User Posts Moderator

Posts Of Moderator
until
Səhifələr: Prev 1 2 3 4 5 6 ... 12 Next
Azərbaycan dili
Quote
Səmədova İlhamə:
Salam,5-ci və 6-cı sinif Azərbaycan dili dərsliklərində "Dil qaydaları" ilə bağlı mövzularda qeyri-ardıcıllıq və sistemsizlik var. Qrammatika ilə bağlı bir çox lazımlı mövzular dərsliklərə daxil edilməyib.
Ədəbiyyat
Quote
Bayramova Gülafət:
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

VI sinif ədəbiyyat dərsliyində (2013-cü il nəşri) səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

Gəncə şəhər 28 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-publisist, təlimçi
Gülafət Bayramova
Azərbaycan dili
Quote
Bayramova Gülafət:
DƏRSLİKLƏ BAĞLI PROBLEMLƏR

Müasir dövrdə həyatın bütün sahələrində,o cümlədən təhsildə baş verən dəyişikliklər insanda sosial istiqaməti formalaşdırmağa və bu baş verən dəyişikliklərə uyğun reaksiya verməyi tələb edir. Yeni pedaqoji-psixoloji yanaşmalar təlimin real həyatla sıx əlaqələndirlməsi, şagirdlərin meyil və maraqları əsasında qurulması, mənimsənilən bilik və bacarıqlarının qiymətləndirilməsi kimi mühüm məsələlər də köklü dəyişikliyə gətirib çıxardı. Kurikulumun nəzəri və tətbiqi məsələləri ilə bağlı dərsliklərdə, metodiki vəsaitlərdəki çatışmazlıqlar da yeni təlim metodunun mənimsənilməsində, sözsüz ki, müəyyən çətinliklər yaradır. Məsələn: V sinif Azərbaycan dili dərsliyində 4-cü, yəni “Tarixi-mədəni abidələr” bölməsində “Kiş Alban məbədi” mövzusuna 2 saat vaxt ayrılıb. 1saat – mətn və lüğət üzrə iş, 1saat da dil qaydası üzrə ismin hallarına ayrılıb. Doğrudur, aşağı siniflərdən isim haqqında şagirdlərin müəyyən dərəcədə ilkin məlumatları olsa da bu dərsin mənimsənilməsi üçün praktika göstərdi ki, ibtidai siniflərdən 5-ci sinfə keçən şagirdlərin bilik səviy yəsi o qədər də qənaətbəxş deyil. Belə olduqda bu kimi mövzuların mənimsənilməsində gözlənilən nəticələri almaq olmur. Ənənəvi metodda ismin hər bir halı üçün 1saat vaxt ayrılırdı. Təbii ki, yeni metodun bir çox üstünlükləri var, idrakı fəallığı artırmağa xidmət edir. Ancaq çox yaxşı olardı ki, 1dərs saatı ismin hallarının ümumi izahına verildiyi halda,1dərs saatı da yiyəlik ,yönlük ,təsirlik hallarında baş verən fonetik dəyişkənliyi və qeyri-müəyyən yiyəlik ,qeyri-müəyyən təsirlik hallarının mənimsənilməsinə ayrılsın. Belə olsa, VI sinifdə “İsim” mövzusunu keçəndə dərsin tam mənimsənilməsində şagirdlərin ciddi prolemləri olmayacaq. Bundan əlavə nitq hissələrindən düzəltmə isim, sifət, felləri əmələ gətirən şəkilçilər haqqın da ilkin məlumat verilmir. Ancaq Azərbaycan dili dərsliyində səh.107-108-də “Dil qaydaları üzrə təkrar” bölməsində sözdüzəldici şəkilçilər olan sözləri seçmək tapşırığı verilib. Səh.112-də “Konkret və mücərrəd” isimlər haqqında qayda verilib. Tapşırıqlar isə (səh.112) çalışma 13-14-də mücərrəd isimlərə leksik şəkilçi artırmaqla konkret isimlərin düzəldilməsi (və yaxud əksinə) tələb olunur. Fellərlə bağlı da kifayət qədər iradlar qeyd etmək olar. Fellərin şəxsə görə dəyişməsini şagirdlər o zaman məqsədəuyğun şəkildə mənimsəyə bilər ki, dərslikdə ismin mənsubiyyətə və şəxsə görə dəyişməsinə də yer verilmiş olardı.
VI sinif Azərbaycan dili dərsliyində səh.17-də düzəltmə isimlər haqqında qayda verilib ki, müxtəlif nitq hissələrinə leksik şəkilşilər artırmaqla düzəlir. Və bir neçə nümunə göstərilib. Səh.18-də çalışma №7-də deyilir ki, çərçivədə verilmiş sözləri müvafiq bəndlərə uyğun seçib yazın:
A) isimdən düzələn isimlər,
B) sifətdən düzələn isimlər,
C) feldən düzələn isimlər.
Məsələ burasındadır ki, şagirdlərin çoxu leksik şəkilçiləri bilmədikləri üçün tələb olunan tapşırığı yerinə yetirə bilmir. Təklifim budur ki ,səh.21-də ismin mənsubiyyətə görə dəyişməsi və səh.39-da ismin şəxsə görə dəyişməsi - xəbərlik şəkilçiləri cədvəldə necə göstərilibsə, isimdən, sifətdən, saydan, feldən isim düzəldən şəkilçilərin də göstərilməsi məqsədəuyğun olardı. Səh.88-də işarə əvəzlikləri haqqında məlumat verilir. Ancaq “elə, belə” əvəzliyinin nə zaman sifət, nə zaman zərf yerində işlənməsi izah edilmir. Bundan əlavə səh.84-85-də şəxs əvəzlikləri haqqında məlumat və tapşırıqlar verilir, ancaq isimlə şəxs əvəzliklərinin oxşar və fərqli cəhətləri göstərilmir. Bu kimi xüsusiyyətlər cədvəl şəklində yazılıb, onlara aid çalışmalar da verilsə məqsədəuyğun olar.
VI sinif ədəbiyyat dərsliyində səh.7-10-da Rəşid bəy Əfəndiyevin “Elm tükənməz xəzinədir” və “Şah Abbas və iki vəzir” mətnləri verilib. Hər mətndən sonra səh.8 və səh.10-11-də həmin mətnləri əhatə edən test sualları verilib. Yəni, indiyə qədər hansı oxu bacarıqlarına yiyələnməyi dəqiqləşdirmək üçün bu çox yaxşıdır. Ancaq dərslikdə bundan başqa heç bir mətnin və ya bölmənin sonunda testlərə yer verilməyib. Yaxşı olardı ki, bu kimi testlərə bölmələrin sonunda da yer verilsin. Dərsliklər nə qədər standartlara cavab versə, şagird nailiyyətləri də gözlənilən nəticələr səviyyəsində olar.

