Ədəbiyyat

Forumlar » 10-cu sinif » Ədəbiyyat
Səhifələr: 1
RSS
Ədəbiyyat
“Ədəbiyyat” dərsliyinin (2012-ci ilə qədərki nəşrlər) müzakirəsi
10-cu sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) barədə bəzi iradlar.

Ən başda onu qeyd edim ki, həqiqətən olduqca geniş zaman kəsiyindəki bütün məlumatları kiçik həcmli bir dərsliyə “sığışdırmaq”bizim şagirdlərimizi bu ədəbiyyatı lazımınca öyrənməkdən məhrum edir. Gəlin heç unutmayaq ki, ədəbiyyatın insan mənəviyyatını saflaşdırmaq, cilalamaq,formalaşdırmaq , onu bütün pisliklərdən çəkindirmək,düzgün tərbiyə etmək,etik və estetik zövq yaratmaq,düşündürmək və gözəl olan hər bir duyğudan yararlanmaq kimi qüdrətli bir missiyasını şagirdlərin əlindən almaqla biz yalnız itiririk.Qoy proqram az olsun,qoy o mövzular o qədər çox olsun ki, o dərslər heç keçilməsin, bunun heç bir ziyanı yoxdur-təki elə mövzular kitaba verilsin ki, şagirdlər özləri boş vaxtlarında o mövzuları oxuyaraq onlardan lazımınca bəhrələnə bilsinlər.Biz bunu etməklə qazanarıq ki, itirmərik.
Kitabda qeyd olunan səhvlər bunlardır:
1.Səhifə 5-də belə bir fikir getmişdir-Ədəbiyyat nə qədər millidirsə, bir o qədər beynəlmiləldir. Beynəlmiləl sözü burada qətiyyən yerində deyil.Bu cümlə belə verilməli idi-Ədəbiyyat nə qədər millidirsə, bir o qədər də ümumbəşəridir.Çünki dünyada elə qüdrətli sənətkarlar vardır ki, onlar yalnız mənsub olduqları xalqın, vətənin övladı olmaqdan çıxaraq, həm də bütün bəşəriyyətin təmsilçisinə çevrilirlər.Bu isə hər millətə nəsib olan bir səadət deyil.Həmin qüdrətli sənətkarlar təkcə öz ailəsini deyil, təkcə öz vətənini deyil, bütün bəşəriyyəti narahat edən böyük problemlərin həllinə çalışırlar.Nizami,Nəsimi, Şekspir,Lev tolstoy və başqalarının adını çəkə bilərik.Təəssüflər olsun ki, müəlliflər elə bu siyahıda Firdovsinin də adını yazmışlar.Hörmətli müəlliflərə xatırladaq ki, Firdovsi öz “Şahnamə’’sində türkləri pisləməkdən böyük bir zövq almışdır.
2.Müəlliflər daha bir tutarlı səhv etmişlər. Yəni bu səhv əslində bütün məlumatlarda öz əksini tapmışdır, amma mənə elə gəlir ki, bu səhv nə vaxtsa dərsliklərdən çıxarılmalıdır-Səhifə 6-da belə bir fikri oxuyuruq-Ədəbi tənqid isə ən gec yaranan bir prosesdir və müasir ədəbi proseslə məşğul olur.Qətib Təbrizini niyə unuduruq? Onun ədəbi tənqidə həsr olunan əsərlərini niyə unutmalıyıq? Avropalılar onu ədəbi-tənqidin gözəl nümunələrini yaradan bir şəxsiyyət kimi qəbul edərək hətta şeir yazmağın ədəbi –tənqidi əsər yazmaqdan daha asan olması fikrini vurğulayırdılar.Səbəb onun bizim dilimizdə yazmamağıdırsa, onda bəs niyə Azərbaycan ədəbiyyatını Qətran Təbrizi və sairləri ilə başlayırıq-axı onlar da yalnız fars dilində yazırdılar.
3.Məncə, atalar sözlərinə bir qədər çox yer ayırmaq vacibdir.Səbəbi- atalar sözlərinin bu və ya digər elmlə bağlı olduqca mükəmməl məlumat vermək xüsusiyyətinə malik olmasıdır.məs.Göz qəlbin aynasıdır.Bu atalar sözü təbabət elmi ilə əlaqədar mühüm faktları üzə çıxarır-Ürək xəstə olanda özünü gözdə mütləq büruzə verir.Mən çox sadalamaq istəmirəm.Amma dəqiq bilirəm ki, sinifdə bu məlumatları dedikdə şagirdlər olduqca böyük maraqla dinləyirlər.Bələ məlumatlardan onlar çox xoşlanırlar.
Çox təəssüf ki, dərslikdə inanclar və sınamalar haqqında da heç bir məlumat verilməyib. Mən sinifdə bunlar barədə söhbət açıram. Şagirdlərin böyük marağına səbəb olur.Deyim ki, inanclar və sınamaların da elmlə bağlılığı,şagirdlərin sevə-sevə dinləməsi mənə də xoşgəlir.
4.”Kitabi-Dədə Qorqud” haqqında.
Mən fikirlərimi aşağı siniflə bağlı bir qədər səthi şəkildə bildirmişdim.Amma indi 10- cu siniflə əlaqədar olaraq, icazənizlə daha geniş miqyasda bir neçə mülahizə də bildirmək istəyirəm.
Əziz ekspertlər və müəlliflər, sizlərə müraciət edərək mənə diqqət kəsilmənizi rica edirəm.Çünki demək istədiklərim olduqca vacib məsələlərdir .
a).”Kitabi-Dədə Qorqud’’ qəhrəmanlıq dastanıdır.Bəs niyə hörmətli müəlliflər bu möhtəşəm dastanı şifahi xalq ədəbiyyatı içərisində deyil,yazılı ədəbiyyatda təqdim ediblər?Axı yazılı ədəbiyyat nə qədər qədim olsa da, şifahi xalq ədəbiyyatı qədər də qədim olmayacaqdır.Belə çıxır ki, minillər sonra indi yazıya alınan şifahi xalq ədəbiyyatı nümunələri yazılı ədəbiyyat nümunələri kimimi verilə bilər?Bunu qəbul edəkmi? Niyə özümüz özümüzə bu boyda pislik edək?Axı bu , bizim ziyanımızadır.Xahiş edirəm ki, bu ,kitabın növbəti çapında mütləq nəzərə alınsın.
b).Hörmətli ekspertlər,hamımız çox gözəl bilirik ki, qəhrəmanlıq dastanları mütləq real hadisələr fonunda əks etdirilir. Bu fikir “Koroğlu”ya,”Qaçaq Kərəm’’ə,”Qatır Məmməd’’ə və adlarını vermədiyim digər qəhrəmanlıq dastanlarına nə qədər aiddirsə,”Kitabi-Dədə Qorqud”a da bir o qədər şamil edilir. Bəli bu fikri qəbul edirik ki, dastan nə qədər qədimdirsə, onda əfsanəvi epizodlar da bir o qədər çox ola bilər.Amma siz də razılaşmalısınız ki,bu əsər dastandır,əfsanə deyildir.Yəni bu əsərdə real hadisələrin daha çox olması ilə istər-istəməz razılaşmalıyıq.Xüsusilə, əgər bu fikir bizim tam şəkildə xeyrimizədirsə,onda biz həmin fikirdən vaz keçməməliyik.
c).Əsər olduqca qədim, lap qədim zamanlara kök atır. Bunu görməmək,bunu dəyərincə qiymətləndirməmək bizə şərəf deyil, başıucalıq deyil,əksinə bizə aid olan misilsiz bir dəyərdən, misilsiz bir xəzinədən vaz keçməkdir.Əziz ekspertlər, baxın bu əsərin üzünü köçürən Azərbaycan xalqına heç nə ilə əvəz olunmayacaq misli-bərabəri olmayan müqəddəs bir yaxşılıq edibdir.Bizə bəşəriyyətin heç bir yerində rast gələ bilinməyəcək bir xəzinə bəxş etmişdir.Amma bununla yanaşı bizlərə iki düzgün olmayan məlumatları ötürmüşdür ki,bəzilərini çaşdıraraq,bizlərə olduqca böyük ziyan gətirir:
1.Kitabda naməlum yazar guya Dədə Qorquda böyük müqəddəslik gətirdiyini, böyük şərəf ötürdüyünü zənn edərək, əslində Dədə Qorqudu nail olduğu ən böyük şərəfdən-onun dünyamızın ilk peyğəmbəri olduğu şərəfindən ayırır.Yəni islam dini yeni qəbul olunduğundan Dədə Qorqudu pərəstiş etməyə başladıqları Məhəmməd peyğəmbərlə “görüşdürür”.Bununla da Dədə Qorqudun taleyini- müqəddəratını böyük və ziyanımıza işləyən səhv kimi 7-ci əsrlə bağlayır. Heç kim isə bunları –həqiqəti deməyə ,nədənsə, heç səy belə göstərmir.Axı bu bizim tariximiz, bizim şərəfimiz- bizim mənliyimizdir.Bu səhvi bizim xalqın nümayəndəsi bilmədən etmişdir və bu səhvi düzəldərək Dədə Qorqudun itirilmiş namını biz özümüz qaytarmalıyıq. Bunu bizim üçün heç kəs etməyəcəkdir.
Gəlin Dədə Qorqudun , doğrudan da,ilk peyğəmbəri olduğu fikrini sübut edək.Bu çox asandır. Ona görə ki, doğru fikirdir.Hamımız bir fikri bilirik ki, dili adi insanlar deyil, məhz seçilmiş insanlar yəni peyğəmbərlər yaradırlar.İndi Dədə Qorqudun dilindən verilən aşağıdakı misralara diqqət edək:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikana sökən demədim mən Dədə Qorqud.
Bilirik ki, Dədə Qorqud dörd əşyaya düzgün ad qoymadığı üçün əzab çəkir.Məgər əşyalara ad qoymaq dil yaratmaq deyildimi?Dili yaradan insanlar adi insan ola bilərdimi? Buradan belə bir ideya hasil olur ki, Dədə Qorqud Yer Kürəsinin ilk peyğəmbəridir.İlk yaranan dil türk dili , ilk yaranan Yer sakinləri məhz t ü r k l ə r olmuşdur. Bu fikri biz deməsək daha kim deyəcək ki?
Əsərdə bu fikrin doğruluğunu sübutlayacaq o qədər çox fakt vardır ki, saymaqla bitməz.Bu faktları qeyd edək:
a).Dünya dastan -ədəbiyyat-fikir söyləmə mədəniyyətinə məhz qədim dünya tarixinin qəbul etdiyi və bugün artıq türklərin ulu əcdadları kimi bütün dünyada tanınan şumerlərin “Gilqameş”dastanı ilə qədəm qoymuşdur.Bu da çox mühüm-türklərin ilkin mədəniyyətə ilkin olaraq yiyələnməsi faktıdır.
b).Əsərdə Dədə Qorqud bilici, gələcəkdən xəbər verən , anadan olan oğlan uşaqlarına ad qoyan bir şəxs kimi göstərilir.
c).Əsərdə Qazan xan üç ildən bir evini xalqına bağışlayır.Bu fakt özü də əsərin çox qədim olduğuna dəlalət edir.Sonralar, daha sonralar, bir daha sonralar, ya indi, müasir dünyamızda belə bir fakta təsadüf edilibdirmi? Yəni Qazan xan hələ o qədər qədimdə yaşayırdı ki, ibtidai icma quruluşuna o qədər yaxın idi ki, arada-bərədə öz evində olanlardan və xalqın evində olmayanlardan utanıb vicdan əzabı çəkdiyindən öz evini xalqına ərməğan edirdi.
d).Qazan xanın yurd,köpək,qurd vəsu ilə söhbətləşib-dərdləşdiyini yadınıza salın.-Bu dediklərimiz əslində bu əsərin olduqca qədimlərə-çox ulu bir tarixə-dünyada hər bir xalqın haspəndi ola biləcək-qibtə edəcək bir tarixə malikdir.-Bunu biz söyləməsək, əvəzimizə kim söyləyəcək, kim bunu əvəzimizə bütün dünyaya bəyan edəcək?Gəlin bir anlığa götür-qoy edək:
Qurd ulu t ü r k l ə r i n totemi sayılır.-Bilirsiniz niyə? Bunu desək, artıq çox mətləblər öz həlledici mənasına qəti şəkildə daxil olacaq, bütün bəşəriyyət tərəddüd belə etmədən bizim haqlı olduğumuzu qəbul etmək məcburiyyətində qalmalı olacaqlar-Deyin- ilk əhliləşdirilən heyvan hansıdır? Cavab –it- olacaqdır.Cavab verin-it- canavarın törəməsi deyilmi?-......Deməli, yenidən vurğulayaq ki, bu da doğrudur.Belə olan surətdə nəyi gözləyirik? Axı indicə dediyimiz fikri ki bütün dünyaya görə ilk əhliləşdirilən məhz it olub,- bu fikri beləcə də bütün dünya deyir.Deməli iti ilk öncə əhliləşdirən dünyanın ilk sakini məhz elə türklərdir.
e).Yurdla dərdləşmək-hələ bugün belə modern dünyada ki yaşayırıq vətən dəlisiyik- sözün bütün mənalarında-yeri gələndə bütün yer kürəsini fikirləşirik, amma öz illərlə qurduğumuz evi daha çox düşünür, daha əziz hesab edirik.- ən qədimdə isə yurd o qədər əziz olub ki, onunla hətta canlı insan kimi dərdləşiblər, bunu isə özgələr- başqa heç bir xalq,tayfa, millət etməyib və edə də bilməzdi.Bunu yalnız muğamat yaradan yaradan, bunu yalnız bayatı-ağı yaradan,bunu yalnız layla yaradan,bunu yalnız q ə l b l ə r ə m ə l h ə m kimi yayılan əbədiyaşar əsərlər yaradan, torpağı uğrunda Tomris,Cavanşir,Babək,Şah İsmayıl Xətayi,Koroğlu,Heydər Əliyevi olan bir xalq edə bilərdi.
Köpək artıq qurdluqdan çıxıb ev qoruyan olduğu üçün Qazan xan onunla dərdləşir- və bugünlərimizdə belə bu-yəni itlə söhbətləşmə, dərdləşmə davam etməkdədir.İti ən çox sevən, hətta ona qızıl diş qoyduran bir xalq varsa, o da məhz bizik.Hətta bu barədə nə qədər maraqlı əsərlər də vardır.
Su- müqəddəsir,həyatdır, təmizlik-saflıqdır və ilk həyatın yarandığının sübut olunduğu məskəndir.Su ilə danışmaq bizdə elə indi də davam edir.Yaxşı, ya pis yuxu görən hər kəs bu yuxunu ilk öncə suya danışır.Başqa hansısa millətdə bu xüsusiyyət varmı?
Yuxu ilə əlaqədar əsərdə başqa tutarlı məqamlar da dediklərimizi sübut etməyə bizə yardımçıdır. Dastanda qəhrəmanlar hətta gördükləri yuxuya müvafiq olaraq hərəkət edirlər.Qazan xan pis yuxu gördüyü üçün ovu yarmçıq qoyaraq evinə dönür,Qaraca Çoban gördüyü yuxunun təsiri ilə döyüşə hazırlaşır.Bunlar da dediklərimizə qüvvə verir.
Dastanda aşpazlar adam menyusundan da istifadə edirlər. Bundan qorxub bu fikirdən vaz keçmək qətiyyən olmaz.Çünki bu fikir də həmçinin dastanın həddindən artıq qədim tarixə malik olduğunu bizlərə sübutlayır. Çox-çox, ən çox qədimlərdə adamlar ac qalarkən bir-birini, yaxud bir-birilərini yemişlər.Bu faktı bütün qədim dünya tarixləri qeyd edir.İnsanların daima yeni məskənlərə yayılmasının ən ümdə səbəblərindən ən başlıcası məhz onların digər insanlardan qorunmaq istəməsi olub.Gəlin bu fikri bir başqa cür də ifadə edək. Həmin vaxtlar nə pul, nə qızıl, nə brilyant vardı. Həmin vaxtlar nə dükan, nə bazar vardı.Ovlamağa başqa heç nə tapmayanda yan-yörə adamla bol idi.Qədim insan yaşamaq üçün hələ də adam əti yeyirdi.Bu fakt özü də əsərin yaşayışın yeni yarandığı dövrlərlə əlaqəsini bir daha sübut etməkdədir.
Uruzun ağ ətindən qara qovurma hazırlamaq istəmələri, qadınların qarşısına gətirilməsi və onlara yedizdirilməsi də, həmçinin dastanın olduqca qədim olduğunu bəyan etməkdədir.
Bunu da unutmaq olmaz ki, hər hansı bir qəhrəmanlıq dastanı mütləq müəyyən bir zaman kəsiyində baş verir.Dediyimiz bu fikir də dastanın olduqca qədim bir zaman kəsiyində bərqərar olmasını şərtləndirir.
Əsərdə Beyrək Baybura oğlu boyunda da olduqca maraqı , qeyd olunmağı böyük dəyər kəsb edən möcüzəli bir məqam vardır

Göyçay şəhər 6№-li Məməmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
10-cu sinif ədəbiyyat dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.


