərin yoxdu" deyirlər.
Hamıya ALLAHIN salamı olsun!
"Riyaziyyat-7"-də rast gəldiyim yeni nöqsanlar:
-səh.27-də 8-ci məsələni olduğu kimi verirəm(yeri gəlmişkən onu da qeyd edim ki,hər dərs üçün çalışmaların nömrələrinin yenilənməsi artıq bir şeydi,ardıcıl yazmaqda nə nöqsan var idi?):
"VII sinif şagirdlərinin hər biri yay tətili ərzində iki dəfə A,B və ya(?) C tamaşalarında oldular.
Onlar A tamaşasına 25 dəfə,B tamaşasına 23 dəfə və C tamaşasına isə 12 dəfə tamaşa etdilər.VII sinifdə neçə şagird var?"- Məsələnin tərtibi göz qabağında;
-səh.31-də "Teorem:Qonşu bucaqların cəmi 180 dərəcədir".
Teoremin şərti və hökmü orda olduğu kimi yox,"Şərti:bucaqlar qonşu bucaqdır-Hökmü:onların cəmi 180 dərəcədir" kimi olmalıdır.
Buna oxşar nöqsan səh.32-də "Qarşılıqlı bucaqlar"da da var...
Hər kəsə ALLAHIN salamı olsun!
7-ci sinif Riyaziyyat(Cəbr+Həndəsə?) dərsliyində rast gəldiyim yeni nöqsanlar:

1)səh.-34-də "Bucağın tənböləninin qurulması" mövzusu 6(altı) bənddən ibarət bərbad halda verilib.2-ci bəndi belədir:"Pərgar vasitəsilə mərkəzi O nöqtəsində radiusu OA və OB tərəflərindən kiçik olan çevrə çəkin."
bucağın tərəfinin uzunluğu olmur.Çünki öyrəndiyimiz kitablarda bucağa "bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir" kimi tərif verilib.Şüanın ki uzunluğu olmur;
2)qurmanı 6 bəndən ibarət verilməyinin mənası yox idi,onu daha qısa şəkildə vermək olardı;
3)yenə həmin bənddə "...çevrə çəkin." əvəzinə "bucağın tərəflərini kəsən qövs çəkin""olsa idi daha yaxşı olardı;
4)3-cü bənddə "Radiusu bir qədər kiçildərək..."ə ehtiyac yoxdur.Onun əvəzinə "Həmin radiuslu mərkəzi A-da və mərkəzi B-də bucağın tərəfləri arasında bir-birini kəsən qövslər çəkin" və bucağın təpəsi ilə kəsişmə nöqtəsindən keçən şüa bucaq tənböləni olar.Sonrakı bəndlərə də ehtiyac olmazdı.
5)səh.36-da "Üçbucağın tənböləni"nin tərifi;
6)səh.-76-da "bərabəryanlı üçbucağın tərifi" "müəllifin" tapıntısıdır.
7)yenə səh.76-da teoremin şərti "üçbucaq bərabəryanlıdır";hökmü "oturacaq bucaqları bərabərdir" kimi olmalıdır.
Hörmətli müəllif,tərifləri,teoremləri,qaydaları orta məktəbdə öyrəndiyiniz kimi vermək olmazdı?
Hələlik,sağlıqla qalın.
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
Baxmayaraq ki,TQDK dərsliklərin müzakirəsini 2015-ci ilin yanvarına( ??? )saxlayıb ("Daldan atılan daş...)Riyaziyyat-7-də rast gəldiyim nöqsanlar:
-səh.111-də "Nümunə"də: 36,5+0,5mm=37mm; /37-36,5/=0,5mm.Adlı və adsız kəmiyyətləri toplamaq və ya çıxmaq olmaz!;
-səh.117;121;124;129 və s. mövzuların modellə izahı həm mövzunu bir az da qəlizləşdirir,həm də vaxt çox aparır;
-müəllim vəsaitində səh.102-də çalışma-6-nın həllində(qurmada) MK parçasını üç bərabər yerə bölə bilirsə,onda nə üçün MN parçasını həmin qayda(?) ilə birdəfəyə bölmür?;
-səh.178-də "Üçbucağın daxili bucaqlarının cəmi" mövzusunda resuslarda termometr nə üçün lazımdır?
Hələlik,sağlıqla qalın.
здравствуйте. вопросы относительно математике 7 класса. 1) методическое пособие стр. 39 ".... был захоронен в ногах могилы 7 -го Имама.." советую поменять. 2) почему интеграция Азербайджанский язык? на сколько я понимаю интеграция в русском секторе Русский язык. иначе будьте любезны объяснить интеграцию темы например Множества а Азербайджанский язык. 3) почему мы перестали использовать понятие обыкновенной дроби? простая дробь чем лучше не знаю зато как дети путают простые числа и простую дробь трудно не заметить. 4)не плохо было бы если "нуль" поменяли на "ноль" 5) учебник переполнен ошибками. самое элементарное стр. 34 построение биссектрисы угла или например свойства равнобедренных треугольников и т.д.. так и не смогла понять кого обвинять -переводчика или автора???
считаю лишним добавить свое недовольство объединением алгебры и геометрии.
Здравствуйте Айнура ханым. Для Насраддина Туси быть захороненным в ногах могилы 7-го Имама(а.с.) было большой честью, а также было его завещанием. Это желание многих людей, но каждому не суждено быть там захороненным (Также как Мухаммед Физули завещал быть похороненным под ногами 3-го Имама Гусейна(а.с.). Завещание великого азербайджанского поэта было исполнено). С остальными замечаниями, я с Вами полностью согласен.
С уважением Гюламирза Зейналлы.
(Riyaziyyat-6-da vermişdim,təkrar oldu)
Hər kəsə ALLAHın salamı olsun.
Dərsliklərin elektron versiyası "e-derslik.edu.az"-da verilib.VII sinif Riyaziyyat? dərsliyində olan nöqsanlar olduğu kimi el.versiyada da təkrarlanıb.
Salam, Güləmirzə müəllim. 7-ci sinif dərslik komplektlərinin ilkin açıq müzakirələri “Dərslik portalı”nda yerləşdirilmiş qrafikə əsasən bölgələrdə aparılacaqdır. İlk olaraq 30 noyabr 2014-cü il tarixində Gəncə şəhərində “Riyaziyyat” dərslik komplektinin açıq müzakirəsi aparılacaqdır. Bu müzakirəni “Dərslik portalı”nda canlı yayımla izləyə bilərsiniz. Yalnız bölgələrdə açıq müzakirələr başa çatdıqdan sonra, fevral ayında Bakı şəhərində dərslik komplektlərinin açıq müzakirələri aparılacaqdır.
Hörmətli Moderatorla bahəm hamıya ALLAHın salamı olsun!
Hörmətli Moderator,dərsliklər çapa buraxılmamış müzakirə aparılmalıdır,yoxsa ilkin variant olan "əlyazma"? Dərsliklər çoxlu səhvlərlə külli miqdarda vəsait sərf olunmaqla çapa verilib,şagirdlərə paylanılıb.Gecikmiş müzakirələr aparmağın nə mənası? VI sinif Riyaziyyat dərsliyi də müzakirə olundu,nə fayda,elektron variantda da həmin nöqsanlar yerində qalıb.
Həmçinin VII sinif Riyaziyyat dərsliyində də kifayət qədər səhv var,həmin səhvlər elektron variantda təkrarlanıb.
Hamıya ALLAHın salamı olsun!
Riyaziyyat-7: Səh.56-da müəllif yazır: ”Birhədlidə dəyişən(hərfi ifadə) iştirak etmirsə,onun qüvvəti sıfıra bərabərdir.Məsələn:15-in, -26-nın, 0,5-in qüvvəti sıfırdır.
Sıfır (0) elə birhədlidir ki,onun qüvvəti təyin olunmayıb.”
Burda hər iki fikir nöqsanlıdır,əgər 15-in, -26-nın, 0,5-in qüvvətləri sıfır olsaydı, onda onlar 1-ə bərabər olardı,yəni 150=1; (-26)0=1; 0,50=1 və s.(bərabərlikdən qabaqkı sıfır qüvvətdir)
İkinci təklif isə “Sıfırın sıfırdan başqa istənilən qüvvəti sıfıra bərabərdir” kimi olmalıdır: 0a=0 (a sıfırın üstüdür); burada a ≠ 0.
Bəzilərinə bu nöqsanlar kiçik görünə bilər.Ancaq söhbət dərsliklərdən gedirsə,onda buna yol verilməməlidir.
Bir çox qaydalar da var ki,onları daha sadə şəkildə vermək olardı.
