User Posts Həsənova Pərvanə

Posts Of Həsənova Pərvanə
until
Səhifələr: 1
Azərbaycan dili
Müasir təhsilin əsas məqsədi yüksək mənəvi keyfiyyətlərlə yanaşı, dünyaya inteqrasiya edən,bacarıqlı obyektiv düşüncə tərzi olan hərtərəfli şəxsiyyət yetişdirməkdir.Avrop­a təhsili sisteminə inteqrasiya,təfəkkür və düşüncə modelinə əsaslanan kurikulum islahatının tətbiqi VIII sinif dərsliyinə də oturaqlaşdırıldı.Bax­mayaraq ki, o, müəllimlərin hamısı tərəfindən birmənalı qəbul edilməyib,lakin düşüncə modelinin yaxın və uzaq strategiyası yaddaş modelindən çevikdir. Bu ifadə VIII sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərinin bir növ qrafik və dizay işlərinə müsbət münasibətimi də ifadə edir. Bu baxımdan, dərslik üçün mətnlər seçilərkən davamlı inkişaf konsepsiyasına müvafiq olaraq, ətraf mühitə qayğıkeş münasibətin, təbii sərvətlərdən səmərəli istifadənin, ictimai və milli-mənəvi dəyərlərin təbliğ olunması kimi məsələlər də hökmən nəzərə alınmalıdır. Dərslikdəki mətnlər bütün bu məqsədlərin gerçəkləşməsinə münbit zəmin yaratmır. Buradakı mətnlər daha çox faktoloji, məlumatverici xarakter daşıyır (səh.6, 19, 45, 137, 145, 148, 151, 154 və s.). VIII sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərinin bir növ qrafik və dizay işlərinə müsbət münasibətimi olsa da, dərslikdə müşahidə etdiyim bir neçə texniki qüsur hesab etdiyim məsələləri qeyd etməyi daha məqsədəuyğun bildim.
1.Azərbaycan dili dərsliyinin 13-cü səhifəsində “Yaxşılıq itmir” mətninin adı mətnin mahiyyətinə, ideyasına uyğun deyil.
2. “Mətndəki əsas fikri müəyyənləşdirin...” (səh. 76, 80), “Bu mətn əvvəlki mətnlərdən nə ilə fərqlənir?” (səh. 91, 115, 118), “Mətn üzərində iş aparmaq üçün hansı sual və tapşırıqlardan istifadə edərdiniz?” (səh.138), “Mətn əsasında dialoq qurun. Müşahidə aparın. Bu zaman nədən istifadə etmədiniz?” (səh.146), “...dialoq qurun...” (səh. 23, 46, 91, 152, 155) tipli sual və tapşırıqlar derslikde tekrarlanır.
3. 17- ci səhifədə 6-cı sual “Şair ana dilini necə qiymətləndirir?” 2-ci sualla “Şeirdəki əsas fikri müəyyən edin” mahiyyətcə eynidir.
4.Səh.28-də Dialoqda “Diya-əl-Mülk” körpüsü haqda məlumat toplamaq tapşırılır.Düzdür şagirdlərdə böyük maraq doğurmuşdu.Lakin heç bir internet səhifəsində bu haqda məlumat əldə edə bilməmişdirlər.Qeyd edim ki, əsərin giriş, əsas, nəticə hissələrini təsvir və mühakimə xarakterli mətnləri qarışdırırlar. Mövzularla bağlı şagirdlərə araşdırma xarakterli tapşırıqları yerinə yetirmək tapşırılarkən onların bilgi dairəsi nəzərə alınmalıdır.Bundan əlavə dərslikdə arayış haqqında şagirddə ilkin təsəvvür yaradılmamış (səhifə 143.) mətnə aid sonuncu suala “Sizcə, Ərtoğrula hansı sənəd verilməli idi?” cavab tapmaq tələb olunur.Bu da şagird üçün çox çətindir.
