User Posts Kazimov Mahal

Posts Of Kazimov Mahal
until
Səhifələr: 1
Biologiya
9 -sinif biologiya,müəlliflər­: Yaşar Seyidli,Nailə Əliyeva,Xumar Əhmədbəyli.səhifə 23 -də sual 2-nin 1)Buxar halında suyun molyar kütləsi 18q/mol-a bərabərdir.Maye halında olan suyun molyar kütləsi isə daha yüksəkdir.Bu nəyi göstərir? Bu sual elmi cəhətdən səhvdir.Maddənin molyar kütləsi onun aqreqat halından asılı deyil.Molyar kütlə Avoqadro ədədinə bərabər sayda molekulun qramlarla kütləsidir.Bu isə maddənin aqreqat halından asılı deyil.
Kimya
Moderator, Kazımov Mahal
Hörmətli İmran müəllim,salam.Sizin yazılarınız bir qədər qarışıqdır.Ona görə hansı fikrin sizə,hansının dərsliyə aid olduğunu seçmək çox çətindir.Səhvlərin düzəlişi qaydası belədir:Əvvəlcə dərslikdə olan səhv fikir olduğu kimi yazılır,sonra təklif olunan düz fikir yazılır.Belə olanda oxucu fikirləri qarışdırmaz.Sizin yazılarınızda bu qayda gözlənilmir.
Bu sxemdə: KClO3 KClO2 + O xlor-oksigen rabitəsi temperaturun təsiri ilə heterolitik parçalanır.Bu dönməyən prosesdir.Tədqiqatçı məcburi olaraq aparır. II sexmdə KClO3 + O KClO4" oksigen atomunun elektron cütü müsbət yüklü xlor atomuna cəzb olunaraq rabitə yaradır.Bu öz-özünə gedən prosesdir.I və II sxemdə gedən proseslər bir-birindən asılı deyildir.Alınan kalium perxlorat reaksiya temperaturunda davamlı olduğuna görə bu proses gedir.
Sizin fikriniz: Əgər sirr deyilsə deyin görək, bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçdiyini hansı mənbədən öyrənmisiniz?
Orta məktəb proqramı uyğun olaraq belə izah etmək olar:Hər bir oksidləşmə-reduksiya reaksiyası reduksiyaedici və oksidləşdirici iştirakı ilə gedir.Elektron həmişə reduksiyaedicidən oksidləşdiriciyə keçir.Əgər götürülmüş reduksiyaedici ilə oksidləşdirici arasında oksidləşmə-reduksiya reaksiyası gedirsə, onda reduksiyaedicinin elektromənfiliyi oksidləşdiricinin elektromənfiliyindən az olur.Ona görə də “bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçməsi” fikri düzdür.
Əgər sirr deyilsə deyin görək, bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronların elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçdiyini hansı mənbədən öyrənmisiniz?Bu fikrin geniş mənada izahı belədi: təbiətdə bütün proseslər öz-özünə yalnız sistemin sərbəst enerjisinin azalması istiqamətində gedə bilər.Buna görə də öz-özünə gedən oksidləşmə-reduksiya reaksiyaları yalnız elektronların elektromənfiliyi az olan atomdan çox olan atoma keçməsi ilə gedə bilər.Çünki, reduksiyaedici və oksidləşdiricidən ibarət sistemdə reduksiyaedicinin elektronu ilə oksidləşdirici arasında potensial enerji formasında sərbəst enerji mövcuddur. Elektron reduksiyaedicidən oksidləşdiriciyə keçəndə bu sərbəst enerji azalır. Elektron elektromənfiliyi az olan reduksiyaedicidən elektromənfiliyi çox olan oksidləşdiriciyə keçəndə sistem enerji verərək daha davamlı hala keçir.Bu da o deməkdir ki, bütün oksidləşmə-reduksiya reaksiyalarında elektronlar elektromənfiliyi az olan atomlardan çox olan atomlara keçir.