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
"Deyəndə yandı dilim, deməyəndə dil yandı"--A.Sözü
"Riyaziyyat-7 müəllim üçün metodik vəsait" -də səh.148-dəki 2-ci məsələdə "...bucaqların kvadratları fərqini"; 4-cü məsələdə "dərəcə ölçülərinin kubları fərqini"; 7-ci məsələdə "...bucaqların dərəcə ölçülərinin kvadratları fərqinin" tapılması yazılır. "Bucaq dərəcəni kvadrata və ya kuba qaldıranda" hansı vahidi verəcəyini bilmədiyim üçün müəllifdən onun izahını portal vasitəsilə verməyini rica edirəm.
Dərsliyin 173-cü səhifəsində boz fonda a) bəndində belə bir cümlə verilib. “Bu halda onun kökü boş çoxluqdur” Fikrimcə bu ifadə düzgün deyil. Çünki tənliyin kökü çoxluq deyil. Çoxluğun bir elementidir. Müəllif bu fikrə aydınlıq gətirsə yaxşı olardı. Ümumiyyətlə dərslikdə olan səhvlər və burada qeyd edilən iradlarla bağlı müəllifin fikirlərini bilmək maraqlı olardı.
"Cəbr və Həndəsə "fənni birləşib Riyaziyyat fənni edilməsinin heç bir əhəmiyyəti yoxdur. Yaxşı olardı kı, 2 dərs cəbrdən sonra həndəsə dərsinin salınması məqsədə uyğundur.
movzular müasir mərhələlərinə uyğun planlaşdırılmışdır.Dərsin gedişi zamanı problemin qoyuluşu dərslikdəki mövzunun fəaliyyət hssəsinə uyğun verilmişdir.
Dərslik yaş həddinə görə mövzu seçimini əhatə edir.Lakin ehtimal nəzəriyyəsinə aid eikmiş dərs şagirdlərin yaşlarına müvafiq şəkildə izah edilməli,çakışmalar uyğun olmalıdır.Həndəsə materiallarının cəbrkə birkildə olması məqsədyönlü deyil.Çakışma seçilməsi sadə, orta, çətin olaraq çox çeşidli və sayca daha çox olmalıdır.Şagirlərin yaşı və həyat tərzi, ətraf mühit, gündəlik görüntülərlə əlaqəli olmalıdır.Kompüterlə işləmə tələbləri kiçildilməlidir.Şagirdlərdə ümumi kütləşmə və əsəbikil yaradır.
Cəbr və Həndəsəni ayrılıqda verilməlidir. Mövzular bir-birini tam izləməlidir.Yəni sadədən mürəkkəbə doğru.Dərslikdə üçbucaq haqqında mövzuları bır fəsildə verilsə düzgün olardı.
Portal istifadəçilərinə ALLAHIN salamı olsun! Demək olar ki, bir dərs ili ərzində "Riyaziyyat-7" dərsliyinin müzakirəsindən sonra dərslik komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilib. Bu rəydə də əsasən TQDK-nın aşkarladığı nöqsanlar əksini tapıb.Onda belə nəticəyə gəlmək olar ki, dərsliyin yeni nəşri də nöqsanlarla çap olunacaq. ("Kimin nə qulağına: nə gedir,bağdan gedir"-Atalar sözü)
məni bir repititor bu günün şagirdlərinin orta məktəblərdə riyyaziyyat və həndəsə fənlrindən böyük əkəriyyətinin savadlarının həddən ziyadə aşağı səviyyədə olması barədə danışmağı gələcək günlərdə qələmə alacam.
Hörmətli Güləmirzə müəllim, bildiyiniz kimi, TQDK ölkə Prezidentinin Fərmanı ilə istifadədə olan dərsliklərin monitorinqini aparır. Lakin Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən, 7-ci sinif “Riyaziyyat” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsində TQDK da iştirak etmişdir. Təhsil Nazirliyindən göndərilmiş “Dərsliklərin Qiymətləndirmə Meyarları”na əsasən maket təhlil edilmişdir. İrad və təkliflər yekun rəydə göstərilmiş və Təhsil Nazirliyinə göndərilmişdir. Dərslik siyasətinin tender məsələlərinə görə bu rəyi “Dərslik portalı”nda yerləşdirmək mümkün deyil. Dərslik istifadəyə verildikdən sonra həmin rəylə istifadədə olan dərslik tutuşdurulmuşdur. Müəyyən edilmişdir ki, rəydə göstərilmiş irad və təkliflərin xeyli hissəsi nəzərə alınmış, lakin düzəliş və əlavələr edilərkən yeni səhvlərə yol verilmişdir. TQDK tərəfindən aparılmış müzakirələrin nəticəsində formalaşmış yekun rəy “Dərslik portalı”nda yerləşdirilmiş və Təhsil Nazirliyinə göndərilmişdir.
