Coğrafiya

Forumlar » 8-ci sinif » Coğrafiya
Səhifələr: 1
RSS
Coğrafiya
“Azərbaycan Respublikasının fiziki coğrafiyası” (2011-ci il nəşri), "Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası" (2011-ci il nəşri) dərsliklərinin və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış "Coğrafiya" dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
"Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası" dərsliyi (2011-ci il nəşri) haqqında qeyd:
Quote
Veyisova Xəyalə:
Azərbaycanın iqtisadi cografiyası
Bu iqtisadi coğrafiya dərsliyi yenidən yazıldı.Amma yenə də bu kitabların müzakirəsinə ehtiyac var.Kitab dil və üslub baxımından çox ağırdır.
Dərslik (2015-ci il nəşri) haqqında ümumi fikirlərim qənaətbəxş deyil.6-7 - ci sinif dərslikləri daha maraqlı,sadə dil üslubunda yazılmış,daha maraqlıdır.Bu dərslik isə ənənəviliyi xatırladır və dərslikdə informasiya bolluğu var.
Salam Xəyalə xanım.Bütün Azərbaycan xalqını və sizi qarşıdan gələn 31 dekabr"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasıbəti ilə təbrik edirəm.Əmin amanlıq,çan sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram. Sizin dərsliklər haqqında qeydlərinizi gördükdə çox sevindim. Mən portalda coxdandır coğrafiyacıların iştirakını görmürəm. Amma həmişə coğrafiyacılar hər sahədə aktiv olublar.Sizdən xahiş edirəm dərsliklər haqqında fikirlərinin ümumi yox faktlarla qeyd edəsiniz. unun həm müəlliflər həm də müəllimlər üçün böyük faydası olar.Siz "bu dərslik" deyən də yəqin ki, 8-ci sinfin coğrafiya dərsliyini (2015-ci il nəşri) nəzərdə tutursunuz.Mən də sizin fkirlərinizlə razıyam. Amma dərslikdəki mövzuları faktlarla portalda şərh etsək daha yaxşı olar. Bununla təkcə sizə yox bütün coğrafiya müəllimlərinə müraciət edirəm.
VIII sinif coğrafiya dərsliyi elmi baximdan qənaetbexs olsa da, metodik baxımından qusurludur.Bu dersliyə əlave edilmiş materiallar şagirdlərin qavrama səviyyəsinə uyğundur.Lakin cox yaxşı olar dı ki, mövzular haqqında informasiya bolluğuna ustünlük versinlər.
"Təbii zonalar" mövzusunda yazılıb ki,ekvatorial meşələrdə fil,kərgədan yaşayır.
İskəndərova Şahsənəm,
Çox sağ olun,Şahsənəm xanım.Vaxt olduqca qeyd etməyə çalışıram.
Azərbaycanın bitki örtüyü haqqında məlumatların da "Təbii zonalar" mövzusuna qatılmasını məqsədəuyğun saymıram.Ümumiyyətlə bu mövzu həcmcə çox uzundur.
Salam.30.04.2017 tarixində qəbul suallarını necə əldə etmək olar.coğrafiya pdf lazımdı.
Zeynalova Aynur, Siz bunu DİM-in saytında ödəniş edib əldə edə bilərsiniz.
Salam.sizin özünüzdə qəbulun coğrafiyası pdf forması yoxdurmu mail adresə atmanız memkünmü.əgər mümkünsə
Bir də mən öz adıma da burdan profil açmışdım.ancaq istifadəçi adı və parolu unutmuşam.yazanda deyir sizim adınızda profil var.təzədən necə aça bilərəm.həmdə suaları dimdən ödənişlə necə alım.
Necə edim ödənişi və nə qədər
Zeynalova Aynur, (Vətəndaşların müraciət və suallarına yalnız bu ünvanda baxılır)
Səhifələr: 1
Forumlar » 8-ci sinif » Coğrafiya