İngilis dili

Forumlar » 10-cu sinif » İngilis dili
Səhifələr: 1
RSS
İngilis dili
“İngilis dili” dərsliyinin (2014-cü ilə qədərki nəşrlər) müzakirəsi
10-cu sinif English dərsliyi (2014-cü il nəşri) haqqında olan iradlar.

Mən XI sinif ingilis dili dərsliyi barədə dediyim bir fikri ümumi olaraq həm də X sinif dərsliyi haqqında deməliyəm.Əslində, bu fikir bütün mütəxəssisləri narahat etməlidir.Yəni dərsliyin çox hissəsi ingilis dili dərsliyindən(İngiltərə məktəbləri üçün hazırlanan) hazır şəkildə “oğurlanılmışdır”.Buna qətiyyən yol vermək olmaz.
İndi ayrı-ayrı konkret iradlara keçək:
1.Səhifə 11-də vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi qaydasında müəlliflər gələcək zamandan başlayıblar.Bu, olduqca ciddi bir səhv hesab olunmalıdır.Hansı dil olursa-olsun,zaman məsələlərinin izahı lazım gəldikdə mütləq indiki zamandan başlanılmalıdlr.Çünki keçmiş və gələcək zaman indiki zamana əsasən müəyyənləşir.Yəni müəlliflər qaydanın izahına gələcək zamandan deyil,indiki zamanın izahından başlamalı idilər.Həmçinin bu qaydanın izahı da,yuxarıda qeyd etdiyimiz kimi, ingilisdilli məktəblərin şagirdləri üçün nəzərdə tutulmuşdur.Buna görə də X sinif şagirdləri bu qaydaları elə də başa düşə bilmirlər.Çox təəccüblüdür ki, ali məktəblər üçün nəzərdə tutulan ingilis dili dərslikləri orta məktəb dərsliklərindən asanlığı ilə fərqlənir.Şagirdin evdə özünün asanlıqla anlayacağı bir dildə,şagirdin özünün asanlıqla başa düşəcəyi bir şəkildə dərslik hazırlanılmalıdır.
2.Həm X, həm də XI sinif dərsliklərində yuxarıda qeyd etdiyimiz fikirlə bağlı olaraq xarici ölkələrlə əlaqəli mətnlər üstünlük təşkil edir ki,bununla razılaşmaq çətindir. Yaxşı olardı ki ,müəlliflər ingilis dilində Azərbaycana aid,türk dünyası ilə,türk ölkələri ilə səsləşən məlumatlar verə idilər.Yəni bu məlumatlar kitabda daha çox olmalıdır.
3.11,12,13,30 və 45-ci səhifələrdə vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi qaydalarında da natamamlıq hiss olunmaqdadır.Yəni bu qaydaların heç birində müəllifin sözləri verilməyib.Bu da mənim yuxarıda dediyim həmin fikri bir daha qabardır ki,dərslikdəki qrammatik qaydalar azərbaycanlılar üçün deyil, ingilisdilli şagirdlər üçün nəzərdə tutulmuşdur.Çünki müəllifin sözləri bu qaydaları öyrənmək üçün olduqca vacibdir.Mənim nə demək istədiyimi yəqin ki,hörmətli müəlliflər çox gözəl bilirlər.Bizim şagirdlər üçün bu qaydalar çətin dərkolunandır və buna görədir ki,şagirdlər ali məktəbə hazırlaşanda dərslikdən deyil,başqa vəsaitlərdən yararlanırlar.Bununla razılaşmağa dözürsünüzmü?
4.Səhifə 34-də Survey-də What do you enjoy doing before Novruz? sualı altında novruza aid ən maraqlı,ən cazibəli cəhətlər nədən unudulmuşdur?Hanı tonqal qalamaq,hanı fal açdırmaq,papaq atmalar,qulaq falına çıxmaq,tonqal üstündən arzularla atılmaq? İngilis qorxu heroven bayramları barədə heç nəyi unutmayan müəlliflər öz bayramımızın incəliklərini niyə unudublar?Bu fikir də onu sübutlayır ki,bu dərslik kor-koranə “köçürülmə”dən başqa bir şey deyildir.
Göyçay şəhər 6 № -li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
X sinif ingilis dili dərsliyi (2014-cü il nəşri) haqqında iradların davamı.