Sizin bu fikrinizlə” İnciməyin, mənə elə gəlir ki, ya məni ələ salırsız, ya da oxucuların fikrini əsas problemlərdən yayındırmaq istəyirsiniz.”razı deyiləm. Yaşımın bu çağında mən belə fikirlərə düşmərəm.Həm də məni tanıyanlar bilir ki,mən təbiətcə çox sakit adamam və tanımadığım insanla Sizin dediyiniz kimi davranmaram.Mən sizə hörmətlə yanaşıram.Əgər inciməyinizi bilsəydim heç Sizin yazılara baxmazdım.
Hörmətlə: Mahal müəllim.
Kimya
Moderator, Mahal Kazımov
Hörmətli İmran müəllim!Siz kimya elmində hər şeyi bir-birinə qarışdırıb mənə deyirsiniz ki,görün seçə bilirsinizmi?Bir də Siz heç vəclə səhvinizi qəbul etmək istəmirsiniz.Siz qəbul etsəniz də,etməsəniz də səhv görünür.
Orta məktəbdə deyilməlidir:Elektro­mənfilik elementin atomunun başqa elektronları (Bu kimyəvi rabitə yarananda baş verir.) özünə birləşdirməsi xassəsidir. Elementlərin neytral atomlarının elektromənfilikləri,­ionlaşma enerjisi və elektrona hərisliyi sabit kəmiyyətdir.Nəzərini­zə çatdırıram ki, cədvəldə verilən elektromənfiliklər neytral atomlara aiddir.Ancaq müəllim bilməlidir ki,bu kəmiyyətlər neytral atoma birləşən və ya neytral atomdan ayrılan birinci elektrona aiddir.İkinci və sonrakı elektronlar üçün bu kəmiyyətlər fərqlidir. Bu səbəbdən də elementin atomunun elektron əhatəsi dəyişəndə,yəni kimyəvi birləşmədə elementin atomunun elektromənfiliyi neytral atomun elektromənfiliyindən fərqlidir.
Ammonyakda azot atomunun elektromənfiliyi nə üçün sıfıra yaxındır?Bu birləşmədə azot atomunun nüvəsi mümkün olan maksimal dərəcədə elektronların mənfi yükü ilə örtülmüş olur.Bu mənfi yük örtüyündən kənarda nüvənin müsbət yükünün sahəsi sıfıra yaxınlaşır.Bu səbəbdən amonyakda azot atomunun elektromənfiliyi sıfıra yaxınlaşır və o özünə başqa elektron birləşdirə bilmir.
Ammonyakda azotun və kükürd dioksiddə kükürdün elektromənfiliyi necə hesablanır?Mənim bildiyimə görə elmi ədəbiyyatda kimyəvi birləşmələrdə elementin atomunun elektromənfiliyinin hesablanması yoxdur.Yalnız atomda elektron örtüyündə mənfi yükün artıb azalmasına görə onun elektromənfiliyinin neytral atoma nisbətən artıb azalmasını söyləmək olar.
Civə 2-oksid parçalananda Hg+2-nin elektromənfiliyi,yən­i başqa atomlardan özünə elektron birləşdirməsi, O-2-nin elektromənfiliyindən çoxdur.Ona görə də elektron O-2-dən Hg+2-yə keçə bilər.
Disproporsiya reaksiyalarının getmə mexanizmini bilsəniz bu sualı mənə verməzdiniz.Onlardan birinin getmə mexanizmini izah edirəm.Əvvəlcə deyim ki, bu reaksiyalarda elektron eyni oksidləşmə dərəcəsinə malik atomların birindən digərinə ya birbaşa keçmir,ya da başqa yüklü hissəciklərin təsiri ilə keçir. Azot dioksidin su ilə reaksiyasına baxaq.

Su molekulunun mənfi yüklü oksigen atomu müsbət yüklü azot atomuna birləşir.İkinci azot dioksid molekulu isə mənfi yüklü oksigen atomu ilə müsbət yüklü hidrogen atomuna birləşir və hidrogen-oksigen rabitəsinin qırılması ilə nitrit və nitrat turşuları alınır.Deməli, mənfi yüklü oksigen atomu özündə olan artıq elektronun bir hissəsini azot atomuna verir.Başqa disproporsiya reaksiyalarını da izah edimmi?Yəqin ki,lazım deyil.
