Gənclərin çağırışaqədərki hazırlığı

Forumlar » 10-cu sinif » Gənclərin çağırışaqədərki hazırlığı
Səhifələr: 1
RSS
Gənclərin çağırışaqədərki hazırlığı
“Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyinin (2011-ci ilə qədərki nəşrlər) müzakirəsi
Gənclərin çağırışaqədərki hazırlıq dərsliyində (2011-ci il nəşri) səh.5, abzas 5 – Azərbaycan Demokratik Respublikası Silahlı Qüvvələrinin tarixindən bəhs edilir. Bu mövzuda bildirilir ki, “1918-ci ilin dekabrın 25-də tam Artilleriya generalı S.Mehmandarov hərbi nazir, dekabrın 29-da isə general-leytenant Ə.Şıxlinski nazir müavini təyin olundular.”
Əgər Azərbaycan Demokratik Respublikanın tarixinə nəzər salsaq, görərik ki: “1918-ci ilin may ayının 28-dən iyun ayının 11-nə qədər Azərbaycan Demokratik Respublikanın ilk hərbi naziri general Xosrov bəy Sultanov təyin edilib. Oktyabrın 6-dan dekabrın 26-dək hərbi işlər üzrə müvəkkil İ.Ziyadxanov olmuşdur. Nazirlər kabineti oktyabr ayının 23-dən noyabr ayının 7-dək hərbi nazir vəzifəsi Fətəli xan Xoyskiyə həvalə edildi. 1918-ci ilin dekabrın 26-da tam artilleriya generalı S.Mehmandarov hərbi nazir, dekabrın 29-da rus general-leytenantı Ə.Şıxlinski nazir müavini təyin olunublar.
Gənclərin çağırışaqədərki hazırlıq dərsliyi Silahlı Qüvvələrimizin qüdrətindən, suverenliyimizdən, müstəqilliyimizin və torpaqlarımızın bütövlüyünün təmin edilməsindən, hər şeydən əvvəl gənclərin hərbi vətənpərvərlik tərbiyəsində inkişaf etməsindən, yeni, muasir texnika və silahların öyrənilməsini zəruri edir. Silahlı Qüvvələrimiz bizim qürür mənbəyimizdir, onun tarixini bilmək və öyrətmək həmişə lazımdlr,ona görədə Silahlı Qüvvələrimizin tarixinə yenidən nəzər salıb, dərslikdə olan səhvlərin düzəlməsini və tarixi məlumatları dolğun yazılmasını xahiş edirəm.

Bakı Sənaye-Pedaqoji Kollecin Hərbi Rəhbəri,
ehtiyatda olan zabit, kapitan Quliyev Rövşən Zakir oglu.
tam raziyam men sizinle
Quliyev Rövşən,
Səhifə 173-də (2011-ci il nəşri) Respublikanın ümumtəhsil məktəblərinin 10-cu sinif üçün “Gənclərin çağırışaqədərki hazırlığı” fənnindən həftədə 2 saat olmaqla 64 saatlıq proqramın hazırlanması haqqında məlumat verilmişdir. Proqramın V fəslində (Taktiki hazırlıq-11 saat) “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilati quruluşu - 1 saat ” mövzusu verilməsinə baxmayaraq, mövzu kitabda öz əksini tapmamışdır.

Bakı Sənaye-Pedaqoji Kollecin Hərbi Rəhbəri,
ehtiyatda olan zabit, kapitan Quliyev Rövşən Zakir oglu.
• səh.14, (2011-ci il nəşri) abzas 2 – “Milli Qvardiya və Mülki Müdafiə qoşunları Xüsusi qoşun formasıdır”. Burada, Xüsusi qoşunlar haqqında məlumat düzgün göstərilib, lakin Silahlı Qüvvələrin tərkib hissəsi olan Xüsusi qoşunlar - Silahlı Qüvvələrin döyüş və gündəlik fəaliyyətini təmin etməkdən ötrü xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutlmuşdur. Xüsusi qoşunlar, SQ-in hər bir növündə vardır, tərkibi: kəşfiyyat, radiotexnik, topoqrafik, radiasiya, kimyəvi və bakterioloji müdafiə, rabitə, təmir, tibb və s. aiddir.

Bakı Sənaye-Pedaqoji Kollecin Hərbi Rəhbəri,
ehtiyatda olan zabit, kapitan Quliyev Rövşən Zakir oglu.
Sira nizamnaməsi dəyişdiyi üçün, kitabda dəyişikliyə ehtiyac var
Səhifələr: 1
Forumlar » 10-cu sinif » Gənclərin çağırışaqədərki hazırlığı