Səhifə 36-da 14 №-li çalışmada səsləndirilən sualların 10-cu sinif şagirdləri ilə heç bir əlaqəsi olmadığı halda bu sualların kitaba necə yol alması böyük bir təəccüb yaradır.Sualları aşağıda verirəm ki,siz də mənim fikirlərimə inanasınız:
1.Are you on a business trip?
2.Have you ever done this kind of work before?
3.Where was it hurt?
4.When will you be able to start?
5.When did the trouble start?
Məgər hansısa bir X sinif şagirdi biznes üçün səyahətə gedirmi?Bizneslə əlaqəli hansısa narahatçılıqları həll edirmi?Ola bilər ki,belə hadisələr xaricdə baş verir(Hansısa bir qüdrətli biznesmenin X sinifdə təhsil alan oğlu bu işlə məşğul olur)Amma bizim ölkəmizdə bu əhvalatın olma şansı,demək olar ki,sıfıra bərabərdir.Güman etmirəm ki,bizim ölkədə heç bir təcrübəsi olmayan X sinif şagirdinə ata hansısa bir işi tapşırsın.
Səhifə 43-də gənclik mədəniyyəti müzakirə olunur.Ən pisi budur ki,xarici ölkələrin gəncləri bu müzakirədə öz sözlərini konkret və aydın dedikləri bir halda,nədənsə,azərbaycanlı Araz öz fikirlərini vurğulayanda digərlərindən xeyli geri qalır.Hörmətli müəlliflər niyə öz xalqımızın nümayəndəsinə belə münasibət bəsləyir?Məncə,gələn nəşrdə bu fikir bizim xeyrimizə dəyişilməlidir.
Səhifə 47-də vasitəsiz nitqin vasitəli nitqə çevrilməsində hörmətli müəlliflər yenə də yalnız dəyişəcək sözləri heç bir cümlə nümunəsi olmadan dərsliyə yerləşdiriblər ki,bunun da şagirdlərə heç bir faydası yoxdur.Belə bir fikir yenidən yaranır ki,bu izahlar ingilis dili dərsliklərindən köçürülmədən başqa ayrı bir şey ola bilməz.
Səhifə 49-dakı dialoq şantaj xarakterindədir və orta məktəbə yol almalı deyildi.Dialoqu burada verirəm ki,mənə haqq qazandırasınız:
Jack-Hello, Angela.
Angela-Why haven`t you brought the money?
Jack-I didn`t have any time to arrange it.
Angela-I`ll send your boss the photos if you don`t give me the money.
Jack-Okay, I can get it by tomorrow.Where are the photos?
Angela-They`re in a safe place.Don`worry.
Yəqin hər biriniz bu dialoqun mənasını bilirsiniz.Belə halda bu dialoqu X sinif dərsliylnə ötürməyə necə baxırsınız?Coğrafiya fənninə aid silsilə mətnlər 56,57,60,61,64,67,68-ci səhifələrdə yer tapmışdır.Çox deyilmi?
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
X sinif ingilis dili dərsliyinə (2014-cü il nəşri) aid iradların davamı.

