Azərbaycan dili

Forumlar » 8-ci sinif » Azərbaycan dili
Səhifələr: 1
RSS
Azərbaycan dili
“Azərbaycan dili” dərslikləri (2015-ci ilə qədərki variativ nəşrlər) və yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış "Azərbaycan dili" dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
VIII sinif Azərbaycan dili dərsliyi (2010, 2012-ci illərə aid variativ nəşrlər) haqqında bir neçə irad.
Səhifə 3-də olduqca kobud bir səhvə yol verilib.Cümləni olduğu kimi yazıram:Dilimizin tarixi xalqımızın tarixi qədər qədimdir.Xalq anlayışının çox sonralar meydana çıxması ilə əlaqədar olaraq bu fikrin nə qədər səhv olduğunu izah etməyə,məncə,ehtiyac yoxdur.Bir dilçi olaraq bu səhvə yol vermək,qətiyyən,düzgün hesab edilə bilməz.Möhtərəm dilçilər bu fikri söyləməzdən öncə tarix kitablarını öyrənməli idilər. Xalq məfhumu eramızın VII-VIII əsrinə aiddirsə,bizim dilimiz daha qədimlərə-ilk qəbilə və tayfalarımızın yaranma tarixinə bağlanır.Özümüz özümüzə bu ağırlığında bağışlanılmaz bir səhvə yol verə bilərikmi?Türk dilimizi bu qədər “müasirləşdirmək”bizlərə kömək edə bilərmi?Yəni Dilin tarixi Xalqın yaranmaTarixindən daha Qədimdir.(Bilərəkdən mühüm sözlər böyük hərflərlə yazılmışdır)
Səhifə 5-də 14 nömrəli çalışmanın şərti səhv verilib.Sözü tərkibinə görə sxematik təhlil edin.-əvəzinə lüzumsuz uzun-uzadı bir cümlə getmişdir.
Səhifə 7-də Sintaksisin tədqiqat obyeki kimi c ü m l ə ü z v l ə r i unudulmuşdur.
Səhifə 12-də söz birləşməsi və cümlə arasındakı fərqlər tam sadalanmayıb.Yəni cümlənin ən əsas göstəricisi olan p r e d i k a t i v l i k unudulmuşdur.Xəbərin müvafiq ş ə x s s o n l u q l a r ı n ı qəbul etməsi də xatırlanmamışdır.Belə olan vəziyyətdə şagird bu fərqlərin tam olmamasından necə yararlana bilər?Bu, olduqca kobud bir yanaşmadır.
Göyçay şəhər 6 saylı Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
VIII sinif Azərbaycan dili dərsliyi (2010, 2012-ci illərə aid variativ nəşrlər) haqqında iradların davamı.
Səhifə 15-də I növ təyini söz birləşməsinə aid qaydada belə bir cümlə vardır:I növ təyini söz birləşməsmələrinin əsas tərəfi cəm,mənsubiyyət və hal şəkilçiləri qəbul edə bilər.Bu sayılanlar içərisində xəbər (şəxs sonluğu) şəkilçiləri unudulmuşdur.Bununla da I nğv təyini söz birləşməsinin xəbər olması faktı şagirdlər üçün daha aydın olardı.İndi isə bu cümləyə baxaq:Lakin bu şəkilçilər birinci növ təyini söz birləşmələrinin əlaməti deyildir.Əgər bu şəkilçilər I növ təyini söz birləşməsinin əlaməti deyilsə,niyə bu şəkilçilərsiz çox az işlənir?Deməli,əslində,hal,cəm,mənsubiyyət şəkilçilərinin əsas tərəf tərəfindən qəbul edilməsi I növ təyini söz birləşməsinin çox mühüm əlamətidir ki,bunlarsız bu birləşmələrin cümlə yaratmaq şansları da mümkün ola bilməz.Yəqin ki,tərifdə hansısa dəyişiklik etməyin vaxtıdır.Daha bir məsələni də qeyd etmək lazımdır.I növ təyini söz birləşməsinə aid verilmiş nümunələrin içərisinə y a x ş ı ş a g i r d l ə r i m i z də daxil edilmişdir.Əslində isə Azərbaycan dilinin yol verdiyi müxtəsərlik əlamətinə görə bu birləşmə III növ təyini söz birləşməsidir-bizim yaxşı şagirdlərimiz-Mütləq şəkildə bu məsələlərə yenidən nəzər yetirmək lazım gəlir.Çünki biz dilçilər qeyd edirik ki, III növ təyini söz birləşmələri birlikdə cümlənin bir üzvü olur.Dildə bu qədər i s t i s n a nəyə xidmət edir?