5. Səh.35-də 12-ci və 13-cü tapşırıqların şagirdlərdə tənqidi təfəkkürün inkişafına xidmət etməsi deyilir. Lakin bu tapşırıqlar – söz birləşmələrini seçmək, uzlaşma əlaqəsini müəyyənləşdirmək, uzlaşma əlaqəsində olan sözləri qruplaşdırmaq - nəzərdə tutulmuş məqsədə xidmət etmir..
6.Azərbaycan dili dərsliyinin 34-cü səhifəsində dil qaydası materialında “Maestro← gülümsədi” cümləsində xəbər III-şəxsin təkində olduğu halda I-şəxs göstərilib.Bu da təbii ki, şagirdlərin belə diqqətindən yayınmamışdı
7.Səh. 40-da yenə də dil qaydası materialında “dağ havası,əsərin qəhrəmanı” nümunələrində idarə və uzlaşma əlaqəsini göstərən oxların istiqaməti düzgün qoyulmamışdır.Belə ki, oxun istiqaməti aslı tərəfdən əsas tərəfə doğru qoyulmalı idi.
8.Səh.93-də “Sədaqətli dost” səh.96-da “Nar dənəsi ” mətnlərinin məzmunu ilə bağlı suallardan 1-cisi dinləyib anlama ilə bağlıdır.Mətnlərdən birində “Dolu” digərində ”Xoca ” filminə baxdıqdan sonra hekayəyə münasibət bildirməyi tələb edir.Məncə, bir 45 dəqiqə ərzində bu proseslərin hamısını yerinə yetirmək mümkün deyil.tapşırıq verilərkən vaxt məhdudiyyəti nəzərə alınmalıdır.Qeyd edim ki, “Sədaqətli dost” mətni şagirdlərə artıq 5-ci sinif “Azərbaycan dili” dərsliyindən tanışdır. 5-ci sinif dərsliyində bu mətn “Bilirdim ki, gələcəksən” adı altında verilmişdir.Bu dərslikdə mətnin adı və forması bir qədər dəyişdirilsə də, 13-cü çalışmada mətnin adı 5-ci sinif dərsliyindəki kimi “Bilirdim, gələcəksən” şəklində verilmişdir.Bu cür təkrarçılığa yol verilməsi bağışlanmazdır.
9.Səh.126 və 128-də verilmiş mətnlər nitq mədəniyyəti ilə bağlı verilmiş nümunələrdir.Məncə, bu cur mətnləri verərkən həm şagirdlərin yaş səviyyəsi , həm də düşüncə tərzi nəzərə alınmalıdır.
10.Dərsliyin ilk bölməsindən başlayaraq son bölməsinə qədər nitq etiketləri ilə bağlı suallar qoyulmuşdur.Nitq etiketlərini xüsusi bir ders kimi verilməsi daha məqsədə uyğun olardı.Çünki nitq yarlıqlarını müəyyənləşdirməkdə bir çox şagirdlər çətinlik çəkirdilər.Belə ki, 34-cü səhifədə 8-ci tapşırıqda mətndəki müraciət etiketlərini seçib məna növünü müəyyənləşdirilməsi tələb olunur ,bu da dərsin təlim nəticələrinə uyğun deyildir.
Yekun olaraq deyə bilərəm ki, dərslikdəki bədii və qeyri mətnlərin müvafiq bölmələrdə təqdimatı məqsədəuyğundur və onlar şagirdlərin yaş səviyyəsi ilə nisbətən uzlaşır. Sevindirici haldir ki, bu dərslikdə VII sinif dərsliyindən fərqli olaraq milli mətnlərimizə üstünlük verilib.Eyni zamanda dil qaydası ilə bağlı məlumatlar nisbətən təkmilləşdirilib.Şag­irdlər dil qaydalarını bu il əvvəlki illərə baxanda ətraflı öyrənirlər. Ümid edir və inanıram ki, qabaqcıl müəllimlərimiz diqqətimdən yayınan cəhətləri üzə çıxararlar, növbəti nəşirlərdə də bu kimi qüsurlar aradan qalxar.
