İngilis dili

Forumlar » 8-ci sinif » İngilis dili
Səhifələr: 1
RSS
İngilis dili
“İngilis dili” dərslikləri (2015-ci ilə qədərki nəşrlər) və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış "İngilis dili" dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
8-ci ingilis dilinin 2013-cu ilin nesri test cavablarini yaza bilersiz
Nəcəfov Firdovsi, 8-ci sinif test kitabçası qiymətləndirmə materialı olduğu üçün cavablarının verilməsi nəzərdə tutulmur.
Dərsliklərin mövzuları bəyənilir, lakin gələcək dərsliklərdə mövzulara idman, Azərbaycanın gəzməli tarixi yerləri haqqında mövzular əlavə edilməsini tövsiyə edirəm.
Dərslik müasir tələblərə cavab verir. Belə ki, innovativ tələblər kitabda diqqət mərkəzində saxlanılıb. Şagirdlərin hərtərəfli inkişafını təmin etmək məqsədilə rəngarəng illüstrasiyalar verilmişdir. Ən yaxşı hal odur ki, müəyyən mövzularda müxtəlif xalqlara məxsus atalar sözlərindən istifadə edilmişdir. İngilis dilində olan yeni sözlərin izahı ətraflı və geniş verilir. Kitabda verilən çalışmalar həm kəmiyyət, həm də keyfiyyət baxımından qənaətbəxşdir.
Bütün bunlara baxmayaraq bizim fikrimizcə dərslikdə bəzi nöqsanlar da müşahidə edilir. Belə ki, kitabda verilən mətnlərin bir çoxunda müxtəlif elm sahələrinə aid olan mürəkkəb terminalogiyadan çox istifadə edilib. Mürəkkəb quruluşlu cümlələrin çox uzun olması şagirdlərin mövzunu tam dərk etməsinə maneçilik dörədir.
8-ci sinif dərsliyindən çox naraziyam Dərslik çox qəliz formada tərtib olunub Sözlər və mətnlər şagirlərin səviyyəsinə uyğun deyil. Çox istərdim ki,dərlikləri bu üzrə daha çox təcrübəsi olan insanlar tərtib etsin. Digər elmlərə aid mürəkkəb terminlərdən istifadə olunub. Bu terminlərin tərcuməsində çətinliklər yaranir. 8-ci sinif ingilis dili dərsliyindəki bölmələrin mövzuları 7-ci sinif dərsliyindəki bölmələrin mövzuları ilə eynidir. Təkrarçılıq olduğu üçün mövzular şagirdlər üçün maraqsızdır.Azərbaycanin tarixi,ədəbiyyatı və mədəniyyətinə aid mövzulara geniş yer verilsə daha yaxşı olardı
Səhifələr: 1
Forumlar » 8-ci sinif » İngilis dili