6-cı sinif

Coğrafiya

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Coğrafiya” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Coğrafiya” dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Coğrafiya” dərslik komplektində (2013-cü il nəşri) verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “Coğrafiya” dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
19 fevral 2016
6-cı sinif “Coğrafiya” dərsliyinin (2015-ci il nəşri) müzakirəsi
19 fevral 2016-cı il tarixdə, saat 10:00-da ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Coğrafiya” dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir. 
 
Seminarda Bakı və Sumqayıt şəhərlərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak etmiş, həmçinin TQDK-nın Gəncə, Şəki, Lənkəran və Ağcabədi regional bölmələri ilə “Skype” proqramı vasitəsilə bağlantı qurulmuşdur. 
 

Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir. 

Seminarda Bakı şəhərindən 82 nömrəli tam orta məktəbin müəllimi Sürəyya Abdullayeva, 14 nömrəli tam orta məktəbin müəllimi Əli Həsənov, 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İskəndərova, 149 nömrəli Ağdam köçkün tam orta məktəbinin müəllimi Vüsalə Sahibqızı, 138 nömrəli tam orta məktəbin müəllimi Günay Əliyeva, ADA-nın dosenti Tural Məmmədov gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər.

Dərsliyin həmmüəllifləri - AMEA-nın Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə və BDU-nun dosenti Nərminə Seyfullayeva səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar. 



Beləliklə, ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Coğrafiya” dərsliyinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 
21 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Coğrafiya” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar “Dərslik portalı”nda canlı yayımlanmışdır.

Müzakirədə dərslik komplektinin həmmüəlliflərindən professor,c.e.d. Elbrus Əlizadə, c.e.n. Nərminə Seyfullayeva və c.e.n. İrken Rakçeyeva iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İsgəndərova, 82 nömrəli tam orta məktəbin müəllimi Sürəyya Abdullayeva, 5 nömrəli tam orta məktəbin müəllimi Aygün Əliyeva, Qubadlı rayon Xanlıq kənd 1 nömrəli tam orta məktəbin müəllimi Heyran Orucova, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan Şahbuz rayon Badamlı qəsəbə tam orta məktəbin müəllimi İdris Rəfiyev, Gəncədən 41 nömrəli tam orta məktəbin müəllimi Arzu Kərimov, Şəkidən 7 nömrəli tam orta məktəbin müəllimi Emin Eminov və “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimi Mehman Əliyev gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər. Beyləqandan Rayon Təhsil Şöbəsinin əməkdaşı Lamiyə Əliyeva da müzakirədə iştirak edərək, fikir bildirmişdir.

Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Beləliklə, dərslik komplektinin müzakirəsi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

Növbəti seminarda (28 fevral 2014-cü il tarixdə, saat 10:00) ümumtəhsil məktəblərinin 10-cu sinifləri üçün “Coğrafiya” dərsliyinin müzakirəsi aparılacaqdır.

15 fevral 2014
Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksində 6-cı sinif “Coğrafiya” dərslik komplektinin müzakirəsi haqqında məlumat - VİDEO

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində ilk dəfə olaraq, yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Coğrafiya” dərslik komplektinin müzakirəsini keçirmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş seminardan öncə müzakirə iştirakçıları onun həyat yolu haqqında hazırlanmış fotostendləri izləmiş, gənc qəhrəman haqqında təəssüratlarını bölüşmüşlər.

Müzakirədə Biləsuvar və Cəlilabad rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri və metodistlər iştirak etmişlər. 

İclası Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin icraçı direktoru Anar Məmmədov açaraq iştirakçıları salamlamış, icraçı direktorun təhsil məsələləri üzrə müavini Hüseyn Mirzəyev Lisey-Məktəb Kompleksində təlim-tədrisin təşkili ilə bağlı məlumat vermişdir.

Müzakirədən əvvəl gənclərin qəhrəmanlıq, mərdlik rəmzi olan Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. 

TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat verərək, dərslik və dərs vəsaitlərinin elmi-metodiki monitorinqinə həsr edilmiş seminar iclaslarına bu Lisey-Məktəb Kompleksinin müəllimlərinin “Skype” əlaqəsi ilə qoşularaq qeyd və təkliflərini bildirmələrini yüksək qiymətləndirmişdir.

İclasda həmçinin TQDK-nın coğrafiya fənni üzrə elmi-metodiki seminarının rəhbəri, BDU-nun professoru Fərda İmanov coğrafiya dərsliklərinin monitorinqi barədə məlumat vermiş, Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İsgəndərova dərslik komplektinə dair TQDK-nın rəyini təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Biləsuvardan Milli Qəhrəman Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksinin müəllimləri Mehman Əliyev və Üzeyir Əliyev, Şıxəli Qurbanov adına 2 nömrəli tam orta məktəbin müəllimi Şəfaqət Qurbanova, 4 nömrəli tam orta məktəbin müəllimi Ağaverdi Məmiyev, Nərimankənd tam orta məktəbin müəllimi Afərin Şirinov, Aşağı Cüvəli kənd tam orta məktəbin müəllimi Yaşar Məcidov, Zəhmətabad kənd tam orta məktəbin müəllimi Vidadi Məmmədov, Çinarlı kənd tam orta məktəbin müəllimi Aybəniz Əliyeva, Cəlilabaddan 8 nömrəli Məktəb-liseyin müəllimi Zamir İsfahanov, Uzuntəpə kənd tam orta məktəbin müəllimi Daşqın İmanov, Alar kənd 3 nömrəli tam orta məktəbin müəllimi Piravan Dadaşov, Privolnoye kənd 2 nömrəli tam orta məktəbin müəllimi Rəhim Əhədov, Həziabad kənd tam orta məktəbin müəllimi Asif Novruzov çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərslik komplekti ilə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Dərslik komplektinin həmmüəllifi, coğrafiya üzrə fəlsəfə doktoru Nərminə Seyfullayeva dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Müzakirənin gedişini buradan izləyə bilərsiniz:  https://new.livestream.com/accounts/3799076/events/2689127