7-ci sinif
7-ci sinifdə ədəbiyyat fənnini tədris edirəm.Ədəbiyyat dərsliyində verilən mövzuları qənaətbəxş hesab edirəm.Şifahi xalq ədəbiyyatı nümunələri, vətənə övlad qayğısının dərindən aşılanması, milli mənəvi dəyərlər, təbiət sevgisi bölmələri hərtərəfli mövzu seçimindən xəbər verir. hər bir mövzunun dərslərə bölünməsi bir çox müəllimlərin işini asanlaşdırıb, digər tərəfdən şagirdlərin dərsi yaxşı mənimsəməsinə xidət edib.Belə ki, tətbiq və müzakirələr ilk baxışdan şagirdlərə çətin görünsə də əsərlə bağlı açıqlamaların və dəyərli tövsiyələrin verilməsi çox təqdirəlayiqdir.ədəb­iyyat nəzəriyyəsi ilə bağlı bir çox mövzuların şagirdlərə mənimsədilməsində, lüğətdən istifadə bacarığının artmasında, mətnlərin məzmunu ilə bağlı sualların tərtibi baxımından digər dərsliklərdən seçilir.
7-ci sinif
Göyçay şəhər 7№li orta məktəbin müəllimi Həsənova Pərvanə Hüseyn qızının 7-ci sinif Azərbaycan dili dərsliyi ilə bağlı rəyi

Azərbaycan təhsil sisteminin Avropa təhsili sisteminə inteqrasiyası, nəhayət, Ⅶ sinif dərsliyinə də oturaqlaşdırıldı. Güman edirəm ki, bu, davamlı olacaq, təfəkkür və düşüncə modelinə əsaslanan kurikulum islahatının tətbiqi XI sinfə ,hətta bağca təlim-tərbiyəsinədək tətbiq olunaraq özünün Azərbaycan təhsilində olimp mövqeyini təstiq edəcək, baxmayaraq ki, o, müəllimlərin hamısı tərəfindən birmənalı qəbul edilməyib. Şəxsən öz fikrimə gəldikdə düşüncə modelinin yaxın və uzaq strategiyası yaddaş modelindən çevikdir. Bu ifadə Ⅶ sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərinin bir növ qrafik və dizay işlərinə müsbət münasibətimi də ifadə edir. Buna görə də Azərbaycan dili dərsliyində müşahidə etdiyim bir neçə texniki qüsur hesab etdiyim məsələləri qeyd etməyi daha məqsədəuyğun bildim.
1. Azərbaycan dili dərsliyinin 10-cu ,17-ci və 63-cü səhifələrində “o” şəxs əvəzliyindən sonra vergül qoyulmalı olduğu halda istifadə edilməmiş, 25-ci səhifəsində isə mübtəda vəzifəsində işlənən “bu” işarə əvəzliyindən sonra köməkçi nitq hissəsi ədat işlənməsinə baxmayaraq vergül qoyulmuşdur.
2. 10 –cu səhifədə “supermarket” mürəkkəb ismi bitişik yazılmişdır .Halbuki hal-hazırda VII sinifdə oxuyan şagirdlər V sinif dərsliyində mürəkkəb isimlər mövzusunda bu sözün defislə yazıldığını öyrəmiblər. Mənə belə gəlir ki, şagirdlərin lüğətlərdə baş verən dəyişikliklərdən xəbərdar olması üçün dərsliyin sonunda orfoqrafiya və orfoepiya lüğətinin verilməsi məqsədəuyğundur.
3. 13-cü səhifəsində II abzasda cümlədə həmcins üzvlərdə qrammatik şəkilçilərin ixtisarı edilməmişdir.
4. 15-ci səhifəsində dil qaydalarında “feilin qrammatik məna növləri subyeklə obyek arasındakı müna-sibətlərdən yaranır” ifadəsi öz əksini tapsa idi daha doğru olardı. Çünki şagirdlərin həm yaş həddini , dərketməsini nəzərə almaq lazımdır. Bundan əlavə qeyd edim ki, feillə bağlı mövzular aşağı siniflərdə də tədris olunmasına baxmayaraq onun leksik məna növləri haqqında dərsliklərdə heç bir məlumat yoxdur. Bir hasiyə də çıxım ki, dil qaydaları çox bəsit şəkildə verilmişdir. Elə mövzular var ki, onlar VII sinifdə tədris edilir və kurikulum islahatının tətbiq ediləcəyi yuxarı siniflərdə bu haqqda anlayışların olacağının təminatı yoxdur.
