User Posts İskəndərova Şahsənəm

Posts Of İskəndərova Şahsənəm
until
Səhifələr: 1
Coğrafiya
Salam Xəyalə xanım.Bütün Azərbaycan xalqını və sizi qarşıdan gələn 31 dekabr"Dünya Azərbaycanlılarının Həmrəylik Günü" və "Yeni il" münasıbəti ilə təbrik edirəm.Əmin amanlıq,çan sağlığı və işlərində müvəffəqiyyətlər arzulayıram. Sizin dərsliklər haqqında qeydlərinizi gördükdə çox sevindim. Mən portalda coxdandır coğrafiyacıların iştirakını görmürəm. Amma həmişə coğrafiyacılar hər sahədə aktiv olublar.Sizdən xahiş edirəm dərsliklər haqqında fikirlərinin ümumi yox faktlarla qeyd edəsiniz. unun həm müəlliflər həm də müəllimlər üçün böyük faydası olar.Siz "bu dərslik" deyən də yəqin ki, 8-ci sinfin coğrafiya dərsliyini (2015-ci il nəşri) nəzərdə tutursunuz.Mən də sizin fkirlərinizlə razıyam. Amma dərslikdəki mövzuları faktlarla portalda şərh etsək daha yaxşı olar. Bununla təkcə sizə yox bütün coğrafiya müəllimlərinə müraciət edirəm.
Həyat bilgisi
Hörmətli Nüşabə xanım, sizi salamlayıram!
Sizin müəllifı olduğunuz 6-cı sinif "Həyat bilgisı" dərsliyi ilə yaxından tanış oldum. Portalda TQDK-nın dərslik komplektinin monitorinqinə dair yekun rəylərini və sizin həmin rəylərə olan cavablarınızı oxudum. Mən də bir coğrafiya müəllimi kimi həmin dərslik haqqında öz fikirlərimi və təkliflərimi sizinlə dərsliyin coğrafiyaya aid olan hissəsi üzrə müzakirə aparmaq istərdim. “Həyat bilğisi” dərsliklərində coğrafiya getdikcə sıradan cıxır. Yəqin ki, deyəcəksiniz ki, mən standartdan kənara cıxmamışam. Razıyam, bunun təməli kurikulum üçün məzmun standartları yazılarkən qoyulmuşdur. Amma onu da deyim ki, həyat bilgisində coğrafiyanın yeri daha çox görünür. Yəqin ki, məzmun standartları yenidən yazılanda buna bir daha baxılar.
İndi isə gələk mətləbə. Dərslikdə verilən 21-ci mövzuya bir saat vaxt ayrılmışdır. Müasir təlim metodlarına əsasən 6-ci sinif şagirdləri 45 dəqiqə müddətində 8 səhifəlik mövzunu tədqiqat üsulu ilə necə yerinə yetirə bilər? Mən bir müəllim kimi ənənəvi metodla, yəni özüm izah etsəm belə bu mövzu üçün bir 45 dəqiqəlik vaxt çatmaz. Mən bunu bir praktik müəllim kimi deyirəm. Siz deyə bilərsiniz ki, dərsin palnlaşdırılması müəllimin özünəməxsus fəaliyyət istiqamətidir. Lakin dərslikdə bu mövzu heç olmasa 4 - 4 səhifəlik iki mövzuda verilsə yaxşı olardı, çünki şagirdi də nəzərə almaq lazımdır.
MMV-də dərsin gedişinə dair nümunə verilmişdir. Bunun üçün BİBÖ cədvəli məsləhət olunur.
Cədvəlin I sütunun (bildiklərimiz) beyin həmləsi üsulu ilə (A) bloku ilə başlamaq üçün (5 dəqiqə), (Motuvasiyaya)
II sütunda öyrənmək istədiklərı davranış qaydalarına (4 dəqiqə ) .
Sonrakı mərhələdə şagirdlərə qruplarla (C) blokundakılar araşdırılaraq dərslikdə verilən 2, 3 və 4-cü tapşırıqları yerinə yetirmək tapşırılır.
MMV-dəki dərsliyin sturukturunda (C) blokuna dair 5 yeni bilik verilmişdir. Şagirdləri 5 qrupa bölək və hər qrup bir təbii hadisənin tədqiqatının aparılmasını (8 dəqiqə), tədqiqatın mübadiləsinə (15 dəqiqə), tədqiqatın nəticələrinin müzakirəsi və ümumiləşdirilməsinə və BİBÖ cədvəlinin III sütunun öyrəndiyiniz davranış qaydalarının əlavə ediməsinə (10 dəqiqə)ayıraq.
Bizim 3 dəqiqəmiz qaldı. Yəqin ki, onu da qiymətləndirməyə və ev tapşırıqlarına verilməsinə ayırsaq göründüyü kimi 45 dəqiqəni kağız üzərində böldük.
Beləliklə, bu mövzunu sizin yazdığınız və mənim göstərdiyim vaxt bölgüsü ilə ən fəal şagirdləri olan sinifdə belə reallaşdırmaq mümkün deyil. Siz deyərsiniz ki, qrupları azalat. 3 qrupa böl. 3 qrupa böldükdə tədqiqatın aparılmasına, mübadiləsinə və ümumiləşdirməyə verilən vaxtı da artırmalı olmalıyıq.
Dərsliyin 72 səhifəsində abzas 2-də respublikamızdakı seysmik zonalar göstərilmişdir. Böyük Qafqazın cənub yamacı, Haxçıvan, Yuxarı Qarabax, Gəncə Qazax, Baki şəhəri, Xudat-Xaçmaz sahilyanı zonaları.
Zəlzələnın güçü Rixter şkalasına əsasən 12 ballıq şkala ilə təyin edilir. Hər il Yer kürəsində 3-4 bal güçündə zəlzələlər həddindən artıq olur. Yer üzərində əsasən 6-7- bal və ondan daha çox güçə malik olan zəlzələlər nəzərə alınır.
Azərbaycanda zəlzələlər əsasən tektonik sınma zonalarına uyğun gəlir.Həmin tektonik sınmalarda fəal seysmikliyi ilə fərqlənən 8-9 bal güçünə malik olan zəlzələlər tarixən üç regionda Gəncə, Şamaxı və Naxçıvanda qeydə alınmışdır. Bu üç zəlzələ episentrinin (mərkəzinin ) dərslikdə öz əksini tapması məsləhətdir.
Həmin tektonik sınmalarda fəal seysmikliyi 6-7 bal güçü ilə fərqlənən zonalara Xudat- Xaçmazın sahilyanı zonalarından daha çox Talış dağları uyğun gəlir. Talış zonasının göstərilməsi məsləhətdir. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm.
6-ci sinif
Salam Nərminə xanım! TQDK-ya bir daha minnətdarlığımı bildirirəm ki, biz müəllimlərə bir birimizlə fikirlərimizi bölüşüb, müzakirələr aparmaq imkanı yaratmışdır. Mən sizin Vüsalə Veyisovaya “1519-cu ildə Fernan Magellan qərb istiqamətinə üzərək Hindistana dəniz yolunu kəşf etmişdir” sorğusuna aid verdiyiniz məsləhətinizə əməl edərək Avropanın tarixinə bir daha nəzər saldım. Amma Magellanın Hindistana dəniz yolunu nə şərq, nə də qərb istiqamətində üzərək kəşf etdiyinə dair məlumata rast gəlmədim. Bir çox mənbələrdə F.Magellanın 1480-cı ildə anadan olduğu yazılır. Deməli Vasko da Qama 1497-ci ildə Hindistana şərqdən dəniz yolunu kəşf edəndə Magellanın 17 yaşı var idi. Bu yaşda isə Magellanın ekspedisiya rəhbəri olub Hindistanı kəşf etməsi çox da real görünmür. Sizin də dediyiniz kimi: “ Kəşf ani hadisədir. Birdən baş verir”. Hindistana dəniz yolunu kəşf etmək də Vasko da Gamaya nəsib olmuşdur.
Magellanın Hindistanda olmasi fikirinə gəldikdə isə o, həqiqətən də 1506-1514-cü illər ərzində dəfələrlə şərq istiqamətində Afrika sahillərindən keçərək Hindistanda olmuşdur. Portuqaliya hərbi donanmasında xidmət etmişdir.
1519-cü ildə Magellan İspaniya donanması ilə qərb istiqamətində üzərək Hindistana qərbdən dəniz yolunu kəsf etmək məqsədilə səyahətə başlamışdı. Magellanın ekspedisiyası məqsədinə çatmasa da nailiyyətləri böyük olmüşdür. Magellan Filippin adalarında öldürüləndən sonra El-Kano Zond adalarının cənubundan kecərək İspaniyaya qayıtmışdır. Yəni Magellanın ekspedisiyası Hindistanda olmamışdır.
http://www.biography.com/people/ferdi...an-9395202 (Ferdinand Magellan)
http://www.ducksters.com/biography/ex...gellan.php (Magellan)
İskəndərova Şahsənəm.
6-ci sinif
Portalın yaradılmasına görə TQDK-ya minnətdarlığımızı bildiririk. Axır ki, dərsliklər haqqında olan fikirlərimizi, qeydlərimizi söyləyə və bizi maraqlandıran suallara cavab tapa biləcəyik.
Səhifələr: 1