User Posts Moderator

Posts Of Moderator
until
Səhifələr: 1 2 3 4 5 6 ... 12 Next
Coğrafiya
İngilis dili
Bayramova Sevinc, http://www.e-derslik.edu.az/site/login.php
Coğrafiya
Zeynalova Aynur, (Vətəndaşların müraciət və suallarına yalnız bu ünvanda baxılır)
Rus dili
Həsənzadə Fərid, bu məsələ TQDK-nın səlahiyyətinə aid deyil. Siz tədris prosesində və müstəqil olaraq müvafiq materiallardan istifadə edərək, dili öyrənə bilərsiniz.
İngilis dili
Əsədova Azadə, bəzi dərslikləri buradan yükləyə bilərsiniz: http://www.e-derslik.edu.az/site/index.php
Rus dili (tədris Azərbaycan dilində olan məktəblər üçün)
Cəfərov Babək, dərsliklərin hazırlanması TQDK-nın səlahiyyətlərinə aid deyil. Bununla bağlı Təhsil Nazirliyinin müvafiq şöbəsinə müraciət edin.
İngilis dili
Əsədova Azadə, bəzi dərslikləri buradan yükləyə bilərsiniz: http://www.e-derslik.edu.az/site/index.php
İngilis dili
Nəcəfov Firdovsi, 8-ci sinif test kitabçası qiymətləndirmə materialı olduğu üçün cavablarının verilməsi nəzərdə tutulmur.
Riyaziyyat (2015)
Quote
Kərimova Natella:
Salam. Əvvəlcə onu deyim ki, mənim fikrimcə cəbr və həndəsəni birləşdirmək ("Riyaziyyat" 2015-ci il nəşrində) doğru deyil.8-ci sinfdə onsuzda cəbrdə və həndəsədə ayrılıqda şagird üçün yeni anlayışlar daxil olan mürəkkəb tərkibli mövzular kifayət qədər var.İki fənnin bir kitaba yığılıb kiçik həcmdə verilməsi düzgün deyil. Yəni məlumatlar ,təriflər,qaydalar "sərt" şəkildə mürəkkəb quruluşlu cümlələrlə verilib. Bir anlayışı ifadə etmək üçün lazım olan bir neçə cümləni qısaldıb(qol-qıçını sındırıb) bir cümləyə yığıblar. Axı şagirdlərin hamısı mükəmməl zəkada deyil.Bir sinifdə həm güçlü,həm orta,həm də zəif çagirdlər var.Və nəzərə almalıyıq ki,zəif ,orta səviyyəlı şagirdlər çoxluq təçkil edir.Bu cür tərtibat onlar üçün çox yorucudur.Əlbətdə ,baça düşürəm ki , standarta əsaslanaraq bu cür düzəliş edilib.Ancaq iki fənnin eyni dərslikdə ƏLAQƏSİZ KEÇİDLƏRLƏ verilməsi düzgün deyil.Necə deyərlər-ondan da olduq, bundan da.
Məni narahat edən bir başqa məsələ də dərslikdə dilimizdə olmayan sözlərdən çox istifadə edilməsidir.Nə üçün "bərabərlik" sözü standartlara cavab vermir,yerinə konqruyent yazılır. Bu nəyə lazımdır,heç cür baça düşmürəm.
Teoremlərin isbatı qarma-qarışıq, ardıcıllığı olmadan verilib. Əksəriyyətinin isbatı şagirdə tapşırılır.Bu düzgün deyil.Qaydalara aid calıçmalar səviyyələrə bölünməyib. Çalıçmalar bölməsində zəif,orta,yüksək səviyyədə tapçırıqlar olmalıdır. (Yeri gəlmişkən "öyrənmə tapşırıqları" ifadəsi nə deməkdir.)
Bir məsələ də mənə maraqlıdır.Niyə dərsliyi tərtib edən zaman istifadə olunan ədəbiyyat göstərilmir?
Riyaziyyat (2015)
Quote
Zeynalli Güləmirzə:
Portal istifadəçilərinə ALLAHın salamı olsun! Əvvəla sözüm hörmətli adminədir.Müəlliflər Cəbr və Həndəsəni böyük zəhmət hesabına Riyaziyyat (2015-ci il nəşri) ediblər. Sizdə isə ayrı-ayrı verildiyi üçün Həndəsə hissəsində qeydlərimi yazmalı oldum. Təəssüf ki, Riyaziyyat-8 dərsliyində də kifayət qədər nöqsanlar var: ilk nəzərə çarpan "Öyrənmə tapşırıqları" ifadəsidir. Demək indiyə qədər həll olunan məsələ,misallar,çalı­şmalar öyrənmək üçün deyilmiş. "Dördbucaqlılar" bəhsində olan mövzular çox bəsit,məlumat xarakterli formada verilib.Teoremlərin isbatı(əgər ona isbat demək mümkünsə) anlaşılmaz formada verilib,əksərinin də isbatı şagirdlərin öhdəsinə buraxılıb. Riyaziyyat-8-in müəllifləri:Nayma Qəhrəmanova, Məhəmməd Kərimov və İlham Hüseynov--- Hörmətli müəlliflər,əgər siz bu mövzular haqqında orta məktəbdə Həndəsə dərsliyindən öyrənməsəydiniz və bu formada başqası yazsaydı ondan nə başa düşərdiniz? Belə bərbad vəziyyətdə dərslik yazmazlar,uşaqlarımı­z yazıqdır. Dərslik yazılmasının şərtlərindən biri də istifadə olunan ədəbiyyat siyahısı verilməlidir.Əvvəlki (V-VII siniflərdə) kitablardakı kimi Riyaziyyat-8 -də də istifadə olunan ədəbiyyat verilməyib.Bəlkə, müəlliflər həqiqətən Riyaziyyata aid ədəbiyyatlardan istifadə etməyiblər,ona görə dərslik belə nöqsanlı çıxıb?
Riyaziyyat (2015)
“Riyaziyyat” dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
Fizika
Quote
Rəcəbli Əlövsət:
Məmmədova Svetlana, Salam Sveta xanım!
Sizin iradınız doğrudur.
Biz bu iradı yekun rəydə yazmışıq. Yəqin ki, müəlliflər bizim iradımızı nəzərə alacaqlar.Diqqətiniz­ə görə təşəkkür edirik.
Hörmətlə ekspert qrupunun üzvü Rəcəbli Əlövsət
Fizika
Quote
Məmmədova Svetlana:
"Fizika 9" dərsliyinin yeni çap olunmuş variantında (2009-cu il nəşri) müəyyən mövzularda müsbət istiqamətdə düzəlişlər olunmuşdur. Bu müsbət haldır, lakin "Elektrik müqavimətinin naqilin növündən və ölçülərindən asılılığı" mövzusunda elektrik müqaviməti ilə bağlı qayda düzgün verilsə də səhifə 86-da verilmiş R=ρ S/l düsturu doğru deyildir. Naqilin elektrik müqaviməti R=ρ l/S bu düsturla təyin olunur. Bu düsturdan xüsusi müqaviməti hesablayarkən isə dərslikdə verilmiş ρ=RS/l düsturu alınır. Xahiş edirəm fikrimi nəzərə alasınız.
Fiziki tərbiyə
“Fiziki tərbiyə” dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
Texnologiya
“Texnologiya” dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
Həyat bilgisi
“Həyat bilgisi” dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
Təsviri incəsənət
“Təsviri incəsənət” dərslik komplektinin (2015-ci il nəşri) müzakirəsi
Coğrafiya
11-ci sinif Coğrafiya dərsliyinə (2012-ci il nəşri) dair qeyd
Quote
Səfərəliyeva Aliyə:
11 ci sinif kitabinda dil ailasi cox qarisiq verilib 2006 ci ilin nasrindaki kimi verilsa daha yaxsi olar.har bir dovlat haqqinda verilan movzuda xaritalarin hamisi eyni verilsa mas sahifa 75 da Qazaxistanin xaritasi kimi verilsa daha yaxsi olar.Turk qrumlarinin xaritasi ayri ayriliqdq verilsa daha yaxsi olar.sah 58 da Canubi Azarbaycanin xarita sxemi avazina Irandaki azarbaycan ostanlarinin sarhadlari aydin verilsa yaxsi olar.sah 64 da Turkiyanin xarita sxemi aydin deyil va faydali qazintilarin sarti isaralari aydin verilmir regionlar uzra naqliyyat barada cox qisa malumat verilir Yaxsi olar ki muasir nagliyyat yollarinin cakilisi haqqda daha atrafli malumat verilsin.mas Axalqalaki Kars damir yolu TANAP Trans Qafqaz va s haqda genis malumat verilsin. Rusiyanin tarkibindaki turk qrumlari verilanda daha aydin va bir birindan farqli xususiyyatlari konkret secilsin.cox qarisiq verilir va bir birindan secilmir. Turk dunyasinin atlasinin tartib olunmasi cox vacibdir.Azarbaycan barada malumat verilanda yaxsi olar ki Gurcustanda yasayan tarixi azarbaycan torpaqlarinin adlari va xaritasi verilsin.Hamcinin qarbi azarbaycanlilarin yasadiqlari Zangazur Goyca Iravan mahallari va xaritalari verilsin ki galacayimiz olan usaqlarimizin yaddaslarinda hakk olunsun. birdaha zahmat talab edan bu isda kitab mualliflarina uqurlar arzulayiram.
Coğrafiya
6-cı sinif Coğrafiya dərslik komplektinə (2013-cü il nəşri) dair qeyd
Quote
Əliyeva Lamiə:
6-cı sinif coğrafiya dərsliyində
Metodik vəsaitdə 47-ci səhifə “Öyrəndiklərinizi tətbiq edin” cədvəlində “Eriksson Amerikanı kəşf edib” yazılmışdır.
Dərslikdə 79-cu səhifədə“Atmosferin quruluşu”- mözusunda atmosferin qatları tam verilməmışdir.
45-ci səhifədəki xəritə sxem “kasıb ölkələri” düzgün rənglənməmişdir.
21-ci səhifədə “Nəsirəddin Tusi polyak alimi Kopernikdən 500 il əvvəl Yerin Günəş ətrafında dövr etdiyini nəzəri cəhətdən əsaslandırmışdır “ məncə dəqiqləşməlidir.
MMV-də 80-cı səhifədəki“ Lahiyə üzrə iş/Mövzu:Gəlin səyahətə çıxaq” haqqında isə dərslikdə məlumat yoxdur.
47-ci səhifədə “Praktiki dərs”də “Dünya əhalisinin sıxlığına” dair tapşırıq verilmişdirsə də dərslikdə bu haqda hec bir məlumat verilmir.
10-cu səhifədəki Azərbaycanın xəritəsi dəyişilsə yaxşıdır.
26-ci səhifədə 7-ci mövzunu dərsdə reallaşdırmaq çox çətindir
36-ci səhifədə verilən "Böyük səhərlərin böyük problemləri" mövzu VI sinifin standartlarında və açar sözlərində yoxdur.
Dərslikdə 16-ci mövzu ilə 17-ci mövznun yerinin dəyişməsi məsləhətdir. Cünki təbii hadisələrin məntiqi ardıcıllığı pozulur.
17-ci mövzu "Vulkanlar və qeyzerlər" olsada qeyzerlər haqqında məlumat yalnız sxem üzərində verilmişdir.
Xahiş edirəm bunlara aydınlıq gətirəsiniz.
Biologiya
Quote
Məmmədxanli Turan:
Əhmədov Natiq, Əhmədov Natiq,
9 saylı test. 10 sinif "Ümumi biologiya" dərsliyinin 3-cü və 4-cü paraqraflarında qeyd olunur ki, ribosomlar həm nüvədə sintez olunur, həm də, öz irsi məlumatı olan, mitoxondri və xloroplastların daxilində mövcuddur. Deməli ribosomlar hüceyrənin, mitoxondrilərin və xloroplastların irsi məlumatı əsasında sintez olunur. Yaşıl bitki hüceyrələrində hər üç struktur olduğu üçün burada ribosomlar 3 irsi məlumat əsasında qurulur.
P.S. Bu ribosomlar bir birindən fərqlənir. Hüceyrənin ribosomları 80S mitoxondri və plastidlərinki 70S olur. S- (çökmə sürətini xarakterizə edən) sedimentasiya əmsalı.

13 saylı test. 10 sinif "Zoologiya" dərsliyinin 93 - 95-ci səhifələrində yazılıb ki, quşların kloakasına böyrəklərin axarları (2 dənə), cinsiyyət vəzilərinin axarları (dişilərdə 1 ədəd) və bağırsaqlar açılır. Deməli toyuqlarda 3 axar və bağırsaq dəliyi. Əgər quşlarda sidik kisəsi reduksiyaya uğramasaydı ifrazat sisteminin quruluşu sürünənlərdə olduğu kimi kloakaya 1 axarla açılardı. Beləliklə toyuqlarda sidik kisəsi olsaydı onların kloakasına 2 axacaq açılardı (yumurtalıqdan və sidik kisəsindən gələn).

18 saylı test. Embrional dövr doğulma və ya yumurtadan çıxma anana qədər davam edir "Ümumi biologiya" §22. Bunu nəzərə alsaq testin cavabı pələng və gürzə olmalıdır. Çünki baliqlarda bütün ontogenezləri zamanı bir qan dövranı olur, qurbağalarda isə iki qan dövranı kürüdən çıxandan sonra, yəni postembrional dövrdə əmələ gəlir.

22 saylı test. İkiqat çiçəkyanlığı olan bitkilərdə çiçəyin qeyri-əsas hissələrinin sayı 4-ə bərabərdir: çiçək saplağı, çiçək yatağı, kasa yarpaqları, ləçəklər ("Botanika" 6 sinif, "Abituriyent" № 2, 2013). Sadə çiçəkyanlığında ləçək, və kasayarpaqları yoxdur, ancaq yarpaqcıq olur. Beləliklə sadə çiçəyi olan bitkilərin çiçəyində qeyri-əsas 3 hissə var (çiçək saplağı, çiçək yatağı və yarpaqcıqlar).
Biologiya
Quote
Hüseynov Məmmədhüseyn:
Biologiya VI sinif təkliflər

Qiymətləndirmə meyarlarını hər mövzunun sonunda (nümunə şəklində olsa belə) verməkdənsə zənnimcə aşağıdakı təklif etdiyim qaydada vermək daha faydalı olar.
Qiymətləndirmə meyarları
İzahetmə
Zəif
• Mövzu haqqında məlu-matı səthidir.
• Bəzi proseslərin iza-hında yanlışlığa yol verir.
• Nəticələri ümumiləş-dirmədə çətinlik çəkir.
Orta
• Mövzudan xəbəri var, cavabları əsasən düzgündür.
• Lakin mövzunu izah edərkən bəzi səhvlərə yol verir.
• Yaradıcı tətbiqetmədə qismən çətinlik çəkir.
Yüksək
• Cavabları dolğundur.
• Mövzunun məzmunu-nu aça bilir.
• Nəticələri ümumiləş-dirməyi və yaradıcı tətbiq etməni bacarır.

Anoloji üsulla “Fərqləndirmə” və “Təsviretmə” üçün də uyğun cədvəl vermək olar.
İlkin olaraq nümunə şəklində metodik vəsaitdə səh.24-də verilən Qiymətləndirmə meyarları: İzahetmə; səh.26-da verilən, “Fərqləndirmə”, səh.29-da “Təsviretmə” ni saxlamaq olar.Təklif etdiyim ümumi cədvəli (“Fərqləndirmə” və “Təsviretmə” üçün də uyğun cədvəl verməklə) isə Şagird nailiyyətlərinin qiymətləndirilməsi bölməsində (səh.18-19) vermək olar. Sonrakı mövzular üçün isə hər dəfə Qiymətləndirmə meyarlarınən verilməsinə ehtiac yoxdur. Təklifim reallaşsa vəsaitdə nə dəyişər?
1. Əsasən: Dərsi tədris edən müəllimin öz işinə yaradıcı yanaşmasına şərait yaratmış olarıq. Yəni, müəllim mövzudan və şagirdin cavabından asılı olaraq müstəqil olaraq qiymətləndirmə aparacaq. Praktika göstərir ki, bütün mövzular üçün vəsaitdə verilən (nümunə şəklində olsa belə) meyarlar bəzi müəllimlərin müstəqil göstəricilərə istinad etməsinə “mane” olur. Deməli, biz istəmədən müəllim fəaliyyətini passivləşdiririk.
2. Qismən: Ümumi həcmə təsir etmiş olar. Müəlliflər üçün daha zəruri olan məlumatların verilməsinə müyyən qədər boş yer qalar.
Vəsaitdə demək olar ki, bütün mövzularda Mövzunun adı verilir? Alt standartlar göstərilir, dərsin məqsədi göstərilir, sonra isə müəlliflərin məqsədəuyğun saydıqları yeni təlim metodları müəyyən qədər təhlil olunur. Zənnimcə fəal dərsin tam mərhələləri əsasında bir neşə nümunə göstərmək daha yaxşı olardı. Verilən nümunələr müəllimlərin dərslərini fəal təlim üsullarına istinadən keçmələrinə metodik cəhətdən kömək etmiş olar. Mən ancaq mərhələləri göstərmişəm. Hər hansı mövzunu götürüb verlən mərhələlərə uyğun, yaradıcılıqla yanaşıb vermək olar.
Nümunə:
Mövzu:
Standart:
Məqsəd:
Təlimin forması: .
Təlimin üsulu:
Resurslar:
İnteqrasiya:
Dərsin tipi:
Motivasiya, problemin qoyulması:
Tədqiqat sualı:
Tədqiqatın aparılması:
Qrup 1.
Qrup 2.
Qrup 3.
Qrup 4.
Məlumat mübadiləsi və müzakirəsi:
Ümumiləşmə və nəticə.
Yaradıcı tətbiq etmə.
Qiymətləndirmə.
Ev tapşırıqları.
“Ümumiyyətlə. əgər geniş mənada dərslikdə verilən mövzuların təhlil sxeminə və ya üsullara diqqət etsək, bəzi ixtisarlara və yeniliklərə ehtiyac var. Əgər dərslik komplektinə daxil olan müəllimlərə kömək məqsədilə yazılan metodik vəsaitdə dərsin mərhələləri verilibsə(fəal dərsin mərhələlərinin verilməsi lazımdır,amma metodiki vəsaitdə fəal dərsin mərhələləri tam açıqlanmayıb) və müəllim dərsi qeyd olunan mərhələlərlə qurursa, onda dərslikdə: Fəaliyyət, Öyrəndiklərinizi yoxlayın, Nə öyrəndiniz adı altında mövzunu parçalamağın nə dərəcədə əhəmiyyəti var? Qeyd edilən “sxem” üzrə mövzunun verilməsi formaca cəlb edici görünsədə, məzmunca çox zəif təsir bağışlayır. Çünki, dörd məzmun xətti ilə yazılması tələb olunan dərsiklikdə nəzəri materialın qoyulan tələblər səviyyəsində verilməsinə az yer qalır.”
Göründüyü kimi əgər fəal təlim üsulları ilə müəllim dərsi qursa onda dərlikdə “motivasiya” vermək, müxtəlif üsullarla sorğulara, tapşırıqlara yer vermək (Fəaliyyət, Öyrəndiklərinizi yoxlayın, Nə öyrəndiniz, Bilirsinizmi ) nə dərəcədə fayda verə bilər. Məllim eyni vaxtda həm dərslik əsasında qarşıya qoyulan tapşırıqları yerinə yetirsin, həm də nümunə şəklində sizə göndərdiyim kimi, yəni şagirdlərdə məntiqi təfəkkürün inkişafına səbəb olacaq dərs desin. Buna zənnimcə vaxt çatdırmaq çətin olar.
Seminarda müəlliflərdən- Nailə Əliyeva qeyd etdi ki, dərsliyin quruluşu ilə bağlə təkliflər verilmir.
Bəs mənim həm dərslik portalında yerləşdirdiyim, həm də sizə göndərdiyim təkliflərə niyə reaksiya yoxdur?
Mövcud dərslikdə ilk mövzu “Vətənimizin təbiəi” verilib. Sonrakı movzularda canlılar, onlarda gedən həyati prosesslər məzmun xətti “gözlənilməklə” verilməyə cəhd edilib. Amma bitkilər aləminə daha çox yer ayrılıb. Vətən hamımıza əzizdir. Onun təbiəti haqqında dərslikdə yeri gəldikdə məlumat vermək daha yaxşı olardı. Əsl vətənpərlik zənnimcə, vətənin övladlarına düzgün təhsil vermək, onlarda bilik,bacarıq və vərdişlərin inkişafına çalışmaqdır. Biologiyanı bir elm kimi öyrənməyə başlayan şagirdə ilkin bioloji anlayışları öyrətməkdən başlamaq lazımdır. Əgər diqqət etsək görərik ki, Məzmun xətləridə bunu tələb edir.
- Canlıların quruluşu və müxtəlifliyi
- Bioloji proseslər
- İnsan və onun sağlamlığı
- Canlılar və ətraf mühit
Məzmun xətləri gözlənilməklə təklif etdiyim şəkildə ( müzakirə, geniş təhlildən sona, yəqin ki, xüsusi əlavələr edilməklə) dərsliyin yazılmasını məqsədəuyğun hesab edirəm.
Birhüceyrəli canlılar:
-Bakteriyalar
-Göbələklər əsas nümayəndələri
-Bitkilər: əsas nümayəndələri
-Heyvanlar: əsas nümayəndələri
Verilən canlılarln quruluşu və müxtəlifliyi, yaşadığı mühitin spesifikliyi, oxşar və fərqli cəhətləri
Birhüceyrəli orqanizmlərdə əsas bioloji proseslər: qidalanma, çoxalma, böyümə və inkişaf, ifrazat. Təbiətdə yayılması, təbiətdə və insan həyatında əhəmiyyəti və s.
Qeyd olunan proseslərdə spesifiklik, oxşar və fərqli cəhətləri
Koloniya halında yaşayanlar
Əsas spesifik cəhətləri
Çoxhüceyrəli canlılar
Göbələklər
Bitkilər
Heyvanlar
Verilən canlılarln quruluşu və müxtəlifliyi, yaşadığı mühitin spesifikliyi, oxşar və fərqli cəhətləri
Çoxhüceyrəli orqanizmlərdə əsas bioloji proseslər: qidalanma, çoxalma, böyümə və inkişaf, ifrazat və s. Canlıların təbiətdə yayılması, canlılar və ətraf mühit, onların təbiətdə və insan həyatında əhəmiyyəti və s.
Qeyd olunan proseslərdə spesifiklik, oxşar və fərqli cəhətlər
Məzmun xətləri gözlənilməklə mövzular izah edildikdə sadədən mürəkkəbə doğru yanaşma daima diqqət mərkəzində olmalıdır, VI sinif həcmində, sonrakı siniflərdə, yəni sinifdən- sinifə keçdicə xüsusi yanaşmanı gözləməklə.
Ümumi rəydə verilən irad və təkliflərə müəlliflərin verdiyi bəzi cavablara münasibət bildirmək istəyirəm.
Ümumi rəydə səh.17. də yazılan “Yaranan fərdlər fərdi inkişafı dövründə (doğulandan ölənə qədər) dəyişilir” fikrinə düzgün olaraq irad bildiriblər. Ümumi rəydə təklif olunur ki, həmin cümlə yazılsın: ”Yaranan fərdlər fərdi inkişafı dövründə (mayalanma anından ölənə qədər) dəyişilir.
Müəlliflər isə həmin cümlənin “Yaranan fərdlər fərdi inkişafının doğulandan ölənə qədər olan dövründə dəyişilir” kimi yazılmasını düzgün sayır.
İzahat: Mən Ümumi rəydə verilən cümlənin elmi cəhətdən düzgün olduğunu qəbul edirəm. Çünki, canlılarda mühitin zərərli amillərinin təsirindən həm embrional, həm də postembrional inkişaf dövrlərində dəyişikliklər gedə bilər. Buna demək olar ki, bütün canlıların fərdi inkişafında təsadüf etmək olar.Məsələn, hamilə qadında rüşeyimin embrional inkişafının müəyyən mərhələsində dəyişiklik ola bilər. Qəbul edək ki, hamilə qadın kəskin radiyasyalı bir ərazidə yaşamalı olub ( və ya radyasiyanın təbii fonunun yüksək olduğu ərazidə). Kim deyərki, normadan kənar radiyasiya döldə və ya anada hər hansı dəyişiklik yaratmaz.
Ümumi rəydə səh.52-də yazılan ”Gövdə üzərində yarpaqlar və tumurcuqlar olur.Onun cavan hissəsi isə zoğ adlanır” fikrinə düzgün olaraq irad bildiriblər.
Ümumi rəydə təklif olunur ki, həmin cümlə yazılsın: “Gövdənin üzərində yarpaq və tumurcuq olan cavan hissəsi zoğ adlanır”.