5. 37-ci səhifədə 9№ li tapşırığın şərtində “qrammatika” ümumi anlayış ifadə edir. Buna görə də feillərin “morfoloji əlamətləri” kimi şərtin qoyulması onun konkretliyini təsdiq etmiş olardı.
6. 41-ci səhifənin 8№ li çalışmasının tələbində “düzgün söz sırasına əməl etməklə”şərti güman etmirəm ki, ibtidai siniflərdə şagirdlərə öyrədilmiş olsun. Öyrədilmişsə də, bütün şagirdlərin yaddaşında qala bilməz. Bu məsələ əsaslı şəkildə sintaksis bölməsində (VIII sinif) verilmişdir. Bunu əsas tutaraq hökm vermək olarmı ki, çalışmanın şərti bütün şagirdlər tərəfindən anlaşıqlı olacaqdır? Əgər çalışmanın şərti müəllim tərəfindən açıqlanarsa, onda VIII sinifdə “cümlədə söz sırası” mövzusu təkrar olmayacaqmı?!
7. Şərh etmədən deyə bilərəm ki, 44-cü səhifənin ilk abzasında işlədilmiş qanadlı ifadəsi məntiqi cəhət-dən aydınlaşdırdığı “Məqsədə çatmaq üçün istənilən üsul yaxşıdır” cümləsi ilə uzlaşmır.
8. 46-cı səhifədə “üzünün biri önə, yəni gələcəyə....” kimi yox, “ ...önə ― gələcəyə ...” şəklində qeyd olunsa, söz təkrarı aradan qaldırılmış olardı.
9. “idi”, “imiş”, “isə” hissəcikləri ilə bağlı dil qaydalarında bu hissəciklərin feilin hansı şəkillərinə artırmaq olmaz fikri öz əksini tapmamışdı.
10. 60-cı səhifədə “ feilin təsriflənməyən formaları” dil qaydasında “feilin əsas xüsusiyyəti kimi şəxsə və kəmiyyətə görə dəyişməsi “ ifadəsinin işlənməsi daha düzgün olardı.
11. 70-ci səhifədə feili bağlama ilə bağlı dil qaydasında zərflə feili bağlamanı fərqləndirən cəhətin göstərilməsi məqsədəuyğundur.
12. 81-ci səhifədə yaddaş olaraq “qoşma” mövzusunda onların ismin hansı hallaında olan sözlərə qoşulub qoşulmaması fikrinin əlavə edilməsinə xüsusi ehtiyac var.
13. 89-cu və 93-cü səhifələrdə “bağlayıcı” ilə bağlı dil qaydalarına bağlayıcıların məna növləri və vergü-lün işlədilməsi ilə bağlı sistemli bir məlumatın verilməsi düzgün olardı. Çünki şagirdlər yazılı nitqdə durğu işarələrindən düzgün istifadəni bilmirlər.
14. 106-cı səhifədə ədatın məna növlərindən yalnız dördünün adı çəkilir. Məgər digər məna növlərini tədris etməyə ehtiyac yoxdumu?!
15. 117-ci səhifədə modal sözlərdə durğu işarələrinin işlənməsi ilə bağlı informasiya məhdud şəkildə verilmişdir.
