User Posts Əliyeva Aybəniz

Posts Of Əliyeva Aybəniz
until
Səhifələr: 1
Coğrafiya
Salam.Kuləyin yayilmasi mövzusu vesaitlə dərslikdə fərqlidir.Buna aydınlıq gətirməyinizi xahiş edirəm
Coğrafiya
Salam, Yerşünaslıq Coğrafiyanın əsasıdı desəm yəqin ki mənimlə razılaşarsınız.Hal-h­azırki dərs vəsaiti (2012-ci il nəşri) onu tam əhatə edir.Məlumat həddindən artıq coxdu.Şagirdlərin bu qədər məlumatı oxuyaraq yadda saxlaması mümkün olmur.Həmişə arzulayırdımki kaş praktik tapşırıqların sayı bir qədər artıraydılar.Ümid edirəm ki,yeni məzmun standartlar ilə hazırlanacaq dərslikdə praktik tapşırıqların sayı artırılacaq və bu da şagirdlərə bu elmi daha yaxşı başa düşməyə imkan vercək.
6-ci sinif
Sabahkı dərsim Göllər mövzusudur,dərsə hazirlaşarkən yenə dərsliklə mmv arasındakı uyunsuzluqla rastlaşdım-Öyrəndiklərinizi yoxlayın bölməsində
Bunları qeyd etməkdə məqsədim müəllifləri ittiham etmək deyil,sadəcə nəzərdən qaça bilər və gələn nəşrdə də eyni gedər .Əvvəlki qeydlərimi cavablandırdığınız üçün təşəkkürlər
6-ci sinif
Salam,6-cı sinifin Coğrafiya dərsliyinidə Dünya okeanı mövzusunda Dərsdən sonra bölməsində xəritə sxemdə 2,3 nöqtələri Sicilya adası və Böyük Britanya adasında qoyulub,amma MMV-də 2-Abşeron,3-Kiçik Asiya kimi qeyd olunub.Təbiətdə suyin dövranı mövzusunda Öyrəndiklərinizi yoxlayın bölməsidə MMV-dəki eyni adlı bölmə ilə uyğun deyil. Bunun texniki səhv olduğunu düşünürəm,gələn buraxılışlarda bunu nəzərə alacağınızı düşünürəm.Bizə bu imkanı yaratdığınız üçün təşəkkürlər.
Səhifələr: 1