User Posts Nemətov Ədalət

Posts Of Nemətov Ədalət
until
Səhifələr: 1
Riyaziyyat (2015)
Nemətov Ədalət-Masallı şəhəri, "Dəfinə məktəb liseyi"
Salam "Dərslik portalı" iştirakçıları!
"Dərslik portalı",V sinif, VI sinif, VII sinif Riyaziyyat dərslikləri haqqında fikirlərimi hörmətli oxucuların müzakirəsinə təqdim etmişəm.
VIII sinif Riyaziyyat (müəlliflər Nayma Qəhrəmanova, Məhəmməd Kərimov, İlham Hüseynov, ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik,Radius nəşriyatı Bakı-2015) dərsliyi ilə tanış olduqdan sonra onun haqqında da fikirlərimi bildirməyi özümə borc bildim.
Təkrarçılıqdan xoşum gəlmir. Amma bir daha bildirmək isdəyirəm ki, məqsədim tənqid etmək deyil-dərsliklərimiz­in qüsursuz olması , heç olmazsa gələcək nəşrlərdə buraxılan səhvlərdən xilas olmaq istəyidir.
Dərsliyin müsbət cəhətləri çoxdur. Mövzuların əhatə dairəsi, müxtəlif tipli məsələlərə yer verilməsi, praktik tapşırıqlardan istifadə edilməsi, bəzi çalışmaların həllinin verilməsi, tarixi məlumatlar, "Bu maraqlıdır", tətbiq və öyrənmə tapşırıqlarının verilməsi dərsliyin əhatəliyini,maraqlığ­ını artırır, proqram materiallarını tam əhatə etmək istəyindən irəli gəlir.
Lakin çox təəssüf ki, dərslikdə şəkillərin nömrələnməməsi, çalışmaların hamısının cavabının verilməməsi cavabların bəzisinin səhv olması həm şagirddə, həmdə oxucularda başqa fikirlər yaradır.
İlk olaraq qeyd edim ki, qurma məsələlərinə yer verilməsi çox yaxşı haldır. Bunun əsas faydası gələcək mövzuların daha yaxşı mənimsənilməsinə və gələcəkdə ali məktəbdə (xüsusilə I qrupda) təhsildə bir neçə fənnin tədrisində çox faydası olacaq.
Lakin çox təəssüf ki, bu tipli məsələdən harada istifadə olunubsa kobud səhvlərə yol verilib.
1. Məsələn, səhifə 40-da, 18 nömrəli məsələdə " tərəfinə və bucağına görə paraleloqram qurma addımlarını araşdırın " 4 mərhələdən istifadədə bir neçə səhvə yol verilib:
I. Birinci mərhələdə paraleloqramın tərəfinin KAD bucağının AD tərəfi üzərində ayrılması qeyd olunmalı idi.
II. İkinci mərhələdə " ... eyni ölçüdə bucaq LDH-ı qurun " cümləsi aşağıdakı kimi olmalı idi: " D nöqtəsini təpə nöqtəsi qəbul etməklə bucaq KAD bucağına bərabər bucaq LDH-ı qurun ".
III. Üçüncü mərhələdə AK və DL tərəfləri üzərində bərabər parçalar ifadəsi yox - paraleloqramın ikinci tərəfi böyüklükdə parçalar ayırın və işarələyin olmalıdır.
2. Səhifə 42-də məsələ 1-də daha böyük qəbahətə yol verilib.
Belə məsələyə müraciət edən müəlliflər:
I. Qurma məsələsinin həllinin 4 mərhələdən (analiz, qurma, isbat, araşdırma ) keçməsi haqqında haradasa qeyd etməli idilər:
II. Hər hansı fiquru qurmaq üçün ( həmçinin verilən elementlərinə görə məchul elementlərini tapmaq üçün ) onun
2n-3 sayda ( burada n-çoxbucaqlının tərəflərinin sayını göstərir ) elementinin verilməsi vacibdir, Qurma məsələlərində verilən elementlərinə görə qurulan fiqur vahid olmalıdır. yoxsa həmin adda fiqur qurmaq olar, lakin mücərrədlik olacaq, necə ki, aşağıda söhbət açacağım məsələdə olduğu kimi.
Məsələ 1-in 1-ci bəndində "Romb qurma addımlarını araşdırın" tapşırığda şərtlər sayı kifayət etmədiyindən romb qurmaq mümkün olacaq, lakin mücərrədlik, qeyri müəyyənlik olacaq. Bu məsələdə tərəflə yanaşı bir bucağın,yaxud hündürlük və yaxud diaqonallarından birinin verilməsi şərti olmalı idi. Məsələnin həlli mərhələlərində II sütunda "Qövs üzərində hər hansı B nöqtəsini qeyd edin" fikri qeyri müəyyənlik yaradır. Şagird B nöqtəsini həmin qövs üzərində AD-nin sol tərəfində, AD-nin uzantısı üzərində götürsəydi necə olardı-məlumdurki, bu halda nəinki romb,hətta dördbucaqlı da alınmayacaqdır. Burada daha gülünc bir fikir işlədilib-"Pərgarın iti ucunu A nöqtəsində yerləşdirməklə..." Əvəzinə riyaziyyat kursunda qəbul edilmiş formada "Pərgarın iti ucunu A nöqtəsinə sancıb..." kimi işlədilməliydi.
Bu iki məsələnin həllinə nəzər yetirdikdə ( belə məsələlər nəinki bu dərslikdə,hətta digər dərsliklərdə də bu səriştədə verilib-bunlar haqqında yeri gəldikcə söhbət açacağam) müəlliflər müxtəlif məsələ tiplərinə müraciət etməklə dərsliyin dolğun,əhatəli,marağ­lı olmasına ( bu çox yaxşı haldır) can atıblar, lakin bələd olmadığı məsələyə, mövzuya istinad edəndə gərək daha çox ehtiyatlı olmalısan ki, belə kobud səhvlərə yol verməyəsən.
Müəlliflərə daha böyük tövsiyyəm bu və bundan əvvəlki dərsliklər haqqında yazdığım qeydləri diqqətlə oxusunlar və bundan sonra görəcəyi işlərlə bağlı isdər bu, istərsədə digər yazı müəllifləri ilə əməkdaşlıq edsinlər-bu təkcə onların deyil dərsliklərimizin nöqsansız olmasına böyük fayda verər.
3) Səhifə 14 məsələ 31-də müəlliflər işlətdikləri "rulon", "kovrolit," "vitrin " sözlərinin fərqinə baxıblar? doğrudur söhbətin nədən getdiyini demək olar ki, çox adam başa düşür. Bu sözləri başqa milli əşyalarımız, terminlərimizlə əvəz etmək olmazdımı? (Məsələn büküm, palaz, kilim, xalça, rəf, və s.).
Belə səhvlərin sırasına karton, yeşik,şar və s-i də daxil etmək olar.
4) Səhifə 46-da "Üçbucağın orta xətti" mövzusunda Fales teoremi və onun tətbiqi verilib, lakin VII sinif Riyaziyyat dərsliklərin müəllifəri bu teoremin tətbiqi ilə həll olunan məsələni həll etməyi şagirddən tələb edirlər.
5) Səhifə71,məsələ 12-də karusel ifadəsi 3-cü bənddə qeyd etdiyim qüsurlar sırasına daxildir.
6) Səhifə 97, məsələ 24-ə aid şəkil qüsurludur, beləki paralelepipedin görünməyən hündürlüyü riyazi qaydanı pozur.
7) Səhifə 112, məsələ 10-dakı ABCD fiquru kvadrat şəkillidirmi?
8) Səhifə 140, məsələ 13-də verilən ABCD fiquru trapesiya kimi təqdim olunub doğrudur A,B,C,D, nöqtələri parçalarla birləşdirilsəydi fikir doğru olardı,şəkilə baxanda ABCD-4 nöqtəni göstərir.
9)Səhifə 144, məsələ 4-də küçə adları şair yazıçılarımızın,bəst­əkarlarımızın,milli qəhrəmanlarımızın- bir sözlə görkəmli şəxsiyyətlərimizin adıyla qeyd olunsaydı nə qəbahəti olardı?
10) Səhifə 150-də Oxşarlıq çevirməsi,homotetiya mövzusu öyrənilir. Yaxşı olardı ki,mövzunun izahında Homotetiya sözünün yunan sözündən homo homos - bərabər, eyni ,qarşılıqlı,ümumi sözündən və thetos-yerləşdirilmi­ş kimi yunan sözlərindən götürülməsi qeyd olunaydı. İzahatda k›0 halı izah edilir və sonrakı davamında elə çalışmalara yer verilir ki,şagird, oxucu elə başa düşür ki, k ancaq müsbət olmalıdır.Çox təəssüf ki, k-nın mənfi olan halı haqqında məlumat vermək unudulub.
11) Səhifə 185 çalışma 16-da tikintinin üzərindəki bayrağın hansı ölkəyə mənsub olmasını bilmək olmur.
12) Səhifə 190, məsələ-17 Elşənin maaşı həftəlik 20 manat, hər saat üçün isə 3.5 manat olaraq hesablanır... Bu ədədləri elə götürmək lazım idi ki, gülünc nəticə alınmasın-necə ki, Elşən 1 saat işləməklə 3,5 manat əmək haqqı alırsa, hər gün və nəhayət həftənin neçə gününü işləyir?
13) Səhifə 191, məsələ 2 -nin şərtində düz, düzgün prizma qarışdırılıb və məsələnin sonluğunda "bu taxtaların eni ən çox neçə santimetr olacaq?" fikrini başa düşmək çox çətindir.
14) səhifə 134, məsələ 3(a). parçanı konqruyent hissələrə bölmə addımlarını dəftərinizdə yerinə yetirin.
Məsələnin həlli üçün verilən izahatda: 2-ci bölüm - Pərgarı A nöqtəsində yerləşdirin (halbu ki, pərgarın iti ucunu A nöqtəsinə sancıb olmalıdır) və AC-ni kəsək qövs (yaxşı olardı ki ixtiyari radiuslu qövs olaydı ) çəkin. 3-cü bölüm - pərgarın qollarını dəyişmədən AC parçasını kəsən yeni qövslə (eyni radiuslu qövslər metodiki cəhətcə daha dolğun olardı və ya A nöqtəsindən başlayaraq AD=DE=EF=FG parçalarına ayrın çəkin. .Kəsişmə nöqtələrini E,F,G,H(şəkildə H-qeyd olunmayıb) kimi işarə edin. 4- cü bölümdəki şəkildə çəkilən qövslər və ümumiyyətlə şəkil özü qüsurludur.
15) Səhifə 148, Qurma 1. Verilmiş nöqtədən düz xəttə (verilən düz xəttə qeyd olunsaydı yaxşı olardı) perpendikulyarın qurulması II bəndə "pərgarı C nöqtəsinə yerləşdirək..." fikri "pərgarın iti ucunu C nöqtəsinə sancıb..." kimi işlədilməlidir.
III bənddə pərgarı AB parçasının uzunluğunun yarsından (əslində pərgarın qollarını AB parçasının yarısından olmalıdır) bir qədər çox açaq. Pərgarı A nöqtəsinə yerləşdirib (pərgarın iti ucunu A nöqtəsinə sancıb kimi işlədilməli idi ) AB düz xəttindən aşağıda bir qövs çəkək (bir qövs çəkək kimi də işlədilə bilərdi, çünki, həmin qövs AB düz xəttindən həm yuxarıda C nöqtəsindən keçməklə həmçinin AB düz xəttindən aşağıda yerləşəcək ). Pərgarın vəziyyətini dəyişmədən (bu o, deməkdir ki, pərgar əvvəlki vəziyyətdə - yəni pərgarın iti ucu A nöqtəsində saxlanılmaq kimi başa düşülür ) əvəzinə "pərgarın qolları arasındakı məsafəni dəyişmədən" olmalı idi.
16) Həmin səhifədə qurma 2-də CD parçası ΔABC medianıdır kimi deyil, SD parçası ΔABC-nin medianıdır kimi yazılmalıdır.
17) Səhifə 149-da teoremin isbatında isbat edin: AO:OE=CO:OD=BO:OE=2:­1 ifadəsində BO:OE=2:1 yox, BO:OF=2:1 kimi olmalıdır (bu səhv həm mətində həmdə təklifdə gedib)
18) Təkcə bu dərsliyin deyil digər dərsliklərin demək olarki hər birində cəbr və həndəsənin bir kitabda cəmləşməsini düzgün hesab etmirəm. Belə ki, 10-15 gün bəzən daha çox cəbr öyrədilir, həndəsə unudulur və yaxud əksinə.
19) səhifə 69, çalışma 6-da cəmin 5-ə olmasının doğruluğunun yəqinləşdirilməsi tələb olunur. Halbu ki, həmin cəm 5-ə yox, 1-ə bərabərdir. Həmin cəmin 5-ə bərabər olması üçün axrıncı kəsrin qarşısında plyus yox, minus olmalıdır.
20) Səhifə 98-də ilk sətirdə verilmiş kvadrat tənliyin həlli prosesində 7 əvəzinə 1, çevrilmiş kvadrat tənliyin kökləri cəmini tapanda isə düstur mexaniki olaraq səhv yazılmışdır.
21) Səhifə 76-da Pifaqor teoreminin tətbiqi ilə üçbucağın bucaqlarına görə təsnifatının verilməsi çox yaxşı haldır, (əvvəlki dərsliklərimizin əksəriyyətində bu nəzərə alınmamışdır.) lakin II sütunda "ABC üçbucağı iti bucaqlıdır" yazmaq yaddan çıxıb. Bir fikiri burada xüsusi qeyd etmək lazım idi - c tərəfi ən böyük tərəf götürülməli idi, yoxsa bu sütunda təklif doğru olmaya bilər ki, bu da öyrədilən qanunun qiymətini itirər.
22) Səhifə 123, məsələ 4-ü həll etdikdə çayın axın sürəti 3 km/saat tapılır, cavabda isə 15 və 20 yazılıb.
23) Səhifə 146, məsələ 13-dəki şəkil qüsurludur.
24) Səhifə 147, məsələ 15-in 3-cü bəndində ki, şəkildə 20 məsələnin şərtində verilməyib.
25) Səhifə 216, məsələ 26. Şəkildəki fiqurun ( fiqurun yox cismin ) üstdən görünüşünün mümkün 4 variantının çəkilməsi tələb olunur. İlk növbədə qeyd edim ki, həmin şəkildə cismin şəkili qüsurludur. İkincisi müəlliflərin nümunə üçün bir variant təqdim etdikləri görünüş həmin cismin heç bir tərəfdən görünüşü deyil. Bu cismin həm həcmi, həmdə tam səthi sabitdir, onun üçün istər a) istərsə də b) bəndində şagirdin tapması üçün təklif olunan suallar səhvdir.
Dərslik müəllifləri Nayma xanımın bir neçə dərslik müəllifi olmasını, Məhəmməd müəllim və İlham müəllimin " Riyaziyyat ensiklopediyası " ( 2 cilddə ) geniş, ətraflı gözəl bir kitabın müəllifi olduqlarını nəzərə alanda sözü gedən dərslikdəki bu qədər səhvin olması təəssüf hissi doğurur.

Müəlliflərə bir sıra tövsiyyələrim var.
Əksər kitablarda oxuculara aşağıdakı kimi müraciət olunur: Kitab haqqında tövsiyyə təklif və iradları bildirənlərə əvvəlcədən dərin təşəkkürümüzü bildirir, səhvləri və iradları bildirənlərə minnətdarlıq edrik cümləsi verlir. Sizdən artıq dərəcədə xahiş edrəm: qeydlərimi diqqətlə oxuyun, razılaşmadığınız iradlara münasibətinizi bildirin, polemikaya, fikir mübadiləsi aparmağa həmişə hazıram.
İrəlidə dərslik müəlliflərinə tövsiyyəmi vermişəm. Sonda Azərbaycan Respublikasının Təhsil Nazirliyinə və DİM-ə bir tövsiyəm ( doğrudur onlar diyəcəyimi nəzərə alıblar-lakin həmin tədbirlərə dəvət olunan müəllimlər daha çox fayda verən müəllimlər olmur) var-onlardan xahişim odur ki, dərsliklər çap olunmamışdan qabaq " dərslk portalı " nda fəal, daha çox dəqiq, dürüst təklifləri ilə çıxış edən müəllimləri dəvət etsinlər, bu vaxt həm TN, həm DİM, həm dərslik müəllifləri, həm də dərslikdən istifadə edən şagird, müəllim və valideynlər çox faydalanar - dərsliklər tənqidə az məruz qalar.
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
Çox hörmətli Cəbrayıl müəllim!
Əziz portal iştirakçıları, Salam!
Təhsil Nazirliyinin və TQDK-nın təşkil etdiyi “Dərslik portalı”-nın faydası danılmazdır.
Riyaziyyat müəllimi olduğumdan dərsliklərdə verilən mübahisəli riyazi məlumatlar, çalışmalar haqqında diskussiyanın, elmi təhlilin, müzakirənin tərəfdarıyam. Məsələni hər bir müəllim müxtəlif üsulla həll edə bilər. Heç kim ona məsələni səhv həll etmisən deyə bilməz. Ancaq burada da səmərəli həll üsuluna üstünlük verilməlidir. Təvazökarlıqdan uzaq olsun “Fizika, Riyaziyyat və İnformatikanın tədrisi” və “Matematika v şkole” (1985 №1 cild 3-4-cü səhifə) jurnallarında çap olunan məqalələrimdə və “Tək bir alətlə qurma məsələləri kitabımda” belə fikir ayrılıqlarına geniş yer verilib. Həmin yazılarımda A. B. Alyayevin “Qeometriçeskiye postroeniya dvuxstronney lineykoy” (“Matematika v şkole” jurnalı, 1978, №2), B. İ. Arqunov və M. B. Balkın “Qeometriçeskie postroeniya na ploskosti” (Uçpedqiz, 1955) kitabında səhifə 24-25, yenə də orada səhifə 257-də, M. N. Nakoneçniyin “Razliçnıe sposobı reşeniya sposobstvuyut effektivnosti obuçeniya” (“Matematika v şkole” jurnalı 1980 №4) məqaləsində L. M. Fridman və A. N. Turetskinin “kak nauçitsya reşat zadaçi” (Moskva prosveşenie, 1984) kitabında, A. İ. Fetisovun “Qeometriya v zadaçax” (Moskva prosveşeni, 1977) kitabında daha bir neçə kitabda verilən fikirlərin, məsələlərin səmərəsiz olduğunu sübut etməklə yanaşı daha səmərəli, rasional üsulla (bəzilərini 2-3, hətta 5-6 yolla) həllərini vermişəm həmin dövrdə “Matematika v şkole” jurnalı 420.000 tirajla çap olunurdu və 144 xarici ölkədə onun abunəçisi var idi. Jurnalın 2 tam səhifəsini əhatə edən həmin yazım və 78 səhifəlik kitabım çap olanda adları çəkilən alimlərin çoxu həyatda var idilər. Hətta onlardan biri bu jurnalın redaksiya heyətinin üzvü idi. Bu yazıda gedən bu qədər tənqidi yazılara onlar cavab vermədi əks reaksiya olmadı.
Bu zaman ya obyektiv fikir olduğuna görə ya da mənim həmin məsələnin həllinə öz yanaşmam olduğuna hörmətlə yanaşmışdılar.
Riyaziyyatda elə məsələ ola bilər ki, 1 müəllim onu tənlik qurmaqla, digəri model qurmaqla, tamam başqası tənliklər sistemi qurmaqla həll edər. Bunların heç birinə məsələni səhv həll etmisən demək olmaz. Dərsliklərimizdə bir neçə belə məsələ var.
Bütün bunları yazmaqda məqsədim gördüyüm işləri sadalamaq, kiməsə hesabat vermək deyil, məqsədim-elmi diskussiyanın tərəfdarı olmağımı və ixtisasım üzrə məsələlərdə barışmaz olduğumu göstərməkdir.
Yoxsa ki, adi bir söz, yaxud termindən ötrü inad etmək mənə yaraşmaz.
Hörmətli Cəbrayıl müəllim, qeyd edirsən ki, saman kombaynın buğda yaxud arpanın döyülməsindən alınan bəlimin xırda-xırda doğranmışıdır. Belə xırda-xırda doğranmış bəlim qırıntılarından taya qoymaq olar?
Məsəl çəkirsən: “saman sənin deyil, samanlıq ki, sənindir” (taya demir-samanlıq deyir, samanı taya şəklində yığmaq və saxlamaq mümkün olmadığından samanlıq deyir!)
Saman haqqında ASE, VIII cild, səhifə 277-də məlumatı oxumaq bəs edər ki, fikrə aydınlıq gəlsin.
Hörmətli Cəbrayıl müəllim, sənə bir sualım var: özün saman görübsən? Əgər görübsənsə samandan taya qoymaq olarmı? Yəqin deyəcəksən ki, həqiqətən taya qoymaq olmaz. Samanı ancaq kisəyə, xarala yaxud samanlığa yığmaq olar.
Bəzi adamlar yerli ləhcə ilə çəngələ yaba deyirlər, bu o, demək deyil ki, yaba çəngəl kimi işlədilməlidir.
Şəhər adamı, hətta ziyalılarımız kənd təsərrüfatı ilə yaxından təmasda olmadığına görə terminləri yaxşı bilməyə bilər-ona savadsız demək olmaz hətta məhşur yazıçı şair olsada belə.
Bəzi bölgələrimizdə yeməkxanada sumaq yoxunuzdu deyəndə sumaq nədir? sualını eşidirsən. Bu o demək deyil ki, sumaq kimi ədviyyat növü yoxdur. “Dəli kür” kinosunda bir epizod var: ayə urus bu yumurtanı bu toyuq doğub... Bu o demək deyil ki, toyuq yumurtanı doğur?
Elmi bir irad, müzakirə olsa idi, daha ciddi yanaşardım. Amma “Saman” söhbətinə nə sizin, nə də özümün bu qədər çox vaxt ayırmasına ehtiyac hiss etmirəm. Mən... qurtardım!
Dərin hörmətlə: Ədalət müəllim.
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi

VII sinif Riyaziyyat dərsliyi haqqında fikrimi bildirmişdim. Dərsliklə diqqətlə tanış olduqda daha bir neçə təklifimi bildirməyi özümə borc bildim.
Dərslikdə bəzi çalışmaların cavabının verilməsinin, bir qisminin verilməməsini irad tutmuşdum. Cavabda elə hallarla rastlaşdım ki, əvvəl ki, bu iradın yanında “toya-bayrama” gediləsi imiş. Maraqlıdır görəsən müəlliflər 1.10; 1.11; 1.12 mövzularına uyğun cavablara özləri baxıblar? Əgər baxıblarsa onlar hansı çalışmaların cavabıdır.
Səhifə 17, çalışma 10. Simvolikadan istifadə etmək yaxşı haldır. Lakin müəlliflər nmk əvəzinə mnk yaza bilməzdilər?
Həmin səhifədə çalışma 13-də eyni misalda kəsrin biri o, 333... digəri 1.5(3) kimi yazılıb. Bu hal bir neçə dəfə təkrar olunub.
Səhifə 68-də ... qayçı ilə iki yerə qatlanmış vərəqi üçbucaq boyunca kəsin əvəzinə üçbucaqın konturu boyunca kəsin yazmaq olmazmı?
Səhifə 71, məsələ 4. Məsələnin sonluğu “... KLM üçbucaqlarının (üçbucaqlıalarının yox-üçbucağının) təpə nöqtələrini necə dəyişmək lazımdır ki, bu üçbucaqların konquriyent olduğunu söyləmək mümkün olsun?” (şəkil 5) şəkildən açıq-aşkar görünür ki, bu heç vaxt mümkün deyil.
Səhifə 81-də və daha bir neçə yerdə üçbucaqların konquriyentliyi əvəzinə üçbucaqların bərabərliyi ifadəsi işlədilmişdir.
Səhifə 156. Fəsil belə adlandırılıb.
V fəsil. Tənlikər sistemi üçbucağın tərəfləri və bucaqları. Statistika və ehtimal.
Mövzuların tədrisinə başlayanda funksiyanın verilməsi üsulları mövzusundan başlanır. Bəs fəslin adı necə oldu? Mövzunun izahından sonra funksiyanın tərifi, təyin, dəyişmə oblastı öyrədilir. Buna müəlliflər necə haqq qazandırırlar?...
“Dərslik portalı” haqqında fikir və təkliflər
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi

Dərslik portalının izləyicilərini, dərslik müəlliflərini və dərslik yazmaq arzusunda olan alimlərimizi, müəllimlərimizi salamlayır və dərslik yazarkən aşağıdakılara xüsusi diqqət göstərmələrini arzulayıram:
1. Dərslik yazarkən ölkəmizi yaxşı öyrənmək üçün yerli materiallardan daha çox istifadə etsinlər.
2. İstifadə olunan faktların, ölçülərin dəqiqliyinə xüsusi diqqət yetirsinlər.(Xüsusil­ə coğrafi, riyazi məsələlərdə ).
3. Kursu tez-tez dəyişən pulla bağlı məsələ dərslik çap olunan günə kimi aktuallığını dəyişə bilər – belə məsələlərdə ehtiyatlı olmaq lazımdır.
4. Bir qurma aləti bütün siniflərin riyaziyyat dərsliklərində eyni adla işlədilsin .
Hətta bir dərslikdə günyə gah üçbucaq xətkeş, gah-da çertyoj üçbucağı kimi işlədildiyi kimi yox.
5. Təriflər bütün siniflərdə vahid formada verilsin, yoxsa bir dərslikdə verilən tərif başqa dərslikdə başqa cür öyrədilir.
6. Tənliklər sisteminin adı eyni dərslikdə bu adla yanaşı gah sistem tənlik, gah da sadəcə sistem kimi yanlış ifadə şəklində verilməsin.
7. Tarixi materiallardan,yerli alimlərimizin həyatından, kəşflərindən dərsliklərdə istifadə olunsun.
8. Dərslikləri orta məktəb kursuna yaxşı bələd olan alimlər orta məktəblərin təcrübəli müəllimləri ilə birgə yazsınlar.
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
Çox hörmətli Cəbrayil müəllim Salam!
Mən də, sizi və Azərbaycan təhsil işçilərini keçmiş Novruz bayramı münasibəti ilə təbrik edirəm.
Yazınızı oxudum. Diqqətlə oxuduğunuza, əksər bəndlərlə bağlı fikirlərinizi bildirdiyiniz üçün dərin təşəkkürümü bildirirəm. Çox təəssüf sizə kimi heç bir müəllimin burada verilən yazıları diqqətlə oxumadığı qənaətinə gəldim. Dərslik müəlliflərinin isə münasibət bildirməməyi daha çox təəccübümə səbəb oldu. Birinci müəllimsən ki, yazılarıma elmi yanaşmaqla, sanballı fikirlər söyləmişsiniz. Çox sağ olun.
Mənim (elə bilirəm ki, sizin və vətənpərvər müəllimlərin hamısının) fikrim tənqid deyil, dərsliklərimizin nöqsansız olmasını görmək arzumdan irəli gəlir. Bu fikirlər müəllimlərdən daha çox dərslik yazan və yazmaq istəyən müəlliflər üçün daha çox vacibdir.
Qeyd edirsiniz ki, dərsliklər çap olunmamışdan qabaq müzakirə olunsun. Bunu mən həm dərsliklərin müzakirəsi zamanı çıxışımla, həm də “Dərslik portalı”nda təkliflərimlə bildirmişəm.
Səhifə 29-dakı çalışma 9-da doğrudan da Ə hərfi ilə yanaşı F və Z hərfləri də yoxdur. Səhifə 47, məsələ 20-də 5:4:2 deyil 5:3:2 yazılıb. Üstəlik onu da qeyd edim ki, otağın da hündürlüyü 2.5m olmaz.
Səhifə 55, çalışma 16-da tayada samanın olmasını siz də müəlliflər kimi qəbul edirsiniz. Saman küləşin xırda-xırda üyüdülmüşüdür, xüsusi kənd təsərrüfatı texnikası ilə döyülür. Bunu taya şəklində yığmaq olmaz. Tayada ot olar.
Diqqətinizə görə çox sağ olun!
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
V sinif Riyaziyyat dərsliyində mövzuların izahı, çalışmaların izahı zamanı rəngli şəkillər öyrənilən mövzunun asan başa düşülməsinə, uzun müddət yadda qalmasına xidmət edir, çoxluqlar, ardıcıllıqlar, qaydalar, asılılıqlar, gələcəkdə öyrəniləcək silsilə mövzusunun bünövrəsini qoyur, həndəsi cisimlər, faiz haqqında ətraflı məlumat, praktik məzmunlu məsələlər, həndəsi fiqurlar haqqında zəruri məlumatlar, həndəsi çevrilmələr-simmetri­ya, dönmə, sürüşmə haqqında kifayət edəcək qədər məlumat, çevrə, dairə, müxtəlif həndəsi fiqurların birgə kombinasiyasına aid məsələlərin verilməsi, qurma alətlərindən istifadə edilməsi, çoxbucaqlılar mövzusuna yer verilməsi, həndəsi qurmalar mövzusunun daxil edilməsi, bərabərsizliklər, tənlik qurmaqla məsələ həllindən istifadə edilməsi, say sistemi haqqında məlumatın verilməsi və s. dərslik müəlliflərinin uğurlu addımlarından biridir.
VI, VII sinif Riyaziyyat dərslikləri haqqında fikirlərimi bildirmişəm. V sinif dərsliyi ilə tanış olduqdan sonra onun haqqında təkliflərimi bildirməyi özümə borc bildim.
Dərsliyin forzasında verilən Azərbaycan Respublikasının Dövlət Bayrağı təhrif olunub, bayrağın eninin uzunluğundan 2 dəfə kiçik olması kimi vacib qanuna əməl olunmayıb.
Səhifə 22, çalışma 6. Polindrom ədədlər alma üsulunu araşdırın. Bu üsulla verilən ədədlərdən Polindrom ədədlər alın.
I. Bu ədədin adı qanuni polindromik ədəd adlanır, doğrudur bu ədədə bəzən polindrom ədəddə deyillər.
II. Polindromik ədəd almaq üsulu yoxdur.
III.Təklif olunan tapşırıq bu günə kimi dünyada həll edilməmiş məsələlər sırasındadır. Əgər müəlliflərə maraqlı olarsa həmin izahatı verə bilərəm.
IV. Şagirdə belə mürəkkəb, vaxt alan tapşırıq vermək məqsədə uyğun deyil. Elə ədəd olar ki, təklif olunan qayda tətbiq edilməklə nəinki birinci, ikinci addımda hətta 40, 50, 60, ... addımda da polindromik ədəd alınmaz, buda həddən artıq şagirdin vaxtını alar.
V. Belə ədəd haqqında məlumatın verilməsi çox yaxşı haldır. Lakin yaxşı olardı ki, müəlliflər bununla yanaşı ədədin saf bölənləri, mükəmməl ədədlər, dost ədədlər, dost aylar, əkiz(siam) ədədlər, üçəm ədədlər, Pifaqor ədədləri, Fibonaççi ədədləri və başqaları haqqında da məlumat verəydilər.
3) Səhifə 45-də məsələ 4 elə vəziyyətdə verilib ki, şərtin artıqlığı var, ya da məsələnin sonluğu düzdürsə əvvəlindən nəysə çıxarılmalıdır.
4) Səhifə 110-111-də 3 tərəfinin uzunluğuna görə üçbucağın qurulması, 2 tərəf və onlar arasında qalan bucağa görə üçbucaqların (üçbucaqların yox-üçbucağın) qurulması məsələləri verilib. Bu çox yaxşı haldır. Daha yaxşı olardı ki, bunlarla yanaşı bir tərəfinə və onlara bitişik iki bucağına görə üçbucağın qurulması məsələsi də veriləydi.
5) Səhifə 113, məsələ 1-dəki qurma üsulunu həndəsi qurmaları nəinki orta səviyyədə hətta yaxşı bilən oxucu da başa düşməz.
6) Belə nöqsanlı izahat həmin səhifədə məsələ 5-in həllinə kömək üçün verilən nümunəyə də aiddir.
7) Dərslikdə asan çalışmaların cavabı verilir, nisbətən çətin çalışmaların cavabı verilsin yada heç birinin cavabı verilməsin.
8) Səhifə 114-də çevrə, dairə mövzusunun izahında belə bir ifadə işlədilib: “çevrə mərkəz nöqtəsinin adı ilə adlandırılır. Məsələn C çevrəsi.” Belə çıxır ki, dairəni də bir hərflə işarə etmək olar. Bəs mərkəzləri C olan 2 və daha çox konsentrik çevrələr verilərsə, həmin çevrələri necə işarə etmək lazımdır?
Elə bu mövzunun izahında yaxşı olardı ki, çevrənin xətt (uzunluğa malik olması), dairənin səth (sahəyə malik) olması və çevrənin mərkəzinin ona aid olmaması, dairənin mərkəzinin isə ona aid olma xassəsi göstəriləydi.
9) Səhifə 116. Dönmə, əks etmə sürüşmə mövzusunun izahında verilən şəkillərin 4-ü də qüsurludur.
10) Səhifə 127-də altıbucaqlı prizmanın çertyoju səhv çəkilib, məsələ 2-də fiqurla həndəsi cisim qarışdırılıb. Belə səhfə “Fəza fiqurları” mövzusunun izahında da yol verilib.
11) “Fəza fiqurlarının açılışı” (səhifə 128) mövzusunun izahı əyani şəkildə çox yaxşı təsvir edilmişdir. Elə bu mövzudan əvvəl və həmin mövzunun izahı zamanı həndəsi cismin 3 görünüşü-şəkili, çertyoju və açılışı haqqında məlumat veriləydi.
12) İbtidai siniflərdə hazırlıq işlərinin yaxşı təşkil olunduğunu nəzərə alaraq müəlliflər səhifə 129-da “Fəza fiqurlarının görüntüləri” (daha doğrusu cisimlərin) mövzusunu vermişlər. həmin mövzunun izahındakı şəkildə kubların görnüşləri verilib. Kubların üstdən, yandan, öndən görnüşləri verilib, yaxşı olmazmı ki, onun arxadan və aşağıdan da görünüşü veriləydi, bu gələcəkdə çox üzlünün oturacağı anlayışına hazırlıq işinə xidmət edərdi.
13) Səhifə 107-də iti bucağa belə tərif verilib-iti bucaq 00 -dən böyük, 900 –dən kiçikdir. Burada V sinfin bilik səviyyəsini nəzərə aldıqda 00 sözü nə qədər əhəmiyyətlidir.
14) səhifə 108-də çalışma 1-də 5 bucaq şəkili verilib. Şəkillər 1;2;3;4;5-lə nömrələnib, bundan əlavə bucağın təpə nöqtəsində a,b,c,d,e yazılıb, əgər bu nömrələnmədirsə 1;2;3;4;5 nəyə lazım idi? Yox əgər bucağı göstərirsə belə bucaq işarələnməsi yoxdur. Belə uyğunsuzluq səhifə 107-də çalışma 2-də də təkrarlanıb.
15) səhifə 120-də simmetriya mövzusunun izahında yazılıb: Diqqət! Bütün fiqurlar 3600 (tam) döndükdə özü ilə üst-üstə düşür (təmamilə doğrudur). Belə fiqurlar dönmə simmetriyasına malik fiqurlar deyil. Fikir təmamilə səhvdir, bu fikirdən belə alınır ki, kvadrat, bərabərtərəfli üçbucaq və s. (bunlarda tam döndükdə özü ilə üst-üstə düşür) fiqurlar dönmə simmetriyasına malik deyil. Daha dəqiqi: 3600 döndükdə ancaq bir dəfə üst-üstə düşən fiqurlara dönmə simmetriyasına malik fiqurlar deyil kimi verilməli idi.
16) Səhifə 133-də “Düzbucaqlı prizmanın (paralelepipedin) həcmi ” mövzusunun izahında “... 3 isə hündürlük üzrə üst-üstə yığılmış kubların sayını göstərir”, fikri “... 3 isə üst-üstə yığılmış kubların cərgələrinin sayını göstərir.” kimi veriləydi.
17) Səhifə 199. Çalışma 5-in mətninin sonluğu “... hasil verilən intervalında olar?” əvvəlcə “... hasil verilən intervalda olsun?” kimi yazılaydı. Bununla yanaşı sağ tərəfdəki 36□(→┴125 ) 4520-4560 izahat nə deməkdir? daha yaxşı olardı ki, bu çalışmanı seçib-yoxlamaqla (üsulun əsil adı seçmə üsuldur) həll etməklə daha səmərəli həll aşağıdakı yolla həll etmək olar: 4520 və 4560 ədədlərinin hər birini 36-ya bölmək I bölmədəki qismətdən böyük ən kiçik natural ədədi, II bölmədəki qismətdən kiçik ən böyük natural ədədi götürmək lazımdır.
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
Zeynallı Güləmirzə salam. Şəkilinizdən görünür yaşınız az deyil. Mənim şəkilim olmadığından yaşımın nə qədər olmasını bilmirsiniz. Mən yaşımın aqil dövrünü yaşadığımdan yaxşıya-yaxşı, pisə-pis demək borcumdur. Hər bir yazının, dərsliyin nöqsanları olduğu kimi müsbət cəhətləri də olmamış olmaz. Yazını (əslində yazılarımı) diqqətlə oxusanız dərsliyin yazdığım müsbət cəhətlərini danmazsınız, ancaq nöqsanların böyük əksəriyyətini qeyd etməyə çalışmışam və əmin ol ki, gələcəkdə müşahidə edəcəyim nöqsanları və səhvləri də qeyd edəcəyəm.
Yəqin ki, böyük yaradanın verəcəyi ömür payı (bunu şəklinizə və yazılarınızdakı salamlaşmağınıza əsaslanaraq) imkan verər ki, həmin qeydləri inşallah oxuyarsınız.
Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını, oxucularımızı, təhsil işçilərini və sizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm.
“Dərslik portalı” haqqında fikir və təkliflər
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
TN və TQDK-nın təşkil etdiyi “dərslik portalı” saytının faydası haqqında hörmətli həmkarlarım maraqlı fikirlər yazıblar. Mən də onların fikirlərinə hörmətlə yanaşır və hər iki qurumun əməkdaşlarına, rəhbərlərinə dərin minnətdarlığımı bildirirəm və arzulayıram ki, bu əməkdaşlıq uzun müddət davam etsin. Bundan ancaq həm təhsil işçiləri, həm də dövlətimiz fayda görər.
Yazıların hamısını oxudum. Burda iştirak edən müəllimlərin böyük əksəriyyəti fədakar, təcrübəli, savadlı, vətənpərvər müəllimlər olmaqla təhsilimizin inkişafını istəyən müəllimlərdir. Müzakirənin daha maraqlı və oxunaqlı olması üçün aşağıdakılara diqqət verilməsini istəyirəm.
1) Burada yazılanların hamısına müəlliflər cavab versinlər, TN və TQDK münasibət bildirsinlər.
2) Buradakı dəyərli təkliflər yeni dərsliklərin yazılmasında, dərsliklərin təkrar nəşrlərində nəzərə alınsın.
3) Yeni yazılan dərsliklər əlyazma şəklində (çap olunmamışdan qabaq) olanda geniş müzakirə olunsun, orta məktəblərin daha təcrübəli müəllimlərinə oxumaq üçün verilsin, onlardan yazılı şəkildə fikirləri toplanılsın.
4) Yeni yazılan dərsliklərdə millilik ön planda olmaqla dəqiqliyə xüsusi fikir verilsin (Bir misal göstərmək istəyirəm: “Şəkiyə qədər məsafənin 1300 km olduğunu bilərək...” kimi kobud səhvlərə yol verilməsin.)
5) Dərsliklərdə verilən şəkillər reallığa uyğun olsun, inandırıcı görünsün.
6) Dövlət rəmzlərinin təsvirləri dəqiq verilsin. (Əksər dərsliklərimizdə dövlət rəmzləri təhrif olunmuş şəkildə verilib.)
7) Dərsliklərə elə çalışmalar, məsələlər daxil edilsin ki, müəlliflər ya özləri həll edib, ya da həll edə bilir, yaxud hansı ədəbiyyatdan götürübsə cavablarının hamısı verilsin. Yoxsa, asan çalışmaların cavabı verilir, çətinlərin cavabı verilmir. Cavab verilməyəndə (Vay o, halda ki, cavab səhv ola) şagirddə müəllim və ya müəllif haqqında başqa fikir yaranır.
8) Dərsliklərimizin əksəriyyətində fiqurla cisim anlayışı qarışdırılır.
9) Dərsliklərin müzakirəsi regionlarda mütəşəkkil təşkil olunur. Bu çox yaxşı haldır. Lakin hər dəfə eyni rayonda keçirilməsi əvəzinə digər rayonlarda da keçirilməsi nəzərə alınsın və 1 il əvvəl elə bu saytda keçiriləcəyi tarixlər cədvəl şəkilində verilsin.
10) Dərsliklərdə terminlərdən, simvolikalardan istifadə etmək çox yaxşı haldır. Lakin riyaziyyat dərsliklərində istifadə edilən terminlər yerində işlədilməli və dəqiq olmalıdır. Yoxsa pərgarın iti ucu əvəzinə iynə ucu, günyə əvəzinə üçbucaq xətkeş və s kimi səhv fikirlər verilir, Bucağın hündürlüyü, tayada ot əvəzinə saman, karamel fabriki əvəzi konfet fabriki kimi, gölün eni və s kimi düzgün olmayan anlayışlar işlədilib. Parçanın işarələnməsində məsələn AK, AM, MK əvəzinə KA, MA, KM və s. səhvlərə yol verilib.
İmplikasiya terminindən yerində istifadə edilməliyib.
İki riyaziyyat dərsliyində dönmə mövzusu səhv izah edilib.
11) Fənlər arasında əlaqəlilik gözlənilməlidir.
12) Riyaziyyat dərsliklərində tənliklər sistemi əvəzinə bəzən sistem, bəzən də sistem tənlik kimi yanlış ifadələr işlədilir.
13) Bəzən riyaziyyat dərsliklərində elə məsələlər verilir ki, onun həllində istifadə edilən qayda teorem öyrənilməyib (məsələn, parçanı 3 bərabər hissəyə bölün)
14) Həndəsi cisimlər dəqiq təsvir olunsun cisimlərin təsvirinin 3 forması (şəkili, çertyoju, açılışı) dərsliklərimizdə düzgün verilsin. Əksər vaxtı həndəsi cismin çertyojunda görünməyən hissələr səhv verilir.
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
VII sinif Riyaziyyat dərsliyinə baxdıqda həm müəllifin VI sinif Riyaziyyat dərsliyi ilə müqayisədə xeyli müsbət keyfiyyətlər əldə etdiyi bəlli olur. Bu dərslikdə mövzuların böyük əksəriyyətinin izahı gözəl verilmiş, çalışmalar həmin mövzuların tam mənimsənilməsinə xidmət edir, praktik tətbiqli məsələlər öyrənilən mövzunun həyatla əlaqələndirilməsinə köməklik göstərir. Uzun illər pedoqoji təcrübəm imkan vermədi ki, dərslikdəki nöqsanları, iradları, səhvləri, sadalamayım. Bütün bunları sadalamaqla dərsliyin ötən nəşrlərindəki səhvlərin gələcək nəşrlərində təkrarlanmamasını istəyimdən irəli gəlir. Müəllif yaxud həm müəlliflərin ilk dərslik təcrübəsi olduğunu nəzərə alsaq belə nöqsan və səhvlərin olması başa düşüləndir. Dərslikdə müşahidə etdiyim nöqsanları, səhvləri və fikirlərimi oxucuların müzakirəsinə çatdırıram.
Dərslikdə kəsrlərin yazılışında mexaniki səhvlərə yol verilib. Məsələn səhifə 131-də, çalışma 7-nin e) bəndində 1 1/2 əvəzinə 1 2/2 yazılıb.
Səhifə 133, çalışma 8-in a) bəndində cavab -34/9 alındığı halda cavabda 2-dir.
Səhifə 150, çalışma 12-də BK a düz xəttinə paraleldir. Cavabda isə AB yazılıb.
Səhifə 151-də uyğun tərəfləri paralel olan bucaqlar mövzusunun izahı asan variant ola-ola nisbətən çətin şagirdin anlaq səviyyəsindən kənar izahatla verilib. Halbuki, günyə ilə düz xəttin xaricindəki nöqtədən ona paralel düz xəttin çəkilməsi çox sadədir.
Səhifə 152, çalışma 4-də b) bəndindəki şəkil səhvdir.
Səhifə 181, çalışma 6-nın sağ tərəfindəki izahatdan görünür ki, U=-5V/4 olmalıdır, lakin U=5V/4 yazılıb. Bu izahatda və daha bir neçə yerdə (məsələn səhifə175-də) tənliklər sistemi-sistem tənlik kimi qeyd edilib. Səhifə 175-də “xətti tənlik sistemi” , “sistemin kökü” kimi yanlış ifadələr işlədilib.
Müəllif dərslikdə daha çox anlayışdan, termindən istifadə etməyə çalışıb. Lakin səhifə 180-da implikasiya ==> işarəsindən eyni güclü kimi istifadə etməyi tövsiyə edir. Əvvəla bu işarə “alınır” kimi işlədilir, eyni güclüdür işarəsi <==> kimidir. İmplikasiya (latınca impliko-sıx əlaqələndirirəm) məntiq əməllərindən biri, “əgər ...” , “onda...” sözlərinə uyğundur.
(Bax: ASE, IV cild, səhifə 436).
Səhifə 95-də X+3 ikihədlisinin 2X+1 ikihədlisinə vurulması üçün qurulan model səhvdir.
Digər dərsliklərimizdə olduğu kimi, bu dərsliyin də forzasında verilən Azərbaycan Respublikasının Dövlət bayrağı təhrif olunub.
Səhifə 40, məsələ 4. Bucaqlarından biri 150° olan üçbucaq çəkin. Onun itibucaqlarının hündürlüyünü təsvir edin. “İti bucaqlarının hündürlüyünü” yoxsa “üçbucağın iti bucaq təpəsindən çəkilən hündürlüklərini çəkin”
Səhifə 101, məsələ 4. Korbucaqlı MNK üçbucağı çəkin. Pərgar vasitəsi ilə onun medianlarını qurun. (Pərgarla üçbucağın medianını qurmaq olmaz).
Bu və bundan əvvəlki bənddəki səhvlər dərsliyə böyük xələl gətirir.
Səhifə 32. 8-ci sətirdə: “sonu cüt rəqəmlə və 0-la qurtaran ədədlər 2-yə tam bölünür” təklifində 0-ın cüt ədəd olması və qaydanın daha sadə bəsit şəkildə verilməsi yaddan çıxıb.
Səhifə 34-də, 7-ci sətirdə “pərgarla bucağın tənbölənini qurmaq üçün növbəti fəaliyyəti yerinə yetirin” tapşırığı verilib. Müəllif unudub ki, pərgarla bucağın tənbölənini qurmaq olmaz. (Pərgar və xətkeşlə qurmaq mümkündür.) həmin izahatda 2-ci şəkildə “OA və OB tərəflərindən kiçik...” şərti, 3-cü bənddə “radiusu bir qədər kiçildərək...” şərti artıqdır, 4-cü bənddə “radiusu dəyişmədən...” şərti səhvdir, radiusu elə götürmək lazımdır ki, bu və bundan sonra çəkiləcək çevrələr kəsişsin kimi olmalı, bənd 5-də yaşıl çevrələrin kəsişdiyi nöqtələri yox – həmin çevrələrin bir kəsişmə nöqtəsini götürüb bucağın təpə nöqtəsi ilə birləşdirilməlidir. Elə həmin səhifədə şəkil 3-ün sağındakı izahatın I və II cümləsi arasında fərqi başa düşmək mümkün deyil.
Səhifə 37-də “üçbucağın medianları” mövzusunda şəkil 1 üzərində izahat aparılır. Şəkildə ilk olaraq AB tərəfinin K (hanı?) orta nöqtəsi tapılıb...
Səhifə 38-də “üçbucağın hündürlükləri” mövzusunun izahında 5-ci bənddəki tapşırıq (sual) nə qədər yerinə düşür? Həmin mövzunun izahı, tərifi anlaşılmazdır.
Səhifə 101, Məsələ 6. Verilmiş parçanı 3 bərabər yerə necə bölmək olar? AB=12sm olan parçanı 3 bərabər yerə bölün. Məsələni həll etmək üçün VII sinif şagirdlərinin əldə etdikləri biliklər kifayət etmir. Bunun üçün gələcəkdə öyrənəcəkləri Fales teoremi köməklərinə çatacaq.
Səhifə 102, çalışma 1-də “pərgarın iynə ucu” termini işlədilib. Halbuki, müəllifin nəzərdə tutduğu həmin nöqtə pərgarın iti ucudur.
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi

Dərslikdə təqdir olunan xeyli material verilmişdir. Tarixi məlumatların verilməsi, riyaziyyatçı alimlərin gördükləri işlər, xəritə və miqyas haqqında geniş məlumatlar, ƏKOB, ƏBOB çoxluqların kəsişməsi, birləşməsi, cəmi, fərqi, faizə aid bütün zəruri məlumatlar, müstəqil Respublikamız haqqında məlumatlar, dövlət rəmzlərimiz, qədim ölçü vahidləri haqqında yeri gəldikcə məlumatların verilməsi, həndəsi məlumatların bolluğu dərslik müəlliflərinin uğurlu addımıdır.
Dərslikdə bir neçə mövzunun gözəl izahı verilib, həmin mövzulara aid maraqlı çalışmalar verilmişdir. Dairənin sahəsi, ox simmetriyası, silindr, sahələrinin ölçülməsi, bucaq , faiz, düz və tərs mütənasib asılılıq, ehtimal və s. və onlara aid verilən çalışmalar təqdirəlayiqdir. Xüsusilə səhifə 156-da silindrin düzbucaqlı paralelepipeddən yonulmaqla alınan həndəsi cisim kimi verilməsi uğurlu addım kimi qiymətləndirilməlidi­r. Həndəsi cisimlərdə görünməyən tillərin qırıq-qırıq xətlə verilməsi yaddan çıxıb.
Sahənin ölçülməsi, dairə, sektor, seqment, dairənin sahəsinə aid verilən məsələlər, xüsusilə müxtəlif həndəsi fiqurların kombinasiyasına aid məsələlər çox maraqlıdır. Lakin burada səhifə 157-də məsələ 13-də verilmiş radiusu 2 sm, hündürlüyü 0.7 dm olan silindrin şəkli qüsurludur.
Bununla yanaşı dərslikdə uğurlara baxmayaraq xeyli qüsurlara və səhvlərə yol verilmişdir. Əvvəlki fikirlərimdə bunların bir qisminə münasibətimi bildirmişəm. Fürsətdən istifadə edib həmin yazını oxumuş bütün oxuculara dərin minnətdarlığımı bildirirəm. Amma çox təəssüf dərslik müəllifləri həmin yazını oxusalar da belə bu günə kimi münasibətlərini bildirməyiblər. Dərsliklərimizdə qüsurların, səhvlərin olmamasını istəyimdən müşahidə etdiyim digər qüsur və səhvləri oxucuların müzakirəsinə verirəm:
Dərsliyin forzasında verilən Azərbaycan Respublikasının Dövlət bayrağı həm ölçüsünə, həm də rənginə görə təhrif olunub.
Dərsliklərdə çalışmaların cavablarının verilməsi çox yaxşı haldır. Lakin cavab verilirsə hamısının cavabı verilsin. Asan çalışmanın cavabının verilməsi, çətinlərin cavablarının verilməməsi şagirddə, müəllimdə, oxucuda başqa fikir yaradır.
Səhifə 183, məsələ 16. Futbol üzrə çempionatda xallar bu cür paylanır: qələbə üçün 3 xal heç-heçə 1 xal, məğlubiyyət 0 xal. Komanda 8 oyun oynadı və 20 xal qazandı. Komanda oyunun neçəsini qələbə, neçəsini heç-heçə, neçəsini məğlubiyyət ilə keçirdi?
İlk növbədə bu tipli məsələ verilməsi çox yaxşı haldır. Lakin daha gözəl olardı ki, məğlubiyyət sayı 0 yox 1; 2 yaxud başqa sayda olaydı. Onsuzda hər iki variantda həll üsulu cədvəl üsulu ilə aparılacaq.
Səhifə 183, məsələ 17. 30 kibrit çöpündən Məhəmməd 3 bucaq və kvadrat düzəltdi. Üçbucağa 3 kibrit çöpü kvadrata 4 kibrit çöpü sərf edirsə neçə üçbucaq və neçə kvadrat düzəltdi? Əgər kvadrat və üçbucaq tərəfləri 2 kibrit çöpündən olarsa, neçə kvadrat və neçə üçbucaq düzələr?