Müasir dünyamızda bütün dünyanın təbabət aləmində ata ilə oğul arasında izaholunmaz, sirli və möcüzəli bir əlaqənin olması haqqında fikir mövcuddur. Bu əlaqə “Kitabi-Dədə Qorqud “ dastanlarında hələ neçə minillər bundan qabaq var imiş Yadımıza gətirək-Oğlu Beyrək itkin düşdüyü andan atası Baybura 4 yolayrıcında duraraq oğlu Beyrəkdən bir xəbər gözləyir.Hətta Beyrəyin nişanlısı belə Beyrəkdən əl üzüb ərə getmək istəyirsə də, ata oğlunun ölmədiyinə əmindir və hələ də 4 yolayrıcındə sağ qaldığına inanaraq oğlunu gözləməkdən vaz keçmir. Bu məsələnin özü də çox maraqlıdır.Həmin sirli əlaqə ataya sanki oğlunun yaşadığını və ölmədiyini hiss etdirir.Ata oğlunu gözləyərək o qədər göz yaşları axıdır ki, ağlamaqdan gözləri nurunu itirir.O , bugün daha bədbəxtdir. Oğlunun nişanlısı oğlunu öldürən qatillə evlənir. Ata aciz-aciz gözləyir.Beyrək gəlib bəzi nişanələri nişanlısı Banu Çiçəyə söyləyərək ölmədiyini sübut edəndə qız ata minib qaynatasını sevindirməyə gedir.Atası bildirir ki, qoy oğlan əlini kəsərək qanını onun kor olmuş gözlərinə çəksin.Əgər gözü açılsa, onda o,doğrudan da, onun Beyrəyidir.Bugün təbabət elminin nə qədər inkişaf etdiyini hamımız çox gözəl bilirik.Amma heç bir təbabət oğul qanının kor olmuş ata gözlərinə dərman olduğunu tanımır.Bu, bayaq dediyimiz həmin gizli əlaqənin sübutundan başqa bir şey deyildir.Gəlin bir az dərinə gedək.Əgər Dədə Qorqud peğəmbərdirsə, əsərin qeyri-adi yüksək pafoslu müqəddəs kitabların dilini xatırladan bir dili olduğunu vurğulayırıqsa, onda burada başa düşülməyəcək nə var ki? Deməli, müqəddəslik bu adamlara peyğəmbərə yaxın, əzab çəkməyi bacardıqlarına görə məhz allah tərəfindən bəxş edilib.
Əsərin dili, həqiqətən, müqəddəs kitabların dilini xatırladan yüksək pafoslu , müasir tələblərin belə fövqündə dayanan qeyri-adi bir dildir.Aşağıdakılar dediklərimizi sübut etmək üçündür:
Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı,yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli, gedimli dünya,
Son ucu ölümli dünya.
Və ya
Qarşı yatan qarlı dağlar
Qarıyıbdır, otu bitməz.
Qanlı-qadalı irmaqlar
Quruyubdur, suyu gəlməz.
Şahanə-şahbazı atlar
Qarıyıbdır,qulun verməz.
Onu da qeyd edək ki, dastanda nəinki şeirlər, hətta nəsr hissələri də insanı heyrətləndirir, nəsr dili də şeir dilini xatırladır.məs.Torpağı qorumadın, onu əkməyinə dəyməz. Əkmədin , onu qorumağına dəyməz.-və ya-Ov ovladı,quş quşladı.Əsərdə onu müqəddəs kitablara bənzədən xüsusiyyətlərdən nəsihətamiz,hikmətamiz ifadələrin bolluğunu göstərmək məqamına düşər.Atalar sözləri isə insanı öz arxasınca apara bilən ən dəyərli sözlərdir ki, əsərdə gen-bol işlənmişdir.Həm də bir qədər yuxarıda qeyd etdiyimiz kimi, atalar sözlərinin hamısında qüdrətli bir elm,qaçılmaz bir müqəddəslik hiss olunmaqdadır.Elə bu anda biz mütləq əsərdə istifadə edilən alqışlara da toxunmalıyıq.Alqışlarla yuxu arasında sıx bir əlaqənin olduğunu bilirsinizmi?
Gəlin bu barədə bir qədər danışaq.Alqışlərdan bəzilərinə toxunaq.Söhbət , əlbəttə,”Dədə Qorqud”dastanındakı alqışlardan gedəcək.Çünki dastan çox qədim olduğu üçün oradakı alqışlar da qədimdir və nəzərinizə onu da çatdırım ki, elə bütün hikmətlər məhz qədimliklə bağlıdır.Hikmət ondadır ki, əsərdəki alqışlarla əlaqəli yuxuda məhz bu günlərimizdə belə,nə görsək , tam düz çıxacaqdır.Buyurub, yoxlaya bilərsəniz, bu fikrin düzgünlüyünə tam əmin olacaqsınız.-Budur t ü r k ü n üstünlüyü, budur t ü r k ü n müqəddəsliyi, budur t ü r k ün hikmət dünyası, budur t ü r k ü n fəziləti.Bir neçə misal gətirim-Çaparkən ağ-boz atın büdrəməsin!-Yuxuda ağ və boz at görsəniz, xoşbəxtliyə işarədir.Ya-Qarlı uca dağların yıxılmasın!-Yuxuda dağ başına çıxsanız, yenə ucalığa işarədir.Ya-Kölgəli hündür ağacın kəsilməsin!-Yuxuda hündür ağac , həm də yaşıl olmaq şərtilə, görürsünüzsə, yenə də yaxşılıqlara işarədir.Həmçinin,-Coşğun axan gözəl suyun qurumasın!-Yuxuda coşğun axan su görəcəksinizsə, işiniz əla olacaq deməkdir.
Özünüz deyin, saydıqlarımız müqəddəsliyə işarələrlə dolu deyilmi?
Daha çox tutarlı bir fikir də söyləmək lazımdır.Gəlin yadımıza salaq-“Quran’’da analar haqqında belə bir deyim olduğunu hamımız bilirik.-Cənnət anaların ayaqları altındadır.-
İndi isə “Kitabi-Dədə Qorqud”da analar haqqında olan fikirlə üz-üzə qalaq-Ana haqqı tanrı haqqına bərabərdir.-Sözü sizlərə buraxıram-Hansı daha üstün fikir hesab edilə bilər? Şərhə ehtiyac varmı?
Məgər 7-ci əsrdə anadan olan oğlan uşaqlarına ad qoyulmurdumu? Məgər türk xalqı 7-ci əsrdə çadırdamı yaşayırdı?Yenə də şərhə ehtiyac yoxdur.
Əsərdə müqəddəsliklə bağlı bir məqam daha vardır. Söhbət sonsuzluqdan gedəcəkdir.Dastan qədim olmaq etibarılə olduqca maraqlı bir fikir ötürür.Qızı olan qırmızı çadıra, oğlu olan ağ çadıra, sonsuz olan qara çadıra.Allah onları qarğamış, biz də qınayırıq.Məsələ bundadır ki, bir qədər sonra biz dahi Nizamidə “Yeddi Gözəl” əsərində Yəzdigürdlə bağlı belə bir epizodun şahidlərinə çevrilirik ki, Yəzdigürdün övladı ona görə yoxdur ki, o,murdar adamdir; daima pisliklər edir,kimlərisə öldürür, kimlərinsə bütün var-yoxunu əlindən alır,kimlərisə evsiz-eşiksiz qoyur və yalnız dərvişin məsləhətlərindən sonra, uzun müddət yaxşılıqlar edəndən, acları doydurandan, evsizlərə ev verəndən bir müddət keçdikdə tanrı onun günahlarını bağışlayır və Bəhram anadan olur.Bu da təmizliklə,saflıqla,müqəddəsliklə birbaşa bağlı deyilmi?
Sonda bunu da deyək ki, əsərin üzünü köçürən şəxs həm də əsərə islam dini ilə bağlı epizodlar daxil etmişdir ki, bu da əsərin qədimliyinə xələl gətirməkdədir.Şifahi xalq ədəbiyyatı çoxvariantlıdır.Bunu düzəltməklə biz sadəcə, şoxvariantlığı bərpa etmiş olarıq .Gəlin biz bunu gec olmadan, elə indi edək.Edək ki, gələcək nəsillər bizi qınağa çəkməsinlər.


Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
10-cu sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) haqqında iradlarln ardı.

Səhifə 47-də “Xosrov və Şirin” əsəri ilə bağlı dərslikdə verilən aşağıdakı cümlələri diqqətinzə ötürürəm:-Hökmdarın ondan məhəbbət mövzusunda əsər-“həvəsnamə”istəməsindən o qədər də razı qalmayan Nizami çıxış yolunu onda görür ki,özünə qədər bu janrda poema yaratmış müəlliflərdən fərqli olaraq yüngül məhəbbət macəralarının təsvirini verən bir əsər yox, məhəbbətin ecazkar təsiri altında insanın mənəvi-əxlaqi təkamülünü göstərən ölməz poema yaratsın.
Səhifə 52-də Nizaminin “İsgəndərnamə” əsərinin ayrıca verilməsini hamımız bilirik .Mən testlərdəki səhvləri deyəndə də bu haqda danışmışdım. Təklif kimi bu əsərin yerinə “Xosrov və Şirin”əsərinin salınmasını xahiş etmişdim.Səbəbləri çoxdur:
1.İsgəndər bildiyimiz kimi, Makedoniyalı İsgəndərdir və tarixi bir qədər oxuyan hər bir azərbaycanlı belə bir adamla bağlı ideal-poetik , az qala peyğəmbərləşdirilən obraz səviyyəsinə qaldırılan “personaj”la tanış olmaqdan heç bir şərəf hissi duya bilməz.Belə olduğu təqdirdə biz hər dəfə özümüzü niyə mənən bu qədər alçaltmalıyıq? Tarix kitablarında hələ də Azərbaycanın adı Makedoniyalı İsgəndərin sərkərdəsi olan Atropatın adı ilə bağlanmaqdadır.Həm də bu bağlılığın ən ağrılı tərəfi məhz ondadır ki, Makedoniyalı İsgəndər Azərbaycanı tam və qəti şəkildə işğal etmiş və bu ölkəni daima əsarətdə saxlamaq məqsədi ilə öz sərkərdəsini bu ölkəyə başçı təyin etmişdir.İndi özünüz bir qərar verin.Bu əsəri tədris etməliyikmi?
2.Əslində alimi təpikləyən biri ideal olmağa layiqmidir?
3.Dahi Nizami tarixi təhrif edib, İsgəndəri Nüşabənin ayağına gətirsə də,guya Nüşabəni ruslardan azad etsə də, Nüşabəni özündən ağıllı zənn etsə də,əslində,bunlar tarixi dəyişə bilməz.Heç bir vətənpərvər azərbaycanlı da həqiqətə bu qədər göz yumaraq bə əsəri soyuqqanlıcasına tədris eləməyə özündə qüvvə tapa bilməz.Qalanını sizlərin öhdəsinə buraxıram.
Səhifə63-də Nəsimiyə aid olduqca qüsurlu bir fikir getmişdir.Mən həmin cümləni olduğu kimi yazıram-Nəsimi Peyğəmbər nəslindən olduğu üçün ‘’Seyid”adlandırılmışdır.Diqqət edin-əgər Nəsimi peyğəmbər nəslindən olsaydı, onda o, ərəb olmalı idi.Nəsimi –
Gərçi bugün Nəsimiyəm, Haşimiyəm,Qureyşiyəm,
Məndən uludud ayətim,ayətidanə sığmazam.-deyirdisə, o ərəb olduğunu qətiyyən düşünmürdü.O, bildirmək istəyirdi ki, pisliklərdən tamamilə təmizlənmiş hər bir kəs peyğəmbər kimidir.
Səhifə 66-da “Yanaram” qəzəlinin ilk beytindəki səndən iraq ifadəsini müəlliflər iki mənada işləndiyini göstəriblər.Əslində, bu ifadə yalnız bir mənada işlənmişdir.Səndən uzaqda olanda mənasında. Nəsimi bu misra ilə onu demək istəyir ki, sevgilisindən uzaq olanda o, gecə də, gündüz də yanır.İkinci məna ona görə düzgün hesab edilə bilməz ki, şair çox sevdiyi üçün sevgilisinin də onu sevməsini arzu edir.
Səhifə 67-də “Mən mülki-cahan...” qəzəlində-
Mən mülki-cahan, cahan mənəm,mən,
Mən haqqa məkan,məkan mənəm, mən.-beytinin mənasını –dünyadakı bütün gözəllikləri yalnız insanın layiqincə duyub qiymətləndirməyi bacardığını qeyd ediblər.Əslində, bu qəzəlin bütün beytlərində insanın kamilliyi,insanın mükəmməlliyi, insanın bütün canlıların fövqündə dayandığı,insanın şərəfi,insanın yerdən-göyədək hər bir biliyi öyrənmək,dərk etmək arzusu və bu arzuya nə vaxtsa yiyələnəcəyi,insanın əzəməti, qüruru,ləyaqəti-bu ləyaqətin,qürurun,əzəmətin-yerlərə və göylərə sığmadığı, insanın daima bütün pisliklərin fövqündə dayandığı-bir sözlə, insanlığın bəşəriyyətə meydan oxumasıdır.-insanlığın harmoniyası-insanlığın simfoniyasıdır,insanlığın fəlsəfəsidir.
Nəsimi bu şeiri ilə bizlərdən hər birimizi şərəfləndirmiş, bizlərdən hər birimizi mənən göylərə ucaltmışdır.Amma Nəsimi bu ucalığa layiq şərh olunmalı idi.Buna onun haqqı var idi.
Nəsimi nəinki həyatı, nəinki çarpışması, nəinki yaradıcılığı, hətta ölümü ilə belə, düşmənlərini mat və heyran buraxaraq, onları sarsıtmağı bacarmışdı.Bu, hər kəsə layiq olan bir məqam deyildir.Nəsimi qədər həyatı əfsanələrlə zəngin olan ikinci beləsi yoxdur.Çünki xalq onu sevir və bu sevgini əfsanələrə çevirirdi.Düşmənləri onu öldürməyə də qorxurdu-onlar xalqın Nəsimiyə olan böyük sevgisindən ,sözün əsl mənasında q o r x u r d u l a r.O, sağlığında belə özünə məhəbbətdən abidə ucaltmağı bacarmışdı.Amma müəlliflər belə bir şəxsiyyətə cəmi üç vərəq həsr etmişlər.
Şah İsmayıl Xətayi.
Bu şəxsiyyət də yalnız Azərbaycan kimi müqəddəs bir ölkəyə xas olan olduqca qeyri-adi bir insan- Allahın özünün bu məkana layiq bildiyi və bağışladığı əvəzolunmaz bir ərməğandır.
yaşında öz gücünə şah olan belə bir şəxsiyyət yalnız bizim xalqımıza aiddir – başqa heç bir yerdə, dünyanın heç bir ayrı yerində 14 yaşında öz gücünə şah olmağı bacaran birinə rast gələ bilməzsiniz.Ərəblərin işğalından sonra Azərbaycan dili tamam gözdən-nəzərdən düşmüşdü. Şairlər uzun müddət bu dilə qiymət verilmədiyindən öz ana dillərində yazmaq istəmirdilər-ərəblər bu dili çoban dili səviyyəsində tuturdular.-Məhz həmin ağır vaxtda Xətayi özünü şah elan edir və bu şahlıq Azərbaycana çox yaraşır-Məğribdən-məşriqə çox böyük bir ərazini Azərbaycan adında birləşdirən Xətayi Azərbaycan dilini dövlət dili səviyyəsinə yenidən qaldıraraq həmin dildə gözəl şeir nümunələri yaradır-
Qızılgül bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım,nə dersən?

Qərarü-səbri-aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Sənin məqsudun budur ki, mən ölüm,
Sənə halaldır qanım, nə dersən?

Gər yatsam, min il torpaq altında
Dürüstdür əhdü –peymanım, nə dersən?

Hamının küfr ilə imanı vardır,
Mənim küfrilə imanım, nə dersən?

Xətayi can ilə çün səni sevdi
Sevən ölsünmü,sultanım, nə dersən?
Göründüyü kimi, bu qəzəl ,hər mənada və hər cəhətdən kamil bir sənət əsəridir, hətta Füzulinin belə istənilən qəzəli ilə rəqabətə daxil olmaq gücündədir.Belə bir şəxsiyyətə də müəlliflər,çox təəssüf ki, kifayət qədər diqqət və yer ayırmamışlar.Xətayi şəxsiyyətini tanıda biləcək əsərlərdən və cümlələrdən faydalana bilməmişlər.

Məhəmməd Füzuli.
Məhəmməd Füzuli adı bütün Şərq dünyasını bir mif kimi dolaşan, qəlblərin dərinliyinə enməyi, ürəkləri fəth və”işğal etməyi , söz ordusu ilə bütün əzaları zəbt edən”,sözün ecazkar qüdrəti ilə insan qəlbini riqqətə və ehtizaza gətirən,düşüncələri sözün sözə yanaşaraq əmələ gətirdiyi sirli ifadələrlə dəyişmək sehrinə,möcüzələrinə sahiblənən ən nadir sənət incilərini ədəbiyytımıza bəxş edən “sözə həmişə ehya verən”, ürəklərdə gəzməyi ,iliklərimizdə və damarlarımızda qanımız kimi dövr etməyi bacaran qeyri- adi bir söz sərrafıdır.
Vaxt var idi ki, böyük Füzuli şikayətlənirdi-
Nə açar kimsə qapım badi-səbadan özgə
Nə yanar kimsə mənə atəşi dildən qeyri.
Bu misralar dediyimiz sehrli fikirlərdən biridir.Yəni şair elə yoxsuldur ki, onun qapısını əsən küləkdən başqa heç kəs açmaz, elə zavallıdır ki, ona evində yandırdığı atəşdən başqa birinin canı yanmaz.Amma indi, bugünlərimizdə xoş sözə, təskinedici sözə ehtiyac duyan hər bir kəs özü,heç kimə əyilmədən məhz Füzulinin söz evinə daxil olub, ondan könül arzusu ilə “doyanadək” bəhrələnir.Füzuli şeiri heç bir şeirlə müqayisəyə gəlməz.Hələ onda elə misralar, elə beytlər var ki, həmin parçalardakı məcazlar elmdə öz yerini ala bilməyib , alim yolunu gözləyir-yəni Füzuli Azərbaycan dilini elə zənginləşdirib, elə mükəmməlləşdirib ki,
Bunu başqa heç kəs edə bilməz.Demək asandır, gəlin dediyimizi sübuta yetirək:
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma kim, şair sözü, əlbəttə,yalandır.
Füzuli yalançı idimi?Məcazın gücü göz önündədir.Ya-
Eşq tədbiri,ey müalic,qabili mümkün deyil,
Tərki-can derlər onun ən mötəbər dərmanına.
Saf eşqin dərmanı ölməkdir.Ya-
Əgər su damənin tutdum,rəvan döndərdi üz məndən,
Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.
Beytin açması:-Əgər dərdimi axan suya dedim,dərdimin ağırlığı axan suyun məcrasını tərsinə döndərdi,güzgüyə dərdimi dedim,güzgü mənə tərs üzünü çevirdi.Şair güzgünün tərsinə göstərmə xüsusiyyətini sənətkarcasına poetik bürüntüyə qərq edərək,misilsiz bir məcaz yaratmışdır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
10-cu sinif ədəbiyyat dərsliyindəki (2012-ci il nəşri) iradların davamı.

İndi isə bu parçaya nəzər salaq:
Gər basıb əl nəbzimə təşxil qılsan, dərdimi
Al əmanət, qılma hər bidərdə izhar,ey həkim.
Bu beytin açması olduqca maraqlıdır.İndi- indi inkişaf etmiş ölkələrdə yeniyetmə gənc özünə qapananda, yaxud özünü pis hiss edəndə, ata-anası həmin şəxsi həkimə aparanda,həkim əvvəlcə gəncin nəbzini əli ilə tutaraq,gənc əgər qızdırsa,oğlan adlarını,yox əgər oğlandırsa, qız adlarını deməyə başlayır.Təsadüfən hansısa adın çəkildiyi zamanı ürək şiddətlə döyünərsə, onda həkim valideyni bir kənara çəkərək, onun övladının sevgiyə tutulduğunu və ona kömək lazım olduğunu söyləyir.Deməli,həkimlər bugünlərimizdə sevginin xəstəlik olduğunu bildirirlər.Dahi Füzuli bunu beş əsr bundan öncə, həm də şeirində söyləmişdir.
Biz bu beytlərin sayını daha çox artıra bilərdik.Amma belə gözəl şeirlər əvəzinə dərslikdə elə nümunələr verilib ki, şagirdlər Füzulini onlar əsasında heç də tanıya bilməzlər.Əksinə elə bir beyt nümunə kimi gətirilib ki, orta məktəbə , yenə də həmin parçanın necə yol tapması hamımızı çox narahat etməlidir:
Çıxma yarım gecələr əğyar tənindən, saqın
Sən məhi övci məlahətsən bu nöqsandır sana.
Hələ müəlliflər bu beytin açılmasına da , xeyli yer ayırıblar, xeyli canfəşanlıq göstəriblər.Bunu necə etmək olardı?Bu beyt dərslikdən çıxarılmalıdır.
99-cu səhifədə iki möhtəşəm epos müqayisə olunmuş, lakin bu müqayisədə aşağıdakılar unudulmuşdur:
1.Hər iki eposda ozan –aşıq mədəniyyətinin çox böyük əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Bu fakt mütləq deyilməli idi. Musiqi mədəniyyətinin ən qədim zamanlarda belə, əziz,müqəddəs tutulması hamımızın qəlbini riqqətə gətirir.
2.Hər iki eposda əfsanəvi cəhətlərin də yer tapması ,nədənsə, unudulmuşdur.Bu epizodların olması həmin abidələrin qədimliyinə dəlalət edir ki, bu faktlardan öz xeyrimizə imtina etməyə haqqımız yoxdur.
3.Hər iki eposda Azərbaycan qadınlarının nə qədər gözəl, nə qədər zərif, nə qədər duyğusal, nə qədər ağıllı, nə qədər canıyanan olduqları öz əksini tapmışdır ki, bu faktlar da mütləq vurğulanmalıdır.
4.Hər iki eposda vətənə,elə-obaya,xalqa böyük bağlılıq vardır. Bu fikir də çox əhəmiyyətli olub, sadalanmalı idi.
5.Hər iki eposda təşkilatçılıq,idarəetmə bacarığı, yeri gələndə təkbaşına düşmənə hücum etmək cəsarəti öz əksini tapmışdır.Bu faktlar da qeyd olunmalıdır.
100-cü səhifədə nərə sözünün böyük hərflə yazılması təəccüb doğurur.
Səhifə 109-da səhv bir ifadə verilmişdir.-Məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar.-Olmalıdır-Məni qoruyan mənim tanrımdırsa,şüşəni daş içərisində də salamat saxlar.
Səhifə 118-də”Sərgüzəşti-vəziri-xani-Sərab” əsəri belə verilməlidir-“Sərgüzəşti-vəziri-xani-Lənkəran”.Ort­a məktəbə ikili variantlar gətirilməməlidir.
Səhifə 127-də ciddi bir səhv var.Yəni səhv olaraq satira janr kimi ayrıca qeyd olunub.Satira epik növə aiddir.
Səhifə 128-də “Dilbər”,”Dilbəri-sadə” kimi ifadələr kişik hərflə verilməli olduğu halda, böyük hərflə yazılmışdır.
Səhifə 129 və131- də qoşmanın yazılışı bənd şəkıində deyil, məsnəvi şəklində getmişdir.Bu, ciddi səhvdir.
Səhifə 135-də Qasım bəy Zakirin sənətkarlığında mütləq bir şeir parçası olmalı idi.Sənətkarlıq həmin şeir parçasında öz əksini tapmalı idi.
Səhifə 146-da bir cümləni diqqətinizə ötürürəm-O,Şahbaz bəyin daxilindəki istək və ehtirasları görə bilmir.Bu cümlədəki səhvləri qeyd edək:
a).Ehtiras sözünü orta məktəbdə belə cümlələrdə vermək məqsədəuyğun deyil. Əgər oxumaq ehtirası şəklində işlənsə idi, heç bir etiraz motivi olmazdı.Amma istək sözündən sonra bu söz lazım deyildi.
b).Şərəfnisədən bu cümlənin mənasına görə “şərəf”çıxılır.Yəni qızın öz sevgilisini başa düşməməsi qıza şərəf gətirmir.Niyə qızı belə gözdən salırsınız?
c).Bu cümləyə baxaq:Nişanlısının Parisi görmək,dünyadakı yeniliklərdən xəbər tutmaq arzusunu öz düşüncə tərzinə uyğun mənalandırır.Əslində,Şahbaz bəy nə Parisi görmək, nə də dünyadakı yeniliklərdən xəbər tutmaq istəyirdi.Hörmətli müəlliflərin nədən belə yazdıqlarını başa düşmək mümkün deyil.Şahbaz bəy Parisə fransız dilini öyrənmək, özünə karyera qurmaq məqsədilə bunu etmək istəyirdi.
Səhifə 148-də olduqca böyük bir səhv var:-...Bizim arvadlarımız gödək libas geyinər,(?) onların arvadları uzun libas....Diqqətli olmaq lazımdır ki, belə səhvə yol verilməsin.
Səhifə 156- da S.Ə.Şirvaninin heç vaxt heca vəznində yazmaması getməli idi.Testə bu barədə məlumat salınır,dərslikdə isə heç bir göstəriş yoxdur və birinci cümlədə şairin yazdığı lirik növlər sadalanandan sonra və sair kimi janrlar da qeyd olunur ki, bu şagirdləri düz fikirdən yayındırır.
Səhifə 157-də və168-də qəzəl ,səhvən,bəndlə,qoşma isə səhvən məsnəvi kimi vərilmişdir.
Səhifə 160-da S.Ə.Şirvaninin sənətkarlığında da şeir nümunəsi unudulmuşdur.
Səhifə 170-də “Görmədim” qoşmasında Aşıq Ələsgərin cəmiyyətdə neqativ halların doğurduğu təəssüf hisləri ustalıqla şərh olunur.- səhv verilib-Ələsgər ədəbi tənqidçı deyildi. Müəlliflər bu fikri öz tərəflərindən versə idilər, biz bunu səhv hesab etməzdik.
Səhifə 150-də də bu fikir düzgün hesab edilə bilməz-Povestdə əsas tənqid hədəfi Şah Abbasdır. Əslində, şah mütləqiyyəti demək daha doğrudur,çünki şahın ətrafındakılar da bir o qədər günahkardırlar.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
10-cu sinif “Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri) barədə yeni məlumat.

Mən ən qədim Azərbaycan ədəbiyyatı barədə yazacağam.Hamimiz üçün ən qədim dövr Azərbaycan ədəbiyyatı barədə danışmağın nə qədər ağrılı olduğunu gizlətmək mümkün deyildir.Olduqca ağrılı məqamlardır ki, Azərbaycan ədəbiyyatı adı altında biz ərəb, “ən yaxşı halda fars” dilində yazılmış əsərləri nəzərdə tuturuq.Səbəbini isə çox gözəl bilirik.Bilirik və ağrıya-ağrıya susuruq.Susuruq,çünki dinlə bağlı olduğundan hər bir kəsin qəlbində qəribə xof və zəhm yaranır. Bütün dünya bilir ki, ərəblər 7-ci əsrdə Azərbaycana hücum edib.Bu fakt Qədim dünya tarixində öz əksini tapıb.Lakin bizim tarix kitablarında ərəblərin istilası az qala islam dininə görə bəraət qazanır,belə fikirlər verilir ki,guya Azərbaycanda heç bir mədəniyyət yox imiş,ərəblərin mədəniyyəti ilə guya Azərbaycana böyük bir,yeni bir islam mədəniyyəti qədəm qoyubmuş.Mənə inanmayanları mən Azərbaycan tarixi kitablarını oxumağa dəvət edirəm.Amma biz və yalnız biz özümüz bilirik ki, belə əsərlər yazılmış, lakin ərəblərin istilası zamanı o abidələrin hamısı məhv edilmişdir.Onlar dinimizi,dilimizi əlimizdən almaqla kifayətlənməmiş,bütün yazılı abidələrimizi məhv etməklə ürəkləri soyumamış hətta bizi yer üzündən silmək məqsədi ilə Azərbaycanın hər bir tərəfinə çoxlu sayda ərəb ailələri köçürməklə,azərbaycanlıları ərəblərin içində “əritməyə”cəhd etmişlər.Bu fakt tarix kitablarında vardır.Bu prosesin elmi adı assimilyasiyadır.Kitablarda bu prosesi assimilyasiya termini ilə veriblər ki, heç kim heç nə başa düşməsin.Bəs başa düşənlər nə etsin?
Bu halda bizim bircə təskinliyimiz var.O da bundan ibarətdir ki, heç bir azərbaycanlı qızı ərəb oğlanına ərə getmədi,ərəblərin assimilyasiya –yəni azərbaycanlıları bir millət,yaxud ən azından bir xalq kimi yox etmək kimi mənfur və xəbis niyyətləri baş tutmadı.Türk xalqının namus və şərəfi bizim hamımızı labüd “ölüm”dən xilas etdi.Əksinə proses öz qüdrətli hökmünü bərqərar etdi-bizim öğullarımız ərəb qızları ilə ailə quraraq Azərbaycandakı ərəblərin “kökünü kəsdi”.O günlərdən hər bir regionda ərəb məhlələri adı bu tarixi unutmayaq-deyə aci bir yadigar kimi ürək ağrısına çevrilərək bugünümüzədək adlamış,bu bir tarixdir-onu unutmaq olmaz –deyə hər birimizə bir sirr kimi səslənir.
Amma biz də, ən yaxşılarımızın səbəbi,sayəsi hesabına ərəblərdən bugünümüzədək öz”intiqamımızı,qisasımızı” almağı “bacarmışıq”.Necə?-Cavabını hər birimiz şox gözəl bilirik.Azərbaycanlı ruhu,Azərbaycan müdrikliyi burada da bizə yardım olub.Zahirən,biz islam dinini qəbul etsək də,amma o dini ,həm də qılınc gücünə qəbul etdiyimizi ruhumuz inkar etmək iqtidarında olmayaraq,iki dini bugünlərimizədək yanaşı,paralel gətirmişik-Zorla qəbul etdiyimiz islam dinini-mənəviyyatımızın unutmağa yol vermədiyi,iliyimizdə,qanımızda,canımızda könüllü və əbədi yaşayan atəşpərəstlik dinini –qədimliyimizin,ruhumuzun ərməğanı kimi qorumuş,saxlamış indimizlə qovuşdurmuşuq-Bunu inkar etməyə heç kimin cürəti yetməz.
Bu böyük türk xalqının tarixi qələbəsidir-özünütəsdiq sənədidir.Bütün dünyaya hayqırdığı haqqı,ədalətidir.YUNESKO-nun bütün dünyada bu haqqın əzəmətli və təntənəli şəkildə Novruz bayramının dünya mədəniyyətləri incilərindən hesab edilməsi hər birimizə nə qədər böyük bir fərəh hissi aşılaması məhz bununla izah ediləndə daha da həşəmətli olur.
Ərəblər Azərbaycan dilinin şeir və sənət dilinə yaramadığını deyərək bu dildə şeir yazmağı qadağan etmişdilər.Ona görə də uzun müddət bu dildə yazmağa heç kim cürət etməmişdi.Hətta dahi Nizami belə,çox təəssüflər olsun ki,öz ehtişamlı əsərlərini fars dilində yaratmağa vadar edilmişdi.Əslində Nizami ,bunu demək nə qədər acı olsa da,fars dilini zənginləşdirmiş,fars dilini misilsiz bir dəyərə qovuşdurmuşdur.Böyük vətənpərvər şairimiz Səməd Vurğun Azərbaycan dilinin şedevri sayılan “Vaqif” pyesində bu ağrının unudulmayacağını belə müəyyənləşdirmişdi:
Qacar-Gərək fars dilində yazsın sənətkar.Bu cümlənin necə ağır olduğunu məhz əsl vətənpərvərlər dərk edə bilərlər.Səməd Vurğun bizləri qəflət yuxusundan oyatmaq,tarixə yenidən sərf-nəzər etməyə çağırır.
Amma Azərbaycan yenə də tarixə, heç nəyə baxmadan, öz üstünlüyünü sübut etməyi bacardı-o ağrıları unutdura biləcək “Dədə Qorqud”,Babək,Şəh İsmayıl Xətayi,Koroğlu, Füzuli və saya bilmədiyimiz nə qədər qüdrətli şəxsiyyətləri bəxş etdi.

Göyçay şəhər 6 № li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
10-cu sinif Ədəbiyyat dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumat.


Yəqin ki,bizlərdən hər birimiz bilirik ki, Azərbaycan ədəbiyyatının ən nadir xəzinəsi olan Nizamimizi,Füzulimizi, bütün dünyaya səs salan “Kitabi-Dədə Qorqud”umuzu,ölməz və əbədiyaşar Koroğlumuzu indi Türkiyə türkləri öz əsərləri kimi,öz şəxsiyyətləri kimi tanıyır,sanır və tədris edirlər.Biz heç vaxt bu barədə onlara öz etiraz motivimizi bildirməyi ağlımıza belə gətirməmişik.Biz q ə l b i g e n i ş, ü r ə y i a ç ı q bir xalq olduğumuzdan hətta onlara haqq da vermişik.Ümumtürk,ümumoğuz abidəsi hesab olunduğundan onları sözün əsl mənasında dəstək də etmişik.Belə olan halda eyni iddianı Azərbaycan ədəbiyyatı da Türkiyəyə -türk ədəbiyyatının bəzi əsərlərinə eyni səbəbdən irəli sürməyə haqq qazanır.
Eramızdan əvvəl 7-ci əsrdə yaşayan Turan hökmdarı Alp Ər Tonqa haqqında yaradılmış dastan,Şu, Hun- Oğuz,Doqquz Oğuz ,Yaradılış,Oğuz Kağan, Bozqurd,Ergənəkon kimi dastanlar və eləcə də Yusif Xas Hacib nədən Azərbaycanla bağlanmasın? Əgər, doğrudan da,bu əsərlər ümumtürk, ümumoğuz ellərini əhatə edirsə,onda bizim də bu əsərlərə tam və qəti olaraq eyni iddiamız nədən olmasın?Bu barədə düşünmək çox azdır.Biz öz haqlı tələbimizi qoymalı və öz müəlliflik hüququmuzu eyni şəkildə müdafiə etməyi bacarmalıyıq.Bütün qüvvəmizlə çalışsaq,lap tezliklə öz haqlı arzumuza çatacağıq.Heç kimlə məsləhətləşmədən,bu fikirləri bütün vacib olan ədəbiyyat kitablarına daxil edərək ,həmin əsərləri və müəllifləri-onların əsərlərini Azərbaycan ədəbiyyat nümunələri kimi təqdim etməyin və öz əsərlərimiz kimi öyrənməyin əsl məqamıdır.

Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
10-cu sinif Ədəbiyyat kitabı barədə yeni məlumat.

Biz bugün Azərbaycanın iki böyük şəxsiyyətini müqayisə edərək çox maraqlı faktlarla üz-üzə dayanacağıq.Azərbaycanın dahi şairi Nizami Gəncəvi və Azərbaycanın fəlsəfi fikir qaynağı,şeirlə mübarizəni üsyanla,yeni dünya yaratmaq əzmi ilə-insanın qüdrətini,kamilliyini,sarsılmazlığını,iradəsini,lə­yaqətini dünyadakı ən ali-ən uca mövqeyini bəşəriyyətə bəyan edən və bunu öz həyatı ilə əsl bir nümunəyə döndərməyi bacaran –Nəsimimizlə fəxr edəcək,qürur duyacaq,haqlı olaraq öyünəcəyik.
Nizamidən başlayaq.Qeyd edək ki, 16-cı əsrdə Avropada əvvəllər”Günəş çəhəri”,sonralar isə”Utopiya” adlanan, Tomas Mor və Kompanellanın birgə səyi nəticəsində yazılan bu kitab tezliklə bütün dünyada yayılaraq müəlliflərinə misilsiz bir şöhrət gətirdi.Şöhrətin səbəbi isə həmin kitabda ideal bir cəmiyyətin təsvir edilməsi idi.Əlbəttə,Tomas Mor və Kompanella “Utopiya”kitabında ideal cəmiyyətə gəlib çıxmaq yolunu göstərə bilməmişdilər.Avropanın “barbar”mənasında “tatar” adlandırdıqları Şərqlə -Nizami ilə tanış olduqdan sonra Bəşəriyyətin “tatar”adlandırdıqları Şərqə-türklərə münasibətləri Avropanı heyrətə gətirməyə bilmədi-Onlar hələ Tomas Mor və Kompanelladan düz dörd yüz il öncə Azərbaycanda ideal bir cəmiyyətin təsvir olunduğunun şahidlərinə çevrildilər.Nizami “Xəmsə”sindəki “İskəndərnamə”əsəri bunun təkzibedilməz bir sübutuna çevrildi.Tomas Mor və Kompanellaya aid olan şöhrət bu müəlliflərdən vaz keçərək-Azərbaycana- Nizamimizə tərəf gəlməyə başladı.Bununla necə fəxr etməmək olar?Amma təəssüf ki,Nizami belə bu müəlliflərdən ideal cəmiyyətə necə gəlib çıxmaq yolunu göstərə bilməməsi ilə elə də fərqlənə bilməmişdi.Yəni Nizami də ideal cəmiyyəti hazır şəkildə təsvir etmişdi.Onu da qeyd etmək yerinə düşərdi ki,məhz YUNESKO 1991-ci ili Nizaminin həmin qlobal- sivil dünyanın belə bugün həll edə bilmədiyi ideal cəmiyyət və ideal hökmdar problemini həll etmək-bu yolda bütün humanist ideyaları vermək qüdrətinə görə Yer Kürəsi üzrə Nizami ili kimi qeyd etmək haqqında qərar imzalamış və bu qərarı həyata keçirmişdi.
Nəsimi dahi Nizaminin həm davamçısı,həm də ondan daha da irəli gedərək onun fikirlərinin inkişaf etdiricisi olmuşdur-yəni Nəsimi i d e a l c ə m i y y ə t ə n e c ə g ə l i b ç ı x m a q y o l u n u da açıqlaya bilmişdi.Nəsimi yaradıcılığının qüdrəti də məhz həmin ideyaların daşıyıcısı olmasındadır.
Bu,heç kimə sirr deyil ki, h a m ı m ı z ətrafımızda daim nələrinsə baş verdiyinin şahidləriyik.Hamı gözəl bilir ki,cəmiyyətdə qeyri-bərabərlik hökm sürür.Bəziləri çox əla,bəziləri yaxşı, bəziləri pis,bəziləri lap pis yaşamaqdadır.Demək olar ki, bu faktı hamı bildiyi halda, cəmiyyətin əksər hissəsi bu ədalətsizliklə barışaraq öz yaşayışlarını davam etdirməklə-başlarını aşağı salıb,ailələrini bir yana çıxarmaq fikri ilə məşğuldurlar.Bəziləri bu ədalətsizliyə dözmürlər,lakin yenə də nəsə etmək niyyətində olmurlar.Amma xalqın çox az –lap az bir hissəsi də var ki,onlar nəsə etmək,vəziyyəti dəyişmək –düzəltmək, bir sözlə cəmiyyətdə b ə r a b ə r l i k yaratmaq eşqinə düşürlər.Məhz Nəsimi də bu qəbil qeyri-adi insanlar sırasında-yalnız öz ailəsini deyil,bütün xalqını düşünənlər sırasında idi.Nəsimi hələ ilk gəncliyində,çox cavan olduğunda belə,Hüseyn təxəllüsünü özünə götürərək öz qəlb dünyasının səsini dinləyərək allahın özünün onun üçün açdığı cığırın ardınca getdiyini çəkinmədən bəyan etmişdi.Nəimi Nəsimi ilə tanış olduğunda fərqinə varmışdı ki,Nəsimi Allahın özü tərəfindən göndərilən qeyri-adi adamlara aiddir-Nəsimidə nəzəriyyəni qüdrətli şeirlərə çevirib xalqı öz ardı ilə aparmaq qüdrəti vardır-xalqı bir yerə toplamaq,xalqı idarə etmək istedadı vardır-Bu,bəşəriyyət boyunca çox az adamlara nəsib olan bir məziyyət idi.Nəsimi elə şəxslərə aiddir ki, biz onlar haqqında belə deyirik-onlar seçilmişlərdir.Biz aşağıda dediyimiz iki faktla bu fikri bir daha sübut edəcəyik.
1.Biz əvvəl bu fikri vurğulamışdıq ki, i n s a n hələ təkamül prosesindədir.Amma qeyri-adi fakt kimi indi onu da qeyd edəcəyik ki, bəşəriyyət boyunca elə şəxsiyyətlər olub ki, onlar bu təkamül yolunu başa vuraraq sonra geri qayıdıblar.Qayıdıblar ki, bütünlükdə Yer Kürəsinə aid olan ideyaları insanlara ötürsünlər-bəşəriyyəti qüdrətli ideyalarla zənginləşdirsinlər.Nəsimi də yenidən tarixin müəyyən zaman kəsiyinə Azərbaycanlıların kim olduğunu təsdiqləmək və yer üzünə öz sözünü demək üçün qayıdıb.Bu ideya bütün zamanları,bütün bəşəriyyəti ən qüdrətli hökmü ilə şəffaflaşdıraraq görün nələri deyir- Qan tökməklə,üsyanlar yolu ilə nəyəsə çatmaq,nələrəsə nail olmaq mümkün deyil.İnsan kamilləşməlidir-Hər bir insan öz qəlbinə nüfuz etməyi-öz qəlbindəki pis və yaxşı hər bir cəhəti üzə çıxarmağı bacarmalı, öz qəlbindəki,öz təfəkküründəki bütün pisliklərdən könüllü uzaqlaşmağı və öz qəlbində, öz təfəkküründə yaxşı olan hər bir cəhəti qoruyub saxlamağı öyrənməlidir-Yalnız bu halda insan mənəviyyatca saflaşar,kamilləşər,qüdrətli bir şəxsiyyətə,mükəmməlliyə qovuşar-bunu eyni zamanda hər bir kəs etsə,bütün dünya gözəlləşər,ideallaşar-Əslində,Nəsimi ideal cəmiyyətə gəlib çıxmaq yolunu müəyyənləşdirmişdir ki,bu yol hər birimizin öz “mən”indən gəlib keçir.Bütün pisliklərdən təmizlənmiş insan-ideal insandır.İdeal cəmiyyəti isə yalnız ideal insanlarla yaratmaq mümkündür.Yeri gəlmişkən onu da deyək ki, Nəsimi yaradıcılığındakı “mən” də pisliklərdən təmizlənən ideal insandır.Nəsimi və onun bütün həmməsləkləri çox gözəl bilirdilər ki,adi insan ideal cəmiyyəti yalnız arzulaya bilər,amma onu tam və qəti surətdə həyata keçirmək üçünsə, mütləq dövlət başçısı-dövlətin başında olan adama çevrilmək lazımdır.Buna görə də onlar hakimiyyəti ələ almaq uğrunda mübarizəyə başladılar.Hakimiyyətdə olanlar isə hürufilərin bu məqsədini anlamamış deyildilər.Onlar də öz növbəsində öz mövqelərini əldə saxlamağa çalışırdılar.Nəsimi bu yolda ölməyi də bacardı.Çünki O elələrindən idi ki, ö l ü m ü həyatının davamı kimi qəbul edirdi.Bunu isə hər kəs bacarmazdı.Beləliklə Nəsimi nəinki öz ideyaları ilə, nəinki öz mübarizələri ilə,hətta ölümü ilə də düşmənlərini sarsıda bildi.
2.Tibet dağlarının zirvəsində dörd divarı da şüşədən olan bir otaq vardır.Orada heç bir inhalyasiya(yəni keyitmə)əməliyyatı aparılmadan,heç bir cərrahi alətdən istifadə edilmədən insanları operasiya(əməliyyat) edirlər.Divarlar ona görə şüşədəndir ki, i n a n m a y a n l a r dünyanın hər tərəfindən təşrif buyurub bu əməliyyatları şəxsən özləri öz gözləri ilə müşahidə etsinlər.Jurnalistlər bu qeyri-adi əməliyyatları aparan istedadlara yanaşaraq onlara çoxlu suallar verir və bütün suallara cavab alırlar. Yalnız bir sual-cavabı hamının diqqətinə çaddırmağı zəruri hesab edirəm.Sual-Sizə varlı adamlar daha çox müraciət edir və sizlərə olduqca böyük pullar təklif edirlər.Niyə o pullardan imtina edirsiniz?
Cavab- Biz o pulları götürmək istəmişik,amma həmin an bu istedadın bizi tərk etdiyini aşkar etdiyimizdən biz həmin pullardan imtina etməli olduq.
Deməli,müqəddəslik t ə m i z l i k l ə mümkündür.Məhz Nəsimidə də -Nəsimi xislətən saf olduğu üçün belə bir müqəddəslik var idi.O,öz ideyalarına oqədər bağlı idi ki, hətta diri-diri soyulduqda belə,heç bir ağrı duymurdu.
Zaman keçib,vaxt dəyişib,amma Nəsimi ideyaları Y A X Ş I L A R üçün dəyişilməz olaraq qalır.Biz xoşbəxtik ki, Azərbaycanımızın belə qüdrətli,qeyri-adi şəxsiyyətləri vardır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
TQDK-nin yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsait kimi nəşr edilən kitaba aid iradlar.
Bu iradlar aşagıdakılardan ibarətdir:
1.Səhifə 44-də Xaqani mövzusundakı mətndən bir cümləni olduğu kimi yazıram:”....bu əsərində şair öz uşaqlıq və gənclik illərindən, atasından anasından,əmisindən,Şirvanşahlar sarayında çəkdiyi əzablardan,başına gətirilən zülmlərdən danışır”.Cümlə quruluşunda baş verən xəta oxucunu yanlış fikrə -şairin öz yaxınlarından cövr çəkməsi kimi səhv fikir yaratma fonuna daxil edə bilər.Cümlədə əmisindən sözündən sonra mütləq bəhs edir,yaxud söhbət açır kimi ifadələrdən biri getməli idi.
2.Səhifə 49-da dərslikdə verilən cox ciddi bir səhv bu vəsaitdə də təkrarlanmışdır.Yəni “Dədə Qorqud” dastanı səhvən yazılı ədəbiyyatın nümunəsi kimi təqdim olunmuşdur.Bu elə bir səhvdir ki, t a r i x bunu bizə bağışlamaz. Müasir dünyamızda bütün digər şifahi xalq ədəbiyyatı nümunələri bir-bir yazıya alınır.Min illər sonra həmin nümunələr yazıya alındığı üçün y a z ı l ı ə d ə b i y y a t kimi qələmə verilə bilərmi?Nəyə görə bu səhv fikir kitablarda qalaraq bizə mənəvi əzablar yaşatmalıdır?Hansı daha qədimdir:şifahi,yoxsa yazılı ədəbiyyat nümunələri?Dastanın ikinci minilliyin əvvəllərində yazıya alınması onu nəyə əsasən şifahi xalq ədəbiyyatının nümunəsi olmaqdan ayırır?Bilirsiniz,əslində bu fikir bizim düşmənlərimizə yararlı və sərfedicidir.Bizə isə l ə k ə d i r.Tarixən bizim əlyazmalarımızın ə r ə b l ə r tərəfindən məhv edilməsi faktı olmasa idi, bizim –qədim türklərin kitablarının, əlyazmalarının tarixi daha qədim köklərə söykənəcəkdi! Bu fikri biz özümüz ortaya atmasaq,daha kim edəcək ki?
3.Səhifə 50-də Qorqud ata ifadəsi ilə Qorqud “dədə”likdən məhrum edilib.Bunu bizə yalnız düşmənlərimiz edə bilərdi!Dədə sözünün necə möhtəşəm bir söz olmasını yalnız möhtəşəm biliyə malik olan dilçilər fəhm edə bilərlər.Dədə ilk insan birliklərinin meydana çıxması anında işlənən -ən qədim,dilçilərin dünyada əvvəllər yalnız bir dilə malik olduğu fikrini sübut edən vaxtlara aidliyini isbat edə biləcək bir neçə sözlərin məna və fonetik tərkibcə üst-üstə düşən məqamlarına məxsus sözdür ki,bunu dəyişib ata eləmək t ü r k ç ü l ü k d ə n- ö z ü n- ö z ü n d ə n qopmaq deməkdir.Gəlin baxaq:ingilis dilində daddy,rus dilində ded,qədim türk dilində dədə.İndi özünüz deyin,bu sözdən vaz keçmək o l a r m ı ?
4.Səhifə 51-də x a l q sözü işlənmişdir.Hörmətli müəlliflər bu sözü həmin vaxtlara aid etməzdən əvvəl tarix kitablarına baxmalı idilər.Onda bu səhvi etməzdilər.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
TQDK-nın yuxarı sinif şagirdləri və müəllimlər üçün nəşr etdirdiyi vəsaitdəki iradların davamı.
5.Səhifə 51-də verilən cümlələri olduğu kimi nəzərinizə çatdırıram:Döyüşdən qabaq namaz qılırlar.Qəhrəmanlar tez-tez ova çıxırlar,məclislərdə şərab içirlər.-Hörmətli müəlliflər bir-birinə zidd olan fikirlər irəli sürüblər.Diqqət edək: namaz qılırlar-şərab içirlər.(?).
Yenidən həmin səhifədə bir-birinə əks digər fikirlər gəlir:Eposda şəxsiyyət azadlığına da böyük əhəmiyyət verilir.Qadınlar ictimai həyatda fəaldırlar.İslam dininə aid bəzi qadağalar hələ qadınların həyatına daxil olmamışdır.Qızlar həyat quracaqları igidi sınayır,onunla at çapır,güləşir, ox atırlar.-İslam dininə aid qadağalar ona görə bu qadınlara aid deyil ki, eposdakı hadisələr,sadəcə olaraq, islam dininin qəbul olunmasından ə v v ə l k i z a m a n l ar d a baş verir.Nəyə görə biz bu faktı olduğu kimi verməyək?Niyə biz deməyək ki, dastandakı hadisələr daha uzaq keçmişimizlə bağlıdır?Axı bunu olduğu kimi qeyd eləmək bizə daha çox şərəf payı ayırır.Dastanın dəyərinə yeni bir dəyər əlavə edir.Mədəniyyət tariximizin, ulu keçmişimizin daha dəruni köklərlə bağlı olduğunu meydana çıxarır.Biz bundan könüllü vaz keçə bilərikmi?Vaz keçsək, özümüzə ziyan deyilmi?
6.Mən X sinif Ədəbiyyat dərsliyində “Dədə Qorqud” eposunun i b t i d a i i c m a q u r u l u ş u n d a n b i r q ə d ə r s o n r a baş vermiş hadisələrdən –yəni bütün müəlliflərin qeyd etdikləri t a r i x d ə n çox –çox əvvələ aid olması haqqında öz fikirlərimi yazmışdım.Həmin fikrin olduqca zəruri və əhəmiyyətli olduğunu nəzərə çarpdırmaq üçün burada o n l a r ı yenidən qabartmaq lüzumluğunu hiss edirəm.
Epos öz qədimliyinə görə bütün maddi mənəvi abidələri geridə qoyur.Nəzərə alsaq ki, bütün qəhrəmanlıq dastanları daha çox tarixi səciyyə daşıdığından,yəni həqiqi hadisələrdən daha çox bəhs etdiyindən ə s ə r i n ə s l d ə y ə r i m i s i l s i z d i r. Bunu daha dərindən qiymətləndirmək üçün biz daha müasr olan qəhrəmanlıq dastanlarını xatırlatmalıyıq.”Qaçaq Nəbi”,”Qatır Məmməd”kimi dastanlara nəzər salsaq,oradakı hadisələrin nə qədər real, həqiqətə nə qədər uyğun olduğunu bir daha etiraf etmək məcburiyyətində qalarıq,hətta bu fikirləri bir neçə haşiyyəni çıxmaq şərti ilə “Koroğlu”dastanına da şamil etmək mümkündür.”Dədə Qorqud” dastanı haqqında da biz real həqiqətlərin üstünlük təşkil etdiyini qeyd etmək lazım gəldiyini gizlətməməliyik.Sadəcə olaraq, əsər olduqca keçmiş zamanlara aid olan əhvalatlar fonunda həmçinin bir qədər də əfsanəvilik əldə etmişdir ki, bu da əslində dastanın qiymətinə yeni bir qiymət bəxş edir.
7.Səhifə 53-də verilən fikirlərdə bir natamamlıq hökm sürür.Mütləq şəkildə qeyd olunmalı idi ki, ən qədim şeirlərimizdə qafiyələr misranın sonunda deyil,məhz misraların ə v v ə l i n ə ötürülürdü.
8.Səhifə 55-də isə artıq X sinif ədəbiyyat dərsliyində qeyd elədiyim kimi, əslində real adlandırılacaq hadisələr,nədənsə, bu vəsaitdə də mübaliğəli əhvalatlar kimi təqdim olunmuşdur.
Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
TQDK-ın ədəbiyyat dərsliyinə aid iradların davamı.
Əvvəlcə, mənim fikirlərimlə əlaqədar xoş sözlər deyən hər bir kəsə öz dərin minnətdarlığımı izhar edirəm.Mən olduqca tutarlı səbəblər üzündən təəssüflər olsun ki, bir neçə müddət sizinlə əlaqəni itirmişdim.Yenidən aralarınıza qayıtmaqdan çox məmnunam.
“Dədə Qorqud” dastanı hər birimizin şərəf duyğusu, qürur anı, fəxarət qaynağımızdır.Bu əsərdə hər bir azərbaycanlı üçün sonsuz olan dərin duyğular dənizi bütün gözəlliyi , romantikası, əzəməti ilə ədədi olaraq dalğalanmaqda , hər birimizə əvəzolunmaz bir qüvvə bəxş etməkdədir.
1.Həm orta məktəb,həm də TQDK-nın ədəbiyyat dərsliklərində belə bir səhv məlumat(TQDK-səhifə 53-də,orta məktəb dərsliyində səhifə 33) getmişdir ki,guya bu dastan əvvəllər n ə z m lə yazılmış,sonralar nəsr dili ilə ard-arda verilmişdir.Hörmətli müəlliflərin nəzərinə çatdırmaq istəyirəm ki,əgər bu fakt düz olsa idi,onda sonrakı bütün dastanlar da, n ə z m lə yaradılmalı idi.Çünki dastan dediyimiz əsərlər bu xalqın iliyinə,qanına-bir sözlə,bütün mənəvi dünyasına elə daxil olmuşdur ki,onu belə asanlıqla dəyişməyin mümkün olmadığını hər birimiz qəbul etmək məcburiyyətindəyik.Həm də hər iki vəsaitdə yenidən belə bir səhv fikir yürüdülür ki,”dastandakı şeirlərdə qafiyə zəngin olmamış,ritm fonetik təkrarlarla,xüsusən alliterasiyalarla,assonanslarla yaranmışdır”(səh-53 və33).Yenə də hörmətli müəlliflər unutmuşlar ki, ən qədim şeirlərdə qafiyələr misranın sonunda deyil, əvvəlində gəlmişdir.Dastanda belə qafiyələr çoxluq təşkil edir ki, bu fakt özü əsərin olduqca qədimlərə gedib çıxdığına dəlalət edir:
Qarşı yatan qarlı dağlar
Qarıyıbdır,otu bitməz.
Qan-qadalı irmaqlar
Quruyubdur,suyu gəlməz.
Biz dastanda belə şeir parçalarının nə qədər çox olmasını bilirik.
2.Hər iki vəsaitdə dastana aid elə eyni müqayisələr verilmişdir ki,təəssüf etməyə bilmirsən.İndi həmin təşbehi qeyd edirəm:Trabzon təkurunun qızı Sarı donlu Selcanxatun Qanturalını görəndə “öysəl olmuş dana kimi ağzının suyu axır”,”kedisi mavıldayır”(TQDK-da səhifə 55,dərslikdə səhifə34) . Özünüz deyin,orta məktəbə bu bənzətmə nə qədər uyğundur?
Ümumiyyətlə,mənim bu dastan haqqındakı fikirlərim bir orta məktəb dərsliklərinə sığıçmayacaq qədər çoxdur.Mən dərsliklərdə verilən məlumatların bu abidənin öz dəyərindən qat-qat aşağıda olmasından çox narahatam.Bu səhvlər dərsliyin gələn nəşrində mütləq mənada tam olaraq dəyişməlidir.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
TQDK –nın ədəbiyyat dərsliyinə aid iradların davamı.
I.50-ci səhifədə Dədə Qorqud ,nədənsə,öz dədə “titul”undan məhrum edilərək a t a sözü ilə kitaba salınmışdır.Qeyd edim ki,bu olduqca böyük bir səhvdir.Dədə sözü daha məqsədəuyğundur.Çünki dədə sözü çox qədim tarixə malik olan,həm ingilis(daddy),həm rus(дед),həm də ümumtürk dillərində dədə kimi çox geniş aspektdə işlənən bir sözdür,bu sözü ata sözü ilə əvəz etmək həmin sözün məna dəyərindən könüllü imtina etmək deməkdir.
II.51-ci səhifədə müəlliflərin işlətdiyi bir cümləni olduğu kimi qeyd edirəm:Oğuz həm dövlət,həm məkan,həm cəmiyyət,həm də xalqdır.Hörmətli müəlliflərin nəzərinə çatdırıram ki,”Dədə Qorqud”öz qədimliyinə görə elə bir vaxtda yaranmışdır ki, həmin dövrdə x a l q anlayışının olması mümkün deyil.Nədənsə,belə qədim bir tarixə malik olan bir əsərdən söhbət açarkən müəlliflərin tarixdə də xüsusi bir yeri olan bu möhtəşəm abidənin yarandığı vaxt haqqında tarixçilərlə də məsləhət etmələri lazım olduğunu unutmaları heç də ürəkaçan hesab oluna bilməz.
III.Səhifə 51-də bir-birinə zidd olan fikirlər səslənmişdir:Döyüşdən qabaq namaz qılırlar.Qəhrəmanlar tez-tez ova çıxırlar,məclislərdə şərab içirlər.
Namaz qılmaq nədir,məclislərdə şərab içmək nədir? Yadınızdadırsa,mən X sinif ədəbiyyat dərsliyində də qeyd etmişdim ki, bu misilsiz abidə müəlliflərin hesab etdikləri kimi VII əsrlə deyil,təbii ki,daha qədim tarixlərlə çulğaşır. .Sadəcə olaraq,dastanın yazıya alınması i s l a m di n i n i n qəbul edilməsindən sonralara aid olması səbəbindən naməlum xəttat i s l a m dininə bəslədiyi hiss və duyğuları da çox təəssüflər ki, əsərə daxil edərək onun bu dinlə bağlılığı məsələsini qabarıq şəkildə əsərə daxil etmişdir ki, bu da bizlərin x e y i r i n ə deyil,sözün əsl mənasında tam z i y a n ı m ı z a d ı r .Əslində,şifahi xalq ədəbiyyatının çoxvariantlı olması da dediklərimizə qüvvə verir.
Bir sözlə,dastana sonralar əlavə olunan islam dininə aid istənilən yazılar dastandan tez bir zamanda çıxarılmalıdır ki, a b i d ə öz əsl q i y m ə t i n ə q o v u ş s u n .
Dastanda əhvalatlar indicə dediklərimizi sübut edir:Qadınlar ictimai həyatda fəaldırlar.Qızlar həyat quracağı kişini sınayır,onunla at çapır,güləşir,ox atırlar.Siz deyin, i s l a m dini qızlara bunu rəva görərdimi?
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
TQDK-ın ədəbiyyat dərsliyinə aid iradların davamı.
I.Səhifə 77-də orta məktəb dərsliyində verilən olduqca qüsurlu “həvəsnamə”məsələsi bu vəsaitdə də getmişdir ki, mən bunu hər iki vəsaitin ən kobud səhvi kimi qiymətləndirirəm.Çox utanc verici bir səhvdir və tezliklə aradan qaldırılmalıdır ki, cəmiyyətdə pislənməsin.
II.Səhifə 78-də verilən bir cümləni olduğu kimi burada qeyd edirəm:...Nizami bu poemasında Xosrovla Şirinin simasında İran və türk əxlaqını qarşılaşdırıraq , bir Azərbaycan türkü kimi, üstünlüyü türk əxlaqına vermiş olur.-Bu cümlənin mənası müəlliflərə,görəsən,məlumdurmu?Bu,olduqca böyük siyasi bir məsələdir!Hörmətli müəlliflər məsələnin böyüyüb iki ölkə arasında müharibələrə belə səbəb ola biləcəyi fikrindən ü ş ü r g ə- l ə n m i r l ə r m i?Səhvin necə bir səhv olduğunu başa düşmək elə də çətin deyil!Bu səhv yayılmadan mütləq şəkildə tez bir zamanda düzəlməlidir ki,Vətənimiz bu səhvlər üzündən pis vəziyyətlərə düşməsin.
III.Səhifə 79-da müəlliflərin bir fikrini olduğu nəzərinizə ötürürəm-Artıq bir şəxsiyyət kimi formalaşan Qeys cəmiyyətdəki şərtiliklərə əməl etmək istəmir,Leyliyə qarşı olan məhəbbətini açıq-aşkar ifadə edir.Yaşadığı cəmiyyət şəxsiyyətin bu azadlığını qəbul etmədiyindən,onu “Məcnun”adlandırır.Məncə,bu səhv fikirdir.Qeysi ona görə “Məcnun”adlandırırlar ki,o,Leylinin məktəbə gəlmədiyini görərək e v i n ə deyil, s ə h r a y a üz tutur.Ümumiyyətlə,əsərdə çox adi əhvalatlar vardır ki,Məhəmməd Füzuli u s t a c a s ı n a həmin əhvalatları q e y r i – adi, möcüzəli,müəmmalı hadisələr fonuna yüksəltməyi bacarmışdır.Amma bu hadisələr belə,əsəri səhv yönəltməyə bəraət vermir.Onu ona görə Məcnun adlandırırlar ki, o,Nofəlin planından Leylinin atasını xəbərdar edir.Nəticədə Nofəl məğlub olur ki,bunu da heç bir tədqiqatçı şərh edə bilmir.Əslində,Qeys kimi sevmək lazım gəlir ki, bu məqamı düzgün şərh etmək mümkün olsun.Qeys canından çox sevdiyi bir qızın atasının məğlub olmasına yol verə bilməzdi!Hətta bu qalibiyyət onu Leylidən ayırsa belə!
IV.Səhifə 84-də “İsgəndərnamə”əsərindən bəhs olunurkən onu həm alim,həm də peyğəmbər kimi təqdim edir ki,bu,yolverilməzdir.Alimi təpikləyən biri necə peyğəmbərləşə bilər?
Mən ,ümumiyyətlə,”İsgəndərnamə”əsərinin orta məktəb dərsliyinə salınmasının,onun ideallaşdırılmasının tam və qəti şəkildə əleyhinəyəm.Səbəbi isə məlumdur.Azərbaycan tarixi dərsliklərində hələ də v ə t ə n i m i z i n adı Makedoniyalı İsgəndərin sərkərdəsi olan A t r o p a t ı n adı ilə əlaqələndirilirsə, bizim bu əsərə bağlılığımıza b ə r a ə t i m i z ola bilərmi?Biz şagirdlərimizə o təqdirdə hansı v ə t ə n p ə r v ə r l i k hislərini aşılaya bilərik?Bu barədə düşünməyin vaxtı deyilmi?
Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
“Ədəbiyyat-10” dərsliyi ilə bağlı iradların cavablandırılması

