User Posts Seyfullayeva Nərminə

Posts Of Seyfullayeva Nərminə
until
Səhifələr: 1
Coğrafiya
Şükürlü Şamayil, Hörmətli Şamayıl. Pekinin coğrafi uzunlugunun qismən həqiqətə uyğun olmaması məsələnin həllində əsas deyil. Adətən belə rəqəmləri daha çox ümumiləşdirmək lazımdır. Məsələnin həlli yoluna gəldikdə isə hər bir müəllimin öz yanaşması ola bilər və bu qəbul ediləndir.
Coğrafiya
Veyisova Xəyalə, Xəyalə xanım Sizin təcrübənizə inanırıq. Əgər Siz həqiqətən kartoqraf təsvirlər mövzusunu tədris etməkdə çətinlik çəkmişsinizsə, problemin həlli üçün tədbirlər görülməlidir. Miqyas mövzusu standarta uyğundur. Nisbi hündürlük, kəsmə hündürlük, horizontal terminlərini sadələşdirmək təklifiniz qəbul edilir. Gələcək tam nəşrlərdə bunu nəzərə alarıq. Qeyd etmək istərdim ki horizontollar mövzusu 9-cu sinifdə yenidən və daha mükəmməl izah olunur. Təcrübəli pedaqoq kimi bilirsiniz ki hər hansı coğrafi informasiya ilkin olaraq təsəvvür formasında, ikinci olaraq təfəkkür və son olaraq tətbiq formasında verilməlidir.
Coğrafiya
Nağiyeva Afaq[/ Afaq xanım. Dərs saatlarının bölünməsində müəllim sərbəstdir. Cari planlaşmanı tərtib edərkən Sizin çətin hesab etdiyiniz mövzulara əlavə vaxt ayıra bilərsiniz.
Səhifələr: 1