Salam, hər vaxtınız xeyir!
VII sinfin “Riyaziyyat” dərsliyinin və müəllim üçün vəsaitin hər iki nəşrində (2014;2018) nisbi xəta anlayışı aşağıdakı kimi verilib və metodiki işlənib.
Dərslik: (Riyaziyyat, VII s, 2018, səh.114):-
“Mütləq xətanın qiymətinin kəmiyyətin dəqiq qiymətinin moduluna olan nisbətinə təqribi qiymətin nisbi xətası deyilir.
Nisbi xətanı tapmaqla yol verilən xətanın nə qədər olduğunu, yəni ölçmənin dəqiqliyinin səviyyəsini müəyyən etmək olur. Nisbi xəta, əsasən, faizlə ifadə edilir."
TQDK(DİM) ekspertlərinin dərslik komplekti ilə bağlı daxil olmuş və açıq müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər əsasında hazırlanmış (2014) yekun rəyindən də bir şey anlamaq olmur. Olduğu kimi təqdim edirəm:-“Səhifə 114. “Nisbi xəta” mövzusunda “Nümunə” bölməsində verilmiş tapşırığın şərtində “500 m” və “384000 km” qeyd edildiyi halda, həldə “500 km” və “348000 km” yazılmışdır. Həmçinin burada verilmiş məsələlərin həlli ilə nisbi xətanın tərifi arasında uyğunsuzluq var. Çünki tərifdə nisbi xətanın tapılması üçün mütləq xətanın dəqiq qiymətə nisbəti verildiyi halda, həldə mütləq xətanın təqribi qiymətə nisbəti verilmişdir.”
Mən bu məsələ ilə bağlı fikir və təklifimi 2014-cü ildə bildirmişdim. Sonradan nəzərə alınıb-alınmadığını araşdırmağı unutdum. Bu tədris ilində yenidən VII siniflərdə dərs keçməli oldum və məlum oldu ki, dərsliyin və müəllim üçün vəsaitin 2018-ci il nəşrində də hər şey əvvəlki nəşrdə olduğu kimi qalmışdır.
Əslində, qısaca olaraq aşağıdakılara diqqət etməyi məsləhət bilərdim.
Tərif:
Kəmiyyətin təqribi qiymətinin nisbi xətası onun mütləq xətasının təqribi qiymətinin moduluna olan nisbətinə deyilir.
Misal:
15,8 onluq kəsrini təkliklərə qədər yuvarlaqlaşdıraq: 15,8≈16. Təqribi qiymətin nisbi xətası belə tapılır:
|15,8-16|/|16|=|-0,2|/16=0,2/16=0,0125=1,25%
Daha ümumi şəkildə nisbi xəta belə ifadə olunur:
Tutaq ki, ədədin dəqiq qiyməti x, təqribi qiyməti a-dır. Əgər | x – a | ifadəsi hər hansı a –dan kiçikdirsə, onda a kəmiyyəti a ədədinin mütləq xətası, a mütləq xətasının a ədədinin moduluna olan nisbəti isə
nisbi xəta adlanır: a /|a| və ya (a /|a|)*100%.
Hələlik bu qədər.