User Posts Seyfullayeva Nərminə

Posts Of Seyfullayeva Nərminə
until
Səhifələr: 1
Coğrafiya
Salam hörmətli Azad Tağıyev. Dərsliyə münasibət bildirdiyinizə görə təşəkkür edirik. Kurikulum coğrafiya fənninə yeni baxış yaradır. Biz keçmiş illərdəki coğrafiyada olan şablonu qırmışıq ona görə sizə qəribə gəlir. Şagirdin coğrafiya ilə tanışlığı öz ölkəsi-yurdu ilə başlaması daha məqsədəuyğundur. yəqin ki razılaşarsınız.
VI sinif coğrafiyası bütövlükdə məktəb coğrafiyası üçün motivasiyadır. Plan, miqyas, xəritə anlayışları yuxarı siniflərdə çox geniş izah olunacaqdır.Bu yaşda şagirdin hər hansı məsələni əzbərlətməyə ehtiyac yoxdur.
Coğrafiyanın məzmun xətlərinin ardıcıllığı heç də bölmələr və ya tədris vahidləri demək deyil. Bu xətlər coğrafiyanın bütün mövzularında aparici ideyadır. Kurikuluma görə məktəb coğrafiyası fiziki və iqtisadi, Azərbaycan, dünya və ya materiklərə bölünmür. Sonrakı siniflərdə də onlar ayrılıqda keçilməyəcək.Coğrafi hadisə və proseslər sadədən mürəkkəbə doğru xətti üsulla öyrəniləcəkdir.
Gələcəkdə İqtisadiyyatın əsasları adlı fənn də omayacaqdır. onun mövzuları və saatlar coğrafiyada təmsil ediləcəkdir.MMV də olan testlər bilikləri deyil bacarıqları üzə çıarmağa istiqamətləndirilmiş­dir. Bu isə təfəkkürün inkişafına yönəldilib.
"Böyük şəhər" deyəndə məcbur deyil ki şagird dünyanın hansısa görmədiyi şəhər haqqında fikir söyləsin. Bakı şəhəri nəzərdə tutulur və yaxından uzağa prinsipi gözlənilir. Azad müəllim bütün dünyada iqtisadi-sosial coğrafi problemlər daha qabarıq verilir önə çəkilir-çünki insan faktoru daha önəmlidir. Sağ olun
6-ci sinif
Salam. Göllər mövzusunda dərslik və MMV arasındakı qüsur nəzərimizdədir..Sag olun ki nöqsanları deyirsiniz. deməli dərsə qarşı məsuliyyətlə işləyirsiniz.
6-ci sinif
Xəyalə xanım salam. Siz fədakar birisiniz. Yəqin elə əmək haqqın məktəbdə qalır. Titikaka gölünın özəllikləri olmasaydı yəqin ki heç kim onun adını belə bilməzdi. Amma Cənubi Amerikada başqa göl olmadığına görə bu gölün adı məktəb coğrafiyasında çəkilir. Şagirdlərə kömək üçün bəzən özünüz də istiqamət verə bilərsiniz. Xəritələr Kartoqrafiya və Geodeziya komitəsinin məhsuludur. Onlar da maraqlıdır ki, atlas nəşr etsinlər. Sağlıq olsun görüşə bilsək sizə bu sahədə olan fikirlərimi deyərəm. Köklü dəyişiklik olmalıdır. Amma əvvəlki variantda atlasnəşr olunmasına dəyməz. Siz isə tam doğru etmisiniz. Uğurlar. Sağ olun.
6-ci sinif
Hörmətli Aybəniz xanım salam. Coğrafiya dərsliyində müşahidə etdiyiniz uyğunsuzluq doğrudur. Həqiqətən də texniki qüsurdur.Biz də çapdan sonra gördük. Növbəti nəşrdə aradan qaldırılacaqdır.Diqq­ətinizə görə sağ olun.
6-ci sinif
Salam Xeyale xanım. Hündürlüyə doğru temperatur dəyişməsi VII sinifin standartına aiddir. Biz onu versəydik qüsur kimi qiymətləndirilməli idi. Amma hiss etdinsə şəkil üzərində dağın ətək və zirvəsi arasında temperatur fərqini verməyə çalışmış və şagirddə təsəvvür yaratmağa nail olmuşuq. Veyisova Xəyalə,
6-ci sinif
Xəyalə xanım ilk növbədə təşəkkürlər!!!!