Səhifə 74-75-də qrammatika qaydalarına həsr olunan-gerund və participles haqqında məlumat verilib.Bu məlumatlar olduqca səthidir və heç bir şagirddə cerund və feli sifətlərə dair lazımi olan qədər məlumatları özündə qətiyyən əks etdirmək səviyyəsinə uyğun deyil.
Səhifə 77-də “Trouble”mətninin II hissəsində çox kobud və bağışlanılmaz bir səhvə yol verilmişdir.Yəni mətnin sonunu əks etdirən 79 – cu səhifənin axırında iki cümlə ard-arda tam şəkildə təkrar edilmişdir.İnanmazsınızsa,buyurub özünüz oxuya bilərsiniz.Bu səhv,əslində,mənim bu dərsliyin xarici dərslik kitablarından kor-koranə köçürülmə olduğunu bir daha sübut edir.Çünki yalnız köçürülmə zamanı belə səhvlər meydana çıxa bilir.
Səhifə 89-da 9-cu çalışmada bir neçə dəfə paraqraf sözü verilib.Halbuki dərslikdə heç bir nömrələnmiş paraqrafa rast gəlmirik.Bu səhvin özü də bu dərsliyin başqa dərslik kitablarından köçürülmə olmasını bir daha kəskin şəkildə sübut edir.Bunca diqqətsizlik olarmı?
Səhifə 99-da yenə də çox kobud bir səhvlə üzləşirik.Grammer fokus-da verilən nümunələrin səhv olması daha böyük tənqidə layiqdir.Belə ki, somebody özündən sonra III şəxs təki tələb etdiyi halda həmin qrammatik qaydaların heç biri bu tələbə uyğunlaşdırılmayıb.Bu səhvi kitaba-X sinif dərsliyinə ötürmək nə dərəcədə doğrudur?
Səhifə 106-da verilən qrammatika qaydasında da tam yarımçıqlıq hökm sürür.Baxa bilərsiniz.
Səhifə 117-də də çox kobud hesab olunan bir səhvə yol verilmişdir.YUNESCO haqqında olan bu mətndə elə ciddi bir səhv vardır ki,həmin səhv dərhal düzəldilməlidir.Nəzərinizə həmin səhvi çatdırmağı vacib hesab edirəm.-Garabagh …….is under the occupation of Armenian aggressors f o r m o r e t h a n t e n y e a r s. Bu tarixin on ildən yuxarı göstərilməsi- bu dərsliyin ən azından on –on beş il bundan öncə yazılmasını sübut edir.

Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Haciyeva Şərəbani,
Salam çox hörmətli həmkarımız. Hər şeydən əvvəl müəllif qrupu adından dərsliyin müzakirəsini təşkil edən TQDK minnətdarlığımızı bildirir və müzakirədə fəal iştirak edənlərə təşəkkür edirik. Bu müzakirələrə dərslik çap olunmamış başlansaydı və dərsliklər müəllimlərin və şagirdlərin, valideynlərin və bütün ictimaiyyətin rəylərinə əsasən düzəldilsəydi daha əhəmiyyətli olardı. Təəssüflər olsun ki bu bu gün də belədirş Yəni dərslik çap olunduqdan 10 il keçdikdən sonra müzakirəyə buraxılır. Əslində bu 10 il ərzində bu dərslik yeni yazılan başqa bir dərsliklə artiq əvəz olunmalı idi. İndi çalışacağıq ki sizin iradlarınıza ğz münasibətimizi bildirək.

1.İrad :" Yəni dərsliyin çox hissəsi ingilis dili dərsliyindən(İngiltərə məktəbləri üçün hazırlanan) hazır şəkildə “oğurlanılmışdır”.

Cavab: Xahiş edirik hansı səhifənin haradan "oğurlanmasını" dəqiq göstərəsiniz. Bununla yanaşı məlumat üçün nəzrinizə çatdırmaq istəyirik ki, müəllifin orijinal məqalə, kitab, qəzet, jurnal və s kimi authentic materiallardan istifadə etmək hüququ vardır. Lakin müəllif bu materiallarin orijinallığını qoruyaraq sadələşdirə, şagirdlərin səviyyəsinə uyğunlaşdıra ( adapt ) edə bilər. Eyni material eyni zəmində 2 və s müxtəlif müəllif tərəfindən işıqlandırıldıqda bu materialın köçürülmə qorxusundan xəbər verir.

İrad: 1.Səhifə 11-də vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi qaydasında müəlliflər gələcək zamandan başlayıblar.Bu, olduqca ciddi bir səhv hesab olunmalıdır.Hansı dil olursa-olsun,zaman məsələlərinin izahı lazım gəldikdə mütləq indiki zamandan başlanılmalıdlr.Çünki keçmiş və gələcək zaman indiki zamana əsasən müəyyənləşir.Yəni müəlliflər qaydanın izahına gələcək zamandan deyil,indiki zamanın izahından başlamalı idilər.Həmçinin bu qaydanın izahı da,yuxarıda qeyd etdiyimiz kimi, ingilisdilli məktəblərin şagirdləri üçün nəzərdə tutulmuşdur.Buna görə də X sinif şagirdləri bu qaydaları elə də başa düşə bilmirlər.