14.03.2014 17:24
“Ədəbiyyat” dərsliyinin (2012-ci ilə qədərki nəşrlər) müzakirəsi


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#2 30.04.2014 11:45
10-cu sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) barədə bəzi iradlar.

Ən başda onu qeyd edim ki, həqiqətən olduqca geniş zaman kəsiyindəki bütün məlumatları kiçik həcmli bir dərsliyə “sığışdırmaq”bizim şagirdlərimizi bu ədəbiyyatı lazımınca öyrənməkdən məhrum edir. Gəlin heç unutmayaq ki, ədəbiyyatın insan mənəviyyatını saflaşdırmaq, cilalamaq,formalaşdırmaq , onu bütün pisliklərdən çəkindirmək,düzgün tərbiyə etmək,etik və estetik zövq yaratmaq,düşündürmək və gözəl olan hər bir duyğudan yararlanmaq kimi qüdrətli bir missiyasını şagirdlərin əlindən almaqla biz yalnız itiririk.Qoy proqram az olsun,qoy o mövzular o qədər çox olsun ki, o dərslər heç keçilməsin, bunun heç bir ziyanı yoxdur-təki elə mövzular kitaba verilsin ki, şagirdlər özləri boş vaxtlarında o mövzuları oxuyaraq onlardan lazımınca bəhrələnə bilsinlər.Biz bunu etməklə qazanarıq ki, itirmərik.
Kitabda qeyd olunan səhvlər bunlardır:
1.Səhifə 5-də belə bir fikir getmişdir-Ədəbiyyat nə qədər millidirsə, bir o qədər beynəlmiləldir. Beynəlmiləl sözü burada qətiyyən yerində deyil.Bu cümlə belə verilməli idi-Ədəbiyyat nə qədər millidirsə, bir o qədər də ümumbəşəridir.Çünki dünyada elə qüdrətli sənətkarlar vardır ki, onlar yalnız mənsub olduqları xalqın, vətənin övladı olmaqdan çıxaraq, həm də bütün bəşəriyyətin təmsilçisinə çevrilirlər.Bu isə hər millətə nəsib olan bir səadət deyil.Həmin qüdrətli sənətkarlar təkcə öz ailəsini deyil, təkcə öz vətənini deyil, bütün bəşəriyyəti narahat edən böyük problemlərin həllinə çalışırlar.Nizami,Nəsimi, Şekspir,Lev tolstoy və başqalarının adını çəkə bilərik.Təəssüflər olsun ki, müəlliflər elə bu siyahıda Firdovsinin də adını yazmışlar.Hörmətli müəlliflərə xatırladaq ki, Firdovsi öz “Şahnamə’’sində türkləri pisləməkdən böyük bir zövq almışdır.

“Beynəlmiləl” sözü ilə bağlı təklif TQDK-nın yekun rəyində (2014) öz əksini tapmışdır. “Şahnamə” əsəri ilə bağlı mübahisəli fikirlər olsa da, Firdovsi haqqında məlumatın verilməsində qəbahət yoxdur.

2.Müəlliflər daha bir tutarlı səhv etmişlər. Yəni bu səhv əslində bütün məlumatlarda öz əksini tapmışdır, amma mənə elə gəlir ki, bu səhv nə vaxtsa dərsliklərdən çıxarılmalıdır-Səhifə 6-da belə bir fikri oxuyuruq-Ədəbi tənqid isə ən gec yaranan bir prosesdir və müasir ədəbi proseslə məşğul olur.Qətib Təbrizini niyə unuduruq? Onun ədəbi tənqidə həsr olunan əsərlərini niyə unutmalıyıq? Avropalılar onu ədəbi-tənqidin gözəl nümunələrini yaradan bir şəxsiyyət kimi qəbul edərək hətta şeir yazmağın ədəbi –tənqidi əsər yazmaqdan daha asan olması fikrini vurğulayırdılar.Səbəb onun bizim dilimizdə yazmamağıdırsa, onda bəs niyə Azərbaycan ədəbiyyatını Qətran Təbrizi və sairləri ilə başlayırıq-axı onlar da yalnız fars dilində yazırdılar.

Bu cümlə ədəbi tənqidin tarixini deyil, onun mahiyyətini nəzərdə tutur. Cümlədən ədəbi tənqid ədəbiyyatın tarixi ilə deyil, müasir ədəbi hadisələrlə məşğul olur fikri hasil olur. Üstəlik, şərh yazmaq və ədəbi tənqid fərqli məsələlərdir. Xətib Təbrizi məhz şərh yazmışdır.

3.Məncə, atalar sözlərinə bir qədər çox yer ayırmaq vacibdir.Səbəbi- atalar sözlərinin bu və ya digər elmlə bağlı olduqca mükəmməl məlumat vermək xüsusiyyətinə malik olmasıdır.məs.Göz qəlbin aynasıdır.Bu atalar sözü təbabət elmi ilə əlaqədar mühüm faktları üzə çıxarır-Ürək xəstə olanda özünü gözdə mütləq büruzə verir.Mən çox sadalamaq istəmirəm.Amma dəqiq bilirəm ki, sinifdə bu məlumatları dedikdə şagirdlər olduqca böyük maraqla dinləyirlər.Bələ məlumatlardan onlar çox xoşlanırlar.
Çox təəssüf ki, dərslikdə inanclar və sınamalar haqqında da heç bir məlumat verilməyib. Mən sinifdə bunlar barədə söhbət açıram. Şagirdlərin böyük marağına səbəb olur.Deyim ki, inanclar və sınamaların da elmlə bağlılığı,şagirdlərin sevə-sevə dinləməsi mənə də xoşgəlir.

İnanc və sınamaların, atalar sözlərinin aşağı sinif dərsliklərində təqdim olunmasının daha məqsədəuyğun olduğunu düşünürük.


4.”Kitabi-Dədə Qorqud” haqqında.
Mən fikirlərimi aşağı siniflə bağlı bir qədər səthi şəkildə bildirmişdim.Amma indi 10- cu siniflə əlaqədar olaraq, icazənizlə daha geniş miqyasda bir neçə mülahizə də bildirmək istəyirəm.
Əziz ekspertlər və müəlliflər, sizlərə müraciət edərək mənə diqqət kəsilmənizi rica edirəm.Çünki demək istədiklərim olduqca vacib məsələlərdir .
a).”Kitabi-Dədə Qorqud’’ qəhrəmanlıq dastanıdır.Bəs niyə hörmətli müəlliflər bu möhtəşəm dastanı şifahi xalq ədəbiyyatı içərisində deyil,yazılı ədəbiyyatda təqdim ediblər?Axı yazılı ədəbiyyat nə qədər qədim olsa da, şifahi xalq ədəbiyyatı qədər də qədim olmayacaqdır.Belə çıxır ki, minillər sonra indi yazıya alınan şifahi xalq ədəbiyyatı nümunələri yazılı ədəbiyyat nümunələri kimimi verilə bilər?Bunu qəbul edəkmi? Niyə özümüz özümüzə bu boyda pislik edək?Axı bu , bizim ziyanımızadır.Xahiş edirəm ki, bu ,kitabın növbəti çapında mütləq nəzərə alınsın.

“Dədə Qorqud” eposu haqqında X sinif “Ədəbiyyat” dərsliyində məlumat verilmiş, dərsliyin heç bir yerində onun yazılı ədəbiyyat nümunəsi olması qeyd edilməmiş, yalnız 25-ci səhifədə II minilliyin əvvəllərində bu dastanın yazıya alındığı yazılmışdır. Bu fikirlər isə dastanın yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi haqqında fikir formalaşdırmır.

b).Hörmətli ekspertlər,hamımız çox gözəl bilirik ki, qəhrəmanlıq dastanları mütləq real hadisələr fonunda əks etdirilir. Bu fikir “Koroğlu”ya,”Qaçaq Kərəm’’ə,”Qatır Məmməd’’ə və adlarını vermədiyim digər qəhrəmanlıq dastanlarına nə qədər aiddirsə,”Kitabi-Dədə Qorqud”a da bir o qədər şamil edilir. Bəli bu fikri qəbul edirik ki, dastan nə qədər qədimdirsə, onda əfsanəvi epizodlar da bir o qədər çox ola bilər.Amma siz də razılaşmalısınız ki,bu əsər dastandır,əfsanə deyildir.Yəni bu əsərdə real hadisələrin daha çox olması ilə istər-istəməz razılaşmalıyıq.Xüsusilə, əgər bu fikir bizim tam şəkildə xeyrimizədirsə,onda biz həmin fikirdən vaz keçməməliyik.
c).Əsər olduqca qədim, lap qədim zamanlara kök atır. Bunu görməmək,bunu dəyərincə qiymətləndirməmək bizə şərəf deyil, başıucalıq deyil,əksinə bizə aid olan misilsiz bir dəyərdən, misilsiz bir xəzinədən vaz keçməkdir.Əziz ekspertlər, baxın bu əsərin üzünü köçürən Azərbaycan xalqına heç nə ilə əvəz olunmayacaq misli-bərabəri olmayan müqəddəs bir yaxşılıq edibdir.Bizə bəşəriyyətin heç bir yerində rast gələ bilinməyəcək bir xəzinə bəxş etmişdir.Amma bununla yanaşı bizlərə iki düzgün olmayan məlumatları ötürmüşdür ki,bəzilərini çaşdıraraq,bizlərə olduqca böyük ziyan gətirir:
1.Kitabda naməlum yazar guya Dədə Qorquda böyük müqəddəslik gətirdiyini, böyük şərəf ötürdüyünü zənn edərək, əslində Dədə Qorqudu nail olduğu ən böyük şərəfdən-onun dünyamızın ilk peyğəmbəri olduğu şərəfindən ayırır.Yəni islam dini yeni qəbul olunduğundan Dədə Qorqudu pərəstiş etməyə başladıqları Məhəmməd peyğəmbərlə “görüşdürür”.Bununla da Dədə Qorqudun taleyini- müqəddəratını böyük və ziyanımıza işləyən səhv kimi 7-ci əsrlə bağlayır. Heç kim isə bunları –həqiqəti deməyə ,nədənsə, heç səy belə göstərmir.Axı bu bizim tariximiz, bizim şərəfimiz- bizim mənliyimizdir.Bu səhvi bizim xalqın nümayəndəsi bilmədən etmişdir və bu səhvi düzəldərək Dədə Qorqudun itirilmiş namını biz özümüz qaytarmalıyıq. Bunu bizim üçün heç kəs etməyəcəkdir.
Gəlin Dədə Qorqudun , doğrudan da,ilk peyğəmbəri olduğu fikrini sübut edək.Bu çox asandır. Ona görə ki, doğru fikirdir.Hamımız bir fikri bilirik ki, dili adi insanlar deyil, məhz seçilmiş insanlar yəni peyğəmbərlər yaradırlar.İndi Dədə Qorqudun dilindən verilən aşağıdakı misralara diqqət edək:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikana sökən demədim mən Dədə Qorqud.
Bilirik ki, Dədə Qorqud dörd əşyaya düzgün ad qoymadığı üçün əzab çəkir.Məgər əşyalara ad qoymaq dil yaratmaq deyildimi?Dili yaradan insanlar adi insan ola bilərdimi? Buradan belə bir ideya hasil olur ki, Dədə Qorqud Yer Kürəsinin ilk peyğəmbəridir.İlk yaranan dil türk dili , ilk yaranan Yer sakinləri məhz t ü r k l ə r olmuşdur. Bu fikri biz deməsək daha kim deyəcək ki?
Əsərdə bu fikrin doğruluğunu sübutlayacaq o qədər çox fakt vardır ki, saymaqla bitməz.Bu faktları qeyd edək:
a).Dünya dastan -ədəbiyyat-fikir söyləmə mədəniyyətinə məhz qədim dünya tarixinin qəbul etdiyi və bugün artıq türklərin ulu əcdadları kimi bütün dünyada tanınan şumerlərin “Gilqameş”dastanı ilə qədəm qoymuşdur.Bu da çox mühüm-türklərin ilkin mədəniyyətə ilkin olaraq yiyələnməsi faktıdır.
b).Əsərdə Dədə Qorqud bilici, gələcəkdən xəbər verən , anadan olan oğlan uşaqlarına ad qoyan bir şəxs kimi göstərilir.
c).Əsərdə Qazan xan üç ildən bir evini xalqına bağışlayır.Bu fakt özü də əsərin çox qədim olduğuna dəlalət edir.Sonralar, daha sonralar, bir daha sonralar, ya indi, müasir dünyamızda belə bir fakta təsadüf edilibdirmi? Yəni Qazan xan hələ o qədər qədimdə yaşayırdı ki, ibtidai icma quruluşuna o qədər yaxın idi ki, arada-bərədə öz evində olanlardan və xalqın evində olmayanlardan utanıb vicdan əzabı çəkdiyindən öz evini xalqına ərməğan edirdi.
d).Qazan xanın yurd,köpək,qurd vəsu ilə söhbətləşib-dərdləşdiyini yadınıza salın.-Bu dediklərimiz əslində bu əsərin olduqca qədimlərə-çox ulu bir tarixə-dünyada hər bir xalqın haspəndi ola biləcək-qibtə edəcək bir tarixə malikdir.-Bunu biz söyləməsək, əvəzimizə kim söyləyəcək, kim bunu əvəzimizə bütün dünyaya bəyan edəcək?Gəlin bir anlığa götür-qoy edək:
Qurd ulu t ü r k l ə r i n totemi sayılır.-Bilirsiniz niyə? Bunu desək, artıq çox mətləblər öz həlledici mənasına qəti şəkildə daxil olacaq, bütün bəşəriyyət tərəddüd belə etmədən bizim haqlı olduğumuzu qəbul etmək məcburiyyətində qalmalı olacaqlar-Deyin- ilk əhliləşdirilən heyvan hansıdır? Cavab –it- olacaqdır.Cavab verin-it- canavarın törəməsi deyilmi?-......Deməli, yenidən vurğulayaq ki, bu da doğrudur.Belə olan surətdə nəyi gözləyirik? Axı indicə dediyimiz fikri ki bütün dünyaya görə ilk əhliləşdirilən məhz it olub,- bu fikri beləcə də bütün dünya deyir.Deməli iti ilk öncə əhliləşdirən dünyanın ilk sakini məhz elə türklərdir.
e).Yurdla dərdləşmək-hələ bugün belə modern dünyada ki yaşayırıq vətən dəlisiyik- sözün bütün mənalarında-yeri gələndə bütün yer kürəsini fikirləşirik, amma öz illərlə qurduğumuz evi daha çox düşünür, daha əziz hesab edirik.- ən qədimdə isə yurd o qədər əziz olub ki, onunla hətta canlı insan kimi dərdləşiblər, bunu isə özgələr- başqa heç bir xalq,tayfa, millət etməyib və edə də bilməzdi.Bunu yalnız muğamat yaradan yaradan, bunu yalnız bayatı-ağı yaradan,bunu yalnız layla yaradan,bunu yalnız q ə l b l ə r ə m ə l h ə m kimi yayılan əbədiyaşar əsərlər yaradan, torpağı uğrunda Tomris,Cavanşir,Babək,Şah İsmayıl Xətayi,Koroğlu,Heydər Əliyevi olan bir xalq edə bilərdi.
Köpək artıq qurdluqdan çıxıb ev qoruyan olduğu üçün Qazan xan onunla dərdləşir- və bugünlərimizdə belə bu-yəni itlə söhbətləşmə, dərdləşmə davam etməkdədir.İti ən çox sevən, hətta ona qızıl diş qoyduran bir xalq varsa, o da məhz bizik.Hətta bu barədə nə qədər maraqlı əsərlər də vardır.
Su- müqəddəsir,həyatdır, təmizlik-saflıqdır və ilk həyatın yarandığının sübut olunduğu məskəndir.Su ilə danışmaq bizdə elə indi də davam edir.Yaxşı, ya pis yuxu görən hər kəs bu yuxunu ilk öncə suya danışır.Başqa hansısa millətdə bu xüsusiyyət varmı?
Yuxu ilə əlaqədar əsərdə başqa tutarlı məqamlar da dediklərimizi sübut etməyə bizə yardımçıdır. Dastanda qəhrəmanlar hətta gördükləri yuxuya müvafiq olaraq hərəkət edirlər.Qazan xan pis yuxu gördüyü üçün ovu yarmçıq qoyaraq evinə dönür,Qaraca Çoban gördüyü yuxunun təsiri ilə döyüşə hazırlaşır.Bunlar da dediklərimizə qüvvə verir.
Dastanda aşpazlar adam menyusundan da istifadə edirlər. Bundan qorxub bu fikirdən vaz keçmək qətiyyən olmaz.Çünki bu fikir də həmçinin dastanın həddindən artıq qədim tarixə malik olduğunu bizlərə sübutlayır. Çox-çox, ən çox qədimlərdə adamlar ac qalarkən bir-birini, yaxud bir-birilərini yemişlər.Bu faktı bütün qədim dünya tarixləri qeyd edir.İnsanların daima yeni məskənlərə yayılmasının ən ümdə səbəblərindən ən başlıcası məhz onların digər insanlardan qorunmaq istəməsi olub.Gəlin bu fikri bir başqa cür də ifadə edək. Həmin vaxtlar nə pul, nə qızıl, nə brilyant vardı. Həmin vaxtlar nə dükan, nə bazar vardı.Ovlamağa başqa heç nə tapmayanda yan-yörə adamla bol idi.Qədim insan yaşamaq üçün hələ də adam əti yeyirdi.Bu fakt özü də əsərin yaşayışın yeni yarandığı dövrlərlə əlaqəsini bir daha sübut etməkdədir.
Uruzun ağ ətindən qara qovurma hazırlamaq istəmələri, qadınların qarşısına gətirilməsi və onlara yedizdirilməsi də, həmçinin dastanın olduqca qədim olduğunu bəyan etməkdədir.
Bunu da unutmaq olmaz ki, hər hansı bir qəhrəmanlıq dastanı mütləq müəyyən bir zaman kəsiyində baş verir.Dediyimiz bu fikir də dastanın olduqca qədim bir zaman kəsiyində bərqərar olmasını şərtləndirir.
Əsərdə Beyrək Baybura oğlu boyunda da olduqca maraqı , qeyd olunmağı böyük dəyər kəsb edən möcüzəli bir məqam vardır