Bertole duzunun parçalanması:
Bu duzu qızdıranda onun bir hissəsi parçalanır:
KClO3 KClO2 + O
Sonra kalium xloratın bir hissəsi atomar oksigenlə reaksiyaya girir.
KClO3 + O KClO4
Sonra kalium xlorit kalium xloridə qədər parçalanır.Alınan atomar oksigen isə kalium xloratın parçalanmamış hissəsi ilə reaksiyaya girir.Yəni bir xlor atomundan digərinə elektron keçidi baş vermir.
Səh.4, axırıncı abzas: “Kimyəvi reaksiyalarda elektronlar elektromənfiliyi böyük olan elementlərin atomlarına keçir və ya ona tərəf yerini dəyişir”. Dərslikdə verilən bu fikirdən kənara çıxmalar yoxdur.Tamamilə düzdür.Siz isə bunun əksini sübut edirsiniz.Sizin fikriniz: “Bu fikir 29-cu səhifədə də təkrarlanıb. Bu, həqiqətə uyğun deyil. Deyilənin əksi olan minlərlə misal çəkmək olar. Məsələn, 4NH3 + 3SO2 → 3S + 2N2 + 6H2O reaksiyasında elektronlar elektromənfiliyi böyük olan azotdan elektromənfiliyi daha kiçik olan kükürdə keçir.”
Mən demək istəyirəm ki,Sizin aşağıda göstərilən fikriniz səhvdir.
Digər tərəfdən, elektronlar elektromənfiliyi çox olan atomdan az olan atoma keçir. Minlərlə reaksiya tənliyi tərtib etmək olar ki, elektronlar elektromənfiliyi çox olan atomlardan az olan atomlara keçsin.
Elektron heç vaxt elektromənfiliyi çox olan atomdan az olan atoma keçə bilməz.
Sizin yazdığınız dərslikdə göstərilən bu fikir: Səh.23. “Hibridləşmiş orbitalda elektron buludu nüvənin bir tərəfinə daha çox dartıldığından onlar daha çox örtülür və nəticədə nüvələrarası sahədə elektron sıxlığı artır.”
Bu ifadə belə olmalıdır: Səh.23. “Hibridləşmiş orbitallar nüvədən bir tərəfə daha çox dartıldığından kimyəvi rabitə yarananda onlar daha çox örtülür və nəticədə rabitə daha möhkəm olur.”
Ondan sonrakı cümlə: “Hibridləşmiş orbitalların əmələ gətirdiyi rabitələr s- və p-orbitalların əmələ gətirdiyi rabitələrdən daha davamlı olur.“Bu fikir səhvdir.
Belə olmalıdır:Eyni bir molekulda hibridləşmiş orbitalların əmələ gətirdiyi rabitələr hibridləşməmiş orbitalların əmələ gətirdiyi rabitələrdən daha möhkəm olur.
Sizin Я.А.Угай.Общая химия,изда.-во» ВЫСЩАЯ ШКОЛА»,1977 mənbəyindən gətirdiyiniz misala dair münasibətimi bildirmək istəyirəm. Bu kitab məndə yoxdur. Lakin bütün hidrogen-halogenidlə­rdə halogen atomlarının SP3 hibridləşməsi vəziyyətində olduğuna mən inanmıram. Ona görə ki, atom radiusu artdıqca bu tip birləşmələrdə (hidrogen-halogenidl­ərdə)rabitəni əmələ gətirən halogen atomlarının orbitallarında hibridləşmə payı çox çüzi olur və HJ-dakı J atomunda hibridləşmə praktik olara sıfıra bərabərdir. Ya Siz Səhv edirsiniz, ya Я.А.Угай, ya da hər ikiniz.
