Azərbaycan dili

Forumlar » 7-ci sinif » Azərbaycan dili
Səhifələr: 1
RSS
Azərbaycan dili
“Azərbaycan dili” dərsliyinin müzakirəsi
7-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyi haqqında
r ə y

7-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş Azərbaycan dili dərsliyi məzmun etibarilə dolğun işlənib hazırlanmışdır. Rollu oyunlar şagirdlərin zehni qabiliyyətini xüsusilə inkişaf etdirir. Eyni zamanda atalar sözlərindən istifadənin çoxluğu, ana təbiət, milli dəyərlərimiz, ixtiralar, tariximizə səyahət şagirdlərimizin parlaq gələcəyinə təminat verir. Lakin fərd və cəmiyyət bölümündə və ana təbiət mövzusunda xarici ədəbi nümunələrin milli ruhlu əsərlərlə əvəzlənməsi daha təsiredici olardı. Həmçinin çalışmalarda çətinlik dərəcəsinə malik sözlərdən çoxlu sayda istifadə hətta lüğətdən istifadə olunsa belə şagirdləri zehni cəhətdən yükləmirmi? Bəzən tapşırıqların soruşulma prinsipi də anlaşılmaz şəkildə verilir. Bunlara misal olaraq kontekst, silloqizim, debat, tezis və s. sorğu tiplərini göstərmək mümkündür. Çətin tapşırıqlar sırasında 30-cu səhifədəki 5-ci tapşırığı, 40-cı səhifədəki 5-ci tapşırığı, 57-ci səhifədəki 2-ci sualı, 143-cü səhifədəki 1-ci sualı qeyd etmək istərdim ki, bu tipli çətin tapşırıqların aşağı bilik səviyyəsinə malik şagirdlərə də anlaşıqlı şəkildə uyğunlaşdırılması daha məqsədəuyğundur.
7-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş ədəbiyyat dərsliyi haqqında
rəy

7-ci sinif şagirdləri üçün nəzərdə tutulmuş ədəbiyyat dərsliyi mükəmməl araşdırmaları şagirdləri ədiblərin həmsöhbətlərinə çevirir. Şifahi xalq ədəbiyyatı nümunələri, vətənə övlad qayğısının dərindən aşılanması, milli mənəvi dəyərlər, təbiət sevgisi bölmələri hərtərəfli mövzu seçimindən xəbər verir. Layihə üzrə iş müxtəlif mənbələrlə müstəqil yaradıcılığa əsl təkandır. İstər məzmun üzrə, istərsədə təhlil üzrə iş prosesləri, həmçinin tətbiq və müzakirələr ilk baxışdan şagirdlərə çətin görünsə də əsərlə bağlı açıqlamaların və dəyərli tövsiyələrin verilməsi çox təqdirəlayiqdir.
Salam.Werebani muellim.Iradlarinizi oxudum.Sevinmek sozunun kokunu,bele bawa duwdum ki,sev goturmusunuz.Cunki o feilin sade goturulmesini sehv Kimi qeyd etmisiniz.Tebii ki,sadedir.Sevmek feili Ile sevinmek feili eynikoklu feil deyil.Bu feil hemiwe sade goturulub.Bu fikrinizla razilawmaq qeyri-mumkundur.Cox qeribedir ki,ele bil,sanki ,guya modal sozlerini baglayici ve edat goturmusunuz.Bu fikre nece olub ki ,gelmisiniz.Cox maraqlidir.Bir de "Mubariz"metni haqqinda yazdiginiza elave olaraq qeyd edirem ki,"dunya bawina firlandi" fikri xestelik ve saglamliqla bagli durum deyil.Dunya her kesin bawina firlana biler.Bu,insanin cetinlik meqaminda,darixdigi vaxt,iwi alinmayanda duwduyu veziyyetdir.Dogru qeyd etdiyiniz maqamlar da var,amma her kes dilciliye oz movqeyinden yanawsa,onsuz da ,cetinlewdirien dil qaydalarimiz daha da berbad hala duwer.Diqqetinize göre tewekkur edirem.
Salam.Werebani muellim.Iradlarinizi oxudum.Sevinmek sozunun kokunu,bele bawa duwdum ki,sev goturmusunuz.Cunki o feilin sade goturulmesini sehv Kimi qeyd etmisiniz.Tebii ki,sadedir.Sevmek feili Ile sevinmek feili eynikoklu feil deyil.Bu feil hemiwe sade goturulub.Bu fikrinizla razilawmaq qeyri-mumkundur.Cox qeribedir ki,ele bil,sanki ,guya modal sozlerini baglayici ve edat goturmusunuz.Bu fikre nece olub ki ,gelmisiniz.Cox maraqlidir.Bir de "Mubariz"metni haqqinda yazdiginiza elave olaraq qeyd edirem ki,"dunya bawina firlandi " fikri xestelik ve saglamliqla bagli durum deyil.Dunya her kesin bawina firlana biler.Bu,insanin cetinlik meqaminda,darixdigi vaxt,iwi alinmayanda duwduyu veziyyetdir.Dogru qeyd etdiyiniz maqamlar da var,amma her kes dilciliye oz movqeyinden yanawsa,onsuz da ,cetinlewdirien dil qaydalarimiz daha da berbad hala duwer.Diqqetinize göre tewekkur edirem.
…morfologiyanı qurtarıb sintaksisə keçirik və halsız Azərbaycan məktəblisinin halı.
“…morfologiyanı qurtarıb sintaksisə keçirik” – Bu sətir Azərbaycan dili-7-ci sinif dərsliyi üçün yazılmış MMV-dən götürülüb. Müəlliflər Aynur Rüstəmova, Hidayət Allahverdi, Dilruba Cəfərova və Sahibə Məmmədova yüksək təmtaraqla gördükləri işə rəy verərək yazırlar : “Azərbaycan dili kurikulumunda sözün qrammatik mənası ilə standartların morfologiyası 5-7 –ci siniflərdə verilir, 8-11-ci siniflər üzrə standartlar, əsasən, sintaksis, üslubiyyat, nitq mədəniyyəti, məsələlərini əhatə edir. Ona http://www.idrak-m.com/?p=5033#more-5033
İnşa və essenin ferqlərini bilmək istəyirəm. Essenin həcmi nə qədər olmalıdır? İnşanın həcmi bilirik ki, ən azı 6 səhifə olmalıdır. Çox istərdim ki, kiçik esse numunəsi yazasiniz. XX əsrin atalar sözü yazasınız. Mən özüm bəyənsəniz bir neçəsini belə yazardım: Çox işlə az ye. Kompyuteri öyrən sabaha inamla addımla. İnsan kompyuterdə tanınar. Kompyuteri ölənə kimi kurikulumu öyrənənə kimi. Çox oxu az yat.Çörəyi səhər özün ye, günorta qonaqa ver, axşam düşmənə. Çox yemə, çox yaşa, sevdiyinlə ömrü vur başa. və s.
6-CI SİNİF MMV-DƏ SİLLOGİZMİN ŞƏRHİ VAR. FİKİRLƏRİNİZİ BƏYƏNDİM
MƏMMƏDOVA AYSEL SİZİN 7-Cİ SİNİF ƏDƏBİYYAT DƏRSLİYİ HAQQINDAKI RƏYİNİZİ BƏYƏNDİM.
Salam hörmətli müəllim və müəllimələr.Mən də bu portala daxil olduğum üçün özümü xoşbəxt hiss edirəm.
O ki qaldı dərsliklərə , 7-ci sinif Azərbaycan dili dərsliyinə , bir-iki iradları çıxmaq şərti ilə bəyənirəm.Çünki şagirdləri düşündürəcək və maraqlı mətinlər verilmişdi.Lakin qrammatika bizim Azərbaycan
təhsilimizə uyğun verilməmişdi. Qarışıqlıq bizim şagirdləri çaşdırır.