Cavab Əvvəl yazırsiniz ki " Hansı dil olursa-olsun,zaman məsələlərinin izahı lazım gəldikdə mütləq indiki zamandan başlanılmalıdlr." sonra yazırsınız ki " Həmçinin bu qaydanın izahı da,yuxarıda qeyd etdiyimiz kimi, ingilisdilli məktəblərin şagirdləri üçün nəzərdə tutulmuşdur."
Gələcək, keçmiş, indiki və s zamanlara aid nümunələr eyni səhifədə qrammatika qutusunda verilmişdir. Biri birindən 1 sətir fərqləri var. İldir ki şagirdlər bu zamanları keçirlər və tanıyırlar. Gələvək zamanda üill üould felinə keçməsi daha qabarıq nəzərə çapdığı üçün birinci fel gələcək zamanda verilmişdir. Burada zamanları siralamaq ideyyası vacib deyil. Hansı zamanın hansı zamana keçməsi qaydasını öyrənmək və öyrətmək ön plandadır.

İrad: " Həm X, həm də XI sinif dərsliklərində yuxarıda qeyd etdiyimiz fikirlə bağlı olaraq xarici ölkələrlə əlaqəli mətnlər üstünlük təşkil edir ki,bununla razılaşmaq çətindir. Yaxşı olardı ki ,müəlliflər ingilis dilində Azərbaycana aid,türk dünyası ilə,türk ölkələri ilə səsləşən məlumatlar verə idilər.Yəni bu məlumatlar kitabda daha çox olmalıdır."

Cavab: Dərslik məlumatlar yığını olmamalıdır. Əlbəttə şagirdlərin hər hansı mövzuda danışıq qabiliyyıtlərini artıtmaq üçün xarici dildə öyrəndiyi mətnlərə istinad edilməlidir. Çünki maraqlı kontekst daxilində öyrənilən söz, ifadə və s digər hallara nisbətən daha tez yadda qalır. Mətnlərin İngiltərəyə aid olması və ingilis dilində olması şagirdlər üçün 2 qat faydalıdır. Birincısı şagird dili öyrənilən ölkənin xalqı, mədəniyyəti təhsili haqda məlumatı ingilis dilində mənimsəyir. İkincısı öyrəndiklərini öz ölkəsinin xalqı, mədəniyyəti təhsili barədə biliklərini İngilis dilində ifadə etmək üçün nümunə mətnlə qarşılaşmalı olur. Bu dilin tədrisi metodikasında "nümunə əsasında öyrənmə" kimi məhşurdur. Belə ki oxu dərsinin üçüncü mərhələsində(Post teading) şagirdin reading bacarıqları speaking bacariqları ilə inteqrasiya edir.

İrad : Çox təəccüblüdür ki, ali məktəblər üçün nəzərdə tutulan ingilis dili dərslikləri orta məktəb dərsliklərindən asanlığı ilə fərqlənir.

Cavab: Xahiş editik Ali məktəblər üçün yazılmış hansı dərsliyin ümumtəhsil məktəblərinin İngilis dili dərsliyindən asan olduğunu (Dərslik, müəllif, nəşriyyat və nəşr olunduğu ili ) ümümi sözlərlə deyil konkret misallarla göstərəsiniz.

İrad: 11,12,13,30 və 45-ci səhifələrdə vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi qaydalarında da natamamlıq hiss olunmaqdadır.Yəni bu qaydaların heç birində müəllifin sözləri verilməyib.Bu da mənim yuxarıda dediyim həmin fikri bir daha qabardır ki,dərslikdəki qrammatik qaydalar azərbaycanlılar üçün deyil, ingilisdilli şagirdlər üçün nəzərdə tutulmuşdur.Çünki müəllifin sözləri bu qaydaları öyrənmək üçün olduqca vacibdir.Mənim nə demək istədiyimi yəqin ki,hörmətli müəlliflər çox gözəl bilirlər.Bizim şagirdlər üçün bu qaydalar çətin dərkolunandır və buna görədir ki,şagirdlər ali məktəbə hazırlaşanda dərslikdən deyil,başqa vəsaitlərdən yararlanırlar.Bununla razılaşmağa dözürsünüzmü?

