Coğrafiya

Forumlar » 10-cu sinif » Coğrafiya
Səhifələr: 1
RSS
Coğrafiya
“Coğrafiya” dərsliyinin (2012-ci ilə qədərki nəşrlər) müzakirəsi
X sinfin dərsliyi (2012-ci il nəşri) çox sanballı kitabdır.Hətta elə bir kitabdır ki,universitet tələbələri də bu dərslikdən yararlanırlar.Amma dərslikdə bəzi nöqsanların olduğu da nəzərə çarpır.Elə də ciddi nöqsanlar hesab etmirəm,vaxtaşırı fikirlərimi bildirəcəm.
Məsələn:Bu il çıxan abituriyent 1 jurnalında coğrafiyaya aid modern testlərdə Benyof sərhəddinə aid sual var.Amma bu sərhəddin adı heç bir orta məktəb dərsliklərində çəkilməyib.Abituriyentlər bunu Hədəf dərs vəsaitindən öyrəniblər.Amma bu düzgün deyil axı,dərslikdə verilənlərlə TQDK-nın proqramı uyğun olmalıdır.Bu məqam 10-cu sinif dərsliyində verilməlidir.
Salam, Yerşünaslıq Coğrafiyanın əsasıdı desəm yəqin ki mənimlə razılaşarsınız.Hal-hazırki dərs vəsaiti (2012-ci il nəşri) onu tam əhatə edir.Məlumat həddindən artıq coxdu.Şagirdlərin bu qədər məlumatı oxuyaraq yadda saxlaması mümkün olmur.Həmişə arzulayırdımki kaş praktik tapşırıqların sayı bir qədər artıraydılar.Ümid edirəm ki,yeni məzmun standartlar ilə hazırlanacaq dərslikdə praktik tapşırıqların sayı artırılacaq və bu da şagirdlərə bu elmi daha yaxşı başa düşməyə imkan vercək.
Səhifələr: 1
Forumlar » 10-cu sinif » Coğrafiya