8-ci sinif Azərbaycan dili dərsliyində verilmiş həmin dialoq (səh.126) heç də birmənalı qarşılanmır. İlk qəzetin yaranmasına, mətbuat tariximizə həsr olunmuş bölmədə iki oğlan arasında gedən "küçə" danışığının verilməsinə ehtiyac görmürəm. Müəlliflərin məqsədi gözəl danışığı təbliğ etməkdirsə, düşünmürəm ki, buna nail olubar. səh.127-də çərçivədə verilmiş "çağırış" isə daldan atılan daşa bənzəyir. Məqsəd kobud danışıqla gözəl ifadə tərzini müqayisə etməkdirsə, jarqon leksikasına, vulqar leksikaya aid bədii əsərlərdən nümunə vermək olardı. Bu daha yaxşı, düzgün qəbul olunardı, nəinki müəlliflərin qurduqları dialoq.