User Posts Veyisova Xəyalə

Posts Of Veyisova Xəyalə
until
Səhifələr: 1
Coğrafiya
Zeynalova Aynur, Siz bunu DİM-in saytında ödəniş edib əldə edə bilərsiniz.
Coğrafiya
Azərbaycanın bitki örtüyü haqqında məlumatların da "Təbii zonalar" mövzusuna qatılmasını məqsədəuyğun saymıram.Ümumiyyətlə bu mövzu həcmcə çox uzundur.
Coğrafiya
İskəndərova Şahsənəm,
Çox sağ olun,Şahsənəm xanım.Vaxt olduqca qeyd etməyə çalışıram.
Coğrafiya
"Təbii zonalar" mövzusunda yazılıb ki,ekvatorial meşələrdə fil,kərgədan yaşayır.
8-ci sinif
"Təbii zonalar" mövzusunda yazıllb ki,ekvatorial meşələrdə fil,kərgədan yaşayır.
8-ci sinif
Biosfer Yerin təbəqələri sistemində tapşırıq var.Tapşırıqda qeyd edilib ki səh 122-də şəkil 2-dən istifadə edin.Səh.122-də isə şəkil yoxdur.
Coğrafiya
Dərslik (2015-ci il nəşri) haqqında ümumi fikirlərim qənaətbəxş deyil.6-7 - ci sinif dərslikləri daha maraqlı,sadə dil üslubunda yazılmış,daha maraqlıdır.Bu dərslik isə ənənəviliyi xatırladır və dərslikdə informasiya bolluğu var.
Coğrafiya
Salam.7-ci sinif dərsliyində kartoqrafik təsvirlər bölməsini birdən-birə çox ağırlaşdırmısız.Rely­efin təsvirində həm horizontal,həm kəsmə yüksəklik,həm nisbi hündürlük,həm də onlara aid geniş hesablamalar.Təklif edərdim ki bunun birinci dərsi nəzəri,əlavə isə praktik dərsi olardı.Miqyas mövzusunu isə əksinə çox sadə vermisiz,yalnız miqyasın növləri.Ümumilikdə deyə bilərəm ki,6-cı sinifdən 7-ci sinfə keçid birdən birə çox qabarıqdır dərslikdə.
Coğrafiya
Bu dərslikdə (2013-cü il nəşri) ən gözəl,yaradıcı,bütün standartlara uyğun tədris vahidi-Yer səthinin təsviridir.Düşünən beyinlərə afərin.Çoooooox gözəldir.
Coğrafiya
Hal-hazırda VII bölməni tədris edirəm.Mənə elə gəlir ki,"Ay" və "fəsillərin əmələ gəlməsi" mövzusunda çox dərinə varılıb.Sizcə bu standartdan kənar deyil?Hələ ki orbit müstəvisinin meyilli olması məsələsi şagirdlərin potensial imkanlarına uyğun deyil.
Coğrafiya
Salam,hörmətli müəlliflər.9-cu sinif dərsliyində (2012-ci il nəşri) Cənub Şərqi Asiya ölkələrində Saluin çayı bir dəfə Salvin şəklində qeyd olunur.Bu çayın adı Saluindir,amma 2 dəfə adı çəkilir ikisində də Salvin kimi.Bunun doğru adı hansıdır?Araşdırdım ki,Saluindir.Bunu ciddi nöqsan hesab etmirəm,yəqin ki çap səhvidir.
Coğrafiya
X sinfin dərsliyi (2012-ci il nəşri) çox sanballı kitabdır.Hətta elə bir kitabdır ki,universitet tələbələri də bu dərslikdən yararlanırlar.Amma dərslikdə bəzi nöqsanların olduğu da nəzərə çarpır.Elə də ciddi nöqsanlar hesab etmirəm,vaxtaşırı fikirlərimi bildirəcəm.
Məsələn:Bu il çıxan abituriyent 1 jurnalında coğrafiyaya aid modern testlərdə Benyof sərhəddinə aid sual var.Amma bu sərhəddin adı heç bir orta məktəb dərsliklərində çəkilməyib.Abituriye­ntlər bunu Hədəf dərs vəsaitindən öyrəniblər.Amma bu düzgün deyil axı,dərslikdə verilənlərlə TQDK-nın proqramı uyğun olmalıdır.Bu məqam 10-cu sinif dərsliyində verilməlidir.
