Azərbaycan tarixi

Forumlar » 8-ci sinif » Azərbaycan tarixi
Səhifələr: 1
RSS
Azərbaycan tarixi
“Azərbaycan tarixi” dərslikləri (2015-ci ilə qədərki nəşrlər) və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış "Azərbaycan tarixi" dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
8-ci sinif Azərbaycan tarixi dərsliyində Cəlalilər hərakatı və Koroğlunun qızılbaşlığı ilə bağlı məsələlərin az işıqlandırılması ilə bağlı hörmətli müəllim həmkarlarımdan biri irad bildirmişdir:
Quote
Mustafayev Məzahim:
Azərbaycan Tarixi 8-ci sinifdə (2012-ci il nəşri) Cəlarilər hərəkatı haqqında məlumat çox azdır. Həmçinin bu dərsılikdə Koroğlunun əsas niyyəti, missiyası haqqında məlumat verilməməkdədir. Bu hərəkat yalnız üsyankar xarakterli, Şərqi Anadoludakı hərəkatın bir hissəsi kimi təqdim edilir. Təklifim budur ki, Koroğlunun əsil niyyəti, missiyası və Qızılbaşlıq uğrunda mübarizəsi əks edilsin.
İrada cavab olaraq bildirmək istəyirəm ki, bu hərəkat sosial, siyasi və iqtisadi səbəblərlə bağlı mürəkkəb, mahiyyəti tez-tez dəyişən bir hərəkat olmuşdur. Mənbələrdə və tarixşünaslıqda bu məsələyə müxtəlif rakurslardan yanaşılmışdır. Məlum olduğu kimi, dərslik ilk növbədə şagirdlər üçün nəzərdə tutulur. Ona görə də dərslikdə elmdə bir mənalı qəbul edilən və ziddiyyət daşımayan məsələlər verilməlidir. Bu baxımdan dərslikdə Cəlalilər hərəkatı haqqında müəyyən məsələlərə toxunulmağa çalışılmışdır. Həmçinin, dərsliyin həcminin məhdudluğu da bu və digər məsələrə geniş yer verməyə imkan vermir. Daha geniş məlumat məsələsinə gəldikdə isə müəllimlər mövzunu işləyərkən şagirdlərə əlavə məlumat və mənbələr tövsiyə edə bilər. Bu isə müasir tədrisin əsas məqsədlərindən biri olan şagirdlərdə tədqiqatçılıq vərdişlərinin və tənqidi təfəkkürün inkişafına xidmət edər.
Hörmətlə, Hafiz Cabbarov.
Səhifələr: 1
Forumlar » 8-ci sinif » Azərbaycan tarixi