6-cı sinif

Fransız dili

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Fransız dili” dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Fransız dili” dərslik komplektində (2013-cü il nəşri) verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

3 mart 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Fransız dili” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Fransız dili” dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən 232 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova, Bakı Xoreoqrafiya Məktəbinin müəllimi Laura Gözəlova, 140 nömrəli tam orta məktəbin müəllimi Zibaxanım Hüseynova, gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Beləliklə, dərslik komplektinin müzakirəsi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir. 
15 fevral 2014
Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksində 6-cı sinif Xarici dil (ingilis və fransız dilləri) dərslik komplektlərinin müzakirəsi haqqında məlumat

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Biləsuvar rayonunda Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksində yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif Xarici dil dərslik komplektlərinin müzakirəsini keçirmişdir.

Müzakirədə Biləsuvar və Cəlilabad rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri və metodistlər iştirak etmişlər.

İclası Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Lisey-Məktəb Kompleksinin İcraçı direktoru Anar Məmmədov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

Dərslik komplektləri məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

İngilis dili fənni üzrə Biləsuvardan Milli Qəhrəman Mübariz İbrahimov adına Lisey-Məktəb Kompleksinin müəllimləri Şəlalə Əsədova, Firuzə Hüseynova və Günay Babayeva, 4 nömrəli tam orta məktəbin müəllimləri İlhamə Məmmədova və Məhbubə Əliyeva, Bağbanlar kənd tam orta məktəbin müəllimi Türkan Hüseynova, Amankənd tam orta məktəbin müəllimi Mətanət Şirəliyeva, Cəlilabaddan 5 nömrəli tam orta məktəbin müəllimi Əlisəfa Əmənov, 7 nömrəli tam orta məktəbin müəllimi Şəfiqə Hüseynova, Qamışlıgöl kənd tam orta məktəbin müəllimi Əlizamin Quliyev, fransız dili fənni üzrə isə Biləsuvardan 4 nömrəli tam orta məktəbin müəllimləri Elnarə Abbasova və Xumar İbrahimova çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərslik komplektləri ilə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.

İclasda həmçinin TQDK-nın ingilis dili fənni üzrə eksperti, Bakı-Avropa liseyinin müəllimi Mətanət Əhədova, fransız dili fənni üzrə isə elmi-metodiki seminarın rəhbəri Ülviyyə Cəfərova dərslik komplektləri ilə bağlı rəyləri təqdim etmişlər.

Dərslik komplektinin müəllifləri fransız dili fənni üzrə ADU-nun professoru Çəmən Babaxanova və dosenti İsayeva Rəfiqə, ingilis dili fənni üzrə ARTPİ-nin Kurikulum Mərkəzinin əməkdaşı Fəridə Hüseynova dərslik dərslik komplektləri ilə bağlı səsləndirilmiş fikir və təkliflərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

10 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Fransız dili” fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Fransız dili” dərslik komplektinin müzakirəsi olmuşdur.

Müzakirədə dərslik komplektinin həmmüəllifləri professor Çəmən Babaxanova və Rəfiqə İsayeva iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən 232 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Cəfərova, Bakı Xoreoqrafiya Məktəbinin müəllimi Laura Gözəlova, 140 nömrəli tam orta məktəbin müəllimi Zibaxanım Hüseynova, Şəkidən 1 nömrəli tam orta məktəbin direktoru Tahirə Cabbarova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Dərslik müəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Növbəti seminarda (17 fevral 2014-cü il tarixdə, saat 15:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Fransız dili” dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.
22 dekabr 2013
ŞƏKİ ŞƏHƏRİNDƏ 6-CI SİNİF XARİCİ DİL (ingilis, alman, fransız) DƏRSLİK KOMPLEKTLƏRİNİN MÜZAKİRƏSİ HAQQINDA MƏLUMAT
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Şəki şəhərində 5 nömrəli tam orta məktəbin akt zalında yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif Xarici dillər üzrə (ingilis, alman, fransız) dərslik komplektlərinin müzakirəsini keçirmişdir.
            

Müzakirələrdə Şəki və Mingəçevir şəhərlərinin, Qax, Oğuz, Qəbələ və Zaqatala rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər və Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının müəllimləri iştirak etmişlər.

İclası TQDK-nın Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov açmış, sonra TQDK-nın şöbə müdiri Afiqə Batıyeva ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi və TQDK ilə Təhsil Nazirliyinin birgə layihəsi olan “Dərslik portalı”nın mahiyyəti haqqında ətraflı məlumat vermişdir.

İclasda həmçinin TQDK-nın ingilis dili fənni üzrə eksperti, Bakı-Avropa liseyinin müəllimi Mətanət Əhədova, fransız dili fənni üzrə isə elmi-metodiki seminarın rəhbəri Ülviyyə Cəfərova dərslik komplektlərinin tədrisi birinci yarımildə nəzərdə tutulmuş hissəsinə dair rəyləri təqdim etmişlər.


Çıxışlar ətrafında müzakirələr aparılmışdır. İngilis dili fənni üzrə dərslik komplektinin müzakirəsində AMİ-nin Şəki filialının dosenti, f.e.n. Ulduz Mürşüdova, Şəki şəhərindən fizika-riyaziyyat və humanitar təmayüllü liseyin ingilis dili müəllimi Gülbəniz Məmmədova, 8 nömrəli Beynəlmiləl tam orta məktəbin ingilis dili müəllimi Əminə İsmayılova, 20 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Təranə Rəsulova, Qəbələ rayonundan Vəndam qəsəbəsi 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Mədinə Qasımova, Zaqatala rayonundan Aşağı Tala kənd tam orta məktəbin ingilis dili müəllimi Raziyyət Zeynalova, fransız dili fənni üzrə dərslik komplektinin müzakirəsində AMİ nin Şəki filialının baş müəllimi Əsmayə Əkbərova, Şəki şəhərindən 1 nömrəli tam orta məktəbin direktoru Cabbarova Tahirə, İnçə-Zunud kənd tam orta məktəbin fransız dili müəllimi Çimnaz Rəhimova, Heydər Əliyev adına Kiş kənd 1 nömrəli tam orta məktəbin fransız dili müəllimi Fərrux Nəcəfov, alman dili fənni üzrə Şəki rayonu Qoxmuq kənd orta məktəbin alman dili müəllimi Rövşən Məmmədsaatov çıxış edərək, dərsliklərin regionlarda müzakirəsini, “Dərslik portalı”nın yaradılmasını müsbət qiymətləndirmiş, dərsliklə bağlı fikirlərini bildirmiş və təkliflər vermişlər.


Dərslik komplektləri məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.

Dərslik müəllifləri professor Çəmən Babaxanova (fransız dili) və ARTPİ-nin Kurikulum Mərkəzinin əməkdaşı Fəridə Hüseynova (ingilis dili) dərsliklərlə bağlı səsləndirilmiş fikir və təkliflərə münasibət bildirmiş və sualları cavablandırmışlar.
25 noyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Fransız dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Fransız dili” fənni üzrə dərslik komplektinin müzakirəsi olmuşdur.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Müzakirədə dərslik komplektinin həmmüəlliflərindən Çəmən Babaxanova iştirak etmişdir.

Müzakirə nəticəsində tədrisi birinci yarımildə nəzərdə tutulmuş materiallara dair formalaşmış ilkin rəy Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim olunacaqdır. 
21 oktyabr 2013 
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Fransız dili” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

7 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Fransız dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Fransız dili” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə