“Dərslik portalı” haqqında fikir və təkliflər

Forumlar » “Dərslik portalı” » “Dərslik portalı” haqqında fikir və təkliflər
Səhifələr: Prev 1 2 3 4
RSS
“Dərslik portalı” haqqında fikir və təkliflər
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi

Dərslik portalının izləyicilərini, dərslik müəlliflərini və dərslik yazmaq arzusunda olan alimlərimizi, müəllimlərimizi salamlayır və dərslik yazarkən aşağıdakılara xüsusi diqqət göstərmələrini arzulayıram:
1. Dərslik yazarkən ölkəmizi yaxşı öyrənmək üçün yerli materiallardan daha çox istifadə etsinlər.
2. İstifadə olunan faktların, ölçülərin dəqiqliyinə xüsusi diqqət yetirsinlər.(Xüsusilə coğrafi, riyazi məsələlərdə ).
3. Kursu tez-tez dəyişən pulla bağlı məsələ dərslik çap olunan günə kimi aktuallığını dəyişə bilər – belə məsələlərdə ehtiyatlı olmaq lazımdır.
4. Bir qurma aləti bütün siniflərin riyaziyyat dərsliklərində eyni adla işlədilsin .
Hətta bir dərslikdə günyə gah üçbucaq xətkeş, gah-da çertyoj üçbucağı kimi işlədildiyi kimi yox.
5. Təriflər bütün siniflərdə vahid formada verilsin, yoxsa bir dərslikdə verilən tərif başqa dərslikdə başqa cür öyrədilir.
6. Tənliklər sisteminin adı eyni dərslikdə bu adla yanaşı gah sistem tənlik, gah da sadəcə sistem kimi yanlış ifadə şəklində verilməsin.
7. Tarixi materiallardan,yerli alimlərimizin həyatından, kəşflərindən dərsliklərdə istifadə olunsun.
8. Dərslikləri orta məktəb kursuna yaxşı bələd olan alimlər orta məktəblərin təcrübəli müəllimləri ilə birgə yazsınlar.
Səhifələr: Prev 1 2 3 4
Forumlar » “Dərslik portalı” » “Dərslik portalı” haqqında fikir və təkliflər