 

14 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Coğrafiya” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Müzakirədə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşı Təranə İsmayılova, dərslik həmmüəlliflərindən c.e.n. Nərminə Seyfullayeva və İrken Rakçeyeva iştirak etmişlər. 

  

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən BDU-nun professoru Fərda İmanov, 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İsgəndərova və Aliyə Əhmədova, 52 nömrəli tam orta məktəbin müəllimi Sinətel İmanova, 82 nömrəli tam orta məktəbin müəllimi Sürəyya Abdullayeva, 42 nömrəli tam orta məktəbin müəllimi Təranə Əfəndiyeva, 5 nömrəli tam orta məktəbin müəllimi Aygün Əliyeva, 202 nömrəli tam orta məktəbin müəllimi Tanrıverdi Məmmədov, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan 5 nömrəli tam orta məktəbin müəllimi Xavər Əsədova, Göyçaydan 5 nömrəli tam orta məktəbin müəllimi Xuraman Mikayılzadə, Ağcabədidən 15 nömrəli tam orta məktəbin müəllimi Sona Quliyeva, “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimi Mehman Əliyev gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.


Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Növbəti seminarda (21 fevral 2014-cü il tarixdə, saat 10:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Coğrafiya” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

7 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Coğrafiya” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır. 

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd edildiyi üçün, müzakirədən əvvəl onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Müzakirədə dərslik müəlliflərindən c.e.n. Nərminə Seyfullayeva, İrken Rakçeyeva, “Bakı nəşr” nəşriyyatının icraçı direktoru Zaur İsayev, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin əməkdaşı Təranə İsmayılova iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən 239 nömrəli tam orta məktəbin müəllimi Məhbubə Babayeva, 52 nömrəli tam orta məktəbin müəllimi Sinətel İmanova, 148 nömrəli tam orta məktəbin müəllimi Aybəniz Əliyeva, 258 nömrəli tam orta məktəbin müəllimi Şəfiqə Hümbətova, 157 nömrəli tam orta məktəbin müəllimi Xanım Əliyeva, həmçinin TQDK-nın regional bölmələrindən internet vasitəsi ilə videobağlantı əsasında Naxçıvandan 2 nömrəli tam orta məktəbin müəllimi Fəxrəddin Qurbanov, Gəncədən 41 nömrəli tam orta məktəbin müəllimi Arzu Kərimov, Şəkidən şəhər liseyinin müəllimi Tahir İmanov, Ağcabədidən Cəfərbəyli kənd tam orta məktəbin müəllimi Rafiq Məmmədov, “Skype” vasitəsilə Biləsuvar rayonundan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına liseyin müəllimi Mehman Əliyev gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.
 
Dərslik komplektinin həmmüəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Növbəti seminarda (14 fevral 2014-cü il tarixdə, saat 10:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Coğrafiya” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.


12 yanvar 2014
GÖYÇAY ŞƏHƏRİNDƏ 6-CI SİNİF “COĞRAFİYA” DƏRSLİK KOMPLEKTİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Göyçay şəhərində TQDK-nın Göyçay Regional Bölməsinin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Coğrafiya” dərslik komplektinin müzakirəsini keçirmişdir.

Müzakirədə Göyçay şəhərinin, Kürdəmir, Ağdaş, Ucar, Şamaxı, İsmayıllı və Yevlax rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və iştirak etmişlər.

İclası TQDK-nın Göyçay Regional Bölməsinin müdiri Məhəmməd Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

İclasda həmçinin AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı, c.e.d. Elbrus Əlizadə coğrafiya dərsliklərinin monitorinqi barədə məlumat vermiş, Bakı şəhəri 3 nömrəli tam orta məktəbin müəllimi Şahsənəm İsgəndərova dərslik komplektinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair materialı təqdim etmişdir.

Çıxışlar ətrafında müzakirələr aparılmışdır. Müzakirədə Göyçaydan RTŞ-nin metodisti Füzuli İmranov, 1 nömrəli tam orta məktəbin müəllimi Südabə Abdullayeva, 7 nömrəli məktəbin müəllimi İradə İsmayılova, Kürdəmirdən 3 nömrəli tam orta məktəbin müəllimi Xəyalə Veyisova, Ucardan 1 nömrəli məktəb-liseyin müəllimi Zeynəb Həsənova, 2 nömrəli tam orta məktəbin müəllimi Əli Əhmədov çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Dərslik komplektinin müəllifləri – AMEA-nın Coğrafiya İnstitutunun əməkdaşı, c.e.d. Elbrus Əlizadə və BDU-nun müəllimi, coğrafiya üzrə fəlsəfə doktoru Nərminə Seyfullayeva dərslik komplekti ilə bağlı səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.







18 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

11 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Coğrafiya” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

4 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Coğrafiya” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Coğrafiya” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə