Kimya

Forumlar » 8-ci sinif » Kimya
Səhifələr: 1
RSS
Kimya
“Kimya” dərslikləri (2015-ci ilə qədərki nəşrlər) və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış "Kimya" dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
Yeni tehsil proqrami esasinda hazirlanmış Kimya dersliyi (2015-ci il nəşri) elmi baximdan qenaetbexs olsa da dusunurem ki , metodik baximdan qusurludur. Bir cox movzular yuklenmis ve sagirdler ucun cetin dilde verilmisdir. Derslikde muasir dovrun ekoloji problemlerine , kimya ve heyat, kimya ve insan movzularina demek olar ki yer verilmemisdir. Gunumuzun telebi olan praktiklik ve mentiqilik evezine derslik daha cox bilikverici vesait kimi teqdim edilmisdir.
"Kimya-8" dərsliyinə abituriyentlər üçün hazırlanmış mövzuların bütün dərinlikləri ilə izah edilmiş ,qrafik və cədvəllərlə tam işlənmiş bir vəsait kimi baxmaq olar.8 sinif şagirdləri ümumi kimyanın ağır bölmələrini belə dərinlikləri ilə öyrənməkdə çətinlik cəkəcəklər.
Bilik və bacarıqlardakı çalişmalar yaxşı olardıki ,sadədən mürəkkəbə doğru çətinləşərdi .Mövzu 7,9,14,21,23,44- dəki çalışmalarda demək olar ki , sadə çalışma yoxdur.
Umumilikdə desək ,əvvəlki dərsliklə müqayisədə "Qeyri-üzvi birləşmələrin mühüm sinifləri " mövzusunda reaksiyaların sayı artırılıb. "Kimyəvi reaksiyanın sürəti" və "Kimyəvi tarazlıq" mövzusunda qrafiklərin göstərilməsi yaxşıdır.Tarazlıq sabitinin (Kt)riyazi ifadəsinin çıxarılmasının göstərilməsi şagirdlərdə məsələ həllində əzbərlikdən uzaq olması deməkdir.Movzu 22,23 aydın ,nizamlı və dəqiq izah olunmuşdur.Mövzu 30-da atom orbitallarının hibridləsməsində üzvi birləşmələrdə hibridləşmənin izahı s və p orbitallarının enerjisinin yerdəyişməsinin göstərilməsi ,mövzunu dahada çətinləşdirir.
Duzların dissosiasiyasının (movzu 42) ayrıca bir mövzu kimi verilməsi ,duzların dissosiasiyasının tam oyrənilməsi deməkdir. Səh.178 və səh.184-də göstərilmiş şəkillər "Elektroliz"movzusunun öyrənilməsində şagirdlərdə maraq yaradacaq.
Səhifələr: 1
Forumlar » 8-ci sinif » Kimya