User Posts Zeynalli Güləmirzə

Posts Of Zeynalli Güləmirzə
until
Səhifələr: 1
Riyaziyyat
Fb-də dostum Asuman Aska Suleymanzadeden
ŞEKIYANE ILAXIR CERSENBE TEBRIKI!
Haindi sizin axsamouz xeyir!Torpaq censenbeniz mubarek olsun !
Yeni ilde nece eliyim ,neteri eliyim demiyesooz.Gorum canouiz azar-bezardan uzaq olsun! Yeni ilde gorum sizi, dollar sindromindan uzaq olasouz! Hec bir bange kredit borcouz qalmasin! Ay sizin gozouzu yim ,habi bayaq deyirdiler ki,dunya bes gunlukdur ,haindi uc gune dusub ,odur ki ,ne qeder ki ,bir gune dusmeyib ,bir -biruozun qedrini bilin !Haindi bu bayramda mutleq kusululer barusmaludu ha,adetdir. Ay sizin canouzu yim ,ne vaxt kefuoz kok oldu o gunu bayram olur ...
Riyaziyyat
Hörmətli Ədalət müəllim, ALLAHın salamı olsun sizə və bütün Portal istifadəçilərinə. Mən də sizi və timsalınızda bütün Portal oxuculrını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir,can-sağlığı, ömrünüzün,qazancınız­ın bərəkətli olmasını ALLAHdan arzu edirəm . Ədalət müəllim, çox sağ olun ki,zəhmət çəkib Riyaziyyat dərsliklərdəki nöqsanlardan (özü də bir yox,iki yox,...,on yox... həddən çox sayda olan səhvlərdən söbət gedir) yazırsınız. Axı,Ədalət müəllim,söhbət dərslikdən,özü də Riyaziyyatdan gedir. Dərsliklərdə bu qədər texniki səhvləri demirəm,elmi səhvlərin olması yolverilməzdir.Bunun nəticəsində bizim dövrümüzün ədəbiyyatını oxumayan şagirdləri demirəm,gənc müəllimlər dərsliyi nöqsanlı formada qəbul edir...
Riyaziyyat
Nemətov Ədalət salam,Sizə elə gəlmirmi,bir dərslikdə bu qədər nöqsanın olması (özünüzün də qeyd etdiyiniz kimi hələ nöqsanların hamısını yazmağa vaxtınız olmayıb) yolverilməzdir? Kitaba layiq olmayan tərifat vermisiniz, bu kimə lazımdır? Özümüzü niyə aldadırıq?
Riyaziyyat (2015)
Portal istifadəçilərinə ALLAHın salamı olsun! V-VII sinif "Riyaziyyat" dərslikləri ilə müqaisədə "Riyaziyyat-8"-də də kifayət qədər nöqsanlar var,nöqsanların azlığı isə müəlliflərə haqq qazandırmamalıdır: 1) Əvvəla "öyrənmə tapşırıqları", "tətbiq tapşırıqları" kimi terminlərə ehtiyac yoxdur. 2) Səh.8-də "Rasional ifadələr"ə belə tərif verilib: "İki çoxhədlinin nisbətinə rasional ifadə deyilir". Sonra ona izahat əlavə olunub: "Başqa sözlə,surət və məxrəci çoxhədli(xüsusi halda birhədli) olan kəsrlər rasional ifadələrdir". Hörmətli müəlliflər, tərif elə olmalıdır ki, daha ona izahat yazmağa ehtiyac qalmasın. Əvvəlki dərsliklərdə ("Cəbr-8",səh.13) tərif belədir: "Toplama, çıxma, vurma,bölmə və qüvvətə yüksəltmə əməllərinin köməyi ilə ədədlərdən və dəyişənlərdən tərtib edilmiş ifadələrə rasional ifadələr deyilir". 