Kimya

Forumlar » 9-cu sinif » Kimya
Səhifələr: 1
RSS
Kimya
“Kimya” dərsliyinin (2009, 2013-cü il nəşrləri) müzakirəsi
Bakı şəhəri, Avropa Azərbaycan Məktəbinin kimya müəllimi İmran Rəhimov
Düzəlişlər aparılmaqla yenidən nəşr olunmuş (2013-cü il nəşri) IX sinif üçün kimya dərsliyinin ilk 51 səhifəsinə aid qeydlər

Üz qabığında ammonyak və su molekullarında rabitə bucaqları uyğun olaraq 104,50 və 107,30 əvəzinə 10405' və 10703' kimi qeyd olunmuşdur.
Qeyd edim ki, 5' və 3' isə 0,50 və 0,30 demək deyil, riyaziyyat kitablarına baxın.
Səh.3, yuxarıdan 3-cü abzas: “Atomun iki mühüm energetik xarakteristikası – ionlaşma enerjisi və elektrona hərislik onun ölçüsü ilə bağlıdır.”
Necə bağlıdır? Düz mütənasibdir yoxsa tərs mütənasib? Dövrlər üzrə götürsək, bu asılılığın qrafikində ziqzaqlar var. Qruplar üzrə isə əlavə yarımqrup elementlərində xeyli uyğunsuzluqlar var. Qeyd olunan cümləni yazmaqdan əvvəl sorğu kitablarına baxmaq daha yaxşı olardı.
Səh.3, yuxarıdan 5-cü abzas: “ Dövrlər üzrə soldan sağa getdikcə ........ionlaşma enerjizi artır”.
Əslində bu həmişə belə deyil. Məsələn, azotdan oksigenə və fosfordan kükürdə keçdikdə I ionlaşma enerjiləri azalır.
Səh.3, yuxarıdan 6-cı abzas: “Yarımqruplarda yuxarıdan aşağı getdikcə ........ionlaşma enerjisi azalır.”
Bir çox hallar üçün bu ödənilmir (əsələn, Zn-dən Cd-a keçdikdə)
Aşağıdan 4-cü abzas: “Neytral bir atoma elektron birləşərkən ayrılan enerjiyə elektrona hərislik deyilir”.
Əslində olmalıdır: “Neytral bir atoma elektron birləşərkən ayrılan və ya udulan enerjiyə elektrona hərislik deyilir”
Səh.4, axırıncı abzas: “Kimyəvi reaksiyalarda elektronlar elektromənfiliyi böyük olan elementlərin atomlarına keçir və ya ona tərəf yerini dəyişir”.
Bu fikir 29-cu səhifədə də təkrarlanıb. Bu, həqiqətə uyğun deyil. Deyilənin əksi olan minlərlə misal çəkmək olar. Məsələn, 4NH3 + 3SO2 → 3S + 2N2 + 6H2O reaksiyasında elektronlar elektromənfiliyi böyük olan azotdan elektromənfiliyi daha kiçik olan kükürdə keçir.
Səh. 6, yuxarıdan 3-cü abzas: “Bir hidrogen atomunun nüvəsi ilə digər hidrogen atomunun elektron təbəqəsi arasında cazibə qüvvələri....”.
Qeyd edək ki, təbəqə həndəsi yerdir və nüvə ilə onun arasında cazibə qüvvəsi yarana bilməz. Belə cazibə bir hidrogen atomunun nüvəsi ilə digər hidrogen atomunun elektronu (elektron buludu) arasında yarana bilər.
Səh. 6, yuxarıdan 5-ci abzas: “Atom və molekul haqqında hazırki məlumat...”.
“ məlumat” əvəzinə olmalıdır: “təsəvvürlər”.
Səh. 6, yuxarıdan 6-cı abzas.”Rabitənin əmələ gəlməsində iştirak edən elektronlara valent elektronları deyilir”.
Əgər buna inansaq, PH3 molekulunda fosforun rabitələrin əmələ gəlməsində iştirak etməyən iki elektronu valent elektronları deyil! Əslində isə, rabitənin əmələ gəlməsində iştirak edə biləcək elektronlara valent elektronları deyilir.
Səh. 7, §4, 1-ci cümlə: “Təcrübi olaraq sübut edilmişdir ki, elektronun müsbət yüklənmiş nüvə sahəsində olması ehtimalı eyni deyildir”.
Bu cümləni necə başa düşək? Nüvə sahəsi nə deməkdir? Bəlkə nüvə ətrafı sahə? Bəlkə belə deyək: “Təcrübi olaraq sübut edilmişdir ki, elektronun müsbət yüklənmiş nüvə ətrafındakı fəzanın hər yerində olması ehtimalı eyni deyildir”. Məncə hər bir cümlə müəyyən fikri (necə deyərlər, “bitmiş bir fikri”) ifadə etməlidir, qeyri-müəyyənlikdən uzaq olmalıdır.
Səh. 8, yuxarıdan 2-ci abzas: “d-elektron buludları sanki bir-birinə diffuziya edir”.
Yox, mənə elə gəlir ki, onların formasında diffuziyaya bənzər heç nə yoxdur.
Səh. 8, §5, 1-ci cümlə: “Kovalent rabitə elektromənfilikləri eyni olan və ya elektromənfilikləri bir-birindən az fərqlənən qeyri-metal atomları arasında yaranır”.
Əslində isə, kovalent rabitə metal və qeyri-metal atomu arasında da yarana bilər. Məsələn, kaliuum-bixromatda xrom və oksigen atomları arasındakı rabitələr kovalent rabitələrdir.
Səh.8, axırdan 3-cü abzas: “Yalnız qarşılıqlı təsirdə olan hər iki element atomlarının tək elektronları olan orbitalların bir-biriləri ilə qapanması hesabına ümumi elektron cütləri yaranır ki, bunlar da hər iki atoma eyni dərəcədə aid olub, onların arasında rabitənin yaranmasını şərtləndirir”.
Birincisi, ümumi elektron cütləri yalnız burda qeyd edildiyi kimi yaranmır və donor-akseptor mexanizmi ilə də yaranır. İkincisi isə, rabitəni yaradan ümumi elektron cütləri hər iki atoma eyni dərəcədə aid olmaya da bilər (məsələn, elektromənfilikləri fərqli olan atomlar arasında).
Səh.8, axırıncı abzas: “Əlaqələndirici elektron cütünün yaranmasında iki atom iştirak edir və onun əmələ gəlməsi üçün hərəsi bir elektron verir. Bu elektronlar hər iki atomun xarici elektron təbəqəsində yerləşir”.
Birincisi, yuxarıda qeyd edildiyi kimi kovalent rabitə donor-aksepter mexanizmi ilə də yarana bilər. Yəni hər iki atomun bir elektron verməsi mümkün olmaya da bilər. İkincisi isə, kovalent rabitə yalnız atomların xarici elektron təbəqəsindəki deyil, xaricdən əvvəlki təbəqədəki elektronların hesabına da yarana bilər (məsələn, 〖MnO〗_4^- və 〖CrO〗_4^(2-) ionlarında).
Səh.9, aşağıdan 5-ci abzas: “Molekul formulunun belə yazılışına adətən elektron formulu deyilir”.
Cümlədən belə nəticəyə gəlmək olar ki, bu formulu bəzi hallarda elektron formulu deyil, nəsə başqa bir adla da adlandırmaq olar. Görəsən “adətən” olmadıqda bu elektron formulu deyilsə bəs nədir?
Səh.9, aşağıdan 2-ci abzas: “...kovalent rabitəyə misal suyu və ammonyakı göstərmək olar”. Əgər burda yazılana inansaq, su və ammonyak maddələr deyil, kovalent rabitələrdir.
Səh.9, “Kovalent rabitə universal xarakter daşıyan lokallaşmış ikielektronlu, ikimərkəzli rabitədir” .
Birincisi, universal xarakter daşıyan və daşımayan rabitələr varmı? Onu hardan öyrənmək olar? Şəxsən mən onu oyrənmək istərdim. İkincisi, şagird ikimərkəzli və ya üçmərkəzli rabitə anlayışını harda öyrənib ki, burda onun adı çəkilsin? Üçüncüsü, orta məktəbin 9-cu sinif şagirdi üçün bu məlumatlar çoxmu lazımdır?
Səh.10, 1-ci abzas: “Lokallaşmış rabitə dedikdə, məhdud sahədə yalnız iki atom arasında təsir göstərən rabitə başa düşülür”. Burada lokallaşmaya izah verilməyə cəhd edilib. Sual: İki atom arasında təsir göstərən rabitə nə deməkdir? Yəni rabitə necə təsir göstərir, nəyə təsir göstərir? Şagird bu cümlə ilə konkret olaraq hansı bilik əldə elədi?
Səh.11, aşağıdan 2-ci abzas: “Elektromənfiliyi eyni olan eyni növ qeyri-metal atomları arasında....” .
Belə çıxır ki, elektromənfilikləri müxtəlif olan eyni növ qeyri-metal atomları da ola bilər.
Səh.11, axırıncı cümlə: “...eyni atom qrupları arasında yaranan kovalent rabitə...”.
Məlumat üçün deyim ki, kimin necə başa düşməyindən asılı olmayaraq, kovalent rabitə atom qrupları arasında deyil, atomlar arasında yaranır.
Səh.12, 2-ci abzas: “Bu halda müsbət və mənfi yüklərin mərkəzləri üst-üstə düşmür”. “Müsbət və mənfi yüklərin mərkəzləri” ifadəsi haqqında dərsliyin hansı yerində məlumat vardır?
Səh.22, 1-ci sətir: “qısa” sözü “az” olmalıdır.
Səh.22, 8-ci paraqrafda atom orbitallarının hibridləşməsi başlıqda verilib. Lakin 7-ci paraqrafda hibridləşmə haqqında xeyli məlumat gedib.