Salam hormetli muellim ve muellimeler.Mende bu portalda qeydiyatdan kecdiyim ucun xosbextem..Oki qaldi derslere7-ci sinif Azerbaycan dili dersliyini beyenirem.Lakin bir iradim var qrammatika cox yigcam sekilde verilmisdir..Izahat bir az genis olsa daha memnun olardim. Moderator,
Ləman xanım 7-ci sinif Ədəbiyyat dərsliyinə aid şərhinizi çox bəyəndim.
Dərsliklərdən çox narazıyam. Azərbaycan dilindən dil qaydalarına və çalışmalara çox az vaxt verilmişdir.Dərslikdə ən çox respublikamız haqqında məlumat vermək lazımdır.Öz alimlərimiz, öz qəhramanlarımiz haqqında geniş məlumat vermək lazımdı.
Azərbaycan dili dərsliklərində verilmiş başliqlara ehtiyac yoxdu.Mövzuların yerinə dil qaydalarına, tapşırıqlar və çalışmalar verilsə daha yaxşı olardı.Verilən mövzular Azərbaycan tarixi ,adət-ənənərimizlə bağıi olsa daha yaxşı olar.Qaydlar aydın şəkildə aydın izzah olunsun, şagirdlər üçün anlaşıqlı dildə olsun
Tapşırıqlara baxılsın.Dil qaydalarına üstünlük verilsin.
7-ci sinif Azərbaycan dili dərsliyinin söz ehtiyatı bölməsində konteksdən cıxış edərək mətndə işlənən ifadələrin tapılması şagirdlərin zehni qabiliyyətini inkişaf etdirir.Düşünərək cavab vermək isə bu sahədə xüsusilə təqdirəlayiqdir.Ənənəvi yadda saxla bölməsi məlumatların daha dərindən qavrayışını təmin etməklə ümumiləşdirici təkrar bütün bu müsbət irəliləyişlərin bir arada və yenidən toplanmasına xidmət edir.Qruplarla iş isə şagirdlərin ortaq rəyə gələrək müəyyən situasiyaları dəyərləndirməsinə imkan yaradır.Həmçinin müzakirələr şagirdlərin şəxsi fikirlərini sərbəst ifadə etməsinə kömək edir.Bununla yanaşı verilmiş mövzuyla bağlı hər hansı bir ifadənin etimologiyasının araşdırılması,bu barədə doğru və ya yanlış yoxsa mübahisəli fikirlərin tapılması şagirdlərin intellkt səviyyəsini yüksəldir.
Məmmədova Aysel,
Rəyə görə Aysel xanıma təşəkkürümü bidirirəm. Qeyd etmək istərdim ki, 7-ci sinif şagirdi kifayət qədər söz ehtiyatına malikdir, lakin bu sözlərin əksəriyyəti məişətdə işlənən ümumişlək sözlərdir. Azərbaycan dili fənninin məqsədi hər il şagirdlərə onların yaş səviyyəsinə uyğun 100-120 elmi-intellektual məna tutumlu söz təqdim etməkdir. Belə olmasa, şagirdlər müxtəlif mövzularda sərbəst danışa və savadlı yaza bilməzlər. Bu məqsədlə “Altun kitab” nəşriyyatı “Məktəblinin alınma sözlər lüğəti”ni də nəşr etmişdir. Lüğətin elektron variantını azleks.az saytından əldə etmək olar.
Rəydə vurğulanan kontekst, silloqizim, debat, tezis istənilən fənnin tədrisində açar rolu oynayan sözlərdir. Bu sözlər arasında “sillogizm” müəllimlər üçün yeni söz ola bilər. Lakin məntiqli oxu texnikasına aid olan bu sözün izahı 6-cı sinifdə verilmişdir. Bu oxu texnikası ilə bağlı 6-7-ci siniflər üçün dərsliklərdə xeyli tapşırıqlar öz əksini tapır və müəllimlərin dediklərinə görə bu üsul şagirdlərdə oxuyub anlama bacarığının inkişafını sürətləndirir.