Gəncə şəhər 28 saylı tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
yazıçı-publisist, təlimçi
Gülafət Bayramova
Ədəbiyyat
Quote
Səmədova İlhamə:
Salam,əvvəlcə sayt üçün təşəkkür edirəm və uğurlar arzulayıram.6-cı siniflər üçün ədəbiyyat dərsliyi (2013-cü il nəşri) həddindən artıq mürəkkəbdir və şagirdlərin işləməsi üçün rahat deyil.Dərslik başdan-başa cədvəllərdən ibarətdir.Şagird üçün anlaşılmaz və yorucudur.Tapşırıqla­rı 45 dəq.ərzində icra etmək mümkün deyil.
Biologiya
Quote
Hüseynov Məmmədhüseyn:
Biologiyadan yazılmış VI sinif dərsliyi ilə bağlı
müəyyən irad və təkliflər.
Əvvəlcədən dərslik müəlliflərinə böyük zəhmət hesabına ərsəyə gətirdikləri kitaba görə minnətdarlığımı bildirirəm. Həqiqətən böyük zəhmət çəkilib.
Dərslik haqqında aşağıda verəcəyim təhlil bir mütəxəssis kimi şəxsi qənaətlərimdir, ola bilər ki, müəlliflər bəzi fikirləri qəbul etməsinlər. Mənim məqsədim dərsliyi daha məzmunlu və daha sanballı görməkdir.
Dərsliyin dili sadə və anlaşılandır. Bioloji anlayışların izahında əsasən konkretlik var və bu anlayışlardan istifadə və tətbiqetmə düzgün verilmişdir.
Dərsliydə bəzi söz, termin və bioloji anlayışlardan istifadə zamanı zənnimcə müəyyən düzəliş, əlavə və izahatlara ehtiyac var.
Qeyd etdiyim kimi dərsliyin dili sadə və daha tez başa düşüləndir. Amma təlim öyrədici, tərbiyəedici və inkişaf etdirici olmalıdır. Hər hansı mürəkkəb hadisənin sadə dillə və elmi mahiyyətini itirmədən çatdırmaq müsbət haldır. Ancaq yaddan çıxmamalıdır ki, VI sinif şagirdinə 5 il “Həyat bilgisi” fənni keçilib. Müasir informasiya bolluğu şəraitində təhsil alan şagirdin tələbləri daha böyükdür. Ümumi ardıcıl təhlilə keçməzdən əvvəl konkret bir misal çəkmək istəyirəm.
Səh.12. Öyrəndiklərinizi yoxlayın.
2. Müvafiq hecaları birləşdirməklə Azərbaycan təbiətinə aid olan heyvan adlarını müəyən edin.
KAF KÜ

