Həndəsə

Forumlar » 8-ci sinif » Həndəsə
Səhifələr: 1
RSS
Həndəsə
“Həndəsə” dərsliyinin (2015-ci ilə qədərki nəşrlər) müzakirəsi
Portal istifadəçilərinə ALLAHın salamı olsun! Əvvəla sözüm hörmətli adminədir.Müəlliflər Cəbr və Həndəsəni böyük zəhmət hesabına Riyaziyyat(???) ediblər. Sizdə isə ayrı-ayrı verildiyi üçün Həndəsə hissəsində qeydlərimi yazmalı oldum. Təəssüf ki, Riyaziyyat-8 dərsliyində (2015-ci il nəşri) də kifayət qədər nöqsanlar var: ilk nəzərə çarpan "Öyrənmə tapşırıqları" ifadəsidir. Demək indiyə qədər həll olunan məsələ,misallar,çalışmalar öyrənmək üçün deyilmiş. "Dördbucaqlılar" bəhsində olan mövzular çox bəsit,məlumat xarakterli formada verilib.Teoremlərin isbatı(əgər ona isbat demək mümkünsə) anlaşılmaz formada verilib,əksərinin də isbatı şagirdlərin öhdəsinə buraxılıb. Riyaziyyat-8-in müəllifləri:Nayma Qəhrəmanova, Məhəmməd Kərimov və İlham Hüseynov--- Hörmətli müəlliflər,əgər siz bu mövzular haqqında orta məktəbdə Həndəsə dərsliyindən öyrənməsəydiniz və bu formada başqası yazsaydı ondan nə başa düşərdiniz? Belə bərbad vəziyyətdə dərslik yazmazlar,uşaqlarımız yazıqdır. Dərslik yazılmasının şərtlərindən biri də istifadə olunan ədəbiyyat siyahısı verilməlidir.Əvvəlki (V-VII siniflərdə) kitablardakı kimi Riyaziyyat-8 -də də istifadə olunan ədəbiyyat verilməyib.Bəlkə, müəlliflər həqiqətən Riyaziyyata aid ədəbiyyatlardan istifadə etməyiblər,ona görə dərslik belə nöqsanlı çıxıb?
Salam. Əvvəlcə onu deyim ki, mənim fikrimcə cəbr və həndəsəni birləşdirmək (2015-ci il nəşri) doğru deyil.8-ci sinfdə onsuzda cəbrdə və həndəsədə ayrılıqda şagird üçün yeni anlayışlar daxil olan mürəkkəb tərkibli mövzular kifayət qədər var.İki fənnin bir kitaba yığılıb kiçik həcmdə verilməsi düzgün deyil. Yəni məlumatlar ,təriflər,qaydalar "sərt" şəkildə mürəkkəb quruluşlu cümlələrlə verilib. Bir anlayışı ifadə etmək üçün lazım olan bir neçə cümləni qısaldıb(qol-qıçını sındırıb) bir cümləyə yığıblar. Axı şagirdlərin hamısı mükəmməl zəkada deyil.Bir sinifdə həm güçlü,həm orta,həm də zəif çagirdlər var.Və nəzərə almalıyıq ki,zəif ,orta səviyyəlı şagirdlər çoxluq təçkil edir.Bu cür tərtibat onlar üçün çox yorucudur.Əlbətdə ,baça düşürəm ki , standarta əsaslanaraq bu cür düzəliş edilib.Ancaq iki fənnin eyni dərslikdə ƏLAQƏSİZ KEÇİDLƏRLƏ verilməsi düzgün deyil.Necə deyərlər-ondan da olduq, bundan da.
Məni narahat edən bir başqa məsələ də dərslikdə dilimizdə olmayan sözlərdən çox istifadə edilməsidir.Nə üçün "bərabərlik" sözü standartlara cavab vermir,yerinə konqruyent yazılır. Bu nəyə lazımdır,heç cür baça düşmürəm.
Teoremlərin isbatı qarma-qarışıq, ardıcıllığı olmadan verilib. Əksəriyyətinin isbatı şagirdə tapşırılır.Bu düzgün deyil.Qaydalara aid calıçmalar səviyyələrə bölünməyib. Çalıçmalar bölməsində zəif,orta,yüksək səviyyədə tapçırıqlar olmalıdır. (Yeri gəlmişkən "öyrənmə tapşırıqları" ifadəsi nə deməkdir.)
Bir məsələ də mənə maraqlıdır.Niyə dərsliyi tərtib edən zaman istifadə olunan ədəbiyyat göstərilmir?
Səhifələr: 1
Forumlar » 8-ci sinif » Həndəsə