16. Dərslikdəki bir sıra mətnlər əcnəbi ölkələrlə bağlıdır. Bu mətnlər şagirdlərə bir neçə cəhətdən məlumat genişliyi aşılayır. Lakin bu mətnlərdə əcnəbi adların çoxluğu, mətn daxilində həmmin əcnəbi millətlərə xas milli özünəməxsusluğu ifadə edən məsələlər şagirdlər tərəfindən çətin qavranılır. Bu nöqteyi-nəzərdən də şagirdin mətni öyrənməyə marağı azalır. Xalqımızın milli mentaliteti və milli özünəməxsusluğunu sənətkaarlıqla özündə əks etdirən mətnlər bu kimi mətnləri əvəz edərsə, bunun nəyi pisdir?! Biz əcnəbi mətnlərin tam çıxarılmasını tələb etmirik, bir qrupunun milli mətinlərimizlə əvəzlənməsini arzulayırıq. Əlavə olaraq qeyd edim ki, əsərin giriş, əsas, nəticə hissələrini, təsvir və mühakimə xarakterli mətnləri qarışdırırlar. Mövzularla bağlı şagirdlərə araşdırma xarakterli tapşırıqları yerinə yetirmək tapşırılarkən onların bilgi dairəsi nəzərə alınmalıdır. Baxmayaraq ki, əsrimiz texnika əsridir, qaçılmaz bir cəhətdir ki, hər kəsin evində kompüter, internet kimi informasiya vasitəsi yoxdur. Mən insanları təbəqələrə bölmək istəməzdim , amma inkar da edə bilmərik ki, bugünkü dövrümüzdə də şagirdlərin hamısı kurikulum dərsliklərinin tələblərinə cavab vermir. Bu dərsliklər daha çox təmaüllü ─lisey məktəbləri üçün yararlıdır. Ucqar dağ kəndlərində oxuyan şagirdlərinsə , tələblərinə cavab vermir. Bundan əlavə dərslikdə dialektizm lüğətinə də ehtiyac var. Çünki mətnlərdə dialekt sözə rast gələrkən şagird mənasını bilmir və izahı da dərsdən─ mövzudan uzaqlaşmağa gətirib çıxarır. Layihələrin başqa mövzu və yaradıcı tapşırıqlarla əvəzlənməsi daha doğru olardı.
Yekun olaraq deyə bilərəm ki, dərslikdəki bədii və qeyri mətnlərin müvafiq bölmələrdə təqdimatı məqsədəuyğundur və onlar şagirdlərin yaş səviyyəsi ilə nisbətən uzlaşır. Ümid edir və inanıram ki, qabaqcıl müəllimlərimiz diqqətimdən yayınan cəhətləri üzə çıxararlar, növbəti nəşirlərdə də bu kimi qüsurlar aradan qalxar.

11-ci sinif Azərbaycan dili dərsliyindəki (2012-ci il nəşri) qüsurlar bu siniflərdə Ana dili və ədəbiyyat fənlərini tədris edən müəllim kimi mənimdə nəzərimdən qaçşayıb.İlk olaraq qeyd edim ki,dərsliyin əvvəlində dövlət dili ilə bağli Kostitusiyamızın 21-ci maddəsindən çıxarılış, gorkəmli şəxsiyyətlərin dillə bağlı fikirlərinin verilməsi təqdirə layiqdir.Bildiyimiz kimi 10-11-ci siniflərdəki mövzuların bir qismi 5-9-cu siniflərdə keçilmişlərin təkrarıdır,qalan hissəsi isə dilçilik,nitq mədəniyyəti və üslubiyyat bölmələrini əhatə edir.Bu baxımdan 11-ci sinif dərsliyinin ilk mövzusu dilin morfoloji quruluşunu əhatə edir.
1.İsim bəhsində feldən isim düzəldən şəkilçilərdən
-laq(udlaq),-maca(ta­pmaca),-da(sevda),-ı­ş(döyüş),-­ıq(buruq,­qalıq)göstərilməmişd­ir.