CÜ TAR

VA NA

TÜL YÜR

DUR RAN

BƏ ŞAQ

CEY ZƏ

GÜR BİR

Hecalardan istifadə etməklə söz düzəltməyi şagirdlər I sinifdə öyrənirlər. Qeyd olunan üsuldan istifadə VI sinif şagirdində məntiqi təfəkkürün inkişafında rolu çox zəif olar və ya heç olmaz. Demək olar ki, bütün mövzuların sonunda mövzuda
əldə edilən yeni məlumatları ümumiləşdirməyə xidmət edən “Nə öyrəndiniz “ bölməsində açar sözlər və tamamlanmamış cümlələr verilib, açar sözlər
əsasında cümlələrin tamamlanması tələbi qoyulur, yaxşı düşünülüb. Amma verilən açar sözlər, cümlədə buraxılan sözlərlə həm sayına, həm də yerləşdirmə ardıcıllığına görə tam uyğun gəlir, şagird heç bir əziyyət çəkmədən, cümlələri tamamlaya bilər. Əvvəldə qeyd etdiyim kimi təlim həm öyrədici, həm də inkişaf etdirici olmalıdır.
Nümunə:
Açar sözlər
Prokariotlar
Kokklar
Spirillər
Vibrionlar
Basillər
Ribosom
Spor
Nə öyrəndiniz
Bakteriyalar prokariotlara aiddirlər.Onların, _kokklar, _spirillər, _vibrionlar, və __basillər__ adlandırılan müxtəlif formaları olur. Bakteriya hüceyrəsi zülal sintezində iştirak edən ribosoma malikdir. Bəzi bakteriyada əlverişsiz şəraitdə spor yaranır.