Göyçay şəhər 6№-li Məməmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#3 30.04.2014 21:27
10-cu sinif ədəbiyyat dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.


Müasir dünyamızda bütün dünyanın təbabət aləmində ata ilə oğul arasında izaholunmaz, sirli və möcüzəli bir əlaqənin olması haqqında fikir mövcuddur. Bu əlaqə “Kitabi-Dədə Qorqud “ dastanlarında hələ neçə minillər bundan qabaq var imiş Yadımıza gətirək-Oğlu Beyrək itkin düşdüyü andan atası Baybura 4 yolayrıcında duraraq oğlu Beyrəkdən bir xəbər gözləyir.Hətta Beyrəyin nişanlısı belə Beyrəkdən əl üzüb ərə getmək istəyirsə də, ata oğlunun ölmədiyinə əmindir və hələ də 4 yolayrıcındə sağ qaldığına inanaraq oğlunu gözləməkdən vaz keçmir. Bu məsələnin özü də çox maraqlıdır.Həmin sirli əlaqə ataya sanki oğlunun yaşadığını və ölmədiyini hiss etdirir.Ata oğlunu gözləyərək o qədər göz yaşları axıdır ki, ağlamaqdan gözləri nurunu itirir.O , bugün daha bədbəxtdir. Oğlunun nişanlısı oğlunu öldürən qatillə evlənir. Ata aciz-aciz gözləyir.Beyrək gəlib bəzi nişanələri nişanlısı Banu Çiçəyə söyləyərək ölmədiyini sübut edəndə qız ata minib qaynatasını sevindirməyə gedir.Atası bildirir ki, qoy oğlan əlini kəsərək qanını onun kor olmuş gözlərinə çəksin.Əgər gözü açılsa, onda o,doğrudan da, onun Beyrəyidir.Bugün təbabət elminin nə qədər inkişaf etdiyini hamımız çox gözəl bilirik.Amma heç bir təbabət oğul qanının kor olmuş ata gözlərinə dərman olduğunu tanımır.Bu, bayaq dediyimiz həmin gizli əlaqənin sübutundan başqa bir şey deyildir.Gəlin bir az dərinə gedək.Əgər Dədə Qorqud peğəmbərdirsə, əsərin qeyri-adi yüksək pafoslu müqəddəs kitabların dilini xatırladan bir dili olduğunu vurğulayırıqsa, onda burada başa düşülməyəcək nə var ki? Deməli, müqəddəslik bu adamlara peyğəmbərə yaxın, əzab çəkməyi bacardıqlarına görə məhz allah tərəfindən bəxş edilib.
Əsərin dili, həqiqətən, müqəddəs kitabların dilini xatırladan yüksək pafoslu , müasir tələblərin belə fövqündə dayanan qeyri-adi bir dildir.Aşağıdakılar dediklərimizi sübut etmək üçündür:
Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı,yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli, gedimli dünya,
Son ucu ölümli dünya.
Və ya
Qarşı yatan qarlı dağlar
Qarıyıbdır, otu bitməz.
Qanlı-qadalı irmaqlar
Quruyubdur, suyu gəlməz.
Şahanə-şahbazı atlar
Qarıyıbdır,qulun verməz.
Onu da qeyd edək ki, dastanda nəinki şeirlər, hətta nəsr hissələri də insanı heyrətləndirir, nəsr dili də şeir dilini xatırladır.məs.Torpağı qorumadın, onu əkməyinə dəyməz. Əkmədin , onu qorumağına dəyməz.-və ya-Ov ovladı,quş quşladı.Əsərdə onu müqəddəs kitablara bənzədən xüsusiyyətlərdən nəsihətamiz,hikmətamiz ifadələrin bolluğunu göstərmək məqamına düşər.Atalar sözləri isə insanı öz arxasınca apara bilən ən dəyərli sözlərdir ki, əsərdə gen-bol işlənmişdir.Həm də bir qədər yuxarıda qeyd etdiyimiz kimi, atalar sözlərinin hamısında qüdrətli bir elm,qaçılmaz bir müqəddəslik hiss olunmaqdadır.Elə bu anda biz mütləq əsərdə istifadə edilən alqışlara da toxunmalıyıq.Alqışlarla yuxu arasında sıx bir əlaqənin olduğunu bilirsinizmi?
Gəlin bu barədə bir qədər danışaq.Alqışlərdan bəzilərinə toxunaq.Söhbət , əlbəttə,”Dədə Qorqud”dastanındakı alqışlardan gedəcək.Çünki dastan çox qədim olduğu üçün oradakı alqışlar da qədimdir və nəzərinizə onu da çatdırım ki, elə bütün hikmətlər məhz qədimliklə bağlıdır.Hikmət ondadır ki, əsərdəki alqışlarla əlaqəli yuxuda məhz bu günlərimizdə belə,nə görsək , tam düz çıxacaqdır.Buyurub, yoxlaya bilərsəniz, bu fikrin düzgünlüyünə tam əmin olacaqsınız.-Budur t ü r k ü n üstünlüyü, budur t ü r k ü n müqəddəsliyi, budur t ü r k ün hikmət dünyası, budur t ü r k ü n fəziləti.Bir neçə misal gətirim-Çaparkən ağ-boz atın büdrəməsin!-Yuxuda ağ və boz at görsəniz, xoşbəxtliyə işarədir.Ya-Qarlı uca dağların yıxılmasın!-Yuxuda dağ başına çıxsanız, yenə ucalığa işarədir.Ya-Kölgəli hündür ağacın kəsilməsin!-Yuxuda hündür ağac , həm də yaşıl olmaq şərtilə, görürsünüzsə, yenə də yaxşılıqlara işarədir.Həmçinin,-Coşğun axan gözəl suyun qurumasın!-Yuxuda coşğun axan su görəcəksinizsə, işiniz əla olacaq deməkdir.
Özünüz deyin, saydıqlarımız müqəddəsliyə işarələrlə dolu deyilmi?
Daha çox tutarlı bir fikir də söyləmək lazımdır.Gəlin yadımıza salaq-“Quran’’da analar haqqında belə bir deyim olduğunu hamımız bilirik.-Cənnət anaların ayaqları altındadır.-
İndi isə “Kitabi-Dədə Qorqud”da analar haqqında olan fikirlə üz-üzə qalaq-Ana haqqı tanrı haqqına bərabərdir.-Sözü sizlərə buraxıram-Hansı daha üstün fikir hesab edilə bilər? Şərhə ehtiyac varmı?
Məgər 7-ci əsrdə anadan olan oğlan uşaqlarına ad qoyulmurdumu? Məgər türk xalqı 7-ci əsrdə çadırdamı yaşayırdı?Yenə də şərhə ehtiyac yoxdur.
Əsərdə müqəddəsliklə bağlı bir məqam daha vardır. Söhbət sonsuzluqdan gedəcəkdir.Dastan qədim olmaq etibarılə olduqca maraqlı bir fikir ötürür.Qızı olan qırmızı çadıra, oğlu olan ağ çadıra, sonsuz olan qara çadıra.Allah onları qarğamış, biz də qınayırıq.Məsələ bundadır ki, bir qədər sonra biz dahi Nizamidə “Yeddi Gözəl” əsərində Yəzdigürdlə bağlı belə bir epizodun şahidlərinə çevrilirik ki, Yəzdigürdün övladı ona görə yoxdur ki, o,murdar adamdir; daima pisliklər edir,kimlərisə öldürür, kimlərinsə bütün var-yoxunu əlindən alır,kimlərisə evsiz-eşiksiz qoyur və yalnız dərvişin məsləhətlərindən sonra, uzun müddət yaxşılıqlar edəndən, acları doydurandan, evsizlərə ev verəndən bir müddət keçdikdə tanrı onun günahlarını bağışlayır və Bəhram anadan olur.Bu da təmizliklə,saflıqla,müqəddəsliklə birbaşa bağlı deyilmi?
Sonda bunu da deyək ki, əsərin üzünü köçürən şəxs həm də əsərə islam dini ilə bağlı epizodlar daxil etmişdir ki, bu da əsərin qədimliyinə xələl gətirməkdədir.Şifahi xalq ədəbiyyatı çoxvariantlıdır.Bunu düzəltməklə biz sadəcə, şoxvariantlığı bərpa etmiş olarıq .Gəlin biz bunu gec olmadan, elə indi edək.Edək ki, gələcək nəsillər bizi qınağa çəkməsinlər.

Hörmətli Şərabanı müəllim, dastanla bağlı geniş araşdırmalarınız üçün sizə təşəkkür edirik. Dastanın qədimliyi və islamdan daha əvvəlki dövrə təsadüf etdiyi haqqında müxtəlif fikirlər, tədqiqatlar var. Lakin dastanı dövrümüzə gəlib çıxdığı şəkildə təqdim etməyə məcburuq. Onun üzərində əməliyyatlar aparmaq, dəyişdirmək maddi mənbələrə sayqızılıq demək olar.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#4 01.05.2014 21:50
10-cu sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) haqqında iradlarln ardı.

Səhifə 47-də “Xosrov və Şirin” əsəri ilə bağlı dərslikdə verilən aşağıdakı cümlələri diqqətinzə ötürürəm:-Hökmdarın ondan məhəbbət mövzusunda əsər-“həvəsnamə”istəməsindən o qədər də razı qalmayan Nizami çıxış yolunu onda görür ki,özünə qədər bu janrda poema yaratmış müəlliflərdən fərqli olaraq yüngül məhəbbət macəralarının təsvirini verən bir əsər yox, məhəbbətin ecazkar təsiri altında insanın mənəvi-əxlaqi təkamülünü göstərən ölməz poema yaratsın.

Bu məqamda qüsurlu bir cəhətin olduğunu düşünmürük.

Səhifə 52-də Nizaminin “İsgəndərnamə” əsərinin ayrıca verilməsini hamımız bilirik .Mən testlərdəki səhvləri deyəndə də bu haqda danışmışdım. Təklif kimi bu əsərin yerinə “Xosrov və Şirin”əsərinin salınmasını xahiş etmişdim.Səbəbləri çoxdur:
1.İsgəndər bildiyimiz kimi, Makedoniyalı İsgəndərdir və tarixi bir qədər oxuyan hər bir azərbaycanlı belə bir adamla bağlı ideal-poetik , az qala peyğəmbərləşdirilən obraz səviyyəsinə qaldırılan “personaj”la tanış olmaqdan heç bir şərəf hissi duya bilməz.Belə olduğu təqdirdə biz hər dəfə özümüzü niyə mənən bu qədər alçaltmalıyıq? Tarix kitablarında hələ də Azərbaycanın adı Makedoniyalı İsgəndərin sərkərdəsi olan Atropatın adı ilə bağlanmaqdadır.Həm də bu bağlılığın ən ağrılı tərəfi məhz ondadır ki, Makedoniyalı İsgəndər Azərbaycanı tam və qəti şəkildə işğal etmiş və bu ölkəni daima əsarətdə saxlamaq məqsədi ilə öz sərkərdəsini bu ölkəyə başçı təyin etmişdir.İndi özünüz bir qərar verin.Bu əsəri tədris etməliyikmi?
2.Əslində alimi təpikləyən biri ideal olmağa layiqmidir?
3.Dahi Nizami tarixi təhrif edib, İsgəndəri Nüşabənin ayağına gətirsə də,guya Nüşabəni ruslardan azad etsə də, Nüşabəni özündən ağıllı zənn etsə də,əslində,bunlar tarixi dəyişə bilməz.Heç bir vətənpərvər azərbaycanlı da həqiqətə bu qədər göz yumaraq bə əsəri soyuqqanlıcasına tədris eləməyə özündə qüvvə tapa bilməz.Qalanını sizlərin öhdəsinə buraxıram.

Əsərdə hər hansı milləti, xalqı aşağılayan heç bir motiv nəzərə çarpmır. İsgəndər ideal obraz kimi yaradılmamışdır. O, səhvləri, qüsurları ilə təsvir edilmişdir. Lakin üzləşdiyi hadisələr, insanlar ona səhvlərini gec-tez anlamaqda yardım edir.

Səhifə 63-də Nəsimiyə aid olduqca qüsurlu bir fikir getmişdir. Mən həmin cümləni olduğu kimi yazıram-Nəsimi Peyğəmbər nəslindən olduğu üçün ‘’Seyid”adlandırılmışdır.Diqqət edin-əgər Nəsimi peyğəmbər nəslindən olsaydı, onda o, ərəb olmalı idi. Nəsimi –
Gərçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm,
Məndən uludud ayətim, ayətidanə sığmazam.-deyirdisə, o ərəb olduğunu qətiyyən düşünmürdü.O, bildirmək istəyirdi ki, pisliklərdən tamamilə təmizlənmiş hər bir kəs peyğəmbər kimidir.

Bu fikir elmi və məntiqi cəhətdən əsassızdır. Bütün seyidlər ərəb deyil. Seyidlərin ulu əcdadları imam Hüseyn nəslindən ola bilər və bu nəsil dünyanın çox yerinə yayılıb. Seyidlik bir institut, bir şəcərədir. Və Şərq dünyasında müqəddəs sayılan adamlara “ağa”, “seyid” deyilir.

Səhifə 66-da “Yanaram” qəzəlinin ilk beytindəki səndən iraq ifadəsini müəlliflər iki mənada işləndiyini göstəriblər.Əslində, bu ifadə yalnız bir mənada işlənmişdir.Səndən uzaqda olanda mənasında. Nəsimi bu misra ilə onu demək istəyir ki, sevgilisindən uzaq olanda o, gecə də, gündüz də yanır.İkinci məna ona görə düzgün hesab edilə bilməz ki, şair çox sevdiyi üçün sevgilisinin də onu sevməsini arzu edir.

Təbii ki, şair sevdiyinin onu sevməsini arzu edə bilərdi, lakin öz çəkdiyi əzabları sevgilisinin də çəkməsinə razı ola bilməzdi.

Səhifə 67-də “Mən mülki-cahan...” qəzəlində-
Mən mülki-cahan, cahan mənəm,mən,
Mən haqqa məkan,məkan mənəm, mən.-beytinin mənasını –dünyadakı bütün gözəllikləri yalnız insanın layiqincə duyub qiymətləndirməyi bacardığını qeyd ediblər.Əslində, bu qəzəlin bütün beytlərində insanın kamilliyi,insanın mükəmməlliyi, insanın bütün canlıların fövqündə dayandığı,insanın şərəfi,insanın yerdən-göyədək hər bir biliyi öyrənmək,dərk etmək arzusu və bu arzuya nə vaxtsa yiyələnəcəyi,insanın əzəməti, qüruru,ləyaqəti-bu ləyaqətin,qürurun,əzəmətin-yerlərə və göylərə sığmadığı, insanın daima bütün pisliklərin fövqündə dayandığı-bir sözlə, insanlığın bəşəriyyətə meydan oxumasıdır.-insanlığın harmoniyası-insanlığın simfoniyasıdır,insanlığın fəlsəfəsidir.
Nəsimi bu şeiri ilə bizlərdən hər birimizi şərəfləndirmiş, bizlərdən hər birimizi mənən göylərə ucaltmışdır.Amma Nəsimi bu ucalığa layiq şərh olunmalı idi.Buna onun haqqı var idi.
Nəsimi nəinki həyatı, nəinki çarpışması, nəinki yaradıcılığı, hətta ölümü ilə belə, düşmənlərini mat və heyran buraxaraq, onları sarsıtmağı bacarmışdı.Bu, hər kəsə layiq olan bir məqam deyildir.Nəsimi qədər həyatı əfsanələrlə zəngin olan ikinci beləsi yoxdur.Çünki xalq onu sevir və bu sevgini əfsanələrə çevirirdi.Düşmənləri onu öldürməyə də qorxurdu-onlar xalqın Nəsimiyə olan böyük sevgisindən ,sözün əsl mənasında q o r x u r d u l a r.O, sağlığında belə özünə məhəbbətdən abidə ucaltmağı bacarmışdı.Amma müəlliflər belə bir şəxsiyyətə cəmi üç vərəq həsr etmişlər.

