6-cı sinif

Русский язык

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Rus dili” (rus bölməsi) dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Rus dili” (rus bölməsi) dərslik komplektinə (2013-cü il nəşri) dair yekun rəy

PDF

Yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Rus dili” (rus bölməsi) dərslik komplektində (2013-cü il nəşri) verilmiş 1-ci yarımillik materiallara dair rəyə müəlliflərin cavabı

16 may 2016
6-cı sinif “Rus dili” (rus bölməsi) dərslik (2015-ci il nəşri) komplektinə dair yekun rəy Təhsil Nazirliyinə göndərilmişdir.
2 mart 2016
6-cı sinif “Rus dili” (rus bölməsi) dərsliyinin (2015-ci il nəşri) müzakirəsi
2 mart 2016-cı il tarixdə, saat 14:00-da ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Rus dili” (rus bölməsi) dərsliyinin (2015-ci il nəşri) elmi-metodiki monitorinqi ilə bağlı seminar keçirilmişdir.

Seminarda Bakı şəhərinin tam orta və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər iştirak etmişlər.

Dərslik məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat, tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilmişdir.



Seminarda Bakı şəhərindən 200 nömrəli Məktəb-Lisey kompleksinin müəllimi Sevil Fətullayeva, 169 nömrəli tam orta məktəbin müəllimi Solmaz Məmmədova, 189-190 nömrəli tam orta məktəbin müəllimi Sevda Rzayeva, 162 nömrəli tam orta məktəbin müəllimi Elmira Hacıyeva gündəlik məsələ ilə bağlı fikir bildirmiş, təkliflər vermişlər.

Dərslik komplektinin həmmüəllifi Oksana Qorina səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışdır.

Beləliklə, ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Rus dili” (rus bölməsi) dərsliyinin elmi-metodiki monitorinqi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

Növbəti seminarda (9 mart 2016-cı il tarixdə, saat 14:00; ünvan: Abdulvahab Salamzadə küçəsi 28, keçmiş Bakı Asiya Universitetinin binası, 4-cü mərtəbə, akt zalı) ümumtəhsil məktəblərinin 6-cı sinfində istifadədə olan “Ədəbiyyat” (rus bölməsi) dərsliyinin (2015-ci il nəşri) müzakirəsi aparılacaqdır.
12 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Müzakirədə dərslik komplektinin müəlliflərindən Nailə Bədəlova, Oksana Qorina və Səkinə Məlikova iştirak etmişlər.

Dərslik komplekti məzmun, dil və üslub, bədii tərtibat, dizayn, verilən tapşırıqların məzmuna uyğunluğu və “Müəllim üçün metodik vəsait”in məzmununun işlənməsi baxımından müzakirə edilmişdir.

Seminarda Bakı Dövlət Universittetinin dosenti Rəna İsmayılova, Elitar gimnaziyanın müəllimi Olqa Yevtuşenko, 10 nömrəli tam orta məktəbin müəllimi Lyubov İbrahimova, Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova, akademik Zərifə Əliyeva adına liseyin müəllimi Elmira Musayeva, “İntellekt” məktəbinin direktoru Fatma Bünyatova, 153 nömrəli tam orta məktəbin müəllimi Nərgiz Cəfərova gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Dərslik müəllifləri səsləndirilmiş fikirlərə münasibət bildirmiş və sualları cavablandırmışlar.

Beləliklə,dərslik komplektinin müzakirəsi başa çatmışdır. Müzakirə zamanı bildirilmiş qeyd və təkliflər yekun rəydə nəzərə alınaraq müəlliflərə təqdim ediləcək, Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək və “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

Növbəti seminarda (19 fevral 2014-cü il tarixdə, saat 14:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Литература” dərslik komplektinin müzakirəsi aparılacaqdır.

5 fevral 2014
Ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) fənni üzrə dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı keçirilən seminar haqqında məlumat - VİDEO
Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi olmuşdur.

Seminar Komissiyanın saytında canlı yayımlanmışdır.

Müzakirədə dərslik komplektinin müəlliflərindən Nailə Bədəlova, Oksana Qorina və Səkinə Məlikova iştirak etmişlər.

Dərslik məzmun, dil və üslub, bədii tərtibat, dizayn, eləcə də verilən tapşırıqların məzmuna uyğunluğu baxımından müzakirə edilmişdir.

Seminarda Bakı şəhərindən Fərəh Süleymanova, Elitar gimnaziyanın müəllimi Olqa Yevtuşenko, 10 nömrəli tam orta məktəbin müəllimi Lyubov İbrahimova, Nərimanov rayonu Məktəb-Lisey Kompleksinin müəllimi Viktoriya Ələkbərova, akademik Zərifə Əliyeva adına liseyin müəllimi Elmira Musayeva gündəlik məsələ ilə bağlı fikirlər bildirmiş, təkliflər vermişlər.

Növbəti seminarda (12 fevral 2014-cü il tarixdə, saat 14:00) ümumtəhsil məktəblərinin 6-cı sinifləri üçün “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərslik komplektinin müzakirəsi davam etdiriləcəkdir.

23 oktyabr 2013
“Dərslik portalı” üçün nəzərdə tutulmuş materialların müzakirəsi

Respublikanın ümumtəhsil məktəblərinin 6-cı siniflərində istifadədə olan “Rus dili” dərslik komplektinin birinci yarımil üçün nəzərdə tutulmuş materiallarının müzakirəsi aparılmışdır.

Ekspertlər tərəfindən bu materiallar barədə qeyd edilən irad və təkliflər “Dərslik portalı”nda yerləşdiriləcəkdir.

2 oktyabr 2013
2013-2014-cü tədris ilində istifadədə olan “Rus dili” dərslik komplektinin elmi-metodiki monitorinqi ilə bağlı təşkilati məsələlərə dair iclas haqqında məlumat

Gündəlik məsələ ümumtəhsil məktəblərinin 6-cı siniflərində yeni istifadəyə verilmiş “Rus dili” dərslik komplektinin elmi-metodiki monitorinqinin həyata keçirilməsinin təşkili, qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı olmuşdur.

Monitorinqin həyata keçirilməsi məqsədi ilə ekspertlərdən ibarət işçi qrupu yaradılmışdır.


← Geriyə