Hörmətli İmran müəllim, bu yazınızdan mən belə başa düşdüm ki, Siz elmdə nəyi bilmirsinizsə,onun mümkünlüyünü qəbul etmirsiniz.Lakin hidrogen-halogenidlə­rdə halogen atomlarının valent orbitallarının SP3 hibridləşməsi 1977-ci ildə hamı tərəfindən qəbul olunmuş fakt idi.Ancaq Uqay və mən səhv edirik.
Hörmətli İmran müəllim,9-cu sinfin dərsliyi haqqında yazılarınıza görə Sizə təşəkkür edirəm.Həqiqətən xeyli iş görmüsünüz.
Sonda istəyirəm ki,yazılarıma görə məndən inciməyəsiniz.
Hörmətlə: Mahal Kazımov(e-mail:)
Kimya
Hörmətli İmran müəllim,mən sizin yazılarınızda yalnız səhvləri göstərirəm.Digər yazılarınız düzdür.Mənim məqsədim Sizi tərifləmək deyildir. Sadəcə sizin yazılarınızı oxudum və səhvləri gördüm.İndi Sizin suallara cavab verirəm.Sizin dedikləriniz,yəni elementlərin elektromənfiliklərin­in sabit olması neytral atomlar üçün düzdür.Kimyəvi birləşmədə element atomunun elektromənfiliyi onun elektron əhatəsindən asılıdır.Yəni kimyəvi birləşmədə element atomunun nüvəsinin ətrafında mənfi yük azalırsa,onun elektromənfiliyi artır.Əksinə nüvə ətrafında mənfi yük artırsa,onun elektromənfiliyi azalır. Uqayın Ümumi kimya kitabına baxsanız bu fikrə də rast gələrsiniz.
Kimyəvi birləşmədə element atomunun elektromənfiliyini hesablanması qaydasına rast gəlməmişəm.Bu elə də əhəmiyyət kəsb etmir.Ümumiyyətlə,bu məsələ orta məktəb üçün lazım deyildir.
Kimya
Moderator, Kazımov Mahal E-mail:
İmran Rəhimovun yazdığı düzəlişdə buraxılmış səhvlər
29 səh.-də təkrarlanıb.Kimyəvi reaksiyalarda elektronlar elektromənfiliyi böyük olan elementin atomuna keçir.Siz bunun əksini sübut etməyə çalışırsınız. Lakin bu fikriniz səhvdir.
4NH3 + 3SO2 3S +2N2 + 6H2O
Siz bu reaksiyada azot və kükürd elementlərinin elektromənfiliklərin­i müqayisə edəndə nəzərə almırsınız ki,ammonyakda azot atomunun elektron örtüyü neonun elektron örtüyü ilə eynidir.Ona görə ammonyakda azot atomunun elektromənfiliyi təsirsiz qazlarda olduğu kimi sıfıra yaxındır.Kükürd dioksiddə kükürd atomunun 4 elektronu oksigen atomlarına doğru yerini dəyişdiyinə görə ( S+4 ) hissəciyinin elektromənfiliyi neytral kükürd atomunun elektromənfiliyindən xeyli böyükdür.Ona görə də əvvəldə deyildiyi kimi elektron elektromənfiliyi böyük olan elementin atomuna keçir.
23 səh.-də.Hibridləşmə haqqında.Hibrid orbitalla yaranan kimyəvi rabitənin enerjisi hibridləşməmiş orbitalla yaranan kimyəvi rabitənin enerjisindən çoxdur.Siz bufikrin əksini sübut etməyə çalışırsınız.Bu da səhvdir.Əvvəlcə deyim ki, hidrogen halogenidlərdə halogen atomunun valent orbitalları sp3 hibridləşmişdir.(Я.А­.Угай.Общая химия,изда.-во» ВЫСЩАЯ ШКОЛА»,1977) Yəni HF –də rabitə hibrid orbitalla yaranır.Sizin apardığınız müqayisə səhvdir.Yəni müxtəlif birləşmələrdə olan hibrid orbitalla yaranan kimyəvi rabitənin enerjisini hibridləşməmiş orbitalla yaranan kimyəvi rabitənin enerjisi ilə müqayisə edirsiniz.Müqayisə belə aparılır:Şərti olaraq qəbul etsək ki, CH4 metan molekulunda kimyəvi rabitələr I halda hibrid orbitallarla,II halda isə hibridləşməmiş orbitallarla yaranır. Onda I halda hibrid orbitalla yaranan C─H rabitəsinin enerjisi II halda hibridləşməmiş orbitalla yaranan C─H rabitəsinin enerjisindən çox olacaq.Yəni Sizin səhv kimi qəbul etdiyiniz fikir düzdür.