30-cu səhifədəki 5-ci tapşırıqda verilən sözlər də ümumişlək olan alınma sözlərdir: ekstremal vəziyyət, eqoizm, pisoxoloji məqam və s. Bu sözlər söz mücrüsü kimi verilir ki, şagirdlər tapşırılmış mövzuda yazarkən onlardan istifadə etsinlər, beləliklə, yazıda istifadə etdikləri söz ehtiyatı daha zəngin olsun.
57-ci səhifədəki 2-ci sual mətnlə illüstrasiya arasındakı fərqi müəyyənləşdirmək məqsədi güdür ki, bu da oxuyub anlama bacarığını inkişaf etdirən çalışma modellərindən biridir. Tapşırığın şərhi MMV-də verilmişdir.
143-cü səhifədəki 1-ci sual da əyləncəli xarakter daşısa da, oxuyub anlama bacarığının inkişafına xidmət edir. Əgər şagirdlər bu tapşırıqda təklif olunan “krestiki-noliki” oyununu oynaya bilsələr, deməli, mətnin bu suala qədər olan hissəsini başa düşüblər.
Bünyatova Fatmaxanim,
7-ci sinif Azərbaycan dili dərsliyinə yazılmış MMV-dən götürülmüş sitat qərəzli şəkildə təhrif edildiyindən irada cavab yazmağı lazım bilmirik.
Alxasova Sevda,
Hörmətli Sevda xanım, əslində “inşa” və “esse” sözləri eyni məna daşıyır: müəyyən mövzuda yazılmış mühakimə xarakterli mətn. Sadəcə, biri ərəb, digəri fransız mənşəli sözdür. Kurikulumun təhsilimizə gəlişi ilə daha çox “esse” sözü işlənməyə başlandı, çünki bizim ənənəvi inşadan fərqli olaraq qərb yanaşmasında esse mövzusu mücərrəd olmamalıdır. O, konkret olmalı və şagirdə öz fikrini ifadə etmək üçün stimul verməlidir. Məsələn, əvvəllər biz şagirdə Novruz bayramı haqqında inşa yazmağı tapşırırdıq, o da müxtəlif kitablardan məlumatlar toplayıb kompilyativ mətn formalaşdırırdı. İndi isə deyirik: “Qulaq falı mərasimi haqqında esse yazın. Bu mərasimə öz münasibətinizi bildirin”. Münasibət bildirmək, müxtəlif mənbələrdən aldığı məlumatları ümumiləşdirmək, nəticə çıxarmaq essenin əsas tələbləridir.
O ki qaldı inşa/essenin həcminə, yaş qrupundan, sinfin səviyyəsindən, mövzudan asılı olaraq onun həcmi müxtəlif ola bilər.
Atalar sözlərinə görə çox sağ olun. Bizim baxışlarımız fərqlidir.
7-ci sinifdə Azərbaycan dili dərsliyini tədris edirəm.Dərs dediyim müddətdə Azərbaycan dili dərsliyində hec bir çətinliklə rastlaşmadım.Ancaq dil qaydalarına verilən saatlar çox olsa dil qaydalarını daha dərindən mənimsətmək olar.
Mən VII sinifdə Azərbaycan dilini tədris edirəm.Dərsliyin nüsxəsinə söz ola bilməz.Ancaq Azərbaycan dili dərsliklərində qaydalara daha çox yer verilsə şagirdlər üçün daha asan olardı.Qaydalar üzrə çalışmaları işlədikdə çətinlik çəkirlər.
Azərbaycan dili kitabının 38-ci səhifəsindəki "Onlar kimdir" ..... İsgəndərin buynuzu ilə bağlı ifadəni tamamlayan müəllif bir neçə çaşdırıcı mətn verir.Şəkillər isə mətnlə bağlı heç bir fikri tamamlamır.
Səhifə 56 -da "Gürzə" mətnində məktəb illərindən xatirə danışan şagirdin adı Borya deyil Azərbaycanlı adı olsa daha məntiqə uyğun olardı
Ədəbiyyat kitabında Qarabağı və Şuşanı vəsf edən hekayələrdə rəsmlərdən istifadə edilməyib.
Səhifələr: 1
Forumlar » 7-ci sinif » Azərbaycan dili