İzahat: Əgər birinci cümləyə diqqət etsək: ”Gövdə üzərində yarpaqlar və tumurcuqlar olur”. Heç də bütün gövdələr üzərində yarpaq və tumurcuqlar olmur.Onda ikinci cümlədəki fikir: “Onun cavan hissəsi isə zoğ adlanır” birinci cümlə ilə uzlaşmır. Amma Ümumi rəydə zoğa verilən tərif: “Gövdənin üzərində yarpaq və tumurcuq olan cavan hissəsi zoğ adlanır”. Fikir tam aydındır, heç bir mübahisə doğurmur.
.Səh.79.Toxumu quruluşu.

Yazılıb: Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir.
İzahat: İkiləpəli və birləpəli bitkilərin toxumlarının fərqli quruluşa malik olmasını öyrənəcək şagirddə toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikri müəyyən qədər çaşqınlıq yaradacaq. Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək. Onda qeyd etdiyimiz kimi, toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikrini toxumun quruluşunu izah edərkən ilkin fikir kimi qeyd etmək şagirdi yanlış istiqamətə yönəldmiş olar.

Cavab:(Müəllif tərəfindən verilən). Burada toxumun ümumi quruluşu barədə məlumat verilir. Bəli, toxum qabıq, endosperm və rüşeymdən ibarətdir. Amma bu quruluşdan kənara çıxma da istisna deyil. Necə ki, ikiləpəli bağayarpağında bəzi əlamətlər birləpəlilərdə olduğu kimidir.
İzahat: Dərslik portalında yazdığım irada müəllifin cavabınıda sizə təqdim etdim.
Göründüyü kimi müəllif fikrinin üzərində dayanır:” Bəli, toxum qabıq, endosperm və rüşeymdən ibarətdir”.
Mən yazmışam: ”Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək”.
Lobya toxumunda endosperm olmur, o toxumun ilkin inkişaf mərhələlərində ehtiyat qida maddələrini ləpə yarpaqlarına ötürərək (və ya ehtiyat qida maddələri ləpə yarpaqları tərəfindən sorulur) reduksiyaya uğrayır. Onda sual olunur: Reduksiya olunmuş hər hansı bir hissəni formalaşmış bir orqanizmin əsas quruluş hissəsi kimi göstərmək nə dərəcədə düzdür?...
Məlumat üçün bildirmək istəyirəm:
İkiləpəli bitki toxumlarını quruluşuna görə ayırmaq olar:
1. Endospermli ikiləpəli toxumların quruluşu
2. Endospermsiz ikiləpəli toxumların quruluşu
Endospermli ikiləpəli toxumların quruluşu – bu toxum tipinə göyrüşdə, pamidorda, tütündə, yerkökündə, yasəməndə, üzümdə, çətənədə və s. Ikiləpəli bitkilərdə rast gəlmək olar. Belə toxumlarda endosperm yaxşı inkişaf edir, toxumun əsas quruluş hissəsi kimi götürmək olar.
Endospermsiz ikiləpəli toxumların quruluşu- belə toxumlar əksər ikiləpəli
bitkilərə xas olur. Məs: lobya, noxud, günəbaxan, palıd, qoz, qovaq, ağcaqayın, şabalıd vəs. Belə toxumlarda endosperm ehtiyat qida maddələrini ləpə yarpaqlarına ötürərək reduksiyaya uğrayır , toxumun əsas quruluş hissəsi kimi götürmək olmaz.
Lənkəran Dövlət Universiteti,
Kimya-biologiya kafedrasının müdiri, dos.M.B.Hüseynov.
Azərbaycan tarixi
Quote
Əhmədova Naibə:
vi-sinif Azərbaycan tarixi dərsliyi (2013-cü il nəşri) nəticə yönumlü yanaşma əsasinda hazirlanmışdir.Dərsl­ik şagirdlərin nəyi bilməli nəyi bacarmalı olduğunu müəyyənləşdirir.Dərs­likdə tarixi hadisələrin xronoloji çərçivədə öyrənilməsi hadisələrin baş verdiyi coğrafi məkani tanimaları gözlənilmişdir. Göyçay rayonunda keçirilən vi-sinif tarix dərsliklərinin müzakirəsi zamanı fikir və təkliflərimizi bildirdik vəyazılı təqdim etdik. Müəlliflərlə canlı ünsiyyətə görə TQDK-na təşəkkürümü bildirirəm.Dərsliklə bağlı bəzi təklifləri qeyd etmək istəyirəm.
1)Dərslikdə adı çəkilən arxeoloq M.Hüseynovun yaxşı olardı ki şəkli dərslikdə təqdim olunsun.
