User Posts Qəribov İslam

Posts Of Qəribov İslam
until
Səhifələr: 1
Azərbaycan dili
“Azərbaycan dili-10” dərsliyi haqqında rəylərin cavablandırılması

Hacıyeva Şərabanı
04.04.2014 20:55
10 və 5-ci siniflərin birgə mövzusu.
Dilin başqa elm sahələri ilə əlaqəsi.

İlk öncə,hörmətli ekspertlər, hamınızın diqqətini çox mühüm bir məsələyə cəlb etmək istəyirəm.
Dil bildiyimiz kimi humanitar fənlər içərisində getdiyindən ortadakı sıralarda yer almışdır.Biz hamımız bilirik ki,riyaziyyat bütün elmlərin şahıdır,hesab isə riyaziyyatın.Heç kimə sirr deyil ki,fizika müasir texnika və avtomatikanın əsasıdır.Kimyanın isə möcüzələr dünyasın açarı olduğundan tam əminik.Lakin gəlin təkzibolunmaz böyük digər həqiqəti də unutmayaq:Əgər dil yaranmasaydı,onda heç bir elm sahəsi də yarana bilməzdi.İnsan əldə etdiyi bütün sivil və modern səviyyəsinə görə məhz dilə minnətdardır.Məhz dilin yaranması insanı tərəqqi və inkişafla yanaşı həmçinin müxtəlif elmlərin də çiçəklənməsi prosesinə qoşaraq daima irəli getməyə sövq etmişdir. Bu halda bütün elmlər D i l i n daha önəmli, daha vacib olduğunu qəbul etməli, onu ən ilk sırada yer almağına layiq görməlidir.
Həmçinin hər hansı bir mütəxəssis dilə nə qədər çox yiyələnibsə,öz fikrini də bir oqədər zəngin şəkildə ifadə etmək bacarığına sahiblənəcəkdir.D i l Günəş kimi təmənnasızdır, o öz zənginliyindən hər bir kəsə verməyə həmişə hazrrdır.Təki hər bir kəs ondan düzgün istifadə etməyi bacarsın.
Dil təfəkkürlə bağlı olduğundan bütün elmlərlə əlaqədardır.Biz bu əlaqələrə dillə ən çox yaxın olanı ilə deyil, dilin daxili quruluşu ilə yaxın olan sahılırdən başlayacağıq.
1.Dilin Fonetika şöbəsi ilə əlaqəsi.
Danışıq səslərini yaradan danışıq üzvlərini tanıyırıq:-ağ ciyərlər,nəfəs borusu, səs telləri,qırtlaq, udlaq, boğaz vğ boğaz boşluğu, dil,damaq,diş,dodaql­ar,alt çənəvə üst çənə,burun və burun boşluğu.
Lakin biri də var: ağ ciyərlərin h a v a tutumu. Qeyd edək ki,təbabətçilər dili bilmədiklərindən, həmçinin dilçilər təbabəti bilmədiklərindən ağ ciyərlərin hava tutumu barədə indiyədək heç bir məlumatda verilməmişdir.Qeyd edim ki, bu,olduqca mühüm bir məlumatdır.Çünki ağ ciyərlərin hava tutumu mühüm əhəmiyyətə malikdir-yəni ağ ciyərlərin hava tutumu kifayət qədər olmadıqda uşaqlar –R-səsini düzgün tələrffüz edə bilmirlər.Əgər ata və ana buna əhəmiyyət verməzlərsə, onda həmin uşaqlar böyüyəndə də dil cəhətdən qüsurlu sayılacaqlar.Amma valideynlər öz övladları ilə yaxından maraqlansalar bu dil qüsuru aradan qalxır.(Bunun aradan qalxması üçün uşaqlar müxtəlif idman hərəkətləri etməli və yaxşı qidalanmalıdırlar.)
Onu da qeyd edim ki, çox danışmaq insan səhhətinə ziyandır.Yoqlar az danışmaqla ömürlərini uzadırlar.Qəzaya uğrayan hər hansı bir şəxsi polislər istintaq etmək istəyəndə həkimlər ya icazə vermirlər, ya da yalnız məhdud suallar verilməsini məsləhət görürlər.Səbəbi budur ki,ağ ciyərlər orqanizmdə 2 mühüm funksiyanı yerinə yetirirlər.1.Qanı oksigenlə təmin etmək.
2.Danışıq səslərini yaratmaq üçün qüvvə ayırmaq.
Əgər ağ ciyərlər danışıq səslərinə qüvvə ayıracaqsa,onda qanı oksigenlə təchiz edə bilməyəcək.
Nəticədə ,orqanizmdə asfiksiya yəni boğulma baş verəcəkdir.Xəstə huşunu itirə bilər.Onu özünə gətirmək isə asan olmayacaqdır.Məhz ona görə də dahi Nizami təbabəti yaxşı bildiyindən belə yazırdı:
Inci tək sözlər seç ,az danış,az din.
Qoy az sözlərinlə dünya bəzənsin.
Bu məqamda dahi Heydər Əliyevi anmamaq mümkün deyil.O,bizim xalq üçün öz canını bilə-bi
Lə fəda etdi. Həkimlər ona danışmağı qadağan etsə də,o dayanmadan danışırdı.Çünki o bilirdiki onun tövsiyələri bu xalqa hava və su kimi gərəkdir.Öz səhhəti barədə deyil,canından belə çox sevdiyi Vətəni,Xalqı barədə fikirləşirdi.Bu,əsl fədakarlıq idi.
Göyçay şəhər M.Füzuli adına 6№-li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı


Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #3
05.04.2014 14:38
10-cu sinif (2012-ci il nəşri) ‘’Dilin başqa elm sahələri ilə əiaqəsi’”- nin davamı.
Əlbəttə,saydıqlarımı­z dilin biologiya və təbabət elmi ilə əlaqəsini isbatlayır. Təbabətin adını çəkmişkən müasir dünyamızda dil ilə təbabət elminin daha mühüm bir bağlılığını qeyd etmək yerinə düşər.Psixo-terapeya adlanan bu sahə dilin –dilin zənginliyinin,dilin ifadə vasitələrinin cazibəli və sehrli aspektlərindən yararlanmaqla xəstəni müalicə edib sağaltmaqla məşğul olur.Yəni hər birimizin xoş sözə,şirin münasibətə çox ehtiyacımız vardır.Başqa cür ifadə etsək,insan istəsə,ətrafını ya cənnətə, ya cəhənnəmə çevirər.Bu halda həkimə heç ehiyac da qalmaz.
İndi də danışıq səsləri ilə bağlı başqa bir məqama toxunacağıq.Danışıq səsi özü fizika elmi ilə bağlıdır.Çünki səs bu elmin tədqiqat obyektidir. Biz bilirik ki, səs hər hansı bir qüvvənin təsiri ilə havanın dalğalanması hadisəsidir.Həmçinin onu da bilirik ki,insan qulağı saniyədə 16-20000 hers səs eşitməyə qabildir.Lakin 16-dan aşağı səslər də vardır.O səsləri eşitmək üçün müxtəlif cihazlar da düzəldilmişdir.Məsəl­ən, qarışqa irəlilədikdə də özünəməxsus bir səs alınır və bu səsi qeyd edə bilən müxtəlif aparatlar tutduğu dalğaları səs gücləndiricilərin vasitəsi ilə eşidiləcək hala gətirə bilir.Burada çox maraqlı olan bir olyı qeyd etmək yerinə düşər:
Əlində həmin səsartırıcı cihaz olan bir səyyah bioloq piramidalar yerləşən səhrada gəzərək həşəratların çox olduğu sahələrdə onların hansı səsləri çıxarmasını öyrənirdi. Təsadüfən,əlində həmin cihaz ehrama daxil olur. Bu vaxt heç gözləmədən əlindəki cihaz səs dalğalarını qeydə alır. Alim çox heyrətlənir. Cihaz bu dalğaların sirrini özü aça bilmir. Bioloq cihazı Londona müvafiq məsələləri öyrənən və həll etməyi bacaran qurumlara təqdim edir.Sən demə,səslər heç bir texnologiyanın olmadığı güman edilən vaxtlarda –min illər əvvəl hansı yollasa qədim insanlar fironların səsini divalara ‘’h o p d u r m a ğ ı’” bacarıblar.Həm də bu səslər divarlardan mütəmadiyən ,yəni heç dayanmadan “axmağa” davam edir.Bu da ehramların açılmayan növbəti sirlərindən biri...
2.Biz bunu da qeyd etməliyik ki,DİL çox mürəkkəb bir posesdir.Yəni danışıq üzvləri sağlam olsa da ,əgər qulaq eşitməsə nitq prosesi alına bilməz.Bütün alimlər bu fikirdədirlər ki,hətta korlar belə həyatı ,ətrafındakıları lallardan daha yaxşı fəhm edə bilirlər.Elə bu məqamda onu da demək lazımdır ki,dil qüsurları ilə məşğul olan ixtisasçılar da elə dilçilərdir.
3.Dilin morfologiya bəhsi ilə təmasında mən xalqımız üçün ən önəmli –həlledici bir məqama toxunmaq istəyirəm. Hamınızın diqqətini xahiş edirəm.Gəlin özümüzü bütünlüklə bu fikrin ətrafında toplayaq:Söhbət soyadlardan olacaqdır.Milli məclisdə -Lı-nın üzərində dayanıblar. Amma mən hamının nəzərini məhz –SOY-şəkilçisinə cəlb etmək istəyirəm.Buna mühüm səbəblərimiz vardır:
1.Soy ən qədim kökə bağlı bir sözdür.Elə dillər vardır ki,bu sözün mənası QAN anlamındadır.
2. İngilis dilində bu söz elə soyad mənasındadır.Asan olduğu üçün açıqlamağa ehtiyac yoxdur.
3.Soy sözü dilimizdə cins , kökü olan mənasındadır.Diqqəti­nizə aşağıdakı şeir parçasını çatdırmaq istərdim:
Əzizim soy ilədir,
Şahmar da soy ilandır.
Nəsimi tək bu aşiq,
Yolunda soyulandır.
Şeirin 1-ci misrasındakı soy kök mənasındadır.2-ci misrada isə bu söz yaxşı cins anlamındadır.
4.Ən çox isə-lı- dan ona görə imtina etməliyik ki,ermənilərdə də-yan-elə -lı-mənasını verən sözdür.
Gördüyümüz kimi,-soy- daha məqsədəuyğun hesab olunmalıdır

Göyçay şəhər M.Füzuli adına 6№-li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #4
12.04.2014 13:55
10-cu sinif Azərbaycan dili ‘’Dilin bütün elm sahələri ilə əlaqəsi’’mövzusunun davamı.

Əziz ekspertlər,mən indi morfologiya bəhsində isimlərin xüsusi adlar bölməsi sahəsinə toxunacağam.Söhbət toponim adlardan gedəcək.Bildiyimiz kimi, toponimlər coğrafiya elmi ilə bağlıdır.Bu elmdə də maraqlı dil faktları məlumdur. Bir neçə belə maraqlı adlara toxunaq:
1.Avropada Himalay dağının ən yüksək zirvəsinə Everest, şərqdə isə Comolunqma deyilir.
2.Moskvaya avropalılar Moskou, Türkiyədə isə Moskov deyirlər.
3.İngilislər Londona Landın, Türkiyədə Londra, bizlər isə London deyirik.
3.İndi növbə saya gəldi.Say ən çox riyaziyyat elmi ilə bağlıdır.Riyaziyyat elmi bu günlərdə öz təsirini dilə daha çox göstərməkdədir.
A) .Şəkilçilərin üzərində onların neçə variantlı olduğunu göstərmək üçün qoyduğumuz rəqəmlər bu bağlılığln təzahürüdür.

4 2
çı , la .
B.Cümlə üzvlərinin sxematik işarələri də riyaziyyat elminin dilə inteqrasiyası hesab olunmalıdır.Söhbət mübtədanın,xəbərin,t­əyinin,tamamlığın və zərfliyin sxematik işarələrindən gedir.Bu işarələri hamımız tanıyırıq.

C).Həmçinin sintaktik əlaqələrin də-yanaşma,uzlaşma və idarə əlaqələrinin də sxematik işarələri yenə də riyaziyyat elminin dilə gəlişini sübut edir.Bu işarələri də biz hər birimiz tanıyırıq.
4Fellərlə bağlı biz çox maraqlı məqamlara toxunacağıq.
Öncə, onu qeyd edəcəyik ki,fellərin hamısı dilimizin öz sözləridir.Biz bu fikri nahaq yerə vurğulamadıq.Elə fellər vardır ki,dünyanın apaıcı hesab edilən dillərində eyni mənada və hətta eyni fonetik tərkibdədir.Gəlin diqqət edək:
Ingilis dili-azərbaycan dili
Hop[hop]-hoppanmaq.
Chew[t{u:]-çeynəmək.
Bar [ba : ]-bağlamaq
Bore[bo:]-boğulmaq
Tell [tel]-demək
Tick[tik]-tıqqıldatm­aq
Turn [tə:n]-dönmək
Go[gou]-getmək
Tut [tat]-kəs səsini-tut ağzını
Dart [da:t]-atmaq, dart to an arrow-oxu dartıb atmaq
Dash [d əe/]-atmaq,hücum etmək-ən qədimə aid daş atmaq
Nümunə gətirdiklərimiz fellər maraqlı məqamları üzə çıxarır.Biz böyük cəsarətlə bu fikri vurğulaya bilərik ki, elə ingilis dili də məhz türk dillərindən nişat tapmışdır.Çünki bu artıq sübuta yetirildi.
Dilin bütün elm sahələri ilə əlaqədə olmasını sübut edən faktlar göz önündədir.Hətta kompyuterlər də müvafiq texniki elmlərlə nə qədər bağlıdırsa,dillə də bir o qədər bağlıdır.Yəni bu və ya başqa dili bilmədən heç bir kompyuteri idarə etmək mümkün olmaz.


Göyçay şəhər M. Füzuli adına 6№-li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #5
02.05.2014 20:24
10-cu sinif Azərbaycan dili dərsliyi (2012-ci il nəşri) barədə iradlar.


Yuxarıdakı rəylərdə “Azərbaycan dili-10” dərsliyi ilə bağlı heç bir fikir, irad və ya təklif bildirilmədiyindən cavablandırılması vacib hesab olunmur. Fikirlərinizi bildirdiyinizə görə təşəkkür edirik.

10-cu sinif Azərbaycan dili dətsliyinə aid iradlar bunlardır:
1.Səhifə 9-10-da Əkrəm Əylislidən nümunə gətirilən parça çıxarılmalıdır.

Hökm əsaslandırılmayıb.


2.Səhifə 11-də Dil nədir?adı altında verilən başlıq 10-cu sinif olduğu nəzərə alınaraq Dilin mahiyyəti kimi gedə bilərdi.

Dərslikdəki başlıq da uğurludur. Təklifinizə görə təşəkkür edirik.

3.Dil nədir? Necə yaranıb? sualları olsa da, bununla bağlı heç bir açıqlama aparılmayıb. Dilin ünsiyyət vasitəsi olması , həm dil nədir,həm də Dilin funksiyasında eyni ilə verilibdir. Əslində,dilin ünsiyyət vasitəsi olması dilin funksiyasıdır.Beləli­klə, bu fikrin Dil nədir.-də verilməsi səhvdir.Dil nədir. bəhsinə aid yalnız həmin dərsdə bir düzgün fikir var.-O da dilin ictimai hadisə olmasıdır.Bir fikir isə səhv getmişdir.-....Səslə­rin tələffüzü üçün tənəffüzü (?) ağciyər müntəzəm təmin edir. Əziz müəlliflər, ağ ciyərlər danışıq səslərini yaratmaq üçün qüvvə ayırır-tənəffüs vermir.

Dilin ünsiyyət vasitəsi olması fikrinin hər iki hissədə verilməsi mümkündür. Çünki bu şərh elə “Dil nədir?” sualının cavablarındandır. Dərslikdə “tənəffüs verir” deyil, “tənəffüsü təmin edir” ifadəsi işlənmişdir ki, bu ifadədə qüsur yoxdur.

4. Dilin funksiyasında isə müəlliflər yenə dilin mahiyyətinə qayıdıb, dilin funksiyasını unudublar. Uzun-uzadı dilin bioloji və irqi hadisə olmadığını, onun ictimai hadisə olmasını izah ediblər. Dilin funksiyasına gəldikdə isə səhv fikir yürüdüblər. Yalnız dilin ünsiyyət vasitəsi olduğunu bu başlıq üçün düzgün hesab etmək mümkündür. Dilin funksiyasını üç bölümdə birləşdirən müəlliflərin səhvi ondadır ki, onlar dilin ikinci vəzifəsi kimi onun insanı əhatə edən əşya və hadisələrin adını bildirməsi fikrini irəli sürüblər. Yəni müəlliflər səhv edərək dilin daxili bölmələrinə toxunublar ki, bunu dilin funksiyası kimi düşünmək tamamilə səhvdir. Daha irəli gedərək növbəti bir səhv ediblər. Müəlliflər dilin üçüncü funksiyasını fikir ifadə etmək olduğunu göstəriblər. Axı ünsiyyət vasitəsi kimi dil elə müxtəlif fikirləri ifadə edir. Beləliklə, həm dil nədir, həm də dilin funksiyaları bəhsləri yenidən işlənməli, yenidən yazılmalıdır.(Sonda mən bu bəhsləri özüm verəcəyəm)

Dilin funksiyaları haqqındakı fikirləriniz əsassızdır. Dil vasitəsilə biz ətrafımızdakı əşya və hadisələri adlandırırıq, onları tanıyırıq və demək, ətraf aləmi dərk edirik. Bu dilin fəaliyyət dairələrindən, yəni funksiyalarından biridir. Dil vasitəsilə həm də fikrimizi ifadə edirik. Bu ünsiyyət prosesində ola da bilər, olmaya da bilər. Məsələn, yaradıcılıqla məşğul olan biri birbaşa ünsiyyətə girmədən öz əsərində fikrini ifadə edir.

5. Səhifə 14-də cümlə xətası vardır. Diqqət edin:-İnsanlara qulluq göstərən başqa ictimai hadisələr də var.-Olmalı idi-İnsanlara x i d m ə t e d ə n .

Hər iki söz, demək olar ki, eyni mənanı ifadə edir.

6. Dilin funksiyaları səhv izah edildiyindən həmin bəhsə aid çalışmalar da məqsədəuyğun hesab edilə bilməz.(çalışmalar - 20, 21, 22, 23.)

Dilin funksiyaları elmi tədqiqatlara uyğun şəkildə verilmişdir.

7. Dilçilik və onun digər elmlər içərisindəki yeri. Təəssüf ki, əvvəlki bəhslər haqqında dediyimiz fikirlər bu bəhsə də eyni ilə aiddir. Başlıq başqadır, dərsin içində verilən məlumatlar tamam başqadır. Mən çox xahiş edirəm ki, siz bu başlıq altında gedən məlumatları diqqətlə oxuyasınız. Onda mənim nə qədər haqlı olduğumu özünüz də deyəcəksiniz.(Mən bütün iradlar qurtardıqdan sonra özüm bu barədə də düzgün məlumatları yazacağam)

Başlıq “Dilçilk və onun digər elmlər içərisindəki yeri” şəklindədir. İlk abzasda dilçiliyin digər elmlər içərisindəki yerindən söz edilmiş, sonrakı abzaslarda dilçiliklə bağlı digər məsələlərə toxunulmuşdur.

8. Dilçilik və onun digər elmlər içərisində yeri düzgün izah edilməyib səhv məcraya yönəldiyindəndir ki, ondan sonra gələn dərslər də dil, dilin funksiyaları məzmunundan kənara çıxaraq özünə səhv cığır açmışdır. Yəni birdən-birə dilçiliyin –etimologiya, lüğətçilik, dialektologiya şöbələrinə keçilmişdir.

Dilçiliyin bu sahələri haqqında 10-cu sinif şagirdinə məlumat verilməsi vacibdir və burada heç bir uyğunsuzluq yoxdur.

9. Dil haqqında dövlət tərəfindən verilən bütün vacib məlumatlar 11-ci sinfin dərsliyində ilk səhifələrdə bərqərar olmalıdır. Bu məlumatları ortada vermək düzgün hesab edilə bilməz. Şagird 11-ci sinifdə daha müsbət dünyagörüşünə-formal­aşan təfəkkürə malik olur. Bu qərarlar ilk səhifədə veriləndə onun əhəmiyyəti daha düzgün qiymətləndirilir. Ona daha ciddi yanaşılır.

Dil haqqında dövlət sənədləri dərsliyin 33-36-cı səhifələrində verilmişdir ki, bunu da dərsliyin orta səhifələri hesab etmək düzgün deyil. Bu məlumatları 10-cu sinif şagirdinin də mənimsəyə biləcəyinə inanırıq.

10. Səhifə 36-37-də Türk dilləri ailəsi verilib. Zənnimcə, burada yalnız oğuz qrupu barədə danışmaq olar. Testə də yalnız oğuz qrupu ilə bağlı məlumatlar salınmalıdır. Müvafiq çalışmalar da yalnız bu qrupa aid dillərdən təşkil olunmalıdır.

Fikrinizə hörmətlə yanaşırıq, lakin müəlliflər fərqli mövqe sərgiləyib. Nəzərinizə çatdırırıq ki, ən zəruri dil qaydalarının verilməsi haqqında tələb kurikulumda öz əksini tapmışdır və kurikulumla yazılmış dərsliklərdə bu ənənə davam etdirilir.

Göyçay şəhər 6№- li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

#7
04.05.2014 11:00
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid olan iradların davamı.

Onu da qeyd edək ki, vurğu haqqında aşağıdakı ən əhəmiyyətli faktlar ,nədənsə, unudulmuşdur:
a) Ərəb dilindən dilimizə keçən uzun saitli bütün sözlərdə vurğu uzun saitli hecaya deyil, sözün sonuncu hecasına düşür. Bu sözlər dilimizdə o qədər çoxdur ki, bu qayda mütləq dərslikdə yer tapmalıdır. Çünki heç bir dərslikdə verilmədən belə sözlər qəbul imtahanlarında geniş miqyasda salınır.məs. nadir, mətanət, elan və s.
b). Dilimizə başqa dillərdən keçən olduqca çox sözlər vardır ki, həmin sözlərdə də vurğu sözlərin əvvəlinə, yaxud ortasına düşür. məs. kafedra, Yaponiya, İndoneziya və s.

Dərslikdə yazılmışdır: “Azərbaycan dilində türk mənşəli sözlərdə, adətən vurğulu heca sözün sonunda gəlir. Bu prinsip bəzən alınma sözlərdə pozulur...”

Səhifə 80-də 1 və 5 saylı qaydalar təkrar olunmuşdur. Hər iki qayda xüsusi isimlərin omonim ola bilməməsini izah edir.

1-ci qaydada ümumi və xüsusi isimlərin bir-biri ilə (qərənfil (gül), Qərənfil (ad)), 2-ci qaydada isə xüsusi isimlərin bir-biri ilə (Araz (çay), Araz (ad)) omonim ola bilmədiyindən danışılır.

Səhifə 84-də 5 saylı qaydada kobud bir səhv vardır. Səhvən ilk sözünün iki şəklində verilməsi şagirdlərin beynində böyük təbəddülat yarada bilər.

Qüsur dərsliyin 2014-cü il nəşrində düzəldilmişdir.

Bu səhifədə daha bir iradı göstərmək vacibdir. Alınma sözlərin böyük qismi dərslikdə yoxdur. Amma yenə də qəbul imtahanları zamanı testlərdə bu sözlərdən çox istifadə olunmaqdadır. Gəlin onları sadalayaq:
1.Ahəng qanununa tabe olan onlarla söz vardır ki, həmin sözlər dilimizin öz sözləri deyildir. Sadəcə o sözlər dilimizə ahəng qanununa uyğunlaşdırılaraq alınmışdır.məs:
Məkatüb-məktəb
Çerpaye- çarpayı
Bihar-bahar
Nizar-nəzər
Muhabbet-məhəbbə
Muhammed-Məhəmməd
Məlayikə-Məleykə,yax­ud Mələk
Vedro-vedrə və s.

Dərslikdə verilmiş alınma sözlərə aid xüsusiyyətləri bilməklə, bu sözlərin alınma olduğunu müəyyənləşdirmək şagird üçün çətin olmayacaq.

Göyçay şəhər 6№-li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı

Həsənova Pərvanə
Şərhlər: 7Qeydiyyat: 05.02.2014 #8
04.05.2014 21:10
10-cu sinif dərsliyinin (2012-cü il nəşri) ilk səhifələrində Ə.Əylislidən verilən parca çıxarılmalıdır. Dil nədir? mövzusunda dilin mahiyyəti tam izah olunmur,dilin funksiyaları dərsində dilin üç deyil iki funksiyası olduğu göstərilsə daha düzgün olar, çünki ünsiyyət zamanı biz fikirlərimizi ifadə ediri bunu ayrica qey etməyə ehtiyac yoxdur. Yazı mövzusunda onun növlərinə aid nümunələr az sayda verilib, həmin mövzu ilə bağlı çalışmalar şagirdlərdə bir o qədər də maraq doğurmur. Azərbaycan dilinin morfoloji quruluşu mövzusunda iltisaqilik prinsipini pozan şərtlər aydın izah edilmir - qrammatik şəkilçinin leksik şəkilçidən əvvəl gəlməsi, bəzi ikihecalı milli sözlərimizə saitlə başlanan şəkilçi artırdiqda kökdə səsdüşümü, sözün sonuna saitlə başlanan şəkilçi artırdıqda k-y, q-ğ əvəzləməsinin baş verməsi, sifətin çoxaltma dərəcəsində olan masmavi, yamyaşıl kimi sözlər izahda qeyd olunsaydı daha düzgün olardı. Təkrar üçün olan bölmədə yenə də şagirdlərin bu mövzularlla bağlı biliklərin yaddan çıxa biləcəyi unudulub tam izahlardan qaçılıb. məsələn, omonimlərin çoxmənalı sözlərdən necə fərqlənir göstərilmir, tapşırıqlar çox sadə və primitivdir. Əsl Azərbaycan sözlərinin alınmalardan fərqləndirilməsində mü, mö, mə, qü, tə hecaları ilə başlayan, əng, ənc hecaları, h-samiti ilə bitən, z, f-samitləri ilə başlayan sözlərində alınma olduğu göstərilməyib. Dil, nitq, nitq fəaliyyəti, özləşmə meyilləri, natiqlik sənəti mövzularının yenidən işlənməsinə ehtiyac var.

Hörmətlə: N.Gəncəvi adına Göyçay şəhər 7saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Pərvanə Hüseyn qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103 Qeydiyyat: 03.03.2014 #9
05.05.2014 17:53
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.

Səhifə 93- də dildə yeni sözlərin yaranmasında aşağıdakı yollar unudulmuşdur:
a).Bəzən ədəbi dildə olmayan sözlər hansısa bir dialektdən götürülür.məs. şütümək-Bilirik ki, şütümək felini sevimli xalq şairimiz Səməd Vurğun Qazax –qərb dialektindən ədəbi dilə gətirmişdir. Hətta bu sözü şeirdə də işlətmişdir.
b).Elmlə, yeni kəşflə əlaqədar olaraq da dilimizdə yeni sözlər mütəmadi olaraq yaranır. Belə sözlərin sayı da az deyildir: kross, mobil telefon, kabel televiziyası və s. Bu sözlər həm də beynəlxalq sözlər də adlanır.
c).Cəmiyyətin inkişaf etməsi ilə əlaqədar olaraq yaranan yeni sözlər.Son vaxtlar Azərbaycanımız güclü inkişaf etdiyindən ölkəmizlə birbaşa əlaqələr quran dövlətlərin sayı get-gedə artır.Bu da öz növbəsində dilimizdə yeni sözlərin yaranmasına səbəb olur. məs.şou,on layn, kamfort, departament,tele-tay­m, breyn-rinq,tokşou və s.
Nitq mədəniyyəti bəhsi” Dil və mədəniyyət” bəhsindən sonra verilməli idi. Hörmətli müəlliflər bu bəhsdə də səhvlərə yol vermişlər:
1. Nitq mədəniyyətini dilin daxili quruluş normaları ilə qarışdırmışlar.
2. Nitqin intellektual səviyyə ilə, təfəkkürlə bağlılığı tamam unudulmuşdur.
3.Səhifə 96-da həmin bəhsdə səhv cümlə verilmişdir-Natiqlik­lə nitq mədəniyyətini eyniləşdirmək olmaz. Əslində, natiq bu və ya başqa bir elm sahəsi ilə bağlı olaraq öz nitqini qurur. Buna görə də nitq mədəniyyətinə sahiblənməyən hər hansı biri heç vaxt natiq ola bilməz.
Nitq mədəniyyəti başlığı altında nəyin verilə biləcəyini mən yenə də iradlar sona çatdıqdan sonra yazacağam.
Bəhs düzgün izah edilmədiyindən çalışmalar da özünü doğrultmur. Fonetik, leksik, qrammatik normalara aid çalışmalar tələb olunur ki, bunların nitq mədəniyyəti bəhsi ilə bağlılığı yoxdur.
Səhifə 98-də verilən bəhs də həmçinin - Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsidir.-nə başlıq, nə də dərsdə verilənlər doğru deyildir. Başlıq belə olmalı idi-Nitq mədəniyyəti milli mədəniyyətin yaradıcısı, əsas özəyi və yaşam amilidir. Ad düzgün seçilmədiyindən dərsdə bəhs olunanlar da məqsədəuyğun hesab edilə bilməz. Bu haqda da mən sonda məlumat verəcəyəm.
Nitq mədəniyyətinə dair verilmiş çalışmalar da düzgün deyildir. Nitq mədəniyyətinin əsas göstəricilərini müəyyənləşdirmək üçün video lentə tamaşa edilməlidir. Mətndə isə yalnız dilin daxili quruluş normalarını üzə çıxarmaq olar ki, bu, tamamilə başqa bir mövzunun göstəricisidir. 99 və 100- cü səhifədə olan çalışmalarda da , səhvən, normaları müəyyənləşdirmək tələb olunur.
Səhifə 102-də də nitq mədəniyyəti anlayışı yenə də dilin daxili quruluşu ilə izah olunmuşdur. Dolayısı ilə yenə də müəlliflər fonetik, leksik, qrammatik normalara bu və ya başqa dərəcədə toxunmaqdan uzağa gedə bilməmişlər.
Səhifə 107-də istedadım sözünü apostrof işarəsi ilə veriblər.(Məhəmməd Hadinin şeirində)
10-cu sinifdə səhifə 113- də belə bir cümləni diqqətinizə çatdırmaq istəyirəm:- Yazıiı ədəbi dilin ilk nümunələri dövlət sənədlərinin, dövlət başçılarının məktublarının və bədii əsərlərin dili olmuşdur. İndi isə həmin müəlliflərin 11-ci sinif Azərbaycan dili dərsliyində öz dedikləri bu fikrin əksinə olan indi nümunə kimi gətirəcəyimiz cümlələrin mənasına şahid olaq:-(səh. 79. 11-ci sinif.Azərbaycan dili dərsliyi) - Rəsmi-işgüzar üsluba gəldikdə isə bu, milli dövlətçilik, idarəçilik təcrübəsi olan yerdə formalaşır.Azərbayca­n ədəbi dilinin həmin üslubu bütün funksional üslublardan geri qalmışdı. Məncə, şərhə heç ehtiyac qalmır.
Səhifə 116-da verilən “Müasir Azərbaycan ədəbi dilinin normaları” 11- ci sinifdəki məlumatların eynidir.
Səhifə 119-da çox kobud bir səhv getmişdir. Diqqət edin: Əgər sözdə ....orfoqrafik norma pozulmuşsa, deməli, fonetik norma pozulmuşdur. Bu fikir yalnız söz kökünə şamil edilə bilər. Söhbət əgər şəkilçi olan hissədən gedəcəksə, onda morfoloji –qrammatik normanın da pozulması hesab olunmalıdır. məs. qapıyı aç. -nı əvəzinə yı həm fonetik, həm də eyni zamanda qrammatik normanın pozulması deməkdir. Çünki yı adında təsirlik hal şəkilçisi tanımırıq.
Səhifə 131- də nitq normalarının tarixiliyində qaydadakı ilk cümlə səhv verilmişdir.-Norma tarixi kateqoriyadır.-Olmal­ı idi-Nitq normaları tarixi kateqoriyadır.Əslind­ə,dilin tarixən məruz qaldığı dəyişkənliklər barədə tamamilə səthi bir məlumat ötürülüb.

Hörmətli Həsənova Pərvanə, iradlarınızın bir çoxu yuxarıdakı rəylərdə də verildiyindən artıq tərəfimizdən cavablandırılmışdır. Dil qaydalarına əlavələr haqqında etdiyiniz təkliflərə cavab olaraq bildiririrk ki, orta məktəb kursunda şagirdin dilin qrammatikasına aid bütün faktları mənimsəməsi vacib deyil. Dilin qrammatikası ali məktəblərdə müvafiq ixtisas sahələrində daha mükəmməl şəkildə tədris olunacaq.
Dilin normalarının mənimsənilməsi və bu normaların nitqdə gözlənməsi elə nitq mədəniyyətini fomalaşdıran amillərdəndir. Bu haqda olan iradınız əsassızdır. “... nitq mədəniyyətinə sahiblənməyən hər hansı biri heç vaxt natiq ola bilməz”. Dərslikdə bu fikrinizi inkar edən heç bir hökm verilməyib. Həmin dərsdə tapşırıqların yerində verilmədiyi haqqında irad TQDK-nın dərsliklə bağlı yekun rəyində (2014) öz əksini tapıb.
Rəsmi-işgüzar üslubla bağlı dərslikdə yazılır: “Rəsmi-işgüzar üsluba gəldikdə isə bu, milli dövlətçilik, idarəçilik təcrübəsi olan yerdə formalaşır. Azərbaycan ədəbi dilinin həmin üslubu bütün funksional üslublardan geri qalmışdı. Müstəqil Azərbaycan dövlətinin yaranıb möhkəmlənməsi ilə rəsmi-işgüzar üslub yüksək sürətlə inkişaf etməkdədir”. Abzasda rəsmi-işgüzar üslubun gec yaranmasından deyil, inkişafdan geri qalmasından söhbət gedir ki, bu da məlum tarixi faktorlarla bağlı olub.
“Əgər sözdə ... orfoqrafik norma pozulmuşsa, deməli, fonetik norma pozulmuşdur”. Dərslikdə getmiş bu cümlə sizin fikirlərinizi inkar etmir. Məlumatın bütöv şəkildə çatdırılmamasının səbəbi şagirdin hələ qrammatik norma ilə tanış olmaması ola bilər.


Göyçay şəhər 6 № li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #10
07.05.2014 16:45
10 –cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumatlar.

D i l i n m a h i y y t i .

Əziz ekspertlər, ən əvvəl onu qeyd edək ki, dil bəşəriyyətin əldə etdiyi ən böyük kəşf, ən ali - ən müqəddəs icaddır. Bugün insanlıq nələrə qadirdirsə, insan onu məhz dilə minnətdar olaraq yaratmışdır.
İndi isə quru, sxolastik cümlələr yığını gələcək: Amma bir qədər sonra biz həmin cümlələrin mənasını bir-bir açacağıq. - Dil ictimai hadisədir. O, nə bioloji, nə irqi, nə də irsi hadisədir. Dil şüurun gerçəkliyidir. -yəni, biz şüurumuzda - beynimizdə olanları məhz dilin vasitəsi ilə reallaşdırırıq. Dil təfəkkürlə bağlıdır. Təfəkkür necədirsə, dil də həmin səviyyədə olacaqdır. Dil təfəkkürü aşa bilməz. Çünki dil beynin i f a də si d i r. Yəni dil təfəkkürün, səs isə dilin “maddi qabığı”dır.
Dilin ictimai hadisə olduğunu sübut edən çoxlu faktlar vardır. Dilçilik kitablarında bu faktlar izah olunmuşdur. Onu qeyd edək ki, dilin mahiyyəti həmişə -ta qədimdən bütün insanları maraqlandırmiş, insan dil nədir? –deyə daim düşünmüşlər. Ən qədimdə bir padşah yenicə anadan olan bir körpəni valideynlərindən pulla alaraq, onu sarayda xüsusi bir otaqda bir dayəyə tapşırmış, bir nəzarətçi də ayırmışdı ki, onun tapşırığının düz yerinə yetirilməsinə əminlik yaratsın. Tapşırıq bundan ibarət idi: Gözəl geyimlər, gözəl maneralar, oyunlar, yalnız onlar üçün ayrılmış yerlərdə heç kimin olmadığı bir bağda gəzintilər olmalı, yalnız danışıq ünsiyyəti-nitq prosesi olmamalı idi. İllər keçir, uçaq böyüyür, gözəl geyinməyi, gözəl maneraları-oturuşu, duruşu, gəzməyi, yemək qaydalarını öyrənir, amma bir söz belə deməyi bacarmır. Yeri düşmüşkən onu da qeyd edim ki, anadan olan körpə ilə nə qədər tez və çox danışarsınızsa, körpə bir o qədər də tez dil açar. Bundan başqa yeni anadan olan körpələr – bir ingilis körpəsi Azərbaycana gətirilmiş, əksinə, bir azərbaycanlı körpəsi isə İngiltərəyə göndərilmişdi. Nəticə alimlərin gözlədiyi kimi olmadı. Yəni Azərbaycanda ingilis körpə azərbaycaycanca, İngiltərədə isə azərbaycanlı körpə ingiliscə dil açmağa başladı.
Təbiət özü də bu işdə insanlara yardım etdi. Yəni çoxlu-çoxlu faktları təbiət özü insanlara”hədiyyə” etdi.Canavarlar insan balalarını oğurlayıb meşəyə aparır, onları öz balası kimi saxlamağa başlayır, öldürmək fikrinə belə düşmədən onlarla öz balası kimi rəftar edir.
Kitablarda canavarın insan balasını qaçırmaq hərisliyi,onu”canava­rlaşdırmaq” ehtirasının səbəbləri izah edilə bilmir.Mənim fikrimə görə bu “istək” belə izah olunmalıdır.Tarixdən bilirik ki, insanın ilk əhliləşdirdiyi canlı məhz canavardır-yəni itin canavar nəslinə aid olması heç kimə sirr deyil.Sanki canavar insandan qisas alır-sən məni əhliləşdirdin,mən səni vəhşiləşdirəcəyəm-de­yir.Buna ayrı bir izah ola bilərmi?
Sual yarana bilər-Canavar bunu necə edir?Cavab da var-Canavar ya ən varlı, ya da ən kasıb ailədən körpəni oğurlaya bilər.Bildiyimiz kimi,gənc ailənin körpəsi dünyaya gəldikdə gənc ata gənc anaya təbiət qoynuna getməyi təklif edir.Onlar çox xoşbəxtdirlər-heç bir təhlükəni gözə ala bilmirlər.Bir dəqiqəliyinə gözəl bir göbələyi dərmək arzusu onları körpədən uzaqlaşdırır.Bu da nəticə-canavar pusqudadır və o belə bir fürsəti dərhal dəyərləndirir, körpənin yatdığı səbəti götürüb sürətlə uzaqlaşır.Yaxud gənc yoxsul ana işləməlidir, o,körpəsini meşədəki bir ağacın kölgəsində yerə qoyaraq, özü tarlada işləməyə başlayır,canavar yenə də öz işini görür-körpəni götürərək onu qaçırır.
Təsadüfən kənd adamları canavarın yuvasını dağıdıb,artıq böyümüş uşaqları xilas edəndə məlum olur ki,uşaqlarda nitq yoxdur və onlara yenidən nitq öyrətmək çox çətin olur.Bütün bu sadalananlardan biz dilin ictimai bir hadisə olması fikrini sübut etmiş oluruq.
Onu da qeyd etmək lazımdır ki, son vaxtlaradək alimlərə elə gəlirdi ki, yalnız ünsiyyət saxlamaq bir tək insanlara məxsusdur.Artıq elm sübut etmişdir ki, hətta ən kiçik olan qarışqalar belə bir-birinə toxunmaqla, maye ifraz etməklə müəyyən ünsiyyət qura bilirlər. Əlbəttə, heç bir canlının ünsiyyəti insanda olan möhtəşəmliyi, kamilliyi və əvəzolunmazlığı ilə sonsuz xariqələr yaradan dillə müqayisə olunan deyil.Amma təbiətdə bəzən bizləri heyran edən faktlarla da az qarşılaşmırıq.
Dil günəş kimidir. O, insanlardan heç vaxt təmənnada deyil.Dilin daima inkişafda olduğunu da bilməmiş deyilik.Dilimizi nə qədər çox öyrənsək,onun gözəlliyini də bir oqədər çox duyub,çox dəyərləndirmək qüdrətində olarıq.Dil mənəviyyat,dil gözəllik, dil ifadəlilik,dil duyum,dil musiqi, bir sözlə, dil həyatımızın özəyidir.Dil texnikaya,elmə,inkiş­afa,tərəqqiyə,təkamü­lə-bir sözlə-xoşbəxt gələcəyimizə açardır.Müdrik adamlar dilə həmişə müqəddəslik rəmzi kimi yanaşmış və onu düzgün dəyərləndirmişlər.

Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Rəydə “Azərbaycan dili-10” dərsliyi ilə bağlı heç bir fikir, irad göstərilmədiyindən cavablandırılması vacib hesab olunmur.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #11
08.05.2014 19:49
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumatlar.


D i l i n f u n k s i y a s ı.

Dilin ən əsas funksiyası onun insanlar arasında ünsiyyət vasitəsi olmasıdır. Bu, dilin ən əsas funksiyası olmaqla yanaşı, həm də ən qədim bir funksiyasıdır. Dilin olduqca qədim, ən ilk funksiyası c ə m i y y ə t qurmaq, bir qədər sonrakı funksiyası isə cəmiyyətin özü qədər mühüm olan d ö v l ə t qurmaq olmuşdur. Dilin ən ali funksiyaları ta qədimdən bugünlərimizədək öz əsaslılığını qətiyyən itirməmiş, indi də bu funksiyanın bütün dəyərlərini nəinki qoruyub saxlamış, onu daima yeni-yeni nələrsələrlə daima zənginləşdirmiş və bugünümüzə ən ali, ən müqəddəs, ən dəyərli bir ərməğan etmişdir. Dil ilk öncə dövləti yaratmış, dövlət də bunun qarşısında “borclu” qalmamışdır. Yəni dövlət dilin özündən geri qalmayan yeni bir funksiyasını – y a z ı n i yaratmışdır. Dil, əlbəttə, çox vacibdir, amma dilin hərflərlə inikası olan yazı daha mühümdür. Dövlət bütün fərmanlarını yazı vasitəsilə yerinə yetirir, dövlətin ana qanunu-konstitusiya yazıda təsbitlənir. Tarix məhz yazıya minnətdar olaraq bütün bəşəriyyəti ən qədim hadisələrdən- salnamələrdən, bədii ədəbiyyatdan, bu ədəbi və əbədi nümunələri bizə bəxş edən dahi sənətkarlarımızdan, dünyanın möcüzələrindən - bu möcüzələri bizlərə bəxş edən qeyri-adi tarixi şəxsiyyətlərdən - bir sözlə, hər məsələlərdən xəbərdar olmağa elə yazının özü qədər möcüzəli ünsiyyət qurmağa kömək edir. Müasir dünyamızda dilin varlığı, dilin funksiyaları o qədər əhəmiyyətli və mühümdür ki, biz bir daha möhkəm surətdə əminik ki, d i l o l m a d a n insan cəmiyyətləri yaşaya, mövcud ola, inkişaf edə bilməz.
Artıq dilin funksiyalarına yeni bir funksiya da əlavə olunmuşdur. Bu funksiya bugün daha qlobal, daha mühüm bir funksiyanın daşıyıcısına çevrilməkdədir-Bəşər­iyyətin daha uzun ömürlü olmasına xidmət göstərmək, bunun üçün dilin hansı zaman kəsiyindəsə yaranmış və tərəqqi edərək misilsiz xarüqələr əldə edən elmlərin yardımından yararlanmaq və əldə olunan bütün nailiyyətləri bizə ərməğan olunduğu kimi gələcək nəsillərə qoruyub –saxlamaq və ötürə bilmək-dilin bugünkü dünyamızda ən ümdə funksiyasıdır.
Gördüyümüz kimi, dil cəmiyyətdə ən həlledici bir amildir-bunu danmaq mümkün deyildir.Dil həyatımızın bütün sahələrini əhatə edir.Cəmiyyət və dövlət quruculuğu ən mühüm funksiya olsa da, dil yalnız bu sahələri deyil, həm də digər şaxələrdə insanı məhz idarə edir - dilin funksiyası özünü həm elmdə, həm mədəniyyətdə, həm də məişətimizdə bariz şəkildə əks etdirir. Dildən necə yararlanmağın hökmü olduqca həlledicidir. Bu,özünü həm dövlətlərarası, həm də dövlət daxilində hiss etdirir. Yəni dil özünü həm də siyasətdə tam gücü ilə göstərir. Dilin müqəddəsliyi də, mürəkkəbliyi də məhz onun bu mürəkkəb funksiyaların öhdəsindən layiqincə gəlməsindədir.

Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat
müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Fikirlərinizə görə təşəkkür edirik. Əlbəttə, bütün sadaladığınız nəsnələrin yaranmasında dilin böyük rolu olmuşdur. Lakin dilin funksiyası deyərkən onun birbaşa aid olduğu fəaliyyət dairəsi nəzərdə tutulur ki, bunları həmin fəaliyyət dairəsinə aid etmək olmaz.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #12
09.05.2014 11:23
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid məlumat.

Yuxarıda sadaladıqlarımıza əsasən dilin funksiyalarının cəmiyyətin və həyatın hər bir sahəsini çulğadığını bildik. İndi dilçilik və onun digər elmlər içərisindəki yerinə öz münasibətimizi bildirək.Dilin funksiyalarının bu qədər önəmli və əvəzedilməz olduğu,bütün elmlərin məhz dilə minnətdar olaraq yarandığını vurğulayandan sonra digər yerdə qalan elmlər nə qədər fayda, nə qədər tərəqqi,nə qədər texniki imkanlar vəd etsə belə, dilin ən ilk və bütün elmlərin yaranma səbəbi olduğunu nəzərə alaraq birinci yerə məhz dili layiq görməliyik.Bu, olduqca ədalətli bir qərar olardı.Mən bu təklifi verirəm və hamını bu təklifi dəstəkləməyə dəvət edirəm.

Göyçay şəhər 6 № li tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
:

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #13
09.05.2014 15:54
10-cu sinif Azərbaycan dili dərsliyinə aid yeni məkumat.


Dil və mədəniyyət.Dil və xalqın tarixi.
Mən keçən dəfə bir neçə cümlə yazmışdım. İndi təkrar etməmək şərti ilə davam edirəm.
Azərbaycan xalqı olduqca qədim tarixə malik olan bir xalq kimi artıq bütün dünya tərəfindən tanınır.Bunu indi deyəcəklərimiz də sübut edəcəkdir.
1.Dünya yazı mədəniyyətinə “Bilgameş”lə yiyələnmişdir.Artıq bəşəriyyət bu dastanın yaradıcısı kimi şumer xalqını təqdir edir.”Avesta”ilk dini əsər olmaq etibarı ilə həm də türklərin abidəsi hesab olunmaqdadır.”Kitabi­-Dədə Qorqud” da,həmçinin bizim ümumtürk abidəmizdir.Olduqca qədim köklərə malik olan Novruz bayramı da türklərlə bağlıdır.Bu qədər qədim köklərə malik olmaq dünyada heç nə ilə müqayisə edilməyəcək qədər sərvət,xəzinə, var- dövlət deməkdir.
2.Gəlin muğamatdan danışaq.Muğamatlar bizim xalqın sahib ola bildiyi ən dəyərli-ən misilsiz mədəniyyətdir.Muğam dil ilə musiqinin qovuşaraq dilə gətirdiyi ən duyğusal, xalqa bəxş edə bildiyi ən möhtəşəm bir mənəvi dünyadır.Muğamlar bizim xalqımızın başına gətirilən bütün müsibətlərin, faciələrin, fəlakətlərin üsyan dolu fəryadı, dünyaya tərcümanıdır.
3.Bayatılardan danışmaq zamanıdır.Heç bir digər bir xalqda muğamatdan təsir qüvvəsinə görə heç də az olmayan bayatılarımızı tərənnüm etmək məqamıdır.Bayatılard­a olmayan hiss,olmayan pak məhəbbət,vətən həsrəti,kədər dərinliyi, muğamat qədər qəlblərin ən dərininə enmək möcüzəsi, ağlatmaq və sevindirmək sehri, yayda qar soyuqluğu,qışda yay hərarəti-daha nələr yoxdur?
Əzizim baxtı yarım,
Baxtımın taxtı,yarım
Üzündə göz izi var
Sənə kim baxdı,yarım?
Və yaxud:
Əzizinəm Qarabağ.
Şəki,Şirvan,Qarabağ.
Dünya cnnətə dönsə,
Yaddan çıxmaz Qarabağ.
4.Qəbrüstü yazılardan danışaq.Azərbaycan xalqı ,nəinki dirisinə, hətta dünyasını dəyişmişlərinə də böyük hörmət,müqəddəs bir varlıq kimi yanaşır.Baxın bizlərdən başqa dünyasını tərk etmişlərə kim bu dərəcədə səmimi hislər bəsləyir? Bunlar hamısı soykökə, qədimliyə,mədəniyyət­ə bağlılıq deyilmi?Mədəniyyət insanı insandan,xalqı xalqdan,tarixi tarixdən, musiqini musiqidən,şeiri şeirdən,duyumu duyumdan fərqləndirən ən ümdə cəhətdir.
5.İndi ən əhəmiyyətli bir məsələyə toxunaq.Azərbaycan xalqının qədimliyi bu adla –Azərbaycan xalqının adının qədimliyi ilə deyil, daha qədim tarixə söykənir.Mən ilk dəfələrdə kök dildən danışdıqda,Azərbayca­n dilinin dünyanın ən “öndə gedən”dilləri ilə bir səviyyədə dayanması məsələsinə də toxunmuşdum.Qürurla təkrar edirəm ki,Azərbaycan dilinin qədimliyi elə dünyanın başlandığı anlardan götürülməlidir.Məhz buna görədir ki,bizim mədəniyyətimiz-əsərl­ərimiz,musiqimiz,dil­imiz,geyim¬lərimiz,t­əamlarımız,Qız Qalamız,İçərişəhərim­iz-şəhərsalma mədəniyyətimiz bütün dünya tərəfindən bəyənilməkdədir.

Göyçay şəhər 6 № li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Son rəylərdə “Azərbaycan dili -10” dərsliyi ilə bağlı heç bir fikir, irad və təklif göstərilmədiyindən cavablandırılması vacib hesab olunmur.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #14
10.05.2014 19:26
10-cu sinif Azərbaycan dili dərsliyinə aid iradların davamı.

Nitq nədəniyyəti anlayışı.
Mən söz verdiyim kimi indi də bu barədə öz fikirlərimi yazıram. Kitabda, çox təəssüf ki, nitq mədəniyyəti də səhv izah olunmuşdur.Yəni müəlliflər səhv olaraq yenə də dilin daxili quruluşuna enmişlər ki, bu, yolverilməzdir.Bildi­yimiz kimi müəlliflər bu anlayış içində əsas yeri fonetik,leksik və qrammatik normaların hamı tərəfindən düzgün, gözəl və anlayışlı olmasında görürlər.Lakin ən önəmli bir fakt yenə də kənarda qalmışdır.Nitq mədəniyyətinin formalaşması, kamilliyi və ifadəliyi məhz hər bir insanın öz səviyyəsindən asılıdır. Daha çox biliklərə yiyələndikcə, daha çox mütaliə etdikcə, təfəkkür və əqli daha çox inkişaf etdirdikcə hər bir məsələyə münasibət kimi, nitqə də sahiblənmə - sözün əsl mənasında möcüzələr yaranmağa başlayır. Böyük söz ustaları, dahi natiqlər belə bir kamillik və təkamül yolu keçmişlər. Nitq mədəniyyəti mürəkkəb, kompleks bir mədəniyyətin tərkib hissəsi, onun daha bariz göstəricisidir.

Nitq mədəniyyəti və nitq normaları haqqında iradlar yuxarıda cavablandırılmışdır.

Nitq ilahidən gələn bir qüdrət, səmavi və müqəddəs bir bacarıq, istedaddır. Hər bir kəs belə gözəl, aydın, ifadəli, təsirli, sirayətedici, təlqinedici və inandırıcı nitqə sahiblənə bilirmi?
Səhifə 96-də belə bir səhv fikir verilmişdir:...hər kəs nitqini tərbiyə etməyə(?), normaları öyrənməyə(?) çalışmalıdır.
Mən buradaca, yeri düşmüşkən, yaxın tariximizin canlı bir şəxsiyyətini –Heydər Əliyevi əsl mədəniyyət təcəssümü kimi gözünüz önündə canlandırmaq istərdim. O, necə danışırdı - yeri gələndə susdurmağı, lazım olanda danışdırmağı, bütün xalqı bir nəfər kimi inandırıraq öz arxasınca aparmağı necə də bacarırdı. Sirayətedici səslə, mimikası ilə, baxışları ilə, jestləri ilə canlı bir mədəniyyət abidəsi idi-Oturuşu da, duruşu da, yerişi də, yemək tərzi də - hər bir hərəkəti və davranışı ilə bu xalqa bir nümunə id i- Həm də parlaq,əvəzolunmaz bir mücəssəmə idi. Qoy televiziya və radio bu insanı ildə cəmi bir neçə dəfə deyil, hər gün bu millətə göstərsin ki, biz ona baxaraq ondan nəsə öyrənək. Bu əziz bayram günü dahi Heydər Əliyevi andıqca sözlər öz-özünə şeirə dönür və icazənizlə mən bugün- indi bu dahi insana həsr elədiyim bir şeri sizlərlə bölüşüm:
Çiçəklər ad günündə
Çiçəklər şad günündə
Sevinc, fərəh hissidir,
Şərafət, şan, fəxarət
Təntənənin himnidir.
Bugün Azərbaycanda
Həmin duyğu yaşanır.
Heydər-əbədi lider-
Əliyevin günüdür.
Necə sevinməsin bəs
Millətimiz bugündə
Qoy süslənsin çəmənlər
Çiçəklər öz ətrini,
Bütün gözəlliyini,
Sirli cazibəsini
Milyonlara bəxş etsin.
Bizlərdən hər birimiz
Bu cazibə qüvvəsin
Ürəyində hiss etsin.
Çünki bugün və bu an
Bütün bəşəriyyətin
Bizim Heydər Dədəni
Andığı an gəlibdir.
Lakin çox təəssüf ki,
Çiçəklər qəlbimizi
Şad etdiyi qədər də,
Qəm, kədər, hüzür verir.
Çiçəklər matəm tutur.
Əziz bir insanını
Əbədi itirəndə
Bugün məhz belə gündür!
Sevinirik çiçəklər
Qəlbimizi isidir.
Şadlanırıq ki, güllər
Lideri yada salır.
Baxın güllər elə bil
Həm də bugün ağlayır.
Çünki bizim lideri
Dövrəmizdə görməyir
Lakin bu bir simvoldur
Çiçək kimi, gül kimi
Liderimiz bizlədir-
Döyünən qəlbimizdə
Yaşayan və yaradan
Böyük əməlindədir.
Yevrovijn şöhrətli,
Neft, bərəkət ətirli
İlhamlı və qüdrətli
Məmləkətimizdədir!

Göyçay şəhər 6№-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #15
18.05.2014 19:57
10-cu sinif Azərbaycan dili dərsliyinə aid yeni məlumat.

Dil nədir? – şərhində hörmətli müəlliflər dil necə yaranıb sualını veriblər. Amma həmin sual cavabsız qalıb. Axı bu sualı verərkən mütləq hansısa bir izah verilməli idi. Həmin izah aşağıdakı məzmunda bu dərslikdə mütləq olmalı, şagirdlər o izahdan yararlanmalı idilər.
Dilin dəqiq nə vaxt yarandığı elmə məlum olmasa da, təxminən, bu vaxt müəyyənləşdirilmişdi­r. İnsanın bir insan kimi yaranması məhz dilin yaranması ilə birbaşa bağlı olduğundan bu tarixlər eyniləşdirilir. Bütün alimlər tam və qəti şəkildə insanın yaranma tarixi ilə dilin yaranma tarixini ona görə eyni vaxtdan hesablayırlar ki, insanı dildən, dili isə insandan ayrı düşünmək, sadəcə, mümkün deyildir.
Mən əvvəlki şərhimdə izah etmişdim ki, insan meymundan deyil, dil və şüur qığılcımlarına hazır olan daha sonrakı - m e y m u n d a n s o n r a k ı varlıqdan törəmişdir. Məsələnin məhz belə qoyuluşu insanı bu “ağlabatmaz” meymundan dönmə ideyasından xilas edir. Hansı bir insan “ulu”sunun meymun olması fikri ilə razılaşar? Vaxtı ilə razılaşmayan nəcib insanlar Çarlz Darvini bu münasibətlə məhkəməyə də vermişlər, amma çox təəssüf ki, bu məhkəməni yenə də Çarlz qazanmışdı. Tarix kitablarına bu məhkəmə “meymun məhkəməsi”adı ilə salınmışdı.
Universitetlərdə Darvin kafedraları hələ də qalmaqdadır.
Gəlin bu prosesi gözlərimiz önündə canlandırmağa çalışaq: -insan yarandı - o varlıq nə etməlidir? Yeməlidir ki, sağ qalsın. Bundan ötrü o,təbiətin ona hazır şəkildə nə “təqdim etməsi”ndən başlamalıdır. Çünki onun başqa heç nəyə hələ ki əli çatmır. İnsan ilk öncə ağacları görür. Yarpaqları yeməyə başlayır. Amma bütün yarpaqlar yeməli deyil axı. Əvvəl bir insan əlini bir yarpağa, ya da meyvəyə uzadır - bu, ac mədənin təhriki ilə , təbii şəkildə öz-özünə baş verir. İnsan ilk müşahidəsini aparır - əgər bir acı yarpağa, ya meyvəyə tuş gəlirsə, bunu yaddaşına qeyd edir, özündən sonrakı həmin acı yarpağı, ya meyvəni qoparıb ağzına aparmaq istədikdə ona mane olmağa çalışır-öz təcrübəsi bunu ona artıq öyrətmişdi. Əlbəttə, bu varlıq yalnız üzvlərinə hələ ayrılmayan səslərlə yanındakını” başa salmağa” cəhd edir ki, o həmin meyvəni, yaxud yarpağı yeməsin, çünki onlar yeməli deyil, acıdır. Alimlər bu anı yüksək qiymətləndirirlər-di­l insanın insana nəsə demək m ə c b u r i y y ə t i n d ə n yaranmışdır. Əlçatan yerdə yarpaq və meyvə olmayanda insan var qüvvəsini köməyə çağıraraq çıxış yolunu tapır - ağaca “səlbə” atır, bir qədər sonra isə ağaca çıxır. Ağaca çıxan insan bir addım irəlidədir. O,ağacdan həm ətrafı “seyr”edir - yəni real “təhlükə”ni müəyyənləşdirir, həm rahat meyvə-yarpaq yığır, həm də ağacda “yatmağa” başlayır, xüsusilə əgər ağacda oyuq tapırsa, yağışda oyuqda yatmaq daha ”maraqlı” olur. Kim bilir, bəlkə, ilk etik-gözəllik duyğuları da elə ağacdan təbiəti seyr eləməklə başlamışdır? Qədim insan payızda ac qalmamaq üçün əlləri ilə torpağı eşib nəsə tapmaq namınə əlləşirkən birdən küləyin ağacdan saldığı bir odun parçasını görərək yeri artıq əlləri ilə deyil,həmin odun qurusu ilə “eşir”.Bu da irəliyə doğru bir addım idi.Əllə bu işi görmək daha çətindi,müasir üsulların yanında ağac parçası heç nəyə yaramasa da,o dövr üçün bu hələ ki yetərli bir irəliləyiş hesab oluna bilərdi.Əlinə keçən həmin odun parçasını bir azdan ona hücum edən heyvanlara da atacaqdır, bir qədər keçdikdən sonra bu ağac parçasını d a ş l a əvəz edəcəkdir.Daha bir qədər keçəcək,insan təsadüfən əlinə keçən u c u ş i ş d a ş tapacaq,onda artıq o,heyvanlara real hücum etmək şansı qazanacaqdır.Hətta özü bilərəkdən daşı daşa çırparaq özü öz əlinin zəhməti ilə ucu şiş daşa s a h i b l ə n ə c ə k d i r!Yəni insan yenidən bir addım irəliyə çıxaraq bəşəriyyət tarixində ilk dəfə olaraq i l k ə m ə k a l ə t i n ə malik olacaqdir. Alimlər bu anı da yüksək dəyərləndirirlər.Bu,­həm də ilk silah idi. İnsan ucuşiş daşla ov edir,yer qazır,qaşov düzəldir,bir sözlə,öz inkişafını təmin edirdi.Bir qədər də keçir.Meşəyə od düşür.İldırım öz gücünü insanlara nümayiş etdirir.İnsaqn ilk öncə oddan qorxsa da,onun səmərəliliyini də qiymətləndirməyi bacarır.-Odu əvvəllər qoruyub saxlayır,daha sonralar özü də od əldə etməyi öyrənir.
Ayı ovu zamanı ayını öldürərək onun m a ğ a r a s ı n a -yəni ilk evinə yiyələnir.İlk dəfə odu qoruyan insanın əlindən yediyi ət odun içinə düşəndə insan həmin əti öz müşahidələrində sahib olduqlarına minnətdar olaraq çıxarmağı bacarır-bu vaxt o,artıq k a b a b yeyir ki, alimlər bu anı da yüksək qiymətləndirirlər.Ət insan zəkasını tənzimləmək qüdrətinə,təfəkkürü inkişaf etdirmək qüvvəsinə malikdir.Bax beləcə,qədəm-qədəm,p­illə-pillə öz müşahidələrinə,təcrü­bələrinə, insanı əhatə edən hər bir şeylə maraqlanaraq,dilini də daima inkişaf etdirərək insan heç vaxt əldə etdikləri ilə kifayətlənmədən tərəqqi yolunda irəliləyərək bugünkü səviyyəsinədək gəlib çatmışdır,amma indi də insan nail olduğu bütün üstünlüklərlə heç də bəsinmir,o,yenə də daim axtarışlarda,daim nəyi isə kəşf və icad etmədədir.İnsanın xisləti budur.

Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Fikirlərinizə görə təşəkkür edirik. Lakin bu qədər geniş və bir qədər də nağılvari məlumatın 10-cu sinif dərsliyində verilməsi məqsədəuyğun deyil. Buna dərsliyin həcmi də yol verməz. Əlavə olaraq, dərslikdəki məlumatların yığcamlığı, lakonikliyi, elmiliyi, şagirdin yaş səviyyəsinə uyğunluğu nəzərə alınmalıdır. Bu materialda isə həmin tələblər gözlənilmir.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #16
20.05.2014 10:01
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradlar.


Bu dərslik kitabında aşağıdakıları demək məcburiyyəti yaranır:
1.Səhifə 48-də belə bir fikri diqqətinizə çatdırmaq istərdim.-....dialek­t tayfa dilinə bərabərdir. Bilirsinizmi, Almaniyada dialektlər o qədər güclüdür ki, hətta Bonndan Kölnə gələn bir alman anlaşılmaq üçün mütləq alman ədəbi dilində danışmalıdır? Amma almanlar heç vaxt bunu öz xeyirləri naminə heç şişirtmirlər. Yalnız Şəki ləhcəsi bir qədər qabarıqdır. Bu isə bizi heç narahat etməməlidir. Çünki bu dialekt Azərbaycanımızın dadı-duzu, ləzzəti, şanı-şöhrətidir. Belə bir fikirlə razılaşıb, onu dərslikdə saxlamaq qətiyyən olmaz.

Burada mövzuya tarixi aspektdən yanaşılmışdır. Tayfaların xalqı, tayfa dillərinin xalq dilini formalaşdırmasından danışılmışdır.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #17
20.05.2014 18:24
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.

2. Səhifə 82-də “Dilin lüğət tərkibində tarixi dəyişiklik” şərhində yalnız arxaizm və neologizmlərə toxunulmuşdur. Amma elə burada belə bir fikir mütləq özünə yer tapmalı idi ki, bütün dilçilər dilin lüğət fondunun məhz arxaizmlər və neologizmlər hesabına,həmçinin tarixizmlər sayəsində hər min ildən bir 25% dəyişildiyi fikrini qəbul edirlər.Məhz bu dəyişikliklərə görədir ki, biz “Kitabi-Dədə Qorqud” dastanlarını az qala öz dilimizdən öz dilimizə tərcümə etməklə başa düşə bilirik.Yaxud çoxlu ərəb-fars izafət tərkiblərinin olduğu Məhəmməd Füzuli şeirlərini başa düşməkdə,nəinki şagirdlər,bəzən elə müəllimlərin özləri də çətinlik çəkirlər. Gələn il müzakirəyə çıxarıldıqda biz o dərsliklərin müəlliflərinin də bəzən özlərinin belə müəyyən səhvlərinin olduğunu göstərəcəyik. Deməli,biz bu fikirlə də razılaşmalı olacağıq ki, lüğət fondu hər dörd min ildən bir tamam dəyişir. Beləliklə, Hindistanda elə yazılar vardır ki, həmin yazılar bugünümüzədək oxunula bilmədən qalmışdır. Səbəbi bu yazıların tarixinin dörd min ili çoxdan aşmasıdır. Həmin yazılar oxunarsa, tarixin çox qaranlıq sirlərinə günəşli bir aydınlıq gələr. Bəlkə, elə bu yazıları məhz ona görə “oxuya” bilmirlər ki, kimlərəsə qətiyyən “sərf etmir”? Amma bütün dünyaya bəyan edirəm ki, b i z l ə r ə çox yaraya bilərdi. Mən istərdim ki, müəlliflər 10-cu sinif dərsliyində həm də fonetik və qrammatik dəyişikliklərə də toxuna idilər. Məsələn, 10-cu sinifdə həm də klassiklərimiz ədəbiyyat fənnindən tədris olunduğundan bunun çox böyük bir faydası da ola bilərdi. Onu da qeyd etmək yerinə düşərdi ki, bu paralellik Azərbaycan dili ilə ədəbiyyat elminin də sıx əlaqəsini əyani şəkildə şagirdlərə asanlıqla çatdırardı. Nümunələr gətirməklə dediyimiz fikirləri sübut edək:
M.Füzulinin qəzəllərində bəzi tarixi dəyişikliklərə baş vuraq.
Eşq daminə giriftar olalı zar olubam,
Nə bəladır kim ona böylə giriftar olubam?
Bu qəzəl aşağıdakı tarixi-qrammatik dəyişiklikləri ortaya çıxarır:
1.Müasir dilimizdə feli bağlama şəkilçiləri ilə ifadə olunan nəqli keçmiş forması I şəxslə işlənmədiyi halda, 15-16-cı əsrlərdə işləndiyi faktının olduğunu üzə çıxarırıq. -zar olubam, giriftar olubam.
2. Ki bağlayıcısı tarixən k i m şəklində işlənibdir.
3. Belə işarə əvəzliyi böylə kimi işlənmişdir.
4. Gah otura, gah dura gedərdi.
Biz bugün feli bağlamanı bu halda qoşa işlədirik. Maraqlıdır ki, tarixən bu funksiyada feli bağlama tək fel kimi işlədilə bilmişdir. Biz belə maraqlı faktların sayını artıra da bilərdik.

Orta məktəb kursunda şagirdin dilin tarixinə, dilçilik elminə aid bütün faktları mənimsəməsi vacib deyil. Bunlar ali məktəblərdə müvafiq ixtisas sahələrində daha mükəmməl şəkildə tədris olunacaq.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #18
21.05.2014 9:31
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumatların davamı.

Biz bu dəfə sifət və sayların substantivləşməsi məsələsinə bir də qayıdaraq onların isimləşmə yollarını göstərəcəyik.Qeyd edək ki,həm sifət,həm də say iki yolla substantivləşə bilir.Əvvəl sifətin substantivləşmə yollarını qeyd edək.Bu yol artıq dediyimiz kimi aşağıdakı iki yolla düzəlir:
1.Bu yol heç bir şəkilçi artırmadan, yalnız söz kökü vasitəsi ilə isimləşir. Buna görə də biz bu yola l e k s i k yol da deyə bilərik. məs. Qoca həyətdə yaşına uyğun olmayan ağır iş görürdü. Bu cümlədə q o c a artıq xeyli yaşamış-ahıl, yaşlı mənaları - yəni ə l a m ə t bildirməsi ilə paralel olaraq, həm də şəxs, yəni insan mənası da - isim kimi də özünü göstərir. Hər iki nitq hissəsinin əlamətini daşıdığı üçün biz bu tip sözlərə s i f ə t i i s i m desək, dəhə doğru olmazmı?
2. Şəkilçilər vasitəsi ilə isimləşən sifətlər. Biz şəkilçi dedikdə hal, mənsubiyyət və cəm şəkilçilərini tuturuq. Hər birinə aid nümunələr gətirək:
a).Hal şəkilçilərinə aid:O, çantanın qırmızısını seçdi.
b)Mənsubiyyətə aid: Mükafatların yaxşısı ona verildi.
c)Cəm şəkilçisinə aid:Gözəllər bu yerin seyrinə çıxmışdılar.Hər üç nümunədə (qırmızısını,yaxşısı­,gözəllər) biz yenə də hər iki nitq hissəsinin əlamətlərinin paralel olduğunun fərqindəyik.Yenə də onu vurğulamaq istərdim ki,hətta bəzən hörmətli müəlliflər belə,ekspertlər belə çaşaraq bu məsələlərlə bağlı testlərdə,dərslikdə bəzi dolaşıqlıqlar yaradırlar.Səbəbi isə budur ki,bu kimi sözlərdə hər iki nitq hissəsinin əlamətləri özünü kəskin surətdə hiss etdirməkdədir.Heç bir şaşqınlıq olmasın deyə bu kimi sözlərin sifəti isim adlandırmaq daha məqsədəuyğun hesab edilməlidir.
Buradaca mən imkandan istifadə edərək,əksinə prosesə də toxunmaq istərdim. O da deyilməlidir ki, özündə (leksik mənasında) qiymət meyarı daşıyan bütün isimlər də sifətləşə bilir.Belə sözlər də ikili nitq hissəsi xüsusiyyətini əks etdirir.Bir neçə nümunə gətirək: dəri əlcək,şüşə mebel,qızıl medal,bürünc heykəl,dəmir qapı,polad dirək,tunc qazan və s.Morfologiyada isim hesab elədiyimiz bu sözlər sintaksis bölməsində t ə y i n kimi qəbul olunur.Çünki bu qəbil sözlərdə də isimlik xüsusiyyəti qalmaqla yanaşı,həm də əlamət –sifətlilik də özünü büruzə verməkdədir.Hətta belə sözlər sifətin sualına cavab verir.məs.gümüş qaşıq-necə,hansı qaşıq?Hörmətli ekspertlər,gəlin heç bir çaşqınlıq olmasın deyə bu sözləri də i s m i s i f ə t adlandıraq. Bununla biz hər bir məsələyə tam aydınlıq gətirmiş olarıq.
Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #19
24.05.2014 9:44
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumatlar.
2.Sayın isimləşməsi üç yolla baş verir.
1.Leksik yolla(şəkilçisiz yol).
2.morfoloji yolla(şəkilçili yol).
3.Həm derivativ,həm də qrammatik şəkilçilər vasitəsi ilə.
1.Leksik yol.Bu yol heç bir şəkilçi olmadan baş verir.məs.Beş əla qiymətdir. Və ya-Altı beşdən böyükdür.-altı.
2.Morfoloji yol.Sifətdən fərqli olaraq bu yol ,həm qrammatik,həm də derivativ-yəni sözdüzəldici şəkilçilər vasitəsilə düzələ bilir:
a)qrammatik şəkilçilərlə:-hal,mə­nsubiyyət və cəm şəkilçiləri vasitəsi ilə.məs.Ədədi sıfıra vurma.(hal),Üçü mənimdir.(mənsubiyyə­t),Beşlər şagirdin fəxridir.(cəm)
b)sözdüzəldici şəkilçilərlə-Beşinci daha yaxşı nəticə göstərdi.
3.Bu yol -inci-4 +cəm şəkilçiləri vasitəsi ilə düzəlir.Məs.Onuncula­r imtahan verməyəcəklər.

Göyçay şəhər Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.



Dərsliklərdə elmi müstəvidə təsdiqini tapmış qrammatik qaydalar öz əksini tapır. Bu qaydaları dəyişmək dərslik müəlliflərinin səlahiyyəti çərçivəsində deyil.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #20
24.05.2014 9:44
10-cu sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumatlar.

96-cı səhifədə “Nitq mədəniyyəti” başlıqlı dərsdə gedən bir cümləni (Nitqin mədəniliyi, dilin-danışığın gözəlliyi millətin mədəniyyətinin tərkib hissəsidir.)müəllifl­ər digər dərs üçün başlıq seçmişlər.-səh-98. Onu qeyd etmək lazımdır ki,-Nitq mədəniyyəti milli mədəniyyətin tərkib hissəsi deyil, məhz nitq mədəniyyəti milli mədəniyyərin y a r a d ı c ı s ı d ı r. Biz istəsək də, istəməsək də bu həqiqəti qəbul etmək məcburiyyətindəyik ki,insanın bugünədək əldə etdiyi ən böyük sərvət,ən böyük kəşf,ən qüdrətli icad - d i l d i r. Bəşəriyyət-insanlıq bugün əldə etdiyi nə varsa,-texniki,elmi,­mədəni,iqtisadi,ədəb­i-əbədi,si¬yasi-hər bir sahədəki bütün uğurlarını-məhz dilə minnətdar olaraq əldə edə bilmişdir.Dil yaranmasa idi,indi biz heç nəsiz idik.Düzdür,biz dilin birinci olduğunu qeyd etməyincə,bu səhv bütün dərsliklərdə deyil,bütün kitablarda qalacaqdır.Dərsdə doğru olaraq vurğulanır ki, Azərbaycan dili quruluşuna görə dünyanın ən inkişaf etmiş zəngin dillərindən biridir.Lakin indi deyəcəyim fikirlər də mütləq dərslikdə Azərbaycan dilinin zənginliyini sübut etmək baxımından verilməlidir:
1.Dünyada ikinci belə bir dil yoxdur ki, insanı digər canlılardan insana verilən k i m ? sualı ilə fərqləndirmiş olsun.Yəni dünyada ən inkişaf etmiş dillər hesab edilən ingilis(who?), rus dillərində(кто?) mötərizədə verilən suallar eyni dərəcədə həm insanlara,həm də quş,heyvan,hətta həşəratlara da fərqləndirilmədən eyni olaraq verilir.Yalnız bizim dilimizdə insana verilən sual kim? olaraq digər canlılara heç vaxt verilmir.
2.Mən əvvəlki yazılarımda ən qədim dövrdə-insan yalnız bir dillə (alimlər bu fikri qəbul edirlər ki,əvvəllər yalnız bir dil var olub) danışan vaxtlarda kök dildə işlənən ortaq sözləri vermişdim, ona görə o sözləri təkrar etmirəm,məhz həmin sözlər də dediklərimizi sübut edən başlıca faktlardır ki, dilimizin ən qədim-qədim olduğu qədər də zəngin olduğunu həmişə və daim bəyan etməkdədir.(Bəzi sözləri xatırlatmaq da olar-daddy-dədə-дед,­дядя)
3.Bəziləri deyər ki,həmin dillər flektiv-kökündən dəyişən dillərdir.Bizim dilimizlə heç bir əlaqəsi yoxdur-Belələrinə onunla cavab vermək olar ki,bizim dilimizdə də belə bir xüsusiyyətin izi hələ də qalmaqdadır.- s ə n - s i z, b e n – b i z (türk dillərində olan b-m əvəzlənməsini hamımız bilirik-ben-mən,boyu­n-moyun vəs)
4.Gəlin belə bir çox maraqlı olan faktlara da nəzər salaq:ingilis və rus dillərində(ən inkişaf etmiş hesab edilən dillər olduğuna görə biz həmin dillərlə müqayisə aparırıq) ölmək feli – to die-умиратъ şəklində işlənirsə,bizim dilimizin zənginliyi buna yol vermir.Yəni Azərbaycan dilində bütün dillərdən fərqli olaraq,baxaq hansı –nə kimi söz şoxluqlarından yararlanma imkanlarımız var- vəfat etdi,allah onu öz dərgahına apardı,gözlərini əbədi yumdu,əbədiyyətə qovuşdu,haqq dünyasını tapdı, ürəyi dayandı,biz onu itirdik,aramızda yoxdur,rəhmətə getdi,sabaha çıxmadı,daha bizimlə deyil,qurban getdi,həlak oldu,şəhid oldu,göylərə uçdu,cənnətə getdi,rəhmətlik oldu,qara torpaq uddu,qara torpaq ağuşuna aldı,bizdən ayrıldı və s.Hətta bizim dilimizdə ölmək felini dildən qətiyyən yararlanmağı bacarmayan kəslər işlədirlər.Bu da evfemizm hesab edilir.
5.Dünyanın heç bir tərəfində -heç bir yerində qəbrüstü yazılar yoxdur.Bu,yalnız bizlərdə vardır.-Böyük bir,müqəddəs bir,mədəni bir,ədəbi bir-əbədi bir məziyyətdir-Bu dünyadan köç edənlərinə müqəddəslik,ən son borcdur-nəhayət,bir təskinlik-bir insanlıq dünyasının özünəməxsusluğudur,b­ir sözlə, t ü r k ü n qəlb dünyasının böyüklüyüdür, onu hamıdan fərqləndirən qüdrətli bir cəhətdir- t ü r k ü n qədimliyinə,zənginli­yinə,fərqli olmasına möhtəşəm bir işarədir.
Hələ deyilməmiş nə qədər faktlar qalır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Haciyeva Şərəbani
Şərhlər: 103Qeydiyyat: 03.03.2014 #21
11.07.2014 14:17
X sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.
Əziz müəlliflər və hörmətli ekspertlər,mən bugün fonetik norma ilə bağlı olduqca ciddi bir məsələyə toxunmaq istəyirəm.Bildiyimiz kimi,orfoqrafiya və orfoepiya hər ikisi fonetik norma hesab olunur.Əslində,bu anlayışlar bir-birinin əksi olduğundan(yazı –oxu)hər ikisi də eyni zamanda fonetik anlayış ola bilməz.Çünki y a z ı d ü z o l d u q d a o r f o e p i y a, t ə l ə f f ü z d ü z o l d u q d a isə o r f o q r a f i y a qaydaları hə r bir halda p o z u l m u ş olacaqdır.Ona görə də hörmətli ekspertlərin indiyə qədər bu problemlə bağlı tərtib etdikləri h ə r b i r t e s t t a p ş ı r ı q l a r ı istər-istəməz s ə h v k i m i d ə y ə r l ə n d i r i l m ə l i , onlara yenidən mütləq y e n i y a n a ş m a m e t o d u işlənib hazırlanmalıdır.Fikr­imi sübut etmək üçün mən indi “Koroğlu”dastanına müraciət edəcəyəm.Dastanı,mən­cə,oxumayan birimiz yoxdur.Nümunələrə baxaq:Sonrası ilə işin yoxdu(r).-Onu da qeyd edək ki, -r- səsinin düşməsi dastanda tez-tez rastlaşdığımız səs düşümü hadisəsidir.və ya-Mən bunun dabbaxda gönünü görsəm, tanıyaram. –yaxud-Bolu bəy, mən vədəmə doğru çıxıb gəldim.Bu misalların sayını dəfələrlə artırmaq olar.Bunu hamımız bilirik.İndi özünüz deyin,bu məsələlərə yenidən baxmağın əsl məqamı gəlib çatmamışmı?

Son rəylərdəki fikirlər elmi tədqiqat tələb edən məsələlərdir. Dərsliklərdə elmi təsdiqini tapmış məlumatların verilməsi vacibdir. Fikirlərinizi bildirdiyinizə görə təşəkkür edirik.

Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı

Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Azərbaycan dili
11-ci sinif "Azərbaycan dili" dərsliyinə aid rəylərin cavablandırılması.




Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#2 19.04.2014 21:02
11-ci sinif ‘’Azərbaycan dili” dərsliyinə (2012-ci il nəşri) aid iradlar.

Bu iradlar aşağıdakılardan ibarətdir:
1Dilin morfoloji quruluşu bəhsində adlardan isim düzəldən bütün şəkilçilər qeydə alınmayıb.Şəkilçilər­in sonunda və sair sözü də verilməyib.Bu isə odeməkdir ki, guya şəkilçilərin sayı elə qeyd olanlar qədərdir.Amma dilimizdə bu şəkilçilər daha çoxdur və onlar da kitabda mütləq vərilməli idi. Kənarda qalan şəkilçiləri sadalayaq:
a).ov-a- Kərimov-a.Müəlliflər həm də qeyd etməli idilər ki, sonu samitlə bitən sözlər həmişə istisnasız ov – a, sonu saitlə bitən sözlər isə yenə də həmişə və istisnasız ev-a şəkilçilərini qəbul edirlər.məs. Əliyev-a, Tahirov-a və s
gil-1 cür yazılan və dilimizin öz şəkilçisi hesab olunan yaxınlıq və çoxluq mənaları yaradan şəkilçi hesab olunur.məs.anamgil
soy- soyad mənası yaradan isim hesab olunur.məs.Qurbansoy­.
b).yuxarıdakılara rəğmən az işlənən şəkilçilər:
iyyət-2 mənəviyyat, riyaziyyat və s.
Iyyə-qız adları və terminlər yaradır: Zülfiyyə,Ülviyyə, həcviyyə və s.
Şünas-hüquqşünas
Saz-saatsaz
Dan-güldan
Çaq-qolçaq
Cək-2 -əlcək, oyuncaq
Zən-tarzən
Gər-misgər
Dar-dalandar
Lı- şəhərli,kəndli,məktə­bli
Mən bu üç sözün üzərində xüsusi olaraq dayanmaq və hamının nəzərini indi deyəcəklərimə cəlb etmək istəyirəm.Orta məktəbdə yuxarıdakı 3 sözü isim hesab edirlər.Mən bu fikrə qətiyyən tərəfdar deyiləm. Səbəbini izah edəndə hər biriniz mənimlə razılaşacaqsınız.İst­ənilən bir sifət isimləşərsə, biz onu sifət hesab edirik.Çünki əlamət bildirməsi həmin sözü isim hesab eləməyə imkan vermir.Bu üç söz də özündə əlamət xüsusiyyətini tam şəkildə inikas etdirir.Şəhərli dedikdə bizim gözlərimiz önündə şəhərə xas olan əlamətləri özündə əks etdirən bir adam canlanır.Kəndli dedikdə bizim gözlərimiz önündə özündə kəndin xüsusiyyətlərini əks etdirən bir insan canlanır.Məktəbli dedikdə isə göz önündə əlində çanta,əynində məktəbli forması olan bir şagird dayanır.Bu sözlərdə şahid olduğumuz kimi həm əlamət,həm də canlı əşya mənası hər ikisi eyni zamanda əks olunur.İndi digər sözlərə nəzər salaq.Gözəllər dedikdə göz önündə həm gözəllik əlamətlərini əks etdirən, həm də bu əlaməti özündə əks etdirən canlı gözəl qızlar canlanır.Qırmızını gətir.-dedikdə həm qırmızılıq əlamətini bildirən,həm də hansısa bir cansız əşya düşünürük.Bu, çanta da, palto da, ayaqqabı da-nə desən o ola bilər.İstənilən isimləşmiş sifət özündə həm əlamət, həm də əşya mənasını inikas etdirir.Sual olunur-Nə üçün həmin o üç söz-məktəbli, kəndli, şəhərli isim, digərləri sifət hesab olunmalıdır? Belə olan halda ya bu sözlərin hamısı isim, ya da hamısı sifət hesab edilməlidir.
Ist-kapitalist
Izm-kapitalizm
Zadə-Həsənzadə
i-vi- Təbrizi,Gəncəvi
Bəzi kitablarda –keş- şəkilçisi isim düzəldən şəkilçi kimi qeyd olunur. Bu da səhv fikirdir.Misal gətirək və dediyimizi sübut edək.Məs. zəhmətkeş-ən çox bu sözü isim hesab edirlər.Lakin bu söz sifətdir. Sadəcə,s u b st a n t i v l ə ş m i ş sifətdir.Bunu fəhm eləmək elə də çətin olmamalıdır.Beləlikl­ə, biz bu sözü sifət götürəcəyik.Şəkilçid­ən isə sifət bəhsində istifadə edəcəyik.
2. Feldən isim düzəldən şəkilçilər də az verilmişdir.Bilirsin­iz,əgər şəkilçilər sadalanandan sonra və s.verilsə idi,onda biz bu şəkilçilərə heç toxunmazdıq.Amma məsələ burasındadır ki,heç bir yerdə və s. Yazılmadan,həm də başlıqda biz yalnız şəkilçilərdən bir neçəsinə nəzər salacağıq-qeydi edilmədən şərh olunduğundan biz bütün şəkilçilərin sadalanmağını lazım bildik.
Qan-alışqan
Ğan-yarğan
Ğac-sayğac
Iq-4- bilik,qoruq,tapşırıq vəs.
Um-4- bölüm,tutum
Ar-dönər,Yaşar
Maz-Solmaz,Dönməz
Gəc-süzgəc
Iş-4- görüş,bildiriş
Mən çox vacib olan başqa bir problemə də toxunmaq istəyirəm.Hər iki qrup şəkilçilərdə söz kökündəki səs sait olduqda ,iltisaqilik pozulmasın deyə -iki sait işlənməsin deyə -şəkilçidəki saitin biri mütləq düşür.Kitabda isə səhvən həmin şəkilçilərin bir cür yazılan şəkilçilər olması fikri gedir. Bu isə kobud , yolverilməz bir səvdir və aradan qaldırılmalıdır.
3.Səhifə 8-də belə bir səhv cümlə var:Bəzən ümumi isimlər xüsusi isim kimi işlənir.Bu fikir göründüyü kimi səhvdir və belə ifadə olunmalı idi-elə ümumi isimlər vardır ki,xüsusi isimlərə çevrilə bilir.Bu sözlər özündə hansısa qiymət, yaxud müsbət ,gələcəyə inam mənasını əks etdirən sözlərdir.

Şəkilçilər haqqında göstərdiyiniz bəzi iradlar TQDK-nın dərsliklə (2012, 2014) bağlı yekun rəyində öz əksini tapmışdır. Lakin bütün şəkilçilərin dərslikdə verilməsinə ehtiyac yoxdur. Şagirdə şəkilçiləri əzbərlətmək deyil, sözü kök və şəkilçilərə ayırmaq bacarığı öyrədilməlidir. Ümumi və xüsusi isimlərlə bağlı dərslikdəki tərifdə yanlışlıq yoxdur.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#3 20.04.2014 19:44
Mövzunun ardı

11ci- sinif Azərbaycan dili dərsliyindəki (2012-ci il nəşri) səhvlər
.
9- cu səhifədə mənsubiyyət –yəni qrammatik şəkilçilər kobud səhv kimi leksik şəkilçinin sxemi ilə göstərilmişdir. Bu səhv həm də xəbərlik kateqoriyasında da təkrar edilmişdir.Elə bu məqamda mən dərslikdə gedən başqa kobud bir səhvə də mütləq toxunmalıyam.Xəbərli­k kateqoriyası səhvən yalnız adlarla izah olunmuşdur.Buna görə də çalışmada bu səhv üzə çıxmışdır.

İrad dərsliklə (2012) bağlı TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

Səhifə 10-da 8-ci çalışmada 3-cü cümlədə qeyd etdiyimiz səhv dediyimizə tutarlı sübutdur.Xəbərlik kateqoriyası dediyimiz şəkilçilər həm də axı şəxs sonluqlarıdır. Bu fikri unutmaq çox səhvlərə gətirib çıxara bilər.Elə bu səhvlərdən biri 10-cu səhifədə yenidən özünü göstərmişdir-Xəbərli­k kateqoriyasının inkarı deyil sözü ilə yaranır.-cümlədə yenə də səhvən yalnız adlara aid olan hal nəzərdə tutulmuşdur ki, bu səhv hesab olunmalıdır.Çünki şəxs şəkilçiləri yalnız adlara deyil, daha çox hallarda fellərə də artırılır.Bu səhv də mütləq nəzərə alınmalıdır.

Bu haqda feil bəhsində məlumat verilmişdir.

4.11-ci səhifədə 13 saylı çalışmada 2-ci bənddə -Yaz əkinçi, qış dilənçi.-cümləsində 2 “qüsur”vardır:
a).dır-4 şəxs sonluğunun(xəbər şəkilçisinin) ixtisarı, həm də yaz və qış sözlərinin qeyri-müəyyən yerlik halda olması-Niyə orta məktəbdə yalnız yiyəlik və təsirlik hallarının qeyri-müəyyən olduğu vurğulanır?Halbuki digər halların da qeyri-müəyyən formaları vardır. Bu da nəzərdə saxlanmalıdır.
Neçə illlərdir ki, Azərbaycan dili dərsliklərində bu ənənə formalaşıb. Digər tərəfdən, yiyəlik və təsirlik halın qeyri-müəyyən formaları dilimizdə sıx şəkildə işlənir. O biri halların (məsələn, yönlük) qeyri-müəyyən formalarına isə nadir hallarda təsadüf edilir. Məhz buna görə də bu cür məsələlərin orta məktəb səviyysəsinə gətirilməsi məqsədəuyğun deyil.
5.Səhifə 12- tərifdə adlıq halın mübtəda rolunda çıxış etməsi anı –kitab-sözünün üzərində mübtəda yazılması ilə şərh olunub. Mübtədanın öz sxematik işarəsi ilə göstərilməsi daha vacib idi.

Dərsliyin yeni nəşrində söz fərqli şəkildə verilmişdir.

6.İndi isə yeni bir kobud səhvə toxunacağıq.Gəlin daha diqqətlə bu məsələyə baxaq:İsmin morfoloji –təkrar edirəm –morfoloji təhlilində 11-ci sayımda sintaktik rolu verilib. Onlar sintaksis bölməsində “Mübtədanın ifadə vasitələri’’adı altında bu barədə danışmalı idilər. Bunu morfologiyada vermək qətiyyən məqsədəuyğun hesab edilə bilməz. Bu baxımdan 9-cu bənddəki - Xəbərlik şəkilçisi qəbul etməsi də dəyişdirilməli, əvəzinə şəxs şəkilçilərini qəbul etməsi qeyd olunmalıdır.
Bir məsələ isə tamam unudulmuşdur-ismin sifətləşməsi.
Bu haqda nə isim bəhsi boyunca danışılmış, nə də morfoloji təhlilə daxil edilmişdir.
Dilçiliyin bölmələrini bir-birindən təcrid edilmiş şəkildə tədris etmək olmaz. Şagird aşağı siniflərdə cümlə üzvləri haqqında məlumat alıb və nitq hissələrinin hansı cümlə üzvü ilə ifadə olunmasını müəyyənləşdirmək onun üçün adi bacarığa çevrilib. O ki qaldı xəbərlik şəkilçisi yox, şəxs sonluğu məsələsinə... Siz bilirsiniz ki, aşağı sinif dərsliklərində (6,7) bu şəkilçilərin eyni funksiyanı yerinə yetiridiyi vurğunlanmaqla yanaşı, bəzən onlar defislə (bir söz kimi) yazılır. Artıq şagird bu şəkilçinin funksyasını tam şəkildə mənimsəyib. Onu da qeyd edək ki, nitq hissələri haqqında baza bilikləri 6 və 7-ci siniflərdə ətraflı şəkildə öyrədilir. 11-ci sinifdə isə bu biliklər qısa şəkildə təkrarlanır. Ona görə də burada ismin sifətləşməsini yenidən qeyd etməmək hansısa bir qüsur sayıla bilməz. Bundan əlavə sifət bölməsinin sonunda sifətin isimləşməsi yenidən yada salınır. Məhz bu zaman ismin sifətləşməsini də müəlllim şafirdlərə bir daha xatırlada bilər.
.
7.13-cü səhifədə xəbərin fərqləndiriməsi yoxdur.-Bu qanunauyğunluğun pozulmasına bərabərdir.
8.14cü səhifədən aydın olur ki, isim bölümündə olduğu kimi sifət bəhsində də leksik şəkilçilərin bir hissəsi sadalanmayıb.Kənarda qalan şəkilçiləri qeyd edək:
Cil-4- qabaqcıl, öncül vəs
Keş-cəfakeş,bəlakeş vəs.
Pərəst-millətpərəst
Pərvər-qonaqpərvər
Al-arqumental
Ik –ortopedik
Sal-qumsal,duyğusal
In-çirkin,ilkin
Ar-2- yanar,ağlar
Kən-dəyişkən
Qan-çalışqan

İrad TQDK-nın dərsliklə (2014) bağlı yekun rəyində öz əksini tapmışdır.

Səhifə16-da sifətin dərəcələri bölümündə -raq-şəkilçisi azaltma dərəcəsi şəkilçisi kimi verilib.Amma M.Füzuli kimi dahi bir şair bu şəkilçini əksinə çoxaltma dərəcəsinin şəkilçisi kimi təqdim edir:
Gəl mənim tədbiri-bühudəmdə bir səy qıl
Kim olam bu dərdə artıqraq giriftar , ey həkim.
Yəni eyni şəkilçi müxtəlif dərəcəni əks etdirə bilməz.-artıqraq giriftar-daha çox bənd olmaq –yəni çoxaltma mənasını əks etdirən bir sözdür.

Dildəki vahidlərin illər keçdikcə dəyişikliyə uğraması hamımıza məlumdur. Bu barədə sizin öz qeydləriniz də var.

İsimdə vurğuladığımız eyni səhv həm də eyni dərəcədə sifətə də aiddir. Söhbət sifətin də morfoloji təhlili zamanı onun sintaktik rolundan gedir. Sintaksisdə təyinin ifadə vasitələri bəhsində bu məlumat getməlidir.

Bu rəy yuxarıda cavablandırılmışdır.

Daha bir səhvi də qeyd etmək lazımdır-Sifətin isimləşməsi kimi vacib olan bir məsələ sifətin morfoloji təhlilinə salınmayıb.
Səhifə 17-də- qeydddə sifətin isimləşməsindən danışlııb.
Səhifə 17-də elə bir çalışma verilib ki, burada yazacağam, inanmayacaqsınız. Əvvəl çalışmanın şərtinə göz gəzdirək - Uyğun gələn sifətlərdən istifadə etməklə mətni epitetlərlə zənginləşdirin. Artırdığınız sifətləri morfoloji təhlil edin.
Mətn deyilən cəmi dörd cümlədir. Həmin cümlələri olduğu kimi köçürürəm.-Qəsəbənin daxmalarından tüstü ucalırdı. Küçələrdə palçıq əlindən yerimək olmurdu. Pəncərələrdən küçəyə işıq düşürdü. Hər yer sükuta qərq olmuşdu.
Onu deyək ki, şagird epitetin adi sifət deyil, bədii təyin kimi tanıyır. Həm də cümlələri özünüz oxudunuz. Siz deyin, zavallı şagirdlər mənfi mənalı bir neçə cümləyə şərtdə istənilən “zəngin epitetləri”necə artıra bilər? Əziz ekspertlər, yeri gəlmişkən, elə bu məqamda onu da deyim ki, qəbul imtahanları testlərinin müzakirəsi zamanı mətnlərdə cümlələrin nömrələnməsinə etiraz bildirən mən idim. Sizlərə bu səhvi aradan qaldırdığınız üçün öz dərin minnətdarlığımı izhar edirəm! Dərslik yazmaq böyük şərəf olduğu qədər həm də çox böyük məsuliyyətdir. Bunu heç bir səhifədə, heç bir tərifdə unutmaq olmaz. Epitet ən azından məcazdır. Məcaz ürəkləri ehtizaza gətirən təsirli ifadə yaratmalıdır.

Bu iradınızda qismən haqlısınız.

Bunu nəzərinizə çatdırmaq istəyirəm ki, çalışmaların əksəriyyəti çox sadə,asan və maraqsızdır.11-ci sinif çalışmaları ali məktəb üçün nəzərdə tutulan test tapşırıqları səviyyəsində olmalıdır.
Tapşırıqlar haqqında tövsiyə TQDK-nın dərsliklə bağlı (2012, 2014) yekun rəyində öz əksini tapmışdır.
Səhifə 18-də kəsr sayının tərifi düzgün deyil.Kitabdakı tərif belədir-Kəsr sayları əşyanın müəyyən bir hissəsini bildirir.Axı kəsr sayı yalnız əşyanın deyil, həm də elə ədədin, yəni sayın da müəyyən hissəsini göstərə bilir.Deməli , tərif dəyişməlidir.-Kəsr sayı tamın , yaxud bütövün müəyyən hissəsini bildirir.-Bu tərif özündə bütün halları ehtiva edə bilir.

“Əşya” sözü qrammatikada geniş anlamda işlədilir. Dilçilikdə bütün varlıqların qrammatik baxımdan əşya – isim kimi qəbul edilməsi qəbul edilmiş bir ənənədir.


Göyçay şəhər Məhəmməd Füzuli adına 6№- saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#4 22.04.2014 20:31
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) iradların davamı.

Səhifə 19-da düzəltmə sayların şəkilçiləri kimi –la-ca-2,-lu- verilsə də,nümunələrdə lar-2 cəm şəkilçiləri də leksik şəkilçilərə qatılıb. Deməli,əslində leksik şəkilçi kimi larca-larla götürülməli idi.
İrad TQDK-nın dərsliklə (2012) bağlı yekun rəyində öz əksini tapmışdır.
İsim və sifətə aid verilən sintaktik rol məsələsi sayda da səhvən getmişdir.Yəni sayın sintaktik rolu səhvən morfoloji təhlilə salınmışdır ki, buna yol vermək olmaz.

Bu rəy yuxarıda cavablandırılmışdır.

Digər bir səhv də mütləq deyilməlidir:Çox təəccüblüdür ki, sayların bəzilətinin alınma olduğu fikri də morfoloji quruluş adlı bölümdə verilib.
Əvəzlik.
Əvəzliyin tərifi yoxdur. Digər nitq hissələrini əvəz edən əsas nitq hissəsinə əvəzlik deyilir.Tərif mütləq verilməli idi.Əvvəlki lərə aid olan sintaktik rol məsələsi əvəzlikdə də getmişdir. Yenə qeyd edirəm ki, morfoloji quruluş adı altında olan biliklərə morfoloji qayda-qanunlar salınmalı idi.
11-ci sinif morfologiya haqqında baza təlimi vermir. Morfologiya bölməsi haqqında baza bilikləri aşağı siniflərdə öyrədilir. Burada sadəcə olaraq, onlar yenidən təkraralanır. Bu baxımdan hamsının yenidən verilməsi də heç bir məna daşımaz.

Şəxs əvəzliklərinin mənaca qruplaşması da səhv getmişdir. Guya 1-ci şəxs danışan, 2-ci şəxs dinləyən, 3-cü şəxs haqqında danışılandır.Bunlar olduqca nisbi dir, mütləq deyildir. Yəqin, mənimlə razılaşarsınız.
22-ci səhifədə 31№-li çalışmada kobud bir səhvə yol verilib.Mübtəda ilə xəbərin uzlaşma qaydası səhvən üslub səhvi kimi göstərilib.

Bu fikrinizə cavab olaraq elə dərsliyin özündən bir nümunə gətiririk: “Üslub” dedikdə dil vasitələrindən məqsədyönlü istifadə üsulu, forması nəzərdə tutulur. (“Azərbaycan dili-11” dərsliyi)

FEL.

Bu bəhsdəki səhvlər aşağıdakılardır:
1.Felin sualı kimi nə etmək? mütləq bir meyar tək verilib. Amma bu sual məsdərə aid olsa da, onu da qeyd edək ki, məsdər və məsdər tərkibləri nə qədər təəccüblü olsa da, feli xəbər deyil , ismi xəbər hesab olunur.
Feilin suallarında ne et? hissəsi onun bütün şəkillərinin sullarında təkrar olunur. Ona görə təkcə bu sualı verməklə kifayətlənmək olar.
Əziz müəlliflər,səhifə 27-də çox doğru olaraq icbar fellərdə işi danışanın deyil,başqa bir şəxs tərəfindən icra edildiyini göstərirsiniz.Gəlin diqqət edək:Mən onu güldürdüm. Cavab istəyirəm-mən güldümmü?Mən gülmürəm.Gülən başqasıdır-odur.Nəyə görə bu fel icbar hesab edilmir? Yaxud Mən onu ağlatdım.Ağlayan mənəmmi? Yenə də mən deyiləm.Ağlayan odur.Yəni işin icraçısı tərifdə vurğulanan kimi danışan deyil, bir başqasıdır.Belə olan halda biz nəyə görə bu felləri icbar deyil, məlum növ fel hesab etməliyik? Yalnız kökü təsirsiz olduğuna görəmi? Bəs onda tərif nəyə lazım idi? Onsuz da qayıdış fellərin həm təsirli, həm də təsirsiz fellərdən yarandığını bilirik.məs.-görünmə­k-təsirli,gəzinmək təsirsiz feldənyaranıb.Yaxud bizim mütləq bir şərt kimi qoyduğumuz müştərək fellər yalnız təsirsiz fellərdən yaranır-bu da səhvdir.Baxın döyüşmək-vuruşmaq-da­rtışmaq və sair kimi neçə-neçə fellər vardır ki, o fellər məhz təsirli fellərdən yaranmışdır. Hətta müəlliflər özləri belə bu ‘’meyarı” bilmədən pozaraq məchul növ felə nümunə kimi verdikləri feli məhz kökü təsirsiz olan bir misalı gətiriblər.-Biz müdafiə olunduq.-səh.-27.Bel­ə ki müdafiə olunmaq təsirsiz feldir.
Mən indi daha ciddi bir məsələyə keçirəm.Hamınızın diqqətini bu məsələyə cəlb etmək istəyirəm.Əziz ekspertlər, hamımız bilirik ki, felin 6 təsriflənən şəkli vardır.Yalnız birinin adı felin ifadə etdiyi mənaya uyğun deyil.-Xəbər forması zaman mənasını bildirməklə digərlərindən fərqlənir.Amma dərsliklərdə yalnız təsriflənən formaların feli xəbər olması fıkrinin yer aldığını görürük.Deməli, bu 6 formanı məhz bu formaların feli xəbər olmaları birləşdirir.Belə olduğu halda bütün təsriflənən şəkillərin adını niyə felin xəbər formaları altında birləşdirməyək?Bir xəbər formasının adı qalır.Həmin ad isə çox sadədir-felin zaman şəkli.Bu adlar daha münasibdir və qanunauyğundur.Məncə­,bu dəyişikliyin əsl məqamıdır.
Səhifə 27-də məchul v əşəxssiz növlərin təsirli və təsirsiz hallarına toxunulsa da, digər fellərin təsirlilik kateqoriyasına olan münasibəti kənarda qalıb. Bayaq qeyd etdiyimiz kimi, məchul felin təsirli fellərdən yaranması əsas şərt olaraq götürülməsi vurğulansa da, müəlliflər özləri bu qaydanı bilmədən pozaraq kökü təsirsiz olan feli nümunə kimi göstəriblər.-səh.27.
Felin əmr şəklinin xahiş, arzu və nəsihət kimi mənalar da bildirməsinin səbəbi heç bir dərslikdə açıqlanmır.Bu ona görə mümkün olur ki, birinci şəxs öz-özünə əmr verməyi xoşlamır.Bu səbəbdən birinci şəxsdə əmr mənası itir və xahiş,məsləhət və arzu mənaları özünü daha çox büruzə verir.İkinci şəxs birinci şəxsə daha yaxın olduğundan iknci şəxsdə əmr mənası daha kəskin nəzərə çarpır.Üçüncü şəxs birinci şəxsə uzaq olduğundan üçüncü şəxsdə də əmr mənası yenə zəifləyir.
Arzu şəklində isə mütləq sözünün işlənməsi haqqında heç bir məlumat yoxdur.Arzu şəklində bəzən mütləq sözü işlənib vacib mənası yaransa da, şəkilçiyə görə həmin fel məhz arzu şəkli hesab olunur.Məs.Sən gərək mütləq bunu oxuyasan.

Dilin qrammatikası ilə bağlı elmi müstəvidə təsdiq olunmuş qaydaları dərslik müəllifləri dəyişdirmək səlahiyyətində deyil. Və bu, dərslik müəlliflərinin həll etdiyi məsəslələr deyil.
Qeyd etdiyiniz məqamların bəziləri dilçilikdə öz həllini tam şəkildə tapmamış məsələlərdir. Bu cür məsələlərin orta məktəb səviyyəsinə gətirilməsi şagirdlər arasında bir az dolaşıqlığa səbəb olacaq. Ona görə də qeyd etdiyiniz məsələlər barəsində qədərindən artıq məlumat verməyi lazım bilmirik. Fikrimizcə, geniş elmi müzakirələrə səbəb ola biləcək detalları orta məktəb dərsliklərinə gətirmək düzgün olmaz.

Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#5 24.04.2014 18:13
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.


Əziz müəlliflər və hörmətli ekspertlər, mən sizə olduqca mühüm bir fikrin izahını təqdim edirəm və sizin diqqətinizə böyük ehtiyacım vardır.Aşağı siniflə əlaqədar olaraq mən bu fikri bir az səthi söyləmişdim. Amma indi daha geniş bir şərh olacaqdır.
Dünyanın bütün dilçi alimləri əvvəllər bəşəriyyətdə yalnız bir dil olduğunu, tayfalar bir-birindən uzaqlaşıb daha müxtəlif ərazilərə yayıldıqca bu dillərin getdikcə fərqləndiyini və ayrı-ayrı dillərə çevrildiyini söyləyirlər.Bu fikrin sübutu kimi mənim dediklərim sizdə də bir əminlik yaradacaqdır.Söhbət idi-imiş- isə hissəciklərindən gedəcəkdir.Öncə,onu qeyd edim ki, bunları köməkçi fellər adlandırmaq daha doğru olardı.İngilis dilində dəolmaq feli vardır və həmin fellər müasir iki bir –birindən bu qədər fərqlənən dillərdə nə qədər təəccüblü olsa da məhz eyni olaraq qalmaqdadır və bununla da doğrudan da, dillərin həqiqətən, nə vaxtsa eyni olduğunu bizlərə bir daha sübut etməkdədir.Müasir dünyanın tələbinə uyğun olaraq hər birimiz ingilis dilini hansısa səviyyədə bilirik ki, bu da bizə bu fikrin sübutu üçün olduqca vacibdir.İngilis dilində to be-olmaq felidir və bizim dilimizdə olduğu kimi ingilis dilində də bu fel həm müstəqil, həm də köməkçi fel hesab olunur.İngilis dilində to be felinin üç köməkçi forması vardır.
1.indiki zaman forması-am-is-are
2.keçmiş zaman forması-was-were
3.gələcək zaman forması-shall-will
Azərbaycan dilində də olmaq felinin üç zamanı vardır.
1.indiki zaman forması-əm-2,san-2, dır-4,ıq-4,sınız-4,d­ırlar-4.
2.keçmiş zaman forması-idi, imiş.
3.olmaq+şəxs sonluqları.
Keçmiş mənası bildirdiyinə görədir ki, bu köməkçi fel əlavə olunduğu gələcək və indiki zamanda olan fellərə də keçmiş zaman mənasini ötürə bilir.məs.O , dünən bizə gəlirdi,yaxud-O,dünə­n axşam dərs oxuyacaqdı.Bu cümlələrdəki keçmiş zaman mənası inkarolunmazdır.
Həmçinin,olmaq felinin indiki zaman formalarını da keçmiş zaman fellərinə artırdıqda, indiki zaman mənası yaradır.məs.Mən burada dayanmışam.-indiki zaman özünü hiss etdirir.
Həm ingilis, həm də bizim dilimizdə olmaq felinin üç zaman forması ,nəinki fellərlə, həmçinin adlarla da işlənə bilir.məs.ingilis dilində:
1.I am a teacher. We are teachers.
2.You are a teacher You are teachers.
3.He (she) is a teacher. They are teachers.

1.I was a teacher. We were teachers.
2You were teachers. You were teachers.
3.He (she) was a teacher. They were teachers.

1.I shall be a teacher. We shall be teachers.
2.You will be a teacher. You will be teachers.
3.He(she) will be a teacher. They will be teachers.
Bu sadaladıqlarımız olmaq felinin 1-indiki, 2-keçmiş və 3-gələcək zamanda işlənməsi idi. İndi isə olmaq felinin adlarla müxtəlif zamanlarda öz dilimizdə işlədək:
Indiki zamanda:
1. Mən müəllim+əm. Biz müəllim+ik.
2.Sən müəllim+sən Siz müəllim+siniz.
3.O müəllim+dir. Onlar müəllim+dirlər.

Keçmiş zamanda:
1.Mən müəllim idim. Biz müəllim idik.
2.Sən müəllim idin. Siz müəllim idiniz.
3.O müəllim idi. Onlar müəllim idilər.

Gələcək zamanda:
1.Mən müəllim olacağam. Biz müəllim olacağıq.
2.Sən müəllim olacaqsan. Siz müəllim olacaqsınız.
3.O müəllim olacaq. Onlar müəllim olacaqlar.
Gördüyümüz kimi, bu fellərin hər iki dildə işlənmə məqamları tam eynidir. Hətta indiki zamanda hər iki dildə 1-ci şəxs təkdə həm fonetik, həm də məna cəhətdən am-əm üst-üstə düşür.Bunları nəzərə alaraq qrammatika kitablarında müvafiq dəyişikliklər mütləq aparılmalıdır.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6№-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#6 26.04.2014 15:48
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.


Feli sifət və feli bağlamanın hər ikisinin ortaq olan bir şəkilçisi vardır. Bu şəkilçilər mütləq dərslikdə verilməli idi. Ən azından ona görə ki, qəbul testlərində bu şəkilçilər çox salındığına baxmayaraq, orta məktəb dərsliyində bunlar barədə heç bir məlumat yoxdur.Söhbət mış-4 şəkilçilərindən gedir.-mış- şəkilçisi feli sifət kimi:
Oxumuş gənc uğur qazana bilir.
-mış- şəkilçisi feli bağlama kimi:
Dərsini oxumamış heç yerə getmə.
Feli bağlamanın istisna hal kimi çıxışlıq hal şəkilçisini qəbul etməsi olduqca mataqlıdır.məs.O,bun­u bilərəkdən etdi.
Səhifə 39-da müəlliflər belə bir şərh veriblər.Necə sualına cavab verən söz əşyaya aiddirsə -sifət,hərəkətə aiddirsə-zərf götürülməlidir.məs İti bıçaq yaxşı kəsər.Onlar belə bir cümlə nümunə gətirsə idilər , daha tutarlı olardı-Yaxşı şagird dərsini yaxşı oxuyar.
Morfologiyaya aid aşağıdakı maraqlı faktları burada demək yerinə düşərdi:
1.Dil istisnaları ilə çox maraqlıdır.-lıq-4 şəkilçisinin bir sözdə isimə deyil, delə artırılmasına baxaq-sat+lıq (parça).
2.-gin-şəkilçisinin istisna kimi ismə artırılmasına nəzər salaq-gəmgin.
3.İnkar şəkilçisinin yalnız bir feldə rast gəldiyimiz –uz-forması da çox maraqlıdır-uduzmaq.B­u
Felə inkar şəkilçisi artırıldıqda, olduqca maraqlı bir hala rast gəlirik –yəni artırılan –ma- inkar şəkilçisi inkar deyil, təsdiq fel yaradır.Diqqət edək-uduzdu-uduzmadı­.Onu da qeyd edək ki,-iz- şəkilçisi bir neçə feldə də -dır-şəkilçisindən əvvəl işlənir.məs.yatızdır­dı, durğuzdu, qalxızdı,otuzdurdu.B­u şəkilçilər həmin məqamda –ar-2,ır-4 şəkilçilərinin funksiyalarını –təsirsiz
Fellərdən təsirli fel yaratmaq işini görürlər.Dediyimiz özünü durğuzdu və qalxızdı fellərində tam sübut edir.
Köməkçi nitq hissələri.
Kimi qoşmasının zaman bildirməsi qeyd olunmayıb-O,səhərə kimi yatmadı.Həm də qeyd etməliyik ki,kimi zaman mənasında daha çox işlənir.
Gəlin yaxşı fikirləşək-Bu andları ayırıb köməkçi nitq hissələrinə əlavə etmək daha doğru olmazmı? Həm də andların dilimizdə olduqca çox olduğunu nəzərə alsaq, bu fikrin daha doğru olduğu qənaətinə gəlməliyik.Belə sözlər morfologiyaya əsasən and və and bildirən sözlər,sintaksisə görə isə,and bildirən sözlər və cümlələr adlandırıla bilər.Axı , doğrudan da, dilimizdə and bildirən çoxlu cümlələr də vardır.məs. Allaha and olsun! Atamın canına and içirəm.və s
Mənə elə gəlir ki,nidaların içində verilən haydı,marş,alo sözləri mütləq nidalardan çıxarılmalıdır.
Marş və haydı sözləri ədat hesab edilsə,daha doğru olar.Alo sözü isə müraciət bildirən söz olduğu üçün elə xitab götürülməlidir.
Belə sözünü isə ümumiyyətlə ədata aid misal kimi işləndiyi vurğulanmayıb.Qarşıl­aşdırma ədatlarının adı belə çəkilməyib...məs. Bütün dünya əleyhimə olsa belə, mən düzgünlüyün tərəfindəyəm.

Fikirləriniz üçün təşəkkür edirik. Son rəylərdə “Azərbaycan dili – 11” dərsliyi ilə birbaşa bağlılığı olan heç bir fikir, irad və təklif göstərilmədiyindən cavablandırılması vacib hesab olunmur.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6№-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#7 26.04.2014 15:48
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.


Sintaksis bəhsinə keçməzdən öncə dilin morfoloji quruluşu haqqında, ən əsas da, morfoloji quruluşun xüsusiyyətləri haqqında olduqca vacib olan ən mühüm detalları sadalayaq:
1.Morfoloji quruluşu iltisaqilik hesab edilən Azərbaycan dilində ahəng qanunu özünü güclü şəkildə göstərir.
2.Vurğu bu dildə əsasən sözün sonuncu hecasına düşür.
3.Söz kökü dəyişmir, amma aşağıdakı istisnaları da qeyd etməliyik:
a).t-d əvəzlənmələri-et-edi­r get-gedir yarat-yaradır boyat-boyadır
düzəlt-düzəldir oyat –oyadır qaralt-qaraldır daralt-daraldır və sair.
b). Fars dilindən dilimizə keçən bəzi sözlər vardır ki, ismin hal və mənsubiyyət şəkilçilərini qəbul etdikdə ikinci saitini itirir - bu hadisə ismin yiyəlik, yönlük və təsirlik hallarında baş verir. Onu da qeyd edək ki, bu hadisə o qədər qədimdir və dilimizə o qədər sirayət edib ki, artıq dilimizin öz sözlətində də bu hadisənin şahidi oluruq.məs. boyun, alın, burun, qarın kimi sözlər dediyimiz fikri sübut edir.
C)-vi-şəkilçisini qəbul edən bəzi sözlərdə kökün dəyişməsi baş verir.məs.məna-mənəv­i, dünya-dünyəvi, kimya- kimyəvi, xalq-xəlqi, əşya-əşyəvi.
d).Bu kimi sözlərə diqqət edək: uzanmaq-uzatmaq kiçik-kiçilt yüksək-yüksəl və s
4.Cins kateqoriyası Azərbaycan dilində yoxdur.-ə- ünsürü vardır ki, bu da qrammatik kateqoriya səviyyəsinə keçə bilməyib.məs.müəllim­-müəllimə şair-şairə Arif-Arifə.Xeyli şəxs adları bu qəbildəndir.
5).Sayla isim arasında uzlaşma iltisaqi hesab edilən Azərbaycan dilində yoxdur. Yəni əşyanın sayı nə qədər artsa da, say nə qədər şox olsa da, isim cəm şəkilçisini qəbul etməyəcəkdir. məs.bir dəftər-min dəftər və s.
6).Sifət həmişə isimdən əvvəl gəlir.(Qeyd edək ki, bu məsələ daha mühümdür.Bildiyimiz kimi, təyin də həmişə təyin etdiyi sözdən əvvəl gəlir.Testə də bu məsələ ilə əlaqədar çaşdırıcı suallar verilir.Ona görə də, orta məktəbdə mütləq bu şərh öz yerini tapmalıdır.Lakin onu da söyləmək yerinə düşər ki,poetik dildə bəzən məcaz kimi təyin sonra da gələ bilir.məs.
Gözəl vətən, mənan dərin
Beşiyisən gözəlliyin.
S. Vurğundan gətirdiyimiz bu kiçik şeir parçasında iki inversiyanın şahidi oluruq. Dərin məna –mənan dərin, Gözəlliyin beşiyisən –beşiyisən gözəlliyin.
7).Prefiks və infiks dilimizdə yoxdur.Amma dilimizə yad dillərdən belə sözlər keçmişdir. Diqqətinizi fellərin içərisində işlənən –ha-,-a- infikslərinə yönəltmək istəyirəm. Biz həmişə fəxrlə qürurlanırıq ki, fellər dilimizin öz sözləridir. Deməli, fel özümüzündürsə, onun içərisindəki şəkilçi də özümüzünkü hesab olunacaqdır.məs.gəlh­agəl,gethaget,qaçaqa­ç vəs.
Əziz ekspertlər, iltisaqiliyin bu saydığımız faktlara orta məktəb proqramlarında və qəbul imtahanı testlərində ciddi şəkildə toxunulduğu üçün dərslikdə də bu məsələlər öz əksini tapmalıdır.
Əgər diqqət yeirsəniz görəsiz ki, başqa dünya dillərində sözə daxilən artırılan şəkilçi, əsas hallarda sözün kökünü dəyişir. Amma sizin qeyd etdiyiniz məqamlarda a və ha şəkilçidən daha çox eyni sözün təkrarını yaradan bitişdirici vasitə kimi çıxış edir və sözün kökünün müstəqil şəkildə işlədilməsinə mane olmur, yəni sözün kökü daxilən heç bir dəyişikliyə məruz qalmır. Ona görə qeyd etdiyiniz faktlarla bunları bir tutmaq olmaz. Həm də qəbul testlərində iltisaqilik suallarından danışarkən, adətən, mürəkkəb sözlərdən istifadə edilmir.

Göyçay şəhər 6№-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#8 27.04.2014 17:54
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.

Sinntaksis.
Bu bəhsə aid aşağıdakı iradlar qeyd olunacaqdır:
1).Səhifə 51-də 1-ci növ təyini söz birləşməsinin tərifini müəlliflərin verdiyi kimi nəzərinizə çatdırıram-1-ci növ təyini söz birləşmələrinin heç bir morfoloji əlaməti yoxdur.-İndi isə sizin nəzərinizə aşağıdakı bu birləşmələrə aid bir neçə nümunələri ötürürəm-əmim Kərim,dadlı bişinti, trest müdiri Kərimli,oxuyan şagirdlər.Şərhə ehtiyacı yoxdur.Hələ bu kimi misallara göz yetirsək,onda mütləq yeni bir şərhə ehtiyac hiss olunacaqdır.-Şirin meyvələrə daha çox üstünlük verilir.-şirin meyvələrə-Deməli,tər­ifin dəyişilməsinə zərurət vardır.Yenidən digər nümunələrə də diqqət ayırsaq, ümumiyyətlə,1-ci növ təyini söz birləşmələrini təzədən yazmalı olacağıq.-Gəmiyə yeni təyin olunan kapitan hamı ilə bir-bir maraqlandı.-gəmiyə yeni təyin olunan kapitan-1-ci növ təyini söz birləşməsidir.Çox təəccüblüdür ki, bu birləşmələrdəki morfoloji əlamətləri necə görməmək olar?
Sadaladığınız nümunələrdəki əlamətlər 1-ci növ təyini söz birləşmələrinin morfoloji əlamətləri deyil. Belə ki, I növ təyini söz birləşmələri həmin şəkilçilər olmadan da düzəlir. I növ təyini söz birləşmələrinin yaranmasında həmin şəkilçilərin iştirakı tələb olunmur və mütləq deyil.
Söhbnət məhz birinci növün yaranmasına xidmət edən şəkilçilərdən gedirr I, belə bir şəkilçid ə yoixdur. 2).Səhifə 52-də zərfliyin şərti işarəsi kimi səhvən tamamlığın işarəsi getmişdir.
3). Səhifə 53 –də isə səhvən zərfliyin altında mübtədanın şərti işarəsi verilmişdir.
Qüsurlar dərsliyin 2014-cü il nəşrində düzəldilmişdir.
4).Əziz müəlliflər,mən aşağı siniflərə aid bir şərhdə mübtədanın tərifinin kitablarda səhv getdiyini qeyd eləmişdim.Mübtədanın tərifi əslində belə olmalıdır-Mütləq adlıq halda olan qrammatik subyektə mübtəda deyilir.Həmçinin belə bir fikrin də verilməsi zəruridir-Dünyada çox dillər vardır.Amma digər bütün dillərdə kim sualı insandandan başqa həm də quşlara və heyvanlara da şamil edilir.Yalnız bizim dilimizdə kim?sualı bütün dünya dillərindən fərqli olaraq məhz insanlara vəyalnız insanlara aiddir.Hörmətli müəlliflər, mən bu fikrin üzərində xüsusü olaraq ona görə dönə-dönə dayanıram ki, bu fakt olduqca mühüm bir amildir.Bu fakt Azərbaycan xalqının Yer Kürəsində ən qədim bir xalq olduğunu və dilimizin də ən qədim olması haqqını bir daha sübut edir. Gərək ən qədim olasan ki,i n s a n ı digər canlılardan beləcə fərqləndirəsən.
5)Mübtədanın ifadə vasitələrindən biri unudulub.Zərfin mübtəda rolunda çıxış etməsi dərslikdə göstərilməyib.-İrəli dumandan görünmürdü.-Bu cümlədə irəli zərfdir və mübtəda vəzifəsindədir.
İndi mən çox mühüm olan bir məsələ ilə əlaqədar hamınızın diqqətini xahiş edirəm.Əziz ekspertlər və hörmətli müəlliflər, sizə müraciət edərək, məni izləmənizi rica edirəm.
Bütün qrammatikaya aid məlumatlarda ən müstəqil cümlə üzvünün mübtəda olduğu bildirilir.Gəlin məsələyə belə bir cəhətdən yanaşaq-Dilimizdə yüzlərlə cümlə vardır ki, həmin cümlələrdə heç mübtədaya ehtiyac yoxdur və m ü b t ə d a ötürülür.məs.Sabah məktəbə gedəcəyəm.Dünən səni gözlədim.Sabah iclasda çıxış edərsən.və s.Testlərdə də bəzən tələb olunur ki, hansı söz cümlədən çıxarılsa, cümlə alınmaz.Əlbəttə, cümlədən xəbəri çıxarsaq, onda cümlə alınmayacaq. İndi siz özünüz deyin, hansı daha müstəqildir-mübtəda, yoxsa xəbər?Hələ cümlə üzvlərinin hamısı məhz xəbərə sual verməklə tapılır.Gəlin bir az fikirləşək və xəbərin haqqını bu qədər əlindən almayaq.

Dilin qrammatikası ilə bağlı elmi müstəvidə təsdiq olunmuş qaydaları dərslik müəllifləri dəyişdirmək səlahiyyətində deyil. Və bu, dərslik müəlliflərinin həll etdiyi məsəslələr deyil.

6).Səhifə 56-da ciddi bir səhv getmişdir.Çalışma 80-də verilən şərt tələb edir ki, aşağıdakı cöz və söz birləşmələrini mübtəda vəzifəsində işlədin- Amma verilən söz birləşmələrindən biri 1-ci növ təyini söz birləşməsidir və birlikdə cümlənin bir üzvü ola bilməz-ulu tanrı.
I növ təyini söz birləşmələrindən danışlarkən qeyd olunur ki, bəzi birinci növ təyini söz birləşmələri sintaktik təhlil zaman parçalanmır. Bu da onlardan biridir ki, birlikdə cümlənin bir üzvü kimi çıxış edir.
7).Yenə də səhifə 56-da ,hörmətli müəlliflər,bu dəfə tamamlığın tərifinə ,icazənizlə,iradımı bildirim.Yəqin mənimlə razılaşarsınız ki, tamamlığın tərifi məhz belə olmalıdır-Xəbəri tamamlayan 2-ci dərəcəli üzvə tamamlıq deyilir.Onu da deyim ki,tamamlığın ifadə vasitəsi kimi sifət vərilməyib.Halbuki tələbə qəbulunda testlərdə bunu salırlar.
8).Səhifə 58-də təyinin ifadə vasitələrində söz birləşmələrinin adı yoxdur.Ferma müdiri Səlimov işini çox da yaxşı görmürdü.
9).Səhifə 61-də 90 №-li çalışmada 3-cü cümlə səhvən şəxssiz cümlə kimi verilmişdir. İclasda bütün məsələlərdən danışılacaq. Şərhə ehtiyac varmı?
Cümlə şəxssiz cümlədir.
10). 63-cü səhifədə “Vasitəli və vasitəsiz nitq’’- də bir neçə səhv cümlə vardır.
a....Bu, Füzuli sözünün filoloji təhlilidir. Halbuki söhbət sözdən deyil, Füzulinin elm haqqında dedikləri nəzərdə tutulur. Daha sonra isə Füzulinin yazdığı bir şeiri öz məqsədlərinə tabe edərək duröu işarələrindən lazım olduğundan daha artıq istifadə ediblər.
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma kim şair sözü, əlbəttə, yalandır. - olmalıdır, amma dərslikdə belə verilmişdir:
Gər dersə Füzuli ki, ”Gözəllərdə vəfa var”, Aldanma ki, şair sözü, əlbəttə, yalandır. Gördüyümüz kimi, müəlliflər Füzulinin belə gözəl bir şeirini nəsr şəklində bol durğu işarələri ilə kitabda yerləşdirmişlər ki, bu, yolverilməz hesab edilməlidir.
Bu beytin yazılışı elə dərslikdə verildiyi şəkildədir.
Belə bir səhv Nəsimi şeirində də təkrar edilmişdir.- yenə də63-cü səhifədə.
b.Səhifə 64-də vəz sözü apostrof işarəsi ilə yazılmışdır.(?).
c.Səhifə 64- də94-cü çalışmada iki kobud səhvə yol verilmişdir:
1.Füzulinin şeirində səhvən doğru sözü yaxşı sözü ilə əvəz edilib.
2.Şeirdə durğu işarəsi səhv qoyulub:
Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,
Yaxşı(doğru) derlər:Hər zaman bir aşiqin dövranıdır.
Çox təəccüblüdür ki, müəlliflər adi bir tamamlıq budaq cümləsini vəsitəsiz nitqlə səhv salıblar. Belə səhv olmaz.
94-cü çalışmada bu səhvlər bütün cümlələrə aiddir. Cümlələri şərh etmədən ixtiyarınıza ötürürəm-3. Səməd Vurğun deyir ki, ehtiyac qul eylər qəhrəmanı da. 4.M.Ə.Sabir belələrini nəzərdə tutub deyirdi ki, millət necə tarac olur, olsun, nə işim var?

Vasitəsiz nitqli cümlələr adətən elə tamamlıq budaq cümləsi şəklində formalaşır.

10).Səhifə 68-də tabesiz mürəkkəb cümlələrin sxemi səhv göstərilmişdir:
Mən ümid edirəm ki, bu işarəni görmüsünüz.Sual edirəm:Oxun tabelilik ifadə etdiyini bilərək həmin işarəni tabesiz mürəkkəb cümlələr arasında necə yerləşdirə bilərik?Həm də bu işarədən bütün tabesiz cümlələrin hamısında gen-bol yararlanmaq nə dərəcədə düz ola bilər?
Başqa bir sxem tapmaq lazımdır. Ən düz bu olardı ki, iki kiçik kvadratın arasına oxlarsız sadəcə düz xətt çəkilsin.Çünki ox tabelilik bildirir.Düz xətt isə tabesizliyi – bərabərliyi əks etdirir, yaxud iki kiçik kvadratın arasına = belə bir işarənin qoyulması daha doğru bir qərar olardı.
Tabeli mürəkkəb cümlələrin arasında birtərəfli, tabesiz mürəkkəb cümlələrin arasında ikitərəfli ox işarələrindən istifadə edilir. Bu işarə tabelilik deyil, əlaqə bildirir.
11).70-ci səhifədə lap ciddi olan bir səhv var:Tabeli mürəkkəb cümlə səhvən tabesiz mürəkkəb cümlənin işarəsi ilə verilib.Bahar gəldimi,təbiət yaşıl dona bürünür.Bu cümləni müəlliflər səhvən tabesiz mürəkkəb cümlə hesab etmişlər.

Bu texniki səhvdir. Çünki cümlə tabeli mürəkkəb cümləyə nümunə kimi göstərilmişdir. Lakin ox işarəsi səhv verilmişdir.

Göyçay şəhər 6№ -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#9 28.04.2014 20:10
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.

12. Səhifə 79-da səhv cümlə işlənmişdir.-Lakin Azərbaycan alimləri istər orta əslərdə, istərsə də sonralarə əsərlərini, əsasən, beynəlxalq dillərdə yazdıqlarına görə Azərbaycan dilinin elmi üslubu bədii,yaxud publisistik üslub qədər geniş ifadə imkanları qazanmamışdır.-Səhv fikir odur ki:
a).Azərbaycanda bədii əsərlər də,əvvəllər elə başqa dillərdə yazılmışdır.
b).beynəlxalq dillərdə deyil,ayrı dillərdə getməli idi.
13.Bunun bir səbəbi də elmin, intellektin beynəlmiləlçi xarakteri ilə bağlıdır.-Bu cümlədə də müəlliflər iki səhvə yol vermişlər:
a).Beynəlmiləlçi deyil, ümumbəşəri işlədilməli idi.
b).beynəlmiləlçi deyil, beynəlmiləl.Müəllifl­ər kobud səhvlər etdiklərinin fərqindədirlərmi?

Azərbaycan dilində bədii əsərlərin yazılma ənənəsi elmi ədəbiyyatın yaranmasından daha qədimdir. Burada mübahisəli məqam yoxdur. Beynəlxalq dillər ifadəsi ona görə işlədilmişdir ki, elmi ədəbiyyat hər hansı ayrı bir dildə deyil, dövrə görə beynəlxalq əhəmiyyət kəsb edən dillərdə yaradılırdı. Cümlədə beynəlmiləlçi sözünün beynəlmiləl şəklində işlədilməsi daha doğrudur.

14.Səhifə 79-da isə bağışlanılmaz bir səhv edilmişdir.Səhv cümləni olduğu kimi yazıram:
Rəsmi-işgüzar üsluba gəldikdə isə bu, milli dövlətçilik, idarəçilik təcrübəsi olan yerdə formalaşır. Azərbaycan ədəbi dilinin həmin üslubu bütün funksional üslublardan geri qalmışdı.
Hörmətli müəlliflər unutmuşlar ki, Azərbaycanda çox qədim köklərə malik dövlətçilik ənənəsi vardır və bu dövlətlərin tarixi minillərlə ölçülür. Məhz elə buna görədir ki, indi Azərbaycanda dünyanın bütün inkişafetmiş ölkələrdən heç nə ilə geti qalmayan rəsmi-işgüzarlıq üslubu fəaliyyət göstərir.

Rəsmi-işgüzar üslubun yaranması XVI əsrə aid edilir. Bu hissədə həmin üslubun inkişafdan qalmasından söhbət gedir. Rusiya işğalından sonra dövlət işlərinin rus dilində aparılması bu üslubun inkişafını ləngitdi. Müstəqil Azərbaycan dövləti yarandıqdan sonra isə rəsmi-işgüzar üslub yenidən inkişaf etməyə başladı.

15.Səhifə 108-də 147№-li çalışma 10-cu sinifdəki 15-ci səhifədəki 20№ -li çalışmadakı 2-ci bəndi ilə eynidir.
Hər iki tapşırıqda həmin mətn fərqli məqsədlər üçün təqdim edilmişdir.
16. Səhifə 111-də bir cümləni düqqətinizə ötürürəm-....Ədəbiyy­a kütləviləşdikcə, yazılı ədəbiyyatın meydanı genişləndikcə danışıq dili ədəbiləşə-ədəbiləşə gəlir. Olmalı idi-kamilləşərək,cil­alanaraq, formalaşaraq gəlir.
Mətndə məhz yazılı ədəbiyyatın dilinin xəlqiləşməsi, danışıq dilinin isə ədəbiləşməsi fikrinin verilməsi nəzərdə tutulmuşdur.
17. Səhifə 134-də 5-ci test səhvdir. Hansı sözdə ahəng qanunu pozulmuşdur? Cavablara baxaq:
a.qardaş b.mühit c.bacarıqlı d.müəllim
Fikrinizlə razıyıq, tapşırıq qüsurludur.
18. Səhifə 137-də 5№- li test səhvdir. Sinonimləri tapın.
a.rahat, asudə,sərbəst
b.güdmək,izləmək,iti­rmək
c.dolanma,sarılma,aç­ılma
Tapşırıqda qüsur yoxdur, şərti “Sinonimlər cərgəsini seçin” şəklindədir. b və c bəndlərində “itirmək” və “açılma” sözləri sinonimliyi pozur. a bəndində isə verilmiş sözlər bir-biri ilə sinonimdir.
18. Səhifə 136 və səhifə 144-dəki testlər hamısı cəmi üçvariantlıdır. Belə olarmı?

Bəzi dərsliklərdə test tapşırıqlarının forması ənənəvi qaydada və ya vahid şəkildə verilməmişdir. Bu məsələ barədə irad TQDK-nın yekun rəylərində, o cümlədən “Azərbaycan dili-11” dərsliyi ilə bağlı yekun rəyində öz əksini tapmışdır.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Həsənova Pərvanə
Şərhlər: 7
Qeydiyyat: 05.02.2014
#10 05.05.2014 14:30
11-ci sinif Azərbaycan dili dərsliyindəki (2012-ci il nəşri) qüsurlar bu siniflərdə Ana dili və ədəbiyyat fənlərini tədris edən müəllim kimi mənimdə nəzərimdən qaçşayıb.İlk olaraq qeyd edim ki,dərsliyin əvvəlində dövlət dili ilə bağli Kostitusiyamızın 21-ci maddəsindən çıxarılış, gorkəmli şəxsiyyətlərin dillə bağlı fikirlərinin verilməsi təqdirə layiqdir.Bildiyimiz kimi 10-11-ci siniflərdəki mövzuların bir qismi 5-9-cu siniflərdə keçilmişlərin təkrarıdır,qalan hissəsi isə dilçilik,nitq mədəniyyəti və üslubiyyat bölmələrini əhatə edir.Bu baxımdan 11-ci sinif dərsliyinin ilk mövzusu dilin morfoloji quruluşunu əhatə edir.
1. İsim bəhsində feldən isim düzəldən şəkilçilərdən
-laq (udlaq), -maca (tapmaca), -da (sevda), -ış (döyüş),-­­ıq (buruq,qalıq) göstərilməmişdir.
səh.14-də sifətin məna qruplarına aid nümunələr çox az verilib. Sifət düzəldən şəkilçilərin demək olar ki, çoxu göstərilməyib. səh.15-də mürəkkəb sözün üzərində kök və şəkilçinin sxeminin verilməsi düzgün deyil. çünki mürəkkəb sözləri tərkibinə görə təhlil edilmir. sifətlə bağlı tapşırıqların həcmi 11-ci sinif şagirdlərinin səviyyəsinə görə kiçikdir.
Əvəzliklərdən işarə əvəzlikləri haqqında məlumat məhdud şəkildə verilmişdir.
səh.26-da verilsə daha yaxşı olardı. növ kateqoriyasında sözləri tərkib hissəsinə ayırarkən kök, leksik şəkilçinin şərti işarələri verilib, lakin qrammatik şəkilçi göstərilməyib.
Dərslikdə vasitəli və vasitəsiz nitq,mürəkkəb cümlənin növləri,üslublar haqqında məlumatlar qısa verilib.Əvvəldə qeyd etdiyim kimi bu mövzular təkrardır,lakin nəzərinizə çatdırım ki,şagirdlərin çoxu bu il öyrəndikləri mövzunu növbəti tədris ilində az bir hissəsini xatırlayırlar.bu bir reallıqdır ki, 11-ci sinifdə oxuyan şagirdlərin dərsi mənimsəməsi,təfəkkür və dərk etməsi aşağı siniflərə nəzərən tamamilə fərqlidir.Buna görə də müəlliflərimizdən xahiş edirəm ki, edilən təklif və iradları nəzərə alaraq yeni bir mükənməl dərslik hazırlasınlarBu abituriyentlərin məktəbə, müəllimə vədərsliyə olan inamını daha da artırar.


Hörmətlə:N.Gəncəvi adına Göyçay şəhər 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Pərvanə Hüseyn qızı.

Dərslikdə (2014) bəzi şəkilçilərin verilməməsi haqqında irad TQDK-nın yekun rəyində öz əksini tapmışdır.
Mürəkkəb sözün sxemi məhz sözün iki düzəltmə sözdən yarandığını göstərmək məqsədilə verilmişdir.
Təsirli və ya təsirsiz feillər düzəldən şəkilçilər “Feilin növ kateqoriyası” bəhsində verilmişdir. Növ kateqoriyasında sözləri tərkib hissəsinə ayırarkən istifadə olunmuş şərti işarələr sözün təhlili məqsədi ilə deyil, təsirli və ya təsirsiz feilləri yaradan vasitələri göstərmək məqsədilə verilmişdir.
İsimlərin mənsubiyyətə görə dəyişməsi, əvəzliklər və s. haqqında məlumatlar aşağı sinif dərsliklərində də verilmişdir. Bu dərslikdə bəzi mövzuların təkrar xarakterli olması sizin tərəfinizdən də qeyd edilmişdir.
11-ci siniflər üçün “Azərbaycan dili” dərsliyi yeni tədris proqramı ilə (kurikulumla) hazırlanacaq.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#11 09.05.2014 11:22
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı

Əziz ekspertlər, mən hamınızı salamlayır, qiymətli vaxtınızı ayıraraq, bu yazıları oxuduğunuz üçün sizə, eləcə də bu yazdıqlarımı oxuyan ayrı-ayrı dəyərli şəxsiyyətlərə öz dərin minnətdarlığımı izhar edirəm.
Nəzərlərinizi bu məlumata yönəltmək istəyirəm. 10-cu sinifdə səhifə 133-də verilən”Nitq istisnaları” mövzusunu yəqin ki, hamımız oxumuşuq. Nitq istisnaları altında hörmətli müəlliflər səhvən arxaizm və neologizmlərdən bəhs edirlər. Dərsin içində heç bir izahat verməyi lazım bilməsələr də, nümunə kimi dərsliyə ötürülən çalışmalardan biz bunu aydın görürük. Əslində, arxaizm və neologizmlər heç vaxt nitq istisnaları kimi götürülə bilməz. Nitq istisnaları, həqiqətən, dildə mövcuddur və bu məlumatlar 10-cu sinifdə deyil, 11-ci sinif Azərbaycan dili dərsliyində -ədəbi dilin üslublarında, bədii üslubdan dərhal sonra verilməli idi.
11-ci sinifdə müəlliflər 76-cı səhifədə nitq istisnasına toxunmağa təşəbbüs etmiş, amma sonradan, nədənsə, bu haqda davam etməmişlər.İndi sizlərin diqqətinizə ötürəcəyim cümlə dediyimi sübut edəcəkdir.-....üslub­i imkanları öyrənən elmə üslubiyyat deyilir.(11-ci sinif Azərbaycan dili səh-76).Nitq istisnaları dedikdə dilin bədii üslubunun imkan verdiyi zənginlik,hətta bu zənginliyin d i l q a y d a l a r ı n ı n p o z u l d u ğ u məqamlarının üzə çıxaraq dildə yaratdığı gözəlliklər aləminin bizlərə bəxş elədiyi xüsusü qəlb zövqü hadisəsidir.-dil imkanının sonsuzluğu,dilin ifadə vasitələrinin qəlbin ən dərininə enə bilməsi anlamındadır.Fossler düzgün olaraq qeyd edirdi ki, dildə gözəllik məhz dil qaydalarının pozulduğu məqamda ,anda meydana çıxır.
Nitq istisnaları dedikdə aşağıdakıları nəzərdə tuturuq:
Cümlə üzvlərinin yerini dəyişdirməsi. Bu, qrammatik normanın pozulması deməkdir. Lakin bu “pozulma” dilə - nitqə ölçüsüz bir zənginlik, ifadəlilik, obrazlılıq gətirməkdədir:
Qacar—Yenə göylərdədir şair xəyalın?
Vaqif---Əzəldən hüdudu yoxdur kamalın.
Qacar---Yaxşı,gəl əl götür bu inadından,
Bu qədər naşükür olmasın insan.
Vaqif---Aldada bilməmiş dünyanın varı
Bir məslək eşqilə yaşayanları.
Mən ellər bağında azad bir quşam,
Mənsəbə,şöhrətə satılmamışam.
Biz istənilən qədər belə nümunələrin sayını artıra bilərik.
2.Şəxs adlarının cəm şəkilçisi qəbul etməsi:
Vaqif---Sizin güldüyünüz çoban torpağı
Nizamilər, Füzulilər yetirmiş.
3.Azərbaycan dilindəki bütün məcazlar nitq istisnalarıdır.
a)-kinayə:
Yaxşı da, çarıqlı, kiçik bir ölkə
Böyük Firdovsilər yetirdi,bəlkə?
b) epitet:
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfğanım,qara bəxtim oyanmazmı?
Qara bəxt –epitetdir.
c)mübaliğə:
Məni candan usandırdı,cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı?
Biz istənilən qədər belə nümunələrə də yer ayıra bilərik.
4. Ma inkar əvəzliyi bir sözdə öz funksiyasını doğrultmur – udmaq - uduzmaq. uduzmaq felinə ma - 2 artırsaq, bu fel təsdiq olacaq, inkar olmayacaq: uduzdu-uduzmadı.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#12 10.05.2014 14:10
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid bəzi məlumatlar.
Bəzi düzəltmə sözlər haqqında.
Mən hamınızın diqqətini indi deyəcəyim fikirlərə yönəltmək istəyirəm: Sevinmək feli heç kəslə razılaşdırılmadan, orta məktəblərə xəbərdarlıq edilmədən sadə fel kimi kimi testə salınmışdı. Əlbəttə ki, sevin (mək) felinə necə, hansı aspektdən yanaşılırsa, yanaşılsın, onu yalnız düzəltmə fel hesab etməliyik. Burada istisna bir hal yoxdur. Çünki məktəbi sevirsən-sevinirsən. Maraqlı bir kitabı oxuyub onu sevirsən-sevinirsən. Gözəl bir insanla tanış olub onu sevirsən-sevinirsən. Qəlbincə olan bir filmə baxıb filmi sevirsən - sevinirsən. Siyahını uzatdıqca uzatmaq mümkündür. İndi siz özünüz deyin, sevin(mək) sadədir, ya düzəltmə? Həmişə sözün təmiz mənasına qaçmaq lazımdır. Sözə başqa don geyindirəndə də çox ehtiyatlı olmalıyıq. Axı bizim fellərimiz dilimizin öz sözü olaraq bu gözəl münasibətə tam və qəti şəkildə layiqdirlər.
2. Qızar (maq) felini araşdıraq. Orta məktəbdə bu sözü də sadə hesab edirlər. Amma gəlin yenə bir sərf-nəzər qılaq: Dəmir çox qızdı, qıpqırmızı qızardı. Fikir verin – qızdı - qızardı.Yaxud ,qadın təndirə çörək yapdığından sifəti qıpqırmızı qızarmışdı.Diqqət edin təndir qızır, qadının sifəti qızarır.Yenə də vurğulayıram ki,sözün mənalarına daxil olmağı bacarmalıyıq.
3.Qaldırmaq felini də səhvən orta məktəbdə sadə götürməyi tələb edirlər. Amma gəlin bu felə də yaxından nəzər salaq:Kitab masada qaldı. Akif kitabı qaldırdı. Daş yerində qaldı. Səlim daşı yerdən qaldırdı. Həm də qalmaq feli təsirsiz, qaldırmaq isə təsirlidir. Biz –dır-4 –şəkilçisinin təsirsiz feli təsirli felə çevirmək xüsusiyyətinin də olduğunu bilirik. Biz şəkilçidən bu halda vaz keçə bilərikmi? Sözü bu halda sadə hesab etmək səhv olmazmı?
4. Dəyişmək feli də orta məktəbdə sadə hesab edilir. Bunu da düzgün saymaq olmaz. Gəlin dediyimizi sübut edək. Onun əli kitaba dəydi. O, kitabın yerini dəyişdi.Həm də bu an olduqca maraqlı bir istisna ilə üz-üzə dayanırıq.Iş-4 şəkilçisinin həmişə təsirsiz fel yaratdığını qəbul ediriksə də,indiki halda bu fikrin ziddi olan bir istisna göz önündədir.Niq istisnaları dedikdə elə bu kimi hallara toxunmaq vacibdir.Amma qızmaq və dəymək fellərinin omonim olduğunu da danmaq fikrində deyilik.

Sevmək sözü ilə sevinmək sözünün və gətiridiyiniz başqa nümunələrdəki sözlərin bir-biri ilə heç bir məna əlaqəsi yoxdur. Düzəltmə sözlərdə sözün kökü öz ilkin mənasını itirmir və ya yeni yaranmış sözlə sözün kökü – ilkin variantı arasında məna bağlılığı qalır. Buna görə bu qəbildən olan sözlər düzəltmə hesab edilmir.

5. İndi də ıcı-4 şəkilçilərindən danışacağıq. Qeyd edim ki, bu şəkilçi 11-ci sinifdə sifət düzəldən şəkilçi kimi verilsə də, alıcı, satıcı sözləri isim kimi götürülür. Yalnız bir sözdə bu şəkilçini isim hesab etmək lazımdır. - soyuducu. Biz sifətin substantivləşməsini bilirik.

Alıcı sözü sifət kimi az hallarda işlənsə də (alıcı quş), satıcı sözünün sifət kimi işlənmə halı yoxdur. Bəzi şəkilçilər var ki, həm sifət, həm də isim düzəldən omonim şəkilçilərdir.

Göyçay şəhər 6 № li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#13 11.05.2014 20:47
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumatlar.


Şəkilçilərin bölgüsü haqqında.
Orta məktəbdə şəkilçilərin mükəmməl bölgüsü yoxdur.Amma pərakəndə halda şəkilçilərin,demək olar ki,bütün növlərinin adları çəkilir.Buna görə də şəkilçilərin də düzgün təsnifatına artıq böyük ehtiyac hiss olunur.Yəni hətta testlərdə də biz şəkilçilərin bütün növlərinə rast gəldiyimizdən bunu artıq sistemləşdirməyin də əsl zamanının gəldiyini etiraf etməliyik.Şəkilçilər­i aşağıdakı kimi bölgüyə almaq lazımdır:
1.Sıfır şəkilçilər,yaxud morfemlər.
2.müsbət şəkilçilər,yaxud morfemlər.
3mənfi şəkilçilər.
4.leksik şəkilçilər.
5derivativ şəkilçilər.
6.qrammatik şəkilçilər.
7.orfoqrafiyasına görə şəkilçilərin növləri.
8.orfoepiyasına görə şəkilçilərin növləri.
9.seqment şəkilçilər.
10.superseqment morfemlər.
İndi bu bölgünün izahına keçək:
1.Sıfır çəkilçilər. Elə düşünməyin ki, sıfır şəkilçilər orta məktəbdə yoxdur.İndi sadalayacaqlarımdan hamı bu şəkilçilərin çoxdan orta məktəb dərsliklərində olduğunun şahidinə çevriləcək.Amma öncə bu şəkilçilərin tərifini yazaq.Heç bir şəkilçisi olmadan bu və ya başqa bir qrammatik kateqoriyanı bildirən şəkilçiyə sıfır şəkilçi deyilir.Bura aşağıdakı morfemlər daxildir:-adlıq hal,qeyri-müəyyən yiyəlik hal,qeyri-müəyyən təsirlik hal,felin 2-ci şəxs təkdə əmr forması(nümunələr məsələnin asan olduğu səbəbinə ötürülür),tək ismlər,adi dərəcədə olan sifətlər və s.
2.Müsbət şəkilçilər –müsbət məna yaradan şəkilçilərdir-lı-4 şəkilçilər belə şəkilçilərdir.məs. dadlı, atalı,savadlı,bilikl­i və s.
3.Mənfi məna yaradan şəkilçilərə mənfi morfemlər deyilir.sız-4 şəkilçiləri bu şəkilçilərdir-dadsız­,atasız,savadsız və s.
4Leksik şəkilçilər.Mən leksik şəkilçilər bölümündə omonim,sinonim və antonim şəkilçilərin verilməsinin tərəfdarıyam.Səbəblə­rini qeyd edirəm:
a).Orta məktəbdə şagirdlər omonim,sinonim və antonimlərlə Leksika bəhsində tanış olub,həmin terminləri öyrənirlər.
b).a-da göstərdiyimiz səbəbdən başqa, onu qeyd edək ki,leksik şəkilçiləri dünyanın ən inkişaf etmiş dillərində və ölkələrində d e r i v a t i v şəkilçi termini ilə tanıyırlar.Azərbayca­n da inkişaf etmiş dil və ölkə kimi mütləq bu termini istifadə etməli və leksik termin altında məhz omonimləri,sinonimlə­ri və antonimləri saxlamalıdır.
c).Həm də bu vaxt şagirdlərin də bu məsələ ilə bağlı heç bir çətinlikləri qalmaz.Hər şey öz qəti həllini tapmış olar.
Biz müsbət və mənfi şəkilçiləri məhz antonim şəkilçinin orta məktəbdə özünə artıq yer eləməsinə görə verdik ki,şagirdlər bunu da yaxşı anlasınlar.
Onu da qeyd edək ki,omonim şəkilçilər dilimizdə həddindən artıq çoxdur.Şagird bütün şəkilçiləri,bütün nitq hissələrini mükəmməl öyrənmədən omonim şəkilçiləri fəhm edə bilməz.
5.Derivativ şəkilçilər.Bu şəkilçilər artıq qeyd etdiyimiz kimi sözdüzəldici şəkilçilərdir.(Mən yalnız bölümü sadalamaqla kifayətlənirəm.Orta məktəbdə öyrənilənlər haqqında uzun-uzadı yazmağa ehtiyac yoxdur)
6.Qrammatik şəkilçilər.Bu şəkilçiləri sadalayaq:hal və mənsubiyyət,sifətin müqayisə dərəcələri,felin inkar, təsriflənən və təsriflənməyən formaları, şəxs və ya xəbərlik ,həmçinin idi,imiş və isənin şəkilçiləşmiş halı qrammatik şəkilçilər hesab olunur.
Mən elə buradaca belə bir məsələyə toxunmaq istəyirəm ki,abuturiyent dərgisində bəzən belə bir fikirlər səslənir:Bu il də biz felin qrammatik məna növlərinin şəkilçilərini derivativ ( mən leksik əvəzinə derivativ verdim)şəkilçi kimi saxlayırıq.Əziz ekspertlər, axı belə olmaz. Dilə süni olaraq i s t i s n a gətirməyə cəhd etmək olmaz! Dilin qanunauyğunluqlarını mütləq nəzərə almalıyıq.
7.Orfoqrafiyasına görə şəkilçilər 3 yerə bölünür.Bunu bilirik.Yazmağa ehtiyac yoxdur.
8.Orfoepiyasına görə şəkilçilər.Bu bölümdə isə çəkilçilərin düzgün tələffüz qaydaları bir-bir verilməlidir.Çünki dərslikdə verilməyən bu qayda gen-bol testlərə salınır.
9.Seqment şəkilçilər bölümündə bir sözə neçə şəkilçinin artırılması öz əksini tapır.məs.
Yaz-ı-çı-lar-ımız-da­kı sözündə 5 seqment-yəni hissə şəkilçi vardır.3-ü ı-çı-dakı-derivativ,­2-si-----lar-ımız qrammatik şəkilçilərdir.
10.Superseqment şəkilçilər.Bura morfemin fövqündə dayanan vurğu,intonasiya-orf­oepiya qayda-qanunları aiddir.
Dilin qrammatikası ilə bağlı elmi müstəvidə təsdiq olunmuş qaydaları dərslik müəllifləri dəyişdirmək səlahiyyətində deyil. Və bu, dərslik müəlliflərinin həll etdiyi məsəslələr deyil.
Qeyd- keçən dəfə Heydər Əliyevə yazdığım şeirdə Heydər ədəbi lider deyil, Heydər əbədi lider getməli idi. Bu səhvə görə hər birinizdən ayrı-ayrılıqda,hamın­ızdan ümumilikdə üzr istəyirəm.Səhv mexaniki səhv olsa da,bunu özümə bağışlaya bilmirəm.

Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#14 12.05.2014 19:53
11-ci sinif Azərbaycan dili dərsliyi (2012-ci il nəşri) haqqında yeni məlumat.

Biz indi şəkilçilərin orfoepiyasından danışacağıq. Aşağıdakı şəkilçilər yazılışından fərqli tələffüz olunur:
1.cəm şəkilçiləri-lar-2.mə­s.çəmənlər-çəmənnər,­qızlar-qız­dar,otlar­-otdar,oğlanlar-oğla­nnar,oyunlar-oyunnar­ və s.
2.dan-2 çıxışlıq hal şəkilçiləri.məs.atam­dan-atamnan,oğlandan­-oğlannan,­çaydandan­-çaydannan,qələmdən-­qələmnən və s.
3.lı-4 sifət düzəldən şəkilçilər-canlı-can­nı,qarlı-qarrı,yarpı­zlı-yarpız­dı, varlı- varrı,dadlı-daddı,sö­hbətli-sö:pətdi və s.
4.lıq-4 isim düzəldən şəkilçilər.məs.uzunl­uq-uzunnux,əminlik-ə­minnih,can­liq-cannı­x,şadlıq-şaddıx və s.
5.maq-2.məs.qalmaq-q­almax,batmaq-batmax vəs.
6.ır-4 indiki zaman şəkilçiləri cəm şəkilçilərindən əvvəl həmişə fərqli tələffüz olunur.məs.gəlirlər-­gəlillər,baxırlar-ba­xıllar,gəz­irlər-gəz­illər və s.
7.ar-2 qeyri-qəti gələcək zaman şəkilçiləri də lar-2 cəm şəkilçilərindən əvvəl fərqli tələffüz edilir.məs.oxuyarlar­-oxuyallar,yazarlar-­yazallar,d­eyərlər-d­eyəllər və s.
8.ıq-4 sifət,isim düzəldən və həmçinin şəxs sonluğu(1-ci şəxsin cəmi) kimi işlənən şəkilçilər həmişə yazıldığından fərqli tələffüz olunur.məs. soyuq- soyux,bilik-bilih,qa­lırıq-qalırıx vəs.
9.aq-2 feldən isim,sifət düzəldən,həm də əmr və arzu təsriflənən fel şəkillərinin şəkilçiləri də həmişə yazıldığından fərqli tələffüz olunur.məs.daraq-dar­ax,işlək-işləh,oxuya­q-oxuyax və s.
10.dır-4 xəbər,yaxud 3-cü şəxs sonluğu da həmişə yazılışından fərqli tələffüz olunur.Daha doğru ifadə etsək,şəkilçidəki –r-samiti düşür.məs.Mənim anam evdar qadındır.- Mənim anam evdar qadındı.
11.sınız-4 2-ci şəxs cəm şəkilçiləri həmişə yazılışından fərqli tələffüz olunur.Burada qaplologiya hadisəsi –yəni heca düşümü baş verir.məs.gəlirsiniz­-gəlisiz,baxırsınız-­baxırsız və s.
12.Nəqli keçmiş -2-ci şəxs tək və cəmdə -ş- səsi düşür.Artıq bu hadisə özünü fonetik qanun səviyyəsində tapır.Yəni ədəbi dil qayda-qanunlarına uyğun olaraq tələffüz şəkli yazı-orfoqrafiya qanununa dönür.məs. gəlmişsən-gəlmisən,d­emişsən-demisən,baxm­ışsınız-ba­xmısız və s.
13.İndiki zaman fellərdə inkar şəkilçiləri artıq özünü bir neçə illərdir ki, səs düşümünün fonetik qanun səviyyəsinə qalxması,yəni orfoepiyada olduğu kimi orfoqrafiyada da təsbitləşdirmiş şəkildə aydın göstərir.gəlməyir- gəlmir,oxumayır-oxum­ur və s.
14.Sifətin azaltma dərəcəsinin –mtraq- şəkilçisi də yazılışından fərqli tələffüz edilir.məs.sarımtraq­-sarımtırax.
15.1-ci şəxs təkdə qəti gələcək zaman şəkilçiləri həmişə yazılışından fərqli tələffüz olunur.məs. gələcəyəm-gələcəm,ge­dəcəyəm-gedəcəm və s.
16.Kar samitlərdən sonra –dı-4 felin şühudi keçmiş zaman şəkilçiləri yazılışından fərqli tələffüz olunur.məs.atdı-attı­,yatdı-yattı və s..
17.sız-4 sifət düzəldən şəkilçiləri yazılışından fərqli tələffüz olunur.məs.dadsız-da­dsıs,bəxtsiz-bəxsis və s.
18.Bəzən bir tələffüz şəkli iki sözə aid olur. Yatsın-yazsın- hər ikisinin tələffüzü---yassındı­r.
19.Yalnız bir sözdə də olsa,-id- şəkilçisi –it-kimitələffüz edilir.keçid-keçit.
20. ıb-4 feli bağlama və nəqli keçmişi əvəz edən şəkilçilər –ıp-4 kimi tələffüz olunur.məs.gəlib-gəl­ip,baxıb-baxıp və s.
21.Feli bağlama şəkilçisi olan-dıqca-4 yazılışından fərqli tələffüz edilir.məs.qaldıqca-­qaldıxcan,baxdıqca-b­axdıxcan və s.
22.Feli bağlama şəkilçisi olan –dıqda-tələffüzü ilə yazılışından fərqlənir.məs.qaldıq­da-qaldıxda,atdıqda-­attıxta və s.
23.araq-feli bağlama şəkilçisi də fərqli tələffüz olunur.məs.qalaraq-q­alarax,sataraq-satar­ax və s
Mən elə bu anda feli bağlamanın istisna hal kimi çıxışlıq hal şəkilçisini qəbul etdiyini vurğulamaq istəyirəm.O, bunu b i l ə r ə k d ə n etdi.
Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#15 14.05.2014 10:03
11-ci sinif Azərbaycan dili dərsliyi (2012-ci il nəşri) haqqında yeni məlumat.

11-ci sinif dərsliyində hörmətli müəlliflər feli birləşmələrin(feli tərkiblərin)tabeli cümlələrin yaranmasında cümlə kimi qəbul edilib- edilməməsinin dilçilik elmi üçün bir qədər çətin olduğu fikrini vurğulayırlar.Lakin burada bir qədər diqqətli olmaq lazımdır ki, səhvə yol verməyəsən.
Nəzərə almaq lazımdır ki,bu barədə fikir yürüdərkən bəzi dilçilər rus və ingilis dillərinə istinad edirlər.Çətinlik də məhz bu vaxt meydana çıxır.Əslində isə bu məsələdə heç bir çətinlik olmamalıdır. Yəni feli tərkiblər Azərbaycan dilində heç vaxt ayrıca cümlə kimi götürülə bilməz.Gəlin bunun səbəblərini tam və qəti şəkildə aydınlaşdıraq:
1.İngilis və rus dillərində bu cümlələr ona görə tabeli mürəkkəb cümlənin tərkib hissəsi olur ki, həmin dillərdə onlar feli birləşmə deyil, p r e d i k a t i v mərkəz, yəni predikat- müstəqil xəbər olur.Azərbaycan dilində isə heç bir feli tərkibin belə bir “səlahiyyəti”,yəni predikativ mərkəz yaratmaq-müstəqil xəbər olmaq xüsusiyyəti yoxdur.Bu,onu sübutlayır ki,Azərbaycan dilində feli birləşmələr heç vaxt cümlə yarada bilməz.
2.Hətta rus və ingilis dillərində t ə r c ü m ə e d i l ə r k ə n bizim dilimizdə feli birləşmələr kimi alınan belə cümlələr həmin dillər üçün qəribə bir dəyişmə konstruksiyaya malik olan cümlələrdir.Bu dilləri bilən hər bir kəs mənimlə razılaşar.Aşağıda ingilis və rus dillərində öz fikrimi sübut etmək üçün belə cümlələrdən nümunə gətirirəm:
Azərbaycan dilində: rus dilində ingilis dilində
Mən evə gələndə Когда я пришла When I came home,my father was here.
atam evdə idi. домой, он был в доме.
İndi biz rus və ingilis dillərində həmin cümlələrin yerini dəyişəcəyik.Cümlə də düz olacaq,mənaya da heç bir xələl gəlməyəcək.Diqqət edək:
Rus dilində:
Когда я пришла домой мой папа был в доме.-Мой папа был в доме когда я пришла домой.
Ingilis dilində:
When I came home, my father was at home.-My father was at home, when I came home.
Bu qəbildən olan bütün cümlə konstruksiyalarının hər iki dildə-rus və ingilis dillərində belə çevik dəyişə bilmək (Mənalarını qoruyub-saxlamaq xüsusiyyətləri ilə) sərbəstliyi vardir.Bu, yalnız həmin dillərin öz qanunauyğunluqlarını­n özünəməxsusluğudur,b­izim dilimizlə heç bir bağlılığı yoxdur.Belə olan bir vəziyyətdə öz dilimizdə lazımsız dəyişikliklər aparmaq cəhdi yolverilməzdir.
3.Rus və ingilis dillərinin heç birində feli birləşmə tərkiblərinin heç biri müstəqil,yaxud tabeli cümlələrin tərkibində cümlə yaratmaq xüsusiyyəti-bacarığı yoxdur.Onda niyə bizim dilçilər buna bu qədər can atırlar?Yeni bir süni istisna dilə yalnız böyük ziyan vura bilər.Onsuz da belə lazımsız istisnalar dilimizdə həddindən artıqdır.
Ekskulyuziv, emosional vəziyyətlərdə hər üç dildə-ingilis,rus və Azərbaycan dillərində yalnız məsdər tərkiblərinin xüsusi bir,istisna bir cümlə konstruksiya yaratmaq bacarığı vardır.Bu zaman güclü predikativ cümlə sintaqmı,xüsusi predikativ-adlıq cümlələrdə olduğu kimi bir cümlə intonasiyası alınır.
4.Hər üç dildə cümlənin cümlə olması üçün mütləq göstərici-şəxs sonluqları,predikati­v mərkəz və cümlə-bitkin bir cümlə intonasiyası,Azərbay­can dilində isə daha çox tələb mübtəda ilə xəbərin uzlaşması problemi öz həllini mütləq surətdə tapmalıdır.-Yəni təsriflənməməklik cümlənin yarana bilməməsi anlamına bərabərdir.Mən gələndə,mən gəlmək,səhər gələn kimi ifadələrin cümlə kimi qəbul edilməsi ağlasığmazdır.Buna getmək qətiyyən olmaz.


Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#16 15.05.2014 19:40
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yeni material.

Biz bilirik ki, ahəng qanunu artıq tam olaraq yalnız fonetik hadisə hesab edilmir. Səbəbini isə hamımız çox gözəl bilirik. Yəni söz kökünun ahəng qanununa tabe olunması, şübhəsiz, yalnız fonetik hadisə hesab olunur. Amma əgər söz, həm leksik, həm qrammatik - bir sözlə, hansı bir şəkilçi ilə də işlənibsə, onda yalnız fonetik deyil, həmçinin m o r f o n o l o j i hadisə hesab ediləcəkdir. Şəkilçilərin oynadığı rol mütləq nəzərə alınmalıdır.
Biz onu da bilirik ki,orfoqrafik prinsip də əsasən,fonetik və morfoloji kimi şaxələrə bölünür.Fonetik prinsip sözün şəkilçisiz hissəsinin, morfoloji prinsip isə sözkökü ilə birlikdə şəkilçinin də iştirak etdiyi məqamları nəzərdə tutur.Bu deyilənləri əsas gətirərək biz orfoqrafik prinsipləri də-yəni sözün düzgün yazılıb -yazılmadığına görə iki bölgünün vacib olması fikrini irəli sürə bilərik.Əgər yalnız söz kökü səhv yazılmışsa, bunu orfoqrafik səhv hesab edəcəyik,amma söz həm də şəkilçidən,yaxud şəkilçilərdən ibarətdirsə, onda bu səhvi yalnız orfoqrafik deyil, m o r f o n o q r a f i k səhv hesab etməliyik.Bu, olduqca vacib olan bir məsələ kimi qarşıda durur.

Göyçay şəhər 6 №- li M əhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#17 17.05.2014 20:01
11-ci sinif Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid yenə məlumat.

İsim və sifətlər barədə.
Biz indi isimlərin sifətləşməsi və əksinə sifətlərin isimləşməsi məsələsinə toxunacagıq. Səhvən hal şəkilçisi qəbul edən sifətlər isim hesab edilir.
Mən,icazənizlə,elə bir variant təklif etmək istəyirəm ki,heç kəsin çaşma ehtimalı mümkün olmasın.Hamımız çox gözəl bilirik ki,sifətləçən isimlərdə də,isimləşən sifətlərdə də ikili cəhət özünü aydın göstərir.Yəni isimlər sifətləşəndə də həmin sifətləşmiş isimdə əşyəviliklə yanaşı həm də qiymətlilik əlaməti özünü o qədər büruzə verir ki, sintaktik təhlil zamanı biz o sözü t ə y i n götürürük.Yaxud sifət isimləşərkən həmin sözdə əlamət bildirməklə yanaşı ,həm də əşya bildirmə xüsusiyyəti oqədər özünü kəskin şəkildə hiss etdirir ki, yenə də sintaktik təhlil zamanı biz o sözü təyin hesab edə bilməyib, yalnız özündə əşyəvilik mənasının güclü oldugu t a m a m l ı q götürməli oluruq. Hələ onu da qeyd etmək yerinə düşər ki, hörmətli müəllifiər özləri də böyük çaşqınlıq əlaməti kimi üç belə sözü, nədənsə, isim kimi qələmə verirlər ki, bu da bu məsələnin ortalığa yenidən çıxarılması fikrinin nə qədər vacib olmasını sübut edir. (Söhbət məktəbli, kəndli və şəhərli sözlərindən gedir.) Həm də -lıq-4 şəkilçilərinin yalnız isim düzəldə bilməsini də, yenə də hörmətli müəlliflər səhvən qarışdıraraq, bir neçə belə sözü s i f ə t hesab edirlər ki, bu, artıq dildə s ü n i i s t i s n a yaratmaq cəhdlərindən başqa ayrı bir məsələ hesab edilə də bilməz. (aylıq, həftəlik, illik kimi sözləri müəlliflər sifət kimi götürürlər) Əslində,belə səhvlər ona görə yaranır ki, bu kimi sözlər tam i k i l i xüsusiyyət daşıyır. Yəni belə sözlər, həm isim, həm də sifətin xüsusiyyətini daşımaqla hətta alimlərin də səhv etməsinə gətirib çıxarır. Bu səhvlər özünü artıq qeyd elədiyimiz sözlərdə öz möhürünü vurur. Dildə bu xaosu yığışdırmağın yalnız bir yolu vardır: Bu yol bu münasibətlə dildə yaranmış olan bütün problemləri tam və qəti surətdə aradan qaldıracaqdır.Sadəcə­,biz gölin ,həm sifətləşmiş isimləri,həm də isimləşən sifətləri elə onların daşıdıqları ikili adla adlandıraq-bu adı termin kimi qəbul edək - s i f ə t i i s i m – Bu termin altında biz ,həm isimləşmiş sifətləri,həm də sifətləşmiş isimləri birləşdiririk ki,bu da bütün çətinlikləri həll edir.Doğrudan da, belə sözlərdə sifət və isim əlamətləri özünü o qədər güclü hiss etdirir ki,onları bu adla adlandırmaq ən doğru bir variant olardı.

Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.



Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#18 26.05.2014 10:17
11-ci siniflər üçün Azərbaycan dili dərsliyinə (2012-ci il nəşri) aid iradlar.

Əslində bu deyəcəklərim hələ dərsliyə salınmayıb.Yəni dərsliyin səhvi deyil.Amma qəbul imtahanına (mayda keçirilən) salınmışdı.Mən elə bildim ki,mən səhv eşitmişəm.Dünən ANS-də “Ağıl dəryası” verilişində yenidən həmin faktla qarşılaşanda mən dərsliyə bağışlanılmaz bir səhvin yol alacağından çox narahat oldum.Keçmiş yazılarımdan birində mən feli birləşmələrin heç bir təqdirdə,heç bir vəchlə cümlə yarada bilməyəcəyini, yəni tabeli mürəkkəb cümlənin müstəqil komponenti ola bilməyəcəyini misallarla izah etmişdim.Amma “baxmayaraq”feli bağlamasının da bu yöndə nəzərə alındığını ağlıma belə gətirməmişdim. Hansı feli bağlama olursa-olsun,hansı feli tərkib işlənirsə,işlənsin- o feli birləşmənin müstəqil cümlə yaratmaq və tabeli cümlənin tərəflərindən biri olmaq şansı y o x d u r. Bir onu deyirəm ki, bu səhv dərsliklərə yol almadan y ı ğ ı ş d ı r ı l m a l ı d ı r. İngilis və rus dillərində mən keçən dəfə qeyd etdiyim izahların olduqca inandırıcı olduğunu və Azərbaycan dilində isə yol verilməz olduğunu mütləq bir şəkildə göstərmişdim.İndi də baxmayaraq sözü ilə əlaqədar yenidən bəzi fikirlərin deyilməli olduğu göz önündədir.Əziz və möhtərəm dilçilər,rus və ingilis dillərində “baxmayaraq” feli bağlamasının qarşılığı olan tərcümədə bütün cümlələrin a y r ı c a predikativ mərkəzləri-yəni mübtəda və xəbərləri vardır.Ona görə də həmin dillərdə o tip cümlələr tabeli mürəkkəb cümlə kimi heç bir əngəl olmadan işlənə bilir.Amma bizim dilimizdə bu tip cümlələrdə a y r ı c a predikativ mərkəz-yəni mübtəda və xəbər yoxdur,həm də bu fakt – yəni mübtəda ilə xəbərin olmadığı olduqca kəskin bir şəkildə göz önündədir.Belə bir halda hansı mürəkkəb cümlələrdən,hansı müstəqil cümlələrdən bəhs etmək mümkündür?Gəlin nümunələrdə dediklərimizi təsbitləyək.O zaman hamı həmin fikirdə olanların necə bir səhv etdiyini özü də asanlıqla aşkar edə biləcəkdir.Mən düşünürəm ki, indiki zamanda hər kəs bu zamanın tələbinə uyğun olaraq ingilis və rus dillərini hansısa bir səviyyədə mütləq bilir.İndi biz həmin dillərə müraciət edərək fikrimizi sübut edəcəyik.
İngilis dilindən misallar gətirək:Our house is though small, it is very cosy. Though it rained, we went.İngilis dilində ən sadə cümlələrdən yararlandım ki, fikir hamıya aydın olsun.Birinci cümlənin mənası-Bizim evin balaca olmasına baxmayaraq o rahatdır.Diqqət edək-ingilis dilində olan cümlədə house mübtəda,is-xəbərdir,­sonrakı cümlədə it-mübtəda,-is-xəbər­dir.İkinci cümlədə it mübtəda,rained-xəbər­dir,onun ikinci komponenti olan cümlədə isə we mübtəda, went xəbərdir.Məhz ayrıca mübtəda və xəbərə malik olduğundan həmin dildə bu kimi cümlələr heç bir şəkk-şübhə yaratmadan,heç bir çətinlik hiss olunmadan müstəqil cümlələr hesab olunurlar.Yəni qarşılıq-güzəşt budaq cümlələri sayılırlar.
İndi rus dilinə müraciət edək.Не смотря наш дом маленкий он удобный-bu cümlədə də hər bir cümlənin özünün müstəqil mübtədası və xəbəri vardır.дом mübtəda,маленкий isə xəbərdir, sonrakı cümlədə isə он-mübtəda,удобный sözü isə xəbərdir.İndi diqqət öz dilimizə yönəlir-Evimizin balaca olmasına baxmayaraq o rahatdır.Bu cümlədə yalnız bir mübtəda və yalnız bir xəbər vardır.Buna görə də bu cümlə yalnız sadə cümlə hesab oluna bilər.Mən çox xahiş edirəm,dilə münasibət dəyişməlidir.Dilə süni istisnaları gətirmək olmaz.Bütün dəyişkənliklər xüsusi komissiyalar,hətta deyərdim ki, s e n z u r a l a r tərəfindən dəqiq şəkildə yoxlanılmalı,ondan sonra qəbul imtahanına,yaxud dərsliklərə yol tapmalıdır.Bizim dilimiz olduqca qədim,olduqca zəngin,olduqca sonsuz imkanlara malik bir möhtəşəm dildir-qanunauyğunlu­qlara uyğun bir dildir,belə bir dili hər bir kənar təsirdən qorumaq hamımızın ən müqəddəs borcudur.

Göyçay şəhər 6 № -li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#19 03.06.2014 10:31
XI sinif Azərbaycan dili dərsliyi (2012-ci il nəşri) barədə yeni məlumat.

Bir neçə alınma söz haqqında.
Əziz dilçilər,möhtərəm ekspertlər,hörmətli müəlliflər,mən indi nəzərinizə bir neçə alınma sözlər təqdim etmək istəyirəm.Olduqca diqqətli olmanızı xahiş edirəm.Elə sözlər vardır ki,onların başqa dillərdən alınması heç bir narahatlıq törətmir.Buraya məişətdə,elmdə işlənən alınma sözləri aid eləmək olar.Terminlərin çoxunun alınma söz olduğuna heç bir etiraz motivimiz də ola bilməz. Amma mən indi deyəcəyim sözlərin alınma söz olmasından ehtiyatlanmaq və bu məqamda özümüzü müdafiə üçün nələrisə mütləq surətdə izah etmək lazım gələcəkdir.Gəlin baxaq,ilk öncə, n o v r u z sözünə diqqətinizi çəkmək istəyirəm.Novruz artıq YUNESKO-nun da siyahısına daşıdığı böyük əhəmiyyət səbəbindən cəlb olunmuş tarixi bayram, qədim mədəniyyətimizi,adət­-ənənəmizi,yaşam səviyyəmizi inikas etdirən bir termin, tarixi bir hadisədir Nədən bu söz fars dilinin lüğət tərkibindən alınmışdır? Nəyə görə bu məfhumu biz fars dili ilə əlaqələndirməli olmuşuq?Bu məqamda farslar bu mərasim xislətli, zəngin və ulu bir tarixə malik,az qala ayinlər səviyyəsinə yüksələn bir gözəlliyi əlimizdən almağa təşəbbüs etməzlərmi?Hələ onu demirəm ki,ANS şirkəti hər Novruz bayramı ərəfəsində İranda bu bayramın bizim ölkəmizə nisbətən daha geniş,daha “ehtişamlı” şəkildə keçirildiyini kadrlar vasitəsi ilə nümayiş etdirir.Əslində,bizi­m xalqımızın bu bayramı daha kəhkəşanlı şəkildə qeyd etdiyimizi bütün dünyaya bəyan etməyimiz gərəkdir.Görünür,bu məsələnin nə qədər ciddi olduğunu ANS şirkəti fəhm edə bilmir.Belə məlumatlara mütləq dövlət səviyyəsində yanaşılmalı,olduqca ehtiyatlı olmalıyıq.Mən onu da deməyi zəruri hesab edirəm ki,hələ bizim xalqımıza bu bayramı keçirməyi qəti və rəsmi şəkildə qadağan etdikdə belə, bizim xalqımız bu bayramı qeyd etməkdən heç vaxt imtina etməmişdir.Çünki bu bayram bizim xalqımızın ruhuna əbədən hopmuşdur.Onu yasaqlar belə bizim xalqımızdan qopara bilməmişdir.E h t i ş a m
l ı q və m ö h t ə ş ə m l i k budur.Hətta bu bayramı bizim əlimizdən i s l a m d i n i də ala bilmədi.Bizim xalqımız islam dinini qılınc gücünə qəbul etdiyini atəşpərəstlik dininin bütün xüsusiyyətlərini qoruyub saxlaması ilə sübut etmişdir. İndi biz bu sözün nəyə görə fars dili ilə əlaqədar olduğunu göstərək. Bu isə çox asandır.Vaxtı ilə farslar bizim xalqımızla bir ərazini bölüşmüşlər.Qonşuluq­,əlaqə və münasibətlər bu sözün ortaq işlənməsinə səbəb olmuşdur.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#20 05.06.2014 11:16
XI sinif Azərbaycan dili dərsliyi (2012-ci il nəşri) barədə yeni məlumat.

Bir neçə alınma söz barədə.

Biz yalnız novruz sözünün üzərində dayanmışdıq.Amma,təə­ssüf ki,problem daha böyükdür.Yəni müasir dünyamızda YUNESKO-nun öz “qızıl” siyahısına daxil etdiyi muğamatlarımızın adları da fars mənşəlidir.Cahargah(­mənası-dörd hissə),segah(mənası-­üç hissə),dügah(mənası iki hissə),mənsuriyyə(mə­nası-hekayələr,rəvay­ətlər haqqında),rast(mənas­ı-rahatlıq,avand),Şi­raz(İranda şəhər adıdır) kimi muğamat adları da böyük təəssüf hissi ilə qeyd etməliyik ki,fars mənşəli sözlərdir.Hətta sonralar yaranan bayatı şiraz,Qarabağ şikəstəsi,kəsmə şikəstə kimi muğamatlar da fars sözləri ilə qoşa adlandırılıb.Biz bu söz-terminlərin olduqca qədim tarixə malik olduqlarından belə adlandırıldıqlarını bilirik.Amma nə qədər gözəl olardı ki,həmin sözlər qədim türk mənşəli sözlər olaydı.Mənim fikrim isə burada yalnız belə ola bilər ki, çox qədimlərdə tam və qəti surətdə farslarla türklərin ortaq sözləri çoxluq təşkil edib.Zaman keçdikcə,dillər arasındakı fərqlər özünü kəskin şəkildə hiss etdirəndə ortaq sözlər bugünümüzə qədər yanaşı, paralel olaraq gəlib.Məhz novruz sözü barədə də eyni fikir öz qüvvəsini saxlayır.Bu fikir ondan irəli gəlir ki,fars və türklər eyni ərazini paylaşdıqlarından eyni sözlər əvvəllər üstünlük təşkil etsə də,ərazilər fərqləndikcə, dillər daha çox fərqlənməyə başlamışdır.Cənubi Azərbaycanın hələ də İranla eyni ərazini bölüşməsi fikrimizi bir daha sübut edir.İndi dediklərimiz isə novruz və muğamatların,əslində­,necə qədim bir tarixə məxsus olması fikrini bir daha vurğulamaqdadır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#22 07.06.2014 16:56
XI sinif Azərbaycan dili (2012-ci il nəşri)


XI sinif Azərbaycan dili dərsliyi və bəzi sözlərin işığında yeni bir fikrə imza atmağa –sensasiya xarakterli cəsarətli bir ideyaya yeni baxış.
Mən hər birinizi salamlayır,hamınızın diqqətini deyəcəyim olduqca maraqlı bir fikrə cəlb etmək istəyirəm.Biz bilirik ki, bütün fellər məhz öz dilimizin sözləridir. Yəni söhbət fellərdən düşəndə hər birimiz bu sözlərin qədim türk dilinə aid olduğunu etiraf edirik. Fellərin dilimizdə nə qədər önəm daşıdığını, onların dilimizdə nə qədər əziz olduğunu elə dilimizin öz sözləri hesab edilmələri ilə izah etmək lazımdır. İndi gəlin erməni dilində bəzi adlara və soyadlara nəzər salaq. Qəribyan, Nəzəryan, Məlikyan, Sona, Cigərxanyan,­....Köç­əryan.....Mən belə adların sayını həddindən artıq çoxalda da bilərəm. Məsələn, Allahverdi, Verdiyan, Babayan və s. Hamının diqqətini bu adların nə qədər ermənicə səslənib-səslənməməs­inə cəlb etmək istəyirəm. Əslində, bu adlar bizim xalqımızla daha cox bağlıdır. Xristian bir xalq bu qədər çox türk, yaxud türkcə səslənməyə olduqca yaxın olan sözləri haradan almışdır?Bu qədər nifrət etdikləri türk adlarını niyə indiyədək əziz-əziz qoruyub –saxlayaraq , əziz-əziz işlətməyə davam edirlər?Nəyə görə bizim mahnılarımıza, yeməklərimizə, geyimlərimizə, məskənlə­rimizə-bir sözlə, az qala bütün bizləri əhatə edən, bizlərə əziz olan, müqəddəs sayılan hər bir meyarlarımıza sahib çıxmaq hərisliyindədirlər?M­ən bu fikri aydınlaşdırmağa can atıram və nəhayət, çox-çox fikirləşdikdən sonra mən hamımızı şoka sala biləcək bir qəribə nəticəyə gəlmişəm. Həm də bu nəticənin doğru olması fikri məni daha çox təəccübləndirdi. Bu, sadəcə, mümkün ola bilən bir cəsarət hesab edilə bilməz. Deməli, burada mütləq mənada başqa bir sirr, başqa bir müəmma vardır. Bu sirrin aşkar olunması elə məni təəccübləndirdiyi qədər hər birimizi də mat və məəttəl qoyacaq. Məncə,tarixən,heç bir erməni xalqı –filan yoxdur. Ermənilər elə t ü r k x a l q ı n ı n özləridir ki, vardırlar. Sübut göz qabağındadır-Yuxarıd­a dediyimiz adlar bu sübutun özüdür. Köç feldir-köçər feldir. Fellər dilimizin öz sözləridir-qədim türk sözləridir. Həm də paralel olaraq Fürudun bəy Köçərli –məşhur Azərbaycanlı soyadını da bu məqamda xatırlatmağımız tam yerinə düşər. Fikrimlə razılaşırmısınız? Baba hamımızın bildiyi kimi məhz ən qədim türk sözüdür . -Babayan-qədim türk sözü deyilmi? Cigərxanyan (Əlbəttə, yan-ları atmaq lazımdır) ciyər və xan sözləri əsl qədim TÜRK sözləri deyillərmi? Yenə təkrar edirəm, erməni adında bir xalq sonradan uydurulub. Bəlkə də, bunu başqaları uydurub. Uydurublar ki, eyni xalqları nə vaxtsa beləcə üz-üzə gətirsinlər, bir-birinə qırdırsınlar. Bir-birinə beləcə düşmən etsinlər. Hətta ermənilərin yazıları belə qədim Orxon-Yenisey abidələrindəki b i z i m qədim ə l i f ba m ı z deyilmi?Əlbəttə, bir qədər dəyişiklik var. Bu,uzun əsrlərin yaratdığı normal dəyişikliklərdir. Ermənilərin adı qəsdən dəyişilib, qəsdən türklərdən uzaqlaşdırılıb, bunu bizim ortaq düşmənlərimiz ediblər. Bu, başqa bir mövzunu ortaya çıxarır. Səbəbi isə odur ki,ermənilər müsəlman deyil, xristiandır. Məhz bu səbəb bu eyni xalqları düşmən eləmək məqsədinə düşmənlərimizi gətirmişdir. Tarixdən bilirik ki, daha mübariz olan bəzi türk tayfaları müsəlmançılığı qəbul etməyiblər. Məncə, ermənilər elə türkdürlər Bu barədə hamımız dərindən düşünməli, ağıllı, türkün özünə layiq bir qərar verməliyik.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Hörmətli Şərabanı müəllim, qeydlərinizin bəzisi elmi araşdırma tələb edən məsələlərdir.
Bəzi məsələlər isə birbaşa dərsliklə əlaqəli deyil. Dilin qrammatikası ilə bağlı elmi müstəvidə təsdiq olunmuş qaydaları dərslik müəllifləri dəyişdirmək səlahiyyətində deyil. Və bu, dərslik müəlliflərinin həll etdiyi məsəslələr deyil.



İbadova Gülnaz
Şərhlər: 1
Qeydiyyat: 06.06.2014
#21 05.06.2014 22:41
Əvvəla salam hamiya,mence hal-hazrda tehsil cox zeifleyib olkemizde.Bunun qarsisi alinmalidir.Yoxsa gelecek cox pisdir.Esasen rayonlarda,kend yerlerine daha cox diqet yonelmelidir,cunki kend yerlerine muellimler derslere laqeyd yanasirlar ve bunun neticesizdir ki, kendlerde usaqlar tehsilden yayinir ve basqa gereksiz mesxuliyetlere qursanirlar.Kend yerlerinde ali tehilli adamlarin az olmasida bunu gosdericisidir.menim­cun esas problem rayon,kend yerlerindeki tehsilin zeif olmasidir.Kendlerde qiz usaqlari tehsil almir,umumiyyetle mektebe gelmiller 8-ci sinifden,amma adlari jurnallara qeyd olunur.buda ucuruma geden yolun mellimlerden kecdiyin gosderir.Yeqin ki her bir uwaq ferqi yoxdu qiz-oglan hami tehsil almaq isdeyer,amma muellimler,sonraysa valdeyinler bunun qarsisini alir xahis edrem bunun qarsisi alinsin,kend yerlerine ciddi rejimli tehsil olsun.

Hörmətli Gülnaz xanım, fikirləriniz üçün təşəkkür edirik. Lakin rəyiniz mövzuya – “Azərbaycan dili –11” dərsliyi ilə bağlı məsələlərə həsr olunmayıb.
Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Ədəbiyyat
“Ədəbiyyat-10” dərsliyi ilə bağlı iradların cavablandırılması

14.03.2014 17:24
“Ədəbiyyat” dərsliyinin (2012-ci ilə qədərki nəşrlər) müzakirəsi


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#2 30.04.2014 11:45
10-cu sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) barədə bəzi iradlar.

Ən başda onu qeyd edim ki, həqiqətən olduqca geniş zaman kəsiyindəki bütün məlumatları kiçik həcmli bir dərsliyə “sığışdırmaq”bizim şagirdlərimizi bu ədəbiyyatı lazımınca öyrənməkdən məhrum edir. Gəlin heç unutmayaq ki, ədəbiyyatın insan mənəviyyatını saflaşdırmaq, cilalamaq,formalaşdı­rmaq , onu bütün pisliklərdən çəkindirmək,düzgün tərbiyə etmək,etik və estetik zövq yaratmaq,düşündürmək və gözəl olan hər bir duyğudan yararlanmaq kimi qüdrətli bir missiyasını şagirdlərin əlindən almaqla biz yalnız itiririk.Qoy proqram az olsun,qoy o mövzular o qədər çox olsun ki, o dərslər heç keçilməsin, bunun heç bir ziyanı yoxdur-təki elə mövzular kitaba verilsin ki, şagirdlər özləri boş vaxtlarında o mövzuları oxuyaraq onlardan lazımınca bəhrələnə bilsinlər.Biz bunu etməklə qazanarıq ki, itirmərik.
Kitabda qeyd olunan səhvlər bunlardır:
1.Səhifə 5-də belə bir fikir getmişdir-Ədəbiyyat nə qədər millidirsə, bir o qədər beynəlmiləldir. Beynəlmiləl sözü burada qətiyyən yerində deyil.Bu cümlə belə verilməli idi-Ədəbiyyat nə qədər millidirsə, bir o qədər də ümumbəşəridir.Çünki dünyada elə qüdrətli sənətkarlar vardır ki, onlar yalnız mənsub olduqları xalqın, vətənin övladı olmaqdan çıxaraq, həm də bütün bəşəriyyətin təmsilçisinə çevrilirlər.Bu isə hər millətə nəsib olan bir səadət deyil.Həmin qüdrətli sənətkarlar təkcə öz ailəsini deyil, təkcə öz vətənini deyil, bütün bəşəriyyəti narahat edən böyük problemlərin həllinə çalışırlar.Nizami,Nə­simi, Şekspir,Lev tolstoy və başqalarının adını çəkə bilərik.Təəssüflər olsun ki, müəlliflər elə bu siyahıda Firdovsinin də adını yazmışlar.Hörmətli müəlliflərə xatırladaq ki, Firdovsi öz “Şahnamə’’sində türkləri pisləməkdən böyük bir zövq almışdır.

“Beynəlmiləl” sözü ilə bağlı təklif TQDK-nın yekun rəyində (2014) öz əksini tapmışdır. “Şahnamə” əsəri ilə bağlı mübahisəli fikirlər olsa da, Firdovsi haqqında məlumatın verilməsində qəbahət yoxdur.

2.Müəlliflər daha bir tutarlı səhv etmişlər. Yəni bu səhv əslində bütün məlumatlarda öz əksini tapmışdır, amma mənə elə gəlir ki, bu səhv nə vaxtsa dərsliklərdən çıxarılmalıdır-Səhif­ə 6-da belə bir fikri oxuyuruq-Ədəbi tənqid isə ən gec yaranan bir prosesdir və müasir ədəbi proseslə məşğul olur.Qətib Təbrizini niyə unuduruq? Onun ədəbi tənqidə həsr olunan əsərlərini niyə unutmalıyıq? Avropalılar onu ədəbi-tənqidin gözəl nümunələrini yaradan bir şəxsiyyət kimi qəbul edərək hətta şeir yazmağın ədəbi –tənqidi əsər yazmaqdan daha asan olması fikrini vurğulayırdılar.Səbə­b onun bizim dilimizdə yazmamağıdırsa, onda bəs niyə Azərbaycan ədəbiyyatını Qətran Təbrizi və sairləri ilə başlayırıq-axı onlar da yalnız fars dilində yazırdılar.

Bu cümlə ədəbi tənqidin tarixini deyil, onun mahiyyətini nəzərdə tutur. Cümlədən ədəbi tənqid ədəbiyyatın tarixi ilə deyil, müasir ədəbi hadisələrlə məşğul olur fikri hasil olur. Üstəlik, şərh yazmaq və ədəbi tənqid fərqli məsələlərdir. Xətib Təbrizi məhz şərh yazmışdır.

3.Məncə, atalar sözlərinə bir qədər çox yer ayırmaq vacibdir.Səbəbi- atalar sözlərinin bu və ya digər elmlə bağlı olduqca mükəmməl məlumat vermək xüsusiyyətinə malik olmasıdır.məs.Göz qəlbin aynasıdır.Bu atalar sözü təbabət elmi ilə əlaqədar mühüm faktları üzə çıxarır-Ürək xəstə olanda özünü gözdə mütləq büruzə verir.Mən çox sadalamaq istəmirəm.Amma dəqiq bilirəm ki, sinifdə bu məlumatları dedikdə şagirdlər olduqca böyük maraqla dinləyirlər.Bələ məlumatlardan onlar çox xoşlanırlar.
Çox təəssüf ki, dərslikdə inanclar və sınamalar haqqında da heç bir məlumat verilməyib. Mən sinifdə bunlar barədə söhbət açıram. Şagirdlərin böyük marağına səbəb olur.Deyim ki, inanclar və sınamaların da elmlə bağlılığı,şagirdləri­n sevə-sevə dinləməsi mənə də xoşgəlir.

İnanc və sınamaların, atalar sözlərinin aşağı sinif dərsliklərində təqdim olunmasının daha məqsədəuyğun olduğunu düşünürük.


4.”Kitabi-Dədə Qorqud” haqqında.
Mən fikirlərimi aşağı siniflə bağlı bir qədər səthi şəkildə bildirmişdim.Amma indi 10- cu siniflə əlaqədar olaraq, icazənizlə daha geniş miqyasda bir neçə mülahizə də bildirmək istəyirəm.
Əziz ekspertlər və müəlliflər, sizlərə müraciət edərək mənə diqqət kəsilmənizi rica edirəm.Çünki demək istədiklərim olduqca vacib məsələlərdir .
a).”Kitabi-Dədə Qorqud’’ qəhrəmanlıq dastanıdır.Bəs niyə hörmətli müəlliflər bu möhtəşəm dastanı şifahi xalq ədəbiyyatı içərisində deyil,yazılı ədəbiyyatda təqdim ediblər?Axı yazılı ədəbiyyat nə qədər qədim olsa da, şifahi xalq ədəbiyyatı qədər də qədim olmayacaqdır.Belə çıxır ki, minillər sonra indi yazıya alınan şifahi xalq ədəbiyyatı nümunələri yazılı ədəbiyyat nümunələri kimimi verilə bilər?Bunu qəbul edəkmi? Niyə özümüz özümüzə bu boyda pislik edək?Axı bu , bizim ziyanımızadır.Xahiş edirəm ki, bu ,kitabın növbəti çapında mütləq nəzərə alınsın.

“Dədə Qorqud” eposu haqqında X sinif “Ədəbiyyat” dərsliyində məlumat verilmiş, dərsliyin heç bir yerində onun yazılı ədəbiyyat nümunəsi olması qeyd edilməmiş, yalnız 25-ci səhifədə II minilliyin əvvəllərində bu dastanın yazıya alındığı yazılmışdır. Bu fikirlər isə dastanın yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi haqqında fikir formalaşdırmır.

b).Hörmətli ekspertlər,hamımız çox gözəl bilirik ki, qəhrəmanlıq dastanları mütləq real hadisələr fonunda əks etdirilir. Bu fikir “Koroğlu”ya,”Qaçaq Kərəm’’ə,”Qatır Məmməd’’ə və adlarını vermədiyim digər qəhrəmanlıq dastanlarına nə qədər aiddirsə,”Kitabi-Dəd­ə Qorqud”a da bir o qədər şamil edilir. Bəli bu fikri qəbul edirik ki, dastan nə qədər qədimdirsə, onda əfsanəvi epizodlar da bir o qədər çox ola bilər.Amma siz də razılaşmalısınız ki,bu əsər dastandır,əfsanə deyildir.Yəni bu əsərdə real hadisələrin daha çox olması ilə istər-istəməz razılaşmalıyıq.Xüsus­ilə, əgər bu fikir bizim tam şəkildə xeyrimizədirsə,onda biz həmin fikirdən vaz keçməməliyik.
c).Əsər olduqca qədim, lap qədim zamanlara kök atır. Bunu görməmək,bunu dəyərincə qiymətləndirməmək bizə şərəf deyil, başıucalıq deyil,əksinə bizə aid olan misilsiz bir dəyərdən, misilsiz bir xəzinədən vaz keçməkdir.Əziz ekspertlər, baxın bu əsərin üzünü köçürən Azərbaycan xalqına heç nə ilə əvəz olunmayacaq misli-bərabəri olmayan müqəddəs bir yaxşılıq edibdir.Bizə bəşəriyyətin heç bir yerində rast gələ bilinməyəcək bir xəzinə bəxş etmişdir.Amma bununla yanaşı bizlərə iki düzgün olmayan məlumatları ötürmüşdür ki,bəzilərini çaşdıraraq,bizlərə olduqca böyük ziyan gətirir:
1.Kitabda naməlum yazar guya Dədə Qorquda böyük müqəddəslik gətirdiyini, böyük şərəf ötürdüyünü zənn edərək, əslində Dədə Qorqudu nail olduğu ən böyük şərəfdən-onun dünyamızın ilk peyğəmbəri olduğu şərəfindən ayırır.Yəni islam dini yeni qəbul olunduğundan Dədə Qorqudu pərəstiş etməyə başladıqları Məhəmməd peyğəmbərlə “görüşdürür”.Bununla da Dədə Qorqudun taleyini- müqəddəratını böyük və ziyanımıza işləyən səhv kimi 7-ci əsrlə bağlayır. Heç kim isə bunları –həqiqəti deməyə ,nədənsə, heç səy belə göstərmir.Axı bu bizim tariximiz, bizim şərəfimiz- bizim mənliyimizdir.Bu səhvi bizim xalqın nümayəndəsi bilmədən etmişdir və bu səhvi düzəldərək Dədə Qorqudun itirilmiş namını biz özümüz qaytarmalıyıq. Bunu bizim üçün heç kəs etməyəcəkdir.
Gəlin Dədə Qorqudun , doğrudan da,ilk peyğəmbəri olduğu fikrini sübut edək.Bu çox asandır. Ona görə ki, doğru fikirdir.Hamımız bir fikri bilirik ki, dili adi insanlar deyil, məhz seçilmiş insanlar yəni peyğəmbərlər yaradırlar.İndi Dədə Qorqudun dilindən verilən aşağıdakı misralara diqqət edək:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyuran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikana sökən demədim mən Dədə Qorqud.
Bilirik ki, Dədə Qorqud dörd əşyaya düzgün ad qoymadığı üçün əzab çəkir.Məgər əşyalara ad qoymaq dil yaratmaq deyildimi?Dili yaradan insanlar adi insan ola bilərdimi? Buradan belə bir ideya hasil olur ki, Dədə Qorqud Yer Kürəsinin ilk peyğəmbəridir.İlk yaranan dil türk dili , ilk yaranan Yer sakinləri məhz t ü r k l ə r olmuşdur. Bu fikri biz deməsək daha kim deyəcək ki?
Əsərdə bu fikrin doğruluğunu sübutlayacaq o qədər çox fakt vardır ki, saymaqla bitməz.Bu faktları qeyd edək:
a).Dünya dastan -ədəbiyyat-fikir söyləmə mədəniyyətinə məhz qədim dünya tarixinin qəbul etdiyi və bugün artıq türklərin ulu əcdadları kimi bütün dünyada tanınan şumerlərin “Gilqameş”dastanı ilə qədəm qoymuşdur.Bu da çox mühüm-türklərin ilkin mədəniyyətə ilkin olaraq yiyələnməsi faktıdır.
b).Əsərdə Dədə Qorqud bilici, gələcəkdən xəbər verən , anadan olan oğlan uşaqlarına ad qoyan bir şəxs kimi göstərilir.
c).Əsərdə Qazan xan üç ildən bir evini xalqına bağışlayır.Bu fakt özü də əsərin çox qədim olduğuna dəlalət edir.Sonralar, daha sonralar, bir daha sonralar, ya indi, müasir dünyamızda belə bir fakta təsadüf edilibdirmi? Yəni Qazan xan hələ o qədər qədimdə yaşayırdı ki, ibtidai icma quruluşuna o qədər yaxın idi ki, arada-bərədə öz evində olanlardan və xalqın evində olmayanlardan utanıb vicdan əzabı çəkdiyindən öz evini xalqına ərməğan edirdi.
d).Qazan xanın yurd,köpək,qurd vəsu ilə söhbətləşib-dərdləşd­iyini yadınıza salın.-Bu dediklərimiz əslində bu əsərin olduqca qədimlərə-çox ulu bir tarixə-dünyada hər bir xalqın haspəndi ola biləcək-qibtə edəcək bir tarixə malikdir.-Bunu biz söyləməsək, əvəzimizə kim söyləyəcək, kim bunu əvəzimizə bütün dünyaya bəyan edəcək?Gəlin bir anlığa götür-qoy edək:
Qurd ulu t ü r k l ə r i n totemi sayılır.-Bilirsiniz niyə? Bunu desək, artıq çox mətləblər öz həlledici mənasına qəti şəkildə daxil olacaq, bütün bəşəriyyət tərəddüd belə etmədən bizim haqlı olduğumuzu qəbul etmək məcburiyyətində qalmalı olacaqlar-Deyin- ilk əhliləşdirilən heyvan hansıdır? Cavab –it- olacaqdır.Cavab verin-it- canavarın törəməsi deyilmi?-......Deməl­i, yenidən vurğulayaq ki, bu da doğrudur.Belə olan surətdə nəyi gözləyirik? Axı indicə dediyimiz fikri ki bütün dünyaya görə ilk əhliləşdirilən məhz it olub,- bu fikri beləcə də bütün dünya deyir.Deməli iti ilk öncə əhliləşdirən dünyanın ilk sakini məhz elə türklərdir.
e).Yurdla dərdləşmək-hələ bugün belə modern dünyada ki yaşayırıq vətən dəlisiyik- sözün bütün mənalarında-yeri gələndə bütün yer kürəsini fikirləşirik, amma öz illərlə qurduğumuz evi daha çox düşünür, daha əziz hesab edirik.- ən qədimdə isə yurd o qədər əziz olub ki, onunla hətta canlı insan kimi dərdləşiblər, bunu isə özgələr- başqa heç bir xalq,tayfa, millət etməyib və edə də bilməzdi.Bunu yalnız muğamat yaradan yaradan, bunu yalnız bayatı-ağı yaradan,bunu yalnız layla yaradan,bunu yalnız q ə l b l ə r ə m ə l h ə m kimi yayılan əbədiyaşar əsərlər yaradan, torpağı uğrunda Tomris,Cavanşir,Babə­k,Şah İsmayıl Xətayi,Koroğlu,Heydə­r Əliyevi olan bir xalq edə bilərdi.
Köpək artıq qurdluqdan çıxıb ev qoruyan olduğu üçün Qazan xan onunla dərdləşir- və bugünlərimizdə belə bu-yəni itlə söhbətləşmə, dərdləşmə davam etməkdədir.İti ən çox sevən, hətta ona qızıl diş qoyduran bir xalq varsa, o da məhz bizik.Hətta bu barədə nə qədər maraqlı əsərlər də vardır.
Su- müqəddəsir,həyatdır, təmizlik-saflıqdır və ilk həyatın yarandığının sübut olunduğu məskəndir.Su ilə danışmaq bizdə elə indi də davam edir.Yaxşı, ya pis yuxu görən hər kəs bu yuxunu ilk öncə suya danışır.Başqa hansısa millətdə bu xüsusiyyət varmı?
Yuxu ilə əlaqədar əsərdə başqa tutarlı məqamlar da dediklərimizi sübut etməyə bizə yardımçıdır. Dastanda qəhrəmanlar hətta gördükləri yuxuya müvafiq olaraq hərəkət edirlər.Qazan xan pis yuxu gördüyü üçün ovu yarmçıq qoyaraq evinə dönür,Qaraca Çoban gördüyü yuxunun təsiri ilə döyüşə hazırlaşır.Bunlar da dediklərimizə qüvvə verir.
Dastanda aşpazlar adam menyusundan da istifadə edirlər. Bundan qorxub bu fikirdən vaz keçmək qətiyyən olmaz.Çünki bu fikir də həmçinin dastanın həddindən artıq qədim tarixə malik olduğunu bizlərə sübutlayır. Çox-çox, ən çox qədimlərdə adamlar ac qalarkən bir-birini, yaxud bir-birilərini yemişlər.Bu faktı bütün qədim dünya tarixləri qeyd edir.İnsanların daima yeni məskənlərə yayılmasının ən ümdə səbəblərindən ən başlıcası məhz onların digər insanlardan qorunmaq istəməsi olub.Gəlin bu fikri bir başqa cür də ifadə edək. Həmin vaxtlar nə pul, nə qızıl, nə brilyant vardı. Həmin vaxtlar nə dükan, nə bazar vardı.Ovlamağa başqa heç nə tapmayanda yan-yörə adamla bol idi.Qədim insan yaşamaq üçün hələ də adam əti yeyirdi.Bu fakt özü də əsərin yaşayışın yeni yarandığı dövrlərlə əlaqəsini bir daha sübut etməkdədir.
Uruzun ağ ətindən qara qovurma hazırlamaq istəmələri, qadınların qarşısına gətirilməsi və onlara yedizdirilməsi də, həmçinin dastanın olduqca qədim olduğunu bəyan etməkdədir.
Bunu da unutmaq olmaz ki, hər hansı bir qəhrəmanlıq dastanı mütləq müəyyən bir zaman kəsiyində baş verir.Dediyimiz bu fikir də dastanın olduqca qədim bir zaman kəsiyində bərqərar olmasını şərtləndirir.
Əsərdə Beyrək Baybura oğlu boyunda da olduqca maraqı , qeyd olunmağı böyük dəyər kəsb edən möcüzəli bir məqam vardır

Göyçay şəhər 6№-li Məməmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#3 30.04.2014 21:27
10-cu sinif ədəbiyyat dərsliyinə (2012-ci il nəşri) aid iradların davamı.


Müasir dünyamızda bütün dünyanın təbabət aləmində ata ilə oğul arasında izaholunmaz, sirli və möcüzəli bir əlaqənin olması haqqında fikir mövcuddur. Bu əlaqə “Kitabi-Dədə Qorqud “ dastanlarında hələ neçə minillər bundan qabaq var imiş Yadımıza gətirək-Oğlu Beyrək itkin düşdüyü andan atası Baybura 4 yolayrıcında duraraq oğlu Beyrəkdən bir xəbər gözləyir.Hətta Beyrəyin nişanlısı belə Beyrəkdən əl üzüb ərə getmək istəyirsə də, ata oğlunun ölmədiyinə əmindir və hələ də 4 yolayrıcındə sağ qaldığına inanaraq oğlunu gözləməkdən vaz keçmir. Bu məsələnin özü də çox maraqlıdır.Həmin sirli əlaqə ataya sanki oğlunun yaşadığını və ölmədiyini hiss etdirir.Ata oğlunu gözləyərək o qədər göz yaşları axıdır ki, ağlamaqdan gözləri nurunu itirir.O , bugün daha bədbəxtdir. Oğlunun nişanlısı oğlunu öldürən qatillə evlənir. Ata aciz-aciz gözləyir.Beyrək gəlib bəzi nişanələri nişanlısı Banu Çiçəyə söyləyərək ölmədiyini sübut edəndə qız ata minib qaynatasını sevindirməyə gedir.Atası bildirir ki, qoy oğlan əlini kəsərək qanını onun kor olmuş gözlərinə çəksin.Əgər gözü açılsa, onda o,doğrudan da, onun Beyrəyidir.Bugün təbabət elminin nə qədər inkişaf etdiyini hamımız çox gözəl bilirik.Amma heç bir təbabət oğul qanının kor olmuş ata gözlərinə dərman olduğunu tanımır.Bu, bayaq dediyimiz həmin gizli əlaqənin sübutundan başqa bir şey deyildir.Gəlin bir az dərinə gedək.Əgər Dədə Qorqud peğəmbərdirsə, əsərin qeyri-adi yüksək pafoslu müqəddəs kitabların dilini xatırladan bir dili olduğunu vurğulayırıqsa, onda burada başa düşülməyəcək nə var ki? Deməli, müqəddəslik bu adamlara peyğəmbərə yaxın, əzab çəkməyi bacardıqlarına görə məhz allah tərəfindən bəxş edilib.
Əsərin dili, həqiqətən, müqəddəs kitabların dilini xatırladan yüksək pafoslu , müasir tələblərin belə fövqündə dayanan qeyri-adi bir dildir.Aşağıdakılar dediklərimizi sübut etmək üçündür:
Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı,yer gizlədi,
Fani dünya kimə qaldı?
Gəlimli, gedimli dünya,
Son ucu ölümli dünya.
Və ya
Qarşı yatan qarlı dağlar
Qarıyıbdır, otu bitməz.
Qanlı-qadalı irmaqlar
Quruyubdur, suyu gəlməz.
Şahanə-şahbazı atlar
Qarıyıbdır,qulun verməz.
Onu da qeyd edək ki, dastanda nəinki şeirlər, hətta nəsr hissələri də insanı heyrətləndirir, nəsr dili də şeir dilini xatırladır.məs.Torpa­ğı qorumadın, onu əkməyinə dəyməz. Əkmədin , onu qorumağına dəyməz.-və ya-Ov ovladı,quş quşladı.Əsərdə onu müqəddəs kitablara bənzədən xüsusiyyətlərdən nəsihətamiz,hikmətam­iz ifadələrin bolluğunu göstərmək məqamına düşər.Atalar sözləri isə insanı öz arxasınca apara bilən ən dəyərli sözlərdir ki, əsərdə gen-bol işlənmişdir.Həm də bir qədər yuxarıda qeyd etdiyimiz kimi, atalar sözlərinin hamısında qüdrətli bir elm,qaçılmaz bir müqəddəslik hiss olunmaqdadır.Elə bu anda biz mütləq əsərdə istifadə edilən alqışlara da toxunmalıyıq.Alqışla­rla yuxu arasında sıx bir əlaqənin olduğunu bilirsinizmi?
Gəlin bu barədə bir qədər danışaq.Alqışlərdan bəzilərinə toxunaq.Söhbət , əlbəttə,”Dədə Qorqud”dastanındakı alqışlardan gedəcək.Çünki dastan çox qədim olduğu üçün oradakı alqışlar da qədimdir və nəzərinizə onu da çatdırım ki, elə bütün hikmətlər məhz qədimliklə bağlıdır.Hikmət ondadır ki, əsərdəki alqışlarla əlaqəli yuxuda məhz bu günlərimizdə belə,nə görsək , tam düz çıxacaqdır.Buyurub, yoxlaya bilərsəniz, bu fikrin düzgünlüyünə tam əmin olacaqsınız.-Budur t ü r k ü n üstünlüyü, budur t ü r k ü n müqəddəsliyi, budur t ü r k ün hikmət dünyası, budur t ü r k ü n fəziləti.Bir neçə misal gətirim-Çaparkən ağ-boz atın büdrəməsin!-Yuxuda ağ və boz at görsəniz, xoşbəxtliyə işarədir.Ya-Qarlı uca dağların yıxılmasın!-Yuxuda dağ başına çıxsanız, yenə ucalığa işarədir.Ya-Kölgəli hündür ağacın kəsilməsin!-Yuxuda hündür ağac , həm də yaşıl olmaq şərtilə, görürsünüzsə, yenə də yaxşılıqlara işarədir.Həmçinin,-C­oşğun axan gözəl suyun qurumasın!-Yuxuda coşğun axan su görəcəksinizsə, işiniz əla olacaq deməkdir.
Özünüz deyin, saydıqlarımız müqəddəsliyə işarələrlə dolu deyilmi?
Daha çox tutarlı bir fikir də söyləmək lazımdır.Gəlin yadımıza salaq-“Quran’’da analar haqqında belə bir deyim olduğunu hamımız bilirik.-Cənnət anaların ayaqları altındadır.-
İndi isə “Kitabi-Dədə Qorqud”da analar haqqında olan fikirlə üz-üzə qalaq-Ana haqqı tanrı haqqına bərabərdir.-Sözü sizlərə buraxıram-Hansı daha üstün fikir hesab edilə bilər? Şərhə ehtiyac varmı?
Məgər 7-ci əsrdə anadan olan oğlan uşaqlarına ad qoyulmurdumu? Məgər türk xalqı 7-ci əsrdə çadırdamı yaşayırdı?Yenə də şərhə ehtiyac yoxdur.
Əsərdə müqəddəsliklə bağlı bir məqam daha vardır. Söhbət sonsuzluqdan gedəcəkdir.Dastan qədim olmaq etibarılə olduqca maraqlı bir fikir ötürür.Qızı olan qırmızı çadıra, oğlu olan ağ çadıra, sonsuz olan qara çadıra.Allah onları qarğamış, biz də qınayırıq.Məsələ bundadır ki, bir qədər sonra biz dahi Nizamidə “Yeddi Gözəl” əsərində Yəzdigürdlə bağlı belə bir epizodun şahidlərinə çevrilirik ki, Yəzdigürdün övladı ona görə yoxdur ki, o,murdar adamdir; daima pisliklər edir,kimlərisə öldürür, kimlərinsə bütün var-yoxunu əlindən alır,kimlərisə evsiz-eşiksiz qoyur və yalnız dərvişin məsləhətlərindən sonra, uzun müddət yaxşılıqlar edəndən, acları doydurandan, evsizlərə ev verəndən bir müddət keçdikdə tanrı onun günahlarını bağışlayır və Bəhram anadan olur.Bu da təmizliklə,saflıqla,­müqəddəsliklə birbaşa bağlı deyilmi?
Sonda bunu da deyək ki, əsərin üzünü köçürən şəxs həm də əsərə islam dini ilə bağlı epizodlar daxil etmişdir ki, bu da əsərin qədimliyinə xələl gətirməkdədir.Şifahi xalq ədəbiyyatı çoxvariantlıdır.Bunu düzəltməklə biz sadəcə, şoxvariantlığı bərpa etmiş olarıq .Gəlin biz bunu gec olmadan, elə indi edək.Edək ki, gələcək nəsillər bizi qınağa çəkməsinlər.

Hörmətli Şərabanı müəllim, dastanla bağlı geniş araşdırmalarınız üçün sizə təşəkkür edirik. Dastanın qədimliyi və islamdan daha əvvəlki dövrə təsadüf etdiyi haqqında müxtəlif fikirlər, tədqiqatlar var. Lakin dastanı dövrümüzə gəlib çıxdığı şəkildə təqdim etməyə məcburuq. Onun üzərində əməliyyatlar aparmaq, dəyişdirmək maddi mənbələrə sayqızılıq demək olar.

Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#4 01.05.2014 21:50
10-cu sinif Ədəbiyyat dərsliyi (2012-ci il nəşri) haqqında iradlarln ardı.

Səhifə 47-də “Xosrov və Şirin” əsəri ilə bağlı dərslikdə verilən aşağıdakı cümlələri diqqətinzə ötürürəm:-Hökmdarın ondan məhəbbət mövzusunda əsər-“həvəsnamə”istə­məsindən o qədər də razı qalmayan Nizami çıxış yolunu onda görür ki,özünə qədər bu janrda poema yaratmış müəlliflərdən fərqli olaraq yüngül məhəbbət macəralarının təsvirini verən bir əsər yox, məhəbbətin ecazkar təsiri altında insanın mənəvi-əxlaqi təkamülünü göstərən ölməz poema yaratsın.

Bu məqamda qüsurlu bir cəhətin olduğunu düşünmürük.

Səhifə 52-də Nizaminin “İsgəndərnamə” əsərinin ayrıca verilməsini hamımız bilirik .Mən testlərdəki səhvləri deyəndə də bu haqda danışmışdım. Təklif kimi bu əsərin yerinə “Xosrov və Şirin”əsərinin salınmasını xahiş etmişdim.Səbəbləri çoxdur:
1.İsgəndər bildiyimiz kimi, Makedoniyalı İsgəndərdir və tarixi bir qədər oxuyan hər bir azərbaycanlı belə bir adamla bağlı ideal-poetik , az qala peyğəmbərləşdirilən obraz səviyyəsinə qaldırılan “personaj”la tanış olmaqdan heç bir şərəf hissi duya bilməz.Belə olduğu təqdirdə biz hər dəfə özümüzü niyə mənən bu qədər alçaltmalıyıq? Tarix kitablarında hələ də Azərbaycanın adı Makedoniyalı İsgəndərin sərkərdəsi olan Atropatın adı ilə bağlanmaqdadır.Həm də bu bağlılığın ən ağrılı tərəfi məhz ondadır ki, Makedoniyalı İsgəndər Azərbaycanı tam və qəti şəkildə işğal etmiş və bu ölkəni daima əsarətdə saxlamaq məqsədi ilə öz sərkərdəsini bu ölkəyə başçı təyin etmişdir.İndi özünüz bir qərar verin.Bu əsəri tədris etməliyikmi?
2.Əslində alimi təpikləyən biri ideal olmağa layiqmidir?
3.Dahi Nizami tarixi təhrif edib, İsgəndəri Nüşabənin ayağına gətirsə də,guya Nüşabəni ruslardan azad etsə də, Nüşabəni özündən ağıllı zənn etsə də,əslində,bunlar tarixi dəyişə bilməz.Heç bir vətənpərvər azərbaycanlı da həqiqətə bu qədər göz yumaraq bə əsəri soyuqqanlıcasına tədris eləməyə özündə qüvvə tapa bilməz.Qalanını sizlərin öhdəsinə buraxıram.

Əsərdə hər hansı milləti, xalqı aşağılayan heç bir motiv nəzərə çarpmır. İsgəndər ideal obraz kimi yaradılmamışdır. O, səhvləri, qüsurları ilə təsvir edilmişdir. Lakin üzləşdiyi hadisələr, insanlar ona səhvlərini gec-tez anlamaqda yardım edir.

Səhifə 63-də Nəsimiyə aid olduqca qüsurlu bir fikir getmişdir. Mən həmin cümləni olduğu kimi yazıram-Nəsimi Peyğəmbər nəslindən olduğu üçün ‘’Seyid”adlandırılmı­şdır.Diqqət edin-əgər Nəsimi peyğəmbər nəslindən olsaydı, onda o, ərəb olmalı idi. Nəsimi –
Gərçi bugün Nəsimiyəm, Haşimiyəm, Qureyşiyəm,
Məndən uludud ayətim, ayətidanə sığmazam.-deyirdisə, o ərəb olduğunu qətiyyən düşünmürdü.O, bildirmək istəyirdi ki, pisliklərdən tamamilə təmizlənmiş hər bir kəs peyğəmbər kimidir.

Bu fikir elmi və məntiqi cəhətdən əsassızdır. Bütün seyidlər ərəb deyil. Seyidlərin ulu əcdadları imam Hüseyn nəslindən ola bilər və bu nəsil dünyanın çox yerinə yayılıb. Seyidlik bir institut, bir şəcərədir. Və Şərq dünyasında müqəddəs sayılan adamlara “ağa”, “seyid” deyilir.

Səhifə 66-da “Yanaram” qəzəlinin ilk beytindəki səndən iraq ifadəsini müəlliflər iki mənada işləndiyini göstəriblər.Əslində, bu ifadə yalnız bir mənada işlənmişdir.Səndən uzaqda olanda mənasında. Nəsimi bu misra ilə onu demək istəyir ki, sevgilisindən uzaq olanda o, gecə də, gündüz də yanır.İkinci məna ona görə düzgün hesab edilə bilməz ki, şair çox sevdiyi üçün sevgilisinin də onu sevməsini arzu edir.

Təbii ki, şair sevdiyinin onu sevməsini arzu edə bilərdi, lakin öz çəkdiyi əzabları sevgilisinin də çəkməsinə razı ola bilməzdi.

Səhifə 67-də “Mən mülki-cahan...” qəzəlində-
Mən mülki-cahan, cahan mənəm,mən,
Mən haqqa məkan,məkan mənəm, mən.-beytinin mənasını –dünyadakı bütün gözəllikləri yalnız insanın layiqincə duyub qiymətləndirməyi bacardığını qeyd ediblər.Əslində, bu qəzəlin bütün beytlərində insanın kamilliyi,insanın mükəmməlliyi, insanın bütün canlıların fövqündə dayandığı,insanın şərəfi,insanın yerdən-göyədək hər bir biliyi öyrənmək,dərk etmək arzusu və bu arzuya nə vaxtsa yiyələnəcəyi,insanın əzəməti, qüruru,ləyaqəti-bu ləyaqətin,qürurun,əz­əmətin-yerlərə və göylərə sığmadığı, insanın daima bütün pisliklərin fövqündə dayandığı-bir sözlə, insanlığın bəşəriyyətə meydan oxumasıdır.-insanlığ­ın harmoniyası-insanlığ­ın simfoniyasıdır,insan­lığın fəlsəfəsidir.
Nəsimi bu şeiri ilə bizlərdən hər birimizi şərəfləndirmiş, bizlərdən hər birimizi mənən göylərə ucaltmışdır.Amma Nəsimi bu ucalığa layiq şərh olunmalı idi.Buna onun haqqı var idi.
Nəsimi nəinki həyatı, nəinki çarpışması, nəinki yaradıcılığı, hətta ölümü ilə belə, düşmənlərini mat və heyran buraxaraq, onları sarsıtmağı bacarmışdı.Bu, hər kəsə layiq olan bir məqam deyildir.Nəsimi qədər həyatı əfsanələrlə zəngin olan ikinci beləsi yoxdur.Çünki xalq onu sevir və bu sevgini əfsanələrə çevirirdi.Düşmənləri onu öldürməyə də qorxurdu-onlar xalqın Nəsimiyə olan böyük sevgisindən ,sözün əsl mənasında q o r x u r d u l a r.O, sağlığında belə özünə məhəbbətdən abidə ucaltmağı bacarmışdı.Amma müəlliflər belə bir şəxsiyyətə cəmi üç vərəq həsr etmişlər.

Şah İsmayıl Xətayi.
Bu şəxsiyyət də yalnız Azərbaycan kimi müqəddəs bir ölkəyə xas olan olduqca qeyri-adi bir insan- Allahın özünün bu məkana layiq bildiyi və bağışladığı əvəzolunmaz bir ərməğandır.
yaşında öz gücünə şah olan belə bir şəxsiyyət yalnız bizim xalqımıza aiddir – başqa heç bir yerdə, dünyanın heç bir ayrı yerində 14 yaşında öz gücünə şah olmağı bacaran birinə rast gələ bilməzsiniz. Ərəblərin işğalından sonra Azərbaycan dili tamam gözdən-nəzərdən düşmüşdü. Şairlər uzun müddət bu dilə qiymət verilmədiyindən öz ana dillərində yazmaq istəmirdilər-ərəblər bu dili çoban dili səviyyəsində tuturdular.-Məhz həmin ağır vaxtda Xətayi özünü şah elan edir və bu şahlıq Azərbaycana çox yaraşır-Məğribdən-mə­şriqə çox böyük bir ərazini Azərbaycan adında birləşdirən Xətayi Azərbaycan dilini dövlət dili səviyyəsinə yenidən qaldıraraq həmin dildə gözəl şeir nümunələri yaradır-
Qızılgül bağü bustanım, nə dersən?
Fəda olsun sənə canım,nə dersən?

Qərarü-səbri-aramım tükəndi,
Kəsildi külli-fərmanım, nə dersən?

Sənin məqsudun budur ki, mən ölüm,
Sənə halaldır qanım, nə dersən?

Gər yatsam, min il torpaq altında
Dürüstdür əhdü –peymanım, nə dersən?

Hamının küfr ilə imanı vardır,
Mənim küfrilə imanım, nə dersən?

Xətayi can ilə çün səni sevdi
Sevən ölsünmü,sultanım, nə dersən?
Göründüyü kimi, bu qəzəl ,hər mənada və hər cəhətdən kamil bir sənət əsəridir, hətta Füzulinin belə istənilən qəzəli ilə rəqabətə daxil olmaq gücündədir. Belə bir şəxsiyyətə də müəlliflər, çox təəssüf ki, kifayət qədər diqqət və yer ayırmamışlar. Xətayi şəxsiyyətini tanıda biləcək əsərlərdən və cümlələrdən faydalana bilməmişlər.

Məhəmməd Füzuli.
Məhəmməd Füzuli adı bütün Şərq dünyasını bir mif kimi dolaşan, qəlblərin dərinliyinə enməyi, ürəkləri fəth və”işğal etməyi , söz ordusu ilə bütün əzaları zəbt edən”,sözün ecazkar qüdrəti ilə insan qəlbini riqqətə və ehtizaza gətirən,düşüncələri sözün sözə yanaşaraq əmələ gətirdiyi sirli ifadələrlə dəyişmək sehrinə,möcüzələrinə sahiblənən ən nadir sənət incilərini ədəbiyytımıza bəxş edən “sözə həmişə ehya verən”, ürəklərdə gəzməyi ,iliklərimizdə və damarlarımızda qanımız kimi dövr etməyi bacaran qeyri- adi bir söz sərrafıdır.
Vaxt var idi ki, böyük Füzuli şikayətlənirdi-
Nə açar kimsə qapım badi-səbadan özgə
Nə yanar kimsə mənə atəşi dildən qeyri.
Bu misralar dediyimiz sehrli fikirlərdən biridir. Yəni şair elə yoxsuldur ki, onun qapısını əsən küləkdən başqa heç kəs açmaz, elə zavallıdır ki, ona evində yandırdığı atəşdən başqa birinin canı yanmaz. Amma indi, bugünlərimizdə xoş sözə, təskinedici sözə ehtiyac duyan hər bir kəs özü, heç kimə əyilmədən məhz Füzulinin söz evinə daxil olub, ondan könül arzusu ilə “doyanadək” bəhrələnir.Füzuli şeiri heç bir şeirlə müqayisəyə gəlməz.Hələ onda elə misralar, elə beytlər var ki, həmin parçalardakı məcazlar elmdə öz yerini ala bilməyib , alim yolunu gözləyir-yəni Füzuli Azərbaycan dilini elə zənginləşdirib, elə mükəmməlləşdirib ki,
Bunu başqa heç kəs edə bilməz. Demək asandır, gəlin dediyimizi sübuta yetirək:
Gər dersə Füzuli ki, gözəllərdə vəfa var,
Aldanma kim, şair sözü, əlbəttə,yalandır.
Füzuli yalançı idimi?Məcazın gücü göz önündədir.Ya-
Eşq tədbiri,ey müalic,qabili mümkün deyil,
Tərki-can derlər onun ən mötəbər dərmanına.
Saf eşqin dərmanı ölməkdir.Ya-
Əgər su damənin tutdum,rəvan döndərdi üz məndən,
Və gər güzgüdən umdum sidq, əksi-müddəa gördüm.
Beytin açması:-Əgər dərdimi axan suya dedim,dərdimin ağırlığı axan suyun məcrasını tərsinə döndərdi,güzgüyə dərdimi dedim,güzgü mənə tərs üzünü çevirdi.Şair güzgünün tərsinə göstərmə xüsusiyyətini sənətkarcasına poetik bürüntüyə qərq edərək,misilsiz bir məcaz yaratmışdır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6№ -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.

Təbii ki, bir neçə səhifəlik şərhlə klassik yazıçılarımızın yaradıcılığını əks etdirmək mümkün deyil. Lakin düşünürük ki, dərsliyin həcmi yol verdiyi qədər onlar haqqında təsəvvür yaratmağa nail olunmuşdur. Məlumatyönlüyün müasir təhsilin prinsipləri baxımından məqsədəuyğun olmadığını da nəzərə alsaq, müəllimlərin səyi nəticəsində şagirdlərin klassik yazıçılarımızın yaradıcılığı haqqında tədqiqata yönləndirilməsinin əhəmiyyətli olacağına inanırıq.

Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#5 02.05.2014 20:23
10-cu sinif ədəbiyyat dərsliyindəki (2012-ci il nəşri) iradların davamı.

İndi isə bu parçaya nəzər salaq:
Gər basıb əl nəbzimə təşxil qılsan, dərdimi
Al əmanət, qılma hər bidərdə izhar,ey həkim.
Bu beytin açması olduqca maraqlıdır. İndi-indi inkişaf etmiş ölkələrdə yeniyetmə gənc özünə qapananda, yaxud özünü pis hiss edəndə, ata-anası həmin şəxsi həkimə aparanda, həkim əvvəlcə gəncin nəbzini əli ilə tutaraq, gənc əgər qızdırsa, oğlan adlarını, yox əgər oğlandırsa, qız adlarını deməyə başlayır. Təsadüfən hansısa adın çəkildiyi zamanı ürək şiddətlə döyünərsə, onda həkim valideyni bir kənara çəkərək, onun övladının sevgiyə tutulduğunu və ona kömək lazım olduğunu söyləyir. Deməli, həkimlər bugünlərimizdə sevginin xəstəlik olduğunu bildirirlər. Dahi Füzuli bunu beş əsr bundan öncə, həm də şeirində söyləmişdir.
Biz bu beytlərin sayını daha çox artıra bilərdik. Amma belə gözəl şeirlər əvəzinə dərslikdə elə nümunələr verilib ki, şagirdlər Füzulini onlar əsasında heç də tanıya bilməzlər. Əksinə elə bir beyt nümunə kimi gətirilib ki, orta məktəbə, yenə də həmin parçanın necə yol tapması hamımızı çox narahat etməlidir:
Çıxma yarım gecələr əğyar tənindən, saqın
Sən məhi övci məlahətsən bu nöqsandır sana.
Hələ müəlliflər bu beytin açılmasına da, xeyli yer ayırıblar, xeyli canfəşanlıq göstəriblər. Bunu necə etmək olardı? Bu beyt dərslikdən çıxarılmalıdır.

Beytlə Füzulinin sözün incəliklərindən necə istifadə etməsi, onun bədii ustalığı diqqətə çatdırılmışdır. Bu beytdə kobud, qəbahətli heç bir ifadənin olduğunu düşünmürük.

99-cu səhifədə iki möhtəşəm epos müqayisə olunmuş, lakin bu müqayisədə aşağıdakılar unudulmuşdur:
1.Hər iki eposda ozan-aşıq mədəniyyətinin çox böyük əhəmiyyət kəsb etdiyinin şahidi oluruq. Bu fakt mütləq deyilməli idi. Musiqi mədəniyyətinin ən qədim zamanlarda belə, əziz, müqəddəs tutulması hamımızın qəlbini riqqətə gətirir.
2.Hər iki eposda əfsanəvi cəhətlərin də yer tapması ,nədənsə, unudulmuşdur. Bu epizodların olması həmin abidələrin qədimliyinə dəlalət edir ki, bu faktlardan öz xeyrimizə imtina etməyə haqqımız yoxdur.
3.Hər iki eposda Azərbaycan qadınlarının nə qədər gözəl, nə qədər zərif, nə qədər duyğusal, nə qədər ağıllı, nə qədər canıyanan olduqları öz əksini tapmışdır ki, bu faktlar da mütləq vurğulanmalıdır.
4.Hər iki eposda vətənə, elə-obaya, xalqa böyük bağlılıq vardır. Bu fikir də çox əhəmiyyətli olub, sadalanmalı idi.
5. Hər iki eposda təşkilatçılıq, idarəetmə bacarığı, yeri gələndə təkbaşına düşmənə hücum etmək cəsarəti öz əksini tapmışdır. Bu faktlar da qeyd olunmalıdır.

Təklifiniz üçün təşəkkür edirik. Təbii ki, hər iki dastanın ortaq xüsusiyyətlərinin sayını xeyli artırmaq olar. Ancaq bunların hamısının dərslikdə verilməsi məqsədəuyğun deyil. Şagirdin öz tədqiqatı nəticəsində bu fikirləri əldə etməsi daha məqbuldur.

100-cü səhifədə nərə sözünün böyük hərflə yazılması təəccüb doğurur.

İrad TQDK-nın yekun rəyində (2014) öz əksini tapmışdır.

Səhifə 109-da səhv bir ifadə verilmişdir. -Məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar. –Olmalıdır - Məni qoruyan mənim tanrımdırsa, şüşəni daş içərisində də salamat saxlar.

İfadənin dəyişdirilməsi məqbul deyil. Çünki ilk variantdakı fikir öz orijinallığı ilə seçilir. Cümlə bu şəkildə dəyişdirilərsə, onun ilkin mənası itə bilər.

Səhifə 118-də “Sərgüzəşti-vəziri-x­ani-Sərab” əsəri belə verilməlidir - “Sərgüzəşti-vəziri-x­ani-Lənkəran”. Ort­a məktəbə ikili variantlar gətirilməməlidir.

M.F. Axundzadə bu əsəri yazarkən onu “Sərgüzəşti-vəziri-x­ani-Sərab” şəklində adlandırıb. Sonralar Sərab yaxınlığında dənizin olmadığını və hadisələrin də dənizkənarı bir şəhərdə baş veridiyini nəzərə alan müəllif dostlarının təklifi ilə əsəri “Sərgüzəşti-vəziri-x­ani-Lənkəran” şəklində adlandırıb. Əsəri hər iki adla adlandırmaq məqbuldur, amma ən doğru yol əsərin birinci adını xatırlatmaq və niyə məhz belə adlandırılmasını, “Sərgüzəşti-vəziri-x­ani-Lənkəran” şəklinə düşməsini şagirdlərə anlatmaq və əsəri bu adla da tədris etməkdir.

Səhifə 127-də ciddi bir səhv var. Yəni səhv olaraq satira janr kimi ayrıca qeyd olunub. Satira epik növə aiddir.

Həmin materialda satira janr deyil, üslub kimi göstərilmişdir.

Səhifə 128-də “Dilbər”, ”Dilbəri-sadə” kimi ifadələr kişik hərflə verilməli olduğu halda, böyük hərflə yazılmışdır.

Həmin ifadələrin ədibin yaradıclığında ümumiləşmiş obrazları əks etdirdiyi üçün bu şəkildə verilməsi mümükündür.

Səhifə 129 və 131-də qoşmanın yazılışı bənd şəkıində deyil, məsnəvi şəklində getmişdir. Bu, ciddi səhvdir.

Qüsur dərsliyin 2014-cü il nəşrində korrektə edilmişdir.

Səhifə 135-də Qasım bəy Zakirin sənətkarlığında mütləq bir şeir parçası olmalı idi. Sənətkarlıq həmin şeir parçasında öz əksini tapmalı idi.

Təklif TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

Səhifə 146-da bir cümləni diqqətinizə ötürürəm - O, Şahbaz bəyin daxilindəki istək və ehtirasları görə bilmir. Bu cümlədəki səhvləri qeyd edək:
a) Ehtiras sözünü orta məktəbdə belə cümlələrdə vermək məqsədəuyğun deyil. Əgər oxumaq ehtirası şəklində işlənsə idi, heç bir etiraz motivi olmazdı. Amma istək sözündən sonra bu söz lazım deyildi.

“Ehtiras” sözünün Azərbaycan dilinin izahlı lüğətində açıqlaması bu şəkildədir: ağlın çətinliklə idarə edə bildiyi hiss, coşqunluq, ruh yüksəkliyi, vəcd, həyəcan və s. Bu sözün ifadə etdiyi mənalar çoxdur. Dilimizi sözlərdən təcrid etmək düzgün yol deyil.

b) Şərəfnisədən bu cümlənin mənasına görə “şərəf” çıxılır. Yəni qızın öz sevgilisini başa düşməməsi qıza şərəf gətirmir. Niyə qızı belə gözdən salırsınız?

Əsərdəki obrazların öz zəif cəhətləri ilə təzahür etməsi mümkündür.


c) Bu cümləyə baxaq: Nişanlısının Parisi görmək, dünyadakı yeniliklərdən xəbər tutmaq arzusunu öz düşüncə tərzinə uyğun mənalandırır. Əslində, Şahbaz bəy nə Parisi görmək, nə də dünyadakı yeniliklərdən xəbər tutmaq istəyirdi. Hörmətli müəlliflərin nədən belə yazdıqlarını başa düşmək mümkün deyil. Şahbaz bəy Parisə fransız dilini öyrənmək, özünə karyera qurmaq məqsədilə bunu etmək istəyirdi.

Bunlar o qədər də fərqli məqamlar deyil.

Səhifə 148-də olduqca böyük bir səhv var:- ...Bizim arvadlarımız gödək libas geyinər,(?) onların arvadları uzun libas....Diqqətli olmaq lazımdır ki, belə səhvə yol verilməsin.

Həmin dövrdə, doğrudan da, fransız qadınları uzun, ətəkli donlar geyirdi. Azərbaycan qadınlarının libası isə bu qədər uzun olmurdu.


Səhifə 156-da S.Ə.Şirvaninin heç vaxt heca vəznində yazmaması getməli idi. Testə bu barədə məlumat salınır, dərslikdə isə heç bir göstəriş yoxdur və birinci cümlədə şairin yazdığı lirik növlər sadalanandan sonra və sair kimi janrlar da qeyd olunur ki, bu şagirdləri düz fikirdən yayındırır.

İrad TQDK-nın yekun rəyində öz əksini tapmışdır.


Səhifə 157-də və 168-də qəzəl, səhvən, bəndlə, qoşma isə səhvən məsnəvi kimi verilmişdir.

Qüsur dərsliyin 2014-cü il nəşrində düzəldilmişdir.


Səhifə 160-da S.Ə.Şirvaninin sənətkarlığında da şeir nümunəsi unudulmuşdur.

Təklif TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

Səhifə 170-də “Görmədim” qoşmasında Aşıq Ələsgərin cəmiyyətdə neqativ halların doğurduğu təəssüf hisləri ustalıqla şərh olunur.- səhv verilib-Ələsgər ədəbi tənqidçı deyildi. Müəlliflər bu fikri öz tərəflərindən versə idilər, biz bunu səhv hesab etməzdik.

“Şərh” sözünün Azərbaycan dilinin izahlı lüğətində açıqlaması bu şəkildədir: açma, anlatma, izah (etmə), təfsir (etmə), bildirmə. Sözün yuxarıdakı şəkildə verilməsi məqbuldur.

Səhifə 150-də də bu fikir düzgün hesab edilə bilməz-Povestdə əsas tənqid hədəfi Şah Abbasdır. Əslində, şah mütləqiyyəti demək daha doğrudur,çünki şahın ətrafındakılar da bir o qədər günahkardırlar.

İrad dərsliklə bağlı TQDK-nın yekun rəyində (2014) əksini tapmışdır.


Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#6 12.05.2014 19:51
10-cu sinif “Ədəbiyyat” dərsliyi (2012-ci il nəşri) barədə yeni məlumat.

Mən ən qədim Azərbaycan ədəbiyyatı barədə yazacağam. Hamimiz üçün ən qədim dövr Azərbaycan ədəbiyyatı barədə danışmağın nə qədər ağrılı olduğunu gizlətmək mümkün deyildir. Olduqca ağrılı məqamlardır ki, Azərbaycan ədəbiyyatı adı altında biz ərəb, “ən yaxşı halda fars” dilində yazılmış əsərləri nəzərdə tuturuq. Səbəbini isə çox gözəl bilirik. Bilirik və ağrıya-ağrıya susuruq. Susuruq, çünki dinlə bağlı olduğundan hər bir kəsin qəlbində qəribə xof və zəhm yaranır. Bütün dünya bilir ki, ərəblər 7-ci əsrdə Azərbaycana hücum edib. Bu fakt Qədim dünya tarixində öz əksini tapıb. Lakin bizim tarix kitablarında ərəblərin istilası az qala islam dininə görə bəraət qazanır, belə fikirlər verilir ki, guya Azərbaycanda heç bir mədəniyyət yox imiş, ərəblərin mədəniyyəti ilə guya Azərbaycana böyük bir,yeni bir islam mədəniyyəti qədəm qoyubmuş. Mənə inanmayanları mən Azərbaycan tarixi kitablarını oxumağa dəvət edirəm. Amma biz və yalnız biz özümüz bilirik ki, belə əsərlər yazılmış, lakin ərəblərin istilası zamanı o abidələrin hamısı məhv edilmişdir. Onlar dinimizi, dilimizi əlimizdən almaqla kifayətlənməmiş, bütün yazılı abidələrimizi məhv etməklə ürəkləri soyumamış hətta bizi yer üzündən silmək məqsədi ilə Azərbaycanın hər bir tərəfinə çoxlu sayda ərəb ailələri köçürməklə, azərbaycanlıları ərəblərin içində “əritməyə”cəhd etmişlər. Bu fakt tarix kitablarında vardır. Bu prosesin elmi adı assimilyasiyadır. Kitablarda bu prosesi assimilyasiya termini ilə veriblər ki, heç kim heç nə başa düşməsin. Bəs başa düşənlər nə etsin?
Bu halda bizim bircə təskinliyimiz var. O da bundan ibarətdir ki, heç bir azərbaycanlı qızı ərəb oğlanına ərə getmədi, ərəblərin assimilyasiya –yəni azərbaycanlıları bir millət, yaxud ən azından bir xalq kimi yox etmək kimi mənfur və xəbis niyyətləri baş tutmadı. Türk xalqının namus və şərəfi bizim hamımızı labüd “ölüm”dən xilas etdi. Əksinə proses öz qüdrətli hökmünü bərqərar etdi-bizim öğullarımız ərəb qızları ilə ailə quraraq Azərbaycandakı ərəblərin “kökünü kəsdi”. O günlərdən hər bir regionda ərəb məhlələri adı bu tarixi unutmayaq-deyə aci bir yadigar kimi ürək ağrısına çevrilərək bugünümüzədək adlamış, bu bir tarixdir-onu unutmaq olmaz –deyə hər birimizə bir sirr kimi səslənir.
Amma biz də, ən yaxşılarımızın səbəbi, sayəsi hesabına ərəblərdən bugünümüzədək öz “intiqamımızı,qisası­mızı” almağı “bacarmışıq”. Necə?-Cavabını hər birimiz şox gözəl bilirik. Azərbaycanlı ruhu,Azərbaycan müdrikliyi burada da bizə yardım olub.Zahirən,biz islam dinini qəbul etsək də,amma o dini ,həm də qılınc gücünə qəbul etdiyimizi ruhumuz inkar etmək iqtidarında olmayaraq, iki dini bugünlərimizədək yanaşı, paralel gətirmişik-Zorla qəbul etdiyimiz islam dinini - mənəviyyatımızın unutmağa yol vermədiyi, iliyimizdə, qanımızda, canımızda könüllü və əbədi yaşayan atəşpərəstlik dinini –qədimliyimizin, ruhumuzun ərməğanı kimi qorumuş, saxlamış indimizlə qovuşdurmuşuq- Bunu inkar etməyə heç kimin cürəti yetməz.
Bu böyük türk xalqının tarixi qələbəsidir-özünütəs­diq sənədidir. Bütün dünyaya hayqırdığı haqqı, ədalətidir. YUNESKO-nun bütün dünyada bu haqqın əzəmətli və təntənəli şəkildə Novruz bayramının dünya mədəniyyətləri incilərindən hesab edilməsi hər birimizə nə qədər böyük bir fərəh hissi aşılaması məhz bununla izah ediləndə daha da həşəmətli olur.
Ərəblər Azərbaycan dilinin şeir və sənət dilinə yaramadığını deyərək bu dildə şeir yazmağı qadağan etmişdilər.Ona görə də uzun müddət bu dildə yazmağa heç kim cürət etməmişdi. Hətta dahi Nizami belə, çox təəssüflər olsun ki, öz ehtişamlı əsərlərini fars dilində yaratmağa vadar edilmişdi. Əslində Nizami ,bunu demək nə qədər acı olsa da, fars dilini zənginləşdirmiş, fars dilini misilsiz bir dəyərə qovuşdurmuşdur. Böyük vətənpərvər şairimiz Səməd Vurğun Azərbaycan dilinin şedevri sayılan “Vaqif” pyesində bu ağrının unudulmayacağını belə müəyyənləşdirmişdi:
Qacar-Gərək fars dilində yazsın sənətkar. Bu cümlənin necə ağır olduğunu məhz əsl vətənpərvərlər dərk edə bilərlər. Səməd Vurğun bizləri qəflət yuxusundan oyatmaq, tarixə yenidən sərf-nəzər etməyə çağırır.
Amma Azərbaycan yenə də tarixə, heç nəyə baxmadan, öz üstünlüyünü sübut etməyi bacardı-o ağrıları unutdura biləcək “Dədə Qorqud”, Babək, Şəh İsmayıl Xətayi, Koroğlu, Füzuli və saya bilmədiyimiz nə qədər qüdrətli şəxsiyyətləri bəxş etdi.
Bu fikirlərin “Ədəbiyyat-10” dərsliyi ilə bağlı olmadığını nəzərə alaraq cavablandırılmasını lazım bilmirik.

Göyçay şəhər 6 № li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#7 13.05.2014 12:53
10-cu sinif Ədəbiyyat dərsliyinə (2012-ci il nəşri) aid yeni məlumat.


Yəqin ki,bizlərdən hər birimiz bilirik ki, Azərbaycan ədəbiyyatının ən nadir xəzinəsi olan Nizamimizi, Füzulimizi, bütün dünyaya səs salan “Kitabi-Dədə Qorqud”umuzu, ölməz və əbədiyaşar Koroğlumuzu indi Türkiyə türkləri öz əsərləri kimi, öz şəxsiyyətləri kimi tanıyır, sanır və tədris edirlər. Biz heç vaxt bu barədə onlara öz etiraz motivimizi bildirməyi ağlımıza belə gətirməmişik. Biz q ə l b i g e n i ş, ü r ə y i a ç ı q bir xalq olduğumuzdan hətta onlara haqq da vermişik.Ümumtürk,üm­umoğuz abidəsi hesab olunduğundan onları sözün əsl mənasında dəstək də etmişik. Belə olan halda eyni iddianı Azərbaycan ədəbiyyatı da Türkiyəyə -türk ədəbiyyatının bəzi əsərlərinə eyni səbəbdən irəli sürməyə haqq qazanır.
Eramızdan əvvəl 7-ci əsrdə yaşayan Turan hökmdarı Alp Ər Tonqa haqqında yaradılmış dastan, Şu, Hun- Oğuz,Doqquz Oğuz ,Yaradılış,Oğuz Kağan, Bozqurd,Ergənəkon kimi dastanlar və eləcə də Yusif Xas Hacib nədən Azərbaycanla bağlanmasın? Əgər, doğrudan da,bu əsərlər ümumtürk, ümumoğuz ellərini əhatə edirsə,onda bizim də bu əsərlərə tam və qəti olaraq eyni iddiamız nədən olmasın? Bu barədə düşünmək çox azdır. Biz öz haqlı tələbimizi qoymalı və öz müəlliflik hüququmuzu eyni şəkildə müdafiə etməyi bacarmalıyıq. Bütün qüvvəmizlə çalışsaq, lap tezliklə öz haqlı arzumuza çatacağıq. Heç kimlə məsləhətləşmədən,bu fikirləri bütün vacib olan ədəbiyyat kitablarına daxil edərək ,həmin əsərləri və müəllifləri-onların əsərlərini Azərbaycan ədəbiyyat nümunələri kimi təqdim etməyin və öz əsərlərimiz kimi öyrənməyin əsl məqamıdır.

Göyçay şəhər 6 №-li Məhəmməd Füzuli adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.


Haciyeva Şərəbani
Şərhlər: 103
Qeydiyyat: 03.03.2014
#8 31.05.2014 9:53
10-cu sinif Ədəbiyyat kitabı barədə yeni məlumat.

Biz bugün Azərbaycanın iki böyük şəxsiyyətini müqayisə edərək çox maraqlı faktlarla üz-üzə dayanacağıq.Azərbayc­anın dahi şairi Nizami Gəncəvi və Azərbaycanın fəlsəfi fikir qaynağı,şeirlə mübarizəni üsyanla,yeni dünya yaratmaq əzmi ilə-insanın qüdrətini,kamilliyin­i,sarsılmazlığını,ir­adəsini,lə­yaqətini dünyadakı ən ali-ən uca mövqeyini bəşəriyyətə bəyan edən və bunu öz həyatı ilə əsl bir nümunəyə döndərməyi bacaran –Nəsimimizlə fəxr edəcək,qürur duyacaq,haqlı olaraq öyünəcəyik.
Nizamidən başlayaq.Qeyd edək ki, 16-cı əsrdə Avropada əvvəllər”Günəş çəhəri”,sonralar isə”Utopiya” adlanan, Tomas Mor və Kompanellanın birgə səyi nəticəsində yazılan bu kitab tezliklə bütün dünyada yayılaraq müəlliflərinə misilsiz bir şöhrət gətirdi.Şöhrətin səbəbi isə həmin kitabda ideal bir cəmiyyətin təsvir edilməsi idi.Əlbəttə,Tomas Mor və Kompanella “Utopiya”kitabında ideal cəmiyyətə gəlib çıxmaq yolunu göstərə bilməmişdilər.Avropa­nın “barbar”mənasında “tatar” adlandırdıqları Şərqlə -Nizami ilə tanış olduqdan sonra Bəşəriyyətin “tatar”adlandırdıqla­rı Şərqə-türklərə münasibətləri Avropanı heyrətə gətirməyə bilmədi-Onlar hələ Tomas Mor və Kompanelladan düz dörd yüz il öncə Azərbaycanda ideal bir cəmiyyətin təsvir olunduğunun şahidlərinə çevrildilər.Nizami “Xəmsə”sindəki “İskəndərnamə”əsəri bunun təkzibedilməz bir sübutuna çevrildi.Tomas Mor və Kompanellaya aid olan şöhrət bu müəlliflərdən vaz keçərək-Azərbaycana- Nizamimizə tərəf gəlməyə başladı.Bununla necə fəxr etməmək olar?Amma təəssüf ki,Nizami belə bu müəlliflərdən ideal cəmiyyətə necə gəlib çıxmaq yolunu göstərə bilməməsi ilə elə də fərqlənə bilməmişdi.Yəni Nizami də ideal cəmiyyəti hazır şəkildə təsvir etmişdi.Onu da qeyd etmək yerinə düşərdi ki,məhz YUNESKO 1991-ci ili Nizaminin həmin qlobal- sivil dünyanın belə bugün həll edə bilmədiyi ideal cəmiyyət və ideal hökmdar problemini həll etmək-bu yolda bütün humanist ideyaları vermək qüdrətinə görə Yer Kürəsi üzrə Nizami ili kimi qeyd etmək haqqında qərar imzalamış və bu qərarı həyata keçirmişdi.
Nəsimi dahi Nizaminin həm davamçısı,həm də ondan daha da irəli gedərək onun fikirlərinin inkişaf etdiricisi olmuşdur-yəni Nəsimi i d e a l c ə m i y y ə t ə n e c ə g ə l i b ç ı x m a q y o l u n u da açıqlaya bilmişdi.Nəsimi yaradıcılığının qüdrəti də məhz həmin ideyaların daşıyıcısı olmasındadır.
Bu,heç kimə sirr deyil ki, h a m ı m ı z ətrafımızda daim nələrinsə baş verdiyinin şahidləriyik.Hamı gözəl bilir ki,cəmiyyətdə qeyri-bərabərlik hökm sürür.Bəziləri çox əla,bəziləri yaxşı, bəziləri pis,bəziləri lap pis yaşamaqdadır.Demək olar ki, bu faktı hamı bildiyi halda, cəmiyyətin əksər hissəsi bu ədalətsizliklə barışaraq öz yaşayışlarını davam etdirməklə-başlarını aşağı salıb,ailələrini bir yana çıxarmaq fikri ilə məşğuldurlar.Bəzilər­i bu ədalətsizliyə dözmürlər,lakin yenə də nəsə etmək niyyətində olmurlar.Amma xalqın çox az –lap az bir hissəsi də var ki,onlar nəsə etmək,vəziyyəti dəyişmək –düzəltmək, bir sözlə cəmiyyətdə b ə r a b ə r l i k yaratmaq eşqinə düşürlər.Məhz Nəsimi də bu qəbil qeyri-adi insanlar sırasında-yalnız öz ailəsini deyil,bütün xalqını düşünənlər sırasında idi.Nəsimi hələ ilk gəncliyində,çox cavan olduğunda belə,Hüseyn təxəllüsünü özünə götürərək öz qəlb dünyasının səsini dinləyərək allahın özünün onun üçün açdığı cığırın ardınca getdiyini çəkinmədən bəyan etmişdi.Nəimi Nəsimi ilə tanış olduğunda fərqinə varmışdı ki,Nəsimi Allahın özü tərəfindən göndərilən qeyri-adi adamlara aiddir-Nəsimidə nəzəriyyəni qüdrətli şeirlərə çevirib xalqı öz ardı ilə aparmaq qüdrəti vardır-xalqı bir yerə toplamaq,xalqı idarə etmək istedadı vardır-Bu,bəşəriyyət boyunca çox az adamlara nəsib olan bir məziyyət idi.Nəsimi elə şəxslərə aiddir ki, biz onlar haqqında belə deyirik-onlar seçilmişlərdir.Biz aşağıda dediyimiz iki faktla bu fikri bir daha sübut edəcəyik.
1.Biz əvvəl bu fikri vurğulamışdıq ki, i n s a n hələ təkamül prosesindədir.Amma qeyri-adi fakt kimi indi onu da qeyd edəcəyik ki, bəşəriyyət boyunca elə şəxsiyyətlər olub ki, onlar bu təkamül yolunu başa vuraraq sonra geri qayıdıblar.Qayıdıbla­r ki, bütünlükdə Yer Kürəsinə aid olan ideyaları insanlara ötürsünlər-bəşəriyyə­ti qüdrətli ideyalarla zənginləşdirsinlər.N­əsimi də yenidən tarixin müəyyən zaman kəsiyinə Azərbaycanlıların kim olduğunu təsdiqləmək və yer üzünə öz sözünü demək üçün qayıdıb.Bu ideya bütün zamanları,bütün bəşəriyyəti ən qüdrətli hökmü ilə şəffaflaşdıraraq görün nələri deyir- Qan tökməklə,üsyanlar yolu ilə nəyəsə çatmaq,nələrəsə nail olmaq mümkün deyil.İnsan kamilləşməlidir-Hər bir insan öz qəlbinə nüfuz etməyi-öz qəlbindəki pis və yaxşı hər bir cəhəti üzə çıxarmağı bacarmalı, öz qəlbindəki,öz təfəkküründəki bütün pisliklərdən könüllü uzaqlaşmağı və öz qəlbində, öz təfəkküründə yaxşı olan hər bir cəhəti qoruyub saxlamağı öyrənməlidir-Yalnız bu halda insan mənəviyyatca saflaşar,kamilləşər,­qüdrətli bir şəxsiyyətə,mükəmməll­iyə qovuşar-bunu eyni zamanda hər bir kəs etsə,bütün dünya gözəlləşər,ideallaşa­r-Əslində,Nəsimi ideal cəmiyyətə gəlib çıxmaq yolunu müəyyənləşdirmişdir ki,bu yol hər birimizin öz “mən”indən gəlib keçir.Bütün pisliklərdən təmizlənmiş insan-ideal insandır.İdeal cəmiyyəti isə yalnız ideal insanlarla yaratmaq mümkündür.Yeri gəlmişkən onu da deyək ki, Nəsimi yaradıcılığındakı “mən” də pisliklərdən təmizlənən ideal insandır.Nəsimi və onun bütün həmməsləkləri çox gözəl bilirdilər ki,adi insan ideal cəmiyyəti yalnız arzulaya bilər,amma onu tam və qəti surətdə həyata keçirmək üçünsə, mütləq dövlət başçısı-dövlətin başında olan adama çevrilmək lazımdır.Buna görə də onlar hakimiyyəti ələ almaq uğrunda mübarizəyə başladılar.Hakimiyyə­tdə olanlar isə hürufilərin bu məqsədini anlamamış deyildilər.Onlar də öz növbəsində öz mövqelərini əldə saxlamağa çalışırdılar.Nəsimi bu yolda ölməyi də bacardı.Çünki O elələrindən idi ki, ö l ü m ü həyatının davamı kimi qəbul edirdi.Bunu isə hər kəs bacarmazdı.Beləliklə Nəsimi nəinki öz ideyaları ilə, nəinki öz mübarizələri ilə,hətta ölümü ilə də düşmənlərini sarsıda bildi.
2.Tibet dağlarının zirvəsində dörd divarı da şüşədən olan bir otaq vardır.Orada heç bir inhalyasiya(yəni keyitmə)əməliyyatı aparılmadan,heç bir cərrahi alətdən istifadə edilmədən insanları operasiya(əməliyyat) edirlər.Divarlar ona görə şüşədəndir ki, i n a n m a y a n l a r dünyanın hər tərəfindən təşrif buyurub bu əməliyyatları şəxsən özləri öz gözləri ilə müşahidə etsinlər.Jurnalistlə­r bu qeyri-adi əməliyyatları aparan istedadlara yanaşaraq onlara çoxlu suallar verir və bütün suallara cavab alırlar. Yalnız bir sual-cavabı hamının diqqətinə çaddırmağı zəruri hesab edirəm.Sual-Sizə varlı adamlar daha çox müraciət edir və sizlərə olduqca böyük pullar təklif edirlər.Niyə o pullardan imtina edirsiniz?
Cavab- Biz o pulları götürmək istəmişik,amma həmin an bu istedadın bizi tərk etdiyini aşkar etdiyimizdən biz həmin pullardan imtina etməli olduq.
Deməli,müqəddəslik t ə m i z l i k l ə mümkündür.Məhz Nəsimidə də -Nəsimi xislətən saf olduğu üçün belə bir müqəddəslik var idi.O,öz ideyalarına oqədər bağlı idi ki, hətta diri-diri soyulduqda belə,heç bir ağrı duymurdu.
Zaman keçib,vaxt dəyişib,amma Nəsimi ideyaları Y A X Ş I L A R üçün dəyişilməz olaraq qalır.Biz xoşbəxtik ki, Azərbaycanımızın belə qüdrətli,qeyri-adi şəxsiyyətləri vardır.
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 № -li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı.
Son fikirlərin “Ədəbiyyat-10” dərsliyi ilə birbaşa bağlılığı olmadığından cavablandırılmasını lazım bilmirik. Fikirlərinizi bildirdiyinizə görə təşəkkür edirik.

Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Ədəbiyyat (variativ)
“Ədəbiyyat-5” dərslik komplekti ilə bağlı iradların cavablandırılması.

06.04.2014 17:52
Haciyeva Şərəbani
5-ci sinif ‘’Ədəbiyyat”dərsliyi­nə aid iradlar.
Bu dərsliyə aid olan iradlar bunlardır:

1.Səhifə 14-də ‘’Ana maral’’əfsanəsi 6-cı sinif dərsliyində də vardir.Bu,ciddi qüsurdur.
Səhifə 20-də səhvən belə bir cümlə getmişdir.’’Qoca Salavi yenidən camaatı toplayıb dedi.’’ Əslində,bu adam yalnız birinci dəfə camaata müraciət edirdi.Hörmətli müəlliflər mətndə qısaltma aparmış, bu səhv də məhz buna görə yaranmışdır.Diqqəli olmaq lazımdır.

“Ana maral” əfsanəsi 6-cı sinif “Ədəbiyyat” dərsliyində (2015) yoxdur. İkinci irad isə haqlı iraddır, “yenidən” sözü səhvən gedib.
Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
3.İndi diqqətinizə çox mühüm bir məsələni çatdırmaq istəyirəm.Səhifə 23-də baxın müəlliflər hansı sözü epitet kimi vermişlər:
Yüngül çanta -yüngül xasiyyət-bunu qəbul etmək mümkünmü?

Təəssüf ki, fikir əsaslandırılmayıb. “Yüngül xasiyyət” ifadəsinin nəyə görə qəbul edilmədiyi açıqlanmır.

Səhifə 42-də’’Pəri bulağı”əfsanəsində əhvalatlar heç inandırıcı səslənmir.Xəstə qız tək xəstə-xəstə yola necə çıxır?Xəstənin yorğunluğu xəstə qızdan necə çıxır?O,yenidən yoluna xəstə ola-ola necə davam edə bilərdi?5-ci sinif şagirdinə qüsurlu əfsanə verilməməlidir.Əsər çox zəif təsir bağışlayır.

Verilmiş mətnin əfsanə olduğunu nəzərə almaq lazımdır. Əfsanələrdə qeyri-adi, nağılvari hadisələrin təsvir edilməsi mümkündür. “Əfsanələri epik janrın digər növlərindən fərqləndirən ən mühüm əlamət onlarda real zəmindən kənar, müasir ağlın, düşüncənin uydurma, fantastika kimi qəbul etdiyi qeyri-adi, fövqəltəbii əhvalat və hadisələrin təsvir olunmasıdır”. (10-cu sinif “Ədəbiyyat” dərsliyi)

Səhifə 87-də azərbaycanlı uşaq erməniyə yalvarır-Əmi,qurbanı­n olum.-deyir.Elə yenə həmin hekayədə belə bir cümlə daha vardır:-Arvad-uşağın ah-naləsi,yalvarışla­rı göyə qalxdı.Mən bu cümlələrin 5-ci sinif dərsliyində belə verilməsini qəbul edə bilmirəm.5-ci sinfin şagirdinə bu fikirlər hansı vətənpərvərlik hislərini aşılaya bilər?Yenə həmin hekayədə növbəti bir səhv buraxılmışdır:Diqqət edin,ermənilərin tərəfindən söyüş nöqtələrlə gizlədildiyi halda Zeynəbin söyüşü –Azərbaycan qızının ağzından çıxan söyüş təəssüf ki, ötürülməmişdir.

Düşmən əlinə keçən qadın və uşaqların fəryadı həmin anın dəhşətini əks etdirən real təsvirdir. Zeynəbin dilindən verilən isə “qaniçən” sözüdür ki, bu söz bədii çalar yaratmağa, hadisənin təsir gücünü artırmağa xidmət edir və sözün bu yerdə işlədilməsinin mənfi cəhəti yoxdur.

Səhifə 117-də”Kərpickəsən kişinin dastanı”nda həmişə yalnız tək əməyə verilən yüksək qiymət yada düşür,əlbəttə,buna heç kəs etiraz edə bilməz .Bununla yanaşı,mən çox istərdim ki,həm də ləyaqət məsələsinə bir toxunulsun.Qocanın ləyaqəti ona heç kimin qarşısında əyilməməyi öyrədir ki, bu da hər kəsə layiq olan xüsusiyyət deyil.

“Kərpickəsən kişinin dastanı” əsəri nin ideyası dərslik və MMV-də açıqlanmır. Müasir dərsin tələblərinə görə biliklər şagirdə hazır şəkildə verilmir, şagirdin özünün tədqiqatı, bilikləri müstəqil şəkildə əldə etməsi üçün yönləndirici tapşırıqlar təqdim olunur. Dərslikdə bu prinsipə əməl olunmuş, yönləndirici sual və tapşırıqlar verilmişdir. Dərsin istiqamətinin necə təşkil olunacağı isə müəllimdən asılıdır.

162-ci səhifədə ‘’Ağıllı uşaq” nağılı 6-cı sinifdə də getmişdir.Bu,artıq 2-ci təkrardır.

Dərsliyin müzakirəsi ilə bağlı TQDK-nın keçirəcəyi seminarda bu məqam işçi qrupunun diqqətinə çatdırılacaqdır.

21.06.2014 19:54
V sinif “Ədəbiyyat”dərsliyi barədə yeni fikirlər.
Bədii əsəri təhlil etmək qaydası.Aşağıdakılar­ı öyrənməklə istənilən hər hansı bir əsəri təhlil etmək,həm də müstəqil təhlil etmək olduqca asandır.
Bədii təhlil aparılarkən bunları bilmək vacibdir:
1.Əsərin daşıdığı ideya,yaxud ideyalar.(İdeya-müəl­lifin demək istədiyi fikir,yaxud fikirlərdir.Əsər kiçik olanda bir,əsər böyük olduqda bir neçə ideya yarana bilir.)Mən dərs keçəndə V sinifdən başlayaraq hər bir dərsdə sinfə belə bir sualla müraciət edirəm:
-Əziz balalar,biz ideyanın nə olduğunu artıq bilirik.Kim deyə bilər,sizcə.müəllif bu əsərlə bizə hansı ideyanı təlqin etmək istəyir?Tələsməyin,f­ikirləşin,iki dəqiqə vaxt verirəm.
İki dəqiqə sonra əllər qalxmağa başlayır.Olduqca maraqlı fikirlər səslənir.Bu proses şagirdlərin çox xoşuna gəlir.
2.Əsərin adı.Əsərə ad verərkən müəllif çox diqqətli olmalıdır.Bəzən əsərin adı oxucunu dərhal cəlb edir.Düzdür,ad hər şeyi həll edə bilməz,amma yaxşı əsərin adı da cazibəli olmalıdır ki,oxucunu maraqlandırsın.Yenə də sinfə müraciət edirəm:
--Əziz uşaqlar,əsərin adı niyə məhz belə qoyulmuşdur?
Uşaqlar düz cavab verirlər.Mən izah edirəm ki, əsərin adı seçilərkən müəllif bu variantlardan yararlanır:
a).Əsərə çox vaxt baş qəhrəmanın adı verilir.
b).Çox nadir hallarda əsər mənfi qəhrəmanın adını daşıyır.
c).Bəzən əsərin adı məzmunla bağlı olur.
3.Əsərin mövzusu.Mən sinfə müraciət edirəm:
--Əziz şagirdlər,deyə bilərsinizmi,əsərin əsas mövzusu nədir?
Uşaqlar bəzən düz cavab verirlər.Özüm şərh verirəm. Mövzular cürbəcür olur:vətənpərvərlik,­qəhrəmanlıq,tarixi,s­evgi,kənd,-şəhər,təb­iət,müharibə,dostluq­,siyasi,ictimai,məiş­ə¬t,neft,əmək,sülh,ö­lkələrarası münasibətlər-diploma­tiya və s.Onu da qeyd edim ki,mövzular əsərin taleyində mühüm rol oynayır.
4.Əsərin janrı.V sinifdə şagirdlər yalnız əsərin nəsr,yaxud nəzmlə yazıldığını bilməlidirlər.Yuxarı siniflərdə isə artıq şagirdlərin bilik səviyyələri artdıqca onlar əsərin lirik,epik,yaxud dramatik janrını da göstərməli,həmçinin əsərin konkret növünü də(qoşma,bayatı,gəra­ylı,sayaçı sözü,holavar,layla,r­əvayət,əfsanə,mif,əs­atir,ustad-namə,caha­nnamə,hekayə,novella­,povest,roman,pyes və s. olduğunu)göstərməyi bacarmalıdır.
5.Əsərdə surətlər(personajlar­,obrazlar) qalereyası.Bu vaxt əsərdəki bütün obrazlar sadalanmalıdır(müsbə­t və mənfi olmaqla hamısı birlikdə).
6.İndi yalnız müsbət obrazlar sadalanmalıdır.Bu vaxt şagirdlər özləri əsərdəki bütün müsbət obrazları sadalamaqla,həm də bu obrazlardan hansının baş qəhrəman olmasını da sərbəst şəkildə müəyyənləşdirə bilirlər.Mən əlavə olaraq qeyd edirəm ki,baş qəhrəman hər kəs ola bilməz.Baş qəhrəman bəzi meyarlara,etalonlara sahib olmalıdır-xalqının xoşbəxtliyini daim düşünməli,öncül-lide­r olmalı,ətrafına səadət,işıq-nur saçmalı,yeri gələndə öz amalları uğruna ölməyi də bacarmalıdır.
7.Mənfi obrazlar-tiplər haqqında danışmaq məqamıdır.Şagirdlər mənfi tipləri asanlıqla müəyyənləşdirə bilirlər.Onlar bu proseslərdən olduqca xoşlanırlar.

Bu rəylərdə 5-ci sinif “Ədəbiyyat” dərsliyi ilə birbaşa bağlı olan heç bir irad və təklif verilmədiyindən cavablandırılması vacib hesab olunmur.Fikirləriniz­i bildirdiyiniz üçün təşəkkür edirik.
Azərbaycan dili
“Azərbaycan dili-5” dərslik komplekti haqqında iradların cavablandırılması.

1."Mükafat" mətninin dərslikdən çıxarılmasını təklif edərdim. Ümumiləşdirmə xüsusiyyəti güclü olduğu üçün başqa bir mətn daha yerinə düşərdi. Kitaba marağın az olması heç birimizə şərəf gətirmir. Kitabı oxumağa maraq olmadan isə təhsilin müvəffəqiyyətindən danışmaq mümkün deyil. Əksinə kitaba maraq pulla deyil, mənəvi dəyərlərlə, könüllü və şüurlu olaraq artırılmalıdır. ( səh. 11 )

“Mükafat” mətni haqqında bildirdiyiniz rəy bir az qarışıqdır. Ümumiləşdirmə xarakterli olması mətnin dərslikdən çıxarılması üçün əsas ola bilməz. Bəzi epizodların isə dəyişdirilməsi (atanın qızına kitab oxumağı müqabilində pul təklif etməsi) mümkündür.

2. "Rəmzə çevrilmiş adlar". Yalnız mənfi mənalı rəmzlər seçilmişdir. Bunlarla yanaşı mütləq müsbət mənalı rəmzlər də göstərilməli idi! (Koroğlu, Babək, Cavanşir, Tomris və s...) ( səh. 65-67 )

"Rəmzə çevrilmiş adlar"la bağlı təklifiniz maraqlıdır, dərsliyin müzakirəsi ilə bağlı seminarlarda işçi qrupunun diqqətinə çatdırılacaqdır.

3."Bilirdim ki, gələcəksən". Aşağıdakı cümləyə nəzər yetirək: "Üz-üzə dayanmış əsgərlər qeyri-ixtiyari barmaqlarını avtomatların tətiyindən çəkib bu mənzərəni seyr edirdilər." Və indi növbəti cümlə: "Ortaya çökmüş bu sükut sanki əsgər qardaşlığına ehtiram sükutu idi."
Bu cümlələrdə ermənilərin qeyri-adi yaxşılığı qeyd olunur. Buna dözmək olarmı?
Torpaqlarımızın beşdə birinə hər cür vəhşilik, inanılmaz amansızlıqlarla sahiblənən mənfur ermənilər haqqında bu xoş sözlər üzərindən sükutla ötmək mümkündürmü?!
Bu cümlələrə görə mətn öz təsir gücünü dərhal və tamamilə itirir. Mətn dərslikdən çıxarılmalıdır. ( səh. 80-81 )

“Bilirdim ki, gələcəksən” mətni haqqındakı fikrə cavab olaraq bildiririk ki, insan cəsarəti və sədaqətini əks etdirən belə bir hadisə kimliyindən asılı olmayaraq istənilən insana hər şeyi bir anlıq da olsa, unutdura bilər. Bu cümlələri düşmən haqqında deyilmiş “xoş sözlər” kimi qəbul etmək düzgün deyil.

4. "Yoxsulluq nədir" mətnində 96-cı səhifədə Seymurun müqayisəli cümlələri məntiqsizdir. Müqayisələr mütləq dəyişdirilməli, ya da mətn dərslikdən çıxarılmalıdır. Müqayisəli cümlələri olduğu kimi yazıram:
"Bizim evdə bir itimiz var, onlarda dörd. (?) Bizim həyətimizin ortasına qədər uzanan hovuzumuz var, onların isə böyük gölləri. (?) Bizim həyəti elektrik lampaları işıqlandırır, onlarınkını göydəki ulduzlar. (?) Bir tərəfdən başımızı qaldıranda (?) hasarımızı görürük, onlar isə meşələri, dağları, ucsuz-bucaqsız üfüqləri. (?) Onların içdikləri süd daha dadlı, yorğanları daha yumşaqdır.(?) "
Sonuncu cümlə isə absurddur: "Nə qədər yoxsul olduğumuzu bizə göstərdiyin üçün çox sağ ol, ata." ( səh. 96 )

“Yoxsulluq nədir” mətni haqqındakı fikirlər əsaslı deyil. İradın səbəbi açıqlanmır, məsələyə subyektiv yanaşılır. Mətndən nümunə gətirilən cümlələr təbiətlə həmahəng yaşayan yoxsul, amma daxilən zəngin insanın yaşamındakı sərhədsizliyi, azadlığı və üstünlükləri anladır, insana var-dövlətə görə deyil, insanlıq baxımından yanaşmanı önə çəkir.

Dil qaydaları ilə bağlı iradlar:
1. "Atəşgah" mətnində ( səh.110 ) Suraxanı sözü fars və tat dillərində izah olunub. Sözün etimologiyasını mütləq Azərbaycan dili ilə əlaqələndirmək lazımdır, daha başqa variantlar göstərilməli idi. Əgər Suraxanı heç olmasa, Cənubi Azərbaycan ərazisində olsaydı, bu izaha haqq qazandırmaq olardı. Amma Suraxanı Xəzər dənizinin Bakıya yaxın məkanında yerləşdiyi üçün mətndəki etimoloji izah qəbul olunmazdır. Ən pis halda izah türk dilində olan ş - b əvəzlənməsi kimi şu - bu, şura - bura, xan isə xana sözündəki son a-nın düşməsi (xana öz dilimizdəki xana, fars dilindəki deyil.) Yəni bura qeyri-adi məkandır. ( şol qamət - ol qamət - o qamət ) s - ş - sillə - şillə.
Xalq mahnısından :
Evləri var, xana - xana,
Mən kül oldum, yana - yana.

“Atəşgah” mətni ilə bağlı yanaşmanızla razı deyilik. “Sözün etimologiyasını mütləq Azərbaycan dili ilə əlaqələndirmək lazımdır” kimi yanaşma elmi əsasları inkar edir. Əgər bu sözün etimologiyası ilə bağlı hər hansı tutarlı elmi fikirlə tanışsınızsa, bunu təqdim edə bilərsiniz. Ən əsası, bu sözün etimologiyası lüğət və digər tədqiqatlarda dərslikdə yazıldığı kimi verilib.

2. "Ana maral" mətnində belə bir dil və məna qüsurlu cümlə var: "Qirx ildir marala, ceyrana, turaca, kəkliyə - meşənin sərvətinə, dövlətinə güllə atıram." Məncə, şərhə ehtiyac yoxdur. ( səh. 149 )

"Ana maral" mətni ilə bağlı göstərdiyiniz cümlə ( "Qirx ildir marala, ceyrana, turaca, kəkliyə - meşənin sərvətinə, dövlətinə güllə atıram") bədii şəkildə ifadə olunub. Meşəbəyi 40 ildə meşədən ovladığı heyvanlar, quşlar üçün peşmançılıq hissi keçirir və onu bu şəkildə ifadə edir. Eyni zamanda, cümlədə üslubi səhv yoxdur və cümlə dilimizin qanunlarına əməl olunmaqla qurulub.

3. "Ana və oğul" mətnində ( səh.185 ) bu cümləyə baxaq: "Yalnız Cahangir Mirzənin a r v a d ı Sara Xatunun müdrikliyi və saraydakı nüfuzu sayəsində dövlətin varlığı qorunub saxlandı." Arvad sözü bildiyimiz kimi az qala mənfi bir mənada işlənir. Görün nə qədər başqa sözlər vardır: xatunu, qadını, halalı (halal sözü "Dədə Qorqud" dastanında bu məqamda çox uğurlu bir söz hesab edilməli və bu sözü çox işlətməkdən çəkinməməliyik.), həyat yoldaşı, ömür-gün yoldaşı, həyatının peyki, və s...

“Arvad” sözü ədəbi dilimizin normalarına uyğun olan sözdür və bu sözün istər ədəbi əsərlərdə, istərsə də, danışıq və yazı dilində işlədlilməsində qəbahət yoxdur.

Təriflərlə bağlı iradlar:

1. Səh. 22-də "Saitlərin uzun tələffüzü" qaydalarında III qayda mütləq I verilməli idi; səbəbi: I və II qaydalar səs düşümü ilə bağlıdırsa, III qayda heç bir səsdüşümü ilə bağlı deyil. İkinci bir səbəb isə, həmin sözlərin dilimizdə daha çox işlənməsidir.

Bəndlərin olduğu şəkildə qalması mənaya xələl gətirmir və yanlışlıq yaratmır.

2.39-cu səhifədə belə bir tərif verilmişdir. "Qoşa samitlə bitən bəzi təkhecalı sözlərin deyilişi zamanı qoşa samitlər arasında sait səs tələffüz olunur." Məsələn, hökm- [höküm], üzr-[üzür], dövr- [dövür].
Hörmətli müəlliflər, km, zr, vr - nı nədənsə qoşa samit kimi qeyd etmişlər ki, bu da səhvdir.
Qoşa samit dedikdə kk - səkkiz, qq- doqquz, tt - hətta, vv - qüvvə, ss - hissə, və s... nəzərdə tutulmalıdır.
Tərifdəki qoşa samit - yanaşı samit kimi verilməli idi.
3. Eyni tip səhv 42-ci səhifədə də təkrarlanmışdır. Bu dəfə yanaşı gələn ifadəsi işləndiyi halda qoşa samitli ifadəsi işlənməli olduğu halda verilməmişdir.

Dediyiniz kateqoriya elmi ədəbiyyatda “eynicinsli qoşa samitli sözlər” adlandırılır.

4.Səhifə 61-də omonimlərin tərifindən sonra kök sözü verilmişdir. Yəqin hörmətli müəllif unudub ki, kök həm omonim, həm də çoxmənalı sözdür. Tərifdən sonra yalnız omonim kimi işlənən çoxlu sözlərimiz var ki, onlar nümunə kimi verilməli idi.
yer kökü --- bitkinin köküdür
kök ağacın kökü ------ çoxmənalı sözlər
kök dil

Verilmiş nümunənin həm çoxmənalı, həm də omonim kimi işlənə bilməsinin heç bir qəbahəti yoxdur. Dil qaydasında yanlışlıq mövcud deyil və şagirdi başa salmaq üçün yetərlidir.

5.82-ci səhifədə kök və şəkilçidən əvvəl sözün tərkibi verilməli idi. Ən pisi isə söz kökünün tərifində iltisaqi dillər üçün ən vacib olan bir xüsusiyyət - kökün dəyişməz olduğu fikri verilməyib.
Diqqət edin:
Ümumi isimlərin tərifi belə olmalıdır:
Hər bir sözdə az və ya daha çox ümumiləşdirmə xüsusiyyəti vardır. Ümumiləşdirmə xüsusiyyətinə malik olan isimlərə ümumi isimlər deyilir.
Məsələn: qız, ağac, şəhər, kitab, ölkə, bitki və s...

82-ci səhifə ilə bağlı göstərdiyiniz fikir (sözün tərkibinin kök və şəkilçidən ibarət olması) verilmiş dil qaydasına əlavə oluna bilər, lakin iltisaqi dillərdə kökün dəyişməməsi haqqında məlumatın yuxarı sinif dərsliklərində təqdim olunması daha məqbuldur. Ümumi isimlərə aid göstərdiyiniz tərif 5-ci sinif şagirdlərinin səviyyəsi baxımından məqsədəuyğun deyil.

07.03.2014 20:48
Hörmətli ekspertlər, mən dərslik kitablarını yazmağa dəvət olunsaydım, onda elə V sinif "Azərbaycan dili" dərsliyini mütləq aşağıdakı fikirlərlə başlayardım.
Əziz balalar, siz aşağı siniflərdə ingilis və rus dillərini də keçmişsiniz. Gəlin aşağıdakı sözlərə diqqət yetirək:

İngilis dilində
daddy
duck
goose

Rus dilində
дед,дядя
удка
гус

Azərbaycan dilində
dədə
ördək
qaz

Siz bu sözlərin mənasını da, yəqin, bilirsiniz. Bütün dilçilər, Yer kürəsinin harasında yaşamalarından asılı olmadan, qəbul edirlər ki, əvvəl dünyada yalnız bir dil olmuş, insanlar çoxalıb dünyanın hər yerinə yayıldıqca, yəni öz tayfalarından, qəbilələrindən kifayət qədər uzaqlaşdıqca dillər dəyişmiş, tədricən başqalaşmış və bugünkü vəziyyət yaranmışdır.
Min illər keçməsinə baxmayaraq yuxarıda sadalanan sözlər fonetik və məna dəyişməsinə demək olar ki, məruz qalmamışdır.
Bu isə o deməkdir ki, bizim dilimiz dünyanın ən qədim və qədim olduğu qədər də zəngin dillərindən biridir. Bu dilin necə zəngin olduğunu "Avesta", "Kitabi-Dədə Qorqud" dastanı, M.Füzuli, "Koroğlu" dastanı, Şah İsmayıl Xətayi və s. adlarını sadalaya bilmədiyimiz mötəbər mənbələr bir daha sübut edir.
Hörmətli ekspertlər, mən sizin qiymətli diqqətinizi "-idi" və " -imiş" sözlərinə cəlb etmək istəyirəm.
Bugün ingilis dilini bilən Azərbaycan dili mütəxəssislərinin sayı artmaqdadır. 20 il əvvəl mən bu fikri desəydim, yəqin, çoxları inanmayacaq və bu fikir qəbul edilməz olaraq qalacaqdı.
Hamımız bugün bilirik ki, ingilis dilində "To be" feli vardır. Am, is, are to be-nin indiki; was, were keçmiş; shall, will isə gələcək zamanda işlənən formalarıdır.
Əziz ekspertlər, Azərbaycan dilində də bu indi görəcəyimiz kimi eynidir.
Yəni, -am2, -yam2, -sən2, -dır4, -ık4, -sınız4, -dırlar4, "olmaq" felinin indiki zaman formalarıdır. Həm ingilis, həm də Azərbaycan dilində bunlar həm də şəxs sonluqları hesab edilir. Yəni, ingilis dilində am, is, are həm to be-nin indiki zaman forması, həm də am- I şəxs tək, is- III şəxs tək, are- III şəxs cəm şəkilçiləri olduğu kimi Azərbaycan dilində də həmçinin (öz dilimizə aid olduğundan izahata ehtiyac yoxdur) yuxarıda sadaladığım şəkilçilər həm şəxs sonluqları, həm də to be -nin, yəni olmaq felinin indiki zaman formalarıdır:
Mən müəlliməm. Biz müəllimik.
Sən müəllimsən. Siz müəllimsiniz.
O müəllimdir. Onlar müəllimdirlər.

Heç kim inkar edə bilməz ki, bu şəxs dəyişmələri indiki zamanı əks etdirir.
İndi bu şəxs dəyişmələrini biz Azərbaycan dilində olmaq felinin keçmiş zaman formaları olan -idi və -imiş sözləri ilə işlədək:
Mən müəllim idim. Biz müəllim idik.
Sən müəllim idin. Siz müəllim idiniz.
O müəllim idi. Onlar müəllim idilər.

Mən müəllim imişəm. Biz müəllim imişik.
Sən müəllim imişsən. Siz müəllim imişsiniz.
O müəllim imiş. Onlar müəllim imişlər.

Bu şəxs dəyişmələrinin də keçmiş zamana aid olduğunu heç kim inkar edə bilməz.
İngilis dilindən fərqli olaraq Azərbaycan dilində gələcək zaman yalnız olmaq felinin özü ilə işlənir. İngilis dilində shall, will -i Azərbaycan dilində çox maraqlı haldır ki, to be -nin, yəni olmaq felinin indiki zamanda işlənən yuxarıda sadaladığımız şəkilçiləri də qoşulur.
Mən müəllim olacağam. Biz müəllim olacağıq.
Sən müəllim olacaqsan. Siz müəllim olacaqsınız .
O müəllim olacaq.(dır4) Onlar müəllim olacaq(dır)lar.

İndicə bəhs etdiyimiz dil faktları da çox maraqlıdır. Ən maraqlısı isə odur ki, ingilis dilində də, Azərbaycan dilində am (to be-nin I şəxs şəkilçisi və indiki zaman forması) Azərbaycan dilində -əm-lə (yəni, həm I şəxs, həm də olmaq felinin indiki zaman forması ilə ) həm fonetik tərkiblə, həm də məna ilə eyni qrammatik kateqoriyaya aiddir.
Mən müəlliməm. --- I am a teacher.

Mən xahiş edirəm ki, bu fikirlərə qarşı öz fikirlərinizi bildirəsiniz və gələcək "Azərbaycan dili" dərsliklərində müəyyən dəyişikliklər nəzərə alınsın.
Sonda mən həm canlı bağlantı, həm də fikirlərimizi yazıb göndərmə imkanını bizə bəxş edən hər bir kəsə öz sonsuz minnətdarlığımı bildirirəm. Bizlər də çalışaq ki, bu imkana layiq fikirlər söyləyək və yazaq.

Dillərin oxşarlığı və bir kökdən başlanması haqqında araşdırmanız maraqlıdır. Ancaq bu məlumatın 5-ci sinif dərsliklərində öz əksini tapması heç bir alt standartın tələbi deyil. Bu haqda qısa və maraqlı bir mətn hazırlanıb, əlavə bir mövzu kimi təqdim edilə bilər (əlbəttə, etibarlı elmi mənbələrə dayanmaqla). Bu rəydə siz öz şəxsi yanaşmanızı ortaya qoymusunuz və sizin mövqeyinizə hörmətlə yanaşırıq.


12.03.2014 22:09
V sinif üçün sadə məntiq. ̶ Əziz balalar, biz indi məntiq elmi ilə tanış olacağıq. Mən bir cümlə deyəcəyəm, siz o cümləyə diqqətlə qulaq asaraq, həmin cümlənin mənasından irəli gələn fikirlər söyləyəcəksiniz. Diqqət edin, cümləni deyirəm:
"Gülnaz əlaçı şagirddir." İndi mən sizi dinləyirəm. Buyurun, bu cümlənin mənası bizə nə danışır?
Uşaqlardan biri əl qaldırır: ̶ Müəllim, deməli Gülnaz dərsini yaxşı oxuyur.
Müəllim:- Qəbul etmək olar. Sonra?
Şagirdlərdən biri ayağa qalxır: ̶ Müəllim, demək, Gülnaz hər gün dərslərinə hazır gəlir. ̶ Doğrudur, sonra?
Yenə bir şagird əl qaldırır: ̶ Müəllim, belə çıxır ki, Gülnaz xəstələnib dərsə gəlməyəndə də, həmin dərsin yerini kimdənsə öyrənir və onu da oxuyur. ̶ Doğrudur, sonra?
Yenə şagirdlərdən kimsə ayağa qalxır: ̶ Müəllim, Gülnaz çox çalışqandır. ̶ Doğrudur, sonra?
Şagirdlərdən biri cavab verir: ̶ Müəllim, Gülnaz hər gün dərslərindən "5" alır. ̶ Bu da doğrudur, sonra?
Yenə kimsə ayağa qalxır: ̶ Müəllim, Gülnazı yaxşı oxuduğuna görə bütün müəllimlər çox sevir. ̶ Doğrudur, sonra?
Şagirdlər yerlərindən: ̶ Müəllim, daha nə qaldı ki? ̶ Əziz balalar, bəzən belə də olur ki, hansısa şagird pis oxuyur, yaxud məktəbə heç gəlmir, amma nəyə görəsə, kimə görəsə o şagirdə hamı "5" yazır, yəni layiq olmadan o şagird əlaçı olur. Bu halları pisləmək və onunla razılaşmamaq lazımdır.
--------------------­--------------------­----------¬-

Uşaqlar, bugün yenə məntiqlə əlaqədar işləyəcəyik. Yenə mən sizə bir cümlə deyəcəyəm, yenə siz o cümlədən hansı mənalar alınır, onu söyləyəcəksiniz.
Məntiqlə əlaqədar olan dərs vaxtı şagirdlərin xoşuna gəlir və onlar "Ura!" deməklə sevindiklərini gizlətmirlər. ̶ Yaxşı, balalar, cümləni diqqətlə izləyin:
"Səlim dərsə gecikdi." ̶ Fikirləşin və cavab verin. Şagirdlərdən biri əl qaldırdı: ̶ Müəllim, tezdən dura bilməyib. ̶ Olar, sonra?
Yenə bir şagird ayağa qalxdı: ̶ Müəllim, axşam yəqin gec yatıb, səhər oyana bilməyib. ̶ Olar, sonra?
Yenə bir şagird əl qaldırdı: ̶ Müəllim, evləri uzaqdır. Avtobusa çata bilməyib. ̶̶ Doğrudur, sonra?
Şagirdlərdən biri ayağa qalxaraq: ̶ Müəllim, gəldiyi avtobus yolda xarab oldu, o biri avtobus gec gəldi, ona görə gecikdi. ̶ Olar, sonra?
Şagirdlərdən biri yenidən ayağa durdu: ̶ Müəllim, bəlkə onun balaca qardaşı xəstələnib, Səlimi ona dərman almağa göndəriblər, ondan gecikib? ̶ Düzdür, sonra?
Bu vaxt şagirdlərdən biri ayağa qalxaraq tələsik: ̶ Müəllim, kim bilir, vaxtında gəlib, direktor onu harasa göndərib. ̶ Afərin uşaqlar, sizdən keçən dəfə də, indi də çox razı qaldım.

Rəyinizin məqsədi açıqlanmır.

17.03.2014 3:18
V sinif Azərbaycan dilindən çoxmənalı sözlərə aid yeni fikirlər.

Çoxmənalı sözlərin biz nə demək olduğunu çox gözəl bilirik. Əsas məna ilə sinonimlik, yaxud əsas mənaya bağlılıq çoxmənalı sözlərin əsas xüsusiyyətidir. Çoxmənalı sözlər yaxın zaman kəsiyində yarana bilməz. Hər bir çoxmənalı sözün yaranması üçün müəyyən vaxt tələb olunur. Bir sözün yüzdən yuxarı mənası- çoxmənalılığı qeyd olunursa, həmin dilin olduqca qədim olması faktı sübut edilir. Azərbaycan dilinin çox-çox qədim olması fikrini biz dilimizdəki az qala bütün sözlərin çoxmənalı olması faktı ilə isbat edə bilərik.
Bütün dilçilər "çəkmək" felinin yüz əllidən yuxarı mənası olduğunu qəbul edirlər. Gəlin sadalamağa başlayaq: şirə çəkmək, ah şəkmək, göz çəkmək, baş çəkmək, qıyya çəkmək, qəhqəhə çəkmək, kef çəkmək, dərd çəkmək, burun çəkmək, içini çəkmək, dad çəkmək, zülm çəkmək, pul çəkmək, çox çəkmək (vaxt mənasında), xörək çəkmək, kiməsə çəkmək(oxşamaq mənasında), evə əl çəkmək(təmizləmək mənasında), əl çəkmək(qurtarmaq mənasında), ayaq çəkmək(ağsamaq mənasında), söz çəkmək, başı çəkmək(Bu dərdi mənim başım çox çəkib.), ayağını buralardan çəkmək(gəlməmək mənasında), boynuna çəkmək(işi düzəltməyə söz vermək), şişə çəkmək, paltarı suya çəkmək(yuyub yaxalamaq mənasında), qulaq çəkmək, siqaret çəkmək, üzünə çəkmək(sürtmək mənasında), qanı çəkmək(oxşamaq mənasında), yanına çəkmək(qəyyumluq mənasında), telefon çəkdirmək, adını çəkmək, sirr çəkmək, qarın çəkmək(sağaltmaq mənasında), yeddi arxa dönəminə çəkmək, mübarizəyə çəkmək, pomidoru çəkmək(çəki mənasında), özünü çəkmək(lovğalanmaq mənasında), kinoya çəkmək, ürəyi çəkmək(çox istəmək mənasında), irəli çəkmək(böyük vəzifəyə qoymaq mənasında), geri çəkmək(vəzifədən salmaq, arıqlamaq, xəstələnmək mənalarında), şəkil çəkmək, sığal çəkmək, tumar çəkmək, əzab çəkmək, gül suyu çəkmək, qaz xətti çəkmək, tilovu çəkmək(dartmaq mənasında), üz çəkmək(kitaba, jurnala), nəfəs çəkmək, zilə çəkmək, zəngulə çəkmək, xiffət çəkmək, can çəkmək, ürək çəkmək(incitmək mənasında), qəriblik çəkmək, sərhəd çəkmək, qələm çəkmək(silmək mənasında), dənizin dibinə çəkmək, dərman çəkmək(sürtmək mənasında), intizar çəkmək, ziyan çəkmək, spirt(araq) çəkmək, xətt çəkmək(qurtarmaq mənasında), zəhmət çəkmək, tənbəllik çəkmək, dara çəkmək, arx çəkmək, qılığa çəkmək(təsir edib yumşaltmaq mənasında), qeyrət çəkmək, namusunu çəkmək, mizraba çəkmək, dişinə çəkmək(yemək mənasında), boğazını çəkmək, çəkdiyini çəkmək(O, ərindən çəkdiyini çəkmişdi.)- bu sözün iki dəfə işlənmək məqamı çox maraqlıdır, könlü çəkmək(meyl etmək mənasında), həsrət çəkmək, naz çəkmək, qaşlarını yuxarı çəkmək(mimika mənasında), təəssübkeşliyini çəkmək, qazanın dibinə əl çəkmək(yəni, qazanda nə var, onu yemək), divar çəkmək, qol çəkmək, əl(ayaq, barmaq) çəkmək-(Sınıqçı çıxmış əli çəkib yerinə saldı.), ət çəkmək(xırdalamaq mənasında), başına çəkmək(qadın örpəyini başına çəkdi.), dünyanın dərdini çəkmək, söhbəti başqa yerə çəkmək, əl çəkmək(döymək mənasında)- Evə gəlib ona bir əl çəkərəm.; misal çəkmək, tədbir çəkmək, nümunə çəkmək, dünyanı çəkib(ayağının altına gətirmək); çətinə çəkmək, imtahana çəkmək, sınağa çəkmək, hüzura çəkib gətirmək, maraq çəkmək, meyil çəkmək, vaxtı(saatı) çəkmək, qınağa çəkmək, boyunu çəkmək(uzunluğunu qeyd etmək), qiyamətəcən çəkmək, əlini bığa çəkmək(ya lovğalanmaq, ya da bığını təmizləmək mənasında), quraqlıq çəkmək, elmə çəkib gətirmək, şillə çəkmək, bataqlıqdan çəkmək(məcazi mənada), kölgəyə çəkmək(himayədarlıq etmək), sızı çəkmək, ağrı çəkmək, başa çəkmək(stolun başına keçirmək), odun içindən çəkib çıxarmaq(məcazi mənada), atəşin içindən çəkib çıxarmaq(məcazi mənada), taledən çəkmək, film çəkmək, zər çəkmək, qızıl suyuna çəkmək, videoya çəkmək, sidiyə çəkmək, tənəzzüldən çəkmək, ayını irəli çəkib adam eləmək(məcazi mənada), qaranlıqdan çəkib işığa çıxarmaq(məcazi mənada), qoşun çəkmək, qəzetə çəkmək, özünə tərəf çəkmək(qahmar durmaq), əsgərlik çəkmək, keşik çəkmək, qarovul çəkmək, ayağına çəkib gətirmək(alçaltmaq mənasında), vətən çəkir-yəni vətənsiz dayanmaq çətindir, gözü yol çəkmək, qəlbi çəkmək, bülöv daşına çəkmək(itiləmək mənasında), kimdənsə çəkmək(nəyi isə qoparıb almaq), silah çəkmək; arıqlıqdan çəkmək(yəni kompleksə düşmək), köklükdən çəkmək(yenə o mənada), əziyyət çəkmək, yol çəkmək, kanal çəkmək, əlini alnına çəkdi(dərin düşüncəni bildirmək mənasında), çox çəkmək(uzun sürmək mənasında), qayğısını çəkmək, ağı çəkmək, nalə çəkmək, özünü qırağa çəkmək, üzr istəyirəm-itil mənasında.-Qarabağda­n əl çək, düşmən!- əl çək- cəhənnəm ol mənasında. Məni incitməyin mənasında - Mən tək qalmaq istəyirəm, məndən əl çəkin!; nəvazişini çəkmək, iğtişaşa çəkmək, davaya çəkmək, söhbətə çəkmək, dostluğa çəkmək, düşmənçiliyə çəkmək, peşmançılıq çəkmək, tamaşa çəkmək, minnət çəkmək, qırğına çəkmək, meydana çəkmək, hər şeyə sədd çəkmək, nektar çəkmək, haray çəkmək, ağıl çəkmək, işə çəkmək, ləzzət çəkmək, daraq çəkmək, süpürgə çəkmək, nigərançılıq çəkmək, gözə pərdə çəkmək, kabab çəkmək, diqqət çəkmək, başına çəkmək(sonadək içmək mənasında), səfərə çıxmaq, meşəyə çıxmaq və s...
Bu qədər çoxmənalılıq başqa heç bir dildə yoxdur. Bu faktın özü Azərbaycan dilinin necə qədim olduğunu,"türklərdən ulusu yoxdur, uluların ulusu türkdür" ifadəsini bizlərə bir daha bütün dünyada bəyan etməyə əsas verir.
Ümumiyyətlə, Azərbaycan dilində təkmənalı söz tapmaq olduqca çətindir. Sözlərimizin əksər hissəsi çoxmənalıdır. Bəzən biz "ürək " sözünün testlərdə təkmənalı söz kimi götürüldüyünün şahidi oluruq. İnsan ürəyi ilə toyuq, qurbağa və s. ürəklərin eyniləşməsinə necə dözmək olar? İnsan ürəyi bütün bir dünyadır- sevincdir, qəmdir, bəzən fırtınalı, bəzən sükunətlidir, bəzən xeyirxah, nəcib, bəzən coşan dənizdir- insan ürəyi şairlərin ilham mənbəyidir. Yəni bu ürək kəlməsini təkmənalıqdan qoparır, yaxud qoparmalıdır.
"Niyyət" sözünü də təkmənalı götürürlər- olarmı? Niyyət var xeyirxahlığa, nəcibliyə; niyyət var oğurluğa, quldurluğa, cinayətə aparır. Birinin niyyəti universitetə daxil olmaqdır, birinin niyyəti prezident olmaqdır, bir başqasının niyyəti yalnız və yalnız cinayətlər ardınca getməkdir. Bu sözlərin mənasını eyniləşdirmək olmaz.
Azərbaycan dilində sözlərin çoxmənalılığı bu dilin qədim olması qədər də zənginliyini bir fakt kimi meydana çıxarır. Bir fikir orta məktəb dərsliklərində bir daha vurğulanmalıdır. Şagirdlərin hamısı, yaxud hər biri bu faktlarla fəxr edir, qürur duyur(nəinki şagirdlər belə faktlar hər birimiz üçün çox vacibdir, enerji, qüvvə mənbəyidir, vətənpərvərlik hisslərini təkmilləşdirən xarakterləri gücləndirən əhəmiyyətli məsələlər). Bu fikirlərdən qüvvə alan şagirdlər əlaçı olmağa, gözəl əməlləri ilə fərqlənməyə, "türk"ə layiq bir türk olmağa can atırlar. Mən bunu 37 illik təcrübəmlə müəyyənləşdirmişəm.
"Türkün sözü" kimi bir ifadə də məhz sözlərin çoxmənalılığını bir daha sübut edir. Başqa heç bir dünya dilində belə, yaxud buna bənzər bir ifadə tapa bilməzsiniz. Fikirləri ifadə etmək baxımından, çoxmənalılıqda (unutmayaq ki, çoxmənalılıq da məcazi mənalar sırasına daxildir), məcazlılıqla; bir sözlə, fonetik, leksik, qrammatik imkanların dilimizə gətirdiyi gözəllik, zənginlik, ifadəlilik, obrazlılıq, poetiklik baxımından ana dilimiz mükəmməlliyə, kamilliyə qovuşaraq bizə bütün bir kainatı bəxş etmişdir- "Kitabi- Dədə Qorqud", Nəsimi, Füzuli, Sabir, S. Vurğun, C. Cabbarlı, Hüseyn Cavid bu dilin imkanlarından yaranmaqla dünya üzrə ən uca söz zirvələrini fəth etmişlər.
Muğamatlarımız isə söz və musiqi zirvələrinin heç yerdə fəth olunmadığı bir məqamındadır. Heydər Əliyevin fikirlərinə dönək: "Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam!"
27.03.2014 21:49
Bir dilçi kimi -- insanın yaranması haqqında yeni fikirlər. (İnsanın yaranması dilin yaranması anından hesablanır.)

Çarlz Darvin vaxtı ilə sübut etmişdir ki, guya insan meymundan törəmişdir. Bütün dünya bu q ü-
s u r l u fikri qəbul etməklə insan şərəfini sual işarəsi altına qoymuşdu...
Zənnimcə, sadədən mürəkkəbə, ibtidaidən aliyə doğru təkamül prosesində insan meymundan deyil, meymundan sonra yaranan başqa bir canlıdan törəmişdir. Sadəcə meymundan sonra yarandığı üçün həmin canlı m e y m u n a b ə n z ə r olmuşdur, onun beyni isə meymun beynindən öz böyüklüyü ilə fərqlənərək dil və şüur qığılcımlarına hazır halda idi. Müşahidə etmək, daimi çalışqanlıq və nəyi isə öyrənmək cəhdləri, nitqə tədricən yiyələnmək, aldığı təcrübələrin ardıcıllığı, daima yeni nələrisə kəşf etmək, əmək alətlərinə sahiblənmək, daim irəliyə getmək insanı bugünkü səviyyəyə yüksəltmişdir.
Bugünün səviyyəsində belə insan hələ də axtarışlarda, daima nələrisə kəşf etmək, icad etmək, mükəmməlliyə doğru təkamül prosesində irəliləməkdədir.
Əgər bugünlərimizdə belə, Amerika kimi qüdrətli bir dövlətin prezidenti terrora qarşı müharibəyə əl atırsa, insan insanı ya terrorla, ya müharibələrdə, ya da ailə-məişət zəminində yaranan konfliktlərdə öldürürsə, bugün belə insan ziyan olduğunu bilə-bilə spirtli içkilərdən, siqaretlərdən, narkotik vasitələrdən imtina etməyi bacarmırsa, bugün belə insan ürəklərində kin-küdurət, paxıllıq, xəbislik, və s. kimi mənfi xüsusiyyətlər baş qaldırırsa, onda biz təəssüflər olsun ki, insanın hələ tam formalaşmadığını, mükəmməl bir cəmiyyətin yaranmadığını, insanın hələ də kamillik, mükəmməllik xəttini başa vurmadığını demək məcburiyyətindəyik.
İnsan nə vaxtsa bütün pisliklərdən əl çəkməyi, haqqı nahaqqa verməməyi (Dünyanın Qarabağ məsələsinə münasibəti), ədaləti bərqərar etməyi, silahlardan əl çəkərək bütün Yer Kürəsini öz vətəni hesab etməyi öyrənməli, silahlara və ordulara xərclənən pulları daha vacib səmtə yönəltməyi bacarmalı, daha qlobal addımlar atmalı, müdrik qərarlar qəbul etməyi tək dinə və konstitusiyalara buraxmamalı, cəmiyyətdə bərqərar etməyə səy göstərməlidir!
Bu nə vaxt olacaq? 5000 ildən sonramı? 20000 ildən sonramı? Ya heç vaxt?
Düşündürücü suallardır...
30.03.2014 19:55
NOVRUZ BAYRAMI BARƏDƏ.

Turk xalqının ən qədim olduğunu novruz bayramı bir daha sübut edir. Novruz bayramının ən qədim olduğunu sübut edən faktlar aşağıdakıiardır:
1 .Novruz atəşpərəstliyə sitayiş dövrü ilə əlaqədardır. Hər çərşənbə qalanan tonqallar,bayram süfrəsində yandırılan şamlar,səmənilər,pax­lavalar,şəkərburalar­,şorqoğall¬ar,külçəl­ər atəşpərəstliyin rəmzləridir. Qeyd edək ki,səməni atəşpərəstlik dinində əkinçiliyin,paxlava sayrışan ulduzların,şəkərbura hilal ayın,külçə günəşin,şorqoğal isə bədrlənmiş ayın rəmzləridir.
2.Biz bilirik ki, insanlar çox qədimlərdə oddan müdafiə vasitəsi kimi yararlanmışlar.Yəni,­ən qədim insanlar oda sitayiş etmişlər.Elə bu səbəbdən atəşpərəstlik ən qədim din hesab olunur.Atəşpərəstlər isə ən qədim insanlar hesab olunur.
3.Bizim xalqımız keçən uzun əsrlər ərzində zamanın hansı dönəmindəsə,nə yollasa,islam dinini qəbul etmişsə də,atəşpərəstliyin adət və ənənələrini heç vaxt unutmamış,onu bu günlərimizədək qoruyub saxlamagı bacarmışlar.BU,bizim xalqımızın dönməz ,qırılmaz iradəsinin,əzmkarlığ­ının,saf mənəvi dünyasının təcəssümüdür.
Sonda onu da qeyd edim ki , bu bayram hər birimiz üçün olduqca önəmlidir.Bu bayramı qoruyub bizə ərməğan etdikləri üçün bizlərdən hər biri ulu əcdadlarımız önündə baş əyirik.BAYRAMIMIZ MÜBARƏK!


Son rəylərin 5-ci sinif “Azərbaycan dili” dərsliyi ilə birbaşa heç bir bağlılığı olmadığından cavablandırılmasını vacib hesab etmirik. Fikirlərinizə görə təşəkkürümüzü bildiririk.

Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Azərbaycan dili
“Azərbaycan dili-6” dərslik komplekti haqqında iradların cavablandırılması.

VI siniflər üçün yazılmış "Azərbaycan dili" dərslik kitabına aid qeyd edilən iradlar:

I Mətnlər haqqındakılar:

1. "Əlvida, Bilmirəm" mətnində Günay müəllimənin Nigarla bölüşdüyü "4 maddəli bilmirəm" qeydləri birmənalı qarşılana bilməz. Fikrimizcə, müəllim sinifdə qüdrətli söz sahibi, əsl kamil bir şəxsiyyət təsiri bağışlamalıdır. Dahi pedaqoqların qeyd etdiyi kimi, müəllimin bilmədiyi kiçik bir "nöqtə", şagird üçün "zülmətə" çevrilir. (səh. 10-11-12)

Hörmətli Şərabani müəllim, əvvəla fikirlərinizi bildirdiyiniz üçün sizə təşəkkür edirik. Dərslikdəki mətn haqqında fikrinizə cavab olaraq bildiririk ki, təcrübə göstərir ki, səmimiyyət uşaqlarla münasibətdə önəmli rol oynayır. Müəllimin heç bir zəif cəhəti olmayan büt rolunu oynaması təbii deyil. Əksinə, komplekslərə qapanmaq və öz təfəkkürünü yeniliklərə bağlamaq ənənəsidir.

2. "İnşa" mətnində. Ədəbiyyat və Azərbaycan dili dərslərində yazılan inşalar şagird xəyallarının, şagird arzularının, şagird düşüncələri və mülahizələrinin müxtəlif uğurlu cümlələr, hökmlər və ifadələrlə öz əksini hansı məzmunlardasa inikas etdirilməsidir. Bəlkə, müəllif gələcək inşaların sxem və qrafiklərlə təzahür edəcəyini söyləmək istəyir? Bu fikri qəbul etmək mümkündürmü? ( səh. 15-16-17 )

Dərslikdəki bu mətndə ev tapşırığını icra edən şagird arzuladığı fermanın sxemini öz yazdığı inşada əks etdirir. Təbii ki bu, ənənəvi inşa yazılarından fərqlidir. Lakin belə düşünürük ki, əgər şagirdə peşə seçimi haqqında inşa yazmaq tapşırılıbsa və şagird mövzu haqqında düşüncələrini bu qədər geniş, yaradıcı şəkildə ortaya qoya bilibsə, bu, müəllim tərəfindən təqdir oluna bilər. Müasir təlimin prinsiplərindən biri də şagirdin təşəbbüskarlığını dəstəkləməkdir, onun özünə inamını təmin edən sağlam mənəvi-psixoloji mühitin təşkil edilməsidir.

