User Posts Qəhrəmanova Nayma

Posts Of Qəhrəmanova Nayma
until
Səhifələr: 1
Riyaziyyat (2015)
Salam Güləmirzə müəllim! 8-ci sinif Riyaziyyat dərsliyi haqqında fikir bildirdiyiniz üçün təşəkkür edirik.
Tapşırıqların "Öyrənmə" və "Tətbiq tapşırıqları" kimi ayrılması bacarıqların formalaşdırma mərhələlərini qiymətləndirməyə və inkişaf etdirməyə imkan yaradır. Belə ki, "Öyrənmə tapşırıqları" tərif və qaydaların birbaşa tətbiqini nəzərdə tutursa, "Tətbiq tapşırıqları" şagirddə daha geniş idraki və həyati bacarıqları formalaşdırmağa və qiymətləndirməyə imkan verir.
Həndəsə məzmun xətti üzrə verilən dərslərdə isbatı tələb edilən kifayət qədər teoremlər “Təklif” və “Əsası” sütunlarını əhatə edən xüsusi cədvəllə təqdim edilir.
İsbatetmə tapşırıqları isə əsasən 2 yanaşma ilə verilmişdir.
1. İsbat cədvəli verilmiş, lakin bəzi sətirlər boş ötürülmüşdür, şagirdin tamamlaması tələb edilr.
2. Sadə isbatı olan teoremlər üçün verilən təkliflər və isbatı tələb edilən təklif, həmçinin isbat üçün plan verilmişdir. Şagirdin isbatı yazması tapşırılır.
Dərsliklərdə ədəbiyyat siyahısının verilməsi şagird üçün lazımlı materialların yerləşdirilməsi imkanını məhdudlaşdırır və bu təcrübə yayılmamışdır.
Fikirlərinizə görə çox sağ olun. Hörmətlə, müəllif kollektivi!
Riyaziyyat (2015)
Salam Vüsalə müəllimə! 8-ci sinif Riyaziyyat dərsliyi haqqında fikir bildirdiyiniz üçün təşəkkür edirik. Qeyd etdiyiniz iradlar nəzərə alınacaq.
Həndəsə Riyaziyyat fənni üzrə 5 məzmun xəttindən biridir, onun digər 4 məzmun xətti ilə birlikdə bir dərslikdə verilməsi beynəlxalq təcrübəyə uyğundur.
Səhifələr: 1