Səhifə 14-15-də bir problem də var:Hər iki səhifədə nümunələrdə o x l a r göstərilməli idi.
Səhifə 16-da II növ təyini söz birləşməsinin tərifi səhvdir Verilməli idi-Birinci tərəfi qeyri-müəyyən yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçiləri qəbul edən ismi birləşmələrə ikinci növ təyini söz birləşmələri deyilir.Tərifdə mənsubiyyət şəkilçilərinin də göstərilməsi lazım deyildi.Həm də -sı,si,su,sü-yaddan çıxarılmışdı.
Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
VIII sinif Azərbaycan dili dərsliyi (2010, 2012-ci illərə aid variativ nəşrlər) haqqında iradların davamı.

Səhifə 33-də yanaşma əlaqəsinin izahında yalnız I növ təyini söz birləşmələrinə aid nümunələr getmişdir.Başqa heç bir hal nəzərdə tutulmamışdır.Yəni zərfliklərin də çoxunun yanaşma əlaqəsi ilə bağlanması –axşam qayıtmaq(sualı-nə vaxt?),yaxşı oxumaq(sualı- necə?),üç-üç oturmaq(sualı-neçə-neçə?).Amma həmin tərifdən dərhal sonra verilən tapşırıqda verilməyən hallara aid də nümunələr yazmaq tələb olunur.Hətta neçə? sualının da yanaşma əlaqəsi yarada bildiyi göstərilməyib.Tərifdə yalnız necə? sualının yanaşma əlaqəsinin əlaməti kimi göstərilməsi,digər sualların xatırlanmaması,əlbəttə ki, düzgün hesab edilə bilməz.
Səhifə 35-də 85 № -li çalışmada nümunədəki əlaqələr o x s u z getmişdir ki,bu da çox kobud bir səhvdir.Çünki ox göstərilmədən əlaqələrin hansının əsas,hansının asılı tərəf olduğu müəyyən edilə bilməz.
Səhifə 37-də cümlə haqqında verilən izahı kifayətləndirici hesab etmək mümkün deyil.Belə ki,cümlənin ən əsas əlaməti yenidən unudulmuşdur.Şəxs,yaxud xəbər şəkilçiləri mütləq verilməli idi.Predikativlik məhz bu şəkilçilər vasitəsi ilə özünü tanıdır.Həm də cümlə ilə söz,cümlə ilə söz birləşməsi,cümlə ilə hökm daha yaxşı izah oluna bilərdi.Hökm barədə bir cümlə belə verilmədiyi halda IX sinif imtahanına hökmlə bağlı testin salınması qətiyyən düzgün hesab edilə bilməz.

Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 8-ci sinif "Azərbaycan dili" dərslik komplekti (2015-ci il nəşri) haqqında qeyd:
Quote
Muxtarli Sitarə:
Kurikulum əsasında hazırlanmış 8-ci sinif Azərbaycan dili dərsliyində, 126-cı səhifədə “alə”, “dbil” kimi vulqar sözlər işlənib. Bu nə dərəcədə doğrudur? Bu cür sözlərin dərslikdə verilməsinin şagirdlərə müsbət yox, mənfi təsiri var. İlk növbədə dərs keçilərkən bu mətn mütləq sinifdə artıq səs-küy yaranmasına və dərsin pozulmasına gətirib çıxaracaq. Bu sözlərlə tanış olmayan uşaqlar da belə sözləri əzbərləyəcək.
Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 8-ci sinif "Azərbaycan dili" dərslik komplekti (2015-ci il nəşri) haqqında qeyd:
Quote
Rzayeva Təranə:
8-ci sinif Azərbaycan dili dərsliyində verilmiş həmin dialoq (səh.126) heç də birmənalı qarşılanmır. İlk qəzetin yaranmasına, mətbuat tariximizə həsr olunmuş bölmədə iki oğlan arasında gedən "küçə" danışığının verilməsinə ehtiyac görmürəm. Müəlliflərin məqsədi gözəl danışığı təbliğ etməkdirsə, düşünmürəm ki, buna nail olubar. səh.127-də çərçivədə verilmiş "çağırış" isə daldan atılan daşa bənzəyir. Məqsəd kobud danışıqla gözəl ifadə tərzini müqayisə etməkdirsə, jarqon leksikasına, vulqar leksikaya aid bədii əsərlərdən nümunə vermək olardı. Bu daha yaxşı, düzgün qəbul olunardı, nəinki müəlliflərin qurduqları dialoq.
VIII sinif Azərbaycan dili dərsliyində şagirdlərin şifahi və yazılı nitqinin formalaşması məqsədi ilə verilmiş mətnlər məzmun baxımından müxtəlif üslubu imkanları nəzərə alaraq təqdim olunmuşdur. Lakin şagirdlərdə dil vahidlərinin istifadə vərdişləri geniş şəkildə əhatə olunmamışdır.
Nəzəri hissələrdə verilən məlumatlar (səh.12 Mürəkkəb adlar) mövzu baxımından çox qısa, tam əhatə olunacaq şəkildə verilməmişdir. Əvvəlki ənənəvi tədris üsulundan fərqli olaraq nəzəri hissələr şagirdlərin dərk etmə imkanlarına uyğunlaşdırılmamışdır. Belə ki, feli birləşmələr bəhsi (səh.27) şagirdlərin bilik səviyyələrinə uyğun geniş şəkildə əhatə olunmamışdır. Həmçinin cümlənin baş və ikinci dərəcəli üzvləri haqqında (səh.56) verilən nəzəri hissələr qənaətbəxş deyildir.
Güman edirik ki, gələcəkdə nəşr olunan dərsliklərdə verilən nəzəri hissələr geniş və dolğun şəkildə əhatə olunacaq.
Əvvəla, hər bölmənin 2 saat verilməsi (I saat mətn və lüğət üzrə iş, II saat dil qaydaları) vaxt etibarı ilə çox azdır. 1 saata dil qaydalarını sinifdəki bütün şagirdlərə mənimsətmək çox çətindir. Ənənəvi dərsliklərdən fərqli qaydaların verilməsi, məsələn II növ təyini söz birləşmələrinin tərəfləri arasında həm idarə, həm də uzlaşma əlaqəsinin olması (ənənəvi dərslikdə yalnız uzlaşma əlaqəsi olduğu göstərilir), əvvəlki dərsliklərdə O,bu əvəzliyindən sonra əvəzlik gələrsə vergülün qoyulmaması (VIs.səh.90), nəinki bağlayıcısının da mürəkkəb bağlayıcı sayılması (VIIs. səh.98) müəllimlər üçün bir qədər çaşqınlıq yaradır. Ümidvaram ki, gələn il IX sinif buraxılış imtahanında TQDK bu fərqləri nəzərə alacaq. Ümumilikdə, Tofiq Hacıyevin başçılığı ilə yazdığı bu dərslik əvvəlki dərsliklərə (V,VI,VII sinif) nisbətdə qənaətbəxşdir.