Konkret misallar əsasında gəldiyim qənaətlər bunlardır:
Səh. 10. Fəaliyyət 1.
Yazılıb: Şəkillərdən və ya digər mənbələrdən istifadə etməklə plan üzrə Azərbaycan təbiətilə bağlı esse yazın: ...
Bu söz gündəlik dilimizdə geniş işlənmir, dərsliklə müstəqil işləyən şagird “esse” nədir bilməyəcək. Müəllim essenin izahına da müəyyən vaxt itirəcək.
Yazmaq olardı: Şəkillərdən və ya digər mənbələrdən istifadə etməklə plan üzrə Azərbaycan təbiətilə bağlı esse ( kiçik həcmli hekayə) yazın.
Səh. 17. Canlı orqanizmlərin əsas xüsusiyyətləri.
Yazılıb: Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir.
Yazılmalıdır: Orqanizmlər əmələ gəlir, yaşayır, qocalır, ölür, əvəzinə yeniləri yaranır.
İzahat: “əmələ gəlir” sözünə sinonim və ya ümumi mənanı özündə saxlayan digər sözlərdən də istifadə etmək olar.Məsələn-“doğulu­r”, ” yaranır” və s. Belə ki, orqaninzmlərin yaranması və yaşamasını qeyd etmədən- “Orqanizmlər qocalır, ölür, əvəzinə yeniləri əmələ gəlir” işlətmək məqsədəuyğun deyil.
Səh. 19
Yazılıb: K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə mənsub olduğunu bildirir.
Bu fikir müəllimə təbii ki, aydın olacaq. Amma şagird müəyyən qədər çətinlik çəkə bilər. Çünki cümləni oxuyan kimi şagirdin diqqətini Latın dilində yazılmış növ adından çox Azərbaycan dilinə tərcümə olunmuş “ev iti” cəlb edəcək. Məlumdur ki, Latın dilində “Canis familaris” – birinci söz orqanizmin hansı cinsə, ikinci söz isə hansı növə məxsus olduğunu bildirir. “ev iti”ndə isə birin söz növü, ikinci söz isə cinsi göstərir. Şagirdə daha aydın olsun deyə yazılması məqsədə uyğun olardı:
“K.Linney hər bir növü – ikiqat latın adları ilə adlandırmışdır; məsələn, “Canis familaris” – ev itinin latınca adıdır. Bunlardan latınca “Canis” – cinsi, “familaris” isə növü bildirir”.
Səh. 20
Yazılıb: Oxşar növlər cinslərda birləşdirilib.
Yazılması məqsədəuyğun olardı: “Oxşar fərdlər növlərdə, növlər isə cinslərdə birləşdirilir”.
Səh.27
Yazılıb: Bilirsinizmi? Yer üzərində yaşayan bütün canlılar (viruslar istisna olmaqla) hüceyrələrdən təşkil olunub.
Yazılması məqsədəuyğun olardı: Viruslar istisna olmaqla yer üzərində yaşayan bütün canlılar hüceyrələrdən təşkil olunub.
Səh.30
Hüceyrələrin ümumi quruluşu.... Qılaf. Hüceyrəni xaricdən örtərək onu ətraf mühitin təsirindən qoruyur. Bitki və göbələk hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirmişdir.
İzahat: Səhifə 32-də bakteriyaların quruluşu izah edilərkən orada onların membranının xarici hissəsində qalın və möhkəm hüceyrə divarı olduğu qeyd olunub. Səhifə 30-da hüceyrənin ümumi quruluşu izah olunduğu üçün bitki və göbələk hüceyrəsində qılafın olduğu qeyd edilməklə yanaşı bakteriya hüceyrəsində də qılafın olmasının qeyd olunması məqsədə uyğun olardı. Deməli, səhifə 30-da yazılmalıdır: Bakteriya, göbələk və bitki hüceyrəsinin qılafının xarici hissəsi qalın hüceyrə divarını əmələ gətirmişdir.
Səh. 31. Vakuol.
Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan boşluqlar olur.
İzahat: Əgər yazılıbsa, “içərisi hüceyrə şirəsi ilə dolu vakuol”, onda “boşluqlar” olur ifadəsini işlətmək zənnimcə lazım deyil.
Yazılmalıdır: Vakuol. Bitki və göbələk hüceyrələrinin (xüsusən yaşlı hüceyrələrin) sitoplazmasında içərisi hüceyrə şirəsi ilə dolu vakuol (lat. “vakuus” – boş) adlandırılan qovuqlar olur.
Səh. 32. Bakteriyaların quruluşu.
Yazılıb: Hüceyrə divarı üzərində bəzən qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir.
İzahat: Hüceyrə divarı üzərində bəzən qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir yazmaq, şagirddə -selikli kapsula bəzən yarana bilər, bəzən yox ola bilər təssəvürünü yarada bilər. Məlumdur ki, selikli kapsula əmələ gətirmək növ əlaməti deyil, yəni bütün bakteriyalara xas olan əlamət deyil. Deməli,
Yazılmalıdır: Hüceyrə divarı üzərində bəzi bakteriyalarada qoruyucu funksiya yerinə yetirən selikli kapsula da rast gəlinir.
Səh. 42.Mexaniki toxuma.
Yazılıb: ” Mexaniki toxuma. Gövdədə, yarpaq saplağında, yarpaq damarında yerləşir.”
İzahat: Mexaniki toxuma vegetativ orqanlardan ancaq gövdə və yarpaqda deyil, kökdə də olur. Əgər gövdədə mexaniki toxumanın yerləşmə yeri açıqlanmırsa, yarpaq saplağında, yarpaq damarında mexaniki toxumanın olmasını qeyd etməyə ehtiyac yoxdur. Ona görədə,
Yazılmalıdır: ” Mexaniki toxuma. Gövdədə, kökdə və yarpaqda yerləşir.”
Səh. 56. Gövdənin daxili quruluşu.
Yazılıb: Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın oduncağa söykənən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur.
Kambi – gövdənin eninə böyüməsinin təmin edir...
İzahat: Göründüyü kimi verilən izahatda kambi qatının konkret yerləşmə yeri hiss olunmur. “Qabığın oduncağa söykənən daxili qatı floema adlanır, burada kambi qatının qabıqla oduncaq arasında yerləşməsi görünmür”. Ona görə də:
Yazılmalıdır: Qabıq. Cavan və yaşıl zoğlarda qabığın xarici qatını dəricik təşkil edir. Qışlayan gövdələrdə dəricik digər örtük toxuması olan mantarla əvəz olunur. Mantar işığı özündən buraxmadığından onun altındakı qat yaşıllığını itirir. Qabığın kambi ilə sərhədində yerləşən daxili qatı floema adlanır. Gövdədə floema qatının içərisində floema boruları deyilən ələyəbənzər borular və floema lifləri olur. Qabıqla oduncaq arasında kambi qatı yerləşir.
Kambi – gövdənin eninə böyüməsinin təmin edir...
Səh.70. Bilirsinizmi?
Yazılıb: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman yarpağın ucu qatlanaraq həşəratı udur...
Yazılmalıdır: Şehçiçəyinin yarpaqlarının üzərində yapışqanlı damcılar olan qırmızımtıl tükcüklər vardır. Həşərat parıldayan damcı üzərinə qonan zaman tükcüklər əyilir, yapışqanlı damcılara yapışmış bədən hissələri tədricən sorulur.
Səh.79. Toxumun quruluşu.
Yazılıb: Toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir.
İzahat: İkiləpəli və birləpəli bitkilərin toxumlarının fərqli quruluşa malik olmasını öyrənəcək şagirddə toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikri müəyyən qədər çaşqınlıq yaradacaq. Həmin səhifədə lobya toxumunun quruluşu hissələri göstərilməklə yazıldığını görən şagird bu hissələr arasında endospermin olmadığını görəcək. Onda qeyd etdiyimiz kimi, toxum – qabıq, endosperm və rüşeymdən ibarətdir fikrini toxumun quruluşunu izah edərkən ilkin fikir kimi qeyd etmək şagirdi yanlış istiqamətə yönəldmiş olar.
Səh.80. Birləpəli və ikiləpəli bitkilər.
Yazılıb: İkiləpəli bitkilər. Bunların toxumunda ehtiyyat qida maddələri toxumun rüşeymində toplanır. Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.
İzahat: Rüşeymin hissələrini öyrənən şagirddə yazılanları oxuduqdan sonra belə təsəvvür yarana bilərki, ikiləpəli bitki toxumlarında ehtiyyat qida maddələri rüşeymin bütün hissələrində toplanır. Bildiyimiz kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri əsasən ləpə yarpaqlarında bəzi bitkilərdə isə (quşəppəyi) rüşeym hissələri – kökcük, gövdəcik və ləpə yarpaqlarında toplanır.
Lobya, noxud kimi ikiləpəli bitkilərin toxumlarında ehtiyyat qida maddələri rüşeymin ləpə yarpaqlarında, yabanı ağ turp və quşəppəyi bitkilərində isə tumurcuqdan savayı, rüşeymin hər yerində toplanır.
Burada quşəppəyi bitikisi toxumunda rüşeym hissələrində rüşeym tumurcuğunun olması anlamına gəlinir, amma bildiyimiz kimi quşəppəyi toxumu rüşeymində iki ləpə yarpağı, rüşeym kökcüyü və rüşeym gövdəciyi var, rüşeym tumurcuqu yoxdur.
Həmin səhifədə yenə yazılb: Qaymaqçiçəyi və üçrəng bənövşə bitkilərində qida maddələri rüşeymdən başqa, həm də endospermdə toplanır.
Göründüyü kimi qeyd edilən bitkilərdə ehtiyyat qida maddələrinin həm rüşeym hissələrində, həm də endospermdə toplandığı fikri formalaşır. Bu yanlışdır.
Yekun nəticə: Toxumun quruluşu mövzusu yenidən işlənməlidir.
Lənkəran Dövlət Universiteti
Kimya və bioligiya kafedrasının müdiri: dos.M.B.Hüseynov
Riyaziyyat
Quote
Bayramov Paşa:
5-ci sinif riyaziyyat dersliyində (2012-ci il nəşri) verilmiş mövzuları şagirdlər sərbəst şəkildə mənimsəməkdə çətinlik çəkirlər. İzahlar qəliz şəkildə verilmişdir. Müəllimlər də mövzuları tərdris edən vaxtı müəyyən çətinliklərlə rastlaşırlar. Mövzular üzrə yeni keçilmiş dərsin möhkəmləndirilməsinə aid çalışmalar yox dərəcəsindədir. Tapşırıqlar sadədən mürəkkəbə doğru sıralanmayıb. Məsələn, səhifə 83-də "Onluq kəsrlərin toplanması və çıxılması" mövzusuna aid cəmi 4 çalışma (2 misal, 2 məsələ) verilib ki, bununla da ilk dəfə tədris olunan bu mövzunu şagirdlər mənimsəməkdə çətinlik çəkirlər. Mövzulara aid əlavə vəsaitlərin olmasına baxmayaraq yada salaq ki, heç də bütün valideynlərin imkanı daxilində deyil ki, övladlarını onlarla təmin etsinlər. Ona görə də dərslik elə şəkildə tərtib olunmalıdır ki, zərurət yaranmadığı halda digər vəsaitlərə müraciət olunmasın. Yəni orada tapşırıqların sayı kifayəq qədər olmaqla yanaşı yararlı olmağı ilə də seçilsin. Ümid edirik ki, gələcəkdə yeni yazılacaq dərsliklərdə bu nəzərə alınacaq. Bu portal vasitəsi ilə hamı öz fikrini bildirməklə, bu prosesde yaxından aktiv şəkildə iştirak etməklə öz tövhəsini verə bilər. Yəqin ki cari dərslik müəllifləri və gələcəkdə müəllif olmaq istəyənlər də bu fikirləri oxumaqla bundan nəticə çıxararlar. Hamıya uğurlar!
Azərbaycan dili
Quote
Muxtarli Sitarə:
4- cü sinif üzrə MMV – də (2015-ci il nəşri) perespektiv planlaşdırılma nümunəsində fənlər arası inteqrasıyanın verilməməsini mənfi bir hal kimi qeyd etmək istəyirəm.Perespekti­v planlaşdırma nümunəsində fənlər arası inteqrasıyanın qeyd edilməsi müəllimlərin öz işləriini daha düzgün qurması üçün zəmin yaradır.
Azərbaycan dili
Quote
Kərimova Seyda:
4-cu sinif Azərbaycan-dili dərsliyi (2015-ci il nəşri) nağıl kitabından fərqlənmir.Mətnlərin qısa,bir cumlənin daha az sözdən ibarət olması məqsədə uyğundur.Dilciliyin əsas bölmələrindən biri qrammatikadır.Azərba­ycan -dili dərsliyində verilən qaydalar sagirdə bilik vermir,əksinə sagirddə çaşqınlıq yaradır.Muəllim əlavə vəsaitlərdən istifadə etməsə sagirdin bilik səviyyəsi çox aşağı olar.
Coğrafiya
"Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası" dərsliyi (2011-ci il nəşri) haqqında qeyd:
Quote
Veyisova Xəyalə:
Azərbaycanın iqtisadi cografiyası
Bu iqtisadi coğrafiya dərsliyi yenidən yazıldı.Amma yenə də bu kitabların müzakirəsinə ehtiyac var.Kitab dil və üslub baxımından çox ağırdır.
Azərbaycan dili
Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 8-ci sinif "Azərbaycan dili" dərslik komplekti (2015-ci il nəşri) haqqında qeyd:
Quote
Rzayeva Təranə:
8-ci sinif Azərbaycan dili dərsliyində verilmiş həmin dialoq (səh.126) heç də birmənalı qarşılanmır. İlk qəzetin yaranmasına, mətbuat tariximizə həsr olunmuş bölmədə iki oğlan arasında gedən "küçə" danışığının verilməsinə ehtiyac görmürəm. Müəlliflərin məqsədi gözəl danışığı təbliğ etməkdirsə, düşünmürəm ki, buna nail olubar. səh.127-də çərçivədə verilmiş "çağırış" isə daldan atılan daşa bənzəyir. Məqsəd kobud danışıqla gözəl ifadə tərzini müqayisə etməkdirsə, jarqon leksikasına, vulqar leksikaya aid bədii əsərlərdən nümunə vermək olardı. Bu daha yaxşı, düzgün qəbul olunardı, nəinki müəlliflərin qurduqları dialoq.
Azərbaycan dili
Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 8-ci sinif "Azərbaycan dili" dərslik komplekti (2015-ci il nəşri) haqqında qeyd:
Quote
Muxtarli Sitarə:
Kurikulum əsasında hazırlanmış 8-ci sinif Azərbaycan dili dərsliyində, 126-cı səhifədə “alə”, “dbil” kimi vulqar sözlər işlənib. Bu nə dərəcədə doğrudur? Bu cür sözlərin dərslikdə verilməsinin şagirdlərə müsbət yox, mənfi təsiri var. İlk növbədə dərs keçilərkən bu mətn mütləq sinifdə artıq səs-küy yaranmasına və dərsin pozulmasına gətirib çıxaracaq. Bu sözlərlə tanış olmayan uşaqlar da belə sözləri əzbərləyəcək.
6-ci sinif
Tağiyev Azad, yazdığınız rəyə həmmüəllifin münasibətini buradan oxuya bilərsiniz: http://derslik.edu.az/forums/14/115/722/#post722
Azərbaycan tarixi
M.Babayev adına Xaçmaz şəhəri 1 nömrəli tam orta məktəbin müəllimi Azad Tağıyev tərəfindən dərslik komplekti (2012-ci il nəşri) ilə bağlı qeyd:
Quote
Tağiyev Azad:
5-ci sinif "Azərbaycan tarixi" dərsliyi (2012-ci il nəşri) haqqında rəy maraqlıdır amma ümumiyyətlə bu dərslik deyil nağıl kitabıdır və artıq vaxt itkisindən başqa heç nəyə yaramır...
8-ci sinif
Məzahim Mustafayev, yazdığınız rəyə dərslik müəllifinin münasibətini buradan oxuya bilərsiniz:
http://derslik.edu.az/forums/16/155/717/#post717
9-cu sinif
Hörmətli Nağiyeva Bəsən xanım, 2016-cı ildə keçiriləcək imtahanların plan qrafiki hazır olan kimi TQDK-nın internet saytında yerləşdiriləcəkdir.
Riyaziyyat
Hörmətli Güləmirzə müəllim, bildiyiniz kimi, TQDK ölkə Prezidentinin Fərmanı ilə istifadədə olan dərsliklərin monitorinqini aparır. Lakin Təhsil Nazirliyinin rəsmi müraciətinə əsasən, 7-ci sinif “Riyaziyyat” dərslik komplektinin nəşrəqədərki maketinin qiymətləndirilməsind­ə TQDK da iştirak etmişdir. Təhsil Nazirliyindən göndərilmiş “Dərsliklərin Qiymətləndirmə Meyarları”na əsasən maket təhlil edilmişdir. İrad və təkliflər yekun rəydə göstərilmiş və Təhsil Nazirliyinə göndərilmişdir. Dərslik siyasətinin tender məsələlərinə görə bu rəyi “Dərslik portalı”nda yerləşdirmək mümkün deyil. Dərslik istifadəyə verildikdən sonra həmin rəylə istifadədə olan dərslik tutuşdurulmuşdur. Müəyyən edilmişdir ki, rəydə göstərilmiş irad və təkliflərin xeyli hissəsi nəzərə alınmış, lakin düzəliş və əlavələr edilərkən yeni səhvlərə yol verilmişdir. TQDK tərəfindən aparılmış müzakirələrin nəticəsində formalaşmış yekun rəy “Dərslik portalı”nda yerləşdirilmiş və Təhsil Nazirliyinə göndərilmişdir.
Riyaziyyat
Hörmətli Güləmirzə müəllim, 6-cı sinif “Riyaziyyat” dərslik komplektinin monitorinq meyarları əsasında təhlili aparılmışdır. Meyarlar üzrə xeyli sayda irad və təkliflər göstərilmişdir. Yekun rəy Təhsil Nazirliyinə göndərilmiş, siz müəllimlərin istifadəsi üçün “Dərslik portalı”nın monitorinq bölməsində yerləşdirilmişdir.
7-ci sinif
Rüstəmova Mehparə,
Mikayilov Babək,
Bayramova Leyla,
Qafarov Nazim,
Quliyev Natiq,
Şahverdiyeva Məlahət

Müvafiq dərsliklərlə bağlı yazdığınız rəylərə həmmüəllif Leyla Hüseynovanın münasibətini buradan oxuya bilərsiniz:
http://derslik.edu.az/forums/3/13/652/#post652
Fiziki tərbiyə
“Fiziki tərbiyə” dərslik komplektinin müzakirəsi
Texnologiya
“Texnologiya” dərslik komplektinin müzakirəsi
Həyat bilgisi
“Həyat bilgisi” dərslik komplektinin müzakirəsi
Təsviri incəsənət
“Təsviri incəsənət” dərslik komplektinin müzakirəsi
Kimya
“Kimya” dərslik komplektinin müzakirəsi
11-ci sinif
11-ci sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
10-cu sinif
10-cu sinif üzrə dərsliklərin elmi-metodiki monitorinqinin nəticəsinin müzakirəsi
Səhifələr: Prev 1 2 3 4 5 6 ... 12 Next