3) Səh.10-da "Eyniliklə bərabər(ekvivalent?) ifadələr"ə "dəyişənlərin bütün mümkün qiymətlərində bərabər qiymətlər alan iki ifadəyə eyniliklə bərabər və ya ekvivalent ifadələr deyilir". "Cəbr-7"-də (səh.34) isə tərif belədir: "Dəyişənlərin istənilən qiymətlərində uyğun qiymətləri bərabər olan iki ifadəyə eyniliklə bərabər ifadələr deyilir", və "Dəyişənin istənilən qiymətlərində doğru olan bərabərliyə eynilik deyilir". Göründüyü kimi bu təriflər arasında kifayət qədər fərq var və mən əvvəlki dərsliklərdə verilən təriflərə üstünlük verirəm.Göstərilən nümunədə isə dəyişənin istənilən qiymətində həmin ifadələr eyniliklə bərabər deyil.Daha yaxşı nümunə göstərmək olardı. 4) Məxrəcləri çoxhədlilərdən ibarət rasional ifadələrin toplanması və çıxılması misal üzrə izah edilib,ancaq qaydası verilməyib. 5) "Dördbucaqlılar" bəhsində olan mövzular çox bəsit,məlumat xarakterli formada verilib.Teoremlərin isbatı anlaşılmaz (məsələn,səh.45-də teorem 2)formada verilib,əksərinin də isbatı şagirdlərin öhdəsinə buraxılıb. 6) Cəbr və Həndəsənin bir yerdə Riyaziyyat kimi verilməsi də nöqsanlardan biri(ncisi)dir.İki-ü­ç həftə Cəbr mövzuları verilib,sonra Həndəsə və tərsinə.Mövzular arasında fasilələrin yaranması nəticəsində şagirdlər bildiklərini unudurlar. 7) Əvvəlki dərsliklərdə olduğu kimi hər səhifədə çalışma nömrələri təzələnir ki, bu "yenilik" də yersizdir. 8) Səh.61-də "Təqribi kvadrat kök" mövzusunda istənilən ədəddən kvadrat kökalma qaydası verilməli idi, çünki bu qayda heç bir yerdə verilmədiyi üçün şagirdlər kvadrat kökalmada çətinlik çəkirlər. 9) "Nisbət", "Tənasüb", "Miqyas" mövzuları VI sinif Riyaziyyatında verildiyi üçün "Riyaziyyat-8"-də verilməsi artıq bir şeydir,onun əvəzində digər mövzulardan salmaq olardı. 10) Dərslik yazılmasının əsas şərtlərindən biri də istifadə olunan ədəbiyyat siyahısının verilməsidir ki, o da verilməyib.
Həndəsə
Portal istifadəçilərinə ALLAHın salamı olsun! Əvvəla sözüm hörmətli adminədir.Müəlliflər Cəbr və Həndəsəni böyük zəhmət hesabına Riyaziyyat(???) ediblər. Sizdə isə ayrı-ayrı verildiyi üçün Həndəsə hissəsində qeydlərimi yazmalı oldum. Təəssüf ki, Riyaziyyat-8 dərsliyində (2015-ci il nəşri) də kifayət qədər nöqsanlar var: ilk nəzərə çarpan "Öyrənmə tapşırıqları" ifadəsidir. Demək indiyə qədər həll olunan məsələ,misallar,çalı­şmalar öyrənmək üçün deyilmiş. "Dördbucaqlılar" bəhsində olan mövzular çox bəsit,məlumat xarakterli formada verilib.Teoremlərin isbatı(əgər ona isbat demək mümkünsə) anlaşılmaz formada verilib,əksərinin də isbatı şagirdlərin öhdəsinə buraxılıb. Riyaziyyat-8-in müəllifləri:Nayma Qəhrəmanova, Məhəmməd Kərimov və İlham Hüseynov--- Hörmətli müəlliflər,əgər siz bu mövzular haqqında orta məktəbdə Həndəsə dərsliyindən öyrənməsəydiniz və bu formada başqası yazsaydı ondan nə başa düşərdiniz? Belə bərbad vəziyyətdə dərslik yazmazlar,uşaqlarımı­z yazıqdır. Dərslik yazılmasının şərtlərindən biri də istifadə olunan ədəbiyyat siyahısı verilməlidir.Əvvəlki (V-VII siniflərdə) kitablardakı kimi Riyaziyyat-8 -də də istifadə olunan ədəbiyyat verilməyib.Bəlkə, müəlliflər həqiqətən Riyaziyyata aid ədəbiyyatlardan istifadə etməyiblər,ona görə dərslik belə nöqsanlı çıxıb?