2)Nelit dövrundə evlərin çiy kərpicdən tikilməsi nə ilə bağlı verilmişdir?
3)səh-96-da senturion sözünün mənası açiqlansin.
4)səh 97-də katakomba qəbirlərin adı çəkilir.Yaxşı olardı ki küp qəbirlərin şəkilləri təqdim olunsun.
5)səh99-da şəkli verilən tunc təbərzinlər haqqında məlumat verilsin.
6)Mövzu 24-də yaxşı olardı ki alban vilayətləri və Amid döyüşü haqqında məlumat verilsin.
Dərsliklərin tərtibatı nəfsdir.Göz oxşayır.Şagirdlərin işləməsi üçün asan dildə tərtib olunub.Təşəkkürümü bildirirəm.
Riyaziyyat
Quote
Talibov Əlinaz:
ı

Quote
Talibov Əlinaz:
Axşamınız xeyir! Müəlliflərə fikirlərimi səmimi qəbul etdikləri üçün təşəkkür edirəm. VI siniflər üçün "Riyaziyyat" dərsliyinin son səhifəsində (səh.198) sadə ədədlərlə bağlı verilmiş tarixi məlumatda (əslində müəlliflərin fikirlərində)sonuncu iki cümlədən başqa bütün fikirlər səhvdir. Əgər şagirdlər həmin alqoritmlə hərəkət etsələr, onda Eratosfen şəbəkəsində heç bir ədəd qalmaz.
Əvvəla, Eratosfen dərslikdə qeyd olunduğu kimi yox, eramızdan əvvəl 276-194-cü illərdə yaşamış yunan riyaziyyatçısı, astronomu və coğrafiyaşünasıdır. O, riyaziyyatda sadə ədələrin tapılması üsulunu vermişdir. Həm də "Eratosfen qəfəsi" adlanan bu üsul kitabda yazıldığı kimi deyil, aşağıdakı kimi tətbiq olunur:
1. Əvvəlcə 2-dən n-ə qədər ədədləri yazırıq(2,3,4,5,...,­n).
2. Sonra 2-dən başqa bütün 2-yə bölünən ədədləri pozuruq.
3. Daha sonra 3-ə, 5-ə, 7-yə və s bölünən ədədləri bu ədədlər istisna olmaqla pozuruq.
4. Prosesi qeyd olunan qayda ilə mümkün olduğu qədər davam edirik.
Nəticədə 2-dən n-ə qədər (n daxil olmaya da bilər) sadə ədədlər alınır. Məlum olduğu kimi bu alqoritmin daha da ümumiləşmiş halı da var və bu üsul VI sinif şagirdlərinin başa düşə bilmələri üçün nisbətən çətindir.
Səmimiyyətlə...
Coğrafiya
Quote
Seyfullayeva Nərminə:
Salam. Göllər mövzusunda dərslik və MMV arasındakı qüsur nəzərimizdədir..Sag olun ki nöqsanları deyirsiniz. deməli dərsə qarşı məsuliyyətlə işləyirsiniz.
Coğrafiya
Quote
Veyisova Xəyalə:
Çox sağ olun,Nərminə xanım.Xoş sözləriniz mənə stimul verdi.Əmək haqqı məsələsinə düz toxundunuz:))Nərminə xanım,mənim kitabda və ya atlasda olan problemləri tez bir zamanda aradan qaldırıb həll etməyə gücüm çatır,sadəcə,siz bilirsiniz axı ucqar kəndlərdə yaşayan müəllimlər və şagirdlər var,onların dərslikdən başqa vəsaiti yoxdur.Mən onu da bilirəm ki,hələ bir qəzet və jurnala məqalə hazırlayarkən nə qədər araşdırma aparıram,nə qədər vaxt sərf edirəm.Kitab yazmaq asan iş deyil,siz bu yükü üzərinizə götürdünüz müəlliflərlə birgə,buna görə sizə minnətdarıq.Amma bəzi məqamları da qeyd etməliyik ki.fənnimizin səmərəsini daha inkişafyönümlü görək.Bütün şərhlərimi diqqətlə oxuyub hər bir məqamına reaksiya verdiyiniz üçün sizə sonsuz təşəkkürlərimi bildirirəm.
Səhifələr: 1 2 3 4 5 6 ... 12 Next