Müasir təhsilin əsas məqsədi yüksək mənəvi keyfiyyətlərlə yanaşı, dünyaya inteqrasiya edən,bacarıqlı obyektiv düşüncə tərzi olan hərtərəfli şəxsiyyət yetişdirməkdir.Avropa təhsili sisteminə inteqrasiya,təfəkkür və düşüncə modelinə əsaslanan kurikulum islahatının tətbiqi VIII sinif dərsliyinə də oturaqlaşdırıldı.Baxmayaraq ki, o, müəllimlərin hamısı tərəfindən birmənalı qəbul edilməyib,lakin düşüncə modelinin yaxın və uzaq strategiyası yaddaş modelindən çevikdir. Bu ifadə VIII sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərinin bir növ qrafik və dizay işlərinə müsbət münasibətimi də ifadə edir. Bu baxımdan, dərslik üçün mətnlər seçilərkən davamlı inkişaf konsepsiyasına müvafiq olaraq, ətraf mühitə qayğıkeş münasibətin, təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin təbliğ olunması kimi məsələlər də hökmən nəzərə alınmalıdır. Dərslikdəki mətnlər bütün bu məqsədlərin gerçəkləşməsinə münbit zəmin yaratmır. Buradakı mətnlər daha çox faktoloji, məlumatverici xarakter daşıyır (səh.6, 19, 45, 137, 145, 148, 151, 154 və s.). VIII sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərinin bir növ qrafik və dizay işlərinə müsbət münasibətimi olsa da, dərslikdə müşahidə etdiyim bir neçə texniki qüsur hesab etdiyim məsələləri qeyd etməyi daha məqsədəuyğun bildim.
1.Azərbaycan dili dərsliyinin 13-cü səhifəsində “Yaxşılıq itmir” mətninin adı mətnin mahiyyətinə, ideyasına uyğun deyil.
2. “Mətndəki əsas fikri müəyyənləşdirin...” (səh. 76, 80), “Bu mətn əvvəlki mətnlərdən nə ilə fərqlənir?” (səh. 91, 115, 118), “Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan istifadə edərdiniz?” (səh.138), “Mətn əsasında dialoq qurun. Müşahidə aparın. Bu zaman nədən istifadə etmədiniz?” (səh.146), “...dialoq qurun...” (səh. 23, 46, 91, 152, 155) tipli sual və tapşırıqlar derslikde tekrarlanır.
3. 17- ci səhifədə 6-cı sual “Şair ana dilini necə qiymətləndirir?” 2-ci sualla “Şeirdəki əsas fikri müəyyən edin” mahiyyətcə eynidir.
4.Səh.28-də Dialoqda “Diya-əl-Mülk” körpüsü haqda məlumat toplamaq tapşırılır.Düzdür şagirdlərdə böyük maraq doğurmuşdu.Lakin heç bir internet səhifəsində bu haqda məlumat əldə edə bilməmişdirlər.Qeyd edim ki, əsərin giriş, əsas, nəticə hissələrini təsvir və mühakimə xarakterli mətnləri qarışdırırlar. Mövzularla bağlı şagirdlərə araşdırma xarakterli tapşırıqları yerinə yetirmək tapşırılarkən onların bilgi dairəsi nəzərə alınmalıdır.Bundan əlavə dərslikdə arayış haqqında şagirddə ilkin təsəvvür yaradılmamış (səhifə 143.) mətnə aid sonuncu suala “Sizcə, Ərtoğrula hansı sənəd verilməli idi?” cavab tapmaq tələb olunur.Bu da şagird üçün çox çətindir.
5. Səh.35-də 12-ci və 13-cü tapşırıqların şagirdlərdə tənqidi təfəkkürün inkişafına xidmət etməsi deyilir. Lakin bu tapşırıqlar – söz birləşmələrini seçmək, uzlaşma əlaqəsini müəyyənləşdirmək, uzlaşma əlaqəsində olan sözləri qruplaşdırmaq - nəzərdə tutulmuş məqsədə xidmət etmir..