Məsələnin mətnində ən çox fiqur almaq şərti yoxdur, ona görə dərsliyin cavabındakı 6 üçbucaq, üç kvadrat halından başqa variant da var. Bu 2 üçbucaq 6 kvadratdır. (Söhbət məsələnin 1-ci hissəsindən gedir)
Səhifə 134-də məsələ 5 mərkəzləri C və D nöqtələrində olan 3.4 sm və 6.7 sm radiuslu 2 çevrə verilmişdir. CD=39 sm olarsa onların qarşılıqlı vəziyyətini müəyyən edin. Açıq aşkar görünür ki, bu çevrələrin biri o birinin xaricidə olmaqla heç bir ortaq nöqtəsi yoxdur. Kitabın cavabında isə onların kəsişməsi göstərilib.
Səhifə 183, məsələ 18. Dostlarına yeni il hədiyyəsi almaq üçün Fəridin 50 manat pulu var idi. Fərid biri 6 manat və 8 manat olan kitabları bəyəndi. Fəridin bütün pulunu xərclədiyi məlumdursa, hər kitabdan neçəsini almışdır?
Məsələni həll etdikdə 2 variant alınır. I variant-8 manatlıq 1 kitab, 6 manatlıq 7 kitab; II variant-8 manatlıq 4 kitab, 6 manatlıq 3 kitab alınır. Dərsliyin cavabında isə variantın biri verilsə də, digər variant (8 manatlıq 3 kitab, 6 manatlıq 6 kitab) səhv verilib.
Səhifə 185 məsələ 39 yeşikdə almaların sayı 80-dən azdır. Onları iki, üç və beş uşaq arasında bərabər bölmək mümkündür, lakin dörd uşaq arasında bölmək mümkün deyil. Yeşikdə neçə alma var?
İlk növbədə qeyd edim ki, məsələ maraqlıdır. Lakin şərt dəqiq verilmədiyindən bir neçə variant var. Ya almanın ən azı neçə olması (Bu halda cavab 10-dur) Yada ən çox olması (Bu halda isə cavab 70-dir) şərti verilməli idi. Hətta daha 2 variant var-bu halda isə almaların sayı 30; 50 ola bilər.
Dərslikdə bir neçə yerdə parçanın işarələnməsində uyğunsuzluğa yol verilib: məsələn AK parçası KA kimi işarələnmişdir.
Səhifə 144 məsələ 2. Dəftər vərəqini 4 qatlayıb üzərində hər hansı fiqur çəkin. Qayçı ilə bu kağızı fiqurun tərəfləri boyunca kəsin. Alınmış fiqurların neçəsi konqruyentdir?
Müəlliflər şagirddən-alınmış fiqurların dördünün də konqruyent olduğunu alması qənaətinə gəlməsini istəyirlər. Çox gözəl. Amma müəlliflər bir məsələni unudublar, onlar şagirdlərin çəkəcəyi fiqurların tərəflərinin parça kimi olacağını nəzərdə tutublar, ona görə tərəfləri boyunca kəsməyi tövsiyə ediblər. Əgər çəkilən fiqurlar əyri xətli (Çevrə, dairə və ya başqa əyri xətli fiqur) olsa onda həmin fiqurların tərəfləri hansı olacaq? Daha doğrusu məsələnin şərtində sonluq belə olmalı idi: Qayçı ilə bu kağızı fiquru konturu boyunca kəsin.
Səhifə 181 məsələ 4 Dairəvi diaqrama əsasən əhalinin neçə faizinin uşaq olduğunu təyin edin. Diaqramda kişilər əhalinin 1/4-ni, 49% qadınları, qalan hissə isə uşaqların sayını göstərir. İlk baxışda kəsrə və faizə aid maraqlı məsələ olduğu görünür. Amma nəzər alsaq ki, əhali cinsinə görə 3 deyil 2 növə bölünür. Yaxşı olardı ki, kişilər filan qədər (kəsr yaxud faiz şəklində) qadınlar filan qədərdir (kəsr yaxud faiz şəklində) şəklində, bunların isə filan qədəri uşaqdır şərti veriləydi, uşaqların sayının tapılması soruşulaydı. Dəqiqliyə şübhəsi olan uşaqlara verilən şəxsiyyət vəsiqəsinə baxmaq kifayət edər.
V və VI siniflərdə üçbucaqların qurulmasının 2 halı verilib, III hal verilməyib. Dərslik müəlliflərinin qurma məsələlərinə yer verməsi çox müsbət haldır. Yaxşı olardı ki, 2 tərəf və bu tərəflərdən birinə çəkilmiş hündürlüyünə, medianına, tən böləninə, və başqa tipli məsələlər də veriləydi.
Səhifə 105 məsələ 3. Şəkillər reallığı əks etdirmir.
Qeyd:Hörmətli oxucuların diqqətinə bir məsələni çatdırmaq istəyirəm. səhvən yuxarıda verilən bəndlərdən təkrar gedib. Bunu nəzərə almağınızı xahiş edirəm.
Riyaziyyat
NEMƏTOV ƏDALƏT
VI sinif Riyaziyyat dərsliyində həndəsəyə aid xeyli material verilib. Mövzuların böyük əksəriyyətinin izahı qənaətbəxşdir, kifayət qədər məsələ verilib. Dərslikdə həndəsəyə aid materiallarla bağlı fikirlərimi bildirməyi özümə borc bildim.
Səhifə 112-də üçbucaq xətkeşin (günyənin) köməyi ilə müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə paralel düz xətt çəkmək qaydası verilib. Bu izahatla bağlı bir sıra fikirlərimi bildirmək istəyirəm:
1. Müxtəlif səhifələrdə günyə müxtəlif adla təqdim olunub, həmin alətin bir mənalı günyə kimi göstərilməsi daha məqsədə müvafiqdir.
2. Verilən izahat qüsurlu olmaqla bərabər, A nöqtəsindən fərqli B nöqtəsinin tapılması (şəkildən açıq-aşkar görünür ki, B nöqtəsinin a düz xəttindən məsafəsi A-nın həmin düz xəttdən məsafəsindən kiçikdir) qaydası anlaşılmazdır. Izahatdan və şəkildən belə görünür ki, A nöqtəsindən a düz xəttinə qədər məsafə günyənin bir tərəfinin uzunluğu böyüklükdədir. (halbuki B nöqtəsi həmin qaydada tapılmayıb) əgər günyənin bir tərəfi A nöqtəsinin a düz xəttinə qədər məsafəsindən kiçik və ya böyük olsa idi bəs qurma necə yerinə yetiriləcəkdi?
Bu qurma əslində aşağıdakı qaydalarla yerinə yetirilməlidir:
I usul. a düz xəttinin ixtiyarı nöqtəsindən ona perpendikuliyar bir düz xətt çəkmək sonra A nöqtəsindən həmin düz xəttə perpendikuliyar düz xətt çəkilməlidir. Alınan düz xətt a düz xəttinə paralel olacaqdır.
II usul. A nöqtəsindən a düz xəttinə perpendikuliyar düz xətt çəkək. sonra A nöqtəsindən həmin çəkilən düz xəttə perpendikuliyar düz xətt çəksək bu düz xətt verilən a düz xəttinə paralel olacaqdır.
Bu iki həll usulunda günyənin əsas funksiyasindan istifadə olunur.
III usul. Xətkeş və günyə ilə verilən nöqtədən verilmiş düz xəttə paralel düz xəttin çəkmə usulu ən çox işlənən usuldur.
3. Diqqətlə fikir verdikdə səhifə 112-də müstəvi üzərində verilmiş nöqtədən verilmiş düz xəttə perpendikuliyar düz xətti üçbucaq xətkeşin (?!) köməyi ilə çəkmək qaydası da qüsurlu şəkildə verilib.
4. Dərslikdə bir neçə yerdə “verilmiş düz xəttləri düzbucaqlını, bucağı çevrəni, dairəni və s. dəftərinizə köçürün” kimi məntiqsiz tapşırıq verilib.
5. Dərslikdə qurma alətlərindən istifadəyə aid kifayət qədər məsələ verilib.
Təkcə bu dərslikdə deyil digər dərsliklərdə də qarışdırılan bir vacib məsələni xüsusi qeyd etmək istəyirəm. Bütün həndəsə dərsliklərimizdə xətkeşlə iki tərəfli xətkeş qarışdırılır və bir adla göstərilir. Aydınlığ üçün fərqi oxuculara təqdim edirəm.
Həndəsədə “xətkeş-yalnız bir tərəfi ilə düz xətt çəkmək mümkün olan həndəsi qurmalarda işlədilən riyazi alətdir” (Bax: ASE, X cild, səhifə 81) kimi verilmişdir.
Bizim məktəblərdə istifadə olunan və çox vaxt xətkeş kimi işlədilən qurma aləti ikitərəfli xətkeşdir.
İkitərəfli xətkeş-hər iki tərəfi ilə düz xətt çəkmək mümkün olan, tərəfləri bir-birinə parallel, həndəsi qurmalarda və xətti ölçmədə işlədilən, üzərində bölgü nöqtələri olan riyazi alətdir.