Salam hörmətli portal iştirakçıları. "Riyaziyyat 6 və 7" dərsliklərinə yazılan irad və təklifləriniz üçün təşəkkür edirəm. Nəzərinizə çatdırıram ki, təklif və iradlarınız nəzərə alınır və növbəti nəşrlərdə tətbiqi nəzərdə tutulur. Sağ olun.
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
VII sinif Riyaziyyat dərsliyinə baxdıqda həm müəllifin VI sinif Riyaziyyat dərsliyi ilə müqayisədə xeyli müsbət keyfiyyətlər əldə etdiyi bəlli olur. Bu dərslikdə mövzuların böyük əksəriyyətinin izahı gözəl verilmiş, çalışmalar həmin mövzuların tam mənimsənilməsinə xidmət edir, praktik tətbiqli məsələlər öyrənilən mövzunun həyatla əlaqələndirilməsinə köməklik göstərir. Uzun illər pedoqoji təcrübəm imkan vermədi ki, dərslikdəki nöqsanları, iradları, səhvləri, sadalamayım. Bütün bunları sadalamaqla dərsliyin ötən nəşrlərindəki səhvlərin gələcək nəşrlərində təkrarlanmamasını istəyimdən irəli gəlir. Müəllif yaxud həm müəlliflərin ilk dərslik təcrübəsi olduğunu nəzərə alsaq belə nöqsan və səhvlərin olması başa düşüləndir. Dərslikdə müşahidə etdiyim nöqsanları, səhvləri və fikirlərimi oxucuların müzakirəsinə çatdırıram.
Dərslikdə kəsrlərin yazılışında mexaniki səhvlərə yol verilib. Məsələn səhifə 131-də, çalışma 7-nin e) bəndində 1 1/2 əvəzinə 1 2/2 yazılıb.
Səhifə 133, çalışma 8-in a) bəndində cavab -34/9 alındığı halda cavabda 2-dir.
Səhifə 150, çalışma 12-də BK a düz xəttinə paraleldir. Cavabda isə AB yazılıb.
Səhifə 151-də uyğun tərəfləri paralel olan bucaqlar mövzusunun izahı asan variant ola-ola nisbətən çətin şagirdin anlaq səviyyəsindən kənar izahatla verilib. Halbuki, günyə ilə düz xəttin xaricindəki nöqtədən ona paralel düz xəttin çəkilməsi çox sadədir.
Səhifə 152, çalışma 4-də b) bəndindəki şəkil səhvdir.
Səhifə 181, çalışma 6-nın sağ tərəfindəki izahatdan görünür ki, U=-5V/4 olmalıdır, lakin U=5V/4 yazılıb. Bu izahatda və daha bir neçə yerdə (məsələn səhifə175-də) tənliklər sistemi-sistem tənlik kimi qeyd edilib. Səhifə 175-də “xətti tənlik sistemi” , “sistemin kökü” kimi yanlış ifadələr işlədilib.
Müəllif dərslikdə daha çox anlayışdan, termindən istifadə etməyə çalışıb. Lakin səhifə 180-da implikasiya ==> işarəsindən eyni güclü kimi istifadə etməyi tövsiyə edir. Əvvəla bu işarə “alınır” kimi işlədilir, eyni güclüdür işarəsi <==> kimidir. İmplikasiya (latınca impliko-sıx əlaqələndirirəm) məntiq əməllərindən biri, “əgər ...” , “onda...” sözlərinə uyğundur.
(Bax: ASE, IV cild, səhifə 436).
Səhifə 95-də X+3 ikihədlisinin 2X+1 ikihədlisinə vurulması üçün qurulan model səhvdir.
Digər dərsliklərimizdə olduğu kimi, bu dərsliyin də forzasında verilən Azərbaycan Respublikasının Dövlət bayrağı təhrif olunub.
Səhifə 40, məsələ 4. Bucaqlarından biri 150° olan üçbucaq çəkin. Onun itibucaqlarının hündürlüyünü təsvir edin. “İti bucaqlarının hündürlüyünü” yoxsa “üçbucağın iti bucaq təpəsindən çəkilən hündürlüklərini çəkin”
Səhifə 101, məsələ 4. Korbucaqlı MNK üçbucağı çəkin. Pərgar vasitəsi ilə onun medianlarını qurun. (Pərgarla üçbucağın medianını qurmaq olmaz).