Cavab: İllər boyu biz qrammatikadan asılı qalaraq İngilis dilində danışa bilməmişik. Çünki qrammatika hər zaman ənənəvi üsullarla öyrədilib. Əgər biz şagirdlərimizin İngilis dilində danışmasını istəyiriksə qrammarikanı da interaktiv yolla öyrətməyə keçməliyik. Bu kitab 2005 cı ildə yazılmasına baxmayaraq interaktivliyi ilə bu gün də faydalıdır. Reported speech göstərdiyiniz səhifələrdə interaktiv olaraq şəkillərlə səh. 10,11; Situativ çalışmalarla: səh 12 çalışma 1; səh 14 çalışma 2,3; səh 15 çalışma 4; səh 17 çalışma 1,2,3 ; səh 18 çalışma 4, 5; səh 19 çalışma 6; səh 24 çalışma 3; səh 31 çalışma 4,5ç 6 və sairə təqdim olunur. Yəni yazdığınız " Yəni bu qaydaların heç birində müəllifin sözləri verilməyib." iradı ənənəvi yolla yeknəsək qrammatik anlayışların öyrədilməsinə gətirib çıxarardı. Bununla yanaşı səh 31 çalışma 5, 6 ; səhifə 32 çalışma 7 və s müəllifin sözləri ilə bərabər məşq çalışmasıdır. Lakin səh 32 çalışma 8 şagirdlərın situasiyanı dərk edərək sual cümlələrini vasitəli nitqə çevirmələrinə xidmət edir. Şagird bu qaydanı quru, cansıxıcı cümlələrlə deyilç situasiyada niyə vasitəli nitqdən istifadə edilməsini anlayaraq yerinə yetirir.
Qrammatika ənənəvi təlimdə deductive yolla, müasir interactiv təlimdə isə İnductive yolla daya mənalı öyrədilir. Səh 31 çalışma 5 şagirdlərin özlərinin qaydaları qurmasına təkan verir.

İrad: Səhifə 34-də Survey-də What do you enjoy doing before Novruz? sualı altında novruza aid ən maraqlı,ən cazibəli cəhətlər nədən unudulmuşdur?Hanı tonqal qalamaq,hanı fal açdırmaq,papaq atmalar,qulaq falına çıxmaq,tonqal üstündən arzularla atılmaq? İngilis qorxu heroven bayramları barədə heç nəyi unutmayan müəlliflər öz bayramımızın incəliklərini niyə unudublar?Bu fikir də onu sübutlayır ki,bu dərslik kor-koranə “köçürülmə”dən başqa bir şey deyildir.

Cavab: Hörmətlı Şərabanı xanim, 34-də Survey-də What do you enjoy doing before Novruz? sualı altında növzu yoxdur. Nə başlıq? nə mövzu? nə tonqal qalamaq? nə fal açdırmaq ? nə papaq atmalar,qulaq falına çıxmaq ? BU NÖVBƏTİ 11 NÖMRƏLİ ÇALIŞMADIR. Çalışmanın məqsədi şagirdlərin vasitəli nitqə aid biliklərini cilalamaqdır. Diqqətlə baxın. Çalışma 11 də şagirdlər suallaşma aparır (practicing speaking skills) daha sonra çalışma 12 də 11 ci çalışmada əldə etdiyi məlumatı vasitəli nitqə çevirməlidir. Bu zaman speaking bacarıqları Writing bacariqları ilə inteqrasiya edir. Yəni şagird həm şıfahi, həm də yazılı olaraq eyni qrammatik qaydanı TƏTBİQ EDİR və tərəf müqabili ilə nəticələri müzakirə edir. Məgər Novruz mövzusu burada ön planda verilib?
İrad :1.Səhifə 11-də vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi qaydasında müəlliflər gələcək zamandan başlayıblar.Bu, olduqca ciddi bir səhv hesab olunmalıdır.Hansı dil olursa-olsun,zaman məsələlərinin izahı lazım gəldikdə mütləq indiki zamandan başlanılmalıdlr.Çünki keçmiş və gələcək zaman indiki zamana əsasən müəyyənləşir.Yəni müəlliflər qaydanın izahına gələcək zamandan deyil,indiki zamanın izahından başlamalı idilər.Həmçinin bu qaydanın izahı da,yuxarıda qeyd etdiyimiz kimi, ingilisdilli məktəblərin şagirdləri üçün nəzərdə tutulmuşdur.Buna görə də X sinif şagirdləri bu qaydaları elə də başa düşə bilmirlər.Çox təəccüblüdür ki, ali məktəblər üçün nəzərdə tutulan ingilis dili dərslikləri orta məktəb dərsliklərindən asanlığı ilə fərqlənir.Şagirdin evdə özünün asanlıqla anlayacağı bir dildə,şagirdin özünün asanlıqla başa düşəcəyi bir şəkildə dərslik hazırlanılmalıdır.
Cavab: Artiq 10 cu sinif şagirdləri sadə indiki, keçmiş və gələcək zamanları illərcə öyrənmişlər. Bu zamanların arasında ən sadə yolla vasitəli nitqə keçən zaman Gələcək zaman olduğu üçün ilk təqdimatı onun üzərinə yönətmək daha məqsədəuyğundur. Bu vasitəsiz nitqdən vasitəli nitqə çevirmə zamanı baş verən zaman dəyişməsini sadə bir yolla təqdim etməyə şərait yaradır. Şagird eyni məna kəsb edən, lakin formaca fərqlənən "will- would" nümunəsi əsasında digər zamanlarda da mənanın dəyişmədiyini öyrənir. Aşsğıdakı misallarla fikrimi izah edirəm:
He said that he would put the letters in the post. - O dedi ki, o məktubları yola salacaq. cümləsində will və would eyni cür yola salacaq kimi tərcümə olunduğunu başa saldıqdan sonra,
She said that she worked for an insurance company. cümləsində də worked vasitəli nitqdə, vasitəsiz nitqdə work olduğu kimi tərcümə olunur fikrini daha asanlıqla qavranılmasına şərait yaratmış oluruq.
Digər tərəfdən qrammatikanın artiq deductive deyil, inductive yolla öyrədilməsi daha perspektivli hesab olunur. Çünki inductive yolla şagird misallardan çıxış edərək qaydalarin yaradılmasına özü varır.


