User Posts Hüseynova Leyla

Posts Of Hüseynova Leyla
until
Səhifələr: 1
Ümumi tarix
Hörmətli müəllimlər. Sizin iradlarınızla tanış olduq. 2018ci ildə Ümumi tarix-7 və Azərbaycan tarixi-7 dərslikləri redaktə olunaraq yenidən çap olunacaq. Sizin faydalı iradlarınız nəzərə alınacaq.
Azərbaycan tarixi
Bayramova Leyla m., Sizin dərsliklər haqqında bəzi fikirlərinizlə razıyam. Lakin qəhrəmanların dərslikdə sevdirilməsinə münasibətiniz çox qəribədir. Məsələn, Babək tarixi qəhrəmandır. Lakin bu şəxsiyyətə münasibət tarixçi alimlər arasında müxtəlifdir. Deyək ki, biz müəlliflər dərslikdə tamamilə neytral mətn verdik. Onda tarixçi-müəllimlər şagirdlərin qəhrəman haqqında fikirlərini yönəldəcək. Hansı tərəfə yönəldəcək? Əlavə məlumat topla-tapşırığı verərkən şagirdlər gedib hansı məlumatı oxuyacaq? Oxuduğu məlumatı düzgün anlayacaqmı? Baxın, nə qədər problem yarana bilər. Nəticədə, tarixi şəxsiyyətlərimiz gənc nəslin gözündə heç də qəhrəman kimi yox, qınaq obyektinə çevriləcək. Bu isə şagirdlərin vətənpərvərlik tərbiyəsinə mənfi təsir göstərəcək. Siz yəqin ki, Avropa ölkələrinin, Amerika təhsilində tarix dərsliklərini nümunə götürürsünüz. O dərsliklərlə mən də tanışam. Xarici ölkələrdə təcrübə keçmişəm. Biz bu gün müharibə şəraitində yaşadığımız halda, milli varlığımız qonşu dövlətlərə ağır gəldiyi halda tarixi şəxsiyyətlərimiz, ümumən tariximiz haqqında fikirləri risk altına ata bilmərik. Milli ideologiya vacib məqamlardandır. Rusiyada isə Stepan Razin quldur olduğu halda az qala milli qəhrəman kimi təqdim olunur. Siz isə müəllifləri qınayırsız ki, niyə Babəki, Cavanşiri, Uzun Həsəni, Şah İsmayılı və s. tarixi şəxsiyyətləri müəllif müsbət xarakterli verib. Ümid edirəm diqqətlə oxuyacaqsınız.
Azərbaycan tarixi
Qafarov Nazim müəllim. Sizin qeydinizə diqqət yetirdim. Səhifə 43-də verilmiş cümlədə sadəcə "keçmişdə Atropatenanın paytaxtı olmuş Qazaka şəhəri işğal olundu" kimi və ya sadəcə "Qazaka şəhəri işğal olundu" kimi verilə bilər. Təkrar nəşrdə qeydlər nəzərə alınacaq. Müəlliflər dərsliklərin monitorinqlərində önə sürülən qeydlərlə tanışdır. Rəylərə cavab isə TQDK-ya göndərilib.
Azərbaycan tarixi
Məmmədov Qəzənfər müəllim, sizin qeydiniz əslində dərsliyə deyil, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Azərbaycan tarixi fənni üzrə kurikulumadır. Çünki dərslik kurikulum tələbləri əsasında hazırlanıb. Kurikuluma əsasən 9-cu sinfi bitirən şagirdlər artıq müasir dövr Azərbaycan tarixini də öyrənmiş olacaqlar. Bu səbəbdən də Azərbaycan tarixinin bütün mərhələləri 6-cı sinifdən 11-ci sinfə qədər yox, 6-9-cu siniflərdə öyrədilir. Beləliklə, müəyyən ixtisarlar ehtiyac yarandı. Müəlliflər kurikulum standartlarına əsaslanaraq keçmiş 7 və 8-ci sinif mövzuları əvəzinə yalnız 7-ci sinif dərsliyi yazmalı olublar.
Azərbaycan tarixi
Tağıyev Azad müəllim, çox maraqlıdır, siz 5-ci sinif dərsliyini necə təsəvvür edirsiz? Bu dərslik (2012-ci il nəşri) elə əslində nağılvari şəkildə 11 yaşlı məktəbliləri Azərbaycan tarixinin bütün mərhələləri ilə tanış etməyi hədəfləyir.
7-ci sinif
Salam. 7-ci siniflər üçün "Azərbaycan tarixi" və "Ümumi tarix" dərslikləri 128 səhifədən ibarət olub, VI əsrdən XVI əsrə qədərki böyük tarixi dövrü əhatə edir. Sizcə, belə geniş mövzuları 128 səhifədə verəndə orda ideal mətn ortaya çıxa bilərmi? Unutmayaq ki, bu dərsliklər kurrikulumun standartlarını reallaşdırmaq üçün vəsaitdir. Bəzi müəllimlər faktları əzbərlətdirmək istədikləri üçün çətinliklə rastlaşırlar. Şagirdlərə istiqamət verin, istənilən mənbə materialı hazırlayıb vərəqləərdə təqdim edin. Mən hal-hazırda 7-ci siniflərdə fənnimizi tədris edirəm və dərsliklə bağlı şətinlik görmürəm. Düzdür, bəzi redaktələrə ehtiyac var. Monitorinqin yekun rəyi çox səmərəli sənəddir. Buna görə, TQDK-nın "Dərsliklərin qiymətləndirilməsi və monitorinqi" şöbəsinə təşəkkür edirik. Təbii ki, rəylərə rəsmi cavab veriləcək və qəbul olunan qeydlər reallaşdırılacaq. Qəbul etmədiyimiz məqamların da təhlili veriləcək. Dərslik strateji vasitədir. Vətənpərvərlik tərbiyəsinə gəldikdə isə, dərslikdə buna zidd olacaq fikirlər yoxdur.
Səhifələr: 1