Şah İsmayıl Xətayi.
Bu şəxsiyyət də yalnız Azərbaycan kimi müqəddəs bir ölkəyə xas olan olduqca qeyri-adi bir insan- Allahın özünün bu məkana layiq bildiyi və bağışladığı əvəzolunmaz bir ərməğandır.
yaşında öz gücünə şah olan belə bir şəxsiyyət yalnız bizim xalqımıza aiddir – başqa heç bir yerdə, dünyanın heç bir ayrı yerində 14 yaşında öz gücünə şah olmağı bacaran birinə rast gələ bilməzsiniz. Ərəblərin işğalından sonra Azərbaycan dili tamam gözdən-nəzərdən düşmüşdü. Şairlər uzun müddət bu dilə qiymət verilmədiyindən öz ana dillərində yazmaq istəmirdilər-ərəblər bu dili çoban dili səviyyəsində tuturdular.-Məhz həmin ağır vaxtda Xətayi özünü şah elan edir və bu şahlıq Azərbaycana çox yaraşır-Məğribdən-məşriqə çox böyük bir ərazini Azərbaycan adında birləşdirən Xətayi Azərbaycan dilini dövlət dili səviyyəsinə yenidən qaldıraraq həmin dildə gözəl şeir nümunələri yaradır-
Qızılgül bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım,nə dersən?

Qərarü-səbri-aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Sənin məqsudun budur ki, mən ölüm,
Sənə halaldır qanım, nə dersən?

Gər yatsam, min il torpaq altında
Dürüstdür əhdü –peymanım, nə dersən?

Hamının küfr ilə imanı vardır,
Mənim küfrilə imanım, nə dersən?

Xətayi can ilə çün səni sevdi
Sevən ölsünmü,sultanım, nə dersən?
Göründüyü kimi, bu qəzəl ,hər mənada və hər cəhətdən kamil bir sənət əsəridir, hətta Füzulinin belə istənilən qəzəli ilə rəqabətə daxil olmaq gücündədir. Belə bir şəxsiyyətə də müəlliflər, çox təəssüf ki, kifayət qədər diqqət və yer ayırmamışlar. Xətayi şəxsiyyətini tanıda biləcək əsərlərdən və cümlələrdən faydalana bilməmişlər.

Məhəmməd Füzuli.
Məhəmməd Füzuli adı bütün Şərq dünyasını bir mif kimi dolaşan, qəlblərin dərinliyinə enməyi, ürəkləri fəth və”işğal etməyi , söz ordusu ilə bütün əzaları zəbt edən”,sözün ecazkar qüdrəti ilə insan qəlbini riqqətə və ehtizaza gətirən,düşüncələri sözün sözə yanaşaraq əmələ gətirdiyi sirli ifadələrlə dəyişmək sehrinə,möcüzələrinə sahiblənən ən nadir sənət incilərini ədəbiyytımıza bəxş edən “sözə həmişə ehya verən”, ürəklərdə gəzməyi ,iliklərimizdə və damarlarımızda qanımız kimi dövr etməyi bacaran qeyri- adi bir söz sərrafıdır.
Vaxt var idi ki, böyük Füzuli şikayətlənirdi-
Nə açar kimsə qapım badi-səbadan özgə
Nə yanar kimsə mənə atəşi dildən qeyri.
Bu misralar dediyimiz sehrli fikirlərdən biridir. Yəni şair elə yoxsuldur ki, onun qapısını əsən küləkdən başqa heç kəs açmaz, elə zavallıdır ki, ona evində yandırdığı atəşdən başqa birinin canı yanmaz. Amma indi, bugünlərimizdə xoş sözə, təskinedici sözə ehtiyac duyan hər bir kəs özü, heç kimə əyilmədən məhz Füzulinin söz evinə daxil olub, ondan könül arzusu ilə “doyanadək” bəhrələnir.Füzuli şeiri heç bir şeirlə müqayisəyə gəlməz.Hələ onda elə misralar, elə beytlər var ki, həmin parçalardakı məcazlar elmdə öz yerini ala bilməyib , alim yolunu gözləyir-yəni Füzuli Azərbaycan dilini elə zənginləşdirib, elə mükəmməlləşdirib ki,
Bunu başqa heç kəs edə bilməz. Demək asandır, gəlin dediyimizi sübuta yetirək:
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma kim, şair sözü, əlbəttə,yalandır.
Füzuli yalançı idimi?Məcazın gücü göz önündədir.Ya-
Eşq tədbiri,ey müalic,qabili mümkün deyil,
Tərki-can derlər onun ən mötəbər dərmanına.
Saf eşqin dərmanı ölməkdir.Ya-
Əgər su damənin tutdum,rəvan döndərdi üz məndən,
Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.
Beytin açması:-Əgər dərdimi axan suya dedim,dərdimin ağırlığı axan suyun məcrasını tərsinə döndərdi,güzgüyə dərdimi dedim,güzgü mənə tərs üzünü çevirdi.Şair güzgünün tərsinə göstərmə xüsusiyyətini sənətkarcasına poetik bürüntüyə qərq edərək,misilsiz bir məcaz yaratmışdır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Təbii ki, bir neçə səhifəlik şərhlə klassik yazıçılarımızın yaradıcılığını əks etdirmək mümkün deyil. Lakin düşünürük ki, dərsliyin həcmi yol verdiyi qədər onlar haqqında təsəvvür yaratmağa nail olunmuşdur. Məlumatyönlüyün müasir təhsilin prinsipləri baxımından məqsədəuyğun olmadığını da nəzərə alsaq, müəllimlərin səyi nəticəsində şagirdlərin klassik yazıçılarımızın yaradıcılığı haqqında tədqiqata yönləndirilməsinin əhəmiyyətli olacağına inanırıq.

Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#5 02.05.2014 20:23
10-cu sinif ədəbiyyat dərsliyindəki (2012-ci il nəşri) iradların davamı.

İndi isə bu parçaya nəzər salaq:
Gər basıb əl nəbzimə təşxil qılsan, dərdimi
Al əmanət, qılma hər bidərdə izhar,ey həkim.
Bu beytin açması olduqca maraqlıdır. İndi-indi inkişaf etmiş ölkələrdə yeniyetmə gənc özünə qapananda, yaxud özünü pis hiss edəndə, ata-anası həmin şəxsi həkimə aparanda, həkim əvvəlcə gəncin nəbzini əli ilə tutaraq, gənc əgər qızdırsa, oğlan adlarını, yox əgər oğlandırsa, qız adlarını deməyə başlayır. Təsadüfən hansısa adın çəkildiyi zamanı ürək şiddətlə döyünərsə, onda həkim valideyni bir kənara çəkərək, onun övladının sevgiyə tutulduğunu və ona kömək lazım olduğunu söyləyir. Deməli, həkimlər bugünlərimizdə sevginin xəstəlik olduğunu bildirirlər. Dahi Füzuli bunu beş əsr bundan öncə, həm də şeirində söyləmişdir.
Biz bu beytlərin sayını daha çox artıra bilərdik. Amma belə gözəl şeirlər əvəzinə dərslikdə elə nümunələr verilib ki, şagirdlər Füzulini onlar əsasında heç də tanıya bilməzlər. Əksinə elə bir beyt nümunə kimi gətirilib ki, orta məktəbə, yenə də həmin parçanın necə yol tapması hamımızı çox narahat etməlidir:
Çıxma yarım gecələr əğyar tənindən, saqın
Sən məhi övci məlahətsən bu nöqsandır sana.
Hələ müəlliflər bu beytin açılmasına da, xeyli yer ayırıblar, xeyli canfəşanlıq göstəriblər. Bunu necə etmək olardı? Bu beyt dərslikdən çıxarılmalıdır.

Beytlə Füzulinin sözün incəliklərindən necə istifadə etməsi, onun bədii ustalığı diqqətə çatdırılmışdır. Bu beytdə kobud, qəbahətli heç bir ifadənin olduğunu düşünmürük.

99-cu səhifədə iki möhtəşəm epos müqayisə olunmuş, lakin bu müqayisədə aşağıdakılar unudulmuşdur:
1.Hər iki eposda ozan-aşıq mədəniyyətinin çox böyük əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Bu fakt mütləq deyilməli idi. Musiqi mədəniyyətinin ən qədim zamanlarda belə, əziz, müqəddəs tutulması hamımızın qəlbini riqqətə gətirir.
2.Hər iki eposda əfsanəvi cəhətlərin də yer tapması ,nədənsə, unudulmuşdur. Bu epizodların olması həmin abidələrin qədimliyinə dəlalət edir ki, bu faktlardan öz xeyrimizə imtina etməyə haqqımız yoxdur.
3.Hər iki eposda Azərbaycan qadınlarının nə qədər gözəl, nə qədər zərif, nə qədər duyğusal, nə qədər ağıllı, nə qədər canıyanan olduqları öz əksini tapmışdır ki, bu faktlar da mütləq vurğulanmalıdır.
4.Hər iki eposda vətənə, elə-obaya, xalqa böyük bağlılıq vardır. Bu fikir də çox əhəmiyyətli olub, sadalanmalı idi.
5. Hər iki eposda təşkilatçılıq, idarəetmə bacarığı, yeri gələndə təkbaşına düşmənə hücum etmək cəsarəti öz əksini tapmışdır. Bu faktlar da qeyd olunmalıdır.

Təklifiniz üçün təşəkkür edirik. Təbii ki, hər iki dastanın ortaq xüsusiyyətlərinin sayını xeyli artırmaq olar. Ancaq bunların hamısının dərslikdə verilməsi məqsədəuyğun deyil. Şagirdin öz tədqiqatı nəticəsində bu fikirləri əldə etməsi daha məqbuldur.

100-cü səhifədə nərə sözünün böyük hərflə yazılması təəccüb doğurur.

İrad TQDK-nın yekun rəyində (2014) öz əksini tapmışdır.

Səhifə 109-da səhv bir ifadə verilmişdir. -Məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar. –Olmalıdır - Məni qoruyan mənim tanrımdırsa, şüşəni daş içərisində də salamat saxlar.

İfadənin dəyişdirilməsi məqbul deyil. Çünki ilk variantdakı fikir öz orijinallığı ilə seçilir. Cümlə bu şəkildə dəyişdirilərsə, onun ilkin mənası itə bilər.

Səhifə 118-də “Sərgüzəşti-vəziri-xani-Sərab” əsəri belə verilməlidir - “Sərgüzəşti-vəziri-xani-Lənkəran”. Ort­a məktəbə ikili variantlar gətirilməməlidir.

M.F. Axundzadə bu əsəri yazarkən onu “Sərgüzəşti-vəziri-xani-Sərab” şəklində adlandırıb. Sonralar Sərab yaxınlığında dənizin olmadığını və hadisələrin də dənizkənarı bir şəhərdə baş veridiyini nəzərə alan müəllif dostlarının təklifi ilə əsəri “Sərgüzəşti-vəziri-xani-Lənkəran” şəklində adlandırıb. Əsəri hər iki adla adlandırmaq məqbuldur, amma ən doğru yol əsərin birinci adını xatırlatmaq və niyə məhz belə adlandırılmasını, “Sərgüzəşti-vəziri-xani-Lənkəran” şəklinə düşməsini şagirdlərə anlatmaq və əsəri bu adla da tədris etməkdir.

Səhifə 127-də ciddi bir səhv var. Yəni səhv olaraq satira janr kimi ayrıca qeyd olunub. Satira epik növə aiddir.

Həmin materialda satira janr deyil, üslub kimi göstərilmişdir.

Səhifə 128-də “Dilbər”, ”Dilbəri-sadə” kimi ifadələr kişik hərflə verilməli olduğu halda, böyük hərflə yazılmışdır.

Həmin ifadələrin ədibin yaradıclığında ümumiləşmiş obrazları əks etdirdiyi üçün bu şəkildə verilməsi mümükündür.

Səhifə 129 və 131-də qoşmanın yazılışı bənd şəkıində deyil, məsnəvi şəklində getmişdir. Bu, ciddi səhvdir.

Qüsur dərsliyin 2014-cü il nəşrində korrektə edilmişdir.

Səhifə 135-də Qasım bəy Zakirin sənətkarlığında mütləq bir şeir parçası olmalı idi. Sənətkarlıq həmin şeir parçasında öz əksini tapmalı idi.

Təklif TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

Səhifə 146-da bir cümləni diqqətinizə ötürürəm - O, Şahbaz bəyin daxilindəki istək və ehtirasları görə bilmir. Bu cümlədəki səhvləri qeyd edək:
a) Ehtiras sözünü orta məktəbdə belə cümlələrdə vermək məqsədəuyğun deyil. Əgər oxumaq ehtirası şəklində işlənsə idi, heç bir etiraz motivi olmazdı. Amma istək sözündən sonra bu söz lazım deyildi.

“Ehtiras” sözünün Azərbaycan dilinin izahlı lüğətində açıqlaması bu şəkildədir: ağlın çətinliklə idarə edə bildiyi hiss, coşqunluq, ruh yüksəkliyi, vəcd, həyəcan və s. Bu sözün ifadə etdiyi mənalar çoxdur. Dilimizi sözlərdən təcrid etmək düzgün yol deyil.

b) Şərəfnisədən bu cümlənin mənasına görə “şərəf” çıxılır. Yəni qızın öz sevgilisini başa düşməməsi qıza şərəf gətirmir. Niyə qızı belə gözdən salırsınız?

Əsərdəki obrazların öz zəif cəhətləri ilə təzahür etməsi mümkündür.


c) Bu cümləyə baxaq: Nişanlısının Parisi görmək, dünyadakı yeniliklərdən xəbər tutmaq arzusunu öz düşüncə tərzinə uyğun mənalandırır. Əslində, Şahbaz bəy nə Parisi görmək, nə də dünyadakı yeniliklərdən xəbər tutmaq istəyirdi. Hörmətli müəlliflərin nədən belə yazdıqlarını başa düşmək mümkün deyil. Şahbaz bəy Parisə fransız dilini öyrənmək, özünə karyera qurmaq məqsədilə bunu etmək istəyirdi.

Bunlar o qədər də fərqli məqamlar deyil.

Səhifə 148-də olduqca böyük bir səhv var:- ...Bizim arvadlarımız gödək libas geyinər,(?) onların arvadları uzun libas....Diqqətli olmaq lazımdır ki, belə səhvə yol verilməsin.

Həmin dövrdə, doğrudan da, fransız qadınları uzun, ətəkli donlar geyirdi. Azərbaycan qadınlarının libası isə bu qədər uzun olmurdu.


Səhifə 156-da S.Ə.Şirvaninin heç vaxt heca vəznində yazmaması getməli idi. Testə bu barədə məlumat salınır, dərslikdə isə heç bir göstəriş yoxdur və birinci cümlədə şairin yazdığı lirik növlər sadalanandan sonra və sair kimi janrlar da qeyd olunur ki, bu şagirdləri düz fikirdən yayındırır.

İrad TQDK-nın yekun rəyində öz əksini tapmışdır.


Səhifə 157-də və 168-də qəzəl, səhvən, bəndlə, qoşma isə səhvən məsnəvi kimi verilmişdir.

Qüsur dərsliyin 2014-cü il nəşrində düzəldilmişdir.


Səhifə 160-da S.Ə.Şirvaninin sənətkarlığında da şeir nümunəsi unudulmuşdur.

Təklif TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

Səhifə 170-də “Görmədim” qoşmasında Aşıq Ələsgərin cəmiyyətdə neqativ halların doğurduğu təəssüf hisləri ustalıqla şərh olunur.- səhv verilib-Ələsgər ədəbi tənqidçı deyildi. Müəlliflər bu fikri öz tərəflərindən versə idilər, biz bunu səhv hesab etməzdik.

“Şərh” sözünün Azərbaycan dilinin izahlı lüğətində açıqlaması bu şəkildədir: açma, anlatma, izah (etmə), təfsir (etmə), bildirmə. Sözün yuxarıdakı şəkildə verilməsi məqbuldur.

Səhifə 150-də də bu fikir düzgün hesab edilə bilməz-Povestdə əsas tənqid hədəfi Şah Abbasdır. Əslində, şah mütləqiyyəti demək daha doğrudur,çünki şahın ətrafındakılar da bir o qədər günahkardırlar.

İrad dərsliklə bağlı TQDK-nın yekun rəyində (2014) əksini tapmışdır.


Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#6 12.05.2014 19:51
10-cu sinif “Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri) barədə yeni məlumat.