Riyaziyyat
Portal istifadəçilərinə ALLAHIN salamı olsun! Demək olar ki, bir dərs ili ərzində "Riyaziyyat-7" dərsliyinin müzakirəsindən sonra dərslik komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilib. Bu rəydə də əsasən TQDK-nın aşkarladığı nöqsanlar əksini tapıb.Onda belə nəticəyə gəlmək olar ki, dərsliyin yeni nəşri də nöqsanlarla çap olunacaq. ("Kimin nə qulağına: nə gedir,bağdan gedir"-Atalar sözü)
Riyaziyyat
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
"Deyəndə yandı dilim, deməyəndə dil yandı"--A.Sözü
"Riyaziyyat-7 müəllim üçün metodik vəsait" -də səh.148-dəki 2-ci məsələdə "...bucaqların kvadratları fərqini"; 4-cü məsələdə "dərəcə ölçülərinin kubları fərqini"; 7-ci məsələdə "...bucaqların dərəcə ölçülərinin kvadratları fərqinin" tapılması yazılır. "Bucaq dərəcəni kvadrata və ya kuba qaldıranda" hansı vahidi verəcəyini bilmədiyim üçün müəllifdən onun izahını portal vasitəsilə verməyini rica edirəm.
Riyaziyyat
Hamıya ALLAHın salamı olsun!
Riyaziyyat-7: Səh.56-da müəllif yazır: ”Birhədlidə dəyişən(hərfi ifadə) iştirak etmirsə,onun qüvvəti sıfıra bərabərdir.Məsələn:1­5-in, -26-nın, 0,5-in qüvvəti sıfırdır.
Sıfır (0) elə birhədlidir ki,onun qüvvəti təyin olunmayıb.”
Burda hər iki fikir nöqsanlıdır,əgər 15-in, -26-nın, 0,5-in qüvvətləri sıfır olsaydı, onda onlar 1-ə bərabər olardı,yəni 150=1; (-26)0=1; 0,50=1 və s.(bərabərlikdən qabaqkı sıfır qüvvətdir)
İkinci təklif isə “Sıfırın sıfırdan başqa istənilən qüvvəti sıfıra bərabərdir” kimi olmalıdır: 0a=0 (a sıfırın üstüdür); burada a ≠ 0.
Bəzilərinə bu nöqsanlar kiçik görünə bilər.Ancaq söhbət dərsliklərdən gedirsə,onda buna yol verilməməlidir.
Bir çox qaydalar da var ki,onları daha sadə şəkildə vermək olardı.
Riyaziyyat
Hörmətli Moderatorla bahəm hamıya ALLAHın salamı olsun!
Hörmətli Moderator,dərsliklər çapa buraxılmamış müzakirə aparılmalıdır,yoxsa ilkin variant olan "əlyazma"? Dərsliklər çoxlu səhvlərlə külli miqdarda vəsait sərf olunmaqla çapa verilib,şagirdlərə paylanılıb.Gecikmiş müzakirələr aparmağın nə mənası? VI sinif Riyaziyyat dərsliyi də müzakirə olundu,nə fayda,elektron variantda da həmin nöqsanlar yerində qalıb.
Həmçinin VII sinif Riyaziyyat dərsliyində də kifayət qədər səhv var,həmin səhvlər elektron variantda təkrarlanıb.
Riyaziyyat
Hər kəsə ALLAHın salamı olsun.
Dərsliklərin elektron versiyası "e-derslik.edu.az"-d­a verilib.VII sinif Riyaziyyat? dərsliyində olan nöqsanlar olduğu kimi el.versiyada da təkrarlanıb.
Riyaziyyat
Portal istifadəçilərinə ALLAHın salamı olsun!
Çox təəssüflər olsun ki,Riyaziyyat-6 dərsliyində olan nöqsanları eyni ilə elektron versiyasında da təkrarlamışlar.Onda Riyaziyyat-6-nın müzakirəsi nə üçün idi? Belə çıxır ki,müzakirələr boşu boşuna imiş.
Riyaziyyat
(Riyaziyyat-6-da vermişdim,təkrar oldu)
Riyaziyyat
Здравствуйте Айнура ханым. Для Насраддина Туси быть захороненным в ногах могилы 7-го Имама(а.с.) было большой честью, а также было его завещанием. Это желание многих людей, но каждому не суждено быть там захороненным (Также как Мухаммед Физули завещал быть похороненным под ногами 3-го Имама Гусейна(а.с.). Завещание великого азербайджанского поэта было исполнено). С остальными замечаниями, я с Вами полностью согласен.
С уважением Гюламирза Зейналлы.
Riyaziyyat
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
Baxmayaraq ki,TQDK dərsliklərin müzakirəsini 2015-ci ilin yanvarına( ??? )saxlayıb ("Daldan atılan daş...)Riyaziyyat-7-­də rast gəldiyim nöqsanlar:
-səh.111-də "Nümunə"də: 36,5+0,5mm=37mm; /37-36,5/=0,5mm.Adlı və adsız kəmiyyətləri toplamaq və ya çıxmaq olmaz!;
-səh.117;121;124;129 və s. mövzuların modellə izahı həm mövzunu bir az da qəlizləşdirir,həm də vaxt çox aparır;
-müəllim vəsaitində səh.102-də çalışma-6-nın həllində(qurmada) MK parçasını üç bərabər yerə bölə bilirsə,onda nə üçün MN parçasını həmin qayda(?) ilə birdəfəyə bölmür?;
-səh.178-də "Üçbucağın daxili bucaqlarının cəmi" mövzusunda resuslarda termometr nə üçün lazımdır?
Hələlik,sağlıqla qalın.
Riyaziyyat
Hər kəsə ALLAHIN salamı olsun!
7-ci sinif Riyaziyyat(Cəbr+Hənd­əsə?) dərsliyində rast gəldiyim yeni nöqsanlar:

1)səh.-34-də "Bucağın tənböləninin qurulması" mövzusu 6(altı) bənddən ibarət bərbad halda verilib.2-ci bəndi belədir:"Pərgar vasitəsilə mərkəzi O nöqtəsində radiusu OA və OB tərəflərindən kiçik olan çevrə çəkin."
bucağın tərəfinin uzunluğu olmur.Çünki öyrəndiyimiz kitablarda bucağa "bir nöqtədən çıxan iki şüanın əmələ gətirdiyi fiqura bucaq deyilir" kimi tərif verilib.Şüanın ki uzunluğu olmur;
2)qurmanı 6 bəndən ibarət verilməyinin mənası yox idi,onu daha qısa şəkildə vermək olardı;
3)yenə həmin bənddə "...çevrə çəkin." əvəzinə "bucağın tərəflərini kəsən qövs çəkin""olsa idi daha yaxşı olardı;
4)3-cü bənddə "Radiusu bir qədər kiçildərək..."ə ehtiyac yoxdur.Onun əvəzinə "Həmin radiuslu mərkəzi A-da və mərkəzi B-də bucağın tərəfləri arasında bir-birini kəsən qövslər çəkin" və bucağın təpəsi ilə kəsişmə nöqtəsindən keçən şüa bucaq tənböləni olar.Sonrakı bəndlərə də ehtiyac olmazdı.
5)səh.36-da "Üçbucağın tənböləni"nin tərifi;
6)səh.-76-da "bərabəryanlı üçbucağın tərifi" "müəllifin" tapıntısıdır.