ismin suallarınin işlənmə məqamlırı da düzgün izah olunmayıb.Əgər kim? canlı varlıqlara (qeyd:canlılara həm insanlar, həm heyvanlar, həm də bitkilər aid olduğunu nəzərə alsaq deyə bilərik ki, burada da səhvə yol verilib.canlılar əvəzinə şəxslərə işlənsəydi daha düzgün olardı.),nə? cansizlara(buraya həmçinin heyvan və bitkilər də aiddir)verilirsə,bəs hara? hansı isimlərə verilir.İsimlərin mənsubiyyətə görə dəyişməsində əşya ilə əşya arasındakı mənsublu sadəcə qeyd şəklində verilib.geniş izaha ehtiyac var, çünki bu kateqoriya şagirdlərin çətinliklə mənimsədiyi bir mövzudur.11-ci səhifədə 13.tapşırığın tələbi aaydın formada verilməli idi.13-cü səhifədə təsirlik halın cümlədə yalnız tamamlıq olduğu göstərilib, lakin zərflik vəzifəsində də işlənə bildiyi yazılmır.konkret isimlərin tərifini verərkən burada üçündən birinin mümkünlüyü ifadəsi işlənsə daha dəqiq olar.çünki bəzi konkret isimlər var ki, onların əllə təması mümkün deyil.
səh.14-də sifətin məna qruplarına aid nümunələr çox az verilib.Sifətdüzəldə­n şəkilçilərin demək olar ki,çoxu göstərilməyib.səh.15­-də mürəkkəb sözün üzərində kök və şəkilçinin sxeminin verilməsi düzgün deyil.çünki mürəkkəb sözləri tərkibinə görə təhlil edilmir.sifətlə bağlı tapşırıqların həcmi 11-ci sinif şagirdlərinin səviyyəsinə görə kiçikdir.
Əvəzliklərdən işarə əvəzlikləri haqqında məlumat məhdud şəkildə verilmişdir.
səh.26-da təsirli,təsirsiz fellər düzəldən şəkilçilər verilsə daha yaxşı olardı.növ kateqoriyasında sözləri tərkib hissəsinə ayırarkən kök,leksik şəkilçinin şərti işarələri verilib,lakin qrammatik şəkilçi göstərilməyib.
Dərslikdə vasitəli və vasitəsiz nitq,mürəkkəb cümlənin növləri,üslublar haqqında məlumatlar qısa verilib.Əvvəldə qeyd etdiyim kimi bu mövzular təkrardır,lakin nəzərinizə çatdırım ki,şagirdlərin çoxu bu il öyrəndikləri mövzunu növbəti tədris ilində az bir hissəsini xatırlayırlar.bu bir reallıqdır ki, 11-ci sinifdə oxuyan şagirdlərin dərsi mənimsəməsi,təfəkkür və dərk etməsi aşağı siniflərə nəzərən tamamilə fərqlidir.Buna görə də müəlliflərimizdən xahiş edirəm ki, edilən təklif və iradları nəzərə alaraq yeni bir mükənməl dərslik hazırlasınlarBu abituriyentlərin məktəbə, müəllimə vədərsliyə olan inamını daha da artırar.

Hörmətlə:N.Gəncəvi adına Göyçay şəhər 7 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Pərvanə Hüseyn qızı.
Azərbaycan dili
10-cu sinif dərsliyinin (2012-cü il nəşri) ilk səhifələrində Ə.Əylislidən verilən parca çıxarılmalıdır.Dil nədir? mövzusunda dilin mahiyyəti tam izah olunmur,dilin funksiyaları dərsində dilin üç deyil iki funksiyası olduğu göstərilsə daha düzgün olar,çünki ünsiyyət zamanı biz fikirlərimizi ifadə ediri bunu ayrica qey etməyə ehtiyac yoxdur.Yazı mövzusunda onun növlərinə aid nümunələr az sayda verilib,həmin mövzu ilə bağlı çalışmalar şagirdlərdə bir o qədər də maraq doğurmur.Azərbaycan dilinin morfoloji quruluşu mövzusunda iltisaqilik prinsipini pozan şərtlər aydın izah edilmir-qrammatik şəkilçinin leksik şəkilçidən əvvəl gəlməsi,bəzi ikihecalı milli sözlərimizə saitlə başlanan şəkilçi artırdiqda kökdə səsdüşümü,sözün sonuna saitlə başlanan şəkilçi artırdıqda k-y,q-ğ əvəzləməsinin baş verməsi,sifətin çoxaltma dərəcəsində olan masmavi, yamyaşıl kimi sözlər izahda qeyd olunsaydı daha düzgün olardı.Təkrar üçün olan bölmədə yenə də şagirdlərin bu mövzularlla bağlı biliklərin yaddan çıxa biləcəyi unudulub tam izahlardan qaçılıb.məsələn,omon­imlərin çoxmənalı sözlərdən necə fərqlənir göstərilmir,tapşırıq­lar çox sadə və primitivdir.Əsl Azərbaycan sözlərinin alınmalardan fərqləndirilməsində mü,mö,mə,qü,tə hecaları ilə başlayan,əng,ənc hecaları,h-samiti ilə bitən,z,f-samitləri ilə başlayan sözlərində alınma olduğu göstərilməyib.Dil,ni­tq ,nitq fəaliyyəti,özləşmə meyilləri,natiqlik sənəti mövzularının yenidən işlənməsinə ehtiyac var.