Mən ən qədim Azərbaycan ədəbiyyatı barədə yazacağam. Hamimiz üçün ən qədim dövr Azərbaycan ədəbiyyatı barədə danışmağın nə qədər ağrılı olduğunu gizlətmək mümkün deyildir. Olduqca ağrılı məqamlardır ki, Azərbaycan ədəbiyyatı adı altında biz ərəb, “ən yaxşı halda fars” dilində yazılmış əsərləri nəzərdə tuturuq. Səbəbini isə çox gözəl bilirik. Bilirik və ağrıya-ağrıya susuruq. Susuruq, çünki dinlə bağlı olduğundan hər bir kəsin qəlbində qəribə xof və zəhm yaranır. Bütün dünya bilir ki, ərəblər 7-ci əsrdə Azərbaycana hücum edib. Bu fakt Qədim dünya tarixində öz əksini tapıb. Lakin bizim tarix kitablarında ərəblərin istilası az qala islam dininə görə bəraət qazanır, belə fikirlər verilir ki, guya Azərbaycanda heç bir mədəniyyət yox imiş, ərəblərin mədəniyyəti ilə guya Azərbaycana böyük bir,yeni bir islam mədəniyyəti qədəm qoyubmuş. Mənə inanmayanları mən Azərbaycan tarixi kitablarını oxumağa dəvət edirəm. Amma biz və yalnız biz özümüz bilirik ki, belə əsərlər yazılmış, lakin ərəblərin istilası zamanı o abidələrin hamısı məhv edilmişdir. Onlar dinimizi, dilimizi əlimizdən almaqla kifayətlənməmiş, bütün yazılı abidələrimizi məhv etməklə ürəkləri soyumamış hətta bizi yer üzündən silmək məqsədi ilə Azərbaycanın hər bir tərəfinə çoxlu sayda ərəb ailələri köçürməklə, azərbaycanlıları ərəblərin içində “əritməyə”cəhd etmişlər. Bu fakt tarix kitablarında vardır. Bu prosesin elmi adı assimilyasiyadır. Kitablarda bu prosesi assimilyasiya termini ilə veriblər ki, heç kim heç nə başa düşməsin. Bəs başa düşənlər nə etsin?
Bu halda bizim bircə təskinliyimiz var. O da bundan ibarətdir ki, heç bir azərbaycanlı qızı ərəb oğlanına ərə getmədi, ərəblərin assimilyasiya –yəni azərbaycanlıları bir millət, yaxud ən azından bir xalq kimi yox etmək kimi mənfur və xəbis niyyətləri baş tutmadı. Türk xalqının namus və şərəfi bizim hamımızı labüd “ölüm”dən xilas etdi. Əksinə proses öz qüdrətli hökmünü bərqərar etdi-bizim öğullarımız ərəb qızları ilə ailə quraraq Azərbaycandakı ərəblərin “kökünü kəsdi”. O günlərdən hər bir regionda ərəb məhlələri adı bu tarixi unutmayaq-deyə aci bir yadigar kimi ürək ağrısına çevrilərək bugünümüzədək adlamış, bu bir tarixdir-onu unutmaq olmaz –deyə hər birimizə bir sirr kimi səslənir.
Amma biz də, ən yaxşılarımızın səbəbi, sayəsi hesabına ərəblərdən bugünümüzədək öz “intiqamımızı,qisasımızı” almağı “bacarmışıq”. Necə?-Cavabını hər birimiz şox gözəl bilirik. Azərbaycanlı ruhu,Azərbaycan müdrikliyi burada da bizə yardım olub.Zahirən,biz islam dinini qəbul etsək də,amma o dini ,həm də qılınc gücünə qəbul etdiyimizi ruhumuz inkar etmək iqtidarında olmayaraq, iki dini bugünlərimizədək yanaşı, paralel gətirmişik-Zorla qəbul etdiyimiz islam dinini - mənəviyyatımızın unutmağa yol vermədiyi, iliyimizdə, qanımızda, canımızda könüllü və əbədi yaşayan atəşpərəstlik dinini –qədimliyimizin, ruhumuzun ərməğanı kimi qorumuş, saxlamış indimizlə qovuşdurmuşuq- Bunu inkar etməyə heç kimin cürəti yetməz.
Bu böyük türk xalqının tarixi qələbəsidir-özünütəsdiq sənədidir. Bütün dünyaya hayqırdığı haqqı, ədalətidir. YUNESKO-nun bütün dünyada bu haqqın əzəmətli və təntənəli şəkildə Novruz bayramının dünya mədəniyyətləri incilərindən hesab edilməsi hər birimizə nə qədər böyük bir fərəh hissi aşılaması məhz bununla izah ediləndə daha da həşəmətli olur.
Ərəblər Azərbaycan dilinin şeir və sənət dilinə yaramadığını deyərək bu dildə şeir yazmağı qadağan etmişdilər.Ona görə də uzun müddət bu dildə yazmağa heç kim cürət etməmişdi. Hətta dahi Nizami belə, çox təəssüflər olsun ki, öz ehtişamlı əsərlərini fars dilində yaratmağa vadar edilmişdi. Əslində Nizami ,bunu demək nə qədər acı olsa da, fars dilini zənginləşdirmiş, fars dilini misilsiz bir dəyərə qovuşdurmuşdur. Böyük vətənpərvər şairimiz Səməd Vurğun Azərbaycan dilinin şedevri sayılan “Vaqif” pyesində bu ağrının unudulmayacağını belə müəyyənləşdirmişdi:
Qacar-Gərək fars dilində yazsın sənətkar. Bu cümlənin necə ağır olduğunu məhz əsl vətənpərvərlər dərk edə bilərlər. Səməd Vurğun bizləri qəflət yuxusundan oyatmaq, tarixə yenidən sərf-nəzər etməyə çağırır.
Amma Azərbaycan yenə də tarixə, heç nəyə baxmadan, öz üstünlüyünü sübut etməyi bacardı-o ağrıları unutdura biləcək “Dədə Qorqud”, Babək, Şəh İsmayıl Xətayi, Koroğlu, Füzuli və saya bilmədiyimiz nə qədər qüdrətli şəxsiyyətləri bəxş etdi.
Bu fikirlərin “Ədəbiyyat-10” dərsliyi ilə bağlı olmadığını nəzərə alaraq cavablandırılmasını lazım bilmirik.

Göyçay şəhər 6 № li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#7 13.05.2014 12:53
10-cu sinif Ədəbiyyat dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumat.


Yəqin ki,bizlərdən hər birimiz bilirik ki, Azərbaycan ədəbiyyatının ən nadir xəzinəsi olan Nizamimizi, Füzulimizi, bütün dünyaya səs salan “Kitabi-Dədə Qorqud”umuzu, ölməz və əbədiyaşar Koroğlumuzu indi Türkiyə türkləri öz əsərləri kimi, öz şəxsiyyətləri kimi tanıyır, sanır və tədris edirlər. Biz heç vaxt bu barədə onlara öz etiraz motivimizi bildirməyi ağlımıza belə gətirməmişik. Biz q ə l b i g e n i ş, ü r ə y i a ç ı q bir xalq olduğumuzdan hətta onlara haqq da vermişik.Ümumtürk,ümumoğuz abidəsi hesab olunduğundan onları sözün əsl mənasında dəstək də etmişik. Belə olan halda eyni iddianı Azərbaycan ədəbiyyatı da Türkiyəyə -türk ədəbiyyatının bəzi əsərlərinə eyni səbəbdən irəli sürməyə haqq qazanır.
Eramızdan əvvəl 7-ci əsrdə yaşayan Turan hökmdarı Alp Ər Tonqa haqqında yaradılmış dastan, Şu, Hun- Oğuz,Doqquz Oğuz ,Yaradılış,Oğuz Kağan, Bozqurd,Ergənəkon kimi dastanlar və eləcə də Yusif Xas Hacib nədən Azərbaycanla bağlanmasın? Əgər, doğrudan da,bu əsərlər ümumtürk, ümumoğuz ellərini əhatə edirsə,onda bizim də bu əsərlərə tam və qəti olaraq eyni iddiamız nədən olmasın? Bu barədə düşünmək çox azdır. Biz öz haqlı tələbimizi qoymalı və öz müəlliflik hüququmuzu eyni şəkildə müdafiə etməyi bacarmalıyıq. Bütün qüvvəmizlə çalışsaq, lap tezliklə öz haqlı arzumuza çatacağıq. Heç kimlə məsləhətləşmədən,bu fikirləri bütün vacib olan ədəbiyyat kitablarına daxil edərək ,həmin əsərləri və müəllifləri-onların əsərlərini Azərbaycan ədəbiyyat nümunələri kimi təqdim etməyin və öz əsərlərimiz kimi öyrənməyin əsl məqamıdır.

Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#8 31.05.2014 9:53
10-cu sinif Ədəbiyyat kitabı barədə yeni məlumat.

Biz bugün Azərbaycanın iki böyük şəxsiyyətini müqayisə edərək çox maraqlı faktlarla üz-üzə dayanacağıq.Azərbaycanın dahi şairi Nizami Gəncəvi və Azərbaycanın fəlsəfi fikir qaynağı,şeirlə mübarizəni üsyanla,yeni dünya yaratmaq əzmi ilə-insanın qüdrətini,kamilliyini,sarsılmazlığını,iradəsini,lə­­yaqətini dünyadakı ən ali-ən uca mövqeyini bəşəriyyətə bəyan edən və bunu öz həyatı ilə əsl bir nümunəyə döndərməyi bacaran –Nəsimimizlə fəxr edəcək,qürur duyacaq,haqlı olaraq öyünəcəyik.
Nizamidən başlayaq.Qeyd edək ki, 16-cı əsrdə Avropada əvvəllər”Günəş çəhəri”,sonralar isə”Utopiya” adlanan, Tomas Mor və Kompanellanın birgə səyi nəticəsində yazılan bu kitab tezliklə bütün dünyada yayılaraq müəlliflərinə misilsiz bir şöhrət gətirdi.Şöhrətin səbəbi isə həmin kitabda ideal bir cəmiyyətin təsvir edilməsi idi.Əlbəttə,Tomas Mor və Kompanella “Utopiya”kitabında ideal cəmiyyətə gəlib çıxmaq yolunu göstərə bilməmişdilər.Avropanın “barbar”mənasında “tatar” adlandırdıqları Şərqlə -Nizami ilə tanış olduqdan sonra Bəşəriyyətin “tatar”adlandırdıqları Şərqə-türklərə münasibətləri Avropanı heyrətə gətirməyə bilmədi-Onlar hələ Tomas Mor və Kompanelladan düz dörd yüz il öncə Azərbaycanda ideal bir cəmiyyətin təsvir olunduğunun şahidlərinə çevrildilər.Nizami “Xəmsə”sindəki “İskəndərnamə”əsəri bunun təkzibedilməz bir sübutuna çevrildi.Tomas Mor və Kompanellaya aid olan şöhrət bu müəlliflərdən vaz keçərək-Azərbaycana- Nizamimizə tərəf gəlməyə başladı.Bununla necə fəxr etməmək olar?Amma təəssüf ki,Nizami belə bu müəlliflərdən ideal cəmiyyətə necə gəlib çıxmaq yolunu göstərə bilməməsi ilə elə də fərqlənə bilməmişdi.Yəni Nizami də ideal cəmiyyəti hazır şəkildə təsvir etmişdi.Onu da qeyd etmək yerinə düşərdi ki,məhz YUNESKO 1991-ci ili Nizaminin həmin qlobal- sivil dünyanın belə bugün həll edə bilmədiyi ideal cəmiyyət və ideal hökmdar problemini həll etmək-bu yolda bütün humanist ideyaları vermək qüdrətinə görə Yer Kürəsi üzrə Nizami ili kimi qeyd etmək haqqında qərar imzalamış və bu qərarı həyata keçirmişdi.
Nəsimi dahi Nizaminin həm davamçısı,həm də ondan daha da irəli gedərək onun fikirlərinin inkişaf etdiricisi olmuşdur-yəni Nəsimi i d e a l c ə m i y y ə t ə n e c ə g ə l i b ç ı x m a q y o l u n u da açıqlaya bilmişdi.Nəsimi yaradıcılığının qüdrəti də məhz həmin ideyaların daşıyıcısı olmasındadır.
Bu,heç kimə sirr deyil ki, h a m ı m ı z ətrafımızda daim nələrinsə baş verdiyinin şahidləriyik.Hamı gözəl bilir ki,cəmiyyətdə qeyri-bərabərlik hökm sürür.Bəziləri çox əla,bəziləri yaxşı, bəziləri pis,bəziləri lap pis yaşamaqdadır.Demək olar ki, bu faktı hamı bildiyi halda, cəmiyyətin əksər hissəsi bu ədalətsizliklə barışaraq öz yaşayışlarını davam etdirməklə-başlarını aşağı salıb,ailələrini bir yana çıxarmaq fikri ilə məşğuldurlar.Bəziləri bu ədalətsizliyə dözmürlər,lakin yenə də nəsə etmək niyyətində olmurlar.Amma xalqın çox az –lap az bir hissəsi də var ki,onlar nəsə etmək,vəziyyəti dəyişmək –düzəltmək, bir sözlə cəmiyyətdə b ə r a b ə r l i k yaratmaq eşqinə düşürlər.Məhz Nəsimi də bu qəbil qeyri-adi insanlar sırasında-yalnız öz ailəsini deyil,bütün xalqını düşünənlər sırasında idi.Nəsimi hələ ilk gəncliyində,çox cavan olduğunda belə,Hüseyn təxəllüsünü özünə götürərək öz qəlb dünyasının səsini dinləyərək allahın özünün onun üçün açdığı cığırın ardınca getdiyini çəkinmədən bəyan etmişdi.Nəimi Nəsimi ilə tanış olduğunda fərqinə varmışdı ki,Nəsimi Allahın özü tərəfindən göndərilən qeyri-adi adamlara aiddir-Nəsimidə nəzəriyyəni qüdrətli şeirlərə çevirib xalqı öz ardı ilə aparmaq qüdrəti vardır-xalqı bir yerə toplamaq,xalqı idarə etmək istedadı vardır-Bu,bəşəriyyət boyunca çox az adamlara nəsib olan bir məziyyət idi.Nəsimi elə şəxslərə aiddir ki, biz onlar haqqında belə deyirik-onlar seçilmişlərdir.Biz aşağıda dediyimiz iki faktla bu fikri bir daha sübut edəcəyik.
1.Biz əvvəl bu fikri vurğulamışdıq ki, i n s a n hələ təkamül prosesindədir.Amma qeyri-adi fakt kimi indi onu da qeyd edəcəyik ki, bəşəriyyət boyunca elə şəxsiyyətlər olub ki, onlar bu təkamül yolunu başa vuraraq sonra geri qayıdıblar.Qayıdıblar ki, bütünlükdə Yer Kürəsinə aid olan ideyaları insanlara ötürsünlər-bəşəriyyəti qüdrətli ideyalarla zənginləşdirsinlər.Nəsimi də yenidən tarixin müəyyən zaman kəsiyinə Azərbaycanlıların kim olduğunu təsdiqləmək və yer üzünə öz sözünü demək üçün qayıdıb.Bu ideya bütün zamanları,bütün bəşəriyyəti ən qüdrətli hökmü ilə şəffaflaşdıraraq görün nələri deyir- Qan tökməklə,üsyanlar yolu ilə nəyəsə çatmaq,nələrəsə nail olmaq mümkün deyil.İnsan kamilləşməlidir-Hər bir insan öz qəlbinə nüfuz etməyi-öz qəlbindəki pis və yaxşı hər bir cəhəti üzə çıxarmağı bacarmalı, öz qəlbindəki,öz təfəkküründəki bütün pisliklərdən könüllü uzaqlaşmağı və öz qəlbində, öz təfəkküründə yaxşı olan hər bir cəhəti qoruyub saxlamağı öyrənməlidir-Yalnız bu halda insan mənəviyyatca saflaşar,kamilləşər,qüdrətli bir şəxsiyyətə,mükəmməlliyə qovuşar-bunu eyni zamanda hər bir kəs etsə,bütün dünya gözəlləşər,ideallaşar-Əslində,Nəsimi ideal cəmiyyətə gəlib çıxmaq yolunu müəyyənləşdirmişdir ki,bu yol hər birimizin öz “mən”indən gəlib keçir.Bütün pisliklərdən təmizlənmiş insan-ideal insandır.İdeal cəmiyyəti isə yalnız ideal insanlarla yaratmaq mümkündür.Yeri gəlmişkən onu da deyək ki, Nəsimi yaradıcılığındakı “mən” də pisliklərdən təmizlənən ideal insandır.Nəsimi və onun bütün həmməsləkləri çox gözəl bilirdilər ki,adi insan ideal cəmiyyəti yalnız arzulaya bilər,amma onu tam və qəti surətdə həyata keçirmək üçünsə, mütləq dövlət başçısı-dövlətin başında olan adama çevrilmək lazımdır.Buna görə də onlar hakimiyyəti ələ almaq uğrunda mübarizəyə başladılar.Hakimiyyətdə olanlar isə hürufilərin bu məqsədini anlamamış deyildilər.Onlar də öz növbəsində öz mövqelərini əldə saxlamağa çalışırdılar.Nəsimi bu yolda ölməyi də bacardı.Çünki O elələrindən idi ki, ö l ü m ü həyatının davamı kimi qəbul edirdi.Bunu isə hər kəs bacarmazdı.Beləliklə Nəsimi nəinki öz ideyaları ilə, nəinki öz mübarizələri ilə,hətta ölümü ilə də düşmənlərini sarsıda bildi.
2.Tibet dağlarının zirvəsində dörd divarı da şüşədən olan bir otaq vardır.Orada heç bir inhalyasiya(yəni keyitmə)əməliyyatı aparılmadan,heç bir cərrahi alətdən istifadə edilmədən insanları operasiya(əməliyyat) edirlər.Divarlar ona görə şüşədəndir ki, i n a n m a y a n l a r dünyanın hər tərəfindən təşrif buyurub bu əməliyyatları şəxsən özləri öz gözləri ilə müşahidə etsinlər.Jurnalistlər bu qeyri-adi əməliyyatları aparan istedadlara yanaşaraq onlara çoxlu suallar verir və bütün suallara cavab alırlar. Yalnız bir sual-cavabı hamının diqqətinə çaddırmağı zəruri hesab edirəm.Sual-Sizə varlı adamlar daha çox müraciət edir və sizlərə olduqca böyük pullar təklif edirlər.Niyə o pullardan imtina edirsiniz?
Cavab- Biz o pulları götürmək istəmişik,amma həmin an bu istedadın bizi tərk etdiyini aşkar etdiyimizdən biz həmin pullardan imtina etməli olduq.
Deməli,müqəddəslik t ə m i z l i k l ə mümkündür.Məhz Nəsimidə də -Nəsimi xislətən saf olduğu üçün belə bir müqəddəslik var idi.O,öz ideyalarına oqədər bağlı idi ki, hətta diri-diri soyulduqda belə,heç bir ağrı duymurdu.
Zaman keçib,vaxt dəyişib,amma Nəsimi ideyaları Y A X Ş I L A R üçün dəyişilməz olaraq qalır.Biz xoşbəxtik ki, Azərbaycanımızın belə qüdrətli,qeyri-adi şəxsiyyətləri vardır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Son fikirlərin “Ədəbiyyat-10” dərsliyi ilə birbaşa bağlılığı olmadığından cavablandırılmasını lazım bilmirik. Fikirlərinizi bildirdiyinizə görə təşəkkür edirik.

Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Çöyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin müəllimi Şərəbanı Zabit qızına

Hörmətli Şərəbanı müəllim, öncə, TQDK-nın “Ədəbiyyat” vəsaitinə belə diqqətli və tələbkar yanaşmanıza görə sizə minnətdarlığımızı bildiririk. Sonra isə TQDK-nın “Ədəbiyyat” vəsaiti ilə bağlı iradlarınıza cavab olaraq aşağıdakıları nəzərinizə çatdırmaq istəyirik:
Əvvəla, nəzərə alınmalıdır ki, respublikanın ümumtəhsil məktəblərində ədəbiyyat fənni üzrə qüvvədə olan tədris proqramı və TQDK-nın qəbul imtahanı proqramı əsasında hazırlanmış “Ədəbiyyat” kitabı dərslik deyil, vəsaitdir.
Həmin vəsait ümumtəhsil məktəblərinin 10-cu və 11-ci sinifləri üçün yazılmış “Ədəbiyyat” dərslikləri (“Ədəbiyyat”. 10-cu sinif. Bakı, 2012; “Ədəbiyyat”. 11-ci sinif. Bakı, 2012) əsasında hazırlanmışdır.
“Ədəbiyyat” vəsaiti hazırlanarkən həmin dərsliklər əsas götürülmüşdür. Vəsait müəllifləri Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş dərslikdəki məlumatları təhrif edə bilməz. Müəlliflərin dərslikdəki bəzi fikirlərə müəyyən subyektiv münasibətləri olsa da, onları dəyişdirib başqa bir şəkildə şagird və abituriyentlərə təqdim etmək ixtiyarı yoxdur.
TQDK-nın “Ədəbiyyat” vəsaiti ilə bağlı iradlarınızın hər üçü 10-cu sinfin “Ədəbiyyat” dərsliyindən irəli gəlir. Birinci irad – dərslikdə (Bakı, 2012) səh. 30, vəsaitdə 50; ikinci irad – dərslikdə (Bakı, 2012) səh. 31, vəsaitdə 51; üçüncü irad – dərslikdə (Bakı, 2012) səh. 32, vəsaitdə 51.
Qeyd etdiyiniz bir sıra məsələlər, ümumiyyətlə, nə TQDK-nın, nə də Təhsil Nazirliyinin səlahiyyətinə daxil deyil. Nəzərə alınmalıdır ki, heç kimə əsrlərin yaddaşından süzülüb gələn yazılı abidənin mətninə müdaxilə etmək hüququ verilməyib. Qeydlərinizin bəzisi elmi araşdırma tələb edən məsələlərdir.


Filologiya elmləri doktoru,
AMEA-nın Ədəbiyyat institutunun baş elmi işçisi,
6 saylı liseyin müəllimi Ataəmi Mirzəyev
Səhifələr: 1
Forumlar » 10-cu sinif » Ədəbiyyat