6.Azərbaycan dili dərsliyinin 34-cü səhifəsində dil qaydası materialında “Maestro← gülümsədi” cümləsində xəbər III-şəxsin təkində olduğu halda I-şəxs göstərilib.Bu da təbii ki, şagirdlərin belə diqqətindən yayınmamışdı
7.Səh. 40-da yenə də dil qaydası materialında “dağ havası,əsərin qəhrəmanı” nümunələrində idarə və uzlaşma əlaqəsini göstərən oxların istiqaməti düzgün qoyulmamışdır.Belə ki, oxun istiqaməti aslı tərəfdən əsas tərəfə doğru qoyulmalı idi.
8.Səh.93-də “Sədaqətli dost” səh.96-da “Nar dənəsi ” mətnlərinin məzmunu ilə bağlı suallardan 1-cisi dinləyib anlama ilə bağlıdır.Mətnlərdən birində “Dolu” digərində ”Xoca ” filminə baxdıqdan sonra hekayəyə münasibət bildirməyi tələb edir.Məncə, bir 45 dəqiqə ərzində bu proseslərin hamısını yerinə yetirmək mümkün deyil.tapşırıq verilərkən vaxt məhdudiyyəti nəzərə alınmalıdır.Qeyd edim ki, “Sədaqətli dost” mətni şagirdlərə artıq 5-ci sinif “Azərbaycan dili” dərsliyindən tanışdır. 5-ci sinif dərsliyində bu mətn “Bilirdim ki, gələcəksən” adı altında verilmişdir.Bu dərslikdə mətnin adı və forması bir qədər dəyişdirilsə də, 13-cü çalışmada mətnin adı 5-ci sinif dərsliyindəki kimi “Bilirdim, gələcəksən” şəklində verilmişdir.Bu cür təkrarçılığa yol verilməsi bağışlanmazdır.
9.Səh.126 və 128-də verilmiş mətnlər nitq mədəniyyəti ilə bağlı verilmiş nümunələrdir.Məncə, bu cur mətnləri verərkən həm şagirdlərin yaş səviyyəsi , həm də düşüncə tərzi nəzərə alınmalıdır.
10.Dərsliyin ilk bölməsindən başlayaraq son bölməsinə qədər nitq etiketləri ilə bağlı suallar qoyulmuşdur.Nitq etiketlərini xüsusi bir ders kimi verilməsi daha məqsədə uyğun olardı.Çünki nitq yarlıqlarını müəyyənləşdirməkdə bir çox şagirdlər çətinlik çəkirdilər.Belə ki, 34-cü səhifədə 8-ci tapşırıqda mətndəki müraciət etiketlərini seçib məna növünü müəyyənləşdirilməsi tələb olunur ,bu da dərsin təlim nəticələrinə uyğun deyildir.
Yekun olaraq deyə bilərəm ki, dərslikdəki bədii və qeyri mətnlərin müvafiq bölmələrdə təqdimatı məqsədəuyğundur və onlar şagirdlərin yaş səviyyəsi ilə nisbətən uzlaşır. Sevindirici haldir ki, bu dərslikdə VII sinif dərsliyindən fərqli olaraq milli mətnlərimizə üstünlük verilib.Eyni zamanda dil qaydası ilə bağlı məlumatlar nisbətən təkmilləşdirilib.Şagirdlər dil qaydalarını bu il əvvəlki illərə baxanda ətraflı öyrənirlər. Ümid edir və inanıram ki, qabaqcıl müəllimlərimiz diqqətimdən yayınan cəhətləri üzə çıxararlar, növbəti nəşirlərdə də bu kimi qüsurlar aradan qalxar.
Səhifələr: 1
Forumlar » 8-ci sinif » Azərbaycan dili