Kimya

Forumlar » 7-ci sinif » Kimya
Səhifələr: 1
RSS
Kimya
“Kimya” dərslik komplektinin müzakirəsi
7-ci sinif Kimya dərslik komplekti elmi baxımdan yaxşı işlənsə də, bəzi çatışmazlıqları da vardır. Düşünürəm ki, dərslik yeni təhsil proqramının bir çox tələblərinə cavab vermir. Tədris zamanı dərsliklə bağlı bir çox problemlər ortaya çıxır. Məsələn, dərslikdə mövzular müasir dərsin mərhələlərinə uyğun verilməmişdir. Motivasiya, Açar sözlər kimi bölmələr ümumiyyətlə əks edilməmişdir. Tapşırıqlar isə əsasən ənənəvi tipli və hafizəyönümlüdür. Test tapşırıqlarının böyük qismi qapalıdır. Bu isə bilik və bacarıqların tam formalaşdırılmasına imkan vermir.
Hörmətli Nərmin xanım dərslikdə dərsin gedişi verilmir. Buna heç dərsliyin həcmi də imkan vermir. Mövzular üzrə dərsin planlaşdırılması nümunələri müəllim üçün vəsaitdə verilmişdir. Ümumiyyətlə tədris üsulunu və motivasiyanı müəllim özü seçməlidir. Test tapşırıqları istənilən formada və lazımi qədər müəllim üçün vəsaitdə verilmişdir. Əlavə olaraq siz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının nəşri olan 7-ci sinif üçün test tapşırıqları kitabçasından da istifadə edə bilərsiniz.
Vəli Əliyev
Hər bir mövzunun sonunda bilik və bacarıqları yoxlamaq üçün-sinifdə işlənəcək tapşırıqlar və evdə işlənəcək tapşırıqlar yarımbaşlığı altında bütün mövzunu əhatə edəcək çalışma və məsələlər verilməsi məqsədə uyğun olardı.Müasir təlimi metodlarına uyğun olaraq,sadədən-mürəkkəbə doğru bilikləri aşılanması qanuna uyğunluğu həmişə diqqət mərkəzində olmalıdır.
Səhifələr: 1
Forumlar » 7-ci sinif » Kimya