İrad: 2.Həm X, həm də XI sinif dərsliklərində yuxarıda qeyd etdiyimiz fikirlə bağlı olaraq xarici ölkələrlə əlaqəli mətnlər üstünlük təşkil edir ki,bununla razılaşmaq çətindir. Yaxşı olardı ki ,müəlliflər ingilis dilində Azərbaycana aid,türk dünyası ilə,türk ölkələri ilə səsləşən məlumatlar verə idilər.Yəni bu məlumatlar kitabda daha çox olmalıdır.
Cavab: Dərslik dövlət proqramı əsasında yazılır. Proqramda verilən mövzular dili öyrənilən ölkəni əhatə etdiyi üçün müəlliflər tələbə riayət etmişlər.

3.11,12,13,30 və 45-ci səhifələrdə vasitəsiz nitqin vasitəli nitqə çevrilməsi qaydalarında da natamamlıq hiss olunmaqdadır.Yəni bu qaydaların heç birində müəllifin sözləri verilməyib.Bu da mənim yuxarıda dediyim həmin fikri bir daha qabardır ki,dərslikdəki qrammatik qaydalar azərbaycanlılar üçün deyil, ingilisdilli şagirdlər üçün nəzərdə tutulmuşdur.Çünki müəllifin sözləri bu qaydaları öyrənmək üçün olduqca vacibdir.Mənim nə demək istədiyimi yəqin ki,hörmətli müəlliflər çox gözəl bilirlər.Bizim şagirdlər üçün bu qaydalar çətin dərkolunandır və buna görədir ki,şagirdlər ali məktəbə hazırlaşanda dərslikdən deyil,başqa vəsaitlərdən yararlanırlar.Bununla razılaşmağa dözürsünüzmü?

Cavab:
Qaydani qayda xətrinə yox kommunikasiya məqsədlərini yerinə yetirmək üçün istifadə etməliyik. İllərcə qrammatik qaydaları mükəmməl bilən müəllimlərimizin belə İngilis dilində fikirlərini sərbəst izah edə bilməməsinin və ingilis dilində axıcı danışa bilməməsinin əsas səbəblərindən biri qrammatikanın situasiya daxilində işlədilərək öyrədilməməsidir. Sadaladığınız səhifələrdə olan çalışmalarda nitqin dıanaqlar içərisində verilməsi onun kiminsə tərəfindən deyildiyini sübut edir. Burada He said və ya She said deməyə nə ehtiyac var ki.