Bu və bundan əvvəlki bənddəki səhvlər dərsliyə böyük xələl gətirir.
Səhifə 32. 8-ci sətirdə: “sonu cüt rəqəmlə və 0-la qurtaran ədədlər 2-yə tam bölünür” təklifində 0-ın cüt ədəd olması və qaydanın daha sadə bəsit şəkildə verilməsi yaddan çıxıb.
Səhifə 34-də, 7-ci sətirdə “pərgarla bucağın tənbölənini qurmaq üçün növbəti fəaliyyəti yerinə yetirin” tapşırığı verilib. Müəllif unudub ki, pərgarla bucağın tənbölənini qurmaq olmaz. (Pərgar və xətkeşlə qurmaq mümkündür.) həmin izahatda 2-ci şəkildə “OA və OB tərəflərindən kiçik...” şərti, 3-cü bənddə “radiusu bir qədər kiçildərək...” şərti artıqdır, 4-cü bənddə “radiusu dəyişmədən...” şərti səhvdir, radiusu elə götürmək lazımdır ki, bu və bundan sonra çəkiləcək çevrələr kəsişsin kimi olmalı, bənd 5-də yaşıl çevrələrin kəsişdiyi nöqtələri yox – həmin çevrələrin bir kəsişmə nöqtəsini götürüb bucağın təpə nöqtəsi ilə birləşdirilməlidir. Elə həmin səhifədə şəkil 3-ün sağındakı izahatın I və II cümləsi arasında fərqi başa düşmək mümkün deyil.
Səhifə 37-də “üçbucağın medianları” mövzusunda şəkil 1 üzərində izahat aparılır. Şəkildə ilk olaraq AB tərəfinin K (hanı?) orta nöqtəsi tapılıb...
Səhifə 38-də “üçbucağın hündürlükləri” mövzusunun izahında 5-ci bənddəki tapşırıq (sual) nə qədər yerinə düşür? Həmin mövzunun izahı, tərifi anlaşılmazdır.
Səhifə 101, Məsələ 6. Verilmiş parçanı 3 bərabər yerə necə bölmək olar? AB=12sm olan parçanı 3 bərabər yerə bölün. Məsələni həll etmək üçün VII sinif şagirdlərinin əldə etdikləri biliklər kifayət etmir. Bunun üçün gələcəkdə öyrənəcəkləri Fales teoremi köməklərinə çatacaq.
Səhifə 102, çalışma 1-də “pərgarın iynə ucu” termini işlədilib. Halbuki, müəllifin nəzərdə tutduğu həmin nöqtə pərgarın iti ucudur.
Nemətov Ədalət salam,Sizə elə gəlmirmi,bir dərslikdə bu qədər nöqsanın olması (özünüzün də qeyd etdiyiniz kimi hələ nöqsanların hamısını yazmağa vaxtınız olmayıb) yolverilməzdir? Kitaba layiq olmayan tərifat vermisiniz, bu kimə lazımdır? Özümüzü niyə aldadırıq?
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
Zeynallı Güləmirzə salam. Şəkilinizdən görünür yaşınız az deyil. Mənim şəkilim olmadığından yaşımın nə qədər olmasını bilmirsiniz. Mən yaşımın aqil dövrünü yaşadığımdan yaxşıya-yaxşı, pisə-pis demək borcumdur. Hər bir yazının, dərsliyin nöqsanları olduğu kimi müsbət cəhətləri də olmamış olmaz. Yazını (əslində yazılarımı) diqqətlə oxusanız dərsliyin yazdığım müsbət cəhətlərini danmazsınız, ancaq nöqsanların böyük əksəriyyətini qeyd etməyə çalışmışam və əmin ol ki, gələcəkdə müşahidə edəcəyim nöqsanları və səhvləri də qeyd edəcəyəm.
Yəqin ki, böyük yaradanın verəcəyi ömür payı (bunu şəklinizə və yazılarınızdakı salamlaşmağınıza əsaslanaraq) imkan verər ki, həmin qeydləri inşallah oxuyarsınız.
Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını, oxucularımızı, təhsil işçilərini və sizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Səhifələr: 1 2 Next
Forumlar » 7-ci sinif » Riyaziyyat