Göyçay şəhər 7№li orta məktəbin müəllimi Həsənova Pərvanə Hüseyn qızının 7-ci sinif Azərbaycan dili dərsliyi ilə bağlı rəyi
Azərbaycan təhsil sisteminin Avropa təhsili sisteminə inteqrasiyası, nəhayət, Ⅶ sinif dərsliyinə də oturaqlaşdırıldı. Güman edirəm ki, bu, davamlı olacaq, təfəkkür və düşüncə modelinə əsaslanan kurikulum islahatının tətbiqi XI sinfə ,hətta bağca təlim-tərbiyəsinədək tətbiq olunaraq özünün Azərbaycan təhsilində olimp mövqeyini təstiq edəcək, baxmayaraq ki, o, müəllimlərin hamısı tərəfindən birmənalı qəbul edilməyib. Şəxsən öz fikrimə gəldikdə düşüncə modelinin yaxın və uzaq strategiyası yaddaş modelindən çevikdir. Bu ifadə Ⅶ sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərinin bir növ qrafik və dizay işlərinə müsbət münasibətimi də ifadə edir. Buna görə də Azərbaycan dili dərsliyində müşahidə etdiyim bir neçə texniki qüsur hesab etdiyim məsələləri qeyd etməyi daha məqsədəuyğun bildim.
1. Azərbaycan dili dərsliyinin 10-cu ,17-ci və 63-cü səhifələrində “o” şəxs əvəzliyindən sonra vergül qoyulmalı olduğu halda istifadə edilməmiş, 25-ci səhifəsində isə mübtəda vəzifəsində işlənən “bu” işarə əvəzliyindən sonra köməkçi nitq hissəsi ədat işlənməsinə baxmayaraq vergül qoyulmuşdur.
2. 10 –cu səhifədə “supermarket” mürəkkəb ismi bitişik yazılmişdır .Halbuki hal-hazırda VII sinifdə oxuyan şagirdlər V sinif dərsliyində mürəkkəb isimlər mövzusunda bu sözün defislə yazıldığını öyrəmiblər. Mənə belə gəlir ki, şagirdlərin lüğətlərdə baş verən dəyişikliklərdən xəbərdar olması üçün dərsliyin sonunda orfoqrafiya və orfoepiya lüğətinin verilməsi məqsədəuyğundur.
3. 13-cü səhifəsində II abzasda cümlədə həmcins üzvlərdə qrammatik şəkilçilərin ixtisarı edilməmişdir.
4. 15-ci səhifəsində dil qaydalarında “feilin qrammatik məna növləri subyeklə obyek arasındakı müna-sibətlərdən yaranır” ifadəsi öz əksini tapsa idi daha doğru olardı. Çünki şagirdlərin həm yaş həddini , dərketməsini nəzərə almaq lazımdır. Bundan əlavə qeyd edim ki, feillə bağlı mövzular aşağı siniflərdə də tədris olunmasına baxmayaraq onun leksik məna növləri haqqında dərsliklərdə heç bir məlumat yoxdur. Bir hasiyə də çıxım ki, dil qaydaları çox bəsit şəkildə verilmişdir. Elə mövzular var ki, onlar VII sinifdə tədris edilir və kurikulum islahatının tətbiq ediləcəyi yuxarı siniflərdə bu haqqda anlayışların olacağının təminatı yoxdur.
5. 37-ci səhifədə 9№ li tapşırığın şərtində “qrammatika” ümumi anlayış ifadə edir. Buna görə də feillərin “morfoloji əlamətləri” kimi şərtin qoyulması onun konkretliyini təsdiq etmiş olardı.
6. 41-ci səhifənin 8№ li çalışmasının tələbində “düzgün söz sırasına əməl etməklə”şərti güman etmirəm ki, ibtidai siniflərdə şagirdlərə öyrədilmiş olsun. Öyrədilmişsə də, bütün şagirdlərin yaddaşında qala bilməz. Bu məsələ əsaslı şəkildə sintaksis bölməsində (VIII sinif) verilmişdir. Bunu əsas tutaraq hökm vermək olarmı ki, çalışmanın şərti bütün şagirdlər tərəfindən anlaşıqlı olacaqdır? Əgər çalışmanın şərti müəllim tərəfindən açıqlanarsa, onda VIII sinifdə “cümlədə söz sırası” mövzusu təkrar olmayacaqmı?!
7. Şərh etmədən deyə bilərəm ki, 44-cü səhifənin ilk abzasında işlədilmiş qanadlı ifadəsi məntiqi cəhət-dən aydınlaşdırdığı “Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır” cümləsi ilə uzlaşmır.
