Coğrafiya

Forumlar » 9-cu sinif » Coğrafiya
Səhifələr: 1
RSS
Coğrafiya
“Coğrafiya” dərsliyinin (2012-ci ilə qədərki nəşrlər) müzakirəsi
9 cu sinif darsliyinin yeni daha muasir yazilmasini taklif edardim. regionlar bolmasinin daha atrafli yazilmasi vacibdir.regionlar bolmasi cox qisa va qarisiq verilir (2012-ci il nəşri).sargi avropa regionuna aid olkalarin xaritasi ayrica verilsa yaxsi olar.usaqlar sarqi avropaya aid olkalari gostsrdanda catinlik cakirlar.darsliyin axirinda iqtisadi terminlar haqqinda malumat verilsa yaxsi olar.kand tassarufati bolmasinda sahifa 61 da qahva becaran olkalar icarisinda markazi asiyanin verilmasi sahvdir.ayri ayri regionlarin xaritasi verilsa daha yaxsi olar.
Aliyə xanım,sizin fikirlərinizlə tamamilə razıyam.Bu düzgün addımdır ki,dərslik informasiya bolluğu təəssüratı yaratmamalıdır.Amma ,IX sinif elə bir bölmədir ki,bu şagirdlərdə çox maraq doğurur.Şəxsən mən dərs dediyim şagirdlər əvvəlki kitabları əldə edirlər,hansı ki,1999,2003 və s illərdə nəşr edilmiş kitabları ki,onlar şagirdlərdə maraq oyadır.Təklif edirəm ki,yeni yazılan IX sinif dərsliyi ensiklopedik məlumatlarla zəngin olsun.
Albatda manda kohna darsliyi 9 cu sinif ucun deya bilaramki, kohna nasrlar daha yaxsi yazilib.Informasiya bolluqu tam yox daha cox usaqlar ucun maraqli malumatlar sxem va diaqramlara daha cox yer verilmalidir.i
Informasiya xarakterli malumatlar da olmalidir.demiram ki cox olsun.Manim fikirlarima munasibat bildirdiyiniz ucun tasakkurlar.
Salam,hörmətli müəlliflər.9-cu sinif dərsliyində (2012-ci il nəşri) Cənub Şərqi Asiya ölkələrində Saluin çayı bir dəfə Salvin şəklində qeyd olunur.Bu çayın adı Saluindir,amma 2 dəfə adı çəkilir ikisində də Salvin kimi.Bunun doğru adı hansıdır?Araşdırdım ki,Saluindir.Bunu ciddi nöqsan hesab etmirəm,yəqin ki çap səhvidir.
Salam hörmətli müəlliflər ve müəllimlər menin derslikler ucun esas iradim reqemlerin uyqunsuzluquda kitabda bir reqem atlas ve xeritelerde diger bir reqem qeyd olunur coqrafi obyektlerin hundurluk ve derinlikleri buda sagirdin fikirlerinde qarisiqliq yaradir
Nəzərə almaq lazımdır ki, 9-cu siniflər üçün “Coğrafiya” dərsliyinin (2012-ci il nəşri) həcmi əvvəlki nəşrlərlə müqayisədə 3 dəfədən də çox azaldılmışdır. Odur ki, mövzuların geniş şərhini vermək mümkün deyil. Bu məqsədlə də dərsliyin mətnində verilən tapşırıqlar daha çox şagirdlərin informasiyanı özlərinin müstəqil əldə etmələrinə yönəldilmişdir.

Mətndə və mətndənkənar tapşırıqların köməyi ilə istər dərsliyin, istərsə də atlasın xəritələrindən, xəritə-sxemlərindən yeni biliklər əldə edilməsinə imkan verir.

Terminlər və rəqəm materialları ilə bağlı bəzi texniki səhvlər var və güman edirik ki, bu tipli qüsurlar tədrisin keyfiyyətinə o qədər də ciddi təsir edə bilməz (məsələn, Mərkəzi Asiya – Mərkəzi Amerika, Saluin və s.). Müəllimlər belə xırda yanlışlıqları özləri də aradan qaldıra bilərlər.

Regionların geniş xarakteristikasına da o qədər ehtiyac yoxdur. Ümumi hissədə verilən biliklərə istinad edərək müxtəlif resurslardan istifadə etməklə (atlas, internet, statistik mənbələr) tədris materiallarının genişləndirilməsinə nail olmaq lazımdır. Dərsliyin həcmi imkan vermədiyi üçün bəzi tədris materiallarını (termin, cədvəl, qrafik, xəritə-sxem, şəkil və s.) göstərmək mümkün deyil.

Güman edirik ki, verilən təkliflər və iradlar yeni dərsliklərin hazırlanmasında çox faydalı olacaq.
Səhifələr: 1
Forumlar » 9-cu sinif » Coğrafiya