Səh.22, 8-ci paraqrafda 1-ci cümlə:“Həyəcanlanmış atomlardan yaranan molekulun həndəsi forması bilavasitə həmin atomun elektron orbitallarının fəzada istiqaməti ilə müəyyən edilir.”
Əslində atom həyəcanlansa da həyəcanlamnasa da bu belədir.
Səh.23. “Hibridləşmiş orbitalda elektron buludu nüvənin bir tərəfinə daha çox dartıldığından onlar daha çox örtülür və nəticədə nüvələrarası sahədə elektron sıxlığı artır.”
Fərz edək ki, X atomu hibridləşmiş orbitalda elektron buludu nüvənin bir tərəfinə çox dartır. Onda daha çox örtülən “onlar” nədir? Fərz edək ki, “onlar” rabitəni əmələ gətirən elektron buludlarıdır. Əgər nüvələr həmin buludlari özünə tərəf daha çox dartırsa, nə üçün “onlar” bir-birini çox örtməlidir? Yəqin müəlliflər nəyisə demək istəyiblər, lakin yaxşı ifadə edə bilməyiblər.
Ondan sonrakı cümlə: “Hibridləşmiş orbitalların əmələ gətirdiyi rabitələr s- və p-orbitalların əmələ gətirdiyi rabitələrdən daha davamlı olur.“
Baxaq: H-H və Cl-Cl rabitələrinin enerjiləri uyğun olaraq 436 kC/mol və 243 kC/mol olduğu halda (bunlar qeyri-hibrid orbitaldalardan yaranmış rabitələrdir), C-H və O-Cl - da (Cl2O-da) bu enerjilər uyğun olaraq 412 kC/mol və 209 kC/mol-dur (bunlar hibrid orbitallardan yaranmış rabitələrdir). Misalları artırmaq olar.
Səh.23, aşağıdan 11-ci sətir: “...orbitalların qarışması nəticəsində...” .
Orbitalların qarışması nə deməkdir? Məncə qarışması yox, hibridləşməsi olmalıdır. Bu ifadə 24-cü səhifədə də var (aşağıdan 6-cı sətir)
Səh.24, yuxarıdan 7-ci sətir: “... B atomunun elektron buludlarını sp2-hibridləşməsi haqqındakı təsəvvürlərdən istifadə etməklə aydınlaşdırmaq olar”.
Elektron buludlarını necə aydınlaşdırırlar?
Səh.25, 3-cü abzas: “... molekulların tetraedr şəklində forması dördvalentli karbonun əksər üzvi birləşmələri, məsələn, CH4 üçün xarakterikdir”.
Əslində isə, əksər üzvi birləşmələr üçün deyil, çox cüzi sayda üzvi maddə molekulları üçün tetraedrik quruluş xarakterikdir. Məsələn, etan, propan, benzol və s. kimi 10 milyonlarala molekulun tetraedr şəklində forması yoxdur.
Səh.25, axırdan 2-ci cümlə. İzahat düzgün verilməyib. Məgər metanda karbonun elektron buludları bir-birini zəif itələdiyi üçünmü rabitə bucaqları bərabər olub? Qeyd edim ki, Rusiyada nəşr olunan müxtəlif vəsaitlərdə söz gedən bucaqların kiçilməsinin elmi izahatı tapmaq mümkündür.
Səh.26., aşağıdan ikinci abzas. ”...qeyri-müəyyən fofmalı qırıntılar əmələ gəlir.”
Başa düşmək olmur, yəni forması müəyyən olmayan qırıntı da olur? İstənilən bərk cisim müəyyən formaya malik deyil?
Səh.26, axırıncı cümlə: “..qrafitdə, karbon atomları eyni müstəvidə bir-birinə yaxın yerləşərək qat əmələ gətirir. Başqa müstəvidə isə karbon atomları bir-birindən daha uzaq məsafədə yerləşir.
” Bu qətiyyən belə deyil. Cəsarətlə deyə bilərəm ki, qrafitdə sp2 -hibrid orbitallarının bir-birini örtməsi hesabına yarana müstəvilərin hamısında bir-biriləri ilə birləşmiş karbon atomları arasındakı məsafələr bərabərdir.
Səh.27, başdan: “Müəyyən müstəvilərdəki karbon atomlarının bir-birindən daha uzaq yerləşməsi qrafitin asanlıqla pulcuqlara parçalanmasına səbəb olur. Karandaşla yazı yazdıqda kağızda karandaşın izlərinin (qrafitin pulcuqlarının) qalması buna sübutdur. Natriun-xlorid və başqa kristal maddələr də buna oxşar xassələr göstərə bilir.”
Belə başa düşmək olur ki, qrafitdə müəyyən müstəvilərdə yerləşən karbon atomları digərlərindəkindən fərqli olaraq bir-birindən daha uzaq yerləşir. Əslində isə, yuxarıda qeyd etdiyim kini, bu məsafələr bərabərdir. Qrafitin asanlıqla pulcuqlara parçalanmasına səbəb isə “Müəyyən müstəvilərdəki karbon atomlarının bir-birindən daha uzaq yerləşməsi” deyil, qonşu müstəvilərdəki karbon atomlarının bir-birindən daha uzaq yerləşməsidir.
Natrium-xloriddə və bir çox başqa kristal maddələrdə struktur hissəciklərinin bir-birindən daha uzaq yerləşdiyi müəyyən müstəvilər mövcud deyil və ona görə də “buna oxşar xassələr” göstərə bilmir.
Səh.27, aşağıdan 5-ci abzas: “...əksəriyyət duzlar molekullardan ibarət olmayıb...”
Şəxsən mənə molekullardan ibarət və əksəriyyət olmayan duzlar məlum deyil. Mən bunları öyrənmək istərdim. Bu barədə məni məlumatlandıracaq şəxslərə əvvəlcədən öz dərin minnətdarlığımı bildirirəm.
Səh.27, aşağıdan 3-cü abzas: “Düyünlərində bir-biri ilə kovalent rabitə və...”
Olmalıdır: “kovalent rabitələrlə...”
Səh.27, aşağıdan 7-ci abzasda “mövcuddur” əvəzinə “vardır” olmalıdır.
Səh.28, 2-ci cümlə: “Düyünlərində ayrı-ayrı molekullar olan kristal qəfəslərə molekul kristal qəfəsləri deyilir”.
Əgər inansaq, molekul qəfəslərin düyünlərində eyni molekullar ola bilməz?!
Səh.28, 7-ci abzas, 1-ci cümlə: burda “və ya” əvəzinə “və” olmalıdır.
Səh.29. “Valent elektronlarının elektromənfiliyi az olan atomlardan elektromənfiliyi çox olan atomlara keçməsi və ya yerdəyişməsi (daha çox yayılmış hal) nəticəsində gedən proseslərə oksidləşmə-reduksiya reaksiyaları deyilir.”
a) Proseslərdə elektronlarının elektromənfiliyi az olan atomlardan elektromənfiliyi çox olan atomlara yerdəyışməsi oksidləşmə-reduksiya reaksiyası olmaya da bilər. Məsələn, toluolda elektronların metil qrupundan fenil radikalına doğru yerdəyişməsi oksidləşmə-reduksiya reaksiyası deyil, lakin prosesdir.
b) 2Fe3+ + 2J- → 2Fe2+ + J2
Bu, elektronların keçidi ilə baş verən prosesdir, lakin oksidləşmə-reduksiya reaksiyası deyil. Digər tərəfdən, elektronlar elektromənfiliyi çox olan atomdan az olan atoma keçir. Minlərlə reaksiya tənliyi tərtib etmək olar ki, elektronlar elektromənfiliyi çox olan atomlardan az olan atomlara keçsin.
40. Səh.30, aşağıdan 3-cü abzas: “...xlorun effektiv yükü....”
Bu ifadədən sonra “effektiv yük” anlayışını ya izah etmək lazımdır, ya da bu ifadəni çıxarmaq lazımdır. Çünki şagirdə bu heç nə vermir.
42. Səh.31, yuxarıdan 2-ci sətir. Burada hələlik alınmamış BH3 birləşməsinin formulu verilmişdir. Bu isə yolverilməz haldır.
43. Səh.31, aşağıdan 2-ci abzas: “Elementin birləşmələrdə göstərdiyi oksidləşmə dərəcələrinin ən kiçiyi aşağı oksidləşmə dərəcəsi adlanır.”
Metalların əksəriyyətinin göstərdiy ən aşağı oksidləşmə dərəcəsi (sıfır) birləşmələrdə deyil, metallar sərbəst halda olduqdadır.
44. Səh.32, abzas 3: “Birləşmədə eyni element atomlarının oksidləşmə dərəcələri müxtəlif olduqda oksidləşmə dərəcəsi kəsr qiymət alır. Orta qiymət elektron balansı üsulu ilə hesablanır. Oksidləşmə dərəcəsini quruluş formuluna görə müəyyənləşdirdikdə....”
Propil spirtində karbonun, ammonıun-nitratda və ammonium-nitritdə azotun, qurğuşun 3-oksiddə qurğuşunun və s. kimi yüzlərlə digər misalda bu və ya digər elementlərin atomları üçün bu şərt ödənmir.
Elektron balansı ilə orta qiymət hesablanmır, tənlik əmsallaşdırılır.
Kitabda verilən quruluş formulu deyil, qrafik formuldur, onlar isə müxtəlif anlayışlardır.
45. Səh. 33, 4-cü bənd: +e- və -e- əvəzinə +ne- və -ne- olması daha məqsədəuyğundur.
46. Səh.35, 10-cu bənd:”Əgər reaksiyada iştirak edən...” ifadəsindən sonra “və oksidləşmə dərəcələrini dəyişən” ifadəsinin olması daha məqsədəuyğundur.