7)yenə səh.76-da teoremin şərti "üçbucaq bərabəryanlıdır";hök­mü "oturacaq bucaqları bərabərdir" kimi olmalıdır.
Hörmətli müəllif,tərifləri,te­oremləri,qaydaları orta məktəbdə öyrəndiyiniz kimi vermək olmazdı?
Hələlik,sağlıqla qalın.
Riyaziyyat
Hamıya ALLAHIN salamı olsun!
"Riyaziyyat-7"-də rast gəldiyim yeni nöqsanlar:
-səh.27-də 8-ci məsələni olduğu kimi verirəm(yeri gəlmişkən onu da qeyd edim ki,hər dərs üçün çalışmaların nömrələrinin yenilənməsi artıq bir şeydi,ardıcıl yazmaqda nə nöqsan var idi?):
"VII sinif şagirdlərinin hər biri yay tətili ərzində iki dəfə A,B və ya(?) C tamaşalarında oldular.
Onlar A tamaşasına 25 dəfə,B tamaşasına 23 dəfə və C tamaşasına isə 12 dəfə tamaşa etdilər.VII sinifdə neçə şagird var?"- Məsələnin tərtibi göz qabağında;
-səh.31-də "Teorem:Qonşu bucaqların cəmi 180 dərəcədir".
Teoremin şərti və hökmü orda olduğu kimi yox,"Şərti:bucaqlar qonşu bucaqdır-Hökmü:onlar­ın cəmi 180 dərəcədir" kimi olmalıdır.
Buna oxşar nöqsan səh.32-də "Qarşılıqlı bucaqlar"da da var...
Riyaziyyat
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
Sualım TQDK işçilərinədir: Dərsliklərin "əlyazmalar"ının müzakirəsi olurmu? Olursa,müzakirəni kimlər aparır? Siz də həmin müzakirələrdə iştirak edirsinizmi? (Əgər "əlyazmalar"ın müzakirəsi aparılırsa və dərsliklər kifayət qədər nöqsanlarda çap olunursa,onda bu işdə onların da "zəhməti" az deyil).
Yox,əgər aparılmırsa,nə üçün aparılmır? Qabaqlar "kitabda səhv var" deyəndə, eşidənə təəccüb gələrdi.İndi isə tərsinədi.Dərsliklər­də səhf tapa bilməyənlər haqqında "sənin kitabdan xəbərin yoxdu" deyirlər.
Riyaziyyat
Portal istifadəçilərinə ALLAHIN salamı olsun!
Əvvəla qeyd edim ki,7-ci sinif "Cəbr" və "Həndəsə" dərslikləri "baş-ayaq" edilib "Riyaziyyat" olub.
Bunun özü məncə düz deyil,çünki bu dərslikdə üç(iki) həftə "Cəbr" mövzuları keçiləndən sonra "Həndəsə" mövzuları gəlir("Cəbr"ə "istrahət"),və əksinə bir iki həftə "Həndəsə" keçiləndən sonra "Cəbr"mövzuları gəlir.Məgər "Cəbr" və "Həndəsə"ni paralel keçməkdə qüsur var idi?
Təəssüf ki,7-ci sinif "Riyaziyyat" dərsliyində də nöqsanlar var.
1)Səh.12-də "Dövri onluq kəsrə verilən tərifdə "Əgər kəsrin yazılışıda..." əvəzinə "Əgər onluq kəsrin yazılışında..." kimi olmalıdır.
2)Səh.15-də "Dövri oluq kəsrin adi kəsrə çevrilməsi" mövzusunun izahı "sağ qulağın sol əllə göstərilməsinə" bənzəyir.
3)Səh.21-də,səh.22-d­ə "müəllif" ya inadkarlıq edib(çünki 6-cı sinif "Riyaziyyat" müzakirəsində bu nöqsan qeyd olunmuşdu) "kök" əvəzinə "həll" yazır,ya da li,"həllə" "kökün" eyni şey olduğunu düşünür.
4)Kitabda istifadə olunan ədəbiyyat siyahısı verilməyib.