Coğrafiya
Aliyə xanım,sizin fikirlərinizlə tamamilə razıyam.Bu düzgün addımdır ki,dərslik informasiya bolluğu təəssüratı yaratmamalıdır.Amma ,IX sinif elə bir bölmədir ki,bu şagirdlərdə çox maraq doğurur.Şəxsən mən dərs dediyim şagirdlər əvvəlki kitabları əldə edirlər,hansı ki,1999,2003 və s illərdə nəşr edilmiş kitabları ki,onlar şagirdlərdə maraq oyadır.Təklif edirəm ki,yeni yazılan IX sinif dərsliyi ensiklopedik məlumatlarla zəngin olsun.
“Dərslik portalı” haqqında fikir və təkliflər
Bəli,cənab Qurbanov.Sizin fikirlərinizlə tamamilə razıyam.Həmişə ürəyimizdə yığılıb qalan rəy və təkliflərimizi bölüşə bilirik.
“Dərslik portalı” haqqında fikir və təkliflər
Bəli,cənab Qurbanov.Sizin fikirlərinizlə tamamilə razıyam.Həmişə ürəyimizdə yığılıb qalan rəy və təkliflərimizi bölüşə bilirik.
Coğrafiya
Hörmətli həmkarlar.Mən mövzuların ardıcıllığında heç bir qüsur görmürəm,məncə bu ardıcıllıq belə olmalıdır.Əgər siz,keçmiş kitablarda olduğu kimi deyirsinizsə,bu şagirdlərçün çətinlik yaradırdı.Amma indi sonda kartoqrafik təsvirlərin verilməsi məqsədəuyğundur.Çünk­i şagirdlər o mövzulara çatana qədər xəritələrlə tanışlıqları olur,hər dəfə obyektləri müqayisə edəndə miqyas haqqında anlayışlar əldə etmiş olurlar.Mən bu fikirləri təcrübəmə əsaslanaraq söyləyirəm.
6-ci sinif
Çox sağ olun,Nərminə xanım.Xoş sözləriniz mənə stimul verdi.Əmək haqqı məsələsinə düz toxundunuz:))Nərminə xanım,mənim kitabda və ya atlasda olan problemləri tez bir zamanda aradan qaldırıb həll etməyə gücüm çatır,sadəcə,siz bilirsiniz axı ucqar kəndlərdə yaşayan müəllimlər və şagirdlər var,onların dərslikdən başqa vəsaiti yoxdur.Mən onu da bilirəm ki,hələ bir qəzet və jurnala məqalə hazırlayarkən nə qədər araşdırma aparıram,nə qədər vaxt sərf edirəm.Kitab yazmaq asan iş deyil,siz bu yükü üzərinizə götürdünüz müəlliflərlə birgə,buna görə sizə minnətdarıq.Amma bəzi məqamları da qeyd etməliyik ki.fənnimizin səmərəsini daha inkişafyönümlü görək.Bütün şərhlərimi diqqətlə oxuyub hər bir məqamına reaksiya verdiyiniz üçün sizə sonsuz təşəkkürlərimi bildirirəm.
6-ci sinif
Salam.Nərminə xanım.6-cı sinif dərsliyinə dair problem xəritələrlə bağlıdır.Dərslikdə fiziki xəritə verilib.Məsələn,"Göl­lər" mövzusunda tapşırıq var ki,göllərin yerləşdiyi materikləri tapın.Kitabdakı xəritədə məsələn,Titikaka gölü yoxdur,köhnə 6-cı sinif atlasında da yoxdur.Şagird tapmaqda çətinlik çəkir,mən də istəyirəm ki,şagird özü tədqiqat aparsın bunu araşdırsın,kabinetdə çoxlu atlaslar var onlar da ruscadır,verə bilmirəm.Məsələn,mən dərsi keçəndə nə etmişəm?Kitabdakı fiziki xəritəni skanerdən kecirmişəm,üzərində olmayan gölləri xəritəyə əlavə etmişəm,rəngli print edib,hər qrupa birini paylamışam ki bundan araşdırsınlar.Mən bilirəm ki,xəritələri sizlərə Kartoqrafiya institutu təqdim edir,yəqin ki üzərində dəyişiklik aparmaq olamaz.Amma mənim etdiyim də tam düzgün olmaya bilər,çünki burda miqyas məsələsi də nəzərə alınmalıdır,amma neynim ki çıxış yolunu belə tapdım.Sizcə səhv etmişəm?