İrad 4.Səhifə 34-də Survey-də What do you enjoy doing before Novruz? sualı altında novruza aid ən maraqlı,ən cazibəli cəhətlər nədən unudulmuşdur?Hanı tonqal qalamaq,hanı fal açdırmaq,papaq atmalar,qulaq falına çıxmaq,tonqal üstündən arzularla atılmaq? İngilis qorxu heroven bayramları barədə heç nəyi unutmayan müəlliflər öz bayramımızın incəliklərini niyə unudublar?Bu fikir də onu sübutlayır ki,bu dərslik kor-koranə “köçürülmə”dən başqa bir şey deyildir.

Cavab bu irad təkrardir Artiq yuxarıda ona cavab yazılıb

İrad :Səhifə 36-da 14 №-li çalışmada səsləndirilən sualların 10-cu sinif şagirdləri ilə heç bir əlaqəsi olmadığı halda bu sualların kitaba necə yol alması böyük bir təəccüb yaradır.Sualları aşağıda verirəm ki,siz də mənim fikirlərimə inanasınız:
1.Are you on a business trip?
2.Have you ever done this kind of work before?
3.Where was it hurt?
4.When will you be able to start?
5.When did the trouble start?
Məgər hansısa bir X sinif şagirdi biznes üçün səyahətə gedirmi?Bizneslə əlaqəli hansısa narahatçılıqları həll edirmi?Ola bilər ki,belə hadisələr xaricdə baş verir(Hansısa bir qüdrətli biznesmenin X sinifdə təhsil alan oğlu bu işlə məşğul olur)Amma bizim ölkəmizdə bu əhvalatın olma şansı,demək olar ki,sıfıra bərabərdir.Güman etmirəm ki,bizim ölkədə heç bir təcrübəsi olmayan X sinif şagirdinə ata hansısa bir işi tapşırsın.

Cavab: Səhifə - 36-da 14 №-li çalışmada verilmiş suallar 10-cu sinif şagirdlərinin vasitəli nitqə çevirəcəyi suallardir. Xahiş edirik çalışmanın sərtini diqqətlə oxuyasınız: Report the following questions.
Diqqətlə oxusanız görərsiniz ki, heç tapşırıqdakı sualların hamısı birbaşa biznesle əlaqədar da deyildir. Birinci sualdan başqa qalan suallar birbaşa biznesle əlaqədar deyil. Digər tərəfdən vasitəli nitqə çevirmək üçün cümlələrin müxtəlif mövzularda verilməsi daha faydalıdır. Məgər şagird ingilis dilini kommunikativ məqsəd üçün, həyatda real istifadə etmək üçün öyrənmirmi? 10 cu sinif şagirdinin heç vaxt biznesmenle qarşılaşacağı mümkün deyilmi? Nə qədər parta, stol, stul tərkibli cümlə işlətmək olar? Sizin yazdığınız iradin " Məgər hansısa bir X sinif şagirdi biznes üçün səyahətə gedirmi?Bizneslə əlaqəli hansısa narahatçılıqları həll edirmi?Ola bilər ki,belə hadisələr xaricdə baş verir(Hansısa bir qüdrətli biznesmenin X sinifdə təhsil alan oğlu bu işlə məşğul olur)Amma bizim ölkəmizdə bu əhvalatın olma şansı,demək olar ki,sıfıra bərabərdir.Güman etmirəm ki,bizim ölkədə heç bir təcrübəsi olmayan X sinif şagirdinə ata hansısa bir işi tapşırsın." bu tapşırıqla nə əlaqəsi var?


İrad: Səhifə 43-də gənclik mədəniyyəti müzakirə olunur.Ən pisi budur ki,xarici ölkələrin gəncləri bu müzakirədə öz sözlərini konkret və aydın dedikləri bir halda,nədənsə,azərbaycanlı Araz öz fikirlərini vurğulayanda digərlərindən xeyli geri qalır.Hörmətli müəlliflər niyə öz xalqımızın nümayəndəsinə belə münasibət bəsləyir?Məncə,gələn nəşrdə bu fikir bizim xeyrimizə dəyişilməlidir.