(Bundan sonra da rast gəldiyim nöqsanlar haqqında fikrimi bildirərəm).
6-ci sinif
"Portal"ın bütün istifadəçilərinə ALLAHIN salamı olsun! Məmmədhüseyn müəllim,axşamınız xeyirli olsun! Şərhlərlə tanış olandan sonra belə fikrə gəldim ki,nöqsanlarla dolu olan "Riyaziyyat-6" dərsliyi digərlərinin yanında "toya getməli imiş". Mənə elə gəlir təhsilimizi bərbad vəziyyətə salmaqdan ötrü kim(lər)sə dərslik yazan "müəlliflər"ə "yaşıl işıq yandırmışdır".Çünki səhv olar bir dənə,iki dənə...,on dənə;səhv olar bir fənndə,iki fənndə...;daha bütün fənnlərdə yox.Səhv olar bir sinfin dərsliyində,iki sinfin-daha bütün siniflərdə yox.(İbtidai sinif "Riyaziyyat" dərliklərində 9,10 və 11 sətirli məsələlər var ki,uşaq onu oxuyub başa çatanadək təngənəfəs olur).Elə bil rəhmətlik Üzeyir Hacıbəyov bu "müəlliflər" üçün demişdi:"Rəssam şəkili elə çəkməlidir ki,altında bu "filan şeyin şəkilidir" yazmağa ehtiyac qalmasın".
6-ci sinif
Hər kəsə ALLAHIN salamı olsun. Nöqsanlarla dolu dəsliklər çapa buraxılandan sonra onu müzakirə etməkdənsə,olmazmı dərsliklərin əlyazması müzakirə olunsun? Dəslik səhvlərlə dolu-bu "müəllif(lər)in səhfi,bəs çapa məsul olan şəxlərin işi nədən ibarətdir? Bu qədər "gözyummalar" olmasaydı dövlət də külli miqdarda ziyana,müəllimlər və şagirdlər də əlavə əziyyətə düşməzdilər.Bu məsuliyyətsizliyin cavabını verən olarmı?Bundan başqa dərsliklərdə -5-6 siniflərdə "riyaziyyat",7-11 siniflərdə "cəbr","həndəsə" və "cəbr və analizin başlanğıcı" fənlərində elə mövzu yoxdur ki, "müəllif"lərin öz məhsulu olsun (nöqsanlardan başqa).Təklifim odur ki,həmin fənnlərdə "kitabın müəllif(lər)i" sözü "kitabı tərtib edən(lər)lə" və ya "tərcüməçi(lər)lə əvəz olunsun.
6-ci sinif
"Portal" istifadəçilərinə salam! 6-cı sinif Riyaziyyat dərsliyində,yuxarı sinif dərsliklərində, Araz kurslarının və ya TQDK-nın tərtib etdiyi test banklarında "Tənliyin həllini tapın","Bərabərsizli­yin həllərini tapın" şərtləri ilə bağlı fikrimi bildirmək istəyirəm.Burada "həll" ilə "kök" qarışdırılır.Bunu riyaziyyatçı olmayan yazsaydı onu başa düşmək olardı.Ancaq yuxarıda qeyd etdiyim mənbələrdə "həll" ilə "kök"ü qarışdırmaq kobud səhvdir.Azərbaycan dilinin qrammatikasına görə də "tənliyin kökü" isim, "həll etmək" isə fel(məsdər)-dir. Və ya misal üçün: 0.x=5 tipli; D<0 olan halda kvadrat tənliklərdə; 2sinx+3cosx=7 tipli triqonometrik tənliklər və s. üçün yazılır ki,tənliyin həlli yoxdur.Bu fikir də səhvdir.Bu növ tənliklərin (bərabərsizliklərin) xassələrini yada salaraq nə üçün kökünün olmadığını izah etməklə onu həll etmiş oluruq.Deməli,"tənli­yi həll etmək,onun kökünü tapmaq və ya kökünün olmadığını göstərmək deməkdir".
Səhifələr: 1