(Bax: ASE, X cild, səhifə 81)
Doğrudur ixtiyarımızda xətkeş formalı qurma aləti yoxdur, lakin ikitərəfli xətkeşin bir tərəfindən istifadəyə icazə verilməzsə onu xətkeş kimi təsəvvür etmək olar. Deməli ikitərəfli xətkeş qurma zamanı iki qurma alətini əvəz edir.
6. Səhifə 130-da üçbucağın qurulması bəhsində “tərəfinə və ona bitişik bucaqlarına görə üçbucağın qurulması” məsələsi verilib, yaxşı olardı ki, həmin bəhsdə 3 tərəfinə görə üçbucağın qurulması və İki tərəfi və onlar arasındakı bucağına görə üçbucağın qurulması məsələsi də öyrədiləydi.
Riyaziyyat
Nemətov Ədalət-Masallı şəhəri “Dəfinə” məktəb liseyi
VI sinif “Riyaziyyat” dərsliyi ilə tanış olandan sonra bəzi fikirlərimi bildirməyi özümə borc bildim.
1.Səhifə 61-də Məsələ 7-də: “Düzbucaqlının uzunluğu 23 sm olub perimetrinin 55 % -nə bərabərdir”. Belə səhv dərsliyə böyük xələl gətirir.
2.Səhifə 64-də Məsələ 12-də: 2012-ci ildə Azərbaycanın 9 milyon əhalisi vardı ki, onlardan 3-milyonu Şəhərlərdə yaşayırdı. Əhalinin neçə faizi kəndlərdə yaşayırdı? Azərbaycanın Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Şirvan, Lənkaran, Masallı, Mingəçevir, Şəki və s. (rayon mərkəzlərinin hamısı Şəhər statusunda olduğunu nəzərə alınsaydı) Şəhərlərində yaşayan əhali sayı kitabda yazılandan daha çoxdur, mötərizədəkini nəzərə alsaq nəticə neçə olar? Coğrafiya dərsliklərində Şəhər əhalisi 54,1% göstərilir.
3.Səhifə 104-də çalışma 12-dəki “ Verilmiş tənliklərdə a hansı ədədi (?) ala bilməz” cümləsini necə başa düşək.
4.Səhifə 47. Məsələ 20. Əli sinif otağının hündürlüyünü ölçərək 2,5m olduğunu ( tikinti standartında 3m olmalıdır ) müəyyən etdi. Otağın, qapının və pəncərənin hündürlukləri nisbəti uygun olaraq 5:3:2 kimidir. Pencərənin və qapının hündürlüyünü tapın. Məsələni həll etdikdə və cavaba baxdıqda qapının hündürlüyü 1,5 m olduğu görünür. Bu qapı hansı tikinti qapısıdır? Yaxud bu qapıdan kim istifadə edə bilər?
5.Səhifə 72. Məsələ 4. Cədvələ baxanda bilinir ki, dərslik müəllifləri futboldan xəbərsizdir və bu cədvəl Azərbaycan futbolunu təhqir edir.
I. ona görəki, ilk 5-likdə gedən komandaların nəticəsi belədirsə, gör aşağıdakılar nə vəziyyətdədirlər;
II. “Bakı” komandası 1 dənədə qol vurmayıbsa I yerdə gedənlə eyni miqdarda xal toplaması necə inandırıcı görünür;
III. İlk pillələrdə yer tutan komandalarda vurulan və buraxılan topların fərqi həmişə müsbət olur;
IV. Əgər çempionata cəmi 5 komanda varsa onda vurulan və buraxılan topların fərqi sıfır olmalıdır. Amma bu cədvəldə vurulan və buraxılan topların fərqi ( halbuki, çempionatda lider komandalarda bu fərq müsbət olmalıdır) mənfidir. (?)
6.Səhifə 55. Məsələ 16. “tayada olan saman.....” fikri kənd təsərrüfatı ilə azca bələdçi olan insanları təəccübləndirir. Tayada ot olar, saman yox.
7.Səhifə 65. Məsələ 6. “ konfet fabrikində ........” fikri karamel fabriki kimi işlədilməlidir.
8.Səhifə 112. IV abzasda a düz xətti və onun xaricində A nöqtəsi verilib.A nöqtəsindən keçib a düz xəttinə paralel düz xəttin günyə ilə çəkilməsinin izahı qüsurludur.
9.Səhifə 135. Məsələ 5 haqında bir neçə söz demək istəyirəm.
Şəkil elə çəkilməlidir ki, qiymətlər şəkilə uyğun olmalıdır. Şəkildə AK <BK görünür, amma qiymətə baxanda böyükdür.
Məsələni həll etdikdə radiuslar 5 sm, 4 sm, 3 sm və 2,3 sm alınır. Cavabda bu radiuslardan biri göstərilməyib, biri isə səhv ( 0,3 ) göstərilib.
10.Səhifə 65. Məsələ 2. Məsələnin cavabında 16 % yazılıb, halbuki, 16,6 % -dir. Əgər yuvarlaqlaşdırmadan istifadə olunubsa 17 % olmalı idi.
11.Səhifə 29. Çalışma 9-da cədvəldəki “Ə” hərfinə uyğun çalışma yoxdur.
12.Səhifə 147. Məsələ 7. Düzbucaqlı şəklində torpaq sahəsinin uzunluğu 201 sm, eni 10,02 m-dir........ bu necə düzbucaqlıdır ki, eni uzunluğundan böyükdür (?!).
13.Səhifə 139.Məsələ 15.İdman meydançasının diametri 100 m-dir.....
Meydança yox qaçış meydançası olmalıdır;
Nə meydança, nə də qaçış meydançası dairəvi olmur.
14.Səhifə 191.Məsələ 93. Ailə yay tətilində istirahət etmək üçün Şəkiyə yollandılar. Onlar 325km getdikdən sonra dincəlmək üçün kafedə dayandılar. Bütün yolun 1300 km olduğu məlumdursa, ailə yolun hansı hissəsini getmişdir? Azərbaycanın hansı ən ucqar iki yaşayış məntəqəsi arasındakı məsafə 1300 km yox, bunun yarısı qədər olar?
Sürücülər yaxşı bilirki, 325 km yolu ailəvi gedərkən heç olmazsa 1 dəfə saxlayarlar.
15.Səhifə 100. Çalışma 13. Mətn aşağıdakı kimidir: 9(3n-8)+3(36-9n) ifadəsi 4-ə bölünmür kimi verilib. Halbuki, bu ifadə n-in istənilən qiymətində 4-ə qalıqsız bölünür.
16.Səhifə 131. Çalışma 3(b)
OA=12mm, OK=8m olarsa AB=?
Çalışma 4(b)
OA=11mm, OB=8sm olarsa AB+OC=?
hər iki çalışmadakı səhv açıq-aydın görünür.
17.Səhifə 134. Məsələ5.
Verilənlərə baxdıqda asanlıqla görünür ki, çevrələrin heç bir ortaq nöqtəsi yoxdur və biri o birinin xaricindədir. Cavabda isə kəsişir yazılıb.
18.Səhifə 107. Məsələ 18. Məsələnin mətnində şərt səhvdir.
19.səhifə 183. Məsələ 18.Cavabda 1 ədəd 8 manatlıq 7 ədəd 6 manatlıq və 3 ədəd 8manatlıq, 6 ədəd 6 manatlıq kitab verilib. Halbuki, 1 ədəd 8 manatlıq, 7 ədəd 6 manatlıq və 4 ədəd 8 manatlıq, 3 ədəd 6 manatlıq kitab olmalıdır.
20. Çevrələrin qarşılıqlı vəziyyətində bütün hallar simvolik şəkildə verilsə daha yaxşı olardı. Bu və digər bölmələrdə parçanın işarələmələrində KA, MA və s. kimi yox AK, AM kimi olması daha müvafiqdir.
21. Düz xətlə çevrənin qarşılıqlı vəziyyətində çevrənin mərkəzindən düz xəttə qədər məsafə vasitəsi ilə verilməsi daha məqsədə uyğundur.
22. Səhifə 59.Məsələ 12. Şəkil elə verilib ki, buradakı miqyas ilə cavab arasında uyğunluq yoxdur.
23. Səhifə 183. Məsələ 17. Məsələnin cavabında 1 hal verilib. Halbuki başqa variantda var. Bu nəzərə alınmayıb.
24.Səhifə 55.Məsələ 16. Cavab səhvdir.
25.Səhifə 161.Məsələ 5.Cədvələ baxanda şagirdin 7 saat məktəbdə olması verilib. Bu 9 dərs vahidindən artıqdır. Bu heç bir məntiqə uyğun deyil. Əlavə olaraq şagirdin 7 saat yatdığı verilib. Bu da 18 yaşa qədər uşağın yuxu norması düsturuna ( y=8+(18-x)/2 düsturuna, burada x-yaşı, y-saatı göstərir) əsasən çox azdır.
Qeyd: Hörmətli Müəlliflər və əziz oxucular məqsədim müəllifləri tənqid etmək deyil, əsas fikrim dərsliyimizin növbəti nəşrlərində buraxılan səhvlərin aradan qaldırılmasıdır.
Səhifələr: 1