Orda yazılana görə “...oksidləşmə dərəcəsini dəyişən elementlərdən heç olmasa birinin sayı cüt alınarsa, onda əsas əmsallar 2-yə vurulur.”
2KClO3→ 2KCl + 3O2 tənliyini elektron balansı üsulu ilə əmsallaşdırarkən (burada oksigen atomlarının sayı cütdür) tapılan əmsallar (4 və 6) 2-yə vurulmur, əksinə, bölünür. Belə misalların sayını istənilən qədər artırmaq olar.
47. 11-ci bənddə tənliyin əmsallaşdırılması üçün təklif olunan üsul düzgün deyil. (Əgər ehtiyac olarsa, onun səbəbini izah edə bilərəm).
48. Səh.36. 3-cü misal. Bu misalda elektron balansı üsulu ilə oksidləşmə-reduksiya reaksiyaları tənliklərinin əmsallaşdırılmasının əsas prinsipi olan oksidləşdiricinin (O2) aldığı elektronların sayı ilə reduksiyaedicinin (HgS) verdiyi elektronların sayları bərabərləşdirilməyib. Balansın tərtibi metodikası səhvdir. Məsələn elektronları verən civə ilə elektronları alan oksigenin əmsalı əgər 1-dirsə, bəs balansda olan ikinci 1 ədədini hara yazaq və ya əksinə? Əlbəttə,bu və ya dirər oksidləşmə-reduksiya tənliklərinin elektron balansı üsulu ilə əmsallaşdırılmasının düzgün metodikası vardır. (Bax: İmran Rəhimov, Əhməd Məhyəddiniv. Ümumi kimya. Bakı, 2013. “Ahəng” nəşriyyatı)
49. Səh.37. Bu səhifədə molekuldaxili oksidləşmə-reduksiya reaksiyalarına aid verilən tiosulfat turşusunun parçalanması reaksiyasında:
a) oksidləşmə dərəcələri düz təyin edilməyib.
b) əgər burda qeyd olunan oksidləşmə dərəcələrini düz qəbul etsək, onda bu reaksiya oksidləşmə-reduksiya reaksiyası deyil, çünki heç bir element oksidləşmə dərəcəsini dəyişməyib.
50. səh.37 , 3-cü bənd. “disproporsiya” ifdəsi ruscadan “диспропорционирование» sözünün tərcüməsi olduğu üçün “disproporsionlaşma” kimi tərcüməsi daha məqsədəuyğundur. Axı tərcümə olunan söz “диспропорция” deyil.
51. Səh.38, yuxarıdan 12-ci sətir: “...suyun molekullarında hidrogen və oksigen atomları arasında kovalent güclü polyar rabitələr mövcuddur. Deməli su molekulları polyardır.”
Su molekullarının polyarlığının səbəbi göstərilən rabitələrin güclü polyar olması deyil, başqa səbəbdir. Məsələn, HJ molekulu polyardır, lakin onda rabitə zəif polyar rabitədir. CF4 molekulunda rabitələrin polyarlığı su molekulundakı rabitələrin polyarlığından azca çox olmasına baxmayaraq, CF4 molekulu polyar deyil.
52. Səh.41, aşağıdan 9-cu sətir: Burada hidratlaşmış mis ionlarının formulu [Cu(H2O)4 ]2+ kimi verilməsi daha məqsədəuyğundur.
53. Aşağıdan 7-ci sətir: “İki və çoxturşulu əsaslar mərhələlərlə dissosiasiya edir:”
Bu cümlədən belə bir səhv nəticəyə gəlmək olar ki, ikiturşulu əsas çoxturşulu əsaslara aid deyil.
54. Səh.44, aşağıdan ikinci cümlə: ”Kompleks birləşmələrin daxili sferası çətin dissosiasiya edir.”
Kompleks birləşmələr haqqında (xüsusən daxili və xarıci sferalar haqqında) təsəvvürü olmayan IXs şagirdi üçün bu cümlə nə dərəcədə lazımdır.
55. Səh.46 :“bütün üzvi və bəzi qeyri-üzvi turşular....zəif elektrolitlərdir.
Kifayət qədər üzvi turşular (ali turşular) var ki, onlar elektrolit deyil, suda həll olmur, əridikdə ionlara parrçalanmır.
56. səh.49, yuxarıdan 4-cü abzas: “Belələiklə elektrolit məhlullarında bütün mübadilə reaksiyaları ionların birləşməsi nəticəsidir.
Eelektrolit məhlullarında bütün mübadilə reaksiyaları heç də ionların birləşməsi nəticəsi deyil. Məsələn, CaCO3 + 2HCl → CaCl2 + H2O + CO2 və s. kimi cox sayda reaksiyalarda ionların birləşməsi baş vermir.
57. Səh.49. Aşağıdan 5-ci sətir. “Coxəsaslı turşulardan və ya çoxturşulu əsaslardan əmələ gələn duzların hidrolizi mərhələli gedir.”
Əslində isə, belə duzların hidrolizı mərhələsiz də gedə bilər. Məsələn, (NH4)2SO4 və Ba(NO2)2 belə duzlardır və onların hidrolizi mərhələsizdir.
58.Səh.50, aşağşdan8-ci sətir:”Yığılan OH- ionlarının qatılığı artdıqca, tarazlıq sola yönəlir. Buna görə də hidroliz yalnız birinci mərhələdə baş verir.”
Deyilənin əksinə olaraq hidroliz hər iki mərhələdə baş verir. Lakin ikinci mərhələnin hidroliz sabiti daha kiçikdir. Əgər doğrudan da hidroliz yalnız birinci mərhələdə gedirdisə,onda nə üçün hidroliz reaksiyaları üçün “mərhələ” anlayışı tətbiq edilir və ya nə üçün elə həmin mövzuda mərhələli hidrolizi əks etdirən digər tənliklər yazılıb? Təkrar edirəm, Na2S, FeCl2 və s. tipli duzların hidrolizi yalnız birinci mərhələ üzrə baş vermir!
59. Səh.51, yuxarıdan 4-cü sətir: “Deməli, şoxturşulu əsasların əmələ gətirdiyi duzların hidrolizi mərhələlərlə baş verir. ...II mərhələ çox zəif gedir”
Bu ifadələr doğrudur. Onda görəsən nə üçün çoxəsaslı zəif turşuların qüvvətli əsaslarla əmələ gətirdiyi duzların hidrolizinin II mərhələsi zəif getməsin? 58-ci qeyd)
60. Yuxarıdan 13-cü sətir. “(pH=7)” (bu səhifədə daha 2 yerdə)
Orta məktəb dərsliklərinin harasında pH haqqında məlumat verilib? Digər tərəfdən, bu anlayışı başa düşmək üçün şagirdin loqarifm haqqında anlayışı olmalıdır ki, bu da daha yuxarı siniflərdə öyrədilir. Onda bu ifadə IXs şagirdinə əlavə problem yaratmaqdan başqa nə verir?

Dərsliyin digər hissəsinə aid qeydlərimi müəyyən səbəblərə görə təqdim etmirəm. Mən elmlər doktoru deyiləm, heç bir elmi dərəcəm və təltiflərim olmayan sıravi kimya müəllimiyəm, səhv də edə bilərəm. Orfoqrqfik səhvlərimə görə oxuculardan üzr istəyirəm. Bu qeydlərimlə əlaqədar onların rəyləri mənim üçün çox maraqlı və əhəmiyyətli olardı. Əlaqə üçün elektron ünvanım:
Hörmətli oxucuların nəzərinə çatdırmaq istəyirəm ki,mətn göndəriləndə bir sıra dəyışikliklərə məruz qalıb. Məsələn, kitabın üz qabığına aid qeydlərimdə 107,5 və 107,3 ədədlərindən sonra yazılmış dərəcə işarələri sıfırlara çevrilib. 104 dərəcə 5 dəqiqə və 107 dərəcə 3 dəqiqə yazılışlarında da dərəcələr sifırlara çevrilib və uyğun olaraq 10405' və 10703'olub. Yenə orada 0,5 dərəcə və 0,3 dərəcə dəyişilərək 0,50 və 0,30 olub. Reaksiyaların tənliklərindəki indeksləri göstərən ədədlər də böyüdülərək sətirə keçmişdir və s.
Beləliklə, oxunmalıdır:
104,50 əvəzinə 104,5 dərəcə; 107,30 əvəzinə 107,3 dərəcə; 10405' və 10703'əvəzinə uyğun olaraq 104 dərəcə 5 dəqiqə və 107 dərəcə 3 dəqiqə; 0,50 və 0,30 əvəzinə uyğun olaraq 0,5 dərəcə və 0,3 dərəcə.
İndekslərlədə yaranan problem isə oxucular üçün ciddi problemə cevrilməz, çünki bir çox digər internet resurslarında da bu mövcuddur.
Mətndə məndən asılı olan və olmayan səbəblərdən yaranmış bu və ya digər güsurlara görə oxuculardan üzr istəyirəm.
Hörmətlə, İmran Rəhimov.
Moderator Kazımov Mahal E-mail:

9-cu sinif kimya dərsliyinin (2009-ci il nəşri) müzakirəsi
S,p və d orbitallar
Təcrübi olaraq sübut edilmişdir ki,elektronun müsbət yüklənmiş nüvə sahəsində olması ehtimalı eyni deyildir.Bu fikir elmi məna daşımır.Belə olmalıdır:Təcrübi olaraq sübut edilmişdir ki,elektronun müsbət yüklənmiş nüvə sahəsində müxtəlif nöqtələrdə olma ehtimalı eyni deyildir. Elektronun nüvədən müəyyən məsafədə olması ehtimalı qrafik olaraq nöqtələrlə təsvir edilir.Bu səhvdir.Belə olmalıdır:Elektronun nüvədən müəyyən məsafədə olması ehtimalı qrafikdə nöqtələrin sıxlığına uyğun olur.Nöqtələr sıx olan yerdə elektronun olma ehtimalı böyük olur.