Cavab: Yazdıqinız iraddan gorunur ki, siz mətnin müzakirə aparmaq üçün qığılcım yaratma məqsədini başa düşməmisiniz. Arazın sözlərindən əvvəl verilən hissəni diqqətlə oxuyun. Orada son sətirlərdə yazılır : "Some of their answers were intelligent and serious. Others were...... well, see yourself" Mətnlər də tapşırıqlar da şagirdləri ingilis dilində şagirdlərin müzakirə etmək qabilıyyətlərini artırmaq, fikir mübadiləsi etmək potensialını yüksəltmək məqsədinə xidmət edir. Qoy şagirdləriniz Araza etraz etsinlər, öz fikirlərini sözləmək üçün: "İ think......, İ totally don t agree........., İn my opinion ....... " və s kimi ifadələrdən istifadə edərək danışsınlar. Siz də onların müzakirə zamanı danışıqlarındakı qüsurları qeyd edin.Ya dərsin sonunda ya da ayrıca bir dərsdə bu qüsurları aradan qaldırmaq üçün nitqdə olan səhvlər üzərində işləyin.
Əlbəttə ki, müzakirə açmayan, sönük, tərif mətnləri bu gün dili öyrənmədə fəallığı işə salmaz.

İrad: Səhifə 47-də vasitəsiz nitqin vasitəli nitqə çevrilməsində hörmətli müəlliflər yenə də yalnız dəyişəcək sözləri heç bir cümlə nümunəsi olmadan dərsliyə yerləşdiriblər ki,bunun da şagirdlərə heç bir faydası yoxdur.Belə bir fikir yenidən yaranır ki,bu izahlar ingilis dili dərsliklərindən köçürülmədən başqa ayrı bir şey ola bilməz.

Cavab: Səhifə 47 də vasitəsiz nitqin vasitəli nitqə çevrilməsində 5 nümunə cümlə verilmışdir. O ki qaldi sizin müəlliflərə böhtan atmanıza və onları bu izahlar ingilis dili dərsliklərindən köçürülmədən başqa ayrı bir şey ola bilməz deməklə ləkələmənizə sizdən bu barədə mənbə göstərmənizi xahiş edirik. Hansı kitab, hansı səhifə, hansı müəllif, necenci il və s kimi göstəriciləri göndərmənizi xahiş edirik.

İrad: Səhifə 49-dakı dialoq şantaj xarakterindədir və orta məktəbə yol almalı deyildi.Dialoqu burada verirəm ki,mənə haqq qazandırasınız:
Jack-Hello, Angela.
Angela-Why haven`t you brought the money?
Jack-I didn`t have any time to arrange it.
Angela-I`ll send your boss the photos if you don`t give me the money.
Jack-Okay, I can get it by tomorrow.Where are the photos?
Angela-They`re in a safe place.Don`worry.
Yəqin hər biriniz bu dialoqun mənasını bilirsiniz.Belə halda bu dialoqu X sinif dərsliylnə ötürməyə necə baxırsınız?

Cavab: Dialoqda şantaj xarakterlı yox, uşaqların cox sevdikləri filmdən fraqment dialoq verilmişdir. Bununla yanaşı dialog təsdiq, sual, sual inkar, əmr təsdiq və inkar cümlələrindən ibarətdir. Bu tapşırıqda məqsəd şagirdlərin vasitəli və vasitəsiz nitqin qaydalarına aid öyrəndiklərinı tətbiq etmək və yoxlamaq üçün şərait yaratmaqdır. Xahiş edirik tapşırığın şərtini diqqətlə oxuyasınız:
"Write the following dialogue in reported sheech, making any changes necessary to tebses, word order, etc"

Irad:Coğrafiya fənninə aid silsilə mətnlər 56,57,60,61,64,67,68-ci səhifələrdə yer tapmışdır.Çox deyilmi?

Cavab: Fənlərin inteqrasiyası müasir dərsliklərin yazılmasında cox vacıb ünsür hesab edilir. Yeri gəldikcə fənn daxili şaquli və üfiqi inteqrasiya, elecə də fənnıərarası inteqrasiya kurrikulumun dərslik yazma sahəsində müəlliflərin qarşısına qoyduğu məsələlərdən biridir. Unit 2 "The world we live in" Great discoveries lə başlayır. Şagirdlər coğrafiyadan bu bilikləri bildikləri üçün ingilis dilində onlara rast olmasına daha cox sevinirlər.
Səhifələr: 1
Forumlar » 10-cu sinif » İngilis dili