User Posts Bayramova Sevda

Posts Of Bayramova Sevda
until
Səhifələr: 1
Riyaziyyat
Dərslikdə verilmiş standartlar mövzuları tam əhatə edir. Hər bir mövzuya uyğun müasir təlabatlara cavab verən çalışmalar verilib. Araşdırmalar, təriflər, nümunələr şagirdlər tərəfindən asan qəbul ediləcək dildə yazılıb. İzahlar qısa və aydındır. Çalışmalar mövzunu tam əhatə edir, mövzunu dərk etmək üçün kifayət qədərindədir. Məsələ və çalışmalırın həllinə kömək məqsədi ilə təsvir olunan şəkillər dizayn-nöqteyi nəzərdən təqdirə layiqdir.
Bütün bunlar ilə yanaşı müəyyən qüsurlar da mövcuddur. Dərslik haqqında “Derslik. edu. az.” saytında TQDK-nın ekspert komissiyasının hazırladığı yekun rəy haqqında məlumatım var. Burada əksər nöqsanlar qeyd edilib. Bu nöqsanlara bir- necəsini də əlavə etmək olar.


1. Məzmunun işlənməsi baxımından;
Səhifə 53-də 16-cı çalışmanın şərti düz deyil. Çalışmada AB parçası üç nisbətdə
( yəni iki nöqtə ilə ) bölünməsi tələb olunur. Ancaq 3 nöqtə ilə (C, D və K) dört nisbətdə bölünə bilər. Odur ki, çalışmanın şərtində K nöqtəsi olmamalıdır. Çalışmanın şərti:“Uzunluğu 5,6 sm olan AB parçası üzərində C və D nöqtələrini elə yerləşdirin ki, AC:CD:DB =2:4:1 olsun”.

2. Dil və yazı üslubu baxımından;
Səhifə 63-də “Araşdırma”nın həllində “şərtə görə cücərməyən toxumların sayının bütün toxumların sayının neçə faizi olduğunu müəyyən etmək lazımdır” cümləsi “Şərtə görə cücərməyən toxumların sayı bütün toxumların sayının neçə faizi olduğunu müəyyən etmək lazımdır ” kimi yazılmalıdır. Çünki bir cümlədə “toxumlarının sayının” ifadəsi iki dəfə ardıcıl işlənməsi düzgün deyil.

3. Dizayn və bədii tərtibat baxımından;
Səhifə 54-də “Nümunə 2”-dəki məsələyə aid çəkilmiş şəkil şərtə görə düzgün təsvir edilməyib. Şəkildə 2 fəhlə eyni bir işi yerinə yetirməli idi. Sonra isə 6 fəhlə həmin işi yerinə yetirmələri təsvir olunmalı idi. Ancaq şəkildə hər bir fəhlə ayrı-ayrı işləri yerinə yetirmələri təsvir olunub. Bu dizayn nöqteyi-nəzərdən düz deyil.
Səhifə 55-də 13-cü tapşırıqda “65 dişi olan dişli çarx” ifadəsinin əvəzinə “65 dişlı çarx” yazılsa daha məqsədəuyğun olar.
Səhifə 59-də 12-ci çalışmada verilmiş xalının ölçüləri ilə şəkildəki ölçüləri uyğun deyil. Eni və uzunluğu üçün miqyasın qiyməti müxtəlif olur. Buda düzgün deyil.

4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından;
Səhifə 11-də “Ən böyük ortaq bölən ” mövzusunda qarşılıqlı sadə ədədlər haqqında məlumat verilib. Qarşılıqlı sadə ədədlər haqqında anlayış “Sadə və mürəkkəb ədədlər” mövzusunda verilsə idi daha məqsədəuyğun olardı. Elə həmin mövzunun sonunda da qarşılıqlı sadə ədədlərə aid bir-necə çalışma vermək olar.

Səhifə 61-də 7-ci tapşırıqda “Düzbucaqlının uzunluğu 23sm olub perimetrinin 55%-ni təşkil edir ” ifadəsi düz deyil. Çünki, düzbucaqlının uzunluğu perimetrinin 55%-ni təşkil edə bilməz. Burada düzbucaqlının iki uzunluğu da nəzərə alınmalıdır. Odur ki, cümlə “Düzbucaqlının uzunluqları cəmi 23sm-ə bərabər olub perimetrinin 55%-ni təşkil edir” kimi yazılsa daha məqsədəuyğun olar.

Səhifə 55-də 16-cı tapşırığın şərtində “Qaramalın sayı 0,5 dəfə artarsa” və ikinci sualda “0,5 dəfə azalarsa ” ifadəsi düz deyil. Çünki hər hansı ədədi 0,5-ə vurduqda həmin ədəd artmır, azalır. Odur ki, k dəfə artarsa və ya k dəfə azalarsa dedikdə k>1 şərti ödənməlidir.

5. “Müəllim üçün metodik vəsait”in (MMV-nin) məzmununun işlənməsi
baxımından
Səhifə 80-də çalışma 2 -də “Ədəd 2,5 dəfə azalarsa, bu o deməkdir ki, ədəd əvvəlki ədədin 2,5=25/10=250/100=25­0% -i qədər oldu, yəni 150% azaldı” fikri düzgün deyil. Düzgün həll:
Ədəd 2,5 dəfə azaldıqda a/(2,5)=40a/(100 ) , ədəd 60% azalar.
Səhifələr: 1