29 səh.-də Oksidləşmə-reduksiya reaksiyalarına aid.
b) 2Fe3+ + 2 2Fe2+ + J2
Yazırsınız ki, elektron elektromənfiliyi çox olan elementin atomundan az olana keçir.Bu da səhvdir.Burada Fe3+ ionunun elektromənfiliyi yodid ionunun elktromənfiliyindən çoxdur. yodid ionunun elektromənfiliyi sıfıra yaxındır, çünki yod atomunda xarici p enerji yarımsəviyyəsi elektronla dolmuşdur.
Kimya
Moderator Kazımov Mahal E-mail:

9-cu sinif kimya dərsliyinin (2009-ci il nəşri) müzakirəsi
S,p və d orbitallar
Təcrübi olaraq sübut edilmişdir ki,elektronun müsbət yüklənmiş nüvə sahəsində olması ehtimalı eyni deyildir.Bu fikir elmi məna daşımır.Belə olmalıdır:Təcrübi olaraq sübut edilmişdir ki,elektronun müsbət yüklənmiş nüvə sahəsində müxtəlif nöqtələrdə olma ehtimalı eyni deyildir. Elektronun nüvədən müəyyən məsafədə olması ehtimalı qrafik olaraq nöqtələrlə təsvir edilir.Bu səhvdir.Belə olmalıdır:Elektronun nüvədən müəyyən məsafədə olması ehtimalı qrafikdə nöqtələrin sıxlığına uyğun olur.Nöqtələr sıx olan yerdə elektronun olma ehtimalı böyük olur.
Orbital – nüvəətrafı fəzanın elə bir hissəsidir ki.burada elektronun olma ehtimalı 90%- dən az deyil. Bu tərif orbital anlayışının mahiyyətini izah etmir.Orbital- nüvənin elektrik sahəsində elektrona təsir edən qüvvələrin tarazlaşdığı,yəni həmin qüvvələrin əvəzləyicisinin sıfra bərabər olduğu nöqtələrin həndəsi yeridir.Elektrona təsir edən qüvvələr tarazlaşdığına görə o böyük ehtimalla orbitalda olmağa çalışır.
Orbitalların hibridləşməsi
Hibridləşmənin mahiyyəti belədir:bəsit maddələr reaksiyaya girdikdə onlar enerji udaraq aktivləşirlər.Bu zaman atomların həyacanlanması,yəni valent elektronlarının təkləşməsi baş verir.Atomda cütləşməmiş elektronlar yüksək enerjiyə malik olurlar və onlar arasında güclü elektrostatik itələmə qüvvəsi olur.Bu qüvvənin təsiri ilə elektronlar bir- birindən maksimum uzaqlaşırlar və eyni zamanda nüvədən də uzaqlaşırlar. Cütləşməmiş elektronlara təsir edən qüvvələrin tarazlaşması nüvənin elektrik sahəsində yeni nöqtələrdə baş verir və bu nöqtələrin həndəsi yeri hibrid orbitaldır.
Orbitalların hibridləşməsi üçün valent elektronlarının təkləşməsi əsas şərt deyildir.Əsas şərt valent elektronlarının enerji qəbul etməsidir.Bəzən cütləşmiş elektronlar olan valent orbitalları da hibridləşir.Məsələn,­ammonyak molekulunda azot atomunun valent orbitalları sp3 hibridləşir və hibrid orbitalların birində cütləşmiş elektronlar olur.Həmçinin su molekulunda oksigenin sp3 hibrid orbitallarının ikisində cütləşmiş elektron olur.
Səhifələr: 1