6-ci sinif
Salam,Nərminə xanım.Açıqlamanız üçün təşəkkür edirəm.VI sinif yağıntı mövzusunda Azərbaycana aid olan xəritə sxemdə tapşırıq var,həmin tapşırıqda texniki səhv olub,olmalıdır 600-1000 mm yağıntı,yazılıb 6000-1000.Mən şagirdlərimə 0-ın birini sildirdim.Həmçinin iş dəftərində də bu səhv var,xahiş edirəm nəzərə alarsız növbəti nəşrlərdə.
Sizə dərin təşəkkürümü bildirirəm,iş dəftərinə görə,seminardan sonra bildim ki iş dəftərləri satışdadır,şagirdlər­ə aldırıb istifadə edirik artıq.İşimiz həm asanlaşıb,həm də şagirdlər üçün daha maraqlıdır.
6-ci sinif
Salam,Nərminə xanım.Vaxt ayırıb fikir bildirdiyiniz üçün təşəkkür edirəm.Sizin fikirlərinizi canlı-canlı eşitmək mənimçün çox xoş hadisə idi.Bu xoşbəxtlik mənə qismət oldu.Buna görə sizə minnətdaram.
Amma siz aydınlıq gətirdiniz ,mən hamısını olmasa da əksəriyyətini qəbul etdim.Hələ də 3ölçülü xəritəni qəbul edə bilmirəm,çünki onlar elektron variantda daha gözəldir.
Atmosfer bölməsini çox bəyəndim,hazırda tədris edirəm,sonundakı praktik tapşırıqları xüsusilə.
Amma mən fikrimin əvvəlində qeyd etdim ki,yeni fənn kurimulumunun tətbiqi dərslikdə öz əksini çox gözəl tapıb
Zəhmət olmazsa,vaxtınız imkan verərsə bu sualımı cavablandırarsız.Atm­osfer bölməsində havanın temperaturunun şaquli dəyişməsinə aid fikirlər əks etdirməyi lazım bilmədiniz?
6-ci sinif
Kərimov Arzunun fikrini dəstəkləyib, təşəkkürlərinə və təkliflərinə qoşuluram.
6-ci sinif
Coğrafiya-6
Atmosfer bölməsinin sonundakı praktiki tapşırıqları çox bəyəndim.
8-ci sinif
Azərbaycanın iqtisadi cografiyası
Bu iqtisadi coğrafiya dərsliyi yenidən yazıldı.Amma yenə də bu kitabların müzakirəsinə ehtiyac var.Kitab dil və üslub baxımından çox ağırdır.
6-ci sinif
Kurikulum tətbiq olunan VI siniflərdə Coğrafiya dərsliyi haqqında rəy və təkliflərim
Məlumdur ki,dərslik fənnin tədrisi üçün ən vacib resurslardan biridir.VI sinif üçün nəşr olunan coğrafiya dərsliyinin iş dəftəri və atlası da özündə birləşdirməsini müsbət hal kimi qiymətləndirirəm.Dər­slik elə tərtib olunub ki,artıq şagirdlərin əlavə iş dəftərinə və atlasa ehtiyacı az olur.Digər müsbət cəhət dərslikdəki mövzuların fəal dərsin mərhələlərinə uyğun şəkildə məntiqi ardıcıllıqla yığılması və mövzunun tapşırıqları ilə birlikdə Blum taksonomiyasında dərketmənin səviyyələrinə uyğun tərtib edilməsidir.Belə ki , verilmiş mətn Blum taksonomiyasında dərketmənin bilik, ”öyrəndiklərinizi tətbiq edin” tapşırığı-tətbiq, ”dərsdən sonra” tapşırığı-sintez və s. mərhələlərə uyğundur.
Kurikulum tətbiq olunan VI siniflərdə tədris aparan Coğrafiya müəllimi kimi bəzi iradlarımı da qeyd etmək istəyirəm.
1.Səh.10-Azərbaycan –mənim vətənimdir mövzusuna uyğun verilən “Azərbaycanın fiziki xəritəsi” düzgün miqyasda tərtib edilməmişdir. Bu xəritədə sərhədlər və sərhəd obyektlər də göstərilməsi məqsədə müvafiq olardı.
