User Posts Quliyev Natiq

Posts Of Quliyev Natiq
until
Səhifələr: 1
Azərbaycan tarixi
IX sinif Azərbaycan tarixi dərsliklərində (2012-ci il nəşri) xanlıqlar bölümündə müəyyən dəyişikliklərin edilməsi, məncə, lazımdır. Azərbaycan tarixində mühüm rol oynamış, ölkəni vahid dövlətdə birləşdirməyə çalışan xanlıqlar haqqında daha ətraflı məlumat vermək, digər xanlıqlar haqqında ümumi məlumat verilsə, daha yaxşı olardı. Rusiya-İran, Rusiya-osmanlı müharibələri, Azərbaycanın bölüşdürülməsi mövzularına diqqət artırılsa, yaxşsı olar.
7-ci sinif
Mənim fikirimcə Azərbaycan tarixi dərslikləri işlənilən zaman,şagirdlərin vətənpərvərlik hisslıərinə mənfi təsir göstərə biləcək fikirlərin göstərilməsi düzgun deyil.Məsələn:6 ci sinif Azərbaycan tarixi dərslikində Mannanın xarici siyasəti mövzusunda Manna hökumdarı Ullusununun Assuruiya hömümdarı II Sarqonun yanına gedib mərhəmət diləməsini Assurriya mənbələrindən götürüb olduğu kimi vermək məncə düzgün deyil.Heç olmasa bu fikiri yazarkən,Assuriya mənbərərində belə göstərildiyi qeyd olunmalı idi.
7-ci sinif
Hörmətli Nazim müəllim yaxşı olardi ki,yeni dərsliklərlə bağlı fikirlərimizi bölüşək,çünki 7 sinifin dərslikləri yeni təlim metodlarına uyğun olaraq,bu il yenidən işləniləcəkdir.Köhnə dərslikdə kifayət qədər nöqsanların olduğu heç kimə sirr deyil.
“Dərslik portalı” haqqında fikir və təkliflər
Son zamanlar təhsil sistemində həyata keçirilən islahatlar bir müəllim kimi məni də çox sevindirir.Respublik­amızda həyata keçirilən yeni təhsil standartlarına uyğun dərsliklərin hazirlanması uğurla həyata keçirilməkdədir.2014 cü ilin yanvarın 11 də TQDK nın Göyçay regional bölməsinin təşkilatçiliqi ilə həyata keçirilən 6 ci sinif tarix və çoğrafiya dərsliklərinin müzakirəsi uğurlu olmuşdur.Regionlarda yaşayan müəllimlərin da bu müzakirələrə qoşulması fikirimçə,təqdirə layiq haldir.Göyçay ictimaiyyəti adindan Təhsil nazirliyi və TQDK nın birgə lahiyəsi olan bu yeni portalın yaradılmasını yüksək qiymətlədiririk.Zama­n-zaman dərsliklərə aid fikir və təkliflərimizi göndərmək imkanı yaratdiqları üçün hər iki quruma öz təşəkkürmüzü bildiririk.
Səhifələr: 1