Orbital – nüvəətrafı fəzanın elə bir hissəsidir ki.burada elektronun olma ehtimalı 90%- dən az deyil. Bu tərif orbital anlayışının mahiyyətini izah etmir.Orbital- nüvənin elektrik sahəsində elektrona təsir edən qüvvələrin tarazlaşdığı,yəni həmin qüvvələrin əvəzləyicisinin sıfra bərabər olduğu nöqtələrin həndəsi yeridir.Elektrona təsir edən qüvvələr tarazlaşdığına görə o böyük ehtimalla orbitalda olmağa çalışır.
Orbitalların hibridləşməsi
Hibridləşmənin mahiyyəti belədir:bəsit maddələr reaksiyaya girdikdə onlar enerji udaraq aktivləşirlər.Bu zaman atomların həyacanlanması,yəni valent elektronlarının təkləşməsi baş verir.Atomda cütləşməmiş elektronlar yüksək enerjiyə malik olurlar və onlar arasında güclü elektrostatik itələmə qüvvəsi olur.Bu qüvvənin təsiri ilə elektronlar bir- birindən maksimum uzaqlaşırlar və eyni zamanda nüvədən də uzaqlaşırlar. Cütləşməmiş elektronlara təsir edən qüvvələrin tarazlaşması nüvənin elektrik sahəsində yeni nöqtələrdə baş verir və bu nöqtələrin həndəsi yeri hibrid orbitaldır.
Orbitalların hibridləşməsi üçün valent elektronlarının təkləşməsi əsas şərt deyildir.Əsas şərt valent elektronlarının enerji qəbul etməsidir.Bəzən cütləşmiş elektronlar olan valent orbitalları da hibridləşir.Məsələn,ammonyak molekulunda azot atomunun valent orbitalları sp3 hibridləşir və hibrid orbitalların birində cütləşmiş elektronlar olur.Həmçinin su molekulunda oksigenin sp3 hibrid orbitallarının ikisində cütləşmiş elektron olur.
Moderator, Kazımov Mahal E-mail:
İmran Rəhimovun yazdığı düzəlişdə buraxılmış səhvlər
29 səh.-də təkrarlanıb.Kimyəvi reaksiyalarda elektronlar elektromənfiliyi böyük olan elementin atomuna keçir.Siz bunun əksini sübut etməyə çalışırsınız. Lakin bu fikriniz səhvdir.
4NH3 + 3SO2 3S +2N2 + 6H2O
Siz bu reaksiyada azot və kükürd elementlərinin elektromənfiliklərini müqayisə edəndə nəzərə almırsınız ki,ammonyakda azot atomunun elektron örtüyü neonun elektron örtüyü ilə eynidir.Ona görə ammonyakda azot atomunun elektromənfiliyi təsirsiz qazlarda olduğu kimi sıfıra yaxındır.Kükürd dioksiddə kükürd atomunun 4 elektronu oksigen atomlarına doğru yerini dəyişdiyinə görə ( S+4 ) hissəciyinin elektromənfiliyi neytral kükürd atomunun elektromənfiliyindən xeyli böyükdür.Ona görə də əvvəldə deyildiyi kimi elektron elektromənfiliyi böyük olan elementin atomuna keçir.
23 səh.-də.Hibridləşmə haqqında.Hibrid orbitalla yaranan kimyəvi rabitənin enerjisi hibridləşməmiş orbitalla yaranan kimyəvi rabitənin enerjisindən çoxdur.Siz bufikrin əksini sübut etməyə çalışırsınız.Bu da səhvdir.Əvvəlcə deyim ki, hidrogen halogenidlərdə halogen atomunun valent orbitalları sp3 hibridləşmişdir.(Я.А.Угай.Общая химия,изда.-во» ВЫСЩАЯ ШКОЛА»,1977) Yəni HF –də rabitə hibrid orbitalla yaranır.Sizin apardığınız müqayisə səhvdir.Yəni müxtəlif birləşmələrdə olan hibrid orbitalla yaranan kimyəvi rabitənin enerjisini hibridləşməmiş orbitalla yaranan kimyəvi rabitənin enerjisi ilə müqayisə edirsiniz.Müqayisə belə aparılır:Şərti olaraq qəbul etsək ki, CH4 metan molekulunda kimyəvi rabitələr I halda hibrid orbitallarla,II halda isə hibridləşməmiş orbitallarla yaranır. Onda I halda hibrid orbitalla yaranan C─H rabitəsinin enerjisi II halda hibridləşməmiş orbitalla yaranan C─H rabitəsinin enerjisindən çox olacaq.Yəni Sizin səhv kimi qəbul etdiyiniz fikir düzdür.
29 səh.-də Oksidləşmə-reduksiya reaksiyalarına aid.
b) 2Fe3+ + 2 2Fe2+ + J2
Yazırsınız ki, elektron elektromənfiliyi çox olan elementin atomundan az olana keçir.Bu da səhvdir.Burada Fe3+ ionunun elektromənfiliyi yodid ionunun elktromənfiliyindən çoxdur. yodid ionunun elektromənfiliyi sıfıra yaxındır, çünki yod atomunda xarici p enerji yarımsəviyyəsi elektronla dolmuşdur.
Hörmətli Mahal müəllim, düzü vaxtın azlığından mən Sizə cavab vermək istəmirdim. Lakin nəsə fikrimdən döndüm.
Məlumdur ki, atomların nisbi elektromənfilikləri sabit kəmiyyətdir. Dərslikdə və digər kimya sorğu kitablarında onların ədədi qiymətləri verilib. Ona görə sabit kəmiyyətdir ki, iki sabit kəmiyyət olan ionlaşma enerjisi və elektrona hərisliyin cəmi ilə xarakterizə olunur. Eyni elementlər üçün Sizin təsəvvür elədiyiniz kimi müxtəlif elektromənfilikləri tətbiq etsək, onda bu anlayış öz mahiyyətini itirər. Yəni biz deyə bilmərik ki, azotun nisbi elektromənfiliyi 3-dür. Onda orta məktəbdə deməliyik ki, elementlərin elektromənfilikləri sabit kəmiyyət olmayıb, hər birləşmədə müəyyən ədədi qiymətə malik olur. Əgər belədirsə, deməli atomlar üçün elektrona hərislik və ionlaşma enerjisi də sabit kəmiyyət deyil. Əslində isə bu belə deyil.Buna izahat verin.
Xahiş edirəm mənim bir neçə sualıma cavab verəsiniz. Bu cavablar həm mənim üçün və həm də digər oxucular üçün faydalı ola bilər.
Məlumdur ki, elektromənfilik elementlərin kimyəvi rabitəni əmələ gətirən elektron buludlarını özünə çəkməsi xassəsidir. Onda hansı birləşmələrdə azotun elektromənfiliyi dərslikdə göstərildiyi kimi 3-dür və hansılarında 3-dən fərqlidir?
Yazırsınız; "Ona görə ammonyakda azot atomunun elektromənfiliyi təsirsiz qazlarda olduğu kimi sıfıra yaxındır". Onda belə çıxır ki,əgər maddələrdə element atomunun xarıci elektron təbəqəsi oktetə qədər tamamlanıbsa, onda onun elektromənfiliyi sıfıra yaxın olur. Bu isə o deməkdir ki, azot atomu elektromənfilik anlayışına zidd olaraq rabitəni əmələ gətirən elektron buludlarını özünə çəkmir.Siz özünüz buna inanırsınız?
Yuxarıda verdiyim sualı bir daha təkrarlayıram, bəs hansı hallarda azotun nisbi elektromənfiliyi 3 olur? Elektromənfiliyə verilən təriflərdən imtinamı edək?
Ammonyakda azotun elektromənfiliyi neçədir və bu necə hesablanır?
Kükürd dioksiddə kükürdün elektromənfiliyi neçədir və bu necə hesablanır?.Zəhmət olmasa Siz onları hesablayın, həm məni və həm də digər oxucuları nəticələrlə tanış edin.
Civə 2-oksid parçalandıqda elektronlar oksigendən civəyə keçir. Sizin izahatınıza görə burada civənin elektromənfiliyi oksigeninkindən çoxdur. Bunu necə izah edərsiniz?. Onları kim hesablayıb, necə hesablayıb və onların qiymətləri nə qədərdir?
Məlumdur ki, bütün disproporsionlaşma reaksiyalarında həm oksidləşdirici və həm də reduksiyaedici eyni oksidləşmə dərəcəsində olan eyni element atomlarıdır. Sizin və dərslik müəlliflərinin arqumentlərinə inansaq, bu atomların bir hissəsinin elektromənfiliyi az, digər hissəsininki isə çoxdur. Məsələn, bertole duzu parçalanaraq kalium-xlorid və kalium-perxlorat əmələ gətirdikdə elektronlar elektromənfiliyi az olan xlor atomundan çox olan xlor atomuna keçir. Yəni bertole duzunda olan xlor atomlarının elektromənfilikləri fərqlidir. İnanaqmı?!. Siz inanırsınızmı? Xahiş edirəm izahatınızı bu sualıma cavab verməklə başlayasınız. Əgər doğrudan da belədirsə, bu elmdə böyük bir kəşf demək olardı. Bu münasibətlə həm Sizi və həm də dərslik müəlliflərini təbrik edə bilərdik.
Sizinlə bir məsələdə razılaşıram ki, elementin elektromənfiliyi onun əmələ gətirdiyi birləşmənin tipindən asılıdır (elementin oksidləşmə dərəcəsindən, valentliyindən və s). Bir məsələni unutmayaq ki, burada söhbət orta məktəb dərsliyindən gedir.