2.Səh.23-“Səyyahlar,­turistlər,tədqiqatçı­lar” mövzusunda Avropadan Hindistana dəniz yolunun Vasko da Qama tərəfindən 1497-1499-cu illərdə açıldığı yazılmışdır.Hansı ki , bu əvvəlki VI sinif dərsliyində 1498-ci il,Wikipedia saytında isə 1497-ci il yazılmışdır.Bu da şagirdlərdə çaşqınlıq yaradır.Bundan sonrakı cümlələrdə isə 1492-ci ildə Xristofor Kolumbun xidmətlərindən yazılır.Bu da həm xronoloji,həm də məntiqi ardıcıllıq baxımından düzgün hesab edilməməlidir.Çünki,­Hindistana dəniz yolunu Xristofor Kolumb axtarmış,tapmadığına görə Vasko da Qama onun axtarışına çıxmışdır.Bu baxımdan da məntiqi ardıcıllıq pozulmuşdur.Sonrakı cümlədə isə 1519-cu ildə Magellanın Hindistana dəniz yolu kəşf etdiyi yazılır.Hansı ki,bu dövrə qədər artıq Hindistana dəniz yolu tapılmışdır.
3. Səh.24-də Magellanın ekspedisiyası zamanı heyət üzvərinin sayı burada 256 nəfər,əvvəlki VI sinif dərsliyində 265 nəfər,wikipedia saytında isə 237 nəfər yazılır.Düşünürəm ki, statistikanı dəqiqləşdirmək lazımdır, çünki ,VII sinif şagirdləri ilə VI sinif şagirdləri arasında belə məsələlər əsassız mübahisələr yaradır.
4.Səh.24-də Səyahətlərə aid olan xəritə sxemin bir hissəsi verilməyib.
5.Səh.30-da “Müxtəlif xalqlar , irqlər, dinlər” mövzusunda Benəzir, Naomi, Ukubalanın şəkillərində başlarında yaylıq və papaq var.Tapşırıq isə belədir:Benəzirin, Naominin, Ukubalanın saç rəngini müəyyən edin.Şəkillərin düzgün verildiyini məqsədəuyğun hesab etmirəm.
6.Səh.38-də “Böyük şəhərlərin problemləri” mövzusunda yaxşı olardı ki,şəkildə göstərilən zibil qutularının adı azərbaycan dilində yazılsın.Bu həm də “Dövlət dili haqqında” qanunun tələbidir.Aydın məsələdir ki , bu qutular İEÖ-dədir.Amma ,hesab edirəm ki şəklin üzərində dəyişiklik aparmaq daha doğru olardı.
7.Kitabda verilən bəzi şəkillər anlaşılmaz,rəngsiz və effektsizdir.Məsələn­:səh.39,səh.80,səh.8­1 və s.
8.Səh.45-də xəritə sxemdə varlı və kasıb ölkələr düzgün rənglənməmişdir.Belə ki , Azərbaycan- varlı,Küveyt,BƏƏ,Tür­kiyə kimi ölkələr kasıb ölkə kimi göstərilmişdir.Sxemi­n adı “Dünyanın varlı və ya kasıb ölkələri” deyil, “Dünyanın varlı və kasıb ölkələri” kimi verilməlidir.Həmin mövzuda səh.46-da verilən siyasi xəritədə kiçik ölkələr rəqəmlənmiş ,ancaq rəqəmlərin hansı ölkələri göstədiyi qeyd edilməmişdir.
9.Səh.50-də “Dünyanın siyasi xəritəsi” ”Dünyanın fiziki xəritəsi” kimi iki səhifədə verilsəydi daha aydın olardı.
10.Səh.87-də briz və musson küləklərinin sxemi düşünürəm ki,VI sinif üçün bir az mürəkkəbdir.Bundan əvvəlki dərsliklərdəki sxemlər daha anlaşıqlı idi.
11.Dərslikdə informasiya bolluğu daha çoxdur.Məsələn səh.68-də “Dağlar” mövzusunda dağların müxtəlif hündürlüklərdən götürülməsi artıq və lazımsız informasiyadır.


Təkliflərim
1) Mövzuların adları dərslikdə göstərilməməsi,sadəc­ə Mövzu 1,2,3 formasında yazılması daha uyğun olardı.Yalnız , mövzu adları müəllimin perspektiv planlaşdırılmasında göstərilsin.Çünki, motivasiya mərhələsində şagirddə dərsə maraq oyatmaq üçün bunun əlverişli istiqamət olduğunu hesab edirəm.
2) Dərsliklərin elektron variantının Flash proqramlarında yığılmasını, disklə birgə kitabların məktəblərə göndərilməsini təklif edirəm.
“Dərslik portalı” haqqında fikir və təkliflər
Olduqca vacib bir saytdır. Çox bəyəndim. Müasir təhsilimizin daha sürətli inkişafına səbəb olacağına əminəm.
Xəyalə Veyisova-Kürdəmir şəhər 3 saylı tam orta məktəbin Coğrafiya müəllimi
Səhifələr: 1