Hörmətlə: N.Gəncəvi adına Göyçay şəhər 7saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Pərvanə Hüseyn qızı.
Azərbaycan dili
6-cı sinif Azərbaycan dili dersliyi (2013-cü il nəşri) yeni ders üsulunun tələblərinə uyğun şəkildə tərtib olunmuşdur. Rəngarəngliyi baxımından şagirdləri yormur,lakin ifratçılığa yol verilməsəydi daha yaxşı olardı.mövzularla bağlı demək istərdim ki,dil qaydaları nə qədər sistemli olsa,bir o qədər yaxşı olardı.Məsələn, sayla bağlı mövzu tam açılmayıb,məlumatlar azdır.Bu da şagirdin dərslikdə verilmiş tapşırığı müstəqil şəkildə yerinə yetirməsində çətinlik yaradır.Düzdür, dil qaydaları ilə bağlı maraqlı,uşaqları düşündürən tapşırıqlar verilmişdir.Bu təqdirə layiqdir.
Bundan əlavə nitq hissələrindən isimin halları tam izah olunmayıb.Bəzi halların ya sadəcə adı çəkilir, ya da heç bir məlumat verilmir.Əlbəttə, biz deyirik ki, interaktiv təlim metodunda müəllim də, dərslik də şagirdə istiqamət verir,araşdırmaq və öyrənmək şagirdin öz öhdəsinə buraxılır. Hörmətli dərslik müəllifləri biz bir şeyi unutmamalıyıq ki,uşaqlarımızın düşüncəsi,təfəkkürü o səviyyədə inkişaf etməyib ki,onlara yalnız istiqamət verək.Avropa təhsilinə can atdığımız bir vaxtda öz milli təfəkkürümüzü,böyük tarixə malik türk-oğuz mədəniyyətimizi unutmayaq!
10-11-ci sinif Azərbaycan dili dərsliklərində o qədər qüsurlar var ki, mən deyərdim savadlanmağa deyil,savadsızlığa xidmət edir.Tapşırıqlar 10-11-ci sinif şagirdlərinin səviyyəsinə uyğun deyil,dilin funksiyaları,türk dilləri ailəsi,elmi və xalq etimologiyası anlayışları,üslublar­la bağlı mövzular yenidən işlənsə daha yaxşı olardı.
“Dərslik portalı” haqqında fikir və təkliflər
Təhsil Nazirliyi və TQDK-nın birgə layihəsi olan "dəslik portalı"-nı həm bir çox müəllimlərimizin inkişafı,həm də mərkəzdən kənarda yaşayan bir qrup gənc kadrların üzə çıxması üçün təkan hesab edirəm. Buna görə də bu portalın yaradılmasında əməyi olan hər bir kəsə təşəkkürümü bildirirəm.Gündən-gü­nə inkişaf edən Azərbaycanımızın təbii ki, təhsili də inkişaf edir.Bir yerdəki inkişafla bağlı işlər görülür, deməli, qüsurlar da olacaq və bu cür layihələr bu qüsurların aradan qaldırılması üçün cox gözəl vasitədir.Düşünürəm ki, bu portal vasitəsilə təhsilimizin və müəllimlərimizin elmi-metodik səviyyəsinin yüksəlməsinə böyük yardımı olacaq.
Səhifələr: 1