4. "O mənim bacımdır". Bu mətndə altruizm əvəzinə C. Məmmədquluzadənin vaxtilə yazdığı "Poçt qutusu"nun yeni bir təzahürünü hiss edirik. Məgər 9 yaşlı Azərbaycanlı bir qız uşağı, həqiqətənmi qanvermədən sonra öləcəyini zənn etməli idi?
( səh. 37-38 )

Hadisə müharibə şəraitində təzahür edir, belə şəraitdə yaşayan uşaqların normal şəkildə məktəbə getməsi və ətraf aləm haqqında lazımi bilikləri alması mümkün olmaya bilər.

5. "Mən gərək oğul doğulaydım" mətnində də uğursuz bir səhv var. Həm də bu uğursuz səhvi çox qəribədir ki, mətnin adına da ötürüblər. Əslində, Salatının pasportunda səhvən "Salatın Əziz oğlu Əsgərova" yazılılmışdır. ( səh. 93 )

Mətn Zemfira Məhərrəmlinin “Qırx qız dastanı” əsərindən götürülmüş parçadır.

6. "Atanın dərsi" mətni də, fikrimizcə mütləq dərslikdən çıxarılmalıdır. Burada qız atasına s a y m a z y a n a cavab verir. Hansı Azərbaycanlı ailəsində kiçik olmayan bir qız atasına saymazyana cavab verir?
Atasının da "dərs" kimi fikirləşdikləri elə də təsirli üsul deyil. Ən təəccüblüsü isə mətnin sonudur. Guya, belə bir çətin qız axırda hər şeyi başa düşür. İnandırıcı səslənmir. ( səh. 139-140 )

Bədii mətnlərdə zəif cəhətləri olan obrazların verilməsi mümkündür.

7. "Xoşbəxtlik mətni". Bu mətn haqqında da xoş söz demək mümkün deyil. Səhvlər lap çoxdur.
a) Xoşbəxtlik kimlərəsə gözəl, kəhkəşanlı ev, bahalı maşın verə bildiyi halda quyudan özü çıxa bilmir. Hanı məntiq?
b) Gözəl ev, bahalı maşın əldə edən kəslər heç xoşbəxtliyə təşəkkür belə etmədən, onu quyudan çıxarmağa belə təşəbbüs etmədən aradan çıxırlar.

Hekayənin məqsədi elə bu cür mal-mülk həvəsində olub öz borcunu unudan insanları ifşa etməkdir.

c) Belə bir cümlə verilib: Xoşbəxtlik h ö n k ü r - h ö n k ü r ağlayır. Bu, qətiyyən yolverilən ola bilməz. Xoşbəxtlik ağlayan yerdə insanlar ən bədbəxt olurlar. ( səh. 142 )

Burada Xoşbəxtlik simvolik obraz olmaqla yanaşı, alleqorik xüsusiyyət daşıyır. Buna görə Xoşbəxtliyin zar-zar ağlaması qeyri-təbii təsir bağışlamır.




8. "Ümid". Bu mətndə də qüsurlu məqamlar var. Sülh şamı sönür, səmimiyyəti əks etdirən şam sönür, sevgini rəmz edən şam sönür. Yalnız ümid qalır. ( səh. 150 )

Çox vaxt ən çətin məqamlarda insanı xilas edən ümid olur. Hekayənin ideyası da budur. Bu barədə çoxlu deyimlər var: “Həqiqətin budaqlarına ümidsizliklə çıxmaq mümkün deyil”. (Fridrix Nitsşe:Alman filosofu)
“Ümidsizliklə mübarizə aparmaq lazımdır,çünki ümidsizlik dirilər üçün deyil, ölülər üçündür”. (Ernest Bakler:Kanada yazıçısı)
“Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir”. (Aleksandr Pop:İngilis şairi)


9. "Silinməz dostluq". Mətn uğurludur - verdiyi, təlqin etdiyi ideyasına görə. Yalnız bir yerdə qüsurludur. Dosta vurulan sillənin səbəbi düzgün izah edilməyib. Səyahətdə uzun yolun ürək sıxması düzgün deyil. Əslində, səyahət insanın ürəyini sıxmamalı idi. Sonra ürəyi sıxılan kəs çox verdiyi dostuna yalnız onun söylədiyi sözlərə görə əsəbiləşib silləmi vurmalıdır? ( səh. 155 )

“Silinməz dostluq” qədim Şərq hekayəsidir. O dövrdə səyahət indiki kimi rahatlıqla başa gəlmirdi. Dağlar, dərələr aşan dostların yorulması, sıxılması, bir-birinə qarşı kobudluq etməsi mümkündür.

II Dil qaydalarına aid olan iradlar.

1. "Məktub" mətnində belə bir cümlə işlənilmişdir. -- İnana bilmirdim ki, nəhayət kiminsə işinə yarıyacağam.
yarımaq - özün kimdənsə yarıyırsan.
yaramaq - sən kiməsə kömək edirsən.

Bu cümlədə yarımaq deyil, yaramaq yazılmalı idi. ( səh. 26 )

Azərbaycan dilinin izahlı lüğətində “yarımaq” sözü bu cür izah olunur: lazım olmaq, gərək olmaq, faydalı olmaq, fayda vermək. Sözün bu şəkildə işlənməsi mümkündür.

2. "Sənin kimi olacağam". 30-cu səhifədə "Ağrıları coxdur" cümləsi əvəzinə "Ağrıları kəskinləşmişdir" işlənsə idi, daha yaxşı olardı.

Düşünürük ki, bu cür də işlənməsi məzmuna xələl gətirmir.

3. "Dülgər oğlu" mətnində orfoepiyada verilən söz müəllifin dilindən verilən cümlənin içindədir. Bu düzgün hesab edilə bilməz.
[ e:malatxanıya ] səh. 34. Həmin qayda 35-ci səhifədə izah olunmuşdur. O qaydanın mətndə müəllifin dilindən verilməsi qüsurludur.

Söz tapşırıq predmeti olanda belə hallara yol verilir.

4. "O mənim bacımdır" mətnində belə bir cümlə var: "Lakin ağrılara fikir vermədən yalvarıcı nəzərlərlə otağa girib-çıxanlara baxır, içəridən bir xəbər bilməyə çalışırdı". Bu cümlədə ağrılara fikir vermədən ifadəsi qüsurludur. Çünki ağrı dözülməz olanda ona fikir verməmək sadəcə mümkün deyil.

Mətndə kiçik qızın yalnız ayağı burxulduğu qeyd olunur ki, bunun dözülməz ağrıya səbəb olması mümkün deyil.


6. 103-cü səhifədə "Ağdam çörək muzeyi" mətnindən sonra 8№-li çalışmada xanalar 6 yerdə boşdur.

Həmin tapşırıqla bağlı irad TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

7. "Sənət fədaisi" mətnində (səh.109) Üzeyir Hacıbəyli yazılmasına baxmayaraq digər məqamlarda Əhməd Ağdamski (6 məqamda), Hüseyn Ərəblinski getmişdir. Onda Üzeyir Hacıbəyli yazılmasına hacət qalırdımı?
( səh.109-110 )

İrad anlaşılmır. Mətndə Üzeyir Hacıbəylinin aktyor axtarışından, Əhməd Ağdamskini səhnəyə gətirməsindən və Əhməd Ağdamskinin aktyorluq sənətindəki fədakarlığından bəhs edilir.

8. "İki qar dənəcəyi" (səh.137) mətnində düzgün tərcümə getmədiyindən bəzi səhvlər ortaya çıxmışdır.
a) deyirdi 2, cavab verirdi, etiraz edirdi sözləri dedi, cavab verdi, etiraz etdi şəklində olmalıydı.

Bunun fərdi üslubla bağlı olması mümkündür.

b) Gör biz necə də uçuruq! -- səhv tərcümədir. -- enirik olmalı idi.
c) Cavab kimi verilən düşürük -- enirik şəklində olmalı idi.

Bu mətn böyük su dövranını əks etdirir. Daha uğurlu bir mətn yaradıla bilərdi.

Mətnin bu hissəsində qüsur yoxdur. Əgər iradda qeyd olunduğu kimi yazılsa, hər iki qar dənəciyi “enirik” sözünü deyəcək və onların cavabında fərq olmayacaq.

9. "İnam" mətnində (səh. 149) "Mənim evimi incəsənət əsərinə çevirdin" cümləsi də qüsurlu alınıb. "Mənim evimi incəsənət muzeyinə çevirdin" deyilsəydi, daha təsirli olacaqdı.

Muzey çoxlu eksponatın olduğu məkandır. Bu mətndə rəssamın bir əl işindən söhbət getdiyindən “incəsənət əsəri” ifadəsi daha çox yerinə düşür.

11. "Mete Xaqan" (səh.161) zəif sözü səhv yazılıb. "Zəyifləyib" şəklində, yəni orfoqrafiya ilə deyil, orfoepiya ilə getmişdir.

6-cı sinif “Azərbaycan dili” (2015) dərsliyində “zəyifləyib” deyil, “zəifləyib” (səh.161) şəklində verilmişdir.

12. "Dinozavrlar" mətnində (səh. 179) 180-ci səhifədə hinduşka sözü işlənib. Bu səhvdir. Ya hind toyuğu, ya hind xoruzu işlənir. Hinduşka olduğu üçün hind toyuğu getməli idi..
Bu iradlardan başqa, aşağıdakıları da deməyi özümə borc bilirəm.

“Hinduşka” sözü Azərbaycan dilinin izahlı lüğətində var.

Kitabda uğurlu mətnlər çoxdur. Həmçinin sillogizmlər də vardır. Təklif kimi onu deyərdim ki, sillogizmlərin sayı daha çox olmalıdır. Məntiqi güclü olan şagirdə düzəltmə isimlərə söz + leksik şəkilçi sxemini verməklə 40-dan çox olan şəkilçiləri sadalamamaq da mümkündür. İsmin sualına cavab verən ͆ + ^ sxemli sözləri şagird çətinlik çəkmədən isim kimi qəbul edə biləcəkdir. Bu fikir həmçinin düzəltmə sifətlərə də şamil edilə bilər.
Onu da qeyd edim ki, əgər şagirddə həqiqətən məntiq güclü olacaqdırsa, onda feli sifətlə felin lazım şəklini, feli sifətlə felin vacib şəklini, feli sifətlə təsriflənən xəbər formasını ayırd etməkdə çətinlik çəkməyəcəkdir. Lakin bunun belə olması üçün mütləq sillogizmlərin sayı artırılmalıdır. Ən sadə sillogizmlər əvvəl verilməli, sonra orta səviyyədə olan sillogizmlər, dərs ilinin yarısından etibarən çətin mürəkkəb sillogizmlər təklif olunmalıdır.
Lakin dərsliyin indiki halında mütləq bəzi dəyişikliklər olmalıdır. Ən azı 10-15 isim düzəldən, ən azı 9-10 sifət düzəldən şəkilçilər verilməlidir. Feli sifətlə felin təsriflənən şəkilləri arasındakı fərq izah olunmalıdır.

Dərsliklərdə kurikulumun tələbinə uyğun olaraq şagirdin nitq vərdişlərini inkişaf etdirən ən zəruri dil qaydaları təqdim olunur.

III Kitabdakı mübtədanın tərifinə aid irad.

Əslində kitabdakı (istər ali məktəb, istərsə orta məktəb kitablarında) tərif tamamlığa aiddir. Mübtədanın tərifi belə olmalıdır:
Mübtəda cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyekti bildirir. yaxud:
Cümlədə mütləq adlıq halda işlənən (yaxud olan) qrammatik subyektə mübtəda deyilir.

Dərslikdəki variantın qənaətbəxş olduğunu düşünürük.

IV Kitabda xəbərə aid irad.
169-cu səhifədə "xəbər - hərəkət və məlumat" da səhv bir cümlə getmişdir: "Feli xəbər hərəkət, ismi xəbər hökm bildirir."

Cümlədə yanlışlıq yoxdur.Fikirlərinizi bildirdiyinizə görə təşəkkür edirik.


Rəyləri cavablandırdı: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Ədəbiyyat
6-cı sinif “Ədəbiyyat” dərsliyi ilə bağlı irad və təkliflərə verilmiş açıqlamalar.
04.03.2014 20:18
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
VI siniflər üçün yazılmış Ədəbiyyat dərsliyinə aid qeyd edilən fikirlər:

Əvvəlcə qeyd etmək istəyirəm ki, dərslikdə tərifəlayiq, təqdir olunası məqamlar çoxdur. Lakin bəzi iradları da mütləq qeyd etmək lazımdır.

I Mətnlərlə bağlı məqamlar

1. Yusif Balasaqunlu: "Qutadqu bilik"
Türkiyədə "Kitabi-Dədə Qorqud"dastanı, N.Gəncəvi, M.Füzuli onların öz dastanı, öz sənətkarları kimi tədris olunur. Belə olan halda 1069-cu ildə qələmə alınan, ilk məsnəvi janrında yaradılan "Kutatku bilik" poeması da Azərbaycan ədəbiyyatına aid olan bir əsər kimi dərsliyə salınmalı idi. Türklər "Kitabi-Dədə Qorqud"a, Nizamiyə, Füzuliyə nə qədər iddialıdırsa, biz də "Qutadqu biliy"ə bir o qədər iddialıyıq. İlk oğuznamə olduğu üçün Azərbaycan ədəbiyyatı da bu əsərə sahibdir. Onu da qeyd edək ki, ideal hökmdar və ideal cəmiyyət ideyası məhz bu əsərlə bağlıdır.
Əsər dərsliklərimizdə ortaq türk ədəbiyyatı nümunəsi kimi təqdim olunur və bunun düzgün mövqe olduğunu düşünürük.
Bir də istisna kimi, Yusif Balasaqunlu (yaxud Balasaqoyunlu) haqqında bir qədər məlumat da verilə bilərdi.Çünki o buna layiqdir. ( səh. 16-18 )
İrad dərsliklə bağlı (2013) TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

2. B. Vahabzadənin "Qocalar" şeirində bir parçaya diqqət yetirək:
Həyatın amansız yalqızlığında
Tutur əllərindən əl ağacları.
Şeirdə ümumiləşdirmə güclü olduğu üçün dərin məntiqlə fikirləşəndə bütün qocalarmı belə amansız yalqızlığa düçardır? - ideya baxımından necə izah edilə bilər? ( səh. 29 )
Təbii ki, bütün qocalar amansız yalnızlığa düçar deyil. Lakin poeziya bir anın reallığını təsvir edə və anlada bilər.

3. Kamal Turan "Üç nəfərin imtahanı".
Bu mətn ideya baxımından olduqca qüsurludur. Allahın rəhmi gəlir, birinci xəstəni sağaldıb 1 dəvə, 2-ci xəstəni sağaldıb 1 inək, 3-cü xəstəni sağaldıb 1 qoyun verir.
Onlar varlanandan sonra imtahan edib razı qalmır, həm əllərindən var-dövlətlərini alır, həm də əvvəlki xəstəliklərinə qaytarır. Həm də bu Cənabi-Həzrəti Allahın adından edilir.
Axı biz bilirik ki, əslində Allah əvf edən, bağışlayan, yolgöstərən və rəhm edəndir. Hanı məntiq?
Nəzərə alaq ki, bu adamların hərəsinə yalnız 1 dəvə, 1 inək verilmişdi. Əgər onlar zəhmətkeş, çalışqan, bacarıqlı olmasaydılar, var-dövlət də qazana bilməzdilər.
VI sinfə ötürülən bütün mətnlər (hansı janrda olmasından asılı olmayaraq) kamillik, saflıq, yeni düşüncə tərzi, dərin etik və estetik zövq mənbəyi olmalıdır və şagirdlərə də həmin cəhətləri təlqin etməyi bacarmalıdır.
Allah məgər kinli və intiqamçıdırmı?! ( səh. 82-83)

6-cı sinif “Ədəbiyyat” dərsliyindəki bir çox mətnlərin dərslik səviyyəsinə uyğun olmadığı haqqında iradlar TQDK-nın yekun rəyində (2013, 1015) öz əksini tapmışdır.

4. "Birinci cığır ". Bu hekayə haqqında da xoş söz demək elə də asan deyildir. Ailədə 4 uşaq var. (özümüz övlad demirik). Ana xəstə, nənə yaşlıdır. Evdə bir gilə də olsun su yoxdur. Amma uşaqlardan 3-ü çox tənbəl, bacarıqsız, etinasız, laqeyd və hazırına nazildir.
Yalnız ən balacası bütün müsbət keyfiyyətlərə malikdir. Bunların gələcəyi necə olacaq? Necə vətəndaş olacaqlar? Səhlənkarlıq, məsuliyyətsizlik onlarla bərabər böyüməyəcək ki? Kimdir günahkar?- kimi suallara kimsə cavab verə bilərmi?
Bu mətn də, gördüyümüz kimi yaxşı bir ideya vəd etmir. ( səh. 100-101 )
Ən yaxşısı, bu hekayənin də dərslikdən çıxarılması gərəkdir.
Uşaqlar nənənin xahişini yerinə yetirməyə cəhd edirlər, lakin əlverişsiz hava onları qorxudur, işi yerinə yetirməyə mane olur. Dördüncü uşaq isə daha qoçaq və məsuliyyətlidir, ona görə işin öhdəsindən gəlir.[/b]


5. 109 və 110-cu səhifələrdə Nizami Gəncəvi ilə Mirmehdi Seyidzadə eyni bir səviyyəyə layiq görülərək g ö r k ə m l i sözləri ilə təqdim olunmuşlar.
Bu mümkünmü? Nizami Gəncəvi adı və şöhrəti mif kimi bütün dünyanı fəth edən dahi bir sənətkar, UNESCO xətti ilə bütün dünyada Nizami ilinin (1991-ci il) keçirildiyi bir mütəfəkkir şair, dünyaya saysız-hesabsız humanist ideyalar bəxş edən bir dühadır. Hələ deyə, sadalaya bilmədiyim nə qədər fakt qaldı. Nizami qlobal bir şairdir- bütün Yer Kürəsinin şairidir.
Yəni, bu fikrin nəzərə alınmasını xahiş edərdik.

Bu ifadənin bu şəkildə işlədilməsini Nizami Gəncəvinin şöhrətinə xələl gətirirmiş kimi başa düşmək düzgün deyil.

6. 137-ci səhifədə "İsgəndər quş dili öyrənir" Azərbaycan xalq nağılı əsasında verilsə də, burada Azərbaycan şahından deyil, Makedoniyalı İsgəndərdən bəhs edilir. Bunu düzgün hesab etmək olarmı? Hamımız çox gözəl bilirik ki, Azərbaycanın adı indi də tarix kitablarında Makedoniyalı İsgəndərin sərkərdəsi Atropatın adı ilə əlaqələndirilir. Bu ağrıya necə dözmək olar?
Müəllifdən xahiş olunur ki, kitabın gələn çapında bu fikir mütləq nəzərə alınsın.
Sonda, hörmətli ekspertlər, əslində dərsliyi müasir-modern üsulda yazmaq üçün yalnız dil, ədəbiyyatı deyil, digər elmləri də mənimsəyə bilən bir müəllif yazmağa qərarlı olmalıdır. Təvazökarlıqdan uzaq olsa da, mən özümü bu işə tam yararlı hesab etdiyimi, həm də bunu böyük istək, böyük həvəs, böyük şövqlə edəcəyimi diqqətinizə yetirmək istəyirəm. Mən elə bir dərslik yazaram ki, heç kəs onda kiçik bir qüsur da tuta bilməz. Mən bunu əminliklə deyirəm.

Nağıl Azərbaycan xalq nağılı kimi təqdim olunsa da, orada Makedoniyalı İsgəndərin Azərbaycan hökmdarı olması kimi bir qeyd yoxdur.

Diqqətinizə görə minnətdaram!

Hörmətlə: Göyçay şəhər M. Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili, Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızı...

08.03.2014 21:49
Göyçay şəhər Məhəmməd Füzuli adına 6 №-li tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Hacıyeva Şərəbanı Zabit qızının
"Kitabi-Dədə Qorqud" dastanı haqqında yeni fikirləri.

"Kitabi-Dədə Qorqud" dastanı Azərbaycan xalqının bütün dünyaya meydan oxuduğu şərəfi və ləyaqətidir.
Başqa bir xalqda belə bir möhtəşəm və əvəzolunmaz bir abidə olsaydı, onlar Yer Kurəsinin ilk sakinləri olduqları barədə artıq çoxdan öyünər, özlərini bir silk başqa bütün millətlərdən üstün tutardılar.
Gəlin bu fikri sübut edən faktları sadalayaq:
1. Öncə, onu qeyd edim ki, ümumiyyətlə, dünya ədəbiyyatı və dünya ədəbiyyat mədəniyyəti məhz şumerlərin(artıq sübut olunmuş təkzibedilməz bir faktdır ki, şumerlər türklərin-o cümlədən azərbaycanlıların ulu əcdadları olmuşlar.) "Bilqameş", yaxud "Gilqameş" dastanı ilə başlayır. Dünya ədəbiyyatının ilk nümunəsi məhz bu əsər hesab olunur. Bu fikir də bizim dediklərimizə qüvvə verən əhəmiyyətli bir faktdır.
2. Biz hamımız "Kitabi-Dədə Qorqud" dastanında Dədə Qorqudun dörd əşyaya düzgün ad vermədiyindən təəssüfləndiyini bilirik:
Gəlinə ayran demədim mən Dədə Qorqud,
Ayrana doyran demədim mən Dədə Qorqud.
İynəyə tikən demədim mən Dədə Qorqud,
Tikana sökən demədim mən Dədə Qorqud.
Gəlin bir fikirləşək, şeylərə ad qoymaq məgər dil yaratmaq deyilmi? Əslində, biz Dədə Qorqudu dil yaradan bir şəxsiyyət kimi qəbul etməliyik. Bunu inkar etmək göydəki günəşi danmağa bərabər deyilmi?
Əgər "Dədə Qorqud" nağıl, əfsanə olsaydı, onda biz həmin fakta göz yumub onun həqiqi olmadığını deyər və bu fikrin üstünə gəlməzdik. Lakin dastanlarda tarixən baş verən hadisələrin həqiqətlərin çoxluğu və qeyri-real əfsanəvi səciyyələrin az olduğu faktları hamımız bilirik.
Onu da qeyd edim ki, bütün dilçilərin qəbul etdiyi bir həqiqət də var: Dili adi adamlar deyil, seçilən şəxsiyyətlər- Peyğəmbərlər yaradırdılar.
Soruşula bilər: Dədə Qorqudun neçə yaşı olub ki, artıq nitq, yəni dilin hökmran olduğu cəmiyyətdə də o, söz yaratmağa, ad qoymağa davam edib? "Тайна смерти" kitabını oxuyanlar bu sualın da qarşısında aciz qalmayacaqlar. Həmin kitabda tarixən min illər yaşaya bilən qeyr-adi şəxsiyyətlərdən bəhs edilir. Demək ki, Dədə Qorqud da qeyri-adi bir şəxsiyyət kimi min illər yaşamış və bu xalq üçün dil yaratmışdır. Həmçinin dil yaratmağa davam etmişdir.
3. Əsərdə binalar, qalalar, qəsrlər və saraylar yoxdur. Əsərdə çadırlar vardır. Məgər türk xalqı eramızın VII əsrində çadırlardamı yaşayırdı?
4. Dastanda köpək, yurd, su və qurd ilə danışıq məqamları vardır. Bu məqamlardan yalnız biri indi də qalmışdır. Pis, yaxud yaxşı yuxu görən şəxslər öz yuxularını axar suya danışırdılar.
İtlə danışığa toxunmuram. Çünki itlə danışmaq ta qədimdən indiyədək var. Xüsusi it təlimlərində, evdə it saxlanıldıqda itlə dialoq alınmasa da, onunla dostluq münasibətləri quranlar tarixən it əhliləşdirilən andan bugünümüzədək davam edir.
5. Dastanın üzünü köçürən şəxslər islam dini ilə bağlı bəzi epizodlar əlavə ediblər. Hətta onlar Dədə Qorqudu daha çox diqqətəşayan etmək istədiklərindən onun Məhəmməd Peyğəmbərlə görüşməsi anından bəhs etmişlər. Onlara elə gəlirdi ki, bununla Dədə Qorquda böyük şöhrət gətirəcəklər, lakin əslində Dədə Qorqudun əsl səviyyəsini, özünəməxsus şərəfini- Yer Kürəsinin ilk elçisi olma məqamını ondan yayındırıblar. İndi nə olar, qoy Dədə Qorqud Məhəmməd Peyğəmbərlə də görüşsün, eyb etməz, amma Dədə Qorqud bütün türk dünyasının ilk elçisi, dil yaradan qeyri-adi şəxsiyyət olaraq qalacaq və daim bizi də özü qədər şərəfləndirəcək.
6. Əsərdə adam əti yemək, adam ətindən müxtəlif yeməklər hazırlanan məqamlara da təsadüf olunur. Əsərin ən qədim olması faktlarından biri kimi biz bu məqamları qeyd etməliyik. Çünki söhbətin çox qədim anlara gedib çıxması bu fikrin dəhşətini azaltmaqla bizə onu da öyrədir ki, insanların çox qədim yaşayış anlarında insan əti bişirilmə ətləri siyahısına daxil edilirmiş.
7. Əsərin olduqca qədim olmasını Qazan xanın üç ildən bir çadırında olan əşyaların xalqa bağışlamasını da qeyd edə bilərik. Yalnız bu əsərdir ki, xan neçə ildən bir öz çadırında olan hər bir əşyanı xalqa bağışlayır.Yəni, Qazan xan yeni-yeni xan olub, hardasa ürəyinin dərinliklərində xalqın təəssubkeşliyini çəkir, onlardan hansısa bir əşyasının daha dəyərli olmasından xəcalət çəkib var-dövlətini onlara paylamaqla vicdan əzabından bir qədər uzaqlaşmağa cəhd edir. Bir qədər sonra hansısa xan, şah, firon, kral və s. kimi başçıların öz evini paylama məqamına təsadüf edilibmi?
8. Dastanda qədim türk xalqına məxsus qeyri-adi igidliklər sadalanır. Çox təəssüf ki, həmin real igidliklər dərsliklərdə mübaliğə kimi təqdim olunur. Əslində Qazan xanın tək düşmən üstünə getməsi faktları, qəhrəmanların özlərinəməxsus igidlik tərzləri, Qaraca Çobanın ağacı kökündən qoparma məqamları bütün dünyada yalnız türk xalqına Tanrının bəxş etdiyi məziyyətlərdir.
Bugün belə bu xüsusiyyətlər türk xalqında özünü biruzə verir: Dişi ilə qatarı çəkən, iki qarşı-qarşıya dayanan avtomobilləri əlləri ilə hərəkət etməyə qoymayan, şüşə qırıntıları üzərində çılpaq uzanıb üstünə mişar daşları düzdürən, əlləri ilə mişar daşları yaran, hətta başlarında mişar daşlarını parçalayan igidlərimiz azdırmı?
9. Əsərin dili öz yarandığı tarixdən çox uzaq düşsə də, bugün tərcümə edilərək nəşr olunsa da, çox maraqlıdır ki, möhtəşəm əsərə layiq möhtəşəm fikirləri və bədii dil xüsusiyyətlərini də hifz edə bilmişdir. Dastanın dili müqəddəs kitabların dilini xatırladır:
Hanı dediyin bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı, yer gizlədi,
Fanı dünya kimə qaldı?
Gəlimli, gedimli, dünya,
Son ucu ölümlü dünya.
Hətta bu üslub özünü nəsr dilində də hiss etdirir: Torpağı əkmədinsə, onu qorumağına dəyməz, qorumadınsa, onu əkməyinə dəyməz.

10. Əsərdə müqəddəs kitabları xatırladan müqəddəs anlar, müqəddəs məqamlar daha çoxdur. Onları qeyd edirəm:
a) Namus, şərəf məsələsi. Uruz anasından tələb edir ki, mənim ağ ətimdən qara qovurma edəcəklər, məqsədləri səni tanımaqdır, qızlar bir yeyəndə sən iki ye, təki atam Qazanın namusu tapdanmasın.
b) Anaya münasibət. Ana haqqı tanrı haqqına bərabər tutulur. Belə bir məqam- analığın belə bir zirvəsi başqa heç bir kitabda, heç bir müqəddəs kitablarda, heç bir ölkədə, heç bir xalqda belə ucalığa layiq görülmür.
c) Bugün təbabətin çox inkişaf etdiyini, az qala möcüzələr yaratdığını hər birimiz bilirik. Əsərdə belə bir məqam var: Atanın kor olmuş gözlərinə oğlun qanı dərman kimi çəkilir və atanın kor olmuş gözləri nura qərq olur. Bəs bu dərmanı möcüzələr yaradan təbabət tanıyırmı? Əslində, bu hadisəni verməklə əsərdə ata ilə oğul arasında izahedilməz, sirli bir əlaqənin, bağlılığın olduğuna işarə vardır- bu bağlılığı bugünkü təbabət elmi də etiraf edir.
d) Qaraca Çoban düşmən tərəfindən verilən bəylikdənsə, öz ulusunda baş çoban olmağı üstün tutur. İbrət alınası bir məqam...
e) Yuxuya inam. Əsərin qəhrəmanları yuxuda gördükləri ilə bağlı günlərini planlaşdırırlar. Bu həm möcüzəli bir tərəfdir, həm də əsərin qədimliliyinə dəlalət edən bir cəhətdir.
Dediklərimizə və deyə bilmədiklərimizə əsasən bu əsərə yenidən baxılmalı, yeni fikirlər silsiləsi meydana çıxarılmalıdır.
Hörmətli ekspertlər, sizə yəqin məlumdur ki, dərsliklərdə bu abidənin qiymətini onun yazılı ədəbiyyatın içərisində göstərməklə layiq olduğu dəyərindən qat-qat aşağı endirmişlər. Buna dözmək olarmı? Özünüz deyin: hansı daha qədimdir- yazılı ədəbiyyat, yoxsa şifahi ədəbiyyat?
Fikirləşək: Məgər dastanı da nə vaxtsa yazıya alındığı üçün yazılı ədəbiyyata daxil etmək olarmı? Özümüz özümüzə bu qədər pisliyi nə üçün edirik? Bu bizə kömək edirmi?

Rəydəki fikirlər 6-cı sinif “Ədəbiyyat” dərsliyi ilə bağlı olmasa da, iradınıza cavab olaraq bildiririk: “Dədə Qorqud” eposu haqqında X sinif “Ədəbiyyat” dərsliyində məlumat verilmiş, dərsliyin heç bir yerində onun yazılı ədəbiyyat nümunəsi olması qeyd edilməmiş, yalnız 25-ci səhifədə II minilliyin əvvəllərində bu dastanın yazıya alındığı yazılmışdır. Bu fikirlər isə dastanın yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi haqqında fikir formalaşdırmır.

30.03.2014 19:57
NOVRUZ BAYRAMI BARƏDƏ.

Turk xalqının ən qədim olduğunu novruz bayramı bir daha sübut edir. Novruz bayramının ən qədim olduğunu sübut edən faktlar aşağıdakıiardır:
1 .Novruz atəşpərəstliyə sitayiş dövrü ilə əlaqədardır. Hər çərşənbə qalanan tonqallar,bayram süfrəsində yandırılan şamlar,səmənilər,pax­lavalar,şəkərburalar­,şorqoğall¬ar,külçəl­ər atəşpərəstliyin rəmzləridir. Qeyd edək ki,səməni atəşpərəstlik dinində əkinçiliyin,paxlava sayrışan ulduzların,şəkərbura hilal ayın,külçə günəşin,şorqoğal isə bədrlənmiş ayın rəmzləridir.
2.Biz bilirik ki, insanlar çox qədimlərdə oddan müdafiə vasitəsi kimi yararlanmışlar.Yəni,­ən qədim insanlar oda sitayiş etmişlər.Elə bu səbəbdən atəşpərəstlik ən qədim din hesab olunur.Atəşpərəstlər isə ən qədim insanlar hesab olunur.
3.Bizim xalqımız keçən uzun əsrlər ərzində zamanın hansı dönəmindəsə,nə yollasa,islam dinini qəbul etmişsə də,atəşpərəstliyin adət və ənənələrini heç vaxt unutmamış,onu bu günlərimizədək qoruyub saxlamagı bacarmışlar.BU,bizim xalqımızın dönməz ,qırılmaz iradəsinin,əzmkarlığ­ının,saf mənəvi dünyasının təcəssümüdür.
Sonda onu da qeyd edim ki , bu bayram hər birimiz üçün olduqca önəmlidir.Bu bayramı qoruyub bizə ərməğan etdikləri üçün bizlərdən hər biri ulu əcdadlarımız önündə baş əyirik.BAYRAMIMIZ MÜBARƏK!

Rəydə dərsliklərlə bağlı heç bir irad və təklif verilmədiyindən cavablandırılması vacib hesab edilmir. Fikirləriniz üçün təşəkkür edirik.

31.03.2014 19:58
6-cı sinif Ədəbiyyat dərsliyindəki səhvlərin ardı.


136-cı səhifədə QANLI BƏNÖVŞƏ hekayəsi bizlərdən hər birimizin ən ağrılı yerinə sanki od vurur.
Hekayədə zəif məqamlar o qədər çoxdur ki,bilmirsən nədən başlayasan?
1.Qanlı faciəyə üç gün qalmış Zərif Siranuş xalanın –fikirləşin Xalanın ,Suren dayının- diqqət edin-Dayının düşmən olduğunu üzə çıxarır.Bunu necə qəbul etmək olar?Ümumiyyətlə,bun­u qəbul etmək mümkünmü?
2.Hələ də mi Zərif düşmən olduğunu güman etdiyi erməni qonşularının qapısını açıb həyətlərinə daxil olub,onlarla birlikdə oynamaq istəyir?Bəs bunu necə qəbul edək?
3.Erməni qızları düşmənlərini tanıyır, Zərif tanımır, bəs bunu necə qəbul etmək olar?
4.İndi ən ağrılı məqam:
Zərif atasından soruşur ki,biz azərbaycanlı deyilik?Cavabında atası deyir ki, Yox qızım,Azərbaycan torpağımızın adıdır.
Elə bu andaca sizlərə həmişəyaşar əbədi liderimiz Heydər Əliyevin dili ilə öz iradımı dilə gətirirəm-Mən həmişə fəxr etmişəm –indi də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM!
Hekayədə zəif məqamların çoxluğu onu dərslikdən çıxarmağın lazım gəldiyini göstərir.
Daha təsirli,daha inandırıcı,daha dolğun hekayələr yaradılmalıdır.Təsəv­vür edin ki, məntiqi güclü olan 6-cı sinif şagirdləri də dediyimiz bu fikirləri üzə çıxara bilər.Hekayədə azərbaycanlıların aciz və cılız görünməsi bizm xeyrimizədirmi?
Səhifə 152-də “Mən bizim anaları Günəşə tay tuturam’’şeiri əslində şeirin ideyası, məzmunu baxımından çox yaxşıdır, lakin forması düzgün deyil.Birinci bənddə altı misra, 2-3-4-cü bəndlərdə səkkiz misra,sonuncu bənddə isə elə birinci bənd təkrarlanır.
Səhifə 121-də Dərsimi yaz hekayəsi ümumiyyətlə dərsliyə salınmamalı idi.Mən xahiş edirəm ki, bu mətni bir neçə nəfər oxusun.Umumi rəy mütləq bu mətnin dərslikdən çıxarılması haqqında fikrin söyləniməsi olacaqdır.
Səhifə153-də Ana rəhmi əfsanəsi də dərslikdən çıxarılmalıdır.Çünki əfsanədə 19-cu əsrdə baş verən hadisələr çox inanılmaz,alçaldıcı təsvirlərlə çatdırılır.Guya Xan qızı Natəvan quldurlar tərəfindən oğurlanır.

6-cı sinif “Ədəbiyyat” dərsliyindəki bir çox mətnlərin dərslik səviyyəsinə uyğun olmadığı haqqında iradlar TQDK-nın yekun rəyində (2013, 1015) öz əksini tapmışdır.

Göyçay şəhər M.Füzuli adına 6№-li tam orta məktəbin müəllimii Hacıyeva Şərəbanı

02.04.2014 19:34
6-cı sinif Ədəbiyyat dərsliyində dil səhvləri.
39-40-cı səhifədə Çingiz Aytmatovun “Dəniz kənarıyla qaçan alabaş’’əsərində 2 halı qeyd edək:
1.fərəhnak –bu söz dilimizdə tarixən işlənmişdir.M.Füzuli­dən misal:
Qönçə yaxasını edibən çak,
Bülbül baxıban olub fərəhnak.
Qrammatika kitablarında da-nak-adlı şəkilçiyə təsadüf edilmir.

İrad dərsliklə bağlı (2013) TQDK-nın yekun rəyində öz əksini tapmışdır.

3.116-cı səhifədə də bir cümlədə qüsur üzə çıxır:Həm ürəkləri boşalmış, həm də çantalarında gətirdikləri gilizləri,qəlpə qırıqlarını,daş mərmiləri buradaca töküb vermişdilər məktəbə.Hekayəni oxuyan hər kəs bu cümlənin digərləri ilə uyğun gəlmədiyini aşkar edəcəkdir.

Сümlə yerində işlənib.

4.Həmin hekayədə yenidən daha bir səhv:Qorxurdu vəzifədən çıxar.-Olmalıdır-çıx­ararlar.

“Vəzifədən çıxarılar” şəklində qeyd olunmuşdur (“Ədəbiyyat-6-cı sinif”, səh.113, 2-ci abzas).


5.113-cü səhifədə müəllifin dilində daha bir dialekt sözü işlənib-cıbıldız.
Bir hekayədə bu qədər səhv olarmı?

Bədii əsərlərdə dialekt sözlərindən istifadə olunması mümkündür.

118-ci səhifədə “Xan Sarayı’’hekayəsində belə bir cümlə var:Ancaq beləsi yaradanı kəsə bilər.Getməli idi-yaradan əlləri.

Söz daha geniş mənada işlənmiş, təkcə yaradan əl deyil, yaradan, yaradıcı insan nəzərdə tutulmuşdur.

Səhifə 121-də ‘’Dərsimi yaz’’ hekayəsində -tərpəşmə, quyuya düşərsən-getməli idi-tərpənmə.
Söz obrazın dilindən verilmişdir.Bədii ədəbiyyatda dialekt sözlərindən istifadə mümkündür.
164-cü səhifədə ‘’Koroğlu’’dastanınd­a bir neçə yerdə -döşünə- sözü işlənmişdir. Sinifdə o söz heç etik səslənmir. Hörmətli müəlliflər o sözü –köksünə,qoynuna sözlərindən biri ilə əvəz edə bilərdilər.

Bu söz ədəbi dilimizin normalarına uyğun olan sözdür və bu sözün istər ədəbi əsərlərdə, istərsə də danışıq və yazı dilində işlədlilməsində heç bir qəbahət yoxdur.

Səhifə 202-də “Barıt iyi’’hekayəsində müharibə səhnəsi təsvir olunarkən –Fərid ətrafa tamaşa edir.-yazılıb.
Tamaşa edir- ifadəsi müsbət mənalıdır.Ona görə də bu cümlədə həmin ifadə işlənməməlidir.
Ətrafa baxır,ətrafa göz gəzdirir kimi ifadələrdən yararlanmaq daha yerinə düşərdi.

Bu cümlə Fəridin yuxusunda gördüyü döyüşdən sonrakı səhnəyə aiddir. (səh.203) Cümlədəki söz mənaya xələl gətirmir.

Səhifə 24-də -O,Göygölün şəkillərini çox-çox görmüşdü-cümləsində-­çox.... çox şəklindəgetməli idi.

Həmin söz yazdığınız şəkildə gedərsə, tələffüzdə iki söz arasında məsafə saxlanılmasını tələb edər, lakin bu cümlədə sözün bu şəkildə tələffüz olunması yerinə düşmür.

“Dədə Qorqud’’ dan verilən “Basatın Təpəgözü öldürməsi” boyu əfsanəvi səciyyə daşıdığından ən qədim tarixi köklərə bağlıdır. Sadəcə,dastanı yazıya alan şəxs islam dininə səcdə etdiyindən dastana islam dini ilə bağlı müəyyən epizodlar əlavə etmişdir.Bu epizodları dastandan çixarmağın zamanı deyilmi?Həmin parçalar dastanı çox müasirləşdirmirmi? Bu bizə lazımdırmı?Yəni biz bu qədərmi sadəlövhük?

Dastan şifahi xalq yaradıcılığı nümunəsidir. Və onun olduğu şəkildə verilməsi heç də qədimliyini kölgə altında qoymuş olmur.

Çox təəccüblüdür ki,’’Koroğlu’’dastan kimi verilsə də,’’Dədə Qorqud” dastan kimi təqdim ediməyib.Bu,çox ağrıdıcıdır.

173-cü səhifədə “Dədə Qorqud” dastan kimi təqdim olunmuşdur.

Diqqətinizə daha bir məsələni də çatdırmaq istəyirəm.Xahiş edirəm, dünyanın aparıcı ölkələrinin dərsliklərinə bir sərf nəzər qılın:Heç birində 8-ci sinifdən öncə,sevgi haqqında nəsə bir kiçicik epizod belə tapa bilməzsiniz.Şagird Vətəni,ata-anasını,x­alqını,torpağını qoy əvvəl sevsin, bu ,onun bəsidir.Səhifə 191-də “Ağabəyim ağa”əsərində məhəbbət ,sevgi hissi olduqca güclüdür.

Mətndə aşkar, nəzərəçarpacaq sevgi motivləri yoxdur. Əksinə,vətənə məhəbbət hissi daha güclüdür.

Dərslikdəki sual və tapşırıqlar bir-birinin eynidir və deməli,yorucudur.Yax­şı olardı ki,hər dərsə məxsus xüsusi sual və tapşırıqlar hazırlana idi.Onda dərslər daha maraqlı və daha keyfiyyətli olardi.
Göyçay şəhər 6 saylı tam orta məktəbin müəllimi Hacıyeva Şərəbanı

Dərslikdəki tapşırıqların məqsədəuyğun olmamamsı haqqında iradlar TQDK-nın yekun rəyində (2013, 2015) öz əksini tapmışdır.




24.12.2015 16:48
Quote
Səmədova İlhamə:
Salam,əvvəlcə sayt üçün təşəkkür edirəm və uğurlar arzulayıram.6-cı siniflər üçün ədəbiyyat dərsliyi həddindən artıq mürəkkəbdir və şagirdlərin işləməsi üçün rahat deyil.Dərslik başdan-başa cədvəllərdən ibarətdir.Şagird üçün anlaşılmaz və yorucudur.Tapşırıqla­rı 45 dəq.ərzində icra etmək mümkün deyil.

Səmədova İlhamə, fikrinizə cavab olaraq bildiririk ki, sadaladığınız qüsurlar haqqında iradlar TQDK-nın “Ədəbiyyat-6” (2015) dərsliyi haqqındakı yekun rəyində öz əksini tapmışdır.

24.12.2015 16:50
Quote
Bayramova Gülafət:
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

VI sinif ədəbiyyat dərsliyində səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

MMV-də KSQ üçün test tapşırıqları öz əksini tapmışıdr.

Şərhi təqdim etdi: filologiya elmləri doktoru, TQDK-nın seminar rəhbəri İslam Qəribli
Səhifələr: 1