8. 46-cı səhifədə “üzünün biri önə, yəni gələcəyə....” kimi yox, “ ...önə ― gələcəyə ...” şəklində qeyd olunsa, söz təkrarı aradan qaldırılmış olardı.
9. “idi”, “imiş”, “isə” hissəcikləri ilə bağlı dil qaydalarında bu hissəciklərin feilin hansı şəkillərinə artırmaq olmaz fikri öz əksini tapmamışdı.
10. 60-cı səhifədə “ feilin təsriflənməyən formaları” dil qaydasında “feilin əsas xüsusiyyəti kimi şəxsə və kəmiyyətə görə dəyişməsi “ ifadəsinin işlənməsi daha düzgün olardı.
11. 70-ci səhifədə feili bağlama ilə bağlı dil qaydasında zərflə feili bağlamanı fərqləndirən cəhətin göstərilməsi məqsədəuyğundur.
12. 81-ci səhifədə yaddaş olaraq “qoşma” mövzusunda onların ismin hansı hallaında olan sözlərə qoşulub qoşulmaması fikrinin əlavə edilməsinə xüsusi ehtiyac var.
13. 89-cu və 93-cü səhifələrdə “bağlayıcı” ilə bağlı dil qaydalarına bağlayıcıların məna növləri və vergü-lün işlədilməsi ilə bağlı sistemli bir məlumatın verilməsi düzgün olardı. Çünki şagirdlər yazılı nitqdə durğu işarələrindən düzgün istifadəni bilmirlər.
14. 106-cı səhifədə ədatın məna növlərindən yalnız dördünün adı çəkilir. Məgər digər məna növlərini tədris etməyə ehtiyac yoxdumu?!
15. 117-ci səhifədə modal sözlərdə durğu işarələrinin işlənməsi ilə bağlı informasiya məhdud şəkildə verilmişdir.
16. Dərslikdəki bir sıra mətnlər əcnəbi ölkələrlə bağlıdır. Bu mətnlər şagirdlərə bir neçə cəhətdən məlumat genişliyi aşılayır. Lakin bu mətnlərdə əcnəbi adların çoxluğu, mətn daxilində həmmin əcnəbi millətlərə xas milli özünəməxsusluğu ifadə edən məsələlər şagirdlər tərəfindən çətin qavranılır. Bu nöqteyi-nəzərdən də şagirdin mətni öyrənməyə marağı azalır. Xalqımızın milli mentaliteti və milli özünəməxsusluğunu sənətkaarlıqla özündə əks etdirən mətnlər bu kimi mətnləri əvəz edərsə, bunun nəyi pisdir?! Biz əcnəbi mətnlərin tam çıxarılmasını tələb etmirik, bir qrupunun milli mətinlərimizlə əvəzlənməsini arzulayırıq. Əlavə olaraq qeyd edim ki, əsərin giriş, əsas, nəticə hissələrini, təsvir və mühakimə xarakterli mətnləri qarışdırırlar. Mövzularla bağlı şagirdlərə araşdırma xarakterli tapşırıqları yerinə yetirmək tapşırılarkən onların bilgi dairəsi nəzərə alınmalıdır. Baxmayaraq ki, əsrimiz texnika əsridir, qaçılmaz bir cəhətdir ki, hər kəsin evində kompüter, internet kimi informasiya vasitəsi yoxdur. Mən insanları təbəqələrə bölmək istəməzdim , amma inkar da edə bilmərik ki, bugünkü dövrümüzdə də şagirdlərin hamısı kurikulum dərsliklərinin tələblərinə cavab vermir. Bu dərsliklər daha çox təmaüllü ─lisey məktəbləri üçün yararlıdır. Ucqar dağ kəndlərində oxuyan şagirdlərinsə , tələblərinə cavab vermir. Bundan əlavə dərslikdə dialektizm lüğətinə də ehtiyac var. Çünki mətnlərdə dialekt sözə rast gələrkən şagird mənasını bilmir və izahı da dərsdən─ mövzudan uzaqlaşmağa gətirib çıxarır. Layihələrin başqa mövzu və yaradıcı tapşırıqlarla əvəzlənməsi daha doğru olardı.
Yekun olaraq deyə bilərəm ki, dərslikdəki bədii və qeyri mətnlərin müvafiq bölmələrdə təqdimatı məqsədəuyğundur və onlar şagirdlərin yaş səviyyəsi ilə nisbətən uzlaşır. Ümid edir və inanıram ki, qabaqcıl müəllimlərimiz diqqətimdən yayınan cəhətləri üzə çıxararlar, növbəti nəşirlərdə də bu kimi qüsurlar aradan qalxar.