Riyaziyyat

Forumlar » 7-ci sinif » Riyaziyyat
Səhifələr: Prev 1 2
RSS
Riyaziyyat
Hörmətli Ədalət müəllim, ALLAHın salamı olsun sizə və bütün Portal istifadəçilərinə. Mən də sizi və timsalınızda bütün Portal oxuculrını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir,can-sağlığı, ömrünüzün,qazancınızın bərəkətli olmasını ALLAHdan arzu edirəm . Ədalət müəllim, çox sağ olun ki,zəhmət çəkib Riyaziyyat dərsliklərdəki nöqsanlardan (özü də bir yox,iki yox,...,on yox... həddən çox sayda olan səhvlərdən söbət gedir) yazırsınız. Axı,Ədalət müəllim,söhbət dərslikdən,özü də Riyaziyyatdan gedir. Dərsliklərdə bu qədər texniki səhvləri demirəm,elmi səhvlərin olması yolverilməzdir.Bunun nəticəsində bizim dövrümüzün ədəbiyyatını oxumayan şagirdləri demirəm,gənc müəllimlər dərsliyi nöqsanlı formada qəbul edir...
Fb-də dostum Asuman Aska Suleymanzadeden
ŞEKIYANE ILAXIR CERSENBE TEBRIKI!
Haindi sizin axsamouz xeyir!Torpaq censenbeniz mubarek olsun !
Yeni ilde nece eliyim ,neteri eliyim demiyesooz.Gorum canouiz azar-bezardan uzaq olsun! Yeni ilde gorum sizi, dollar sindromindan uzaq olasouz! Hec bir bange kredit borcouz qalmasin! Ay sizin gozouzu yim ,habi bayaq deyirdiler ki,dunya bes gunlukdur ,haindi uc gune dusub ,odur ki ,ne qeder ki ,bir gune dusmeyib ,bir -biruozun qedrini bilin !Haindi bu bayramda mutleq kusululer barusmaludu ha,adetdir. Ay sizin canouzu yim ,ne vaxt kefuoz kok oldu o gunu bayram olur ...
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi

VII sinif Riyaziyyat dərsliyi haqqında fikrimi bildirmişdim. Dərsliklə diqqətlə tanış olduqda daha bir neçə təklifimi bildirməyi özümə borc bildim.
Dərslikdə bəzi çalışmaların cavabının verilməsinin, bir qisminin verilməməsini irad tutmuşdum. Cavabda elə hallarla rastlaşdım ki, əvvəl ki, bu iradın yanında “toya-bayrama” gediləsi imiş. Maraqlıdır görəsən müəlliflər 1.10; 1.11; 1.12 mövzularına uyğun cavablara özləri baxıblar? Əgər baxıblarsa onlar hansı çalışmaların cavabıdır.
Səhifə 17, çalışma 10. Simvolikadan istifadə etmək yaxşı haldır. Lakin müəlliflər nmk əvəzinə mnk yaza bilməzdilər?
Həmin səhifədə çalışma 13-də eyni misalda kəsrin biri o, 333... digəri 1.5(3) kimi yazılıb. Bu hal bir neçə dəfə təkrar olunub.
Səhifə 68-də ... qayçı ilə iki yerə qatlanmış vərəqi üçbucaq boyunca kəsin əvəzinə üçbucaqın konturu boyunca kəsin yazmaq olmazmı?
Səhifə 71, məsələ 4. Məsələnin sonluğu “... KLM üçbucaqlarının (üçbucaqlıalarının yox-üçbucağının) təpə nöqtələrini necə dəyişmək lazımdır ki, bu üçbucaqların konquriyent olduğunu söyləmək mümkün olsun?” (şəkil 5) şəkildən açıq-aşkar görünür ki, bu heç vaxt mümkün deyil.
Səhifə 81-də və daha bir neçə yerdə üçbucaqların konquriyentliyi əvəzinə üçbucaqların bərabərliyi ifadəsi işlədilmişdir.
Səhifə 156. Fəsil belə adlandırılıb.
V fəsil. Tənlikər sistemi üçbucağın tərəfləri və bucaqları. Statistika və ehtimal.
Mövzuların tədrisinə başlayanda funksiyanın verilməsi üsulları mövzusundan başlanır. Bəs fəslin adı necə oldu? Mövzunun izahından sonra funksiyanın tərifi, təyin, dəyişmə oblastı öyrədilir. Buna müəlliflər necə haqq qazandırırlar?...
Salamlar.
Nəşr.2016 Riyaziyyat kitabında bəzi səhvlər var.
Səh.41 Tapşırıq13.Məsələnin şərtində rəqəmlər düzgün verilməyib.
Eləcədə kitabda təriflərdə və aksiomlarda səhvlər var.
Xahiş edirəm gələcək kitablarda bu səhvlər düzəldilsin,eləcədə cəbr və həndəsə kitabları ayrı-ayrı nəşr olunsun.
Səhifələr: Prev 1 2
Forumlar » 7-ci sinif » Riyaziyyat