Sizin dərslikdə qüsur hesab etdiyiniz bəzi fikirlərinizə münasibət bildirməyi uyğun hesab edirəm.
1. Verilən xəritə şagirddə icmal yaratmaq üçün verilmişdir.Əslində bu 3d xəritəsidir.Vizual görünüş ilə müstəvi təsvir arasında keçid mövqeyi tutur. Burada biz fiziki xəritə verə bilməzdik çünki növbəti mövzuda dəqiq Azərbaycan xəritəsi verilmişdir.
2. Vasko da Qamanın 1497-ci ildə Hindistana dəniz yolunu açması rəqəmi ingilis ədəbiyyatından götürülmüşdür. Kəşf tarixi bir rəqəmlə ifadə olunmalıdır. Əgər biz əvvəllər 1497-1499 yazırdıqsa bu səhv idi. Çünki kəşf ani hadisədir. Birdən baş verir. Digər məsələ....F.Magellan­ın Hindistana qərbdən dəniz yolunu aşması həqiqətən belədir. Bunun üçün Avropanın tarixini bilmək lazımdır. İspaniya və Portuqaliya arasındakı razılaşmaya görə ispanların şərqə tərəf üzmək ixtiyarı yox idi. Məhz ona görə ispanlar Hindistana qərbdən yol axtarırdılar. Həm də qızıl üçün deyil o vaxtlar Avropanı bürüyən vəba, taun və s. epidemiyalara görə -baharat-dərman-ədvi­yyat üçün. Xəyalə xanım bizim yanaşmamız tamamilə doğrudur.
3. Magellanın səfərində iştirak edənlərin sayı 237-280 nəfər olub və bunun heç bir önəmi yoxdur. Bunu xüsusən Siz gözəl bilirsiniz.
4. İradınız doğrudur. Kompyuter variantında xəritə-sxem tam doğrudur. Necə ki dərsliyin rus dilli variantında şəkil tamdır.
5. Benazir və Naominin şəkillərini dəyişmək təklifini qəbul edirik. Amma hər halda uşaqların qaşları var Qaş və saçların rəngi eynidir.
6. Qutuların üzərindəki yazılar ingilis dilindədir. Belə qutular Bakıda da çoxdur. Dil haqqında qanuna əməl etmək borcumuzdur. Amma həm də fənnlərarası inteqrasiyanı unutmaq da olmaz.
7. Texniki qüsurdur. Dərsliyin çapına ayrılan vəsait nə qədər çox olacaqsa belə qüsurlar azalacaq.
8. Xəritənin dəyişməsinə aid iradı qəbul edirik. Bu qüsur mənbədə belə verilib. Seçim düzgün olmayıb.
9. Dərsliyin formatı və səhifələrin sayı istədiyimiz kimi olsaydı Sizə necə gözəl sürprizlərimiz vardı. Təəssüf edirik. Əslində Siyasi xəritə ilə şagirdlər yuxarı sinflərdə daha çox işləyəcək. Sonrakı sinflərdə bu nəzərə alınar.
10. Əvvəlki dərsliklərlə müqayisə etmənizi istəməzdik. Yəqin ki, əvvəlki dərslikdəki təsvir qoyulsa idi onu səhv kimi qəbul edərdiniz. Amma hər halda fikrinizlə razılaşmaq olar. Variantlar çoxdur və dəyişmək mümkündür.
11. Fikrimizcə şagirdlər etalon anlayışından xəbərdar olmalıdırlar. Ona görə də müxtəlif ölkələrdə fərqli ölçülər haqqında məlumat almalıdırlar.
Təşəkkür edirik. Nərminə Seyfullayeva
6-ci sinif
Arzu müəllim Sağ olun. Dəyərləndirdiyiniz üçün təşəkkür edirik. Yeni test kitabçası da hazır vəziyyətə yaxındır. İstərdik ki, müəllimlərimiz coğrafiya fənninin məzmununda edilən köklü dəyişikliyi dərslikdə gedən bəzi texniki qüsurlara qurban verməsinlər. Texniki qüsurlar gələn nəşrdə aradan qaldırılacaqdır. Nərminə Seyfullayeva.
Səhifələr: 1