Yaxşı olardı ki, şərh yazarkən mənim yazdıqlarımı diqqətlə oxuyardınız. Xahiş edirəm, yazdıqlarıma bir daha baxın. Mən orada oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi çox olan atomdan az olan atoma keçdiyini sübut etməyə çalışmamışam. Yəni Sizin düşündüyünüzün əksinə olaraq mən bilirəm ki, HCl-un sintezində və minlərlə digər reaksiyalarda elektronlar elektromənfiliyi az olan elementdən çox olan elementə keçir. Yəni mən də ali məktəbdə oxumuşam.
Yazırsınız: "Hibrid orbitalla yaranan kimyəvi rabitənin enerjisi hibridləşməmiş orbitalla yaranan kimyəvi rabitənin enerjisindən çoxdur(sitat mənim məqaləmdəndir, bu fikir isə dərslik müəlliflərinindir). Siz bu fikrin əksini sübut etməyə çalışırsınız".Yəni mən çalışıram. Yazdıqlarıma bir daha baxın. Mən Sizin dediyinizi sübut etməyə çalışmamışam. Mən sübut etməyə çalışmışam ki, dərslikdə qeyd edilən mütləq həqiqət deyil və sübut da eləmişəm. Maraqlıdır, Siz nə üçün mənim sübut etmək istəmədiklərimi sübut etmək istədiklərim kimi qələmə verirsiniz? Axı oxucu Sizin yazdıqlarınızı oxuyandan sonra yenidən mənim yazdıqlarımı oxuya və düzgün nəticə çıxara bilər.
Bir fakta baxaq : 1 mol H-H rabitələrinin enerjisi 436 kC, N-H rabitələrinin enerjisi isə 390 kC-dur.Bu necə, səhvdir? Bəlkə hidrogen molekulunda atomların elektron buludları hibridləşmiş vəziyyətdədir. Başqa misallar da göstərimmi? Burda söz gedən məsələ ilə əlaqədar Siz mənim müqayisəmi analiz edərək göstərirsiniz ki, mən müxtəlif birləşmələrdə kimyəvi rabitələrin enerjilərini müqayisə edirəm. Xeyr, mən dərslikdə gedən qeyri dəqiqlikləri müzakirə edirəm və oxuculara kimya dərsi keçmirəm. Gətirdiyim arqumentlər isə kifayət qədər əsaslandırılmış arqumentlərdir.
Sizin Я.А.Угай.Общая химия,изда.-во» ВЫСЩАЯ ШКОЛА»,1977 mənbəyindən gətirdiyiniz misala dair münasibətimi bildirmək istəyirəm. Bu kitab məndə yoxdur. Lakin bütün hidrogen-halogenidlərdə halogen atomlarının SP3 hibridləşməsi vəziyyətində olduğuna mən inanmıram. Ona görə ki, atom radiusu artdıqca bu tip birləşmələrdə (hidrogen-halogenidlərdə)rabitəni əmələ gətirən halogen atomlarının orbitallarında hibridləşmə payı çox çüzi olur və HJ-dakı J atomunda hibridləşmə praktik olara sıfıra bərabərdir. Ya Siz Səhv edirsiniz, ya Я.А.Угай, ya da hər ikiniz. Bu mənim subyektiv fikrimdir və onu tam dəqiqləşdirildikdən sonra münasibətimi Sizə və digər oxuculara bildirəcəyəm. Amma bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, istər respublikamızda və istərsə də Rusiya Federasiyasında nəşr olunan dərslik və vəsaitlərdə (orta məktəblər və abituriyentlər üçün nəzərdə tutulmuş)hidrogeh-halogenidlərdə halogen atomlarının elektron buludları hibridləşməmiş halda göstərilmişdir. Hibridləşməyə aid Sizin göstərdiyiniz arqument isə mənim üçün yenilik deyil. Sübut üçün baxa bilərsiniz: İ. Rəhimov, Ə. Məhyəddinov. ÜMUMİ KİMYA. Bakı, 2013. Səh.62
Mən IX sinif dərsliyinin ilk 51 səhifəsinə aid 60 qeyd etmişəm. Siz ziyalısız, bəs nə üçün bu qeydlər haqqında bircə kəlmə müsbət fikriniz olmayıb? Bu qeydlər də "səhv" idimi? Axı mən bu qeydlərimi ona görə etişəm ki, yeni dərsliklərin nəşrində onlar təkrar olunmasın. Əgər qeydlərim düzdürsə, nə üçün Siz onları məndən əvvəl göstərməmisiniz? Axı Siz böyük elmi-işçi və 21elmi məqalənin müəllifisiz. Bu ən azı Sizin vətəndaşlıq borcunuz idi. Məlumat üçün qeyd edim ki, mənim heç bir elmi dərəcəm yoxdur və adi məktəb müəllimiyəm. Mən dərslik haqqında münasibətimi bildirməyə də bilərdim, necə ki müəyyən səbəblərə görə dərsliyin qalan hissəsi haqqında hələlik heç bir münasibət bildirmirəm.
Vaxtın azlığından fikirlərimi tam və istədiyim şəkildə ifadə edə bilmədim. Beləliklə, demək olar ki, nə yazmışamsa düz yazmışam.
Mənim qeydlərimi oxuduğunuz və ona münasibət bildirdiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Bu və ya digər diskussiyalar şəxsən mənim üçün çox faydalıdır.

Hörmətlə, İmran müəllim.
Hörmətli İmran müəllim,mən sizin yazılarınızda yalnız səhvləri göstərirəm.Digər yazılarınız düzdür.Mənim məqsədim Sizi tərifləmək deyildir. Sadəcə sizin yazılarınızı oxudum və səhvləri gördüm.İndi Sizin suallara cavab verirəm.Sizin dedikləriniz,yəni elementlərin elektromənfiliklərinin sabit olması neytral atomlar üçün düzdür.Kimyəvi birləşmədə element atomunun elektromənfiliyi onun elektron əhatəsindən asılıdır.Yəni kimyəvi birləşmədə element atomunun nüvəsinin ətrafında mənfi yük azalırsa,onun elektromənfiliyi artır.Əksinə nüvə ətrafında mənfi yük artırsa,onun elektromənfiliyi azalır. Uqayın Ümumi kimya kitabına baxsanız bu fikrə də rast gələrsiniz.
Kimyəvi birləşmədə element atomunun elektromənfiliyini hesablanması qaydasına rast gəlməmişəm.Bu elə də əhəmiyyət kəsb etmir.Ümumiyyətlə,bu məsələ orta məktəb üçün lazım deyildir.
Salam. Hörmətli Mahal müəllim, axı mənim yazımda belə cümlə var: "Sizinlə bir məsələdə razılaşıram ki, elementin elektromənfiliyi onun əmələ gətirdiyi birləşmənin tipindən asılıdır (elementin oksidləşmə dərəcəsindən, valentliyindən və s)." Bu fikir yalnız Uqayın kitabinda deyil, digər müəlliflərin dərsliklərdə də var (məsələn, Axmetovun kitablarında, üzvi kimya dərsliklərində və s.). Qeyd edirsiz ki, mənim səhvlərimi görmüsünüz. Əlbəttə, mən də istərdim ki, səhvlərim olmasın. Lakin mən Sizin mənim "səhvlərimə" aid qeydlərinizə cavab vermişəm və sübut etməyə çalışmışam ki, bunlar səhv deyil. Sizə sullarla müraciət etmişəm ki, bu bunların doğrudan da səhv olduğunu subut edəsiniz. Məsələn , disproporsionlaşma reaksiyalarında elektronların Sizin subut etdiyiniz kimi, elektroməmfiliyi az olan atomdan çox olan atoma keçdiyini izah etməmisiniz. Bu və ya digər məsələlərdə hansımızın haqlı olduğunu müəyyən etmək üçün sualları cavablandırmaq lazım idi. Siz yenə təkid edirsiz ki, mənim səhvlərimi görmüsünüz. Gördüyünüz kimi, mən Sizin son iradınıza da münasibətimi bildirmişəm. Əgər Siz mənim "səhvlərimi" inandırıcı elmi faktlarla düzəltsəniz mən Sizə çox minnətdar olardım və digər oxucular da mənim kimi Sizdən razı qalardılar. Yenə də xahiş edirəm, disproporsionlaşma reaksiyasından başlayın. Məlumdur ki, dərsliyi respublikamızın tanınmış ziyalıları yazıblar.Onlar eyni zamanda TQDK-nın aparıcı müəllimləridir. Ziz də onların yazdıqlarını təsdiq edirsiniz. Hamınız yüksək elmi titullara maliksiniz. Mən isə qeyd etdiyim kimi, lap adi bir müəlliməm. Bəlkə döğrudan da mən səhv edirəm. Xahiş edirəm, heç olmasa disproporsionlaşma reaksiyası ilə əlaqədar məsələyə münasibət bildirəsiniz.
Hörmətlə, İmran Rəhimov.
Moderator, Mahal Kazımov
Hörmətli İmran müəllim!Siz kimya elmində hər şeyi bir-birinə qarışdırıb mənə deyirsiniz ki,görün seçə bilirsinizmi?Bir də Siz heç vəclə səhvinizi qəbul etmək istəmirsiniz.Siz qəbul etsəniz də,etməsəniz də səhv görünür.
Orta məktəbdə deyilməlidir:Elektromənfilik elementin atomunun başqa elektronları (Bu kimyəvi rabitə yarananda baş verir.) özünə birləşdirməsi xassəsidir. Elementlərin neytral atomlarının elektromənfilikləri,ionlaşma enerjisi və elektrona hərisliyi sabit kəmiyyətdir.Nəzərinizə çatdırıram ki, cədvəldə verilən elektromənfiliklər neytral atomlara aiddir.Ancaq müəllim bilməlidir ki,bu kəmiyyətlər neytral atoma birləşən və ya neytral atomdan ayrılan birinci elektrona aiddir.İkinci və sonrakı elektronlar üçün bu kəmiyyətlər fərqlidir. Bu səbəbdən də elementin atomunun elektron əhatəsi dəyişəndə,yəni kimyəvi birləşmədə elementin atomunun elektromənfiliyi neytral atomun elektromənfiliyindən fərqlidir.
Ammonyakda azot atomunun elektromənfiliyi nə üçün sıfıra yaxındır?Bu birləşmədə azot atomunun nüvəsi mümkün olan maksimal dərəcədə elektronların mənfi yükü ilə örtülmüş olur.Bu mənfi yük örtüyündən kənarda nüvənin müsbət yükünün sahəsi sıfıra yaxınlaşır.Bu səbəbdən amonyakda azot atomunun elektromənfiliyi sıfıra yaxınlaşır və o özünə başqa elektron birləşdirə bilmir.
Ammonyakda azotun və kükürd dioksiddə kükürdün elektromənfiliyi necə hesablanır?Mənim bildiyimə görə elmi ədəbiyyatda kimyəvi birləşmələrdə elementin atomunun elektromənfiliyinin hesablanması yoxdur.Yalnız atomda elektron örtüyündə mənfi yükün artıb azalmasına görə onun elektromənfiliyinin neytral atoma nisbətən artıb azalmasını söyləmək olar.
Civə 2-oksid parçalananda Hg+2-nin elektromənfiliyi,yəni başqa atomlardan özünə elektron birləşdirməsi, O-2-nin elektromənfiliyindən çoxdur.Ona görə də elektron O-2-dən Hg+2-yə keçə bilər.
Disproporsiya reaksiyalarının getmə mexanizmini bilsəniz bu sualı mənə verməzdiniz.Onlardan birinin getmə mexanizmini izah edirəm.Əvvəlcə deyim ki, bu reaksiyalarda elektron eyni oksidləşmə dərəcəsinə malik atomların birindən digərinə ya birbaşa keçmir,ya da başqa yüklü hissəciklərin təsiri ilə keçir. Azot dioksidin su ilə reaksiyasına baxaq.

Su molekulunun mənfi yüklü oksigen atomu müsbət yüklü azot atomuna birləşir.İkinci azot dioksid molekulu isə mənfi yüklü oksigen atomu ilə müsbət yüklü hidrogen atomuna birləşir və hidrogen-oksigen rabitəsinin qırılması ilə nitrit və nitrat turşuları alınır.Deməli, mənfi yüklü oksigen atomu özündə olan artıq elektronun bir hissəsini azot atomuna verir.Başqa disproporsiya reaksiyalarını da izah edimmi?Yəqin ki,lazım deyil.
Bertole duzunun parçalanması:
Bu duzu qızdıranda onun bir hissəsi parçalanır:
KClO3 KClO2 + O
Sonra kalium xloratın bir hissəsi atomar oksigenlə reaksiyaya girir.
KClO3 + O KClO4
Sonra kalium xlorit kalium xloridə qədər parçalanır.Alınan atomar oksigen isə kalium xloratın parçalanmamış hissəsi ilə reaksiyaya girir.Yəni bir xlor atomundan digərinə elektron keçidi baş vermir.
Səh.4, axırıncı abzas: “Kimyəvi reaksiyalarda elektronlar elektromənfiliyi böyük olan elementlərin atomlarına keçir və ya ona tərəf yerini dəyişir”. Dərslikdə verilən bu fikirdən kənara çıxmalar yoxdur.Tamamilə düzdür.Siz isə bunun əksini sübut edirsiniz.Sizin fikriniz: “Bu fikir 29-cu səhifədə də təkrarlanıb. Bu, həqiqətə uyğun deyil. Deyilənin əksi olan minlərlə misal çəkmək olar. Məsələn, 4NH3 + 3SO2 → 3S + 2N2 + 6H2O reaksiyasında elektronlar elektromənfiliyi böyük olan azotdan elektromənfiliyi daha kiçik olan kükürdə keçir.”
Mən demək istəyirəm ki,Sizin aşağıda göstərilən fikriniz səhvdir.
Digər tərəfdən, elektronlar elektromənfiliyi çox olan atomdan az olan atoma keçir. Minlərlə reaksiya tənliyi tərtib etmək olar ki, elektronlar elektromənfiliyi çox olan atomlardan az olan atomlara keçsin.
Elektron heç vaxt elektromənfiliyi çox olan atomdan az olan atoma keçə bilməz.
Sizin yazdığınız dərslikdə göstərilən bu fikir: Səh.23. “Hibridləşmiş orbitalda elektron buludu nüvənin bir tərəfinə daha çox dartıldığından onlar daha çox örtülür və nəticədə nüvələrarası sahədə elektron sıxlığı artır.”
Bu ifadə belə olmalıdır: Səh.23. “Hibridləşmiş orbitallar nüvədən bir tərəfə daha çox dartıldığından kimyəvi rabitə yarananda onlar daha çox örtülür və nəticədə rabitə daha möhkəm olur.”
Ondan sonrakı cümlə: “Hibridləşmiş orbitalların əmələ gətirdiyi rabitələr s- və p-orbitalların əmələ gətirdiyi rabitələrdən daha davamlı olur.“Bu fikir səhvdir.
Belə olmalıdır:Eyni bir molekulda hibridləşmiş orbitalların əmələ gətirdiyi rabitələr hibridləşməmiş orbitalların əmələ gətirdiyi rabitələrdən daha möhkəm olur.
Sizin Я.А.Угай.Общая химия,изда.-во» ВЫСЩАЯ ШКОЛА»,1977 mənbəyindən gətirdiyiniz misala dair münasibətimi bildirmək istəyirəm. Bu kitab məndə yoxdur. Lakin bütün hidrogen-halogenidlərdə halogen atomlarının SP3 hibridləşməsi vəziyyətində olduğuna mən inanmıram. Ona görə ki, atom radiusu artdıqca bu tip birləşmələrdə (hidrogen-halogenidlərdə)rabitəni əmələ gətirən halogen atomlarının orbitallarında hibridləşmə payı çox çüzi olur və HJ-dakı J atomunda hibridləşmə praktik olara sıfıra bərabərdir. Ya Siz Səhv edirsiniz, ya Я.А.Угай, ya da hər ikiniz.
Hörmətli İmran müəllim, bu yazınızdan mən belə başa düşdüm ki, Siz elmdə nəyi bilmirsinizsə,onun mümkünlüyünü qəbul etmirsiniz.Lakin hidrogen-halogenidlərdə halogen atomlarının valent orbitallarının SP3 hibridləşməsi 1977-ci ildə hamı tərəfindən qəbul olunmuş fakt idi.Ancaq Uqay və mən səhv edirik.
Hörmətli İmran müəllim,9-cu sinfin dərsliyi haqqında yazılarınıza görə Sizə təşəkkür edirəm.Həqiqətən xeyli iş görmüsünüz.
Sonda istəyirəm ki,yazılarıma görə məndən inciməyəsiniz.
Hörmətlə: Mahal Kazımov(e-mail:)
Salam. "Maraqlıdır, Siz nə üçün mənim sübut etmək istəmədiklərimi sübut etmək istədiklərim kimi qələmə verirsiniz? Axı oxucu Sizin yazdıqlarınızı oxuyandan sonra yenidən mənim yazdıqlarımı oxuya və düzgün nəticə çıxara bilər". "Xahiş edirəm, yazdıqlarıma bir daha baxın. Mən orada oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi çox olan atomdan az olan atoma keçdiyini sübut etməyə çalışmamışam. Yəni Sizin düşündüyünüzün əksinə olaraq mən bilirəm ki, HCl-un sintezində və minlərlə digər reaksiyalarda elektronlar elektromənfiliyi az olan elementdən çox olan elementə keçir. Yəni mən də ali məktəbdə oxumuşam".
Yəqin bu ifadələr Sizə tanışdır.Mənim Sizə yazdığım ifadələrdir. Yenə xahiş edirəm ki, zəhmət olmasa yazdıqlarımı bir daha oxuyun. Ona görə ki, yenə də yazırsız:"Siz isə bunun əksini sübut edirsiniz".Üçüncü dəfə bildirirəm ki, mən belə bir axmaq fikri sübut etməyə çalışmamışam, çalışmıram və çalışmayacağam.Mən qeyd etmişəm ki, elektronlar elektromənfiliyi çox olan atomdan az olan atoma keçə bilər. Əks halda deməzdim ki,"Deyilənin əksi olan minlərlə misal çəkmək olar". Deyərdim ki,bütün reaksiyalarda bu belədir.Çox xahiş edirəm, oxucuları çaşdırmağa çalışmayın.Axı mənim Sizinlə şəxsi qərəzliyim yoxdur. Heç Sisi şəxsən tanımıram da.Müraciətlərimdə də etik normalara maksimum dərəcədə əməl etməyə çalışıram və çalışacağam.

Sizdən sitat"
"Bu duzu qızdıranda onun bir hissəsi parçalanır:
KClO3 KClO2 + O
Sonra kalium xloratın bir hissəsi atomar oksigenlə reaksiyaya girir.
KClO3 + O KClO4"
I sxemdə 2 elektron oksigendən oksidləşmə dərəcəsi +5 olan xlora keçdi. II sxemdə 2 elektron həmin oksidləşmə dərəcəsi +5 olan xlordan oksigen atomuna keçdi. Oksidləşmə dərəcəsi +5 olan xlor üçün nə əlveriçlidir: oksidləşmə dərəcəsi -2 olan oksigeni oksigen atomuna çevirmək, yoxsa oksigen atomunu oksidləşmə dərəcəsi -2 olan oksigenə çevirmək. Əgər sirr deyilsə deyin görək, bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçdiyini hansı mənbədən öyrənmisiniz? Həm mən və həm də digər oxucular həmin mənbəyə müraciət edərdik. Xahış edirəm IX sinif dərsliyi və TQDK vəsaitlərini bura aid etməyəsiniz. Göstərəcəyiniz elmi mənbələrə görə Sizə əvvəlcədən təşəkkürümü bildirirəm (əgər bu mənbəni göstərsəniz). Öz fikrimdə qadığımı və bunun səbəblərini isə yaxın zamanlarda bildirəcəyəm. Digər tərəfdən, o şeyi ki ölçmək mümkün deyil və elmi ədəbiyyatlarda qeyd olunmayıb, onda mən öz "məntiqimə" əsasən "elmi nəticələrə" gəlmirəm. Bu çox təhlükəlidir və bir çoxları kimi mən də "mülahizələrimdə" yanıla bilərəm.
"Siz elmdə nəyi bilmirsinizsə,onun mümkünlüyünü qəbul etmirsiniz.Lakin hidrogen-halogenidlərdə halogen atomlarının valent orbitallarının SP3 hibridləşməsi 1977-ci ildə hamı tərəfindən qəbul olunmuş fakt idi". Bu Sizin mənə müraciətlə yazdıqlarınızdır. Nə olar. Nəyi "bilmədiyimi" isə bildirəcəyəm. İndi sadəcə olaraq vaxtım azdır və faktlarala danışmaq üçün əlimdə ədəbiyyat yoxdur.
"Hibridləşmə haqqında.Hibrid orbitalla yaranan kimyəvi rabitənin enerjisi hibridləşməmiş orbitalla yaranan kimyəvi rabitənin enerjisindən çoxdur.Siz bufikrin əksini sübut etməyə çalışırsınız.Bu da səhvdir". Yəqin ki, bu ifadə də Sizə tanışdır (bu Sizə məxsusdur).
"Baxaq: H-H və Cl-Cl rabitələrinin enerjiləri uyğun olaraq 436 kC/mol və 243 kC/mol olduğu halda (bunlar qeyri-hibrid orbitaldalardan yaranmış rabitələrdir), C-H və O-Cl - da (Cl2O-da) bu enerjilər uyğun olaraq 412 kC/mol və 209 kC/mol-dur (bunlar hibrid orbitallardan yaranmış rabitələrdir)" Yəqin ki, bu ifadə də Sizə tanışdır (bu mənə məxsusdur). Dırnaqcıqlarda göstərilən son iki ifadəni oxuyun. Əgər doğrudan da mən Sizin qeyd etdiyiniz kimi "bufikrin əksini sübut etməyə" çalışsaydım, onda göstərdiyim ədədləri (rabitə enerjilərini) qeyd eməzdim. Çünki orda hibrid orbitalların hesabına yaranan C-H rabitəsinin enerjisinin (412 kC/mol) qeyri-hibrid orbitalların hesabına yaranmış Cl-Cl rabitəsinin enerjisindən (243 kC/mol)çox olduğu görünür. Qeyd etdiyim kimi, bunları mən yazmışam.Ədədləri müqayisə etməyi isə mən bacarıram. İnciməyin, mənə elə gəlir ki, ya məni ələ salırsız, ya da oxucuların fikrini əsas problemlərdən yayındırmaq istəyirsiniz. Hər iki halda bu yaxşı səslənmir.
Dərslikdə səhv getmiş (mənim də qeyd elədiyim)ifadələrə dair fikirlərimizin üst-üstə düşdüyü hallar çoxdur. Əslində bunların necə olacağına Siz qeyd edirsiniz. Bunları mənə demək lazım deyil, dərslik müəlliflərinə demək lazımdır. Çünki, bütün yazdıqlarımızı tam oxumayan və ya diqqətsiz oxuyan oxucularda belə təəssürat yaranacaq ki, bu səhvlər mənimdir.
Bu günlük bu qədər. Təəssüf ki, fikirlərimi tamamlaya bilmədim. Hər halda vaxt tapacağam.
Hörmətlə, İmran Rəhimov
Moderator, Kazımov Mahal
Hörmətli İmran müəllim,salam.Sizin yazılarınız bir qədər qarışıqdır.Ona görə hansı fikrin sizə,hansının dərsliyə aid olduğunu seçmək çox çətindir.Səhvlərin düzəlişi qaydası belədir:Əvvəlcə dərslikdə olan səhv fikir olduğu kimi yazılır,sonra təklif olunan düz fikir yazılır.Belə olanda oxucu fikirləri qarışdırmaz.Sizin yazılarınızda bu qayda gözlənilmir.
Bu sxemdə: KClO3 KClO2 + O xlor-oksigen rabitəsi temperaturun təsiri ilə heterolitik parçalanır.Bu dönməyən prosesdir.Tədqiqatçı məcburi olaraq aparır. II sexmdə KClO3 + O KClO4" oksigen atomunun elektron cütü müsbət yüklü xlor atomuna cəzb olunaraq rabitə yaradır.Bu öz-özünə gedən prosesdir.I və II sxemdə gedən proseslər bir-birindən asılı deyildir.Alınan kalium perxlorat reaksiya temperaturunda davamlı olduğuna görə bu proses gedir.
Sizin fikriniz: Əgər sirr deyilsə deyin görək, bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçdiyini hansı mənbədən öyrənmisiniz?
Orta məktəb proqramı uyğun olaraq belə izah etmək olar:Hər bir oksidləşmə-reduksiya reaksiyası reduksiyaedici və oksidləşdirici iştirakı ilə gedir.Elektron həmişə reduksiyaedicidən oksidləşdiriciyə keçir.Əgər götürülmüş reduksiyaedici ilə oksidləşdirici arasında oksidləşmə-reduksiya reaksiyası gedirsə, onda reduksiyaedicinin elektromənfiliyi oksidləşdiricinin elektromənfiliyindən az olur.Ona görə də “bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçməsi” fikri düzdür.
Əgər sirr deyilsə deyin görək, bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçdiyini hansı mənbədən öyrənmisiniz?Bu fikrin geniş mənada izahı belədi: təbiətdə bütün proseslər öz-özünə yalnız sistemin sərbəst enerjisinin azalması istiqamətində gedə bilər.Buna görə də öz-özünə gedən oksidləşmə-reduksiya reaksiyaları yalnız elektronların elektromənfiliyi az olan atomdan çox olan atoma keçməsi ilə gedə bilər.Çünki, reduksiyaedici və oksidləşdiricidən ibarət sistemdə reduksiyaedicinin elektronu ilə oksidləşdirici arasında potensial enerji formasında sərbəst enerji mövcuddur. Elektron reduksiyaedicidən oksidləşdiriciyə keçəndə bu sərbəst enerji azalır. Elektron elektromənfiliyi az olan reduksiyaedicidən elektromənfiliyi çox olan oksidləşdiriciyə keçəndə sistem enerji verərək daha davamlı hala keçir.Bu da o deməkdir ki, bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronlar elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçir.


Sizin bu fikrinizlə” İnciməyin, mənə elə gəlir ki, ya məni ələ salırsız, ya da oxucuların fikrini əsas problemlərdən yayındırmaq istəyirsiniz.”razı deyiləm. Yaşımın bu çağında mən belə fikirlərə düşmərəm.Həm də məni tanıyanlar bilir ki,mən təbiətcə çox sakit adamam və tanımadığım insanla Sizin dediyiniz kimi davranmaram.Mən sizə hörmətlə yanaşıram.Əgər inciməyinizi bilsəydim heç Sizin yazılara baxmazdım.
Hörmətlə: Mahal müəllim.
Rəhimov İmran,
1. Üz qabığında verilən bucaqları dəqiqləşdirmək istəyirsinizsə, aşağıdakı ədəbiyyatlara baxın: Moldova Respublikası, 10-cu sinif "Kimya" dərsliyi, səh.82. Daha dəqiq bilmək istəyirsinizsə köhnə dərslik Feldman Rudzitisa baxın. İstinad olunmuş şəklə baxın: http://storage.workupload.com/image/ZAKL7iav
2. Dərslikdə qrafik asılılıq verilməyib ki, siz də buna irad tutursunuz. Bu asılılıq ziqzaq da olsa mövcuddur. Cümləni düzgün oxusanız belə asılılığın atomun ölçüsü ilə bağlı olduğunu daha aydın görərsiniz.
3. İonlaşma enerjisi həmişə dövr üzrə soldan sağa artır, qrup üzrə yuxarıdan aşağıya azalır. Bəlkə siz yeni kəşf etmisiniz bizim xəbərimiz yoxdur. Bu kəşfinizi mətbuatda dərc edə bilərsiniz.
4. İstənilən neytral atoma elektron birləşməsi ekzotermik prossesdir. Elə bir neytral atom göstərin ki, ona elektron birləşəndə enerji udulsun.
5. Bu fikir bəsit maddələr arasında gedən reaksiyalara aiddir. Sizin göstərdiyiniz misal bu fikrə aid deyil.
6. Elektronun sabit yeri yoxdur. Onun hərəkəti nəticəsində elektron buludu yaranır. Hidrogenin bir elektronu olduğu üçün o da bir təbəqədə bir orbitalda (s-orbitalda) yerləşir. Rabitə də elektron buludları arasında yaranır.
7. İndi dəqiq qəbul olunan bu fikrə təsəvvür demək olmaz.
8. Bəli, fosfində fosforun 3 elektronu rabitə yaratdılğından fosfor 3 valentlidir. Fosforun valent imkanları 5-dir. Lakin onlardan 3-ü rabitə əmələ gətirdiyi üçün fosfor 3 valentli olur.
9. Çünki elektron nüvə ətrafındakı sahədə eyni yerdə durmur. Bunu belə başa düşün.
10. O sizə elə gəlir. Özünüz sitat gətirdiyiniz kitabları yaxşı oxusanız başa düşərsiniz.
11. Sizin fikrinizin məktəb kursuna nə aidiyyatı var? Bunu hansı dərslikdə oxumusunuz?
12. Kovalent rabitənin mahiyyəti izah olunmamış donor-akseptor rabitəni necə izah edə bilərsiniz? Sizin dediyiniz fikir həmin 5-ci paraqrafda, səh.11-də izah edilib.
13. Sizin bu iradınıza 12-ci bənddə cavab verilib.
14. Sizcə elektron formulu nə deməkdir? Bunun başqa ifadə formasını bilirsinizsə, bizə də izah edin.
15. Cümləni tam oxuyun. Elektromənfilikləri ilə az fərqlənən element atomları arasında yaranan kovalent rabitəyə su və ammonyakı misal göstərmək olar.
16. Bəli, siz bu dərsliklərin 2002-ci il variantlarını oxusanız orada lokallaşmamış rabitələr haqqında məlumat alarsınız. Sizin kimi müəllimlərin təkidiylə biz onu dərslikdən çıxartdıq.
17. Lokallaşmamış rabitələr yalnız 2 atom arasında yaranır. Elektromənfilikləri fərqli olduqda elektron cütü atomlardan birinə tərəf çəkilir. Bu da polyar rabitədə izah edilib. Bax bunu belə başa düşmək lazımdır.
18. Sizcə elekromənfiliyi eyni olan metal yazmalıydıq? Bunun başqa ifadəsi necə ola bilər?
19. Yaxşı baxsanız üzvi birləşmələrdə (məsələn, etanda) metil qrupları arasında yaranan rabitəni görərsiniz. Bu fikir 10-cu, 11-ci sinifdə daha ətraflı izah olunur.
20. Həmin səhifədə HCl; CH3Cl misallarını görmək lazımdır.
21. "Qısa" "kiçik" mənasındadır.
22. 7-ci paraqrafda hibridləşmədən danışılmır, rabitənin istiqamətlənməsi izah edilir.
23. Bu sizin fikrinizdir. Karbon həyəcanlanmadan hibrid orbitalı əmələ gətirə bilməz. Heç olmasa bunu düzgün başa düşün.
24. Bizim dərsliklər xoşunuza gəlmirsə, başqa ölkələrin müvafiq dərsliyini oxuyun, fərziyələrinizi özünüzə saxlayın.
25. Səhifə 23-də harada yazılıb ki, s-s, p-p rabitələri daha zəifdir. Diqqətlə oxusanız buradakı fikri düzgün başa düşərsiniz.
26. Əgər bizim dərsliyə inanmırsınızsa, yenə aşağıdakı dərsliyə baxa bilərsiniz. Moldova, 10-cu sinif "Kimya" dərsliyi, səh.81, 82. İstinad olunmuş şəklə baxın: http://storage.workupload.com/image/ICTCfOMl
http://storage.workupload.com/image/ZAKL7iav
27. Cümləni tam oxuyun. Deyəsən sizdə fikri natamam ifadə etmək adəti var.
28. Yadda saxlayın, hansı üzvi birləşmədə tetraedr şəkilli karbon varsa, həmin karbon atomu həmişə sp3 hibrid halındadır. 20 milyona qədər üzvi birləşmənin əksəriyyətinin molekulunda tetraedr şəkilli, yəni sp3 hibrid halında karbon atomu var. Sizin dediyiniz fikirlər 10-cu sinifdə üzvi kimya keçildikdə izah edilir. Burada 9-cu sinifdə onun yeri yoxdur.
29. Bəli, bu həqiqətən də belədir. Yenə də inanmırsınızsa, başqa ölkələrin dərslikləri ilə müqayisə edin, sonra fikir söyləyin. Əgər sizin fikriniz doğrudursa, bir istinad göstərin biz də baxaq.
30. Başa düşmürsünüzsə aşağıdakı ədəbiyyata baxın: Moskva, 8-ci sinif "Kimya", 2004, səh.251. V.V. Yeremin, A.A.Drozdov və b. İstinad olunmuş şəklə baxın: http://storage.workupload.com/image/CvUBhA5z
31. Əgər siz deyən olsaydı, qrafit lay-lay aralanmazdı. 10-cu sinif "Kimya" dərsliyi, səh.5, şəkil 2-yə bax.
32. Bax 31-ci bəndə.
33. Duzlar ion rabitəsiylə əmələ gələn birləşmələrdir. Ona görə də onların kristal qəfəsi molekulyar deyil, ion kristal qəfəsidir. Buradan da aydın olur ki, duzlar üçün "molekul" anlayışı şərtidir.
34. Cümləni yaxşı oxusanız, düz başa düşərsiniz.
35. "Mövcuddur" ilə "vardır" eyni məna daşıyır. Məgər mövcud olmasa karbon atomu orada ola bilər?
36. Burada eyni maddənin əmələ gətirdiyi kristal qəfəsin düyünlərində molekullar ayrı-ayrı yerləşir. Onlar arasında rabitəni zəif molekullararası qüvvələr yaradır. Cümləni tam oxusaydınız, başa düşərdiniz.
37. "Və ya" yoxsa "və" yazmaq hansı fikri dəyişir.
38. Burada, üzvi birləşmələrdə baş verən effektdən söhbət getmir. Toluolda elektronun yerdəyişməsi yox, elektron cütünün sürüşməsi baş verir.
39. Bax səh.30, 3-cü abzasa. Burada izahı verilib.
40. O sizə elə gəlir. BH3 alınır, sonra dimerləşir (B2H6).
41. Burada, elementin birləşmədə göstərdiyi oksidləşmə dərəcəsindən söhbət gedir, sərbəst halda olmasından yox.
42. NH4NO3-ü N2H4O3 kimi propil spirtini C3H8O kimi yazsan, bəli hesablamaq olar.
43. Elektronun sayını göstərmək nəsə yeni fikir irəli sürür?
44. Bunun heç bir fərqi yoxdur. Əsas odur ki, fikir tam aydın olsun.
45. Sizin söylədiyiniz fikir 9-cu bənddə izah edilib.
46. Əgər siz bunu başqa cür izah edirsinizsə, sizin şagirdlər heç nə anlaya bilməz.
47. Əgər oksidləşmə-reduksiya reaksiyasında 3 element oksidləşmə dərəcəsini dəyişirsə, elektron balansında tapılan əmsal ilk növbədə başlanğıc maddənin qarşısında yazılır. Bu 1-ci və 3-cü misalda izah edilib.
48. Maddənin qrafik formulunu yazsanız daha aydın görərsiniz.
49. Bizim dildə "disproporsionlaşma" sözü yoxdur. Orfoqrafik lüğətə baxın.
50. Siz molekulun polyarlığı ilə polyar kovalent rabitəni bir-birilə qarışdırırsınız. Ona görə də fikriniz yalnışdır.
51. Məktəb kursundsa kompleks birləşmələr tədris olunmur. Ona görə də ionları kompleks şəkildə vermək olmaz. Dərslikdə verilmiş variant daha məqsədəuyğundur.
52. Bax, səh.43, birinci cümləni tam oxuyun, düz fikir yürütmədiyinizi görərsiniz.
53. Məktəb kursunda yalnız 2 kompleks birləşmə, sarı və qırmızı qan duzu öyrədilir. Əgər bu cümlə verilməsə, siz şagirdinizə onu necə izah edə bilərsiniz. Bax: səh.44.
54. Həmin səhifədə bəzi qeyri-üzvi turşular yazılıb, onlar da mötərizədə göstərilib. Məktəb kursunda hansı üzvi turşu elektrolit deyil?
55. Siz deyəsən elektrolitin nə olduğunu bilmirsiniz. Sizcə CaCO3 elektrolitdirki o cümləni də ona aid edirsiniz. Belə olmaz axı.
56. Siz 4-cü abzasın əvvəlini göstərmədən çıxan nəticəni yazıb, kimisə çaşdırmaq istəyirsiniz.
57. Dərslikdə hidroliz sabiti anlayışı yoxdur. Əgər bundan söhbət açsanız şagirdi necə başa salarsınız? 9-cu sinif dərsliyinin 2002-ci il variantında hidroliz sabiti anlayışı verilmişdir. Sizin kimi müəllimlərin belə təklifləri ilə onu dərslikdən çıxardıq.
58. Bu təklifinizə 57-ci bənddə cavab verildi.
59. Burada pH-ın hesablanmasından söhbət belə yoxdur. Sadəcə mühitin neytral, turş və əsasi olması izah edilir.

Hörmətli İmran müəllim, sizin iştirakınızla TQDK-nın "Kimya" seminarında bu dərsliyin çapa getməmişdən öncə 2 dəfə monitorinqi aparılıb. Monitorinq aparılarkən heç bir fikir söyləməmişdiniz. Elə irad tutmaq lazımdır ki, şagirdlərə faydalı olsun.
Kazimov Mahal,
Hörmətli Mahal müəllim, sizin iradların əksəriyyəti İmran müəllimin iradları ilə üst-üstə düşür. Biz də onlara yuxarıda cavab verdik. Yenidən cavab yazmağa lüzum görmürəm. Bu dərsliklərin məktəb şagirdləri üçün yazıldığını unutmayın. Siz də bu dərsliklərin monitorinqində videobağlantı vasitəsi ilə iştirak etmisiniz. Nə üçün o vaxt bu təkliflərinizi vermədiniz. Cavabını mən deyim, çünki 100-dən çox müəllimin iştirak etdiyi canlı monitorinqdə belə fikir söyləməyə cəhd etmədiniz. Bizə belə gəlir ki, həmin müəllimlər bizdən öncə sizin səhv yolda olduğunuzu bildirərdilər. Həm sizə, həm də İmran müəllimə bildiririk ki, bu dərsliklər bir daha çap olunmayacaq. Artıq kurikulum əsasında yeni dərsliklər yazılır. Fikirlərinizi orada bildirərsiniz. Kütləvi müəllim ordusu sizin təklifləri qəbul etsələr, yeni dərsliklərin müəllifləri onları nəzərə alarlar.
Səhifələr: